Mübariz Qasım oğlu Allahverdiyev (19 noyabr 1942, Xocalı, DQMV) — Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının professoru, tibb elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (20.09.2010), Qarabağ Müharibə Veteranları Birliyinin üzvü, Xocalı soyqırımını Tanıtma İctimai Birliyi Ağsaqqallar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Mübariz Allahverdiyev | |
---|---|
Mübariz Qasım oğlu Allahverdiyev | |
Doğum tarixi | |
Doğum yeri | Xocalı, Xankəndi rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elm sahəsi | anatomiya |
Elmi dərəcəsi | tibb elmləri doktoru professor |
İş yeri | Azərbaycan Tibb Universiteti-insan anatomiyası kafedrası |
Təhsili | N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu |
Tanınır | əməkdar müəllim, Xocalı soyqırımını Tanıtma Birliyi Ağsaqqallar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tibb elmləri doktoru |
Mükafatları |
Həyatı
Allahverdiyev Mübariz Qasım oğlu 1942-ci il noyabrın 19-da Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xankəndi rayonunun Xocalı kəndində anadan olub. 1957-ci ildə Xocalı 7illik məktəbini əla qiymətlərlə başa vurduqdan sonra tam orta təhsilinin bir hissəsini Şuşadakı 1 saylı orta məktəbin 8-ci sinfində, sonra isə Xankəndidəki Nizami adına 4 saylı orta məktəbin 9–10-cu siniflərində davam etdirib.
1966-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra təyinatın doğma yurdu DQMV-ya götürüb, lakin Vilayət səhiyyə şöbəsinin müdiri Atayan onu işlə təmin etməkdən imtina edib və öz yaxınları dairəsində deyib ki, İrəvandan alınan xüsusi göstərişə görə onlar türkləri (azərbaycanlıları) işə götürməməlidirlər. 1966-cı ilin oktyabr ayının 4 — də o, çətinliklə Vilayətin ermənilər yaşayan Naxçıvanik kəndinə (ermənilər ora həkim vəzifəsinə getməkdən imtina edirdilər) ilk iş yerinə göndərilib. 1967-ci ilin iyul ayının 7-də Xankəndidə törədilən qanlı-faciəli hadisədən sonra (ermənilər nahaqdan həbs etdirdikləri Qarakəndli Ərşad müəllimi və Şuşa həbsxanasının azərbaycanlı sürücüsünü məhkəmə zalından çıxandan sonra Xankəndinin mərkəzində küçədə diri-diri yandırdılar) M.Q.Allahverdiyevi Qırxqız yaylaqlarındakı maldarlıq və qoyunçuluq fermalarındakı işçilərə tibb xidməti göstərməyə göndəriblər (erməni həkimlər bu vəzifəni yerinə yetirməkdən də imtina etmişdilər). 1968-ci ilin yanvar ayının 4 — də onun Naxçıvanikdəki iş yeri məqsədyönlü şəkildə ixtisara salınıb. O, məcburən, öz doğma yurdundan didərgin düşüb. 1968-ci ilin aprel ayında Türkmənistana gedib. Orada Daşhovuz (Dış Oğuz) Vilayətinin Köhnə-Ürgənc rayonunun "Leninqrad" kolxozundakı sahə xəstəxanasında baş həkim vəzifəsinə təyin edilib. O dövrdə Azərbaycan ziyalılarının Dağlıq Qarabağdan repressiyaya uğradılmasının bir variantı da belə olurdu.M.Q.Allahverdiyev 1968-ci il sentyabr ayının 1-də Aşqabadda Türkmənistan Dövlət Tibb İnstitutu nəzdində İxtisaslaşma kursu (6 aylıq) keçmiş və "Ümumi cərrahlıq" ixtisası üzrə vəsiqə almışdır (01.02.1969-cu il). O, 1969-cu ildən indiyə qədər ATU-nun insan anatomiyası kafedrasında çalışır. O, bu kafedrada assistentlikdən kafedranın professoru vəzifəsinə qədər yüksəlmişdir.
