Mirəli türbəsi — Füzuli rayonunun Kürdlər və Aşağı Veysəlli kəndlərinin arasındakı orta əsrlərə aid nekropol yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Abidənin kimin xatirəsinə ithaf edilməsi, memarın və sifarişçinin kim olması, eyni zamanda dəqiq inşa tarixi haqqında heç bir məlumat yoxdur. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Mirəli türbəsi | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Şəhər | Füzuli |
Yerləşir | Aşağı Veysəlli |
Tikilmə tarixi | XIII–XIV əsrlər |
Vəziyyəti | qəzalı |
İstinad nöm. | 215 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Mirəli türbəsi konusvari daş günbəzlə örtülmüş silindr formasına malikdir. Silindrin səthi zamanla qızılı ton almış möhkəm daşla üzlənmişdir. Türbənin günbəzinin inşasında da daşlardan istifadə edilmişdir; hörgü düzgün sıralarla aparılmışdır.
Tarixi
Türbənin nə yeraltı, nə yerüstü hissəsində onun tarixi, memarı və ya kimə həsr olunduğunu bildirən hansısa kitabə yoxdur.İvan Şeblıkin qeyd edir ki, "memarlıq forması, material seçimindəki həssaslıq, inşaatda istifadə edilmiş daşların cilalanma forma cə xarakteri və hörgü xüsusiyyətləri tikilinin ən geci XIII–XIV əsrlərdə inşa edildiyini deməyə əsas verir."
Memarlıq xüsusiyyətlərinə görə türbə Cəbrayıl rayonunun Şıxlar kəndindəki Şıx Baba türbəsi ilə oxşarlıq təşkil edir.
Abidəni tədqiq etmiş Şeblıkin Füzulinin Kürdlər kəndində yerli sakinlərin dilindən türbənin inşası ilə bağlı əfsanəni yazıya almışdır:
Mil-Muğan düzündə məşhur bənna öz şagirdi ilə birlikdə Peyğəmbər türbəsinin inşası ilə məşğul olur. Bu zaman, bənnanın şagirdinə Veycəlli kəndi yaxınlığında tübə inşasını xahiş edirlər. O, müəlliminin razılığını almadan işi öhdəsinə götürür. Gün ərzində Peyğəmbər türbəsində işini bitirdikdən sonra, gənc bənna Mir Əli türbəsində işə başlayır və gecə boyu inşaat həyata keçirir; gündüzləri isə yenidən müəlliminin yanına qayıdaraq Peyğəmbər türbəsində tikintiyə kömək edir. Bir müddət sonra, nəhayət ki, Mir Əli türbəsinin inşası başa çatır. Yeni möhtəşəm günbəz haqqında xəbər bütün düzə yayılır və ustad bənnanın da qulağına çatır. Ustad yeni tikiliyə baxmaq üçün yola düşür. Məkana çatdıqda uzun müddət sakitcə dayanaraq gözəl əsəri müşahidə edir. İş xarakteri və üslubuna görə, eləcə də digər ayırıcı məqamları nəzərdən keçirən ustad abidənin memarının kim olduğunu başa düşür. Qara həsəd və qəzəb ustadın fikrinə və qəlbinə yol tapır və o, şagirdin əllərini kəsir. |
Şeblıkin bildirir ki, bu əfsanə regionda geniş yayılmış və müxtəlif mənbələrdə əks olunmuş, fərqli dövrlərdə, fərqli nəqllərlə müxtəlif abidələrə aid edilmişdir. Məsələn, Msxeta şəhərindəki Svetitsxoveli kafedralının inşa əfsanəsində də memarın əllərinin kəsilməsi əks olunur. Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında istedadlı memar Simnar inşa etdiyi binadan atılaraq öldürülür. Şəki xan sarayının memarı isə inşaatı bitirdikdən sonra gözlərindən edilir.
Yerləşməsi
Köhnə beşverstlik xəritələrdə abidə "Arğalı-gümbəz" adı ilə qeyd edilib.
Türbə sıra dağların arasında yerləşən hündür zirvənin tam üstündə inşa edilib və sanki təpənin təbii davamına çevrilməklə uzaqdan rahatlıqla görünür. Xüsusilə gün batımı zamanı tündləşən dağların fonunda ağ daşlardan inşa edilmiş türbə sanki parıldayaraq diqqət cəlb edir. Günəşli günlərdə isə türbənin sərt silueti mavi səma fonunda şux rənglərə qərq olur.
