Bu məqaləni lazımdır. |
Qasımov Mehbalı Məhəmməd oğlu (18 may 1906 – 1963) — Azərbaycan elm xadimi, fəlsəfə elmləri doktoru, professor.
Mehbalı Qasımov | |
---|---|
Mehbalı Məhəmməd oğlu Qasımov | |
Doğum tarixi | |
Doğum yeri | Xoşkeşin, Culfa rayonu, Azərbaycan |
Vəfat tarixi | iyul 1963 (57 yaşında) |
Elmi dərəcəsi | |
Mükafatları |
Həyatı
Mehbalı Qasımov 1906-cı il may ayının 18-də Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. İlk təhsilini Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda alıb. 1932-ci ildə (1931-1941) fəlsəfə fakültəsinə daxil olaraq, 1937-ci ildə təhsilini bitirib. Bundan sonra respublikanın ali məktəblərində dialektik və tarixi materializmdən dərs deyib. 1940-cı ilin mart ayında ordu sıralarına çağırılıb. Müharibənin son günlərinədək müharibə cəbhələrində Sovet ordusu sıralarında alman faşizminə qarşı mübarizə aparıb və mayor rütbəsində ordudan tərxis olunub.
1945-ci ilin ortalarından Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun elmi əməkdaşı kimi fəaliyyət göstərib. 1946-cı ildə "Ömər Xəyyamın fəlsəfi dünyagörüşü" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1950-1962-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) fəlsəfə kafedrasının müdiri vəzifəsində işləyib. Azərbaycan fəlsəfi, ictimai-siyasi və estetik fikir tarixi sahəsində sanballı tədqiqatlar aparıb, "Ömər Xəyyam rübailərində materializm" (1947), "V. Q.Belinski XIX əsr rus klassik fəlsəfəsinin görkəmli nümayəndəsidir" (1950), "M.F.Axundov və XIX əsr rus inqilabi-demokratik estetikası" (1954) kimi əsərləri elmi ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. 6 cildlik "Fəlsəfə tarixi"nin müəlliflərindən olub.
"Rusiyanın XIX əsr qabaqcıl ideyalarının Azərbaycanda ictimai fikrin inkişafına təsiri" adlı doktorluq dissertasiyası yazıb, 1956-cı ildə dissertasiyanı Moskvanın fəlsəfə ictimaiyyəti qarşısında müvəffəqiyyətlə müdafiə edərək, fəlsəfə elmləri doktoru dərəcəsi alıb.
Onun xüsusi diqqəti və qayğısı altında qısa müddətdə 40-dan artıq elmlər namizədi və elmlər doktoru yetişmişdi.
Azərbaycan ictimai fikir tarixinin yazılması üçün M.Qasımovun irəli sürdüyü elmi konsepsiyanın mahiyyəti bundan ibarət idi ki, hər bir xalqın ictimai-fəlsəfi fikri özünəməxsusdur və çox qədim köklərə bağlıdır. Bununla belə, digər xalqlardakı bəşəri fikirlərin öyrənilməsi milli fəlsəfənin qarşılıqlı şəkildə formalaşması və zənginləşməsinə təsir edir ki, bütün bunlara tarixilik prizmasından təbii və sistemli yanaşmaq lazımdır. Bu baxımdan Azərbaycan xalqının milli təfəkkürü Şərq və Qərb fəlsəfi fikir tarixində qabaqcıl yer tutur.
M.Qasımovun düşüncəsi belə idi ki, elmin, təhsilin və mədəniyyətin, ümumən həyatın müxtəlif sahələrində yüksək istedadlı gəncləri görmək, onları qiymətləndirmək və öz qabiliyyətlərini göstərib, yüksək səviyyəyə qalxmaları üçün şərait yaratmaq xüsusilə vacibdir. Bakı Dövlət Universitetinin humanitar ixtisaslar üzrə "Fəlsəfə" kafedrasının müdiri professor Həmid İmanov xatırlayır: "Mehbalı müəllim bizə Azərbaycanın ictimai fikir tarixindən mühazirə kursu oxuyarkən onun rəğbətini qazanmışdım və professor məni aspiranturada saxlamaq istədiyini bildirmişdi. Lakin o vaxtlar partiya üzvü olmayan adamın fəlsəfə üzrə aspiranturaya qəbul imtahanı vermək və qəbul olunmaq hüququ yox idi. Mən İranda yaşayan dayıma görə partiyaya qəbul edilmədiyimi ona bildirdikdə Mehbalı müəllim bu problemi, çətinliklə də olsa, həll etdi və mən aspiranturaya uğurla imtahan verdim".
Bu cür yüzlərlə fakt saymaq olar. Mehbalı Qasımov istedadına inandığı gənclərlə müəllim-tələbə münasibətlərindən daha çox dost, yoldaş, ata-oğul münasibəti qururdu. Həsən Şirəliyev, Vəli Nəsirov, Adil Nəcəfov, İzzət Rüstəmov və onlarla gənc həmişə onun qayğısını hiss edib.
Yenə də professor Həmid İmanovun dediklərinə nəzər salaq: "Mehbalı müəllim öz mərdliyi, möhkəm iradəsi, cəsarəti, həssaslığı, ətrafındakı adamlara qarşı diqqətli olması və təbii ki, yüksək elmi və dərin fəlsəfi savadı ilə seçilirdi. Müdrik məsləhətləri ilə hamıya doğru yol göstərir, çətin vəziyyətlərdə kömək edirdi. O, müdrik və kamil bir filosof ömrü yaşadı".
Bakı Dövlət Universiteti "Sosiologiya" kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov isə bunları söyləyir: "Mehbalı müəllim hamının sevdiyi və çox adamların həsəd apardığı bir filosof, işıqlı şəxsiyyət idi. Mən kafedrada laborant işləyirdim. Mehbalı müəllimin şəxsi nüfuzu və təşəbbüsü sayəsində o vaxt mənə 2 otaqlı mənzil verildi. 17 il həmin mənzildə yaşadım. O, filosoflar ordusunun baş sərkərdəsi idi".
Filologiya elmləri doktoru, professor Yavuz Axundlu da M.Qasımovu ehtiramla xatırlayır: "Saf, təvazökar, xeyirxah, qayğıkeş, dostluğa səmimi, haqqın, ədalətin tərəfdarı və qoruyucusu olan Mehbalı Qasımov həm də böyük vətəndaş, xalqını və millətini sevən bir ziyalı idi. O, ədaləti və doğrunu, özünün mənafeyinə ziyan vuran halda da, müdafiə edərdi. Bu böyük insan həmişə elmə, vətənə həqiqi xidmət nümunəsi sayılacaq".
Mərhum tarixçi-alim, el ağsaqqalı Əli Əliyevin "Əlincə yaddaşı" kitabındakı xatirələri də maraq doğurur: "Mehbalı təkcə fəlsəfəni deyil, tarixi, ədəbiyyatı, siyasəti də dərindən bilən universal, sanballı şəxsiyyət idi. Azərbaycanın ədib və şairləri arasında Hüseyn Cavidi daha çox mütaliə edir, "Şeyx Sənan"ı əzbər bilirdi...
Mehbalı bu dünyadan gileyli köçdü. Stalin-Bağırov irtica rejimi onun sinəsinə dağ çəkmişdi. İndi məni yandıran odur ki, bu böyük şəxsiyyət SSRİ-nin dağılmasını, doğma Azərbaycanın müstəqillik qazanmasını görə bilmədi..."
İnsan mənəviyyatı və əxlaqının parlaq nümayəndəsi olan Mehbalı müəllim mənsub olduğu xalqın, millətin qəm və kədərini, dərd və qüssəsini, uğur və sevincini öz sinəsində, qəlbində gəzdirən əsl ziyalı idi. O, xalqımızın böyüklüyünü və müdrikliyini əsərlərində vəsf edirdi. Sonrakı illərdə görkəmli filosof M.Qasımov "Azərbaycan estetik fikir tarixindən" monoqrafiyasında bu məsələləri ön plana çəkdi. Görkəmli alim-filosof respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edirdi. O zamankı Azərbaycan SSR Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinin ictimai elmlər şöbəsinə başçılıq etməklə yanaşı, SSRİ Ali Attestasiya Komissiyasının fəlsəfə elmləri bölməsinin, "Azərbaycan kommunisti" jurnalının və bir sıra elmi jurnalların redaksiya heyətinin üzvü idi. Fəlsəfə elminə verdiyi əvəzsiz töhfələrə, ictimai-siyasi fəaliyyətinə görə əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülmüşdü.
Mehbalı Qasımov 1963-ci ilin iyul ayında dünyasını dəyişdi. Elmə, fəlsəfə tarixinin öyrənilməsinə hələ çox dəyərli töhfələr verə bilərdi. Amma elə gördüyü işlər və yazdığı yüksək səviyyəli əsərlər də onun yaddaşlarda əbədi yer tutmasına, adının ölməz şəxsiyyətlər sırasına düşməsinə kifayət etdi. Müdriklik, xeyirxahlıq unudulmadığı kimi, bu keyfiyyətlərə malik şəxsiyyətlər də yaddaşlardan silinmir. Fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi Mehbalı Qasımov məhz bu cür şəxsiyyətlərdən idi. Azərbaycan fəlsəfəsində özünəməxsus yeri olan belə bir filosofu, alimi və müəllimi unutmaq qeyri-mümkündür.
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Qasimov Mehbali Mehemmed oglu 18 may 1906 1963 Azerbaycan elm xadimi felsefe elmleri doktoru professor Mehbali QasimovMehbali Mehemmed oglu QasimovDogum tarixi 18 may 1906 118 yas Dogum yeri Xoskesin Culfa rayonu AzerbaycanVefat tarixi iyul 1963 57 yasinda Elmi derecesi felsefe elmleri doktoruMukafatlariHeyatiMehbali Qasimov 1906 ci il may ayinin 18 de Culfa rayonunun Xoskesin kendinde anadan olub Ilk tehsilini Naxcivan Kend Teserrufati Texnikumunda alib 1932 ci ilde 1931 1941 felsefe fakultesine daxil olaraq 1937 ci ilde tehsilini bitirib Bundan sonra respublikanin ali mekteblerinde dialektik ve tarixi materializmden ders deyib 1940 ci ilin mart ayinda ordu siralarina cagirilib Muharibenin son gunlerinedek muharibe cebhelerinde Sovet ordusu siralarinda alman fasizmine qarsi mubarize aparib ve mayor rutbesinde ordudan terxis olunub 1945 ci ilin ortalarindan Azerbaycan SSR Elmler Akademiyasinin Felsefe Institutunun elmi emekdasi kimi fealiyyet gosterib 1946 ci ilde Omer Xeyyamin felsefi dunyagorusu movzusunda namizedlik dissertasiyasi mudafie edib 1950 1962 ci illerde Azerbaycan Dovlet Universitetinde indiki BDU felsefe kafedrasinin mudiri vezifesinde isleyib Azerbaycan felsefi ictimai siyasi ve estetik fikir tarixi sahesinde sanballi tedqiqatlar aparib Omer Xeyyam rubailerinde materializm 1947 V Q Belinski XIX esr rus klassik felsefesinin gorkemli numayendesidir 1950 M F Axundov ve XIX esr rus inqilabi demokratik estetikasi 1954 kimi eserleri elmi ictimaiyyet terefinden boyuk maraq ve regbetle qarsilanib 6 cildlik Felsefe tarixi nin muelliflerinden olub Rusiyanin XIX esr qabaqcil ideyalarinin Azerbaycanda ictimai fikrin inkisafina tesiri adli doktorluq dissertasiyasi yazib 1956 ci ilde dissertasiyani Moskvanin felsefe ictimaiyyeti qarsisinda muveffeqiyyetle mudafie ederek felsefe elmleri doktoru derecesi alib Onun xususi diqqeti ve qaygisi altinda qisa muddetde 40 dan artiq elmler namizedi ve elmler doktoru yetismisdi Azerbaycan ictimai fikir tarixinin yazilmasi ucun M Qasimovun ireli surduyu elmi konsepsiyanin mahiyyeti bundan ibaret idi ki her bir xalqin ictimai felsefi fikri ozunemexsusdur ve cox qedim koklere baglidir Bununla bele diger xalqlardaki beseri fikirlerin oyrenilmesi milli felsefenin qarsiliqli sekilde formalasmasi ve zenginlesmesine tesir edir ki butun bunlara tarixilik prizmasindan tebii ve sistemli yanasmaq lazimdir Bu baximdan Azerbaycan xalqinin milli tefekkuru Serq ve Qerb felsefi fikir tarixinde qabaqcil yer tutur M Qasimovun dusuncesi bele idi ki elmin tehsilin ve medeniyyetin umumen heyatin muxtelif sahelerinde yuksek istedadli gencleri gormek onlari qiymetlendirmek ve oz qabiliyyetlerini gosterib yuksek seviyyeye qalxmalari ucun serait yaratmaq xususile vacibdir Baki Dovlet Universitetinin humanitar ixtisaslar uzre Felsefe kafedrasinin mudiri professor Hemid Imanov xatirlayir Mehbali muellim bize Azerbaycanin ictimai fikir tarixinden muhazire kursu oxuyarken onun regbetini qazanmisdim ve professor meni aspiranturada saxlamaq istediyini bildirmisdi Lakin o vaxtlar partiya uzvu olmayan adamin felsefe uzre aspiranturaya qebul imtahani vermek ve qebul olunmaq huququ yox idi Men Iranda yasayan dayima gore partiyaya qebul edilmediyimi ona bildirdikde Mehbali muellim bu problemi cetinlikle de olsa hell etdi ve men aspiranturaya ugurla imtahan verdim Bu cur yuzlerle fakt saymaq olar Mehbali Qasimov istedadina inandigi genclerle muellim telebe munasibetlerinden daha cox dost yoldas ata ogul munasibeti qururdu Hesen Sireliyev Veli Nesirov Adil Necefov Izzet Rustemov ve onlarla genc hemise onun qaygisini hiss edib Yene de professor Hemid Imanovun dediklerine nezer salaq Mehbali muellim oz merdliyi mohkem iradesi cesareti hessasligi etrafindaki adamlara qarsi diqqetli olmasi ve tebii ki yuksek elmi ve derin felsefi savadi ile secilirdi Mudrik meslehetleri ile hamiya dogru yol gosterir cetin veziyyetlerde komek edirdi O mudrik ve kamil bir filosof omru yasadi Baki Dovlet Universiteti Sosiologiya kafedrasinin mudiri felsefe elmleri doktoru professor Izzet Rustemov ise bunlari soyleyir Mehbali muellim haminin sevdiyi ve cox adamlarin hesed apardigi bir filosof isiqli sexsiyyet idi Men kafedrada laborant isleyirdim Mehbali muellimin sexsi nufuzu ve tesebbusu sayesinde o vaxt mene 2 otaqli menzil verildi 17 il hemin menzilde yasadim O filosoflar ordusunun bas serkerdesi idi Filologiya elmleri doktoru professor Yavuz Axundlu da M Qasimovu ehtiramla xatirlayir Saf tevazokar xeyirxah qaygikes dostluga semimi haqqin edaletin terefdari ve qoruyucusu olan Mehbali Qasimov hem de boyuk vetendas xalqini ve milletini seven bir ziyali idi O edaleti ve dogrunu ozunun menafeyine ziyan vuran halda da mudafie ederdi Bu boyuk insan hemise elme vetene heqiqi xidmet numunesi sayilacaq Merhum tarixci alim el agsaqqali Eli Eliyevin Elince yaddasi kitabindaki xatireleri de maraq dogurur Mehbali tekce felsefeni deyil tarixi edebiyyati siyaseti de derinden bilen universal sanballi sexsiyyet idi Azerbaycanin edib ve sairleri arasinda Huseyn Cavidi daha cox mutalie edir Seyx Senan i ezber bilirdi Mehbali bu dunyadan gileyli kocdu Stalin Bagirov irtica rejimi onun sinesine dag cekmisdi Indi meni yandiran odur ki bu boyuk sexsiyyet SSRI nin dagilmasini dogma Azerbaycanin musteqillik qazanmasini gore bilmedi Insan meneviyyati ve exlaqinin parlaq numayendesi olan Mehbali muellim mensub oldugu xalqin milletin qem ve kederini derd ve qussesini ugur ve sevincini oz sinesinde qelbinde gezdiren esl ziyali idi O xalqimizin boyukluyunu ve mudrikliyini eserlerinde vesf edirdi Sonraki illerde gorkemli filosof M Qasimov Azerbaycan estetik fikir tarixinden monoqrafiyasinda bu meseleleri on plana cekdi Gorkemli alim filosof respublikanin ictimai siyasi heyatinda da feal istirak edirdi O zamanki Azerbaycan SSR Nazirler Soveti yaninda Ali ve Orta Ixtisas Tehsili Komitesinin ictimai elmler sobesine basciliq etmekle yanasi SSRI Ali Attestasiya Komissiyasinin felsefe elmleri bolmesinin Azerbaycan kommunisti jurnalinin ve bir sira elmi jurnallarin redaksiya heyetinin uzvu idi Felsefe elmine verdiyi evezsiz tohfelere ictimai siyasi fealiyyetine gore emekdar elm xadimi kimi yuksek fexri ada layiq gorulmusdu Mehbali Qasimov 1963 ci ilin iyul ayinda dunyasini deyisdi Elme felsefe tarixinin oyrenilmesine hele cox deyerli tohfeler vere bilerdi Amma ele gorduyu isler ve yazdigi yuksek seviyyeli eserler de onun yaddaslarda ebedi yer tutmasina adinin olmez sexsiyyetler sirasina dusmesine kifayet etdi Mudriklik xeyirxahliq unudulmadigi kimi bu keyfiyyetlere malik sexsiyyetler de yaddaslardan silinmir Felsefe elmleri doktoru professor emekdar elm xadimi Mehbali Qasimov mehz bu cur sexsiyyetlerden idi Azerbaycan felsefesinde ozunemexsus yeri olan bele bir filosofu alimi ve muellimi unutmaq qeyri mumkundur Istinadlar