Mehmandarovların evi — Şuşa şəhərində yerləşən saray tipli tarixi yaşayış kompleksi. Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrinən biridir. Vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə Böyük yaşayış binası, Kiçik yaşayış binası və ailə məscidi daxildir. Kompleks daş divarlarla əhatələnmişdir. Mehmandarovların böyük yaşayış binası sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərmişdir. İşğaldan sonra böyük bina tamamilə dağıdılıb. Mehmandarovların kiçik yaşayış binası isə işğalçılar tərəfindən Şuşa Tarix Muzeyi kimi istifadə edilib. Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirmişdir. Şuşa işğal edildikdən sonra məscid də işğalçılar tərəfindən Geologiya Muzeyi kimi istifadə edilib. 2020-ci ildə Şuşa işğalçılardan azad edildikdən sonra Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri aparılır.
Mehmandarovların evi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Şuşa rayonu |
Memar | Kərbəlayi Səfixan Qarabaği |
Tikilmə tarixi | XVIII əsr |
Vəziyyəti | 2021-2023-cü illərdə bərpa edilib, Mehmandarovların ev muzeyi kimi fəaliyyət göstərir |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 347 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Memarlıq xüsusiyyətləri
Ev, planda kvadrat formaya malikdir. İkinci mərtəbənin dörd otağından üçü evin yan tərəfindəki verandaya, qonaq zalı funksiyasını yerinə yetirən erkerli böyük otaq isə lakonik əsas fasada açılır.
Simmetrikliyin olmamasına baxmayaraq, evin əsas fasadı hissələrin harmonikliyi təəssüratını yaradır, yüngül erker və və girişin yaxşı işlənmiş portalı isə fasadı tamamlayır. Binanın yan fasadında yerləşən pilləkən və taxta veranda onun ümumi görünüşünü ağırlaşdırmır. Binanın memarlığında geniş pəncərələri vasitəsiylə yaxşı işıqlandırılmış və zəngin bəzədilmiş qonaq zalı xüsusi yer tutur.
Divar rəsmləri
Böyük yaşayış binası və ailə məscidinin interyerləri Usta Qəmbər tərəfindən çəkilmiş və Şəki xan sarayının divar rəsmlərini xatırladan rəsmlərlə bəzədilmişdir. Kompleksə daxil olan Kiçik yaşayış binasında SSRİ dövründə Şuşa Tarix Muzeyi yerləşirdi.
Mehmandarobların evinin kiçik otağının panellərində Usta Qəmbər özünəməxsus və başqa heç yerdə təkrarlamadığı bir motiv işləmişdir. Şpaler rəsm (təkrarlanan naxış) prinsipinin əsas götürüldüyü bu rəsmdə panelərin sütunlarla ənənəvi sektorlara bölünməsi müşahidə edilmir. Burdakı zəngin kompozisiyada bitki budaqları üzərində oturmuş müxtəlif quşlar təsvir edilmişdir. Kompozisiya Şəki xan sarayının ikinci mərtəbəsindəki zalın nişlərindəki rəsmləri xatırladır. Açıq rənglərdən istifadə etməklə yaradılmış bu panel rəsmləri divarın aşağı hissəsində yerləşdiyinə görə zamanla korlanaraq dövrümüzə yaxşı çatmamışdır (həmin otağın digər divar rəsmləri ilə müqayisədə).
Otaqların düzbucaqlı niş təsvirlərində süjetli rəsmlərə yer verilmişdir ki, bu da Şəkixanovların evinin dekorunu xatırladır.
Frizlərdə isə Şəki xan sarayında olduğu kimi kompozisiya və rəng baxımından stilləşdirilmiş nəbati naxışlar yer almışdır. Evin divar rəsmlərini tədqiq etmiş sənətşünas alim N. M. Miklaşevskaya bildirir ki, "Həm Şəki xan sarayında, həm də Mehmandarovların evində friz təsvirləri Usta Qəmbərin rəhbərliyi ilə işlənsə də, Mehmandarovların evinin təsvirləri daha yaxşı alınmışdır. Onlar otağın ümumi təsvirləri ilə daha yaxşı əlaqələndirilmişdir." Şəki xan sarayının frizində əsas gümüşü budaqları realistik təfsirə malik güllər əhatə edir; burada rənglər daha açıq olmaqla, çoxlu miqdarda gümüşü rəngdən istifadə edilmişdir. Mehmandarovların evində isə naxışlar tünd onda verilmişdir. Frizdəki naxışlar panno timpanlarında da təkrarlanır.
Mehmandarovların evinin parad zalında adətən stalaktitlərin yerləşdiyi hissədə tavan boyunca uzanan və maraqlı frizlə bəzədilmiş oyuq vardır. Bu friz, çiçək və quş kompozisiyasından formalaşdırılmış böyük medalyon formalı maraqlı naxışlarla bəzədilmişdir.
Mehmandarovların evinin plafonu ümumi kompozisiya baxımından Şəki xan sarayı və Şəkixanovların evinin plafonlarını xatırlatsa da, onun naxışları rəmg və kompozisiya baxımından xalçaçılıq motivlərinə daha yaxındır. Qarabağ xalçaçılıq məktəbinə xas mərkəzi medalyonlu və zəngin bəzədilmiş künc naxışlı xalçalarda həmin kompozisiyanın analogiyasını görmək mümkündür.
- Maral və nar ağacı, niş rəsmi.
- Qartal və fazan, divar rəsmindən fraqment.
- Stilləşdirilmiş buket formalı panno rəsmi.
İstinadlar
- Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977. səh. 60.
- "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 09 may 2023. 10 May 2023 tarixində . İstifadə tarixi: 11 may 2023.
- Миклашевская, Н. М. Стенные росписи Азербайджана XVIII - XIX вв (Архитектура Азербайджана (очерки)). Баку. 1952. 487.
- "Mehmandarovların malikanə kompleksi ilə bağlı Mədəniyyət Nazirliyinin məlumatı" (az.). mct.gov.az. 28 sentyabr 2021. 6 oktyabr 2021 tarixində . İstifadə tarixi: 21 oktyabr 2021.
- Саламзаде, 1964. səh. 172
- Миклашевская, Н. М. Стенные росписи Азербайджана XVIII - XIX вв (Архитектура Азербайджана (очерки)). Баку. 1952. 488.
- Миклашевская, Н. М. Стенные росписи Азербайджана XVIII - XIX вв (Архитектура Азербайджана (очерки)). Баку. 1952. 489.
- Миклашевская, Н. М. Стенные росписи Азербайджана XVIII - XIX вв (Архитектура Азербайджана (очерки)). Баку. 1952. 493.
- Миклашевская, Н. М. Стенные росписи Азербайджана XVIII - XIX вв (Архитектура Азербайджана (очерки)). Баку. 1952. 494.
Ədəbiyyat
- Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
- Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
- Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mehmandarovlarin evi Susa seherinde yerlesen saray tipli tarixi yasayis kompleksi Azerbaycanin XVIII esr mulki memarliginin en maraqli numunelerinen biridir Vaxtile Mehmandarovlar ailesine mexsus olmus yasayis kompleksine Boyuk yasayis binasi Kicik yasayis binasi ve aile mescidi daxildir Kompleks das divarlarla ehatelenmisdir Mehmandarovlarin boyuk yasayis binasi sovet dovrunde Susa Seher Xestexanasi kimi fealiyyet gostermisdir Isgaldan sonra boyuk bina tamamile dagidilib Mehmandarovlarin kicik yasayis binasi ise isgalcilar terefinden Susa Tarix Muzeyi kimi istifade edilib Kompleks erazisindeki mescid hem de mehelle mescidi funksiyasini yerine yetirmisdir Susa isgal edildikden sonra mescid de isgalcilar terefinden Geologiya Muzeyi kimi istifade edilib 2020 ci ilde Susa isgalcilardan azad edildikden sonra Mehmandarovlarin malikane kompleksinde temir berpa isleri aparilir Mehmandarovlarin eviKomplekse daxil olan Kicik ev binasi restavrasiyadan sonra39 45 23 sm e 46 45 12 s u Olke AzerbaycanSeher SusaYerlesir Susa rayonuMemar Kerbelayi Sefixan QarabagiTikilme tarixi XVIII esrVeziyyeti 2021 2023 cu illerde berpa edilib Mehmandarovlarin ev muzeyi kimi fealiyyet gosterirUNESCO Ehtiyat SiyahisiTipiMedeniKriteriyai iv v viTeyin edilib2001Istinad nom 1574DovletAzerbaycanRegionAvropaAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 347EhemiyyetiOlke ehemiyyetliKicik evin birinci ve ikinci mertebesinin plani Vikianbarda elaqeli mediafayllarMemarliq xususiyyetleriEv planda kvadrat formaya malikdir Ikinci mertebenin dord otagindan ucu evin yan terefindeki verandaya qonaq zali funksiyasini yerine yetiren erkerli boyuk otaq ise lakonik esas fasada acilir Simmetrikliyin olmamasina baxmayaraq evin esas fasadi hisselerin harmonikliyi teessuratini yaradir yungul erker ve ve girisin yaxsi islenmis portali ise fasadi tamamlayir Binanin yan fasadinda yerlesen pilleken ve taxta veranda onun umumi gorunusunu agirlasdirmir Binanin memarliginda genis pencereleri vasitesiyle yaxsi isiqlandirilmis ve zengin bezedilmis qonaq zali xususi yer tutur Divar resmleriBinanin arxa heyete acilan fasadlari restavrasiya islerinden sonra Boyuk yasayis binasi ve aile mescidinin interyerleri Usta Qember terefinden cekilmis ve Seki xan sarayinin divar resmlerini xatirladan resmlerle bezedilmisdir Komplekse daxil olan Kicik yasayis binasinda SSRI dovrunde Susa Tarix Muzeyi yerlesirdi Mehmandaroblarin evinin kicik otaginin panellerinde Usta Qember ozunemexsus ve basqa hec yerde tekrarlamadigi bir motiv islemisdir Spaler resm tekrarlanan naxis prinsipinin esas goturulduyu bu resmde panelerin sutunlarla enenevi sektorlara bolunmesi musahide edilmir Burdaki zengin kompozisiyada bitki budaqlari uzerinde oturmus muxtelif quslar tesvir edilmisdir Kompozisiya Seki xan sarayinin ikinci mertebesindeki zalin nislerindeki resmleri xatirladir Aciq renglerden istifade etmekle yaradilmis bu panel resmleri divarin asagi hissesinde yerlesdiyine gore zamanla korlanaraq dovrumuze yaxsi catmamisdir hemin otagin diger divar resmleri ile muqayisede Otaqlarin duzbucaqli nis tesvirlerinde sujetli resmlere yer verilmisdir ki bu da Sekixanovlarin evinin dekorunu xatirladir Evin zallarindan birinin interyeri restavrasiya islerinden sonra Frizlerde ise Seki xan sarayinda oldugu kimi kompozisiya ve reng baximindan stillesdirilmis nebati naxislar yer almisdir Evin divar resmlerini tedqiq etmis senetsunas alim N M Miklasevskaya bildirir ki Hem Seki xan sarayinda hem de Mehmandarovlarin evinde friz tesvirleri Usta Qemberin rehberliyi ile islense de Mehmandarovlarin evinin tesvirleri daha yaxsi alinmisdir Onlar otagin umumi tesvirleri ile daha yaxsi elaqelendirilmisdir Seki xan sarayinin frizinde esas gumusu budaqlari realistik tefsire malik guller ehate edir burada rengler daha aciq olmaqla coxlu miqdarda gumusu rengden istifade edilmisdir Mehmandarovlarin evinde ise naxislar tund onda verilmisdir Frizdeki naxislar panno timpanlarinda da tekrarlanir Mehmandarovlarin evinin parad zalinda adeten stalaktitlerin yerlesdiyi hissede tavan boyunca uzanan ve maraqli frizle bezedilmis oyuq vardir Bu friz cicek ve qus kompozisiyasindan formalasdirilmis boyuk medalyon formali maraqli naxislarla bezedilmisdir Mehmandarovlarin evinin plafonu umumi kompozisiya baximindan Seki xan sarayi ve Sekixanovlarin evinin plafonlarini xatirlatsa da onun naxislari remg ve kompozisiya baximindan xalcaciliq motivlerine daha yaxindir Qarabag xalcaciliq mektebine xas merkezi medalyonlu ve zengin bezedilmis kunc naxisli xalcalarda hemin kompozisiyanin analogiyasini gormek mumkundur Evin interyerlerinde Qenber Qarabagi terefinden cekilmis divar resmlerinin hisseleri Maral ve nar agaci nis resmi Qartal ve fazan divar resminden fraqment Stillesdirilmis buket formali panno resmi Evin interyerlerinde Qenber Qarabagi terefinden cekilmis plafon resmlerinin hisseleriIstinadlarAvalov E V Arhitektura goroda Shushi i problemy sohraneniya ego istoricheskogo oblika Baku Elm 1977 seh 60 Ilham Eliyev ve birinci xanim Mehriban Eliyeva Susada Mehmandarovlarin malikane kompleksinin acilisinda istirak edibler Azerbaycan Prezidentinin Resmi internet sehifesi president az az 09 may 2023 10 May 2023 tarixinde Istifade tarixi 11 may 2023 Miklashevskaya N M Stennye rospisi Azerbajdzhana XVIII XIX vv Arhitektura Azerbajdzhana ocherki Baku 1952 487 Mehmandarovlarin malikane kompleksi ile bagli Medeniyyet Nazirliyinin melumati az mct gov az 28 sentyabr 2021 6 oktyabr 2021 tarixinde Istifade tarixi 21 oktyabr 2021 Salamzade 1964 seh 172 Miklashevskaya N M Stennye rospisi Azerbajdzhana XVIII XIX vv Arhitektura Azerbajdzhana ocherki Baku 1952 488 Miklashevskaya N M Stennye rospisi Azerbajdzhana XVIII XIX vv Arhitektura Azerbajdzhana ocherki Baku 1952 489 Miklashevskaya N M Stennye rospisi Azerbajdzhana XVIII XIX vv Arhitektura Azerbajdzhana ocherki Baku 1952 493 Miklashevskaya N M Stennye rospisi Azerbajdzhana XVIII XIX vv Arhitektura Azerbajdzhana ocherki Baku 1952 494 EdebiyyatAvalov E V Arhitektura goroda Shushi i problemy sohraneniya ego istoricheskogo oblika Baku Elm 1977 Fatullaev Sh S Pamyatniki Shushi Baku 1970 Salamzade A V Arhitektura Azerbajdzhana XVI XIX vv Baku 1964