Мingəçevir yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə.
Мingəçevir yaşayış yeri Yevlax şəhəri yaxınlığında, Kür çayının sağ sahilində, Bozdağ vadisinin mərkəzi hissəsində yerləşir. Yaşayış yeri əvvəlcə böyük bir sahəni əhatə etmişdir. Lakin, Kür çayının öz məcrasını dəyişməsi ilə əlaqədar yaranmış yarğanlar nəticəsində, onun sağ tərəfində yerləşən yaşayış yeri dağılmış və sahəsi xeyli kiçilmişdir. Nəticədə qədim yaşayış yerindən yalnız kiçik qalıqlar qalmışdır. Abidədə aparılan qazıntının ümumi sahəsi 1200 m² olmuşdur. Bütün qazıntı sahəsində təqribən eyni stratiqrafiya izlənmişdir. Burada alt qatda, bilavasitə materikin üzərində Kür-Araz təbəqəsinə, yuxarıda inkişaf etmiş Tunc dövrünə və Antik dövrə aid təbəqələrə də rast gəlinmişdir. Qazıntı sahəsində Erkən Tunc dövrünə aid dörd yaşayış binasının qalığı aşkar edilərək, öyrənilmişdir. Onların içərisində 2 №- li yaşayış binası daha yaxşı qalmışdır. Bu bina yaşayış yerinin mərkəzində yerləşir. Bina küncləri dəyirmiləşdirilmiş dördkünc formalı, yarımqazma tipli yaşayış binasının qalıqlarından ibarətdir. Onun sahəsi 112 m² , divarlarının qalmış hissəsinin hündürlüyü 1-1,10m-dir. Divarların yuxarı hissəsi və damın örtüyü ağacdan qurulmuşdur. Binanın divarları və döşəməsi gillə suvanmışdır. Evin döşəməsi 4 yarus əmələ gətirən döyəclənmiş gil təbəqəsi, daş, balıqqulağı və keramika parçalarından ibarətdir. Divarlar boyunca bir-birindən 2 m aralıda evin damını saxlayan dirək çuxurları, mərkəzdə isə hər sırada üç ədəd olmaqla iki sıra ocaq qalıqları aşkar olunmuşdur. Dirək çuxurlarının və ocaqların planı bütün yaruslarda eyni olduğundan, qeyd etmək olar ki, 4 təbəqəli döşəmənin yaranması, yalnız döşəmənin yeniləşdirilməsi ilə bağlı olmuşdur. Ocaqların ətrafında mətbəx qalıqlarına rast gəlinmişdir. Yaşayış binası möhrədən tikilmiş arakəsmə divarla üç hissəyə bölünmüşdür. Cənub-qərb tərəfdə birinci yarusun döşəməsi altında heyvan və balıq sümükləri ilə doldurulmuş çuxur aşkar olunmuşdur. Binanın içərisindən dən daşları, əzilmiş gil qablar və müxtəlif əşyalar aşkar edilmişdir. Yaşayış binasının cənub divarının xaricində daha 4 təsərrüfat quyusu ortaya çıxarılmışdır. Yaşayış yerinin digər binaları da dördkünc formalı və yarımqazma tipli olub, arakəsmələrlə bir neçə hissəyə ayrılmışdır. Döşəmələrinə çay daşları düzülərək döyəclənmişdir. Bu binalar üçün də bir neçə ocağın olması xarakterikdir.
Yerüstü materiallar və qazıntıdan aşkar edilmiş tapıntılar Kür-Araz dövrünü xarakterizə etmək üçün kifayət qədər material vermişdir. Bunlar dən daşları, həvənglər, dəstələr, toppuzlar, oraq dişləri, ox ucluqları və ağırlıq daşlarından ibarətdir. Sümükdən hazırlanmış dəlici və cilalayıcı alətlərə, iy başlıqlarına da rastlanmışdır.
Мingəçevir yaşayış yeri Cənubi Qafqazda yeganə abidədir ki, burada bir neçə ocaqlarla xarakterizə olunan, yarımqazma tipli binalar qeydə alınmışdır. Bu tip yaşayış yerlərinin meydana çıxması abidənin coğrafi şəraiti ilə də bağlı olmuşdur. Ətrafda zəngin meşə massivinin olması, divarları ağacdan olan yarımqazma tipli evlərin tikilməsi üçün şərait yaratmışdır.
Мingəçevir yaşayış yerinin yaxınlığında, Kür çayının sağ sahilində bu dövrə aid qədim qəbiristanlıq da aşkar edilmişdir. Burada Son Tunc dövrü qəbiristanlığının altında Kür-Araz mədəniyyətinə aid 4 qəbir öyrənilmişdir. Onlar torpaq qəbirlərdən ibarət olub, tək dəfnlərlə xarakterizə olunur. Skeletlər bükülü vəziyyətdə, müxtəlif istiqamətlərə yönəlmişdir. Qəbir avadanlığı hər qəbirdə skeletin baş tərəfinə qoyulmuş bir gil qabdan ibarətdir.
