Məhbubə Hacıyeva (17 iyul 1958, Bakı) — yazıçı.
Məhbubə Hacıyeva | |
---|---|
Doğum tarixi | 17 iyul 1958 (65 yaş) |
Doğum yeri |
Həyatı
Hacıyeva Məhbubə Cəfər qızı 1958-ci il iyul ayının 17-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Suraxanı rayonundakı 226 saylı orta məktəbi bitirmiş, elə həmin il SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) fransız dili fakültəsinə qəbul olmuşdur. 1984 – 2008-ci illərdə Bakının 79 saylı orta məktəbində fransız dili müəllimi, sonra təlim-tərbiyə işləri üzrə direktor müavini və dərs hissə müdiri vəzifələrində işləmişdir. 1998 – 2001- ci illərdə Belçikanın “Sərhədsiz Həkimlər” beynəlxalq humanitar təşkilatında çalışmışdır. Məktəb illərində tanınmış şair-publisist Teyyub Qurbanın təşkil etdiyi “Nonparel” – Gənc jurnalistlər dərnəyində fəal iştirak etmişdir. “Ədəbiyyat və İncəsənət” qəzetində müntəzəm hekayə və publisistik məqalələri dərc olunmuş, bundan əlavə Azərbaycan Dövlət Radio və Televiziya verilişlərinin “İncəsənət” redaksiyasının ştatdankənar müxbiri kimi çalışmışdır. Radionun məşhur “Bulaq” verilişində dəfələrlə bayatıları səsləndirilib və radionun “Qızıl fond”unda indiyədək qorunub saxlanılır. Ailəlidir, iki övladı var.
Yaradıcılığı
Məhbubə Hacıyeva “Lahıc nağıllı dünyam” etnoqrafik kitabın, “Fələklər yandı ahimdən”, “Məhəmməd bəy Kavaler”, “Qızılgül ətri”, ““Səadət”dən qopan qorxu”, “Taclı Bəyim”, “9 Sevdalı”, “Tay sırğa”, “Son mükafat”, "Zöhrə ulduzum" və 3 cildlik "Dövlətin açarı" romanlarının müəllifidir.
“Lahıc nağıllı dünyam” kitabı İsmayıllı rayonunda yerləşən qədim tarixə və mədəniyyətə malik Lahıc qəsəbəsinin etnoqrafiyasından bəhs edir. Kitabda qəsəbənin tarixi, coğrafiyası, dili, sənətkarlığı, zəngin təbiəti, flora, faunası, folkