Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi (1848, Təbriz – bilinmir) — XIX əsr Azərbaycan təzkirəçilərindəndir.
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi | |
---|---|
Təxəllüsü | Алишах |
Doğum tarixi | 1848 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Fəaliyyəti | şair |
Həyatı və yaradıcılığı
“Behcətüş-şüəra” adlı təzkirənin müəllifidir. Bu təzkirəçi haqqında məlumatı Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” təzkirəsindən alırıq. Əsrar təxəllüslü Əlişah Təbrizi Şah Nemətulla təriqətinə bağlı olan dərvişlərdəndir. O, h.1265/1848-ci ildə anadan olmuşdur. İyirmi beş min beytdən ibarət divanı vardır. M.Tərbiyət Əsrarın iki kitab təlif etdiyini, orada h. XIII / m. XIX əsr Azərbaycan söz ustalarının və növhə yazan şairlərin şeirlərini, eləcə də divanlarında daha çox türk dilində və nadir hallarda fars dilində şeir, qəzəl və rübailər olan şairlərin tərcümeyi-halını topladığını qeyd edir.
“Behcətüş-şüəra” təzkirəsi haqqında daha ətraflı məlumat Əhməd Gülçin Məaninin “Farsca təzkirələrin tarixi” əsərində verilmişdir. “Behcətüş-şüəra” h. 1294-99 / m. 1877-82-ci illərdə yazılmışdır. Əlifba sırası ilə 86 azərbaycanlı şairdən bəhs edir. Nəsri farsca olmasına baxmayaraq, poeziya nümunələrinin çox hissəsi türkcə, yalnız cüzi bir qismi farscadır. Burada bəhs olunan Azərbaycan şairləri öz hazırcavablıqları və şux təbli olmaları ilə tanınan şairlərdirlər. Bu təzkirənin hazırlanmasından sonra müəllif oradakı şeirlərdən nümunələr seçərək, bunları “Hədiqətüş-şüəra” adlandırdığı bir müntəxəbatda toplamışdır. R.Y.Təbrizi təzkirənin əlyazmasının Təbriz Milli Kitabxanasında mühafizə olunduğunu yazır.
“Behcətüş-şüəra”nın bir nüsxəsi Ə.G.Məaninin dostu Cəfər Sultan əl-Qürrayinin şəxsi kolleksiyasına məxsus olmuşdur. Əlyazma h.1299/1881-ci ildə Tehranda köçürülüb tamamlanmışdır. Katibi Həsən Hüseynidir. Əlyazmanın həcmi 101 vərəqdən ibarət olub, qəhvəyi rəngli dəri cildə salınmışdır. Təzkirənin sonunda şairlərin fehristi təqdim edilmişdir.
Müəllif təzkirənin təlif səbəbini bu şəkildə açıqlayır: “Amma məxfi və örtülü qalmasın ki, bu mübarək vərəqləri yazan şəxs, yəni məskəni Təbriz, vətəni Qarcahan olan Əsrar deyir ki, duaçınız bir neçə il bundan əvvəl dostlardan birinin evində bir məcmuə gördüm. Rəhmətlik Məhəmməd şahın hakimiyyəti zamanında Mirzə Məhəmməd Əli Nədim tərəfindən qələmə alınmış bu kitabın adı “Yəxçaliyyə” idi. Diqqətli nəzərlə mülahizə etdikdən sonra deyə bilərik ki, həqiqətən də, o məcmuə “Atəşkədeyi-Azər”dən daha şirin bir kitabdır. Biz həmin fərəh bəxş edən məclisdə bu məcmuədən bir neçə nəfər şairin əhvalatını əylənmək üçün oxuduq. Bu söhbət əsnasında şairlərin kamalı və onların kəlamının məlahəti haqqında söz düşdükdə farsdillilərdən bir şəxs rişxənd etmək məqsədi ilə dedi:
- Nə olaydı ki, bu pak torpaqda yaşayan türklərin şairlərinin əhvalatı və şeirləri haqqında da bir məcmuə yazılaydı, ta biz bu uca silsilənin ali kamalatından xəbər tutaydıq.