Mənbə
- Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mingecevir yasayis yeri Azerbaycan erazisinde arxeoloji abide Mingecevir yasayis yeri Yevlax seheri yaxinliginda Kur cayinin sag sahilinde Bozdag vadisinin merkezi hissesinde yerlesir Yasayis yeri evvelce boyuk bir saheni ehate etmisdir Lakin Kur cayinin oz mecrasini deyismesi ile elaqedar yaranmis yarganlar neticesinde onun sag terefinde yerlesen yasayis yeri dagilmis ve sahesi xeyli kicilmisdir Neticede qedim yasayis yerinden yalniz kicik qaliqlar qalmisdir Abidede aparilan qazintinin umumi sahesi 1200 m olmusdur Butun qazinti sahesinde teqriben eyni stratiqrafiya izlenmisdir Burada alt qatda bilavasite materikin uzerinde Kur Araz tebeqesine yuxarida inkisaf etmis Tunc dovrune ve Antik dovre aid tebeqelere de rast gelinmisdir Qazinti sahesinde Erken Tunc dovrune aid dord yasayis binasinin qaligi askar edilerek oyrenilmisdir Onlarin icerisinde 2 li yasayis binasi daha yaxsi qalmisdir Bu bina yasayis yerinin merkezinde yerlesir Bina kuncleri deyirmilesdirilmis dordkunc formali yarimqazma tipli yasayis binasinin qaliqlarindan ibaretdir Onun sahesi 112 m divarlarinin qalmis hissesinin hundurluyu 1 1 10m dir Divarlarin yuxari hissesi ve damin ortuyu agacdan qurulmusdur Binanin divarlari ve dosemesi gille suvanmisdir Evin dosemesi 4 yarus emele getiren doyeclenmis gil tebeqesi das baliqqulagi ve keramika parcalarindan ibaretdir Divarlar boyunca bir birinden 2 m aralida evin damini saxlayan direk cuxurlari merkezde ise her sirada uc eded olmaqla iki sira ocaq qaliqlari askar olunmusdur Direk cuxurlarinin ve ocaqlarin plani butun yaruslarda eyni oldugundan qeyd etmek olar ki 4 tebeqeli dosemenin yaranmasi yalniz dosemenin yenilesdirilmesi ile bagli olmusdur Ocaqlarin etrafinda metbex qaliqlarina rast gelinmisdir Yasayis binasi mohreden tikilmis arakesme divarla uc hisseye bolunmusdur Cenub qerb terefde birinci yarusun dosemesi altinda heyvan ve baliq sumukleri ile doldurulmus cuxur askar olunmusdur Binanin icerisinden den daslari ezilmis gil qablar ve muxtelif esyalar askar edilmisdir Yasayis binasinin cenub divarinin xaricinde daha 4 teserrufat quyusu ortaya cixarilmisdir Yasayis yerinin diger binalari da dordkunc formali ve yarimqazma tipli olub arakesmelerle bir nece hisseye ayrilmisdir Dosemelerine cay daslari duzulerek doyeclenmisdir Bu binalar ucun de bir nece ocagin olmasi xarakterikdir Yerustu materiallar ve qazintidan askar edilmis tapintilar Kur Araz dovrunu xarakterize etmek ucun kifayet qeder material vermisdir Bunlar den daslari hevengler desteler toppuzlar oraq disleri ox ucluqlari ve agirliq daslarindan ibaretdir Sumukden hazirlanmis delici ve cilalayici aletlere iy basliqlarina da rastlanmisdir Mingecevir yasayis yeri Cenubi Qafqazda yegane abidedir ki burada bir nece ocaqlarla xarakterize olunan yarimqazma tipli binalar qeyde alinmisdir Bu tip yasayis yerlerinin meydana cixmasi abidenin cografi seraiti ile de bagli olmusdur Etrafda zengin mese massivinin olmasi divarlari agacdan olan yarimqazma tipli evlerin tikilmesi ucun serait yaratmisdir Mingecevir yasayis yerinin yaxinliginda Kur cayinin sag sahilinde bu dovre aid qedim qebiristanliq da askar edilmisdir Burada Son Tunc dovru qebiristanliginin altinda Kur Araz medeniyyetine aid 4 qebir oyrenilmisdir Onlar torpaq qebirlerden ibaret olub tek defnlerle xarakterize olunur Skeletler bukulu veziyyetde muxtelif istiqametlere yonelmisdir Qebir avadanligi her qebirde skeletin bas terefine qoyulmus bir gil qabdan ibaretdir MenbeVeli Baxseli oglu Baxseliyev Azerbaycan arxeologiyasi Ali mekteb telebeleri ucun vesait I cild Baki Elm 2007