Haşiyə: Keçən əsrin 60-cı illərinin ortalarında Silvi Kaputikyanın qondarma erməni "genosidinə" həsr olunmuş "Karvan hələ yoldadır – "Караван еще в пути" əsəri yenicə çapdan çıxmışdı və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyası bütün coşqunluğu ilə gündəmə gəlmişdi. Lakin o vaxtlar Azərbaycan SSR Milli Təhlükəsizlik Nazirliyində işləyən dahi Heydər Əliyevin apardığı profilaktik təmizləmə işləri və 1969-cu il iyulun 14-dən isə Azərbaycan SSR KP MK-nın birinci katibi kimi yerinə yetirdiyi qlobal tədbirlər öz bəhrəsini verdi və 20 il müddətinə ermənilərin aşkardakı səsləri tam kəsildi. Bunun sayəsində həmin dövrdə həm Xankəndidə, həm də bütövlükdə DQMV-da azərbaycanlı ziyalıların sayı xeyli artdı, onların hüquqlarının qorunmasında ciddi dönüş yarandı. 1987-ci ildə Mixail Qorbaçovun əli ilə ulu öndərin Moskvada tutduğu yüksək vəzifədən uzaqlaşdırılmasından sonra ermənilərin səsinin üzə çıxmasına yenidən imkan yarandı. Torpaqlarımızın ermənilər tərəfindən işğalı, törətdikləri soyqırımı, bais olduqları qaçqınçılıq, məcburi köçkünçülük və didərginlik bundan sonra başlandı.
Pedaqoji fəaliyyət
M.Q.Allahverdiyev 1969-cu ilin fevral ayının 18-də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Böyük elmi şurasının qərarı ilə normal anatomiya kafedrasının müəllimi vəzifəsinə seçilib. 1970-ci ilin sentyabr ayının 11-də müsabiqə yolu ilə ATİ-nin insan anatomiyası kafedrasında assistent, 1973-cü ilin dekabr ayının 11-də baş müəllim, 1986-ci ilin noyabr ayının 3-də dosent, 2010-cu ilin dekabr ayında isə professor vəzifəsinə seçilib və hal-hazıra kimi ATU-nun insan anatomiyası kafedrasının professoru vəzifəsində çalışır.
1975–1982-ci illərdə Azərbaycan SSR-in "Televiziya verilişləri" studiyasında təşkil edilmiş "Tədris" rubrikası üzrə silsilə verilişlərdə "Anatomiya, fiziologiya, gigiyena" adlı layihə üzrə xüsusi proqram əsasında televiziyada orta məktəb şagirdləri üçün hər dəfədə 20 dəqiqəlik canlı dərslər aparmaq M.Q.Allahverdiyevə həvalə edilmişdir.
Elmi işləri
O, 1971-ci ildə kafedranın müdiri əməkdar elm xadimi, professor K.Ə.Balakişiyevin təqdimatı ilə kafedranın tədris hissə müdiri vəzifəsinə təyin edilib və 1990-cı ilə qədər 19 il bu vəzifəni yerinə yetirib. 1991-ci ilin iyul ayının 1-də Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinin I – II kurslar üzrə dekan müavini vəzifəsinə təyin edilib, 1993-cü ilin fevral ayının 18-də isə ATU-nun elmi katibi vəzifəsinə keçirilib. 2001-ci ilin iyun ayının 28-dən ATU-nun İnternatura (diplomdansonrakı hazırlıq) şöbəsinin müdiri vəzifəsini yerinə yetirib, 2006-cı ilin sentyabr ayının 11-də pediatriya fakültəsinin dekan müavini vəzifəsinə keçirib, 2008-ci ildə ATU-nun rektorunun müşaviri vəzifəsinə təyin edilib və hazırda da həmin vəzifəni yerinə yetirir.
1975–1996-cı illərdə Azərbaycan Anatom, Histoloq və Embrioloqlar elmi Cəmiyyətinin katibi, 1989–1993-cü illərdə "anatomiya", "histologiya", "patoloji anatomiya" ixtisasları üzrə İxtisaslaşdırılmış müdafiə şurasının elmi katibi, 2000–2006-cı illərdə insan anatomiyası kafedrası üzrə Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsində çalışıb, 2006-cı ildən kafedra müdirinin elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib.
1999–2000-ci illərdə ATU üzrə "Bioetika, elm və texnologiyaların etikası" daimi Komissiyasının katibi olub.
Müxtəlif illərdə Moskvada İ.M.Seçenov adına I Moskva Dövlət Tibb İnstitutunda, Sankt-Peterburqdakı Meçnikov adına Sanitariya-Gigiyena İnstitutunun müalicə-profilaktika fakültəsində, Hərbi Tibb Akademiyasında, Xarkov Dövlət Tibb İnstitutunda elmi ezamiyyətlərdə və ixtisasartırma kurslarında olub.
1985-ci il aprelin 30-da Tbilisi Dövlət Tibb İnstitutunda professor G.Ş.Hacıyevin rəhbərliyi altında "Budun dəri sinirlərinin makromikroskopik anatomiyası və mieloarxitektonikası" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edib. Əldə etdiyi dəyərli elmi nəticələr nevrologiyada, akkupunktura üzrə refleksoterapiya sahəsində səhiyyə praktikasına tətbiq olunub və tədqiqatın nəticələri Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "Bel-oma kələfi, bud sinirləri" adlı monoqrafiyada dolğun əksini tapıb. Elan olunmamış Qarabağ müharibəsi səbəbindən yaranmış uzunmüddətli fasilədən sonra elmi-tədqiqat işlərini davam etdirən alim 2008-ci il yanvar ayının 31-də "Postnatal ontogenezdə insanın qaraciyərxarici öd yollarının vəzi və limfoid aparatlarının struktur-funksional səciyyəsi və morfogenezinin qanunauyğunluqları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. O, 200-dən çox çap olunmuş elmi və elmi-kütləvi işin, o cümlədən 3 monoqrafiya, 3 biblioqrafik məlumat kitabçasının (prof. Əziz Məmmədkərim oğlu Əliyev, akademik Əhliman Tapdıq oğlu Əmiraslanov, professor Vaqif Bilas oğlu Şadlinski haqqında), 19 dərslik və dərs vəsaitinin, 2 səmərələşdirici təklifin müəllifi və həmmüəlliflərindəndir; eyni zamanda 2010-cu ildə ATU-nun 80 illik yubileyi münasibətilə akademik Əhliman Əmiraslanovun müəllifliyi ilə çap olunan kitabın nəşrinə məsul və tərtibçi, 14 çap olunmuş əsərin elmi redaktoru, 8 nəfərin namizədlik dissertasiyasının resenzenti olub. Ölkəmizdə, eləcə də bir sıra xarici ölkələrdə, o cümlədən Türkiyədə, Almaniyada, Rusiya Federasiyasında, digər MDB ölkələrində keçirilən elmi konqres və konfransların nümayəndəsi olub.
Professor M.Q.Allahverdiyev Azərbaycan Tibb Universitetinin ictimai həyatında yaxından iştirak edir. Belə ki, o, 1993-cü ildən ATU-nun Böyük elmi şurasının, həmçinin I müalicə-profilaktika fakültəsinin elmi şurasının üzvüdür, və hazırda ATU-nun rektorunun müşaviri, insan anatomiyası kafedrasının professoru, kafedra müdirinin elmi işlər üzrə müavini, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ATU-nun nəzdində təşkil etdiyi "biokimya", "insan anatomiyası", "patoloji fiziologiya", "farmakologiya, kliniki farmakologiya" ixtisasları üzrə FD 03.013 şifrli dissertasiya şurasının elmi katibi funksiyalarını yerinə yetirir.
1988–1993-cü illərdə Dağlıq Qarabağda erməni işğalçılarına qarşı elan olunmamış özünümüdafiə xarakterli müharibədə iştirak edib. Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığı tərəfindən ona "Müharibə veteranı" vəsiqəsi verilib, "Qarabağ Müharibə Veteranları Birliyi"nin, 2012-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Xocalı soyqırımını Tanıtma"İctimai Birliyinin Ağsaqqallar Şurasının sədridir.
