Mədinə Gülgün (doğum adı: Mədinə Nurulla qızı Ələkbərzadə; 17 yanvar 1926, Bakı – 17 fevral 1991, Bakı) — Azərbaycan şairəsi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987).
Mədinə Gülgün | |
---|---|
Doğum adı | Mədinə Nurulla qızı Ələkbərzadə |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Həyat yoldaşı | Balaş Azəroğlu |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair |
Mükafatları | |
Həyatı
Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur… Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənir.. Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində işləmiş Mədinə Gülgün 1945–1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitmişdir.
Yaradıcılığı
Mədinə Gülgünün uşaq yaşlarından ədəbiyyata böyük həvəsi olmuşdur, xüsusən Aşıq Ələsgəri, M.Ə.Sabiri və Natəvanı sevərək mütaliə etmşdir. O, məktəb səhnəsində göstərilən kiçik tamaşalarda iştirak edir, bəzən göstərilən bu tamaşalara özünün yazdığı kiçik şeir parçalarını da əlavə edirdi. Bu gün Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlamışdır. Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə "Vətən Yolunda", "Azərbaycan" qəzetində çap etdirmişdir. Mədinə Gülgünün "Təbrizin baharı" adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görmüşdür. Bu kitabda 1945–1949-cu illər ərzində yazdığı şeirlər toplanmışdır. Mədinə Gülgünün ilk yaradıclığı Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edir. Milli-azadlıq hərəkatının geniş vüsət aldığı və İkinci dünya müharibəsi dövründə ədəbiyyata gələn Mədinə Gülgünün ilk şeirlərində nəzərə çarpan cəhət bu şeirlərin xalqın həyatı və mübarizəsi ilə bağlı olması idi. Vətən sevgisi, azadlıq həsrəti onun yaradıcılığının əsas leytmotivini təşkil edir. Onun şeirlərində başlıca yer tutan hicran, həsrət motivləri də əsasən buradan irəli gəlirdi. Mədinə Gülgünün poeziyasının ağır sınaqlarla dolu olan yollarında ilk addımlarını atdığı gündən onun lirasının ötdüyü nəğmələrin baş ahəngini xalqa, doğma vətənə övlad məhəbbəti, oxucularını ağ günlərə və qurtuluş uğrunda döyüşlərə çağırış nidalarını başlıca motivlərini təşkil etmişdir.
Onun əsərləri bir sıra xarici ölkələrin dillərinə tərcümə olunmuşdur. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləmiş, kəsərli sözləri ilə onların səsinə səs vermişdir. Şairin Bakıda və Moskvada "Təbrizin baharı" (1950), Savalanın ətəklərində (1950); Sülhün səsi (1951); Yadigar üzük (1953); Təbriz qızı (1956); Firudin (poema) (1963); Dünyamızın sabahı (1974); Durnalar qayıdanda (1983); Dünya şirin dünyadır (1989) "Çinar olaydı", "Arzu bir ömürdür", "Yora bilməz yollar məni" (1978), "Könlümü ümidlər yaşadır" və onlarca diğər şeir kitabı dərc olunmuşdur. Bu kitabların başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, insanlara canı yanan bir ana qəlbinin arzu və istəkləridir. Onun lirik şeirlərinə mahnılar bəstələnmişdir.
O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları (1960, 1974, 1986), "Şərəf nişanı" ordeni (1980), "21 Azər" (1946), "Əmək veteranı" və digər medallarla təltif olunmuşdur. Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əsərləri
- Təbrizin baharı. Bakı: Azərnəşr, 1950, 81 s.
- Seçilmiş əsərləri: Şerlər və poemalar. Bakı: Azərnəşr, 1986, 304 s.
- Yadigar üzük. Bakı: Uşaqgəncnəşr, 1953, 58 s.
- Pərvanə. Bakı: Uşaqgəncnəşr, 1955, 45 s.
- Günlər və xatirələr. Bakı: Yazıçı, 1959, 149 s.
- Firidun. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1963, 63 s.
