Melburn Universiteti (ing. University of Melbourne) — Avstraliyanın , Melburn şəhərinin ətraf qəsəbəsi olan Parkvilldə yerləşən ali təhsil müəssisəsi. Bu ali məktəb Avstraliyanın ikinci, Viktoriya ştatının isə birinci ən qədim universitetidir.
Melburn Universiteti UniMelb, 墨大 | |
---|---|
Əsası qoyulub | 1853 |
Tip | Dövlət |
Tələbə sayı | 45800 |
Şəhər | Melburn şəhəri |
Ölkə | |
Sayt | unimelb.edu.au |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1853-cü ildə dövlət xadimi Hyu Çaylders Viktoriya ştatının parlamentinə Melburn Universitetinin yaradılması haqqında akt təqdim edir və bu təklif qəbul edilir. Universitetdə ilk dərslər 3 professor və 16 tələbənin iştirakı ilə 1855-ci ildə keçilir. Universitet binasının rəsmi açılışı 1855-ci il oktyabrın 3-də ştatın vitse-qubernatoru Çarlz Hothemin iştirakı ilə baş tutur. Ali məktəbin ilk kansleri Redmond Barri təyin edilir və o, bu vəzifədə ömrünün sonuna qədər, 1880-ci ilədək qalır.
Universitetdə ilk vaxtlar yalnız hüquq elmi tədris olunur, lakin şəhər sakinlərinin tələbi nəticəsində 1857-ci ildə burada tibb, 1860-cı ildə isə mühəndislik fakültələri açılır. 1881-ci ildə universitetə qızlar qəbul olunmağa başlayır. Sonrakı illər Melburn Universitetində gərginlik yaşanır, 1902-ci ildə isə ali məktəb faktiki olaraq müflis olur. 1886-cı ildən 1901-ci ilə qədər universitetin xəzinədarı vəzifəsində çalışmış Frederik Diksonun dələduzluq edərək külli miqdarda vəsaiti mənimsəməsi faktı aşkarlanır və o, yeddi il müddətinə azadlıqdan məhrum edilir. Universitetdə kral komissiyası təşkil olunur, nəticədə yeni maliyyə, tədris, təsərrüfat, təhsil strukturları yaradılır, önəmli islahatlar həyata keçirilir.
I Dünya müharibəsi zamanı universitetdə yenə idarəolunma ilə bağlı problemlər yaranmağa başlayır. 1923-cü ildə rəhbərlik universitet Senatına həvalə olunur. Tələbələr iki Senat üzvü seçmək hüququna malik olur. Həmin dövrdə isə tələbələrin əksəriyyəti varlı ailələrin övladları idi, istedadlı və təqaüd alan tələbələr azlıq təşkil edirdi. Universitetin vitse-kansleri Reymond Pristli ilk olaraq burada maaş tətbiq edir. 1922-ci ildə Melburn Universiteti Mətbuatı yaradılır, bu, Avstraliyada ilk ali məktəb mətbuatı olur.
II Dünya müharibəsindən sonra Avstraliya dövləti Melburn Universitetinə maliyyə yardımlarını artırır, tələbələrin sayı artır və bir sıra təhsil islahatları aparılır. Universitet sürətli inkişaf yoluna qədəm qoyur. 1955-ci ildə Avstraliyada ilk kompüter hazırlanır və Melburn Universitetində quraşdırılır. 1989-cu ildə Melburn Universiteti AARNET-ə birləşərək İnternetə ilk qoşulan Avstraliya universiteti olur.
2003-cü ildə Melburn Universiteti təntənəli surətdə 150 illik yubileyini qeyd edib. 2008-ci ildə universitetdə yeni tədris proqramı qəbul olunub. Həmin proqram hazırda Melburn təhsil modeli kimi tanınır.
Müasir vəziyyəti
Melburn Universitetinin əsas kampusu Melburn şəhərinin ətraf qəsəbəsi olan Parkvilldə yerləşir. Müxtəlif üslublarda inşa edilmiş tikililər, fontanlar, parklar kampusa xüsusi gözəllik bəxş edir. Kampusun binaları ilk vaxtlar qotik və Renessans üslublarda tikilsə də, 1950-ci ildən inşa edilən tikililər modern üslubdadır. Bundan irəli gələrək, hazırda kampusda müxtəlif görünüşlü binalara rast gəlmək olar. Kampusdan Melburn şəhərinin mərkəzi aeroportuna 30 dəqiqəlik məsafə var. Kampus daxilində tələbə və müəllimlərə xidmət göstərən çoxlu sayda avtobus və tramvay mövcuddur.
Melburn Universitetinin Viktoriya ştatında bir neçə kampusu var. Bunlar Burnli, Kresvik, Duki, Uerrib, Soutbank, Şipperton, Houtorn, Viktoriya İncəsənət Kolleci kampuslarıdır. Həmçinin universitetin Avstraliya Funksional Genomika Zavodu, Qoulbern Valli regionunda kənd təsərrüfatı, səhiyyə və təhsil mərkəzləri mövcuddur.
Melburn Universiteti tələbələrin burada qalmaları üçün çoxlu sayda variant təklif edir. Tələbələrin əksəriyyəti kampus daxilindəki yataqxanalarda, bir qismi kampusda onlar üçün ayrılmış xüsusi evlərdə, digər qismi isə şəhərdə universitetə yaxın yerləşən evlərdə kirayə və ya ailələrdə qalmağa üstünlük verir. Tələbə Yataqxana Xidmətinin köməyi ilə gənclər şəhərdə istədikləri şəraitə uyğun yaşayış yeri tapa bilərlər.
Kampus daxilindəki böyük yataqxanalardan Triniti, Ormond, Kuins, Nyumən, Müqəddəs Meri, Müqəddəs Hilda, Uitli kollecləri, Cenet Klark, Midli, Beynəlxalq və s. rezidensiyaları qeyd etmək olar. Yataqxanalarda 52 həftəlik qalmağın qiyməti otağın sayından və şəraitdən asılı olaraq 14700–35000 Avstraliya dolları arasında dəyişir. Ailələrdə 40 həftə qalmaq tələbəyə 14800–19200 Avstraliya dollarına başa gəlir. Birillik qidalanmaq, kommunal, telefon, nəqliyyat, şəxsi xərcləri ödəmək üçün isə tələbəyə 500–750 Avstraliya dolları lazımdır.
Melburn Universitetinin nəzdində memarlıq, inşaat və planlaşdırma fakültəsi, Melburn Dizayn Məktəbi; incəsənət fakültəsi, Humanitar və Sosial Elmlər Ali Məktəbi (magistr və doktorantlar üçün) biznes və iqtisadiyyat fakültəsi, Biznes və İqtisadiyyat Ali Məktəbi; Melburn Təhsil (pedaqogika) Ali Məktəbi, Tədris, Ali Təhsil məktəbləri; Melburn Mühəndislik Məktəbi, Mühəndislik Ali Məktəbi; Yer və Ətraf Mühit Elmləri Məktəbi, Yer və Ətraf Mühit Elmləri Ali Məktəbi, Ekoloji Proqramlar Ofisi; Hüquq Məktəbi, hüquq doktorluğu, magistrı fakültələri; tibb, stomatologiya və səhiyyə, tibb, stomatologiya və səhiyyə sahələri üzrə tədqiqatlar magistraturası; Melburn Tədqiqatlar Ali Məktəbi, Melburnda tədqiqatlar magistraturası; dəqiq elmlər fakültəsi, Melburn Elmlər Ali Məktəbi; baytarlıq elmləri fakültəsi, baytarlıq elmləri sahəsi üzrə tədqiqatlar magistraturası; VCA və musiqi fakültəsi, Tədqiqatlar Ali Məktəbi, Melburn Biznes Məktəbi, Mt Eliza İdarəedici Təhsil Məktəbi fəaliyyət göstərir. Burada fakültələrdə bakalavrlar, ali məktəblərdə isə magistr və doktorantlar təhsil alır. Universitet 340-dan çox magistr və doktorluq proqramı təklif edir.
Melburn Universitetinin təhsil modeli Avropanın, Asiyanın, Şimali Amerikanın təhsil sisteminin ən yaxşı xüsusiyyətlərini özündə cəmləşdirən tədris proqramıdır. Bu model üç nəticədən (əmək fəaliyyəti, ali ixtisas, yüksək tədqiqat dərəcələri) birinə gətirən 87 əsas sahə üzrə 6 yeni səviyyədən ibarətdir: incəsənət, biotibb, kommersiya, ətraf mühit, musiqi, elmlər bakalavrı səviyyələri. Böyük təcrübə nəticəsində universitet elmi-tədqiqat layihələrini daha da genişləndirir, yeni-yeni tədris proqramları qəbul edir, doktorluq tədqiqatlarını və akademik mobilliliyi gücləndirir. Melburn Modeli tələbənin şəxsi keyfiyyətlərinin inkişafı, onun magistratura və doktorantura pilləsinə daha da hazırlıqlı olması, gələcəkdə uğurlu karyera əldə etməsi məqsədilə işlənilib.
Melburn Universiteti ilə əlaqəli elmi-tədqiqat mərkəzlərindən Piter Doherti İnfeksiya və İmmunitet, Flori Neyroelmlər, Bio21 Molekulyar Tədqiqatlar və Biotexnologiya, Melburn Tətbiqi İqtisadi və Sosial Tədqiqatlar, Viktoriya ştatının Əqli Sağlamlıq Tədqiqatları, Merdok Uşaq Tədqiqatları, Müqəddəs Vinsent Tibbi Tədqiqatlar, Makfarleyn Bernet Tibbi Tədqiqatlar və Səhiyyə, Yaşlaşma Milli Elmi-Tədqiqat, Bionik Qulaq, Postkolonial Elmlər, Piter MakKallem Xərçəng, Volter və Eliza Tibbi Tədqiqat, Tasmaniya-Asiya-Sakit okean və Tasmaniya, Nossal Qlobal Səhiyyə institutları, Avstraliya Göz Tədqiqatları Mərkəzi, Avstraliya və Yeni Zellandiya Hökumət Məktəbini qeyd etmək olar.
Melburn Universitetinin kitabxanası Avstraliyanın ən zəngin kitabxanalarından biridir. Hər gün kitabxanaya minlərlə oxucu gəlir. Kitabxanaya 3,5 milyon cild kitab, DVD və fotoslayd, not, xəritə, dövri və çaplı nəşr, eləcə də 32000 elektron kitab, yüzlərlə verilənlər bazası, 63000 ümumi və xüsusi rəqəmsal jurnal və s. daxildir. Kitabxananın kataloqunda 111000 ingilis dilində kitabının disk yazısı mövcuddur. Bunlar İngiltərə, İrlandiya, Şotlandiya, Uels, Şimali Amerikanın Britaniya müstəmləkəsi olduğu dövrdə çap edilmiş kitablardır. Kitabxana sistemində Memarlıq, Beylye İncəsənət, Braunless Biotibbi, Kimya, Yer Elmləri, Şərqi Resurs Mərkəzi, Giblin İqtisadiyyat və Ticarət, Torpaq və Qida Resursları, Hüquq, Lenton Parr Musiqi, Təsviri və İfaçılıq İncəsənəti, Luiza Hanson-Dayer Musiqi, Riyaziyyat, Fizika, Baytarlıq kitabxanaları fəaliyyət göstərir. Kitabxananın personalı oxuculara müəlliflik hüququ, informasiya və bilik idarəetməsi, informasiya arxitekturası və layihəsi, eləcə də digər məsələlərlə bağlı məsləhətlər verir.
Hazırda Melburn Universitetinin kansleri ixtisasca hüquqşünas olan Aleks Çernov, vitse-kansleri isə Qlin Devisdir. Universitetdə 6500-dən çox əməkdaş çalışır. Onların əksəriyyəti dünya üzrə tanınmış alimlər, Nobel mükafatı laureatları (Mikrobiologiya və immunologiya şöbəsinin əməkdaşı, professor Piter Doerti, iqtisadçılar Ceyms Mirrlis və Klayv Qrencer), Rods təqaüdçüləridir. Melburn Universiteti bütün sahələr üzrə beynəlxalq seminarlarda, konfranslarda iştirak edir və fərqli tədqiqat nümayiş etdirir.
Melburn Universitetində ümumilikdə 45800 tələbə təhsil alır. Onların 11000-dən çoxu dünyanın 120-yə yaxın ölkəsindən olan əcnəbi tələbələrdir. Əcnəbi tələbələrin əksəriyyəti Asiyadan, xüsusilə Çin, Malayziya, Sinqapur və İndoneziyadan olan gənclərdir.
Melburn Universitetinin Tələbə Təşkilatı burada oxuyan gənclərə geniş xidmətlər təklif edir. Təşkilat hər tələbəyə görə universitet rəhbərliyi qarşısında cavabdehlik daşıyır. 1925-ci ildən universitetdə "Farrago" tələbə qəzeti dərc olunur.
Universitetdə tələbə həyatı çox maraqlı təşkil olunub. Tələbələr müxtəlif laboratoriyalara, institutlara, zavodlara, xəstəxanalara, fermalara və digər müəssisələrə ekskursiyalar təşkil edir, şəhərcikdə keçirilən tədbirlərdə, tamaşalarda, sərgilərdə, seminarlarda, kütləvi mühazirələrdə, idman yarışlarında iştirak edir, özlərinə yeni-yeni dostlar qazanırlar.
Melburn Universiteti ölkə universitetləri arasında təşkil olunan idman yarışlarında çox zaman ölkə çempionu olub. Universitetdə 39-dan çox idman klubu fəaliyyət göstərir. Universitetin kampusunda fitnes və sağlamlıq üzrə Boreper Mərkəzi var. İkimərtəbəli mərkəzdə açıq və örtülü fitnes zalları, hovuz, masaj və fizioterapiya klinikaları, yoqa və pilates guşələri yerləşir. İdman kompleksində isə stadion, voleybol, basketbol, hokkey, velosiped, qaçış meydançaları, skvoş, kriket zalları, tennis kortları və s. var. Ali məktəbin futbol klubu 1859-cu ildən fəaliyyət göstərir. Universitetin reqbi futbol klubu bu sahə üzrə Avstraliyanın ən güclü komandalarından biridir. "Mugars" qadın reqbi komandası, Kriket Klubu (onları sadəcə "Universit" də adlandırırlar), hokkey, velosiped komandaları da idman yarışlarında böyük nailiyyətlər əldə ediblər.
Melburn Universiteti tələbələrə zəngin və hərtərəfli təhsil verməklə yanaşı, onlara tədqiqatlara və tədrisə sərbəst yanaşmaq, şəxsi fikirlər irəli sürmək imkanı yaradır. Tələbələr universitetin müəllim və tədqiqatçıları ilə əməkdaşlıq əlaqələri quraraq hər hansı bir nəticənin əldə olunmasına birlikdə nail olurlar. Beləliklə, effektli tədris təcrübəsinin əldə olunması və inkişaf etdirilməsində tələbənin də rolu olur. Bununla yanaşı, tədris prosesi zamanı tələbələr başqa universitetlərin tələbələri ilə əlaqələr yaradır, ali təhsil ocağının məktəbdənkənar həyatında, diskussiya və debatlarda fəal işirak edir, universitetin akademik şərtlərinə, xüsusilə müəlliflik hüquqlarına hörmətlə yanaşır və onlara riayət edir. Bir sözlə, Melburn Universiteti gənclərin arzuladıqları təhsili ala biləcəyi ən mükəmməl elm ocaqlarından biridir.
Büdcəsi
2009-cu ildə Melburn Universitetinin illik gəlirləri ümumilikdə 1530601000 Avstraliya dollarına bərabər olub. Həmin məbləğin 676565000 Avstraliya dollarını Avstraliya dövlətinin qrantları, 412354000 Avstraliya dollarını təhsil haqqı və rüsumlar, 83179000 Avstraliya dollarını investisiya gəlirləri, 23069 Avstraliya dollarını məsləhətləşmə və müqavilələr, 6516 Avstraliya dollarını ticarət nişanı və lisenziyalar, qalanlarını isə digər gəlirlər təşkil edib.
Həmin ildə universitetin illik xərcləri isə ümumilikdə 1525329000 Avstraliya dolları olub. Bu vəsaitin 765662000 Avstraliya dollarını işçi heyətin maaş və məvacibləri, 87067000 Avstraliya dollarını qiymətdən düşmə və amortizasiya, 54663000 Avstraliya dollarını investisiya xərcləri, 51190000 Avstraliya dollarını təmir və xidmətlər, qalanlarını isə digər xərclər təşkil edib.
Təhsil haqqı
2009–2010-cu tədris ilində Melburn Universitetində təhsil alan avstraliyalı tələbələrin təhsil haqqı məktəb və fakültədən asılı olaraq bakalavr pilləsində 17600–47300 Avstraliya dolları (AU$), magistratura və doktorantura pillələrində isə 11300–30650 Avstraliya dolları arasında dəyişir. Əcnəbi tələbələrin təhsil haqqı tələbənin oxuduğu fakültə və proqramdan asılı olaraq bakalavr pilləsində 16000–58700 Avstraliya dolları arasında dəyişir. Əksər fakültələrin qiyməti 29500 Avstraliya dolları təşkil edir. Ən bahalı fakültə tibb elmləri fakültəsidir (58700 dollar). Magistratura və doktorantura pillələrində oxuyan əcnəbi tələbələrin təhsil haqqı isə 21250–44650 Avstraliya dolları arasında dəyişir.
Melburn Universitetinin təqaüd proqramı Avstraliyanın ən böyük və dolğun proqramlarından biridir. 300-dən çox tələbə (yerli, əcnəbi, aborigen və s.) universitetin ayırdığı təqaüddən bəhrələnir. Təqaüd təhsil haqqını qismən və ya tam örtə bilər. Təqaüd almaq üçün tələbələrin qarşısında bir sıra şərtlər qoyulur: ailə büdcəsi, savadlılıq, yaradıcılıq, istedadlılıq, davamiyyət. Tələbə bütün meyarlara cavab verərsə, təqaüd ala bilər. Burada tələbələrə verilən təqaüdün məbləği təxminən ildə 5000–20000, 60000 Avstraliya dolları arasında dəyişir. Melburn Universitetində də, digər dünya universitetlərində olduğu kimi, müxtəlif təqaüdlər təklif olunur. Bundan əlavə, Avstraliya hökuməti ayrıca tələbələr üçün təqaüd ayırıb.
Xarici əlaqələri
Melburn Universiteti Avstraliyanın "Səkkizlik Qrupu"nun, "Universitas 21" beynəlxalq elmi-tədqiqat, Sakit okean regionu universitetləri assosiasiyalarının üzvüdür.
Reytinqi
Avstraliya ali məktəbləri arasında Melburn Universiteti biznes, pedaqogika, texnologiya, incəsənət, hüquq və tibb sahələri üzrə liderlik əldə edib.
2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
92 | 82 | 82 | 78 | 79 | 73 | 75 | 62 | 60 | 57 | 54 | 44 | 44 |
2015/16 | 2014/15 | 2013/14 | 2012/13 | 2011/12 | 2010/11 |
---|---|---|---|---|---|
42 | 33 | 31 | 36 | 31 | 38 |
2015/16 | 2014/15 | 2013/14 | 2012/13 | 2011/12 | 2010/11 |
---|---|---|---|---|---|
33 | 33 | 34 | 28 | 37 | 36 |
Məşhur məzunları
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- – Avstraliyanın 2-ci Baş naziri;
- – Avstraliyanın 12-ci Baş naziri;
- Harold Holt – Avstraliyanın 17-ci Baş naziri;
- – Avstraliyanın Baş nazirinin müavini;
- – Avstraliya Apelyasiya Məhkəməsinin prezidenti;
- – Avstraliyanın 16-cı general-qubernatoru;
- – Malayziyanın Baş nazirinin sabiq müavini;
- – Şimali Timorun birinci xanımı;
- – tibb üzrə Nobel mükafatı laureatı;
- – tibb üzrə Nobel mükafatı laureatı;
- – tibb üzrə Nobel mükafatı laureatı.