O əzizin bədxahlığından və tənəsindən duaçınızın acığı tutdu... Alicənab böyüklərdən himmət istəyib, Azərbaycan şairlərinin əhvalı və onların şeirlərinin müntəxəbatı haqqında bu mübarək məc-muəni cəm edərək, ona “Behcətüş-şüəra və sərvəri-nüdəma” adını qoydum”.
Təzkirədə yer almış şairlərimiz:
1) Atəşi Marağayi; 2) İrşad (Kərbəlayi Əli); 3) İsmayıl; 4) Əfsər Ordubadi (Mirzə Abdulla); 5) Əimmi; 6) Əşkriz (Kərbəlayi Hü-seyn); 7) Bağır Dəllək; 8) Bülbül (Kərbəlayi Tağı Dəllək); 9) Pərvanə (Axund Molla Tağı); 10) Binəva; 11) Pürğəm (Mirzə Əhməd); 12) Talandi Mərəndi; 13) Topçu; 14) Saqib Əhəri; 15) Cudi (Axund Molla Səttar Rövzəxan); 16) Cərtab (Sadiq); 17) Həlim Xalxali (Qafar); 18) Həsən Sərabi; 19) Həqir Mərəndi (Hacı Mirzə Əbdülqafar Mahutfüruş); 20) Xəlifə Sərabi (Məhəmməd); 21) Xadim Əttar; 22) Xəyyam Sani; 23) Dilsuz Təbrizi (Kərbəlayi Məhəmməd Əmin); 24) Dərviş Bülbül; 25) Dilriş (Kərbəlayi Əsgər Corabçı); 26) Dilgir (Kərbəlayi Məhəmməd Əttar); 27) Zikri (Kərbəlayi Nəcəf Bazarçı); 28) Raci (Hacı Əbülhəsən); 29) Rəbii (Mirzə Əbdüləli Miyaneyi); 30) Rağib Əhəri (Mirzə Musa); 31) Rza Sərraf; 32) Zahidi (Kərbəlayi Novruz Səbzifüruş); 33) Sərməst (Ağa Mirzə Bağır Küfri); 34) Səmturi (Sənturi); 35) Seyid Naqqaş; 36) Sultan; 37) Saqi Qissəxan; 38) Sərvəri (Kərbəlayi Şükrulla); 39) Şükri (Kərbəlayi Kərim); 40) Sai (Mirzə Əbülqasim); 41) Şahid Kuduşçi (Kərbəlayi Hüseyn); 42) Şükuhi (Kərbəlayi Mehdi); 43) Şeyda (Lütfulla); 44) Şakir Təbrizi; 45) Şeyx Əli Əkbər; 46) Şaiq Zakir; 47) Şahbaz Təbrizi; 48) Sabiri; 49) Səburi (Ağa Mirabbas); 50) Səfa (Seyid Hüseyn); 51) Ziya (Kərbəlayi Ağa Ərəqçinfüruş); 52) Tuğra (Məşhədi Hüseyn); 53) Tülui (Mirzə Əbdürrəsul); 54) Talib Məhzun (Əbu-Talib); 55) Zühuri (Əli Əttar); 56) Əbqəri (Kərbəlayi Rəhim Əmirxizi); 57) Aciz Mərəndi (Hacı Mirzə Yusif); 58) Qəmdil; 59) Qəşi Çayçı; 60) Fədui (Molla Mehrəli); 61) Fənai Xoyi (Mirzə Əbdürrəsul); 62) Fariğ; 63) Faxir (Məşhədi Əhmədağa Bəzzaz); 64) Faiz; 65) Qüdsi (Molla Məhəmməd Tağı Məktəbdar); 66) Qəsir; 67) Qumri (Mirzə Məhəmməd Tağı); 68) Gülşən (Hüseynağa Urumi); 69) Gənci Xoyi (Mirzə Məhəmməd Sadiq); 70) Kaşif; 71) Ləli (Ağaəli İrəvani Təbrizi); 72) Latif (Məşhədi Əsgər); 73) Müztər (Ağa Miryəhya); 74) Mir Xoyi; 75) Mubəd (Kərbəlayi İsmayıl Ərəqçinfüruş); 76) Məhcur (Kərbəlayi Əbdüləli); 77) Məcmər (Mirzə Məhəmməd Əli); 78) Molla Kərim; 79) Mirzə Cabbar; 80) Məzlum; 81) Nəbati; 82) Naci; 83) Natiq; 84) Huşin; 85) Vaqif (Məhəmməd Əli); 86) Yusif Paludəpəz.
