Bu səhifədə iş davam etməkdədir. |
Milli mətbuat— Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesinin inkişafıdır.
Azərbaycanın mətbuat tarixi Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı qəzetinın nəşri ilə başlamış və qəzetin ilk sayının işıq üzü gördüyü gün − 22 İyul hazırda Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur[[1]].
Əkinçi qəzeti
"Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. Qəzetin fəaliyyəti Azərbaycanda maarifçiliyin əsasını möhkəmləndirmiş, millətin yeni qələm sahiblərinin − təfəkkürlü ziyalıların, neçə-neçə jurnalist nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərmişdir. "Əkinçi", eyni zamanda, qadın azadlığı və qadın təhsili məsələlərini təbliğ etmiş, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar etmiş, dövrünün ictimai-siyasi, eləcə də bədii düşüncənin inkişafına böyük təkan vermişdir. Ən əsası da bütün bu ictimai azadlıq ideyaları milli dilimizdə − Azərbaycan dilində reallaşdırılmışdır. Beləliklə, maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması ilə "Əkinçi" özündən sonra bir sıra mətbu nəşrlərə cığır açmışdır.
"Əkinçi"nin ömrü
"Əkinçi"nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin "Əkinçi"nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb[[2]].
"Kəşkül" qəzeti
1880–1891-ci illər arasında Cəlal Ünsüzadənin rəhbərliyi ilə çap olunmuş "Kəşkül" qəzeti, əsasən, Şərq despotizminin, geriliyin əlehyinə çıxmış, mədəni inkişafı təbliğ etmışdır.
"Kaspi" qəzeti
1881–1919-cu illərdə Bakıda rus dilində işıq üzü görən "Kaspi" qəzetinin əsas məqsədi milli mənlik şüurunun formalaşmasına yönəlik təhlillərin aparılması olmuşdur. Burada Azərbaycanın Avropaya, bütövlüklə dünya birliyinə inteqrasiyasının etibarlı əsaslar üzərində qurulması, XIX əsrin sonları XX əsrin əvvəllərində ölkədə siyasi dərnəklərin siyasi partiyalara çevrilməsi və onların geniş ideya siyasi fəaliyyətləri nəticəsində ictimai mədəni düşüncəyə siyasi ab-havanın daxil olması kimi məsələlər təşviq edilmişdir.
"Şərqi-Rus" qəzeti
1903-cü ildə Avropa və Mərkəzi Rusiya qəzet və jurnallarında fəaliyyət göstərən, jurnalistikanın Qərb standartlarına kifayət qədər bələd olan Məhəmməd ağa Şahtaxtlı "Şərqi-Rus" qəzetinin çapına nail olmuşdur. Tiflisdə fəaliyyətə başlayan, ictimai-siyasi, iqtisadi, elmi, ədəbi mövzulara yer verən qəzet ətrafına Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Firudin bəy Köçərli, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi maarifçiləri toplamaqla yeni nəsil jurnalistləri yetişdirmişdir.
"Molla Nəsrəddin" jurnalı"
"Şərqi-Rus"da çalışdığı müddətdə peşəkar jurnalist kimi yetişən Cəlil Məmmədquluzadə 1906-cı il aprel ayının 7-də Tiflisdə işıq üzü görən "Molla Nəsrəddin" jurnalı ilə milli mətbuatın inkişafında əlamətdar hadisəyə imza atmış və adını Azərbaycam mətbuat tarixinə qızıl hərflərlə yazmışdır. 1918-ci ilədək Tiflisdə nəşr edilən jurnal 1921-ci ildə Təbrizdə, 1921–1931-ci illərdə isə Bakıda çap olunmuşdur. "Molla Nəsrəddin" jurnalı müstəmləkəçilik siyasətini, cəhaləti, geriliyi, sosial ədalətsizliyi kəskin tənqid etmiş, qısa bir zamanda oxucu dairəsini genişləndirmiş, şöhrəti ilə Qafqazın hüdudlarını aşaraq bütün Rusiyaya, Türk dünyasına, Yaxın və Orta Şərqə yayılmışdır. Bütün təqib və təzyiqlərə baxmayaraq, 25 il müddətində fəaliyyət göstərən jurnalın nəşri müddətində formalaşan "Mollanəsrəddinçilik" ictimai-ədəbi hərəkatı Azərbaycan mətbuatının sonrakı inkişafına da böyük təsir göstərmişdir[[3]].
Milli mətbuatımızın inkişaf yolu
Milli mətbuatımızın 1993-cü ildən başlanan inkişaf yoluna qısa baxış belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdədir. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Təkcə onu demək kifayətdir ki, rəsmi statistikaya görə, ölkə əhalisinin 88 faizdən çoxu internet istifadəçisidir. Ölkəmizdə medianın inkişafına, jurnalistlərin sərbəst fəaliyyətinə, peşəkarlıqlarının artırılmasına böyük diqqət göstərilir. Azərbaycanda media sahəsində yaradılan şəraitə bəlkə də dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil.
"Heydər Əliyev İli" çərçivəsində milli mətbuatımızın keçdiyi inkişaf yolunu vərəqləyərkən bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dahi şəxsiyyətin ən böyük arzusu olan və hazırda tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında da mətbuat missiyasını uğurla yerinə yetirdi və bu gün dost, qardaş Türkiyə ilə birgə yaradılan Ortaq Media Platformasından bəhrələnərək postmünaqişə dövrünün reallıqlarının təbliği istiqamətində səylərini daha da artırır. Ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olunsa da ermənilərin havadarlarının dəstəyi ilə yalanları, əsassız təbliğatları hələ də davam edir. Dünyaya səs salan Azərbaycan-Türkiyə qardaşlığı mətbuat sahəsində də özünün aydın ifadəsini yaratmaqla informasiya mübarizəsinin uğurla davam etdirilməsini şərtləndirir. Hazırda qloballaşan dünyada maraqları təmin edən əsas platformalardan biri informasiya platformasıdır. Qlobal informasiya məkanında daha səmərəli platformaya sahib olmaq daha güclü olmaq deməkdir.
Göründüyü kimi, bütün hallarda Azərbaycanın inkişaf səviyyəsini göstərən azad mətbuatın inkişafı prioritetdir. Tarixi Zəfərimizin reallıqları fonunda mətbuatın qarşısında dayanan vəzifələr yeniləşməklə yanaşı, hədəflər, arzular da dəyişib. Üç il bundan öncə Milli Mətbuat Günündə həmkarlarımıza əsas arzularımız sırasında qələbə müjdəçiləri olmaları xüsusi yer tuturdu. Media nümayəndələri 2020-ci ildə 44 günlük Vətən Müharibəsində şanlı Qələbəmizlə bu arzularını reallığa çevirdilər. Artıq üç ilə yaxındır yazılı və elektron KİV-lərdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa quruculuq işləri və eyni zamanda, cənab İlham Əliyevin ötən il doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə tarixi ədalətə söykənərək səsləndirdiyi "Biz Qərbi Azərbaycana qayıdacağıq" çağırışına uyğun olaraq görülən işlər geniş işıqlandırılır.
Dəyərli və fədakar həmkarlarıma dövrün, zamanın tələblərinə uyğun olaraq dəyişən arzu və istəklərimizin əsasında növbəti ildə "Qərbi Azərbaycana qayıtdıq" müjdəsini xalqımıza çatdırmağı diləyirəm. Hər bir hədəf, arzu inkişafın davamlılığının təmin edilməsində əsas faktordur. Azərbaycanın hər bir uğuru reallıqlarının güzgüsü olan mətbuatı daha da təkmilləşməyə, yeniləşməyə çağırır[[4]].
Mətbuat sahəsində islahatlar
Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılıb[[5]].
İstinad siyahısı
- "Arxivlənmiş surət". 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-17.
- https://media.gov.az/metbuat-tariximiz/
- "Arxivlənmiş surət". 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-17.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu sehifede is davam etmekdedir Mudaxile etmeye telesmeyin Eger komek etmek isteyirsinizse ya da sehife yarimciq qalibsa sehifeni yaradan istifadeci ile elaqe qura bilersiniz Sehifenin tarixcesinde sehife uzerinde islemis istifadecilerin adlarini gore bilersiniz Redaktelerinizi menbe ve istinadlarla esaslandirmagi unutmayin Bu meqale sonuncu defe 0 saniye evvel InternetArchiveBot muzakire tohfeler terefinden redakte olunub Yenile Milli metbuat Azerbaycan xalqinin milli dircelis dovrune qedem qoymasi dovlet ve dovletcilik deyerlerinin formalasmasi milli suurun oyanisi ve ozunuderk prosesinin inkisafidir Azerbaycanin metbuat tarixi Hesen bey Zerdabinin 1875 ci ilde yaratdigi qezetinin nesri ile baslamis ve qezetin ilk sayinin isiq uzu gorduyu gun 22 Iyul hazirda Azerbaycanda Milli Metbuat ve Jurnalistika Gunu kimi qeyd olunur 1 Ekinci qezeti Ekinci qezetinin nesri butun Qafqazda eks seda dogurmusdu Qezetin fealiyyeti Azerbaycanda maarifciliyin esasini mohkemlendirmis milletin yeni qelem sahiblerinin tefekkurlu ziyalilarin nece nece jurnalist neslinin yetismesinde boyuk tarixi xidmetler gostermisdir Ekinci eyni zamanda qadin azadligi ve qadin tehsili meselelerini teblig etmis dini movhumata xurafata ve cehalete qarsi keskin cixislar etmis dovrunun ictimai siyasi elece de bedii dusuncenin inkisafina boyuk tekan vermisdir En esasi da butun bu ictimai azadliq ideyalari milli dilimizde Azerbaycan dilinde reallasdirilmisdir Belelikle maariflenme muasirlesme umummilli meqsedlerin tebligi beseri deyerlerin milli enenelerle uzvi vehdeti edebi dilin danisiq diline yaxinlasdirilmasi hadiselerin obyektiv isiqlandirilmasi ile Ekinci ozunden sonra bir sira metbu nesrlere cigir acmisdir Ekinci nin omru Ekinci nin 1875 ci il iyulun 22 den 1877 ci ilin sentyabrinadek cemi 56 sayi isiq uzu gorse de onun Azerbaycan milli metbuatinin tesekkul tapmasinda inkisafinda evezsiz rolu olub Esasen maarifcilik missiyasini uzerine goturmus Ekinci az muddetde hem ziyali tebeqe hem de sade insanlar arasinda cox meshurlasib Tesadufi deyil ki dovrunun gorkemli ziyalilari ve qelem sahibleri qezetle emekdasliq edib muntezem meqalelerle cixis edibler Lakin Ekinci nin omru uzun surmeyib Car Rusiyasi qezetin insanlarin maariflenmesinde ictimai siyasi proseslere daha yaxindan beled olmasindaki rolundan cekinmeye baslayib ve sonda qezetin nesrini dayandirib 2 Keskul qezeti1880 1891 ci iller arasinda Celal Unsuzadenin rehberliyi ile cap olunmus Keskul qezeti esasen Serq despotizminin geriliyin elehyine cixmis medeni inkisafi teblig etmisdir Kaspi qezeti1881 1919 cu illerde Bakida rus dilinde isiq uzu goren Kaspi qezetinin esas meqsedi milli menlik suurunun formalasmasina yonelik tehlillerin aparilmasi olmusdur Burada Azerbaycanin Avropaya butovlukle dunya birliyine inteqrasiyasinin etibarli esaslar uzerinde qurulmasi XIX esrin sonlari XX esrin evvellerinde olkede siyasi derneklerin siyasi partiyalara cevrilmesi ve onlarin genis ideya siyasi fealiyyetleri neticesinde ictimai medeni dusunceye siyasi ab havanin daxil olmasi kimi meseleler tesviq edilmisdir Serqi Rus qezeti1903 cu ilde Avropa ve Merkezi Rusiya qezet ve jurnallarinda fealiyyet gosteren jurnalistikanin Qerb standartlarina kifayet qeder beled olan Mehemmed aga Sahtaxtli Serqi Rus qezetinin capina nail olmusdur Tiflisde fealiyyete baslayan ictimai siyasi iqtisadi elmi edebi movzulara yer veren qezet etrafina Mirze Elekber Sabir Celil Memmedquluzade Abbas Sehhet Omer Faiq Nemanzade Firudin bey Kocerli Memmed Seid Ordubadi Huseyn Cavid Eliqulu Qemkusar Eli Nezmi kimi maarifcileri toplamaqla yeni nesil jurnalistleri yetisdirmisdir Molla Nesreddin jurnali Serqi Rus da calisdigi muddetde pesekar jurnalist kimi yetisen Celil Memmedquluzade 1906 ci il aprel ayinin 7 de Tiflisde isiq uzu goren Molla Nesreddin jurnali ile milli metbuatin inkisafinda elametdar hadiseye imza atmis ve adini Azerbaycam metbuat tarixine qizil herflerle yazmisdir 1918 ci iledek Tiflisde nesr edilen jurnal 1921 ci ilde Tebrizde 1921 1931 ci illerde ise Bakida cap olunmusdur Molla Nesreddin jurnali mustemlekecilik siyasetini cehaleti geriliyi sosial edaletsizliyi keskin tenqid etmis qisa bir zamanda oxucu dairesini genislendirmis sohreti ile Qafqazin hududlarini asaraq butun Rusiyaya Turk dunyasina Yaxin ve Orta Serqe yayilmisdir Butun teqib ve tezyiqlere baxmayaraq 25 il muddetinde fealiyyet gosteren jurnalin nesri muddetinde formalasan Mollanesreddincilik ictimai edebi herekati Azerbaycan metbuatinin sonraki inkisafina da boyuk tesir gostermisdir 3 Milli metbuatimizin inkisaf yoluMilli metbuatimizin 1993 cu ilden baslanan inkisaf yoluna qisa baxis bele bir umumilesdirmeye esas verir ki Azerbaycan soz ve metbuat azadliginin inkisaf seviyyesine gore MDB mekaninda en qabaqcil yerlerdedir Eyni zamanda bu gun Azerbaycanin adi internetin azad oldugu olkeler sirasindadir Tekce onu demek kifayetdir ki resmi statistikaya gore olke ehalisinin 88 faizden coxu internet istifadecisidir Olkemizde medianin inkisafina jurnalistlerin serbest fealiyyetine pesekarliqlarinin artirilmasina boyuk diqqet gosterilir Azerbaycanda media sahesinde yaradilan seraite belke de dunyanin inkisaf etmis olkelerinde bele rast gelmek mumkun deyil Heyder Eliyev Ili cercivesinde milli metbuatimizin kecdiyi inkisaf yolunu vereqleyerken bu muhum meqami da xususi qeyd etmeliyik ki dahi sexsiyyetin en boyuk arzusu olan ve hazirda tarixe qovusan Qarabag munaqisesi ile bagli heqiqetlerin olke ve dunya ictimaiyyetine catdirilmasinda da metbuat missiyasini ugurla yerine yetirdi ve bu gun dost qardas Turkiye ile birge yaradilan Ortaq Media Platformasindan behrelenerek postmunaqise dovrunun realliqlarinin tebligi istiqametinde seylerini daha da artirir Erazi butovluyumuz tarixi edalet berpa olunsa da ermenilerin havadarlarinin desteyi ile yalanlari esassiz tebligatlari hele de davam edir Dunyaya ses salan Azerbaycan Turkiye qardasligi metbuat sahesinde de ozunun aydin ifadesini yaratmaqla informasiya mubarizesinin ugurla davam etdirilmesini sertlendirir Hazirda qloballasan dunyada maraqlari temin eden esas platformalardan biri informasiya platformasidir Qlobal informasiya mekaninda daha semereli platformaya sahib olmaq daha guclu olmaq demekdir Gorunduyu kimi butun hallarda Azerbaycanin inkisaf seviyyesini gosteren azad metbuatin inkisafi prioritetdir Tarixi Zeferimizin realliqlari fonunda metbuatin qarsisinda dayanan vezifeler yenilesmekle yanasi hedefler arzular da deyisib Uc il bundan once Milli Metbuat Gununde hemkarlarimiza esas arzularimiz sirasinda qelebe mujdecileri olmalari xususi yer tuturdu Media numayendeleri 2020 ci ilde 44 gunluk Veten Muharibesinde sanli Qelebemizle bu arzularini realliga cevirdiler Artiq uc ile yaxindir yazili ve elektron KIV lerde isgaldan azad edilmis erazilerimizde aparilan berpa quruculuq isleri ve eyni zamanda cenab Ilham Eliyevin oten il dogum gununde Qerbi Azerbaycandan olan ziyalilarla gorusunde tarixi edalete soykenerek seslendirdiyi Biz Qerbi Azerbaycana qayidacagiq cagirisina uygun olaraq gorulen isler genis isiqlandirilir Deyerli ve fedakar hemkarlarima dovrun zamanin teleblerine uygun olaraq deyisen arzu ve isteklerimizin esasinda novbeti ilde Qerbi Azerbaycana qayitdiq mujdesini xalqimiza catdirmagi dileyirem Her bir hedef arzu inkisafin davamliliginin temin edilmesinde esas faktordur Azerbaycanin her bir uguru realliqlarinin guzgusu olan metbuati daha da tekmillesmeye yenilesmeye cagirir 4 Metbuat sahesinde islahatlarPrezident Ilham Eliyev 12 yanvar 2021 ci il tarixde Azerbaycan Respublikasinda media sahesinde islahatlarin derinlesdirilmesi haqqinda Ferman imzalayib Fermana esasen Azerbaycanda medianin inkisafinin desteklenmesi bu sahede institusional quruculuq islerinin davam etdirilmesi yeni informasiya kommunikasiya texnologiyalarinin ve innovasiyalarin tetbiqinin stimullasdirilmasi meqsedile Azerbaycan Respublikasinin Prezidenti yaninda Kutlevi Informasiya Vasitelerinin Inkisafina Dovlet Desteyi Fondunun esasinda Azerbaycan Respublikasinin Medianin Inkisafi Agentliyi publik huquqi sexs yaradilib 5 Istinad siyahisi Arxivlenmis suret 2024 07 17 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 07 17 https media gov az metbuat tariximiz Arxivlenmis suret 2024 07 17 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 07 17