Marli (fr. Marly) — "Peterhof" Muzey-Qoruq Kompleksinin tərkibinə daxil olan Aşağı parkın qərb hissəsində yerləşən saray.
Marli sarayı | |
---|---|
Марли | |
Ölkə | Rusiya |
Şəhər | Peterhof |
Yerləşir | Sankt-Peterburq, Peterhof |
Sifarişçi | I Pyotr |
Tikilmə tarixi | 1720—1723 |
Üslubu | barokko |
İstinad nöm. | 7810406069 |
Mühafizə dərəcəsi | Federal |
Vikianbarda əlaqəli mediafayllar |
Peterhofdakı bu saray I Pyotrun 1717-ci ildə Paris yaxınlığında yerləşən Fransa krallarının iqamətgahı Marli-le-Rua-ya səfəri xatirəsinə adlandırılmışdır (Fransadakı həmin saray inqilab zamanı məhv edilmişdi). Peterhof Marlisi və ətrafındakı gölməçə və bağlar fransız prototipini təkrarlamır; rus Marlisi sadəcə olaraq ümumi kompozisiya həllini və təsərrüfat məqsədli dekorativ park ideyasını götürülmüşdü.
Tarix
Saray eyniadlı göllər ilə birlikdə İohann Branşteynin layihəsi əsasında 1720-1723-cü illər arasında inşa edilmişdir. İlkin olaraq saray birmərtəbəli olması nəzərdə tutulsa da, tikinti prosesində I Pyotrun sifarişi ilə layihədə dəyişiklik edilmiş və beləliklə saray özünün ikinci mərtəbəsini əldə etmişdir. Məhz həmin dəyişikliklər sarayın ümumi ölçülərində müvazinətlik və tamlılıq effekti yaratmışdır (sarayın ümumi həcmi aydın müəyyən edilən kub şəklindədir). Marli sarayının tikintisi və dekorativ bəzədilməsində heykəltaraş , həmçinin daşyonan ustalar Y.Neukupoyev və A.Kardasye iştirak etmişdilər.
I Pyotr üçün yaradılmış digər kiçik saraylar kimi, Marli sarayı Peterhof ansamblının digər binalarından özünün xüsusi sadəliyi ilə fərqlənir (nümunə olaraq bax - I Pyotrun Yay sarayı). Fasad yığcam və lakonik detallar - dorik kapitelli bossaj və ya rustika adlanan kürəklərlə, məhəccərli eyvanlarla və kiçik kvadrat şüşəli pəncərələr ilə bəzədilib. Ümumilkidə sarayda cəmi 12 otaq var (pilləkən və iki dəhlizləri nəzərə almasaq). Maraqlısı odur ki, sarayda ənənəvi mərasim zalı mövcud deyil. Bunun əsas səbəbi, I Pyotrun bu rolu vestibül otağına verməsi idi.
Başlanğıcda Marli Peterhofa gələn zadəgan qonaqların yaşaması üçün istifadə olunurdu, lakin XVIII əsrin ortalarından bura xatirə xarakterli bir məkana çevrilmişdir. Burada uzun illər I Pyotrun qarderobu və başqa şəxsi əşyaları saxlanılırdı (daha sonralar əşyaların çoxu Ermitaj muzeyinə köçürülmüşdü). Sorakı illərdə sarayın bütün tarixi boyu onun təyin edilmiş missiyası dəyişməmişdir.
1899-cu ildə saray tamamilə yeni bir təməlin üzərinə quraşdırılması üçün üçün sökülmüşdür. Radikal işlərin icrası, saray divarlarında əmələ gələn çoxsaylı çatlar səbəbindən yaranmışdır. Bərpa işlərini tanınmış mühəndis A.Semyonov rəhbərlik edirdi; bütün orijinal bəzək elementləri qorunub saxlanılmışdı, yenidənqurma işlərinin dəqiqliyi isə mükəmməl idi. Saray Böyük Vətən müharibəsi zamanı böyük mərminin düşməsi səbəbindən güclü dağıntıya məruz qalmışdı (muzeyin bütün kolleksiyası hələ 1941-ci ildə evakuasiya olunmuşdu). Fasadlar 1955-ci ildə bərpa olunmuşdu. 1982-ci ildən bina yenidən muzey kimi fəaliyyət göstərir.