“Hədiqətüş-şüəra”nın isə əlyazma nüsxəsi Təbrizdə Hacı Hüseyn Naxçıvaninin şəxsi kitabxanasına aid olmuşdur. İran alimi A.İ.Aştiyani “Yadigar” jurnalında (c. V, no. 8-9, s.141-142) yazdığı bir məqalədə bu əsəri yanlışlıqla Hacı Kazım Kurəpəz adlı bir müəllifə aid etmişdir.
Bu təzkirənin digər bir nüsxəsi Təbriz Milli Kitabxanasındadır.
Mənbə
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi. Bakı: AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2012.
İstinadlar
- Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi. Bakı, 2012, s.239-242.
- Təzkirənin adı “Danişməndani-Azərbaycan” təzkirəsinin Azərbaycan dilinə tərcüməsində (1987-ci il nəşri, s.133) yanlış olaraq “Ləhcətüş-şüəra” şəklində təqdim olunmuşdur. Bax: Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi. Bakı, 2012, s.239.
- Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan. Bakı, 1987, s. 132.
- Təbrizi R.Y. XIX əsrdə Cənubi Azərbaycanda ictimai-ədəbi həyat və Əsrar Əlişah Təbrizi // Humanitar elmlərin öyrənilməsinin müasir problemləri, 2011/1, s. 122-125.
- Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. Tehran, 1348, c. I, s. 438.
- Təbrizi R.Y. XIX əsrdə Cənubi Azərbaycanda ictimai-ədəbi həyat və Əsrar Əlişah Təbrizi // Humanitar elmlərin öyrənilməsinin müasir problemləri, 2011/1, s. 122-125.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Tebrizi Mehemmed Kazim Esrar Elisah Tebrizi 1848 Tebriz bilinmir XIX esr Azerbaycan tezkirecilerindendir Mehemmed Kazim Esrar Elisah TebriziTexellusu AlishahDogum tarixi 1848Dogum yeri Tebriz Tebriz sehristani Serqi Azerbaycan ostani IranVefat tarixi bilinmirFealiyyeti sairHeyati ve yaradiciligi Behcetus suera adli tezkirenin muellifidir Bu tezkireci haqqinda melumati Mehemmedeli Terbiyetin Danismendani Azerbaycan tezkiresinden aliriq Esrar texelluslu Elisah Tebrizi Sah Nemetulla teriqetine bagli olan dervislerdendir O h 1265 1848 ci ilde anadan olmusdur Iyirmi bes min beytden ibaret divani vardir M Terbiyet Esrarin iki kitab telif etdiyini orada h XIII m XIX esr Azerbaycan soz ustalarinin ve novhe yazan sairlerin seirlerini elece de divanlarinda daha cox turk dilinde ve nadir hallarda fars dilinde seir qezel ve rubailer olan sairlerin tercumeyi halini topladigini qeyd edir Behcetus suera tezkiresi haqqinda daha etrafli melumat Ehmed Gulcin Meaninin Farsca tezkirelerin tarixi eserinde verilmisdir Behcetus suera h 1294 99 m 1877 82 ci illerde yazilmisdir Elifba sirasi ile 86 azerbaycanli sairden behs edir Nesri farsca olmasina baxmayaraq poeziya