Mariya (Mina) Lvovna Dillon (rus. Мари́я (Ми́на) Льво́вна Диллон; 27 oktyabr 1858, Panavejis, Kovno quberniyası[d] və ya Rusiya imperiyası – 14 oktyabr 1932, Leninqrad) — Rusiyada ilk qadın — peşəkar heykəltəraş.
Mariya Dillon | |
---|---|
rus. Мари́я Диллон | |
Doğum tarixi | 27 oktyabr 1858 |
Doğum yeri |
|
Vəfat tarixi | 14 oktyabr 1932 (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | heykəltaraş, rəssam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mariya Dillon Kovno vilayətində yəhudi tacir ailəsində anadan olub. Gəncliyində ailəsi onu Sankt-Peterburqa gətirib. Burada Mariya Mark Antokolskinin yaradıcılığından təsirlənib. Bu vəziyyəti görən qohumları onun heykəltəraşlıq həvəsinə diqqətsiz qalmayıblar.
1879-cu ildə Dillon Rəssamlıq Akademiyasına daxil olur və 1888-ci ildə oranı bitirir. Mariya Dillon "Qayaya zəncirlənmiş Andromeda" adlı diplom işinə görə (şəkli və eskizi qorunub saxlanılmışdır) kiçik qızıl medal və 2-ci dərəcəli rəssam adı alıb.
Akademiyanı bitirdikdən sonra o, demək olar ki, davamlı olaraq Sankt-Peterburqda keçirilən illik bütün akademik sərgilərdə iştirak edir. Bəzən Mariyanın xaricdə də sərgiləri təşkil olunur. Almaniya, Fransa və İtaliyada onun sərgiləri böyük tamaşaçı marağına səbəb olur.
Yaradıcılığı
Dillonun akademik əsərləri arasında "Marafon Qələbəsinin Elçisi" kiçik heykəlciyi seçilir. Nəfis bir texnika işləyib hazırlayan və anatomiyanı hərtərəfli öyrənən Dillon qismən çılpaq qadın fiqurları ("Kəniz", "Neqa", "Xaşxaş", "Somnambulist" və s.), qismən də yaraşıqlı qadın və uşaq başları, ideallaşdırılmış və portretlər üzrə ixtisaslaşmışdır.
Onun düzəltdiyi büstlərdən olan "Lili" pərəstişkarları və tənqidçilər arasında böyük populyarlıq qazanıb. Onun xüsusi işlənmiş fiqurları da diqqəi cəlb edir. "Tatyana", "Ofeliya", "Esteralda", "Şıltaqlıq", "Oxuma" və s. kimi əsərləri hazırda dünya incəsənətinin incilərindən sayılır.
"Tatyana" əsəri ilk dəfə 1896-cı ildə akademik sərgidə, sonra isə həmin il Berlində Beynəlxalq İncəsənət Sərgisində nümayiş etdirildi. Puşkinin 100 illik yubileyində "Tatyana" Baron Stieglitz Muzeyində sərgiləndi. Sənətşünaslıq üzrə elmlər namizədi Yelena Karpova qeyd edir ki, inqilabdan əvvəlki dövrdə "Tatyana" çox məşhur idi: "Onun obrazı qəzetlərdə, jurnallarda, açıqcalarda və Puşkinin nəşrlərində yerləşdirilirdi. Sonra "Tatyana" sanki diqqətdən kənar düşdü".
1890-cı illərin sonlarında Dillon A. F. Kelxin Sankt-Peterburq malikanəsinin interyerləri üçün bir sıra əsərlər yaratdı. Sifarişçi Varvara Petrovna Bazanova-Kelx idi. Köşkün əsas pilləkəni üçün Dillon üç alleqorik heykəl yaratdı. "Səhər", "Günorta" və "Axşam" heykəlləri 2020-ci ildən Rostov Regional İncəsənət Muzeyində saxlanılır. 1898-ci ilin yazında Dillon Florensiyaya getdi və burada onun qorelyefləri 1899-cu ilin mart ayının sonunda professor Korradossinin rəhbərliyi altında italyan ustaları tərəfindən mərmərə çevrildi. Nəticədə Kelçin evində pilləkənlərdə üç mərmər fiqur və zalda monumental dekorativ kamin ("Baharın oyanışı") qoyuldu.
