Malik İbrahim piri — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərinin şərqində, Qaradağın ətəyində, eyniadlı qəbiristanlıqda yerləşən ziyarətgah.
Malik İbrahim piri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Ordubad şəhəri |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Ziyarətgah Malik İbrahim qəbiristanlığının mərkəzində böyük bir binadan ibarətdir. Binanın qərb və cənub tərəfində balkon düzəldilmişdir. Cənub tərəfdəki otaqda bir qəbir vardır. Üzərində epiqrafik sənəd-kitabə olmadığı üçün qəbrin kimə məxsus olduğunu müəyyən etmək mümkün deyildir. El arasındakı fikrə görə bu qəbirdə şiələrin üçüncü imamı Hüseynin Kərbalada şəhid olmasından sonra onun qisasını almaq üçün VII əsrin sonlarında başlayan hərəkatın rəhbərlərindən biri olan sərkərdə İbrahim Əjdərin oğlu Malik dəfn edilmişdir. Dini ədəbiyyatdan məlumdur ki, İbrahim Əjdər həlak olduqdan sonra övladları təqib olunmuş, bu səbəbdən də didərgin düşmüş, bəziləri Azərbaycana gələrək orada məskən salmış, oğlanlarından Malik Ordubadda, Malik Əjdər isə Laçın rayonunun Cicimli kəndində dəfn edilmişdir. Cicimli kənd qəbiristanlığında erməni işğalınadək salamat qalan və XI-XII əsrlərə aid edilən bölgənin məşhur ziyarətgahlarından biri idi. Ordubadda dəfn olunan Malikin qəbri də dəfn olunduğu zamandan ziyarətgaha çevrilmişdir. Qəbir olan binanın qərbdən giriş qapısının baş tərəfində, gəc üzərində rənglə "Malik ibn İbrahim" sözləri yazılmışdır. XX yüzilliyin 80-ci illərində bina təmir edilərkən həmin kitabə məhv edilmiş və Fərruxzad bəyin hicri 962, miladi 1554/1555-ci ildə vəfat etmiş oğlu Məhəmməd bəyə aid sənduqə tipli qəbirüstü xatirə abidəsini yanlış olaraq gətirib həmin qəbrin üstünə qoymuşlar. Pir-ziyarətgah Ordubad şəhərinin və bölgənin əhalisi tərəfindən ziyarət edilir. Pirdən bir qədər aralı, cənub tərəfdə ziyarətgaha çevrilmiş sufi şeyxi Şeyx Əbu Səidin qəbri vardır. El arasında "Şeyxin qəbri" adlanan bu qəbrə də əhali böyük hörmət və ehti ramla yanaşır, ziyarət edir.
İstinadlar
- Naxçıvan abidələri ensiklopediyası 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.296 (az.)
Ədəbiyyat
- Nemət M. Azərbaycanda pirlər. Bakı: 1992;
- Səfərli F. Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər. Bakı: 2003.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Malik Ibrahim piri Naxcivan Muxtar Respublikasinin Ordubad seherinin serqinde Qaradagin eteyinde eyniadli qebiristanliqda yerlesen ziyaretgah Malik Ibrahim piriOlke AzerbaycanSeher NaxcivanYerlesir Ordubad seheriUslubu Naxcivan memarliq mektebiVeziyyeti fealiyyet gosterirEhemiyyetiYerli ehemiyyetliMalik Ibrahim piri Ziyaretgah Malik Ibrahim qebiristanliginin merkezinde boyuk bir binadan ibaretdir Binanin qerb ve cenub terefinde balkon duzeldilmisdir Cenub terefdeki otaqda bir qebir vardir Uzerinde epiqrafik sened kitabe olmadigi ucun qebrin kime mexsus oldugunu mueyyen etmek mumkun deyildir El arasindaki fikre gore bu qebirde sielerin ucuncu imami Huseynin Kerbalada sehid olmasindan sonra onun qisasini almaq ucun VII esrin sonlarinda baslayan herekatin rehberlerinden biri olan serkerde Ibrahim Ejderin oglu Malik defn edilmisdir Dini edebiyyatdan melumdur ki Ibrahim Ejder helak olduqdan sonra ovladlari teqib olunmus bu sebebden de didergin dusmus bezileri Azerbaycana gelerek orada mesken salmis oglanlarindan Malik Ordubadda Malik Ejder ise Lacin rayonunun Cicimli kendinde defn edilmisdir Cicimli kend qebiristanliginda ermeni isgalinadek salamat qalan ve XI XII esrlere aid edilen bolgenin meshur ziyaretgahlarindan biri idi Ordubadda defn olunan Malikin qebri de defn olundugu zamandan ziyaretgaha cevrilmisdir Qebir olan binanin qerbden giris qapisinin bas terefinde gec uzerinde rengle Malik ibn Ibrahim sozleri yazilmisdir XX yuzilliyin 80 ci illerinde bina temir edilerken hemin kitabe mehv edilmis ve Ferruxzad beyin hicri 962 miladi 1554 1555 ci ilde vefat etmis oglu Mehemmed beye aid senduqe tipli qebirustu xatire abidesini yanlis olaraq getirib hemin qebrin ustune qoymuslar Pir ziyaretgah Ordubad seherinin ve bolgenin ehalisi terefinden ziyaret edilir Pirden bir qeder arali cenub terefde ziyaretgaha cevrilmis sufi seyxi Seyx Ebu Seidin qebri vardir El arasinda Seyxin qebri adlanan bu qebre de ehali boyuk hormet ve ehti ramla yanasir ziyaret edir IstinadlarNaxcivan abideleri ensiklopediyasi 2019 02 09 at the Wayback Machine Naxcivan 2008 seh 296 az EdebiyyatNemet M Azerbaycanda pirler Baki 1992 Seferli F Naxcivanda sosial siyasi ve ideoloji merkezler Baki 2003 Hemcinin baxMalik Ibrahim qebiristanligi