Məmməd Süleyman oğlu Xələfov (20 oktyabr 1922, Dördçinar, Qaryagin rayonu – 12 aprel 1992, Bakı) — Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın əməkdar hüquqşünası.
Məmməd Xələfov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 oktyabr 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 12 aprel 1992 (69 yaşında) |
Vəfat yeri | |
Atası | Süleyman Xələfbəyov |
| |
Təltifləri |
Həyatı
Məmməd Xələfov 1922-ci ilin 20 oktyabrında Füzuli rayonunun Dördçinar kəndində dünyaya gəlib. Atası dövrün bəylərindən Hacı Süleyman repressiya qurbanı olub. Gəncədəki 20 nömrəli dəmir yolu məktəbini qızıl medalla bitirdi, amma universitetə qəbul olunub ali təhsilini davam etdirmək ona dərhal müyəssər olmadı. Gənc Məmməd Xələfovu 1940-cı ildə ordu sıralarına çağırdılar. Hərbi xidmətdə olduğu vaxtda isə XX əsrin ən böyük fəlakətlərindən biri — İkinci Dünya müharibəsi başlandı. Məmməd Xələfov onda cəbhənin ən ağır bölgəsində — Stalinqradda döyüşürdü. 1943-cü ildə döyüşlərin birində ağır yaralanıb hərbi hospitalda yerləşdirildi. Sol qolundakı dərin çapıq ömrünün sonuna qədər o dəhşətli illərdən xəbər verirdi. Sağaldıqdan sonra Gəncəyə qayıtdı, şəhərdəki 28 nömrəli məktəbə hərbi rəhbər təyin olundu. 1945-ci ildə — 23 yaşında sənədlərini Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə təqdim edərək tələbə adı qazandı. Ağır döyüş yolu, orta məktəbdə hərbi rəhbər kimi topladığı təcrübə, həyat yollarında qazandığı dəmir mətinlik bu gənc tələbənin elmə, təhsilə həssaslığını daha da artırmışdı. Birinci kursdan əlaçı kimi adlı təqaüdlə oxuyurdu. 1950-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdiyindən aspiranturaya qəbul olunması məqsədəuyğun sayıldı. 1950–1953-cü illərdə ADU-nun Mülki hüquq kafedrasının aspirantı oldu. Beləliklə, elmin çətin, keşməkeşli və bir o qədər də şərəfli yolunda ilk addımlarını atdı. Alimlik-müəllimlik Məmməd Xələfovun dəyişməz taleyinə çevrildi. Zəmanəsinin ən peşəkar hüquqşünaslarından, bu sahənin bilicilərindən biri kimi onu müxtəlif yüksək dövlət vəzifələrinə dəvət etsələr də, bu taleyi heç bir statusa, mənsəbə dəyişmədi.
1954-cü ildə o, namizədlik dissertasiyasını uğurla müdafiə edərək alimlik dərəcəsi alır. 1953–1959-cu illərdə Mülki hüquq kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləyir. Məmməd Xələfov o xoşbəxt insanlardan idi ki, XX əsr tariximizin parlaq simaları ilə birlikdə çalışmış, onlarla müntəzəm ünsiyyətdə olmuş, bu şəxsiyyətlərdən görüb-götürmüş, əsl alim, müəllim və ziyalı meyarlarını əxz etmişdi. Məsələn, Məmməd müəllim bir müddət ADU-nun ozamankı rektoru akademik Yusif Məmmədəliyevlə işləmişdir. Yusif Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının prezidenti seçildikdən sonra da Məmməd Xələfov onun dəvəti ilə Akademiyanın Fəlsəfə bölməsində Hüquq şöbəsini qurub-yaratmış və 1959–1962-ci illərdə bu şöbənin müdiri olmuşdu.
1962-ci ildə Məmməd Xələfov ADU-nun Hüquq fakültəsinin dekanı seçilərək yenidən doğma ocağa qayıdır. O ildən başlayaraq altı dəfə bu vəzifəyə seçilməklə Hüquq fakültəsinin dekanı olur. 1980-ci ilə qədər düz 18 il fakültəyə uğurla rəhbərlik edir.