- Dünyamızın sabahı. Bakı: 1976, 211 s.
- Arzu da bir ömürdür: (şerlər və poemalar). Bakı: Gənclik, 1976.
- Ömrün payız dayanacağı. Bakı: Yazıçı, 1983, 236 s.
- Dünya şirin dünyadır. Bakı: Gənclik, 1989, 200 s.
- Mən bu ömrü yaşadım: (şerlər). Bakı: Tədris, 1997, 87 s.
- Yora bilməz yollar məni. Bakı: Azərnəşr, 1978, 302 s.
- Çinar olaydı. Bakı: 1985, 285 s.
- Qürbət elə qürbətdi; Bir dəli rüzgarım…; Danişım danışmayim…: (Şerlər) //Ədəbiyyat qəzeti.- 1993.- 26 fevral.
- Novruz bayramına həsr olunmuş şer / Respublika qəzeti, 2003, 20 mart.
- Yaşadı; Sarı bülbül; Ehey…: (şerlər) / Ədəbiyyat qəzeti, 1992, 1 may, s.8.
Haqqında olan ədəbiyyat
- Nəsib D. Bir şəkil-bir xatirə (M. Gülgün ilə bağlı xatirə). / Ədəbiyyat qəzeti, 1998, 26 iyun, s.2.
- Azəroğlu B. Mübariz ruhlu ədəbiyyat uğrunda. / "Azərbaycan" jurnalı, N 2, 1966, s.74
- Dilbazi M. İstedadlı gənc şairə. / "Təbrizin baharı", Azərnəşr, 1950
- Vahabzadə B. Xitabət kürsümüz Çinar ağacı idi. / Çinar olaydı. Bakı: Azərnəşr, 1969
- Nəbioğlu S. Susmayan rübab (Mədinə Gülgün haqqında). / Xalq qəzeti, 1996, 14 fevral.
- Nəbioğlu S. Bir ana səsindən üşüdü dünya… (Mədinə Gülgün haqqında). / Bir ovuc hədiyyə. Bakı: 2005, s.191
- Yusifli V. Bahrı soraqlayırdı: Mədinə Gülgün-70 / Yeni Azərbaycan qəzeti, 1996, 6 yanvar.
- Qabil. Sevənlərin ürəyində (Mədinə Gülgün haqqında) / Ədəbiyyat qəzeti, 1993, 26 fevral, s.4.
- Rüstəmzadə V. Səni (M.Gülgünün əziz xatirəsinə) (şeir) / Ədəbiyyat qəzeti, 1991, 22 fevral.
- Paşayeva M. Mədinə Gülgünlə ilk tanışlıq və son görüş / Vətən səsi, 1991, 30 aprel.
İstinadlar
- Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. III. Bakı: Elm nəşriyyatı. 1988. səh. 258. 2023-07-01 tarixində . İstifadə tarixi: 2023-04-20.