Vətənhəsrətli alim 2011-ci il fevralın 24-də Azərbaycan Tibb Universiteti və Türkiyənin Qazi Universiteti rektorlarının birgə təşəbbüsü ilə Xocalı soyqırımına həsr edilmiş telekörpü verilişində çıxış edib, onun Təşkilat Komitəsinin üzvlərindən olub. 2012-ci il fevralın 20-dən 27-nə qədər İstanbula ezam edilib, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Türkiyənin televiziya kanallarında, ali məktəb müəssisələrində çıxışlar edib, çıxışının fraqmentləri həmin ölkənin jurnalistləri tərəfində internetə salınaraq beynəlxalq miqyasda geniş dinləyici auditoriyasına çatdırılıb. 2012-ci ilin fevral ayının 26-da İstanbulun Taksim Meydanında Xocalı soyqırımının tanıdılmasına həsr olunmuş möhtəşəm yürüşün fəal iştirakçılarından olub.
Təltifləri
1977-ci ildə tibb təhsili sahəsində əldə etdiyi nailiyyətlərə görə "Sosializm yarışının qalibi" döş nişanına, 1999 və 2009-cu illərdə elm, təhsil və yüksəkixtisaslı tibb kadrları hazırlığındakı xidmətlərinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Fəxri Fərmanları"na, 2002 və 2012-ci illərdə Azərbaycan Tibb Universiteti rektorluğunun "Fəxri Fərmanları"na, təşəkkür və mükafatına, 2007-ci ildə "Qızıl Qələm" mükafatına, 2010-cu ildə Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülməsi alimin fəaliyyətinin diqqətdən kənarda qalmamasının göstəricilərindəndir.
Milli-mənəvi dəyərlərimizi uca tutan şəfqətli Azərbaycan ziyalılarından olan M.Q.Allahverdiyev yüksək səviyyəli pedaqoqluq məharətinə, qayğıkeşliyinə, vətənsevərliyinə, təvazökarlığına, təmənnasızlığına, səmimiliyinə, mədəni rəftarı və məntiqli intellekt səviyyəsinə görə haqlı olaraq ATU-nun professor-müəllim heyəti və tələbələrinin hörmət və rəğbətini qazanıb. İki övladı var. Oğlu tibb üzrə fəlsəfə doktoru Qasımov Elnur ATU-nun ümumi cərrahlıq kafedrasının assistenti, qızı Qasımova Təranə "insan anatomiyası" kafedrasının assistentidir.
M.Q.Allahverdiyevin böyük qardaşı ATU-nun 1959-cu il məzunu Xocalının ilk həkim-stomatoloqu, "SSRİ səhiyyə əlaçısı" döş nişanına layiq görülmüş Allahverdiyev Zahid Qasım oğlu 1951–1954-cü illərdə, bacısı — Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunu Allahverdiyeva Ofelya Qasım qızı 1955–1958-ci illərdə, özü isə 1958–1960-cı illərdə Xankəndidəki Nizami Gəncəvi adına 4 №-li orta məktəbdə təhsil alıblar və həmin məktəbin məzunu olublar.
Həm bu ailənin, həm bütün xocalıların, həm də Malıbəyli Quşçular , Kosalar, Kərkicahan, Cəmilli və s. kimi ermənilər tərəfindən orta təhsil məktəbinə malik olmağa imkan verilməyən azərbaycanlılar yaşayan qonşu kəndlərin əhalisi üçün uzun illər yeganə elm, bilik, təhsil məbədinə çevrilən Nizami Gəncəvi adına 4 №-li tam orta məktəbin Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yeni binasının tikintisi məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı 30 dekabr 2012-ci il tarixli sərəncam hamı kimi onların da hədsiz sevincinə səbəb olmuş, qürur mənbəinə çevrilmişdir.
Əsərləri
Kitabları
- Mübariz Allahverdiyev. Əhliman Tapdıq oğlu Əmiraslanov. Biblioqrafiya (üç dildə). Bakı: Elm. 2002. səh. 180 səh. (#accessdate_missing_url)
Məqalələri
- Mübariz Allahverdiyev. Görkəmli alim və ictimai xadim: Əhliman Əmiraslanov-65. 525-ci qəzet. — 2012. — 17 noyabr. — Səh.10–11.