İvan Şeblıkinə görə, abidə "orijinal forması, xətlərinin sərtliyi, gözəl silueti, hissələrinin proporsionallığı və detallarının sərifliyi ilə ilk baxışdan diqqət cəlb edir". Türbənin inşa edildiyi təpənin enişində geniş qəbirsanlıq yerləşir. Türbə və qəbirsanlığın yerləşdiyi təpə Füzulinin Kürdlər və Aşağı Veysəlli kəndlərinin arasındadır.
Memarlıq xüsusiyyətləri
Yerüstü hissə
Mirəli türbəsi konusvari daş günbəzlə örtülmüş silindr formasına malikdir. Silindrin səthi zamanla qızılı ton almış möhkəm daşla üzlənmişdir. Üzlük daşlar yüksək səviyyədə daşyonma prosesi keçmişdir. Daşların bir-birinə uyğunlaşdırılmasına xüsusi diqqət yetirilmişdir və buna görə də onlar arasındakı birləşmə yerləri demək olar ki, görünmür.
Türbə gövdəsinin perimetri 15 metr 75 sm ölçüyə, yerüstü hissənin divarlarının qalınlığı 80 sm-ə bərabərdir. Türbənin gövdəsi üç qat hörgüdən ibarət daş təməl üzərində ucalır; binənin aşağı hörgü qatının türbə gövdəsinə münasibətdə qabağa çıxma ölçüsü 30 sm-ə bərabərdir. Binənin ümumi hündürlüyü isə 45 sm-dir.
Türbə gövdəsi düzgün horizontal sıraya malikdir; daş sıralarının hüdürlükləri fərqlidir: 34, 38, 44, 41, 37 sm və sair. Yalnız bir hörgü sırası – qapı girişi ilə eyni hündürlüyə malik olan sırada daşların hündürlüyü 14 sm-dir. Ümumilikdə türbə gövdəsində karnizə kimi iyirmi iki hörgü sırası var.
Silindrin həcmi yuxarı hissədə ümumi türbə göbdəsindən bir qədər irəli çıxan karnizlə tamamlanır. Karnizin üstündə günbəzin binəsi yerləşir; bununla belə binə xətti dərhal konusa keçid etməyərək karniz və konusvari günbəz arasında nazik xətt kimi davam edir ki, bu da uzaqdan baxıldığı zaman karnizin vurğulanmasını təmin edir. Bu cür zərif dizayn həlli, binanın sadə və lakonik formalarla ifadə edilmiş incə və təntənəli memarlığını diqqətə çatdırır.
Türbənin yerüstü hissəsinin şimal tərəfində inşa edilmiş qapı yeri qeyri-adi ölçülərə malikdir: 55smx155 sm. Giriş yeri yuxarı tərəfdən oxvari tağla tmamlanır; tağın yuxarı hissəsi bütöv daşdan yonulmaqla yaradılmışdır; bu hissə daxildən də eyni formaları təkrar edir. Giriş hissəsi, kifayət qədər mürəkkəb naxış sisteminə malik çərçivə ilə əhatə edilmişdir; bütün kompozisiyaya türbə həcmindən 30 sm irəli çıxan portal görünüşü verilmişdir.
Portalın eni 175 sm, hündürlüyü 395 sm-dir. Qapı astanası mövcud yer səthindən 115 sm hündürlükdə yerləşir. Türbənin yerüstü hissəsinə giriş üçün heç bir pilləkən yoxdur və İ. P. Şeblıkin bildirir ki, əvvəl hansısa pilləkənin olmasına aid heç bir qeydə almamışdır.
Türbənin cənub tərəfində, əsas ox üzrə giriş hissənin tam qarşısında, xaricdən dar olub, daxil getdikcə genişlənən mazqalvari pəncərə yeri vardır. Xaricdə onuncu hörgü sırasından başlayan pəncərə yeri, bütün on birinci sıranı əhatə edir. Daxildən pəncərə döşəmədən 297 sm hündürlükdən başlayır və iki hörgü sırasını əhatə edir. Pəncərəönü hissəsi, bu cür hündür pəncərələr üçün ənənəvi olan aşağı əyilmiş formaya malikdir ki, bu da, mümkün qədər çox işığın içəri ötürülməsinə hesablanmışdır.