- Əliqızı A. Azadlıq və istiqlal poeziyası. Bakı-2001, s. 41
- Əliqızı Almaz. Azadlıq və istiqlal poeziyası. Bakı: 2001, s.40
- Nəbioğlu Sabir. Bir ovuc hədiyyə. Bakı: 2005, s.191
- Əliqızı Almaz. Azadlıq və istiqlal poeziyası. Bakı: 2001, s.46
Mənbə
- Mədinə Gülgün-80. Zəminə Əhmədova 2007-10-09 at the Wayback Machine
- Əliqızı A. Azadlıq və istiqlal poeziyası. / Bakı: 2001, 156 s.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Medine Gulgun dogum adi Medine Nurulla qizi Elekberzade 17 yanvar 1926 Baki 17 fevral 1991 Baki Azerbaycan sairesi Azerbaycan SSR emekdar incesenet xadimi 1987 Medine GulgunDogum adi Medine Nurulla qizi ElekberzadeDogum tarixi 17 yanvar 1926Dogum yeri Baki Azerbaycan SSR SSRIVefat tarixi 17 fevral 1991 65 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri Fexri XiyabanVetendasligi SSRIHeyat yoldasi Balas AzerogluTehsili Azerbaycan Dovlet Pedaqoji UniversitetiFealiyyeti yazici sairMukafatlari 1980 1946HeyatiMedine Gulgun 1926 ci il yanvarin 17 de Bakida fehle ailesinde anadan olmusdur Burada ibtidai mektebi bitirmisdir 1938 ci ilde ailelikle Cenubi Azerbaycanin Erdebil seherine kocmusler Sonra Tebriz seherinde yasamis emek fealiyyetine burada toxuculuq karxanasinda baslamisdir O heyati derk etmeye basladigi andan Azerbaycan xalqinin milli huquqlarinin pozuldugunun eyani sahidi olur Onu da derk edir ki mubarize aparmaq ucun kifayet qeder savadli ve bilikli olmaq lazimdir Odur ki qisa muddetde ereb qrafikasini ve fars dilini oyrenir Sonralar Tebriz Dram Teatrinda calismisdir Azerbaycan qezetinin redaksiyasinda xususi muxbir vezifesinde islemis Medine Gulgun 1945 1946 ci iller Cenubi Azerbaycan Milli Azadliq Herekatinin feal istirakcisi ve oz mubariz seirleri ile omru boyu hemin inqilabin carcisi olmusdur O 1948 ci ilde Azerbaycan Dovlet Pedaqoji Universitetinin Dil ve edebiyyat fakultesine daxil olmus 1952 ci ilde hemin fakulteni bitmisdir YaradiciligiMedine Gulgunun usaq yaslarindan edebiyyata boyuk hevesi olmusdur xususen Asiq Elesgeri M E Sabiri ve Natevani severek mutalie etmsdir O mekteb sehnesinde gosterilen kicik tamasalarda istirak edir bezen gosterilen bu tamasalara ozunun yazdigi kicik seir parcalarini da elave edirdi Bu gun Gulgun kimi sohret tapmis Medine Elekberzadenin ilk qelem sinaqlari 40 ci illerin evvellerinden qezet ve jurnal sehifelerinde gorunmeye baslamisdir Medine Gulgun seirlerini 1945 ci ilde Tebrizde Veten Yolunda Azerbaycan qezetinde cap etdirmisdir Medine Gulgunun Tebrizin bahari adli ilk seir kitabi 1950 ci ilde isiq uzu gormusdur Bu kitabda 1945 1949 cu iller erzinde yazdigi seirler toplanmisdir Medine Gulgunun ilk yaradicligi Azerbaycan xalqinin azadliq ve milli istiqlaliyyet ugrunda apardigi mubarize illerine tesaduf edir Milli azadliq herekatinin genis vuset aldigi ve Ikinci dunya muharibesi dovrunde edebiyyata gelen Medine Gulgunun ilk seirlerinde nezere carpan cehet bu seirlerin xalqin heyati ve mubarizesi ile bagli olmasi idi Veten sevgisi azadliq hesreti onun yaradiciliginin esas leytmotivini teskil edir Onun seirlerinde baslica yer tutan hicran hesret motivleri de esasen buradan ireli gelirdi Medine Gulgunun poeziyasinin agir sinaqlarla dolu olan yollarinda ilk addimlarini atdigi gunden onun lirasinin otduyu negmelerin bas ahengini xalqa dogma vetene ovlad mehebbeti