Naiq Yusifov (5 yanvar 1970, Ağdam, Tovuz rayonu – 24 mart 1992, Koxanəbi, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Naiq Yusifov | |
---|---|
Yusifov Naiq Nəsir oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 yanvar 1970 |
Doğum yeri | |
Vəfat tarixi | 24 mart 1992 (22 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Həyatı
5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya gəlmişdir. 1987-ci ildə burada orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. Naiq əsgəri xidmətini başa vurduğu dövrdə respublikamızda gərgin vəziyyət yaranmış, Azərbaycanın Ermənistanla sərhəd bölgələri, demək olar ki, nəzarətsiz qalmışdı. O dövrdə hələ Milli Ordu yaradılmadığına görə ərazilərə yalnız yerli özünümüdafiə dəstələri nəzarət edirdilər. Naiq də öz növbəsində Vətən borcunu yerinə yetirmək yolunda ilk addım kimi kənddə yaradılmış özünümüdafiə dəstəsinə yazılır. Naiqin "Çənlibel" deyilən yerdə keçirdiyi ilk uğurlu döyüşü onu növbəti sınaqlara daha da ruhlandırır.
Döyüşlərdə iştirakı
24 mart 1992-ci ildə Erməni quldurları Tovuz rayonunun Koxanəbi kəndinə hücuma keçirlər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırdı. O, cəld qumbaraatanı düşmənin PDM-nə tuşlayır. Bir an içində maşını alov bürüyür. Naiq döyüş yoldaşlarını mühasirədən xilas etmək üçün öz canını fəda edir. İrəliyə atılan igid döyüşçünü qumbara qəlpəsi yerə yıxdığından ayağa qalxa bilmir. Lakin ona yaxınlaşan quldurlara avtomatdan atəş açır. Vətənimizin cəsur oğlu düşmən əlinə keçməmək üçün axırıncı qumbarasını sinəsinə sıxır. Bununla da son nəfəsində özü ilə bərabər ona yaxın erməni quldurunu məhv edir.
Ailəsi
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Yusifov Naiq Nəsir oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.
Doğulduğu kənddə, Tovuz rayonunun Ağdam kəndində dəfn edilmişdir. Vaxtilə təhsil aldığı orta məktəb qəhrəmanın adını daşıyır.
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 277.
İstinadlar
- "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən, Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 7 iyun 1992-ci il tarixli 833 nömrəli fərmanı" (az.). www.e-qanun.az. 1992-06-07. 2017-03-12 tarixində . İstifadə tarixi: 2018-12-31.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Naiq Yusifov 5 yanvar 1970 Agdam Tovuz rayonu 24 mart 1992 Koxanebi Tovuz rayonu Azerbaycanin Milli Qehremani Qarabag muharibesi sehidi Naiq YusifovYusifov Naiq Nesir ogluSexsi melumatlarDogum tarixi 5 yanvar 1970 1970 01 05 Dogum yeri Agdam Tovuz rayonu Azerbaycan SSR SSRIVefat tarixi 24 mart 1992 1992 03 24 22 yasinda Vefat yeri Koxanebi Tovuz rayonu AzerbaycanDefn yeri AgdamVetendasligi SSRI AzerbaycanHerbi fealiyyetiMensubiyyeti Azerbaycan OrdusuQosun novu Quru qosunlariRutbesi EsgerDoyusler Qarabag muharibesiTeltifleriHeyati5 yanvar 1970 ci ilde Tovuz rayonunun Agdam kendinde dunyaya gelmisdir 1987 ci ilde burada orta mektebi bitirdikden sonra Sovet Ordusu siralarina cagirilmisdir Naiq esgeri xidmetini basa vurdugu dovrde respublikamizda gergin veziyyet yaranmis Azerbaycanin Ermenistanla serhed bolgeleri demek olar ki nezaretsiz qalmisdi O dovrde hele Milli Ordu yaradilmadigina gore erazilere yalniz yerli ozunumudafie desteleri nezaret edirdiler Naiq de oz novbesinde Veten borcunu yerine yetirmek yolunda ilk addim kimi kendde yaradilmis ozunumudafie destesine yazilir Naiqin Cenlibel deyilen yerde kecirdiyi ilk ugurlu doyusu onu novbeti sinaqlara daha da ruhlandirir Doyuslerde istiraki24 mart 1992 ci ilde Ermeni quldurlari Tovuz rayonunun Koxanebi kendine hucuma kecirler Naiq ozunu doyus yerine catdiranda kend od icinde yanirdi O celd qumbaraatani dusmenin PDM ne tuslayir Bir an icinde masini alov buruyur Naiq doyus yoldaslarini muhasireden xilas etmek ucun oz canini feda edir Ireliye atilan igid doyuscunu qumbara qelpesi yere yixdigindan ayaga qalxa bilmir Lakin ona yaxinlasan quldurlara avtomatdan ates acir Vetenimizin cesur oglu dusmen eline kecmemek ucun axirinci qumbarasini sinesine sixir Bununla da son nefesinde ozu ile beraber ona yaxin ermeni quldurunu mehv edir AilesiSubay idi Milli QehremanAzerbaycan Respublikasi Prezidentinin 7 iyun 1992 ci il tarixli 833 sayli Fermani ile Yusifov Naiq Nesir ogluna Azerbaycanin Milli Qehremani fexri adina layiq gorulmusdur Doguldugu kendde Tovuz rayonunun Agdam kendinde defn edilmisdir Vaxtile tehsil aldigi orta mekteb qehremanin adini dasiyir EdebiyyatVuqar Esgerov Azerbaycanin Milli Qehremanlari Yeniden islenmis II nesr Baki Dereleyez M 2010 seh 277 Istinadlar Azerbaycan Respublikasi Mudafie Nazirliyinin herbi qulluqcularina Azerbaycanin Milli Qehremani adi verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin selahiyyetini heyata keciren Azerbaycan Respublikasi Ali Sovetinin sedri Isa Qemberovun 7 iyun 1992 ci il tarixli 833 nomreli fermani az www e qanun az 1992 06 07 2017 03 12 tarixinde Istifade tarixi 2018 12 31