numunelerinin cox hissesi turkce yalniz cuzi bir qismi farscadir Burada behs olunan Azerbaycan sairleri oz hazircavabliqlari ve sux tebli olmalari ile taninan sairlerdirler Bu tezkirenin hazirlanmasindan sonra muellif oradaki seirlerden numuneler secerek bunlari Hediqetus suera adlandirdigi bir muntexebatda toplamisdir R Y Tebrizi tezkirenin elyazmasinin Tebriz Milli Kitabxanasinda muhafize olundugunu yazir Behcetus suera nin bir nusxesi E G Meaninin dostu Cefer Sultan el Qurrayinin sexsi kolleksiyasina mexsus olmusdur Elyazma h 1299 1881 ci ilde Tehranda kocurulub tamamlanmisdir Katibi Hesen Huseynidir Elyazmanin hecmi 101 vereqden ibaret olub qehveyi rengli deri cilde salinmisdir Tezkirenin sonunda sairlerin fehristi teqdim edilmisdir Muellif tezkirenin telif sebebini bu sekilde aciqlayir Amma mexfi ve ortulu qalmasin ki bu mubarek vereqleri yazan sexs yeni meskeni Tebriz veteni Qarcahan olan Esrar deyir ki duaciniz bir nece il bundan evvel dostlardan birinin evinde bir mecmue gordum Rehmetlik Mehemmed sahin hakimiyyeti zamaninda Mirze Mehemmed Eli Nedim terefinden qeleme alinmis bu kitabin adi Yexcaliyye idi Diqqetli nezerle mulahize etdikden sonra deye bilerik ki heqiqeten de o mecmue Ateskedeyi Azer den daha sirin bir kitabdir Biz hemin fereh bexs eden meclisde bu mecmueden bir nece nefer sairin ehvalatini eylenmek ucun oxuduq Bu sohbet esnasinda sairlerin kamali ve onlarin kelaminin melaheti haqqinda soz dusdukde farsdillilerden bir sexs risxend etmek meqsedi ile dedi Ne olaydi ki bu pak torpaqda yasayan turklerin sairlerinin ehvalati ve seirleri haqqinda da bir mecmue yazilaydi ta biz bu uca silsilenin ali kamalatindan xeber tutaydiq O ezizin bedxahligindan ve tenesinden duacinizin acigi tutdu Alicenab boyuklerden himmet isteyib Azerbaycan sairlerinin ehvali ve onlarin seirlerinin muntexebati haqqinda bu mubarek mec mueni cem ederek ona Behcetus suera ve serveri nudema adini qoydum Tezkirede yer almis sairlerimiz 1 Atesi Maragayi 2 Irsad Kerbelayi Eli 3 Ismayil 4 Efser Ordubadi Mirze Abdulla 5 Eimmi 6 Eskriz Kerbelayi Hu seyn 7 Bagir Dellek 8 Bulbul Kerbelayi Tagi Dellek 9 Pervane Axund Molla Tagi 10 Bineva 11 Purgem Mirze Ehmed 12 Talandi Merendi 13 Topcu 14 Saqib Eheri 15 Cudi Axund Molla Settar Rovzexan 16 Certab Sadiq 17 Helim Xalxali Qafar 18 Hesen Serabi 19 Heqir Merendi Haci Mirze Ebdulqafar Mahutfurus 20 Xelife Serabi Mehemmed 21 Xadim Ettar 22 Xeyyam Sani 23 Dilsuz Tebrizi Kerbelayi Mehemmed Emin 24 Dervis Bulbul 25 Dilris Kerbelayi Esger Corabci 26 