Məmməd Xələfov Hüquq fakültəsinin qızıl dövrünün müəllifinə çevrilir. Məhz bu illərdə fakültənin nüfuzu daha da yüksəlir, fəaliyyət dairəsi genişlənir. Müəllim heyəti içərisində mühazirələri ana dilində deyən kadrların sayı əksəriyyət təşkil etməyə başlayır. Onun dövründə Hüquq fakültəsindəki elmlər doktorlarının sayı 8-ə, elmlər namizədlərinin sayı isə 33-ə çatır. Bu müddətdə fakültədə 6 yeni kafedra açılır, beləliklə, ölkəmizdə hüquq təhsili keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur, elmi ixtisaslaşma dərinləşir.
1974-cü ildə Tbilisi Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru, qısa müddətdən sonra professor adı alır. Dekanlıq vəzifəsini başa çatdırdıqdan sonra Məmməd Xələfov 1985-ci ilə qədər Mülki hüquq kafedrasının professoru kimi fəaliyyətini davam etdirir. 1985-ci ildə Mülki prosessual və əmək-ailə hüququ kafedrası yaradıldıqda isə bu kafedranın müdiri seçilib ömrünün sonuna qədər həmin vəzifədə çalışır. Professor Məmməd Xələfov ölkəmizdə hüquq elminin inkişafına elmi-tədqiqat əsərləri ilə də zəngin töhfələr vermişdir. Alim 7 monoqrafiya ərsəyə gətirmiş, Azərbaycanda və ölkə hüdudlarından kənarda 100-dən çox elmi məqaləsi çapdan çıxmışdır. Onun "Sovet mülki hüququnun yaranması", "Azərbaycanda mülki qanunvericilik", "Azərbaycanda əmək qanunvericiliyi", "Azərbaycanda torpaq qanunvericiliyi", "Azərbaycanda seçki hüququnun bəzi nəzəri və praktik məsələləri" və digər bu kimi əsərləri indinin özündə də sahənin mütəxəssislərinin müxtəlif məqamlarda tez-tez müraciət etdikləri mötəbər elmi mənbələrdəndir.
1990-cı ildə Məmməd Xələfov Azərbaycan Ali Sovetinin üzvü seçildi. Ölkəmiz üçün taleyüklü məqamda parlamentin Qanunvericilik və insan hüquqları komissiyasının sədri oldu. Onun rəhbərliyi altında qısa müddətdə "Mülkiyyət haqqında", "Əhalinin məşğulluğu haqqında" və digər mühüm qanun layihələri hazırlanaraq qəbul edilmişdi.
Məmməd Xələfov 1992-ci il aprelin 12-də — 70 yaşında, alim, müəllim, hüquqşünas kimi təcrübəsinin ən parlaq vaxtında, ömrün kamillik məqamında bu dünyaya gözlərini əbədi yumdu.
1989-cu ildə "Azərbaycanın Əməkdar hüquqşünası" fəxri adına layiq görülmüşdü. 1985-ci ildən ömrünün sonunadək Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri vəzifəsində işləmişdir. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Hüquq komissiyasının sədri olmuşdur. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 150-dən çox elmi əsərin müəllifi olmuşdur. Rəhbərliyi altında 10-dan çox elmlər namizədi hazırlanmışdır. Hüquqşünas kadrların hazırlanmasında göstərdiyi xidmətlərə görə bir sıra orden və medallarla, habelə fəxri fərmanlarla təltif olunmuş, "Azərbaycan SSR-nin Əməkdar hüquqşünası" adına layiq görülmüşdür. Onun Hüquq fakültəsinə rəhbərliyi dövrdə (1962–1980) həm tədris, həm də elmi-tədqiqat işlərində keyfiyyət amili qabarıq şəkildə önə çıxdı, eləcə də, elmi-pedaqoji istiqamətli işlər sürətləndi. Təkcə bir neçə il ərzində Hüquq fakültəsi müəllimlərinin üç nəfəri doktorluq, 7 nəfəri isə namizədlik dissertasiyası müdafiə etdi.
Məsələn, Bakı Dövlət Universitetində əlaçı və istedadlı tələbələr üçün "Məmməd Xələfov adına təqaüd" təsis edilib.
İstinadlar
- "Məmməd Xələfov ömrünün nümunələri" (az.). "Azərbaycan qəzeti". 2022-12-29 tarixində . İstifadə tarixi: 29 dekabr 2022.
- law.bsu.edu.az. "Fakültənin tarixi". Bakı Dövlət Universitetinin Hüquq fakültəsi. 2022-12-22 tarixində . İstifadə tarixi: 29 dekabr 2022.