Florensiyada Dillon portret büstlərini, həmçinin Esmeraldanın (2020-ci ildən Dövlət Tretyakov qalereyasında saxlanılır) və "İtalyan dilənçi qadını"nın (1918-ci ilə qədər Böyük hersoginya Kseniya Aleksandrovnanın sarayında saxlanılan) heykəlciklərini yaradır.
Sankt-Peterburqda Dillon Kasli çuqun pavilyonu üçün üç işi tamamlayıb:
- Mərkəzi yaruslu dekorasiya olau "Sevinc və kədər quşları: Sirin və Alkonost" qorelyefi;
- Yarusun üstündəki pillənin künclərində yerləşən əjdahalar üçün model;
- Pavilyonun içindəki şamdan.
"Lili" 1900-cü ildə Dillon tərəfindən yaradılıb. Dillon bu əsəri haqda belə danışırdı:г ""Lili"nin əsli yolda rastlaşdığım rus gənc xanım idi".
"Lili" əsəri Aleksandr sarayının yasəmən kabinetini bəzəmək üçün imperator ailəsi tərəfindən Rəssamlıq Akademiyasında keçirilən sərgidə alınmışdır.
"Ofeliya" qorelyefi 1901-ci ildə Dillon tərəfindən tamamlanmış və onun tərəfindən beynəlxalq sərgilərə — Münhen (1901) və Roma (1911) göndərilmişdir.
Dillon tərəfindən hazırlanmış "Açqaranlıq" adlı terakota heykəlcik də o dövrdə məşhur idi. Qeyd edək ki, hələ 2009-cu ildə o, Sankt-Peterburqda şəxsi kolleksiyada aşkarlanana qədər itmiş hesab olunurdu.
Mariya Dillon yaradıcılığına qəbirüstü abidələr xüsusi yer tutur. Onun tərəfindən uğurla yerinə yetirilən işlər arasında riyaziyyatçı Nikolay Lobaçevskinin qəbirüstü büstü (Kazanda), İmperator II Aleksandrın heykəli (Çerniqovda), Dəmir Yolları Naziri Adolf Gübbenetin qəbirüstü abidəsi (abidənin üzərində olan portret medalyonu və tunc bəzəklər günümüzə qədər gəlib çatmayıb), professor Luiççi Premazzi (dağıdılıb, fotosu qalıb), professor Şarl de la Fossenin, yazıçı Qriqori Danilevski və nəhayət, bəstəkar Anton Arenskinin qəbirüstü abidələri xüsusi zövqlə seçilir. Dillonun "Uzaq Şərqdə" silsiləsi Rusiyada və xaricdə böyük rəğbət doğurub. Silsilə əsərdə gənc şəfqət bacısı vətənindən ayrı düşən yaralı əsgərə məktubu oxuyur. Dillon bu işi ilə 1905-ci ildə İmperator İncəsənəti Təşviq Cəmiyyətinin müsabiqəsində 2000 rubl məbləğində birinci yubiley mükafatını qazanıb. O, Sankt-Peterburqun 200 illiyi xatirəsinə həsr olunmuş iki medalın maketlərinə görə daha bir mükafat alıb.