oxucularini ag gunlere ve qurtulus ugrunda doyuslere cagiris nidalarini baslica motivlerini teskil etmisdir Onun eserleri bir sira xarici olkelerin dillerine tercume olunmusdur Dunya xalqlarinin azadliq ve istiqlaliyyet ugrunda mubarizesini bir humanist sair kimi daim izlemis keserli sozleri ile onlarin sesine ses vermisdir Sairin Bakida ve Moskvada Tebrizin bahari 1950 Savalanin eteklerinde 1950 Sulhun sesi 1951 Yadigar uzuk 1953 Tebriz qizi 1956 Firudin poema 1963 Dunyamizin sabahi 1974 Durnalar qayidanda 1983 Dunya sirin dunyadir 1989 Cinar olaydi Arzu bir omurdur Yora bilmez yollar meni 1978 Konlumu umidler yasadir ve onlarca diger seir kitabi derc olunmusdur Bu kitablarin baslica movzusu insan azadliq Tebriz hesreti insanlara cani yanan bir ana qelbinin arzu ve istekleridir Onun lirik seirlerine mahnilar bestelenmisdir O Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin fexri fermanlari 1960 1974 1986 Seref nisani ordeni 1980 21 Azer 1946 Emek veterani ve diger medallarla teltif olunmusdur Azerbaycan SSR emekdar incesenet xadimi fexri adina layiq gorulmusdur Medine Gulgun 17 fevral 1991 ci ilde Bakida vefat etmis Fexri Xiyabanda defn olunmusdur EserleriTebrizin bahari Baki Azernesr 1950 81 s Secilmis eserleri Serler ve poemalar Baki Azernesr 1986 304 s Yadigar uzuk Baki Usaqgencnesr 1953 58 s Pervane Baki Usaqgencnesr 1955 45 s Gunler ve xatireler Baki Yazici 1959 149 s Firidun Baki Azerbaycan Dovlet Nesriyyati 1963 63 s Dunyamizin sabahi Baki 1976 211 s Arzu da bir omurdur serler ve poemalar Baki Genclik 1976 Omrun payiz dayanacagi Baki Yazici 1983 236 s Dunya sirin dunyadir Baki Genclik 1989 200 s Men bu omru yasadim serler Baki Tedris 1997 87 s Yora bilmez yollar meni Baki Azernesr 1978 302 s Cinar olaydi Baki 1985 285 s Qurbet ele qurbetdi Bir deli ruzgarim Danisim danismayim Serler Edebiyyat qezeti 1993 26 fevral Novruz bayramina hesr olunmus ser Respublika qezeti 2003 20 mart Yasadi Sari bulbul Ehey serler Edebiyyat qezeti 1992 1 may s 8 Haqqinda olan edebiyyatNesib D Bir sekil bir xatire M Gulgun ile bagli xatire Edebiyyat qezeti 1998 26 iyun s 2 Azeroglu B Mubariz ruhlu edebiyyat ugrunda Azerbaycan jurnali N 2 1966 s 74 Dilbazi M Istedadli genc saire Tebrizin bahari Azernesr 1950 Vahabzade B Xitabet kursumuz Cinar agaci idi Cinar olaydi Baki Azernesr 1969 Nebioglu S Susmayan rubab Medine Gulgun haqqinda Xalq qezeti 1996 14 fevral Nebioglu S Bir ana sesinden usudu dunya Medine Gulgun haqqinda Bir ovuc hediyye Baki 2005 s 191 Yusifli V Bahri soraqlayirdi Medine Gulgun 70 Yeni Azerbaycan qezeti 1996 6 yanvar Qabil Sevenlerin ureyinde Medine Gulgun haqqinda Edebiyyat qezeti 1993 26 fevral s 4 Rustemzade V Seni M Gulgunun eziz xatiresine seir Edebiyyat qezeti 1991 22 fevral Pasayeva M Medine Gulgunle ilk tanisliq ve son gorus Veten sesi 1991 30 aprel IstinadlarCenubi Azerbaycan Edebiyyati Antologiyasi III Baki Elm nesriyyati 1988 seh 258 2023 07 01 tarixinde Istifade tarixi 2023 04 20 Eliqizi A Azadliq ve istiqlal poeziyasi Baki 2001 s 41 Eliqizi Almaz Azadliq ve istiqlal poeziyasi Baki 2001 s 40 Nebioglu Sabir Bir ovuc hediyye Baki 2005 s 191 Eliqizi Almaz Azadliq ve istiqlal poeziyasi Baki 2001 s 46MenbeMedine Gulgun 80 Zemine Ehmedova 2007 10 09 at the Wayback Machine Eliqizi A Azadliq ve istiqlal poeziyasi Baki 2001 156 s