Muzey binası
Marli sarayının müasir ekspozisiyası imperator I Pyotrun dəniz şineli, üzəri Andrey Pervozvannı ordeni ilə bəzədilmiş kaftanı, şəxsi kitabxanasından olan kitabları, şəxsən çar tərəfindən yaradılmış apsidalı masa və s. buna bənzər unikal eksponatlar ilə təqdim olunub. İmperator tərəfindən toplanan rəsm kolleksiyası buradakı mənzərəli saray sərgi ekspozisiyasının əsasını təşkil edir. Onun tərkibinə A. Silo, A. Stork, P. Belotti və A.Çelesti kimi az tanınmış holland, flamand və italyan ustaların əsərləri daxildir. Bəzi mebel əşyaları autentik, digərləri isə əksinə, qorunub saxlanılmış sənədlərə uyğun olaraq diqqətlə seçilmişdi.
Aşağı parkın ən qərb hissəsində Marli bağı yerləşir. Bağ böyük göl ilə "Baxus" (gölün cənubunda) və "Venera" (gölün şimalında, dənizə yaxın ərazidə) adlanan iki hissəyə bölünür. Bağların əsası sarayın tikintisi ilə eyni zamanda qoyulmuşdur və onların əsas fərqləndirici xüsusiyyətlərindən biri də faydalı dəyərlərə malik olması idi. Venera bağında saray üçün müxtəlif meyvələr əkilirdi. Baxus bağının adı şəffafdır: I Pyotrun dövründə burada üzüm yetişdirilməsi nəzərdə tutulsa da, bağçılar buna nail ola bilməmişdi. Venera bağı soyuq Baltik küləyindən hündür torpaq təpəsinin köməyi ilə qorunur.
Marli sarayından şərqdə Marli, qərb tərəfdə isə Sektoral gölməçələr yerləşir. Onlar təkcə dekorativ xarakterli deyildi; gölməçələrdə çar süfrəsi üçün Rusiyanın müxtəlif yerlərindən gətirilmiş balıqlar saxlanılırdı, 1724-cü ildən isə burada balıqların artırılmasına başlanıldı. Marli gölməçələri bir növ fəaliyyət göstərən abidədir. Hal-hazırda balıqların artırılması ənənəsi yenidən bərpa edilib və balıqçılar Marlidə asudə vaxtlarını sevimli məşğuliyyətinə sərf edə bilərlər.
Marli bağının planlaşması müntəzəm park kanonlarına əsaslanaraq yaradılmışdır; məhz bu faktor gələcəkdə Marlinin XVIII əsrin nümunəvi rus tikililərindən birinə çevrilməsinə səbəb olmuşdu.
İstinadlar
- Раскин А. Г., Кючарианц Д. А. «Петергоф. Дворцы, музеи, парки, фонтаны». СПб, 2005.
- Н. Вернова. «Альманах „Сокровища России“. Выпуск 63. Петергоф». СПб, 2004.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Marli fr Marly Peterhof Muzey Qoruq Kompleksinin terkibine daxil olan Asagi parkin qerb hissesinde yerlesen saray Marli sarayiMarli59 53 19 sm e 29 53 47 s u Olke RusiyaSeher PeterhofYerlesir Sankt Peterburq PeterhofSifarisci I PyotrTikilme tarixi 1720 1723Uslubu barokkoIstinad nom 7810406069Muhafize derecesiFederal Vikianbarda elaqeli mediafayllar Peterhofdaki bu saray I Pyotrun 1717 ci ilde Paris yaxinliginda yerlesen Fransa krallarinin iqametgahi Marli le Rua ya seferi xatiresine adlandirilmisdir Fransadaki hemin saray inqilab zamani mehv edilmisdi Peterhof Marlisi ve etrafindaki golmece ve baglar fransiz prototipini tekrarlamir rus Marlisi sadece olaraq umumi kompozisiya hellini ve teserrufat meqsedli dekorativ park ideyasini goturulmusdu TarixSaray eyniadli goller ile birlikde Iohann Bransteynin layihesi esasinda 1720 1723 cu iller arasinda insa edilmisdir Ilkin olaraq saray birmertebeli olmasi nezerde tutulsa da tikinti prosesinde I Pyotrun sifarisi ile layihede deyisiklik edilmis ve belelikle saray ozunun ikinci mertebesini elde etmisdir Mehz hemin deyisiklikler sarayin umumi olculerinde muvazinetlik ve tamliliq effekti yaratmisdir sarayin umumi hecmi aydin mueyyen edilen kub seklindedir Marli sarayinin tikintisi ve dekorativ bezedilmesinde heykeltaras hemcinin dasyonan ustalar Y Neukupoyev ve A Kardasye istirak etmisdiler I Pyotr ucun yaradilmis diger