Çəkdiyi portretlərdə (çox vaxt onları canlı yox, fotoşəkillərdən çəkirdi) Dillon orijinal ilə mütləq oxşarlığa nail olurdu. XX əsrin əvvəllərində Dillon bir çox qəbirüstü abidələr yaradıb. Bu işlər arasında Dillonun müasirləri daha çox Nikolskoye qəbiristanlığında olan aktrisa Vera Komissarjevskayanın abidəsini fərqləndirirlər (1915-ci il, sonralar Komissarjevskayanın nəşi İncəsənət Xadimləri Nekropoluna köçürüldü). İncəsənət Ustaları Nekropolunda onun işi olan pianoçu Anton Arenskinin 1952-ci il barelyefinin surəti yerləşir. Bu relyef əvvəlcə şüşəli metal kapellada yerləşirdi (hazırda dağıdılıb). Həmçinin, 1912-ci ildə Dillon landşaft rəssamı dostu Konstantin Krıjitskinin məzarı üzərində məzar daşı düzəldib. 1917-ci il inqilabından sonra bürünc heykəl əridilib, 2020-ci ilə qədər isə abidədən yalnız yüksək qranit qayası qalıb.
Dillon geniş əhatə dairəsinə malik olmayan, lakin özü üçün kifayət qədər ahəngdar olan, işini zərif zövqlə yerinə yetirən bir istedada sahib idi. Onun əsərləri məhz rəssamın nail ola bildiyi vəzifələr və qüvvələr arasında instinktiv uyğunluq sayəsində öz təəssüratlarını yaradır.
- A.F.Kelxin Sankt-Peterburq malikanəsi üçün "Baharın oyanışı" fraqmentinin variantı
- Dillonun hazırladığı Kasli çuqun pavilyonunun tökmə əjdahaları, 1898-ci il
- Kasli zavodu üçün şamdan "Flora", 1899-cu il.
Səhv olaraq Dillona aid edilən əsərlər
Dillon "SSRİ xalqlarının rəssamları" (1972) bioqrafik lüğətində səhvən Şarl Qunonun Parisdə ucaldılmış abidəsinin müəllifi kimi göstərilib. Sənətşünaslıq elmləri namizədi Yelena Karpova müəyyən edib ki, bu səhv ona görə baş verib ki, "Novoye Vremya" jurnalında "Qunodun yeni tərcümeyi-halı" (məqalədə abidənin fotosu var idi) və Dillon haqqında məqalə dərc olunmuşdu. Müəlliflər də bunu əsas götürərək səhvən Şarl Qunonun heykəlinin Mariya Dillon tərəfindən yaradıldığını düşnüblər. Əslində, Qunonun abidəsi fransız heykəltəraş Antonin Mersiyer tərəfindən hazırlanıb.
Ailəsi
- Həyat yoldaşı — rəssam F. F. Buxold (1857–1942), Dillonun tələbə yoldaşı olub. Mariya Dillon tərəfindən 1885-ci ilin iyununda çəkilmiş onun terrakota təsviri (2020-ci ilə kimi) dövrümüzə gəlib çatıb.
- Bacıları — Dillon (Dolina) Anna Lvovna, 1929-cu ildə vəfat edib. Aktrisa; Dobrovolskaya (Dillon) Flora Lvovna, 1931-ci ildə vəfat edib.
Mariya Dillon 1932-ci ildə Sankt-Peterburqda vəfat edib. O, Smolensk Lüteran qəbiristanlığında dəfn olunub.
İstinadlar
- Карпова Е. Скульптор Мария Диллон // ru:Наука и жизнь. — 2020. — № 8. — С. 61.
- Карпова Е. Скульптор Мария Диллон // ru:Наука и жизнь. — 2020. — № 8. — С. 62.
- Карпова Е. Скульптор Мария Диллон // ru:Наука и жизнь. — 2020. — № 8. — С. 63.
- Долинина К. "Могилы, девы, огурцы". «Коммерсант Санкт-Петербург» № 52. 2010-03-26. 2019-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-30.
- Коренев, Л. "Первая русская женщина-скульптор". «Гудок». 2010-09-24. İstifadə tarixi: 2019-11-30.
- Карпова Е. Скульптор Мария Диллон // Ru:Наука и жизнь. — 2020. — № 8. — С. 64.
- Карпова Е. Скульптор Мария Диллон // Ru:Наука и жизнь. — 2020. — № 8. — С. 64–65.
- Карпова Е. Скульптор Мария Диллон // ru: Наука и жизнь. — 2020. — № 8. — С. 66.