- "Azərbaycan tələbələri nə qədər təqüd ala bilərlər?" (az.). Xalq qəzeti. 2022-12-29 tarixində . İstifadə tarixi: 29 dekabr 2022.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Memmed Suleyman oglu Xelefov 20 oktyabr 1922 Dordcinar Qaryagin rayonu 12 aprel 1992 Baki Azerbaycan SSR Ali Sovetinin deputati Azerbaycanin emekdar huquqsunasi Memmed XelefovSexsi melumatlarDogum tarixi 20 oktyabr 1922 1922 10 20 Dogum yeri Dordcinar Qaryagin rayonu Azerbaycan SSR ZSSRFIVefat tarixi 12 aprel 1992 1992 04 12 69 yasinda Vefat yeri Baki AzerbaycanAtasi Suleyman XelefbeyovTeltifleriHeyatiMemmed Xelefov 1922 ci ilin 20 oktyabrinda Fuzuli rayonunun Dordcinar kendinde dunyaya gelib Atasi dovrun beylerinden Haci Suleyman repressiya qurbani olub Gencedeki 20 nomreli demir yolu mektebini qizil medalla bitirdi amma universitete qebul olunub ali tehsilini davam etdirmek ona derhal muyesser olmadi Genc Memmed Xelefovu 1940 ci ilde ordu siralarina cagirdilar Herbi xidmetde oldugu vaxtda ise XX esrin en boyuk felaketlerinden biri Ikinci Dunya muharibesi baslandi Memmed Xelefov onda cebhenin en agir bolgesinde Stalinqradda doyusurdu 1943 cu ilde doyuslerin birinde agir yaralanib herbi hospitalda yerlesdirildi Sol qolundaki derin capiq omrunun sonuna qeder o dehsetli illerden xeber verirdi Sagaldiqdan sonra Genceye qayitdi seherdeki 28 nomreli mektebe herbi rehber teyin olundu 1945 ci ilde 23 yasinda senedlerini Azerbaycan Dovlet Universitetinin Huquq fakultesine teqdim ederek telebe adi qazandi Agir doyus yolu orta mektebde herbi rehber kimi topladigi tecrube heyat yollarinda qazandigi demir metinlik bu genc telebenin elme tehsile hessasligini daha da artirmisdi Birinci kursdan elaci kimi adli teqaudle oxuyurdu 1950 ci ilde universiteti ferqlenme diplomu ile bitirdiyinden aspiranturaya qebul olunmasi meqsedeuygun sayildi 1950 1953 cu illerde ADU nun Mulki huquq kafedrasinin aspiranti oldu Belelikle elmin cetin kesmekesli ve bir o qeder de serefli yolunda ilk addimlarini atdi Alimlik muellimlik Memmed Xelefovun deyismez taleyine cevrildi Zemanesinin en pesekar huquqsunaslarindan bu sahenin bilicilerinden biri kimi onu muxtelif yuksek dovlet vezifelerine devet etseler de bu taleyi hec bir statusa mensebe deyismedi 1954 cu ilde o namizedlik dissertasiyasini ugurla mudafie ederek alimlik derecesi alir 1953 1959 cu illerde Mulki huquq kafedrasinda muellim bas muellim ve dosent vezifelerinde isleyir Memmed Xelefov o xosbext insanlardan idi ki XX esr tariximizin parlaq simalari ile birlikde calismis onlarla muntezem unsiyyetde olmus bu sexsiyyetlerden gorub goturmus esl alim muellim ve ziyali meyarlarini exz etmisdi Meselen Memmed muellim bir muddet ADU nun ozamanki rektoru akademik Yusif Memmedeliyevle islemisdir Yusif Memmedeliyev Azerbaycan Elmler Akademiyasinin prezidenti secildikden sonra da Memmed Xelefov onun deveti ile Akademiyanin Felsefe bolmesinde Huquq sobesini qurub yaratmis ve 1959 1962 ci illerde bu sobenin mudiri olmusdu 1962 ci ilde Memmed Xelefov ADU nun Huquq fakultesinin dekani secilerek yeniden dogma ocaga qayidir O ilden baslayaraq alti defe bu vezifeye secilmekle Huquq fakultesinin dekani olur 1980 ci ile qeder duz 18 il fakulteye ugurla rehberlik edir Memmed Xelefov Huquq fakultesinin qizil dovrunun muellifine cevrilir Mehz bu illerde fakultenin nufuzu daha da yukselir