kicik saraylar kimi Marli sarayi Peterhof ansamblinin diger binalarindan ozunun xususi sadeliyi ile ferqlenir numune olaraq bax I Pyotrun Yay sarayi Fasad yigcam ve lakonik detallar dorik kapitelli bossaj ve ya rustika adlanan kureklerle meheccerli eyvanlarla ve kicik kvadrat suseli pencereler ile bezedilib Umumilkide sarayda cemi 12 otaq var pilleken ve iki dehlizleri nezere almasaq Maraqlisi odur ki sarayda enenevi merasim zali movcud deyil Bunun esas sebebi I Pyotrun bu rolu vestibul otagina vermesi idi Baslangicda Marli Peterhofa gelen zadegan qonaqlarin yasamasi ucun istifade olunurdu lakin XVIII esrin ortalarindan bura xatire xarakterli bir mekana cevrilmisdir Burada uzun iller I Pyotrun qarderobu ve basqa sexsi esyalari saxlanilirdi daha sonralar esyalarin coxu Ermitaj muzeyine kocurulmusdu Soraki illerde sarayin butun tarixi boyu onun teyin edilmis missiyasi deyismemisdir 1899 cu ilde saray tamamile yeni bir temelin uzerine qurasdirilmasi ucun ucun sokulmusdur Radikal islerin icrasi saray divarlarinda emele gelen coxsayli catlar sebebinden yaranmisdir Berpa islerini taninmis muhendis A Semyonov rehberlik edirdi butun orijinal bezek elementleri qorunub saxlanilmisdi yenidenqurma islerinin deqiqliyi ise mukemmel idi Saray Boyuk Veten muharibesi zamani boyuk merminin dusmesi sebebinden guclu dagintiya meruz qalmisdi muzeyin butun kolleksiyasi hele 1941 ci ilde evakuasiya olunmusdu Fasadlar 1955 ci ilde berpa olunmusdu 1982 ci ilden bina yeniden muzey kimi fealiyyet gosterir Muzey binasiMarli sarayinin muasir ekspozisiyasi imperator I Pyotrun deniz sineli uzeri Andrey Pervozvanni ordeni ile bezedilmis kaftani sexsi kitabxanasindan olan kitablari sexsen car terefinden yaradilmis apsidali masa ve s buna benzer unikal eksponatlar ile teqdim olunub Imperator terefinden toplanan resm kolleksiyasi buradaki menzereli saray sergi ekspozisiyasinin esasini teskil edir Onun terkibine A Silo A Stork P Belotti ve A Celesti kimi az taninmis holland flamand ve italyan ustalarin eserleri daxildir Bezi mebel esyalari autentik digerleri ise eksine qorunub saxlanilmis senedlere uygun olaraq diqqetle secilmisdi Asagi parkin en qerb hissesinde Marli bagi yerlesir Bag boyuk gol ile Baxus golun cenubunda ve Venera golun simalinda denize yaxin erazide adlanan iki hisseye bolunur Baglarin esasi sarayin tikintisi ile eyni zamanda qoyulmusdur ve onlarin esas ferqlendirici xususiyyetlerinden biri de faydali deyerlere malik olmasi idi Venera baginda saray ucun muxtelif meyveler ekilirdi Baxus baginin adi seffafdir I Pyotrun dovrunde burada uzum yetisdirilmesi nezerde tutulsa da bagcilar buna nail ola bilmemisdi Venera bagi soyuq Baltik kuleyinden hundur torpaq tepesinin komeyi ile qorunur Marli sarayindan serqde Marli qerb terefde ise Sektoral golmeceler yerlesir Onlar tekce dekorativ xarakterli deyildi golmecelerde car sufresi ucun Rusiyanin muxtelif yerlerinden getirilmis baliqlar saxlanilirdi 1724 cu ilden ise burada baliqlarin artirilmasina baslanildi Marli golmeceleri bir nov fealiyyet gosteren abidedir Hal hazirda baliqlarin artirilmasi enenesi yeniden berpa edilib ve baliqcilar Marlide asude vaxtlarini sevimli mesguliyyetine serf ede bilerler Marli baginin planlasmasi muntezem park kanonlarina esaslanaraq yaradilmisdir mehz bu faktor gelecekde Marlinin XVIII esrin numunevi rus tikililerinden birine cevrilmesine sebeb olmusdu IstinadlarRaskin A G Kyucharianc D A Petergof Dvorcy muzei parki fontany SPb 2005 N Vernova Almanah Sokrovisha Rossii Vypusk 63 Petergof SPb 2004