İstinadlar
- "Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2010-cu il tarixli Sərəncamı" (az.). president.az. 20 sentyabr 2010. 2021-07-25 tarixində . İstifadə tarixi: 2015-05-11.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu soyadli muxtelif adamlar haqqinda meqaleler var bax Allahverdiyev Mubariz Qasim oglu Allahverdiyev 19 noyabr 1942 Xocali DQMV Azerbaycan Tibb Universitetinin insan anatomiyasi kafedrasinin professoru tibb elmleri doktoru Azerbaycan Respublikasinin emekdar muellimi 20 09 2010 Qarabag Muharibe Veteranlari Birliyinin uzvu Xocali soyqirimini Tanitma Ictimai Birliyi Agsaqqallar Surasinin sedri Azerbaycan Jurnalistler Birliyinin uzvu Mubariz AllahverdiyevMubariz Qasim oglu AllahverdiyevDogum tarixi 19 noyabr 1942 81 yas Dogum yeri Xocali Xankendi rayonu Azerbaycan SSR SSRIVetendasligi SSRI AzerbaycanElm sahesi anatomiyaElmi derecesi tibb elmleri doktoru professorIs yeri Azerbaycan Tibb Universiteti insan anatomiyasi kafedrasiTehsili N Nerimanov adina Azerbaycan Dovlet Tibb InstitutuTaninir emekdar muellim Xocali soyqirimini Tanitma Birliyi Agsaqqallar Surasinin sedri Azerbaycan Jurnalistler Birliyinin uzvu tibb elmleri doktoruMukafatlari 2010HeyatiAllahverdiyev Mubariz Qasim oglu 1942 ci il noyabrin 19 da Azerbaycan SSR Dagliq Qarabag Muxtar Vilayetinin DQMV Xankendi rayonunun Xocali kendinde anadan olub 1957 ci ilde Xocali 7illik mektebini ela qiymetlerle basa vurduqdan sonra tam orta tehsilinin bir hissesini Susadaki 1 sayli orta mektebin 8 ci sinfinde sonra ise Xankendideki Nizami adina 4 sayli orta mektebin 9 10 cu siniflerinde davam etdirib 1966 ci ilde N Nerimanov adina Azerbaycan Dovlet Tibb Institutunu bitirdikden sonra teyinatin dogma yurdu DQMV ya goturub lakin Vilayet sehiyye sobesinin mudiri Atayan onu isle temin etmekden imtina edib ve oz yaxinlari dairesinde deyib ki Irevandan alinan xususi gosterise gore onlar turkleri azerbaycanlilari ise goturmemelidirler 1966 ci ilin oktyabr ayinin 4 de o cetinlikle Vilayetin ermeniler yasayan Naxcivanik kendine ermeniler ora hekim vezifesine getmekden imtina edirdiler ilk is yerine gonderilib 1967 ci ilin iyul ayinin 7 de Xankendide toredilen qanli facieli hadiseden sonra ermeniler nahaqdan hebs etdirdikleri Qarakendli Ersad muellimi ve Susa hebsxanasinin azerbaycanli surucusunu mehkeme zalindan cixandan sonra Xankendinin merkezinde kucede diri diri yandirdilar M Q Allahverdiyevi Qirxqiz yaylaqlarindaki maldarliq ve qoyunculuq fermalarindaki iscilere tibb xidmeti gostermeye gonderibler ermeni hekimler bu vezifeni yerine yetirmekden de imtina etmisdiler 1968 ci ilin yanvar ayinin 4 de onun Naxcivanikdeki is yeri meqsedyonlu sekilde ixtisara salinib O mecburen oz dogma yurdundan didergin dusub 1968 ci ilin aprel ayinda Turkmenistana gedib Orada Dashovuz Dis Oguz Vilayetinin Kohne Urgenc rayonunun Leninqrad kolxozundaki sahe xestexanasinda bas hekim vezifesine teyin edilib O dovrde Azerbaycan ziyalilarinin Dagliq Qarabagdan repressiyaya ugradilmasinin bir varianti da bele olurdu M Q Allahverdiyev 1968 ci il sentyabr ayinin 1 de Asqabadda Turkmenistan Dovlet Tibb Institutu nezdinde Ixtisaslasma kursu 6 ayliq kecmis ve Umumi cerrahliq ixtisasi uzre vesiqe almisdir 01 02 1969 cu il O 1969 cu ilden indiye qeder ATU