Mənbə
- Lamiyə Əliyeva, Dünya universitetləri: Melburn Universiteti 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 28.05.2010, № 20. (az.)
İstinadlar
- Directory of Open Access Journals. 2003.
- . 2011-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
- . Shanghai Ranking Consultancy. 2014. 2015-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2012-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- "QS World University Rankings (2015)". 2016-02-06 tarixində . İstifadə tarixi: 2015-09-27.
- "QS World University Rankings (2014)". 2016-02-05 tarixində . İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2013)". 2016-10-21 tarixində . İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2012)". 2019-05-02 tarixində . İstifadə tarixi: 2015-04-11.
- . 2011-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- . 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində . İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
Xarici keçidlər
- unimelb.edu.au — Melburn Universitetinin rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Melburn Universiteti ing University of Melbourne Avstraliyanin Melburn seherinin etraf qesebesi olan Parkvillde yerlesen ali tehsil muessisesi Bu ali mekteb Avstraliyanin ikinci Viktoriya statinin ise birinci en qedim universitetidir Melburn Universiteti UniMelb 墨大37 47 46 c e 144 57 41 s u Esasi qoyulub 1853Tip DovletTelebe sayi 45800Seher Melburn seheriOlke AvstraliyaSayt unimelb edu au Vikianbarda elaqeli mediafayllarTarixi1853 cu ilde dovlet xadimi Hyu Caylders Viktoriya statinin parlamentine Melburn Universitetinin yaradilmasi haqqinda akt teqdim edir ve bu teklif qebul edilir Universitetde ilk dersler 3 professor ve 16 telebenin istiraki ile 1855 ci ilde kecilir Universitet binasinin resmi acilisi 1855 ci il oktyabrin 3 de statin vitse qubernatoru Carlz Hothemin istiraki ile bas tutur Ali mektebin ilk kansleri Redmond Barri teyin edilir ve o bu vezifede omrunun sonuna qeder 1880 ci iledek qalir Universitetde ilk vaxtlar yalniz huquq elmi tedris olunur lakin seher sakinlerinin telebi neticesinde 1857 ci ilde burada tibb 1860 ci ilde ise muhendislik fakulteleri acilir 1881 ci ilde universitete qizlar qebul olunmaga baslayir Sonraki iller Melburn Universitetinde gerginlik yasanir 1902 ci ilde ise ali mekteb faktiki olaraq muflis olur 1886 ci ilden 1901 ci ile qeder universitetin xezinedari vezifesinde calismis Frederik Diksonun deleduzluq ederek kulli miqdarda vesaiti menimsemesi fakti askarlanir ve o yeddi il muddetine azadliqdan mehrum edilir Universitetde kral komissiyasi teskil olunur neticede yeni maliyye tedris teserrufat tehsil strukturlari yaradilir onemli islahatlar heyata kecirilir I Dunya muharibesi zamani universitetde yene idareolunma ile bagli problemler yaranmaga baslayir 1923 cu ilde rehberlik universitet Senatina hevale olunur Telebeler iki Senat uzvu secmek huququna malik olur Hemin dovrde ise telebelerin ekseriyyeti varli ailelerin ovladlari idi istedadli ve teqaud alan telebeler azliq teskil edirdi Universitetin vitse kansleri Reymond Pristli ilk olaraq burada maas tetbiq edir 1922 ci ilde Melburn Universiteti Metbuati yaradilir bu Avstraliyada ilk ali mekteb metbuati olur II Dunya muharibesinden sonra Avstraliya dovleti Melburn Universitetine maliyye yardimlarini artirir telebelerin sayi artir ve bir sira tehsil islahatlari aparilir Universitet suretli inkisaf yoluna qedem qoyur 1955 ci ilde Avstraliyada ilk komputer hazirlanir ve Melburn Universitetinde qurasdirilir 1989 cu ilde Melburn Universiteti AARNET e birleserek Internete ilk qosulan Avstraliya universiteti olur 2003 cu ilde Melburn Universiteti tenteneli suretde 150 illik yubileyini qeyd edib 2008 ci ilde universitetde yeni tedris proqrami qebul olunub Hemin proqram hazirda Melburn tehsil modeli kimi taninir Muasir veziyyetiMelburn Universitetinin esas kampusu Melburn seherinin etraf qesebesi olan Parkvillde yerlesir Muxtelif uslublarda insa edilmis tikililer fontanlar parklar kampusa xususi gozellik bexs edir Kampusun binalari ilk vaxtlar qotik ve Renessans uslublarda tikilse de 1950 ci ilden insa edilen tikililer modern uslubdadir Bundan ireli gelerek hazirda kampusda muxtelif gorunuslu binalara rast gelmek olar Kampusdan Melburn seherinin merkezi aeroportuna 30 deqiqelik mesafe var Kampus daxilinde telebe ve muellimlere xidmet gosteren coxlu sayda avtobus ve tramvay movcuddur Melburn Universitetinin Viktoriya statinda bir nece kampusu var Bunlar Burnli Kresvik Duki Uerrib Soutbank Sipperton Houtorn Viktoriya Incesenet Kolleci kampuslaridir Hemcinin universitetin Avstraliya Funksional Genomika Zavodu Qoulbern Valli regionunda kend teserrufati sehiyye ve tehsil merkezleri movcuddur Melburn Universiteti telebelerin burada qalmalari ucun coxlu sayda variant teklif edir Telebelerin ekseriyyeti kampus daxilindeki yataqxanalarda bir qismi kampusda onlar ucun ayrilmis xususi evlerde diger qismi ise seherde universitete yaxin yerlesen evlerde kiraye ve ya ailelerde qalmaga ustunluk verir Telebe Yataqxana Xidmetinin komeyi ile gencler seherde istedikleri seraite uygun yasayis yeri tapa bilerler Kampus daxilindeki boyuk yataqxanalardan Triniti Ormond Kuins Nyumen Muqeddes Meri Muqeddes Hilda Uitli kollecleri Cenet Klark Midli Beynelxalq ve s rezidensiyalari qeyd etmek olar Yataqxanalarda 52 heftelik qalmagin qiymeti otagin sayindan ve seraitden asili olaraq 14700 35000 Avstraliya dollari arasinda deyisir Ailelerde 40 hefte qalmaq telebeye 14800 19200 Avstraliya dollarina basa gelir Birillik qidalanmaq kommunal telefon neqliyyat sexsi xercleri odemek ucun ise telebeye 500 750 Avstraliya dollari lazimdir Melburn Universitetinin nezdinde memarliq insaat ve planlasdirma fakultesi Melburn Dizayn Mektebi incesenet fakultesi Humanitar ve Sosial Elmler Ali Mektebi magistr ve doktorantlar ucun biznes ve iqtisadiyyat fakultesi Biznes ve Iqtisadiyyat Ali Mektebi Melburn Tehsil pedaqogika Ali Mektebi Tedris Ali Tehsil mektebleri Melburn Muhendislik Mektebi Muhendislik Ali Mektebi Yer ve Etraf Muhit Elmleri Mektebi Yer ve Etraf Muhit Elmleri Ali Mektebi Ekoloji Proqramlar Ofisi Huquq Mektebi huquq doktorlugu magistri fakulteleri tibb stomatologiya ve sehiyye tibb stomatologiya ve sehiyye saheleri uzre tedqiqatlar magistraturasi Melburn Tedqiqatlar Ali Mektebi Melburnda tedqiqatlar magistraturasi deqiq elmler fakultesi Melburn Elmler Ali Mektebi baytarliq elmleri fakultesi baytarliq elmleri sahesi uzre tedqiqatlar magistraturasi VCA ve musiqi fakultesi Tedqiqatlar Ali Mektebi Melburn Biznes Mektebi Mt Eliza Idareedici Tehsil Mektebi fealiyyet gosterir Burada fakultelerde bakalavrlar ali mekteblerde ise magistr ve doktorantlar tehsil alir Universitet 340 dan cox magistr ve doktorluq proqrami teklif edir Melburn Universitetinin tehsil modeli Avropanin Asiyanin Simali Amerikanin tehsil sisteminin en yaxsi xususiyyetlerini ozunde cemlesdiren tedris proqramidir Bu model uc neticeden emek fealiyyeti ali ixtisas yuksek tedqiqat dereceleri birine getiren 87 esas sahe uzre 6 yeni seviyyeden ibaretdir incesenet biotibb kommersiya etraf muhit musiqi elmler bakalavri seviyyeleri Boyuk tecrube neticesinde universitet elmi tedqiqat layihelerini daha da genislendirir yeni yeni tedris proqramlari qebul edir doktorluq tedqiqatlarini ve akademik mobilliliyi guclendirir Melburn Modeli telebenin sexsi keyfiyyetlerinin inkisafi onun magistratura ve doktorantura pillesine daha da hazirliqli olmasi gelecekde ugurlu karyera elde etmesi meqsedile islenilib Melburn Universiteti ile elaqeli elmi tedqiqat merkezlerinden Piter Doherti Infeksiya ve Immunitet Flori Neyroelmler Bio21 Molekulyar Tedqiqatlar ve Biotexnologiya Melburn Tetbiqi Iqtisadi ve Sosial Tedqiqatlar Viktoriya statinin Eqli Saglamliq Tedqiqatlari Merdok Usaq Tedqiqatlari Muqeddes Vinsent Tibbi Tedqiqatlar Makfarleyn Bernet Tibbi Tedqiqatlar ve Sehiyye Yaslasma Milli Elmi Tedqiqat Bionik Qulaq Postkolonial Elmler Piter MakKallem Xerceng Volter ve Eliza Tibbi Tedqiqat Tasmaniya Asiya Sakit okean ve Tasmaniya Nossal Qlobal Sehiyye institutlari Avstraliya Goz Tedqiqatlari Merkezi Avstraliya ve Yeni Zellandiya Hokumet Mektebini qeyd etmek olar Melburn Universitetinin kitabxanasi Avstraliyanin en zengin kitabxanalarindan biridir Her gun kitabxanaya minlerle oxucu gelir Kitabxanaya 3 5 milyon cild kitab DVD ve fotoslayd not xerite dovri ve capli nesr elece de 32000 elektron kitab yuzlerle verilenler bazasi 63000 umumi ve xususi reqemsal jurnal ve s daxildir Kitabxananin kataloqunda 111000 ingilis dilinde kitabinin disk yazisi movcuddur Bunlar Ingiltere Irlandiya Sotlandiya Uels Simali Amerikanin Britaniya mustemlekesi oldugu dovrde cap edilmis kitablardir Kitabxana sisteminde Memarliq Beylye Incesenet Braunless Biotibbi Kimya Yer Elmleri Serqi Resurs Merkezi Giblin Iqtisadiyyat ve Ticaret Torpaq ve Qida Resurslari Huquq Lenton Parr Musiqi Tesviri ve Ifaciliq Inceseneti Luiza Hanson Dayer Musiqi Riyaziyyat Fizika Baytarliq kitabxanalari fealiyyet gosterir Kitabxananin personali oxuculara muelliflik huququ informasiya ve bilik idareetmesi informasiya arxitekturasi ve layihesi elece de diger meselelerle bagli meslehetler verir Hazirda Melburn Universitetinin kansleri ixtisasca huquqsunas olan Aleks Cernov vitse kansleri ise Qlin Devisdir Universitetde 6500 den cox emekdas calisir Onlarin ekseriyyeti dunya uzre taninmis alimler Nobel mukafati laureatlari Mikrobiologiya ve immunologiya sobesinin emekdasi professor Piter Doerti iqtisadcilar Ceyms Mirrlis ve Klayv Qrencer Rods teqaudculeridir Melburn Universiteti butun saheler uzre beynelxalq seminarlarda konfranslarda istirak edir ve ferqli tedqiqat numayis etdirir Melburn Universitetinde umumilikde 45800 telebe tehsil alir Onlarin 11000 den coxu dunyanin 120 ye yaxin olkesinden olan ecnebi telebelerdir Ecnebi telebelerin ekseriyyeti Asiyadan xususile Cin Malayziya Sinqapur ve Indoneziyadan olan genclerdir Melburn Universitetinin Telebe Teskilati burada oxuyan genclere genis xidmetler teklif edir Teskilat her telebeye gore universitet rehberliyi qarsisinda cavabdehlik dasiyir 1925 ci ilden universitetde Farrago telebe qezeti derc olunur Universitetde telebe heyati cox maraqli teskil olunub Telebeler muxtelif laboratoriyalara institutlara zavodlara xestexanalara fermalara ve diger muessiselere ekskursiyalar teskil edir sehercikde kecirilen tedbirlerde tamasalarda sergilerde seminarlarda kutlevi muhazirelerde idman yarislarinda istirak edir ozlerine yeni yeni dostlar qazanirlar Melburn Universiteti olke universitetleri arasinda teskil olunan idman yarislarinda cox zaman olke cempionu olub Universitetde 39 dan cox idman klubu fealiyyet gosterir Universitetin kampusunda fitnes ve saglamliq uzre Boreper Merkezi var Ikimertebeli merkezde aciq ve ortulu fitnes zallari hovuz masaj ve fizioterapiya klinikalari yoqa ve pilates guseleri yerlesir Idman kompleksinde ise stadion voleybol basketbol hokkey velosiped qacis meydancalari skvos kriket zallari tennis kortlari ve s var Ali mektebin futbol klubu 1859 cu ilden fealiyyet gosterir Universitetin reqbi futbol klubu bu sahe uzre Avstraliyanin en guclu komandalarindan biridir Mugars qadin reqbi komandasi Kriket Klubu onlari sadece Universit de adlandirirlar hokkey velosiped komandalari da idman yarislarinda boyuk nailiyyetler elde edibler Melburn Universiteti telebelere zengin ve herterefli tehsil vermekle yanasi onlara tedqiqatlara ve tedrise serbest yanasmaq sexsi fikirler ireli surmek imkani yaradir Telebeler universitetin muellim ve tedqiqatcilari ile emekdasliq elaqeleri quraraq her hansi bir neticenin elde olunmasina birlikde nail olurlar Belelikle effektli tedris tecrubesinin elde olunmasi ve inkisaf etdirilmesinde telebenin de rolu olur Bununla yanasi tedris prosesi zamani telebeler basqa universitetlerin telebeleri ile elaqeler yaradir ali tehsil ocaginin mektebdenkenar heyatinda diskussiya ve debatlarda feal isirak edir universitetin akademik sertlerine xususile muelliflik huquqlarina hormetle yanasir ve onlara riayet edir Bir sozle Melburn Universiteti genclerin arzuladiqlari tehsili ala bileceyi en mukemmel elm ocaqlarindan biridir Budcesi2009 cu ilde Melburn Universitetinin illik gelirleri umumilikde 1530601000 Avstraliya dollarina beraber olub Hemin meblegin 676565000 Avstraliya dollarini Avstraliya dovletinin qrantlari 412354000 Avstraliya dollarini tehsil haqqi ve rusumlar 83179000 Avstraliya dollarini investisiya gelirleri 23069 Avstraliya dollarini meslehetlesme ve muqavileler 6516 Avstraliya dollarini ticaret nisani ve lisenziyalar qalanlarini ise diger gelirler teskil edib Hemin ilde universitetin illik xercleri ise umumilikde 1525329000 Avstraliya dollari olub Bu vesaitin 765662000 Avstraliya dollarini isci heyetin maas ve mevacibleri 87067000 Avstraliya dollarini qiymetden dusme ve amortizasiya 54663000 Avstraliya dollarini investisiya xercleri 51190000 Avstraliya dollarini temir ve xidmetler qalanlarini ise diger xercler teskil edib Tehsil haqqi2009 2010 cu tedris ilinde Melburn Universitetinde tehsil alan avstraliyali telebelerin tehsil haqqi mekteb ve fakulteden asili olaraq bakalavr pillesinde 17600 47300 Avstraliya dollari AU magistratura ve doktorantura pillelerinde ise 11300 30650 Avstraliya