- Карпова Е. Скульптор Мария Диллон // ru:Наука и жизнь. — 2020. — № 8. — С. 69.
- Карпова Е. Скульптор Мария Диллон // ru:Наука и жизнь. — 2020. — № 8. — С. 68.
- Лузина, О. "Мария Диллон: Где стол был яств, там гроб стоит". Фонтанка.Ру. 2010-03-24. 2019-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-30.
Xarici keçidlər
- images of Maria Lvovna Dillon work on "International Women Sculptors 1893 Chicago World's Fair and Exposition"
- на сайте Петербургских захоронений
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mariya Mina Lvovna Dillon rus Mari ya Mi na Lvo vna Dillon 27 oktyabr 1858 Panavejis Kovno quberniyasi d ve ya Rusiya imperiyasi 14 oktyabr 1932 Leninqrad Rusiyada ilk qadin pesekar heykelteras Mariya Dillonrus Mari ya DillonDogum tarixi 27 oktyabr 1858 1858 10 27 Dogum yeri Panavejis Kovno quberniyasi d Rusiya imperiyasi ve yaRusiya imperiyasiVefat tarixi 14 oktyabr 1932 1932 10 14 73 yasinda Vefat yeri Leninqrad RSFSR SSRIDefn yeri Smolensk luteran qebiristanligi d Fealiyyeti heykeltaras ressam Vikianbarda elaqeli mediafayllarHeyatiMariya Dillon Kovno vilayetinde yehudi tacir ailesinde anadan olub Gencliyinde ailesi onu Sankt Peterburqa getirib Burada Mariya Mark Antokolskinin yaradiciligindan tesirlenib Bu veziyyeti goren qohumlari onun heykelterasliq hevesine diqqetsiz qalmayiblar 1879 cu ilde Dillon Ressamliq Akademiyasina daxil olur ve 1888 ci ilde orani bitirir Mariya Dillon Qayaya zencirlenmis Andromeda adli diplom isine gore sekli ve eskizi qorunub saxlanilmisdir kicik qizil medal ve 2 ci dereceli ressam adi alib Akademiyani bitirdikden sonra o demek olar ki davamli olaraq Sankt Peterburqda kecirilen illik butun akademik sergilerde istirak edir Bezen Mariyanin xaricde de sergileri teskil olunur Almaniya Fransa ve Italiyada onun sergileri boyuk tamasaci maragina sebeb olur Yaradiciligi Lili Sekil 1905 ci ilde cap olunub Dillonun akademik eserleri arasinda Marafon Qelebesinin Elcisi kicik heykelciyi secilir Nefis bir texnika isleyib hazirlayan ve anatomiyani herterefli oyrenen Dillon qismen cilpaq qadin fiqurlari Keniz Neqa Xasxas Somnambulist ve s qismen de yarasiqli qadin ve usaq baslari ideallasdirilmis ve portretler uzre ixtisaslasmisdir Onun duzeltdiyi bustlerden olan Lili perestiskarlari ve tenqidciler arasinda boyuk populyarliq qazanib Onun xususi islenmis fiqurlari da diqqei celb edir Tatyana Ofeliya Esteralda Siltaqliq Oxuma ve s kimi eserleri hazirda dunya incesenetinin incilerinden sayilir Tatyana eseri ilk defe 1896 ci ilde akademik sergide sonra ise hemin il Berlinde Beynelxalq Incesenet Sergisinde numayis etdirildi Puskinin 100 illik yubileyinde Tatyana Baron Stieglitz Muzeyinde sergilendi Senetsunasliq uzre elmler namizedi Yelena Karpova qeyd edir ki inqilabdan evvelki dovrde Tatyana cox meshur idi Onun obrazi qezetlerde jurnallarda aciqcalarda ve Puskinin nesrlerinde yerlesdirilirdi Sonra Tatyana sanki diqqetden kenar dusdu 1890 ci illerin sonlarinda Dillon A F Kelxin Sankt Peterburq malikanesinin interyerleri ucun bir sira eserler yaratdi