nun insan anatomiyasi kafedrasinda calisir O bu kafedrada assistentlikden kafedranin professoru vezifesine qeder yukselmisdir Hasiye Kecen esrin 60 ci illerinin ortalarinda Silvi Kaputikyanin qondarma ermeni genosidine hesr olunmus Karvan hele yoldadir Karavan eshe v puti eseri yenice capdan cixmisdi ve Dagliq Qarabagin Ermenistana birlesdirilmesi ideyasi butun cosqunlugu ile gundeme gelmisdi Lakin o vaxtlar Azerbaycan SSR Milli Tehlukesizlik Nazirliyinde isleyen dahi Heyder Eliyevin apardigi profilaktik temizleme isleri ve 1969 cu il iyulun 14 den ise Azerbaycan SSR KP MK nin birinci katibi kimi yerine yetirdiyi qlobal tedbirler oz behresini verdi ve 20 il muddetine ermenilerin askardaki sesleri tam kesildi Bunun sayesinde hemin dovrde hem Xankendide hem de butovlukde DQMV da azerbaycanli ziyalilarin sayi xeyli artdi onlarin huquqlarinin qorunmasinda ciddi donus yarandi 1987 ci ilde Mixail Qorbacovun eli ile ulu onderin Moskvada tutdugu yuksek vezifeden uzaqlasdirilmasindan sonra ermenilerin sesinin uze cixmasina yeniden imkan yarandi Torpaqlarimizin ermeniler terefinden isgali toretdikleri soyqirimi bais olduqlari qacqinciliq mecburi kockunculuk ve diderginlik bundan sonra baslandi Pedaqoji fealiyyetM Q Allahverdiyev 1969 cu ilin fevral ayinin 18 de N Nerimanov adina Azerbaycan Dovlet Tibb Institutunun Boyuk elmi surasinin qerari ile normal anatomiya kafedrasinin muellimi vezifesine secilib 1970 ci ilin sentyabr ayinin 11 de musabiqe yolu ile ATI nin insan anatomiyasi kafedrasinda assistent 1973 cu ilin dekabr ayinin 11 de bas muellim 1986 ci ilin noyabr ayinin 3 de dosent 2010 cu ilin dekabr ayinda ise professor vezifesine secilib ve hal hazira kimi ATU nun insan anatomiyasi kafedrasinin professoru vezifesinde calisir 1975 1982 ci illerde Azerbaycan SSR in Televiziya verilisleri studiyasinda teskil edilmis Tedris rubrikasi uzre silsile verilislerde Anatomiya fiziologiya gigiyena adli layihe uzre xususi proqram esasinda televiziyada orta mekteb sagirdleri ucun her defede 20 deqiqelik canli dersler aparmaq M Q Allahverdiyeve hevale edilmisdir Elmi isleriO 1971 ci ilde kafedranin mudiri emekdar elm xadimi professor K E Balakisiyevin teqdimati ile kafedranin tedris hisse mudiri vezifesine teyin edilib ve 1990 ci ile qeder 19 il bu vezifeni yerine yetirib 1991 ci ilin iyul ayinin 1 de Azerbaycan Tibb Universitetinin I mualice profilaktika fakultesinin I II kurslar uzre dekan muavini vezifesine teyin edilib 1993 cu ilin fevral ayinin 18 de ise ATU nun elmi katibi vezifesine kecirilib 2001 ci ilin iyun ayinin 28 den ATU nun Internatura diplomdansonraki hazirliq sobesinin mudiri vezifesini yerine yetirib 2006 ci ilin sentyabr ayinin 11 de pediatriya fakultesinin dekan muavini vezifesine kecirib 2008 ci ilde ATU nun rektorunun musaviri vezifesine teyin edilib ve hazirda da hemin vezifeni yerine yetirir 1975 1996 ci illerde Azerbaycan Anatom Histoloq ve Embrioloqlar elmi Cemiyyetinin katibi 1989 1993 cu illerde anatomiya histologiya patoloji anatomiya ixtisaslari uzre Ixtisaslasdirilmis mudafie surasinin elmi katibi 2000 2006 ci illerde insan anatomiyasi kafedrasi uzre Telebe Elmi Cemiyyetinin sedri vezifesinde calisib 2006 ci ilden kafedra mudirinin elmi isler uzre muavini vezifesine teyin edilib 1999 