Dilgir Kerbelayi Mehemmed Ettar 27 Zikri Kerbelayi Necef Bazarci 28 Raci Haci Ebulhesen 29 Rebii Mirze Ebduleli Miyaneyi 30 Ragib Eheri Mirze Musa 31 Rza Serraf 32 Zahidi Kerbelayi Novruz Sebzifurus 33 Sermest Aga Mirze Bagir Kufri 34 Semturi Senturi 35 Seyid Naqqas 36 Sultan 37 Saqi Qissexan 38 Serveri Kerbelayi Sukrulla 39 Sukri Kerbelayi Kerim 40 Sai Mirze Ebulqasim 41 Sahid Kudusci Kerbelayi Huseyn 42 Sukuhi Kerbelayi Mehdi 43 Seyda Lutfulla 44 Sakir Tebrizi 45 Seyx Eli Ekber 46 Saiq Zakir 47 Sahbaz Tebrizi 48 Sabiri 49 Seburi Aga Mirabbas 50 Sefa Seyid Huseyn 51 Ziya Kerbelayi Aga Ereqcinfurus 52 Tugra Meshedi Huseyn 53 Tului Mirze Ebdurresul 54 Talib Mehzun Ebu Talib 55 Zuhuri Eli Ettar 56 Ebqeri Kerbelayi Rehim Emirxizi 57 Aciz Merendi Haci Mirze Yusif 58 Qemdil 59 Qesi Cayci 60 Fedui Molla Mehreli 61 Fenai Xoyi Mirze Ebdurresul 62 Farig 63 Faxir Meshedi Ehmedaga Bezzaz 64 Faiz 65 Qudsi Molla Mehemmed Tagi Mektebdar 66 Qesir 67 Qumri Mirze Mehemmed Tagi 68 Gulsen Huseynaga Urumi 69 Genci Xoyi Mirze Mehemmed Sadiq 70 Kasif 71 Leli Agaeli Irevani Tebrizi 72 Latif Meshedi Esger 73 Muzter Aga Miryehya 74 Mir Xoyi 75 Mubed Kerbelayi Ismayil Ereqcinfurus 76 Mehcur Kerbelayi Ebduleli 77 Mecmer Mirze Mehemmed Eli 78 Molla Kerim 79 Mirze Cabbar 80 Mezlum 81 Nebati 82 Naci 83 Natiq 84 Husin 85 Vaqif Mehemmed Eli 86 Yusif Paludepez Hediqetus suera nin ise elyazma nusxesi Tebrizde Haci Huseyn Naxcivaninin sexsi kitabxanasina aid olmusdur Iran alimi A I Astiyani Yadigar jurnalinda c V no 8 9 s 141 142 yazdigi bir meqalede bu eseri yanlisliqla Haci Kazim Kurepez adli bir muellife aid etmisdir Bu tezkirenin diger bir nusxesi Tebriz Milli Kitabxanasindadir MenbeVusale Musali Azerbaycan tezkirecilik tarixi Baki AMEA Mehemmed Fuzuli adina Elyazmalar Institutu 2012 IstinadlarVusale Musali Azerbaycan tezkirecilik tarixi Baki 2012 s 239 242 Tezkirenin adi Danismendani Azerbaycan tezkiresinin Azerbaycan diline tercumesinde 1987 ci il nesri s 133 yanlis olaraq Lehcetus suera seklinde teqdim olunmusdur Bax Vusale Musali Azerbaycan tezkirecilik tarixi Baki 2012 s 239 Mehemmedeli Terbiyet Danismendani Azerbaycan Baki 1987 s 132 Tebrizi R Y XIX esrde Cenubi Azerbaycanda ictimai edebi heyat ve Esrar Elisah Tebrizi Humanitar elmlerin oyrenilmesinin muasir problemleri 2011 1 s 122 125 Meani E G Tarixi tezkirehayi farsi Tehran 1348 c I s 438 Tebrizi R Y XIX esrde Cenubi Azerbaycanda ictimai edebi heyat ve Esrar Elisah Tebrizi Humanitar elmlerin oyrenilmesinin muasir problemleri 2011 1 s 122 125