Sifarisci Varvara Petrovna Bazanova Kelx idi Koskun esas pillekeni ucun Dillon uc alleqorik heykel yaratdi Seher Gunorta ve Axsam heykelleri 2020 ci ilden Rostov Regional Incesenet Muzeyinde saxlanilir 1898 ci ilin yazinda Dillon Florensiyaya getdi ve burada onun qorelyefleri 1899 cu ilin mart ayinin sonunda professor Korradossinin rehberliyi altinda italyan ustalari terefinden mermere cevrildi Neticede Kelcin evinde pillekenlerde uc mermer fiqur ve zalda monumental dekorativ kamin Baharin oyanisi qoyuldu Florensiyada Dillon portret bustlerini hemcinin Esmeraldanin 2020 ci ilden Dovlet Tretyakov qalereyasinda saxlanilir ve Italyan dilenci qadini nin 1918 ci ile qeder Boyuk hersoginya Kseniya Aleksandrovnanin sarayinda saxlanilan heykelciklerini yaradir Sankt Peterburqda Dillon Kasli cuqun pavilyonu ucun uc isi tamamlayib Merkezi yaruslu dekorasiya olau Sevinc ve keder quslari Sirin ve Alkonost qorelyefi Yarusun ustundeki pillenin kunclerinde yerlesen ejdahalar ucun model Pavilyonun icindeki samdan Lili 1900 cu ilde Dillon terefinden yaradilib Dillon bu eseri haqda bele danisirdi g Lili nin esli yolda rastlasdigim rus genc xanim idi Lili eseri Aleksandr sarayinin yasemen kabinetini bezemek ucun imperator ailesi terefinden Ressamliq Akademiyasinda kecirilen sergide alinmisdir Ofeliya qorelyefi 1901 ci ilde Dillon terefinden tamamlanmis ve onun terefinden beynelxalq sergilere Munhen 1901 ve Roma 1911 gonderilmisdir Dillon terefinden hazirlanmis Acqaranliq adli terakota heykelcik de o dovrde meshur idi Qeyd edek ki hele 2009 cu ilde o Sankt Peterburqda sexsi kolleksiyada askarlanana qeder itmis hesab olunurdu Mariya Dillon yaradiciligina qebirustu abideler xususi yer tutur Onun terefinden ugurla yerine yetirilen isler arasinda riyaziyyatci Nikolay Lobacevskinin qebirustu bustu Kazanda Imperator II Aleksandrin heykeli Cerniqovda Demir Yollari Naziri Adolf Gubbenetin qebirustu abidesi abidenin uzerinde olan portret medalyonu ve tunc bezekler gunumuze qeder gelib catmayib professor Luicci Premazzi dagidilib fotosu qalib professor Sarl de la Fossenin yazici Qriqori Danilevski ve nehayet bestekar Anton Arenskinin qebirustu abideleri xususi zovqle secilir Dillonun Uzaq Serqde silsilesi Rusiyada ve xaricde boyuk regbet dogurub Silsile eserde genc sefqet bacisi veteninden ayri dusen yarali esgere mektubu oxuyur Dillon bu isi ile 1905 ci ilde Imperator Inceseneti Tesviq Cemiyyetinin musabiqesinde 2000 rubl mebleginde birinci yubiley mukafatini qazanib O Sankt Peterburqun 200 illiyi xatiresine hesr olunmus iki medalin maketlerine gore daha bir mukafat alib Cekdiyi portretlerde cox vaxt onlari canli yox fotosekillerden cekirdi Dillon orijinal ile mutleq oxsarliga nail olurdu XX esrin evvellerinde Dillon bir cox qebirustu abideler yaradib Bu isler arasinda Dillonun muasirleri daha cox Nikolskoye qebiristanliginda olan aktrisa Vera Komissarjevskayanin abidesini ferqlendirirler 1915 ci il sonralar Komissarjevskayanin nesi Incesenet Xadimleri Nekropoluna kocuruldu Incesenet Ustalari Nekropolunda onun