2000 ci illerde ATU uzre Bioetika elm ve texnologiyalarin etikasi daimi Komissiyasinin katibi olub Muxtelif illerde Moskvada I M Secenov adina I Moskva Dovlet Tibb Institutunda Sankt Peterburqdaki Mecnikov adina Sanitariya Gigiyena Institutunun mualice profilaktika fakultesinde Herbi Tibb Akademiyasinda Xarkov Dovlet Tibb Institutunda elmi ezamiyyetlerde ve ixtisasartirma kurslarinda olub 1985 ci il aprelin 30 da Tbilisi Dovlet Tibb Institutunda professor G S Haciyevin rehberliyi altinda Budun deri sinirlerinin makromikroskopik anatomiyasi ve mieloarxitektonikasi movzusu uzre namizedlik dissertasiyasi mudafie edib Elde etdiyi deyerli elmi neticeler nevrologiyada akkupunktura uzre refleksoterapiya sahesinde sehiyye praktikasina tetbiq olunub ve tedqiqatin neticeleri Xocali soyqirimi qurbanlarinin xatiresine hesr olunmus Bel oma kelefi bud sinirleri adli monoqrafiyada dolgun eksini tapib Elan olunmamis Qarabag muharibesi sebebinden yaranmis uzunmuddetli fasileden sonra elmi tedqiqat islerini davam etdiren alim 2008 ci il yanvar ayinin 31 de Postnatal ontogenezde insanin qaraciyerxarici od yollarinin vezi ve limfoid aparatlarinin struktur funksional seciyyesi ve morfogenezinin qanunauygunluqlari movzusunda doktorluq dissertasiyasi mudafie ederek tibb elmleri doktoru elmi derecesine layiq gorulub O 200 den cox cap olunmus elmi ve elmi kutlevi isin o cumleden 3 monoqrafiya 3 biblioqrafik melumat kitabcasinin prof Eziz Memmedkerim oglu Eliyev akademik Ehliman Tapdiq oglu Emiraslanov professor Vaqif Bilas oglu Sadlinski haqqinda 19 derslik ve ders vesaitinin 2 semerelesdirici teklifin muellifi ve hemmuelliflerindendir eyni zamanda 2010 cu ilde ATU nun 80 illik yubileyi munasibetile akademik Ehliman Emiraslanovun muellifliyi ile cap olunan kitabin nesrine mesul ve tertibci 14 cap olunmus eserin elmi redaktoru 8 neferin namizedlik dissertasiyasinin resenzenti olub Olkemizde elece de bir sira xarici olkelerde o cumleden Turkiyede Almaniyada Rusiya Federasiyasinda diger MDB olkelerinde kecirilen elmi konqres ve konfranslarin numayendesi olub Professor M Q Allahverdiyev Azerbaycan Tibb Universitetinin ictimai heyatinda yaxindan istirak edir Bele ki o 1993 cu ilden ATU nun Boyuk elmi surasinin hemcinin I mualice profilaktika fakultesinin elmi surasinin uzvudur ve hazirda ATU nun rektorunun musaviri insan anatomiyasi kafedrasinin professoru kafedra mudirinin elmi isler uzre muavini elece de Azerbaycan Respublikasinin Prezidenti yaninda Ali Attestasiya Komissiyasinin ATU nun nezdinde teskil etdiyi biokimya insan anatomiyasi patoloji fiziologiya farmakologiya kliniki farmakologiya ixtisaslari uzre FD 03 013 sifrli dissertasiya surasinin elmi katibi funksiyalarini yerine yetirir 1988 1993 cu illerde Dagliq Qarabagda ermeni isgalcilarina qarsi elan olunmamis ozunumudafie xarakterli muharibede istirak edib Baki seheri Xetai rayon Herbi Komissarligi terefinden ona Muharibe veterani vesiqesi verilib Qarabag Muharibe Veteranlari Birliyi nin 2012 ci ilden Azerbaycan Jurnalistler Birliyinin uzvu Xocali soyqirimini Tanitma Ictimai Birliyinin Agsaqqallar Surasinin sedridir Vetenhesretli alim 2011 ci il fevralin 24 de Azerbaycan Tibb Universiteti ve Turkiyenin Qazi Universiteti rektorlarinin birge tesebbusu ile Xocali