dollari arasinda deyisir Ecnebi telebelerin tehsil haqqi telebenin oxudugu fakulte ve proqramdan asili olaraq bakalavr pillesinde 16000 58700 Avstraliya dollari arasinda deyisir Ekser fakultelerin qiymeti 29500 Avstraliya dollari teskil edir En bahali fakulte tibb elmleri fakultesidir 58700 dollar Magistratura ve doktorantura pillelerinde oxuyan ecnebi telebelerin tehsil haqqi ise 21250 44650 Avstraliya dollari arasinda deyisir Melburn Universitetinin teqaud proqrami Avstraliyanin en boyuk ve dolgun proqramlarindan biridir 300 den cox telebe yerli ecnebi aborigen ve s universitetin ayirdigi teqaudden behrelenir Teqaud tehsil haqqini qismen ve ya tam orte biler Teqaud almaq ucun telebelerin qarsisinda bir sira sertler qoyulur aile budcesi savadliliq yaradiciliq istedadliliq davamiyyet Telebe butun meyarlara cavab vererse teqaud ala biler Burada telebelere verilen teqaudun meblegi texminen ilde 5000 20000 60000 Avstraliya dollari arasinda deyisir Melburn Universitetinde de diger dunya universitetlerinde oldugu kimi muxtelif teqaudler teklif olunur Bundan elave Avstraliya hokumeti ayrica telebeler ucun teqaud ayirib Xarici elaqeleriMelburn Universiteti Avstraliyanin Sekkizlik Qrupu nun Universitas 21 beynelxalq elmi tedqiqat Sakit okean regionu universitetleri assosiasiyalarinin uzvudur ReytinqiAvstraliya ali mektebleri arasinda Melburn Universiteti biznes pedaqogika texnologiya incesenet huquq ve tibb saheleri uzre liderlik elde edib Academic Ranking of World Universities deki yeri 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 201592 82 82 78 79 73 75 62 60 57 54 44 44 QS World University Rankings deki yeri 2015 16 2014 15 2013 14 2012 13 2011 12 2010 1142 33 31 36 31 38 Times Higher Education World University Rankings deki yeri 2015 16 2014 15 2013 14 2012 13 2011 12 2010 1133 33 34 28 37 36Meshur mezunlariBuranin mezunu olan meshurlardan misal olaraq asagidakilarin adlarini cekmek olar Avstraliyanin 2 ci Bas naziri Avstraliyanin 12 ci Bas naziri Harold Holt Avstraliyanin 17 ci Bas naziri Avstraliyanin Bas nazirinin muavini Avstraliya Apelyasiya Mehkemesinin prezidenti Avstraliyanin 16 ci general qubernatoru Malayziyanin Bas nazirinin sabiq muavini Simali Timorun birinci xanimi tibb uzre Nobel mukafati laureati tibb uzre Nobel mukafati laureati tibb uzre Nobel mukafati laureati MenbeLamiye Eliyeva Dunya universitetleri Melburn Universiteti 2014 09 09 at the Wayback Machine Azerbaycan muellimi qezeti 28 05 2010 20 az IstinadlarDirectory of Open Access Journals 2003 2011 05 21 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 10 12 Shanghai Ranking Consultancy 2014 2015 05 06 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 26 aprel 2015 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 04 24 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 12 10 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 Academic Ranking of World Universities 2011 2011 08 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2012 06 25 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2019 03 11 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 01 19 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 10 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 25 QS World University Rankings 2015 2016 02 06 tarixinde Istifade tarixi 2015 09 27 QS World University Rankings 2014 2016 02 05 tarixinde Istifade tarixi 2015 04 11 QS World University Rankings 2013 2016 10 21 tarixinde Istifade tarixi 2015 04 11 QS World University Rankings 2012 2019 05 02 tarixinde Istifade tarixi 2015 04 11 2011 10 01 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 11 2011 04 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 11 THE World University Rankings 2015 2016 Times Higher Education 2016 10 31 tarixinde Istifade tarixi 11 mart 2016 apostrophe markup THE World University Rankings 2014 2015 Times Higher Education 2015 05 29 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2013 2014 Times Higher Education 2013 10 04 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2012 2013 Times Higher Education 2015 05 30 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2011 2012 Times Higher Education 2015 04 02 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2010 2011 Times Higher Education 2015 05 30 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup Xarici kecidlerunimelb edu au Melburn Universitetinin resmi sayti