fealiyyet dairesi genislenir Muellim heyeti icerisinde muhazireleri ana dilinde deyen kadrlarin sayi ekseriyyet teskil etmeye baslayir Onun dovrunde Huquq fakultesindeki elmler doktorlarinin sayi 8 e elmler namizedlerinin sayi ise 33 e catir Bu muddetde fakultede 6 yeni kafedra acilir belelikle olkemizde huquq tehsili keyfiyyetce yeni bir merheleye qedem qoyur elmi ixtisaslasma derinlesir 1974 cu ilde Tbilisi Dovlet Universitetinde doktorluq dissertasiyasini mudafie ederek huquq elmleri doktoru qisa muddetden sonra professor adi alir Dekanliq vezifesini basa catdirdiqdan sonra Memmed Xelefov 1985 ci ile qeder Mulki huquq kafedrasinin professoru kimi fealiyyetini davam etdirir 1985 ci ilde Mulki prosessual ve emek aile huququ kafedrasi yaradildiqda ise bu kafedranin mudiri secilib omrunun sonuna qeder hemin vezifede calisir Professor Memmed Xelefov olkemizde huquq elminin inkisafina elmi tedqiqat eserleri ile de zengin tohfeler vermisdir Alim 7 monoqrafiya erseye getirmis Azerbaycanda ve olke hududlarindan kenarda 100 den cox elmi meqalesi capdan cixmisdir Onun Sovet mulki huququnun yaranmasi Azerbaycanda mulki qanunvericilik Azerbaycanda emek qanunvericiliyi Azerbaycanda torpaq qanunvericiliyi Azerbaycanda secki huququnun bezi nezeri ve praktik meseleleri ve diger bu kimi eserleri indinin ozunde de sahenin mutexessislerinin muxtelif meqamlarda tez tez muraciet etdikleri moteber elmi menbelerdendir 1990 ci ilde Memmed Xelefov Azerbaycan Ali Sovetinin uzvu secildi Olkemiz ucun taleyuklu meqamda parlamentin Qanunvericilik ve insan huquqlari komissiyasinin sedri oldu Onun rehberliyi altinda qisa muddetde Mulkiyyet haqqinda Ehalinin mesgullugu haqqinda ve diger muhum qanun layiheleri hazirlanaraq qebul edilmisdi Memmed Xelefov 1992 ci il aprelin 12 de 70 yasinda alim muellim huquqsunas kimi tecrubesinin en parlaq vaxtinda omrun kamillik meqaminda bu dunyaya gozlerini ebedi yumdu 1989 cu ilde Azerbaycanin Emekdar huquqsunasi fexri adina layiq gorulmusdu 1985 ci ilden omrunun sonunadek Mulki proses emek ve ekologiya huququ kafedrasinin mudiri vezifesinde islemisdir 1990 ci ilde Azerbaycan SSR Ali Sovetinin deputati secilmis Huquq komissiyasinin sedri olmusdur Yerli ve xarici elmi nesrlerde derc edilmis 150 den cox elmi eserin muellifi olmusdur Rehberliyi altinda 10 dan cox elmler namizedi hazirlanmisdir Huquqsunas kadrlarin hazirlanmasinda gosterdiyi xidmetlere gore bir sira orden ve medallarla habele fexri fermanlarla teltif olunmus Azerbaycan SSR nin Emekdar huquqsunasi adina layiq gorulmusdur Onun Huquq fakultesine rehberliyi dovrde 1962 1980 hem tedris hem de elmi tedqiqat islerinde keyfiyyet amili qabariq sekilde one cixdi elece de elmi pedaqoji istiqametli isler suretlendi Tekce bir nece il erzinde Huquq fakultesi muellimlerinin uc neferi doktorluq 7 neferi ise namizedlik dissertasiyasi mudafie etdi Meselen Baki Dovlet Universitetinde elaci ve istedadli telebeler ucun Memmed Xelefov adina teqaud tesis edilib Istinadlar Memmed Xelefov omrunun numuneleri az Azerbaycan qezeti 2022 12 29 tarixinde Istifade tarixi 29 dekabr 2022 law bsu edu az Fakultenin tarixi Baki Dovlet Universitetinin Huquq fakultesi 2022 12 22 tarixinde Istifade tarixi 29 dekabr 2022 Azerbaycan telebeleri ne qeder tequd ala bilerler az Xalq qezeti 2022 12 29 tarixinde Istifade tarixi 29 dekabr 2022