soyqirimina hesr edilmis telekorpu verilisinde cixis edib onun Teskilat Komitesinin uzvlerinden olub 2012 ci il fevralin 20 den 27 ne qeder Istanbula ezam edilib Xocali soyqiriminin dunya ictimaiyyetine catdirilmasi istiqametinde Turkiyenin televiziya kanallarinda ali mekteb muessiselerinde cixislar edib cixisinin fraqmentleri hemin olkenin jurnalistleri terefinde internete salinaraq beynelxalq miqyasda genis dinleyici auditoriyasina catdirilib 2012 ci ilin fevral ayinin 26 da Istanbulun Taksim Meydaninda Xocali soyqiriminin tanidilmasina hesr olunmus mohtesem yurusun feal istirakcilarindan olub Teltifleri1977 ci ilde tibb tehsili sahesinde elde etdiyi nailiyyetlere gore Sosializm yarisinin qalibi dos nisanina 1999 ve 2009 cu illerde elm tehsil ve yuksekixtisasli tibb kadrlari hazirligindaki xidmetlerine gore Azerbaycan Respublikasi Sehiyye Nazirliyinin Fexri Fermanlari na 2002 ve 2012 ci illerde Azerbaycan Tibb Universiteti rektorlugunun Fexri Fermanlari na tesekkur ve mukafatina 2007 ci ilde Qizil Qelem mukafatina 2010 cu ilde Azerbaycan Respublikasinin Emekdar muellimi fexri adina layiq gorulmesi alimin fealiyyetinin diqqetden kenarda qalmamasinin gostericilerindendir Milli menevi deyerlerimizi uca tutan sefqetli Azerbaycan ziyalilarindan olan M Q Allahverdiyev yuksek seviyyeli pedaqoqluq meharetine qaygikesliyine vetenseverliyine tevazokarligina temennasizligina semimiliyine medeni reftari ve mentiqli intellekt seviyyesine gore haqli olaraq ATU nun professor muellim heyeti ve telebelerinin hormet ve regbetini qazanib Iki ovladi var Oglu tibb uzre felsefe doktoru Qasimov Elnur ATU nun umumi cerrahliq kafedrasinin assistenti qizi Qasimova Terane insan anatomiyasi kafedrasinin assistentidir M Q Allahverdiyevin boyuk qardasi ATU nun 1959 cu il mezunu Xocalinin ilk hekim stomatoloqu SSRI sehiyye elacisi dos nisanina layiq gorulmus Allahverdiyev Zahid Qasim oglu 1951 1954 cu illerde bacisi Baki Dovlet Universitetinin filologiya fakultesinin mezunu Allahverdiyeva Ofelya Qasim qizi 1955 1958 ci illerde ozu ise 1958 1960 ci illerde Xankendideki Nizami Gencevi adina 4 li orta mektebde tehsil aliblar ve hemin mektebin mezunu olublar Hem bu ailenin hem butun xocalilarin hem de Malibeyli Quscular Kosalar Kerkicahan Cemilli ve s kimi ermeniler terefinden orta tehsil mektebine malik olmaga imkan verilmeyen azerbaycanlilar yasayan qonsu kendlerin ehalisi ucun uzun iller yegane elm bilik tehsil mebedine cevrilen Nizami Gencevi adina 4 li tam orta mektebin Sabuncu rayonunun Ramana qesebesi erazisinde yeni binasinin tikintisi meqsedile olke Prezidenti cenab Ilham Eliyevin imzaladigi 30 dekabr 2012 ci il tarixli serencam hami kimi onlarin da hedsiz sevincine sebeb olmus qurur menbeine cevrilmisdir EserleriKitablari Mubariz Allahverdiyev Ehliman Tapdiq oglu Emiraslanov Biblioqrafiya uc dilde Baki Elm 2002 seh 180 seh accessdate missing url Meqaleleri Mubariz Allahverdiyev Gorkemli alim ve ictimai xadim Ehliman Emiraslanov 65 525 ci qezet 2012 17 noyabr Seh 10 11 Istinadlar Azerbaycan Tibb Universitetinin emekdaslarina fexri adlarin verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin 20 sentyabr 2010 cu il tarixli Serencami az president az 20 sentyabr 2010 2021 07 25 tarixinde Istifade tarixi 2015 05 11