isi olan pianocu Anton Arenskinin 1952 ci il barelyefinin sureti yerlesir Bu relyef evvelce suseli metal kapellada yerlesirdi hazirda dagidilib Hemcinin 1912 ci ilde Dillon landsaft ressami dostu Konstantin Krijitskinin mezari uzerinde mezar dasi duzeldib 1917 ci il inqilabindan sonra burunc heykel eridilib 2020 ci ile qeder ise abideden yalniz yuksek qranit qayasi qalib Dillon genis ehate dairesine malik olmayan lakin ozu ucun kifayet qeder ahengdar olan isini zerif zovqle yerine yetiren bir istedada sahib idi Onun eserleri mehz ressamin nail ola bildiyi vezifeler ve quvveler arasinda instinktiv uygunluq sayesinde oz teessuratlarini yaradir Yekaterinburq Incesenet Muzeyinde saxlanilan Maria Dillonun eserleri A F Kelxin Sankt Peterburq malikanesi ucun Baharin oyanisi fraqmentinin varianti Dillonun hazirladigi Kasli cuqun pavilyonunun tokme ejdahalari 1898 ci il Kasli zavodu ucun samdan Flora 1899 cu il Sehv olaraq Dillona aid edilen eserlerDillon SSRI xalqlarinin ressamlari 1972 bioqrafik lugetinde sehven Sarl Qunonun Parisde ucaldilmis abidesinin muellifi kimi gosterilib Senetsunasliq elmleri namizedi Yelena Karpova mueyyen edib ki bu sehv ona gore bas verib ki Novoye Vremya jurnalinda Qunodun yeni tercumeyi hali meqalede abidenin fotosu var idi ve Dillon haqqinda meqale derc olunmusdu Muellifler de bunu esas goturerek sehven Sarl Qunonun heykelinin Mariya Dillon terefinden yaradildigini dusnubler Eslinde Qunonun abidesi fransiz heykelteras Antonin Mersiyer terefinden hazirlanib AilesiHeyat yoldasi ressam F F Buxold 1857 1942 Dillonun telebe yoldasi olub Mariya Dillon terefinden 1885 ci ilin iyununda cekilmis onun terrakota tesviri 2020 ci ile kimi dovrumuze gelib catib Bacilari Dillon Dolina Anna Lvovna 1929 cu ilde vefat edib Aktrisa Dobrovolskaya Dillon Flora Lvovna 1931 ci ilde vefat edib Mariya Dillon 1932 ci ilde Sankt Peterburqda vefat edib O Smolensk Luteran qebiristanliginda defn olunub IstinadlarKarpova E Skulptor Mariya Dillon ru Nauka i zhizn 2020 8 S 61 Karpova E Skulptor Mariya Dillon ru Nauka i zhizn 2020 8 S 62 Karpova E Skulptor Mariya Dillon ru Nauka i zhizn 2020 8 S 63 Dolinina K Mogily devy ogurcy Kommersant Sankt Peterburg 52 2010 03 26 2019 11 04 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 11 30 Korenev L Pervaya russkaya zhenshina skulptor Gudok 2010 09 24 Istifade tarixi 2019 11 30 Karpova E Skulptor Mariya Dillon Ru Nauka i zhizn 2020 8 S 64 Karpova E Skulptor Mariya Dillon Ru Nauka i zhizn 2020 8 S 64 65 Karpova E Skulptor Mariya Dillon ru Nauka i zhizn 2020 8 S 66 Karpova E Skulptor Mariya Dillon ru Nauka i zhizn 2020 8 S 69 Karpova E Skulptor Mariya Dillon ru Nauka i zhizn 2020 8 S 68 Luzina O Mariya Dillon Gde stol byl yastv tam grob stoit Fontanka Ru 2010 03 24 2019 12 09 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 11 30 Xarici kecidlerVikianbarda Mariya Dillon ile elaqeli mediafayllar var images of Maria Lvovna Dillon work on International Women Sculptors 1893 Chicago World s Fair and Exposition na sajte Peterburgskih zahoronenij