Malıbəyli kənd teatrı — Şuşa rayonu Malıbəyli kəndində yaranmış teatr.
Malıbəyli kənd teatrının ilk tamaşası Sultan Məcid Qənizadənin "Axşam səbri xeyir olar" vodevili olmuşdur. Bu tamaşa 1909-cu il noyabrın 7-də səhnəyə qoyulmuşdur.
O vaxtlar Malıbəylidə müəllimlik edən rəhbərliyi ilə kənd ziyalıları müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirirdilər. Məktəbdə təşkil olunmuş ilk teatr tamaşası da onun təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. İlk teatr tamaşası o vaxt Novo-Çerkassk Politexnik İnstitutunda təhsil alan, maddi cəhətdən çox kasıb olan və məktəbdən qovulmaq təhlükəsi ilə üzləşən Mirhəsən Vəzirovun xeyrinə təşkil olunub. Məktəb binasının böyük zalında göstərilən tamaşada Məmməd Qarayev baş rolda, müəllimlərdən Mirmehdi Ağamirzadə, Bəylər İbrahimbəyov, Mirzə Hüseyn Varşabov və başqaları müxtəlif rollarda çıxış ediblər. Tamaşa uğurlu keçib və o vaxtın pulu ilə toplanan 50 manat Mirhəsən Vəzirova göndərilib. Sonralar Mirhəsən Vəzirov qəzet vasitəsilə malıbəylilərə minnətdarlığını bildirmişdi.
İlk tamaşadan sonra teatr həvəskarlarının sayı getdikcə artmışdır. Teatr get-gedə kəndin məişətinə daxil olurdu. Tamaşalar məktəbdə, məscidin həyətində göstərilirdi. Məmməd Qarayev tamaşalara quruluş və ssenari verirdi. O, fasilələrdə xalq oyunlarından, məktəb şagirdlərindən ibarət xordan istifadə edərək xalq musiqisinin inkişafına da diqqət ayırırdı. Dövrünün tanınmış xanəndələri olan Malıbəyli Həmid, Malıbəyli Cümşüd, Malıbəyli Əsgər də teatra dəvət olunurdular.
Repertuarı
Malıbəyli kənd teatrının Repertuarına əsasən ailə və məişət məsələlərindən bəhs edən, əxlaqi və tərbiyəvi əhəmiyyətli, asan başa düşülən kiçik formalı və məzmunlu əsərlər, satirik xarakter daşıyan səhnəciklər daxil edilirdi. "Evlənmək su içmək deyil", "Dursunəli və Ballıbadı", "Qırt-qırt", "Daşım-daşım", "Molla Cəbi", "Xor-xor", "Ev tərbiyəsinin bir şəkli", "Yağışdan çıxdıq yağmura düşdük" kimi əsərlər Malıbəyli teatrının repertuarında yer alıb. Əldə olunan gəlir isə maarif işlərinə, yoxsul şagirdlərə, Qori Müəllimlər Seminariyasında təhsil alan azərbaycanlı tələbələrə sərf olunurdu.
Malıbəyli kənd teatrının yaranmasının 100 illiyi münasibətlə 2009-cu il dekabrın 15-də Sabunçu rayonu, Ramana-450 qəsəbəsi Malıbəyli kənd 1 saylı orta məktəbində yubiley mərasimi keçirilmişdir.
Mənbə
- "Malıbəyli kənd teatrı 100 yaşında". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-15.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Malibeyli kend teatri Susa rayonu Malibeyli kendinde yaranmis teatr Malibeyli kend teatrinin ilk tamasasi Sultan Mecid Qenizadenin Axsam sebri xeyir olar vodevili olmusdur Bu tamasa 1909 cu il noyabrin 7 de sehneye qoyulmusdur O vaxtlar Malibeylide muellimlik eden rehberliyi ile kend ziyalilari muxtelif medeni kutlevi tedbirler heyata kecirirdiler Mektebde teskil olunmus ilk teatr tamasasi da onun tesebbusu ve teskilatciligi ile bas tutub Ilk teatr tamasasi o vaxt Novo Cerkassk Politexnik Institutunda tehsil alan maddi cehetden cox kasib olan ve mektebden qovulmaq tehlukesi ile uzlesen Mirhesen Vezirovun xeyrine teskil olunub Mekteb binasinin boyuk zalinda gosterilen tamasada Memmed Qarayev bas rolda muellimlerden Mirmehdi Agamirzade Beyler Ibrahimbeyov Mirze Huseyn Varsabov ve basqalari muxtelif rollarda cixis edibler Tamasa ugurlu kecib ve o vaxtin pulu ile toplanan 50 manat Mirhesen Vezirova gonderilib Sonralar Mirhesen Vezirov qezet vasitesile malibeylilere minnetdarligini bildirmisdi Ilk tamasadan sonra teatr heveskarlarinin sayi getdikce artmisdir Teatr get gede kendin meisetine daxil olurdu Tamasalar mektebde mescidin heyetinde gosterilirdi Memmed Qarayev tamasalara qurulus ve ssenari verirdi O fasilelerde xalq oyunlarindan mekteb sagirdlerinden ibaret xordan istifade ederek xalq musiqisinin inkisafina da diqqet ayirirdi Dovrunun taninmis xanendeleri olan Malibeyli Hemid Malibeyli Cumsud Malibeyli Esger de teatra devet olunurdular RepertuariMalibeyli kend teatrinin Repertuarina esasen aile ve meiset meselelerinden behs eden exlaqi ve terbiyevi ehemiyyetli asan basa dusulen kicik formali ve mezmunlu eserler satirik xarakter dasiyan sehnecikler daxil edilirdi Evlenmek su icmek deyil Dursuneli ve Ballibadi Qirt qirt Dasim dasim Molla Cebi Xor xor Ev terbiyesinin bir sekli Yagisdan cixdiq yagmura dusduk kimi eserler Malibeyli teatrinin repertuarinda yer alib Elde olunan gelir ise maarif islerine yoxsul sagirdlere Qori Muellimler Seminariyasinda tehsil alan azerbaycanli telebelere serf olunurdu Malibeyli kend teatrinin yaranmasinin 100 illiyi munasibetle 2009 cu il dekabrin 15 de Sabuncu rayonu Ramana 450 qesebesi Malibeyli kend 1 sayli orta mektebinde yubiley merasimi kecirilmisdir Menbe Malibeyli kend teatri 100 yasinda 2016 03 04 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2009 12 15