Türbənin xarici divarları, təxminən yetkin insan boyu hündürlüyünə qədər daşda yonulmuş müxtəlif at, keçi, dəvə fiqurları, nöqtə və xəttlərdən yaradılmış naxşlar, insan fiqurları, uşaq təsvirləri, lələklər və quşlar, eyni zamanda dairələrdən yaradılmış həndəsi naxışlarla örtülmüşdür.İvan Şeblıkin hesab edir ki, bu təsvirlər qədim dini inanclarla əlaqəlidir.
Günbəzi
Türbənin günbəzinin inşasında da daşlardan istifadə edilmişdir; hörgü düzgün sıralarla aparılmışdır. Daşların yonulması o qədər düzgün və dəqiq icra edilib ki, bu vaxta kimi tavandan su sızması halı baş vermir. 1933-cü ilin müşahidəsinə əsasən tədqiqatçı İ. P. Şeblıkin qeyd edir ki, türbənin divarlarında və günbəzində bir dənə də olsun su sızması və ya nəmişlik izinə rast gəlinmir.
Konusvari günbəzin yuxarı hissəsi dağıldığından onun necə tamamlanması dəqiq bəlli deyildir. Sonradan SSRİ dövründə türbənin tamamlayıcı üst hissəsi konusu tamamlayan formada bərpa edilmişdir. Günbəzin inşasında istifadə edilmiş daşlar vaxt keçdikcə qanvari narıncı ton almış, bəzi hissələrdə mavimsil boz ton, bəzən isə ağımtıllıq qazanmışdır.
Yeraltı hissə
Mirəli türbəsinin yeraltı hissəsi daxildən 375 sm diametrə malik düzgün dairə formasındadır. Yeraltı kameranın inşasında iri həcmli daşlardan istifadə olunmuşdur və həmin daşların yonulma keyfiyyəti türbənin yerüstü hissəsinin inşasında istifadə edilmiş daşlardan xeyli zəifdir. Hörgü düzgün horizontal xətlər üzrə aparılmışdır. Divarın cənub tərəfində, pəncərə yerinin altında çətin görünən qabarıqlıq formasında çərçivə müşahidə edilməkdədir. Çərçivənin yuxarı hissəsi tağla tamamlanır. Çərçivənin içi zamanla yonulmuş və oxunmaz hala düşmüş qabarıq rəsmlərlə doludur. Pəncərə üstündəki ikinci hörgü sırasından başlayaraq, sıraların qismət qabağa əyilməsi sayəsində divar tağa keçid edir. Ortası qabarıq olan döşəmə, günbəzvari tavanın güzgü əksidir. Döşəmənin tam mərkəzində 50 sm diametrə malik oyuq vardır. Oyuğu əhatə edən daşlar hamısı parlaq qara rəngə malik olmaqla, yaxşı cilalanmışdır.
Yeraltı kameranın girişi, türbənin giriş qapısının kənarında quyu şəklində təşkil edilmişdir; onun düzbucaqlı formaya malik yuxarı hissəsi 98x55 sm ölçüyə malikdir. Bu daralma, günbəzin yuxarı hissəsindəki iki daş pilləkən sayəsində baş vermişdir. Eyni zamanda aşağı aparan əlavə dörd pilləkən isə türbənin divarına inşa edilmişdir. Həmin pilləkənlərdən yalnız ikisi dövrümüzə qalmış, digər iki pilləkənin isə divardakı yuvası saxlanmışdır. Oyuğun yuxarı hissəsindən yeraltı kameranın döşəməsinə kimi olan hündürlük 3 metrə bərabərdi. Pilləkənlər hər biri fərqli hündürlüyə malikdir: 38, 35, 29, 30 və 29 sm. Pilləkənlərin, yeraltı kameraya giriş oyuğunun və ətrafdakı hörgü daşlarının kənarları yüzillər boyunca abidəni ziyarət edən insanların ayaqları tərəfindən cilalanmışdır.
Türbənin yeraltı hissəsi planda düzgün dördqollu xaç formasına (446x449 sm) malikdir. Xaçın qollarının hər biri oxvari tağtavanla örtülmüşdür. Tağların yerdən yündürlüyü 186 sm-ə bərabərdir; döşəmə xətti boyunca tağ keçidi 225 sm-ə bərabərdir. Xaçın mərkəzi hissəsi günbəzvari örtüyə malikdir. Günbəzvari tavanın yerüstü hissəyə qalxan mərkəzi hissəsinin, yeraltı kameranın döşəməsindən hündürlüyü 327 sm-ə bərabərdir. Divarlar, tağlar və günbəzin inşasında hamar cilalanmış iri daşlardan istifadə olunmuşdur. Daşların seçilməsinə böyük diqqət yetirilməsi diqqət cəlb edir. İnşaatda istifadə olunmuş daşlar müxtəlif hündürlüyə malikdir; 25, 34, 33, 32, 29 və 40 sm.
Yeraltı kameranın döşəməsi açıq boz rəngli yaxşı yonulmuş daş plitələrlə döşənmişdir. Döşəmənin tam ortasında üzərində heç bir yazısı olmayan kiçik verikal plitə vardır. Tədqiqatçılar hesab edirlər ki, bu plitə türbədə dəfn edilmiş şəxsin məzar yerini göstərir.
İstinadlar
- Aslanova, Fəridə. . Azərbaycan Arxeologiyası. 4 (№ 1–2.). 2002: 104–106. 1 fevral 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2024.
- "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində (PDF). İstifadə tarixi: 2023-01-05.
- Şeblıkin, 1943. səh. 84
- Şeblıkin, 1943. səh. 85
- Şeblıkin, 1943. səh. 86
- Şeblıkin, 1943. səh. 81
- Şeblıkin, 1943. səh. 82
- Şeblıkin, 1943. səh. 83
- Salamzadə, Məmmədzadə, 1979. səh. 22
- Salamzadə, 1952. səh. 245
Ədəbiyyat
- Şeblıkin, İvan. Памятники азербайджанского зодчества эпохи Низами [Nizami dövrü Azərbaycan memarlığının abidələri] (rus). Bakı: АН СССР, Азербайджанский филиал, Институт истории, издательство АзФАН. 1943. 7 yanvar 2024 tarixində .
- Salamzadə, Əbdülvahab. Архитектура мавзолеев Азербайджана ХІІ-ХѴ вв [XII–XV əsrlərdə Azərbaycan məqbərələrinin memarlığı.] (rus). Баку: Гос. арх. изд-во. 1952.
- Salamzadə, Əbdülvahab; Məmmədzadə, Kamil. Arazboyu abidələr (rus). Bakı: AzSSR EA Memarlıq və İncəsənət İnstitutu, Tarix İnstitutu, "Elm" Nəşriyyatı. 1979.
- Salamzadə, Əbdülvahab. Azərbaycanın memarlıq abidələri (rus). Bakı: Azərnəşr. 1958.
- İsmayılov, Qüdrət. Abidələr, xatirələr, düşüncələr (rus). Bakı: Gənclik nəşriyyatı. 1981.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mireli turbesi Fuzuli rayonunun Kurdler ve Asagi Veyselli kendlerinin arasindaki orta esrlere aid nekropol yaxinliginda yerlesen tarix memarliq abidesi Abidenin kimin xatiresine ithaf edilmesi memarin ve sifariscinin kim olmasi eyni zamanda deqiq insa tarixi haqqinda hec bir melumat yoxdur Abide Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2001 ci il avqustun 2 de verdiyi 132 nomreli qerar ile olke ehemiyyetli dasinmaz tarix ve medeniyyet abidelerinin siyahisina salinib Mireli turbesiMireli turbesi 2022 ci ilde39 41 50 sm e 47 11 52 s u Olke AzerbaycanSeher FuzuliYerlesir Asagi VeyselliTikilme tarixi XIII XIV esrlerVeziyyeti qezaliAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 215KateqoriyaTurbeEhemiyyetiOlke ehemiyyetli Vikianbarda elaqeli mediafayllar Mireli turbesi konusvari das gunbezle ortulmus silindr formasina malikdir Silindrin sethi zamanla qizili ton almis mohkem dasla uzlenmisdir Turbenin gunbezinin insasinda da daslardan istifade edilmisdir horgu duzgun siralarla aparilmisdir TarixiMireli turbesi 1940 ci illerin evvellerinde Ivan Seblikinin Nizami dovru Azerbaycan memarliq abideleri kitabinda 1943 nesr edilmis ag qara foto Turbenin ne yeralti ne yerustu hissesinde onun tarixi memari ve ya kime hesr olundugunu bildiren hansisa kitabe yoxdur Ivan Seblikin qeyd edir ki memarliq formasi material secimindeki hessasliq insaatda istifade edilmis daslarin cilalanma forma ce xarakteri ve horgu xususiyyetleri tikilinin en geci XIII XIV esrlerde insa edildiyini demeye esas verir Memarliq xususiyyetlerine gore turbe Cebrayil rayonunun Sixlar kendindeki Six Baba turbesi ile oxsarliq teskil edir Abideni tedqiq etmis Seblikin Fuzulinin Kurdler kendinde yerli sakinlerin dilinden turbenin insasi ile bagli efsaneni yaziya almisdir Mil Mugan duzunde meshur benna oz sagirdi ile birlikde Peygember turbesinin insasi ile mesgul olur Bu zaman bennanin sagirdine Veycelli kendi yaxinliginda tube insasini xahis edirler O muelliminin raziligini almadan isi ohdesine goturur Gun erzinde Peygember turbesinde isini bitirdikden sonra genc benna Mir Eli turbesinde ise baslayir ve gece boyu insaat heyata kecirir gunduzleri ise yeniden muelliminin yanina qayidaraq Peygember turbesinde tikintiye komek edir Bir muddet sonra nehayet ki Mir Eli turbesinin insasi basa catir Yeni mohtesem gunbez haqqinda xeber butun duze yayilir ve ustad bennanin da qulagina catir Ustad yeni tikiliye baxmaq ucun yola dusur Mekana catdiqda uzun muddet sakitce dayanaraq gozel eseri musahide edir Is xarakteri ve uslubuna gore elece de diger ayirici meqamlari nezerden keciren ustad abidenin memarinin kim oldugunu basa dusur Qara hesed ve qezeb ustadin fikrine ve qelbine yol tapir ve o sagirdin ellerini kesir Seblikin bildirir ki bu efsane regionda genis yayilmis ve muxtelif menbelerde eks olunmus ferqli dovrlerde ferqli neqllerle muxtelif abidelere aid edilmisdir Meselen Msxeta seherindeki Svetitsxoveli kafedralinin insa efsanesinde de memarin ellerinin kesilmesi eks olunur Nizami Gencevinin Yeddi gozel poemasinda istedadli memar Simnar insa etdiyi binadan atilaraq oldurulur Seki xan sarayinin memari ise insaati bitirdikden sonra gozlerinden edilir YerlesmesiKohne besverstlik xeritelerde abide Argali gumbez adi ile qeyd edilib Turbe sira daglarin arasinda yerlesen hundur zirvenin tam ustunde insa edilib ve sanki tepenin tebii davamina cevrilmekle uzaqdan rahatliqla gorunur Xususile gun batimi zamani tundlesen daglarin fonunda ag daslardan insa edilmis turbe sanki parildayaraq diqqet celb edir Gunesli gunlerde ise turbenin sert silueti mavi sema fonunda sux renglere qerq olur Ivan Seblikine gore abide orijinal formasi xetlerinin sertliyi gozel silueti hisselerinin proporsionalligi ve detallarinin serifliyi ile ilk baxisdan diqqet celb edir Turbenin insa edildiyi tepenin enisinde genis qebirsanliq yerlesir Turbe ve qebirsanligin yerlesdiyi tepe Fuzulinin Kurdler ve Asagi Veyselli kendlerinin arasindadir Memarliq xususiyyetleriYerustu hisse Mireli turbesinin yerustu hissesinin E Salamzade terefinden cekilmis temel plani Mireli turbesi konusvari das gunbezle ortulmus silindr formasina malikdir Silindrin sethi zamanla qizili ton almis mohkem dasla uzlenmisdir Uzluk daslar yuksek seviyyede dasyonma prosesi kecmisdir Daslarin bir birine uygunlasdirilmasina xususi diqqet yetirilmisdir ve buna gore de onlar arasindaki birlesme yerleri demek olar ki gorunmur Turbe govdesinin perimetri 15 metr 75 sm olcuye yerustu hissenin divarlarinin qalinligi 80 sm e beraberdir Turbenin govdesi uc qat horguden ibaret das temel uzerinde ucalir binenin asagi horgu qatinin turbe govdesine munasibetde qabaga cixma olcusu 30 sm e beraberdir Binenin umumi hundurluyu ise 45 sm dir Turbe govdesi duzgun horizontal siraya malikdir das siralarinin hudurlukleri ferqlidir 34 38 44 41 37 sm ve sair Yalniz bir horgu sirasi qapi girisi ile eyni hundurluye malik olan sirada daslarin hundurluyu 14 sm dir Umumilikde turbe govdesinde karnize kimi iyirmi iki horgu sirasi var Silindrin hecmi yuxari hissede umumi turbe gobdesinden bir qeder ireli cixan karnizle tamamlanir Karnizin ustunde gunbezin binesi yerlesir bununla bele bine xetti derhal konusa kecid etmeyerek karniz ve konusvari gunbez arasinda nazik xett kimi davam edir ki bu da uzaqdan baxildigi zaman karnizin vurgulanmasini temin edir Bu cur zerif dizayn helli binanin sade ve lakonik formalarla ifade edilmis ince ve tenteneli memarligini diqqete catdirir Turbenin yerustu hissesinin simal terefinde insa edilmis qapi yeri qeyri adi olculere malikdir 55smx155 sm Giris yeri yuxari terefden oxvari tagla tmamlanir tagin yuxari hissesi butov dasdan yonulmaqla yaradilmisdir bu hisse daxilden de eyni formalari tekrar edir Giris hissesi kifayet qeder murekkeb naxis sistemine malik cercive ile ehate edilmisdir butun kompozisiyaya turbe hecminden 30 sm ireli cixan portal gorunusu verilmisdir Portalin eni 175 sm hundurluyu 395 sm dir Qapi astanasi movcud yer sethinden 115 sm hundurlukde yerlesir Turbenin yerustu hissesine giris ucun hec bir pilleken yoxdur ve I P Seblikin bildirir ki evvel hansisa pillekenin olmasina aid hec bir qeyde almamisdir Turbenin cenub terefinde esas ox uzre giris hissenin tam qarsisinda xaricden dar olub daxil getdikce genislenen mazqalvari pencere yeri vardir Xaricde onuncu horgu sirasindan baslayan pencere yeri butun on birinci sirani ehate edir Daxilden pencere dosemeden 297 sm hundurlukden baslayir ve iki horgu sirasini ehate edir Pencereonu hissesi bu cur hundur pencereler ucun enenevi olan asagi eyilmis formaya malikdir ki bu da mumkun qeder cox isigin iceri oturulmesine hesablanmisdir Turbenin xarici divarlari texminen yetkin insan boyu hundurluyune qeder dasda yonulmus muxtelif at keci deve fiqurlari noqte ve xettlerden yaradilmis naxslar insan fiqurlari usaq tesvirleri lelekler ve quslar eyni zamanda dairelerden yaradilmis hendesi naxislarla ortulmusdur Ivan Seblikin hesab edir ki bu tesvirler qedim dini inanclarla elaqelidir Gunbezi Turbenin gunbezinin insasinda da daslardan istifade edilmisdir horgu duzgun siralarla aparilmisdir Daslarin yonulmasi o qeder duzgun ve deqiq icra edilib ki bu vaxta kimi tavandan su sizmasi hali bas vermir 1933 cu ilin musahidesine esasen tedqiqatci I P Seblikin qeyd edir ki turbenin divarlarinda ve gunbezinde bir dene de olsun su sizmasi ve ya nemislik izine rast gelinmir Konusvari gunbezin yuxari hissesi dagildigindan onun nece tamamlanmasi deqiq belli deyildir Sonradan SSRI dovrunde turbenin tamamlayici ust hissesi konusu tamamlayan formada berpa edilmisdir Gunbezin insasinda istifade edilmis daslar vaxt kecdikce qanvari narinci ton almis bezi hisselerde mavimsil boz ton bezen ise agimtilliq qazanmisdir Yeralti hisse Mireli turbesinin yeralti kamerasinin temel plani Mireli turbesinin yeralti hissesi daxilden 375 sm diametre malik duzgun daire formasindadir Yeralti kameranin insasinda iri hecmli daslardan istifade olunmusdur ve hemin daslarin yonulma keyfiyyeti turbenin yerustu hissesinin insasinda istifade edilmis daslardan xeyli zeifdir Horgu duzgun horizontal xetler uzre aparilmisdir Divarin cenub terefinde pencere yerinin altinda cetin gorunen qabariqliq formasinda cercive musahide edilmekdedir Cercivenin yuxari hissesi tagla tamamlanir Cercivenin ici zamanla yonulmus ve oxunmaz hala dusmus qabariq resmlerle doludur Pencere ustundeki ikinci horgu sirasindan baslayaraq siralarin qismet qabaga eyilmesi sayesinde divar taga kecid edir Ortasi qabariq olan doseme gunbezvari tavanin guzgu eksidir Dosemenin tam merkezinde 50 sm diametre malik oyuq vardir Oyugu ehate eden daslar hamisi parlaq qara renge malik olmaqla yaxsi cilalanmisdir Yeralti kameranin girisi turbenin giris qapisinin kenarinda quyu seklinde teskil edilmisdir onun duzbucaqli formaya malik yuxari hissesi 98x55 sm olcuye malikdir Bu daralma gunbezin yuxari hissesindeki iki das pilleken sayesinde bas vermisdir Eyni zamanda asagi aparan elave dord pilleken ise turbenin divarina insa edilmisdir Hemin pillekenlerden yalniz ikisi dovrumuze qalmis diger iki pillekenin ise divardaki yuvasi saxlanmisdir Oyugun yuxari hissesinden yeralti kameranin dosemesine kimi olan hundurluk 3 metre beraberdi Pillekenler her biri ferqli hundurluye malikdir 38 35 29 30 ve 29 sm Pillekenlerin yeralti kameraya giris oyugunun ve etrafdaki horgu daslarinin kenarlari yuziller boyunca abideni ziyaret eden insanlarin ayaqlari terefinden cilalanmisdir Turbenin yeralti hissesi planda duzgun dordqollu xac formasina 446x449 sm malikdir Xacin qollarinin her biri oxvari tagtavanla ortulmusdur Taglarin yerden yundurluyu 186 sm e beraberdir doseme xetti boyunca tag kecidi 225 sm e beraberdir Xacin merkezi hissesi gunbezvari ortuye malikdir Gunbezvari tavanin yerustu hisseye qalxan merkezi hissesinin yeralti kameranin dosemesinden hundurluyu 327 sm e beraberdir Divarlar taglar ve gunbezin insasinda hamar cilalanmis iri daslardan istifade olunmusdur Daslarin secilmesine boyuk diqqet yetirilmesi diqqet celb edir Insaatda istifade olunmus daslar muxtelif hundurluye malikdir 25 34 33 32 29 ve 40 sm Yeralti kameranin dosemesi aciq boz rengli yaxsi yonulmus das plitelerle dosenmisdir Dosemenin tam ortasinda uzerinde hec bir yazisi olmayan kicik verikal plite vardir Tedqiqatcilar hesab edirler ki bu plite turbede defn edilmis sexsin mezar yerini gosterir IstinadlarAslanova Feride Azerbaycan Arxeologiyasi 4 1 2 2002 104 106 1 fevral 2020 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 6 yanvar 2024 Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2001 ci il 2 avqust Tarixli 132 nomreli qerari ile tesdiq edilmisdir PDF az mct gov az 2001 08 02 2021 07 07 tarixinde PDF Istifade tarixi 2023 01 05 Seblikin 1943 seh 84 Seblikin 1943 seh 85 Seblikin 1943 seh 86 Seblikin 1943 seh 81 Seblikin 1943 seh 82 Seblikin 1943 seh 83 Salamzade Memmedzade 1979 seh 22 Salamzade 1952 seh 245EdebiyyatSeblikin Ivan Pamyatniki azerbajdzhanskogo zodchestva epohi Nizami Nizami dovru Azerbaycan memarliginin abideleri rus Baki AN SSSR Azerbajdzhanskij filial Institut istorii izdatelstvo AzFAN 1943 7 yanvar 2024 tarixinde Salamzade Ebdulvahab Arhitektura mavzoleev Azerbajdzhana HII HѴ vv XII XV esrlerde Azerbaycan meqberelerinin memarligi rus Baku Gos arh izd vo 1952 Salamzade Ebdulvahab Memmedzade Kamil Arazboyu abideler rus Baki AzSSR EA Memarliq ve Incesenet Institutu Tarix Institutu Elm Nesriyyati 1979 Salamzade Ebdulvahab Azerbaycanin memarliq abideleri rus Baki Azernesr 1958 Ismayilov Qudret Abideler xatireler dusunceler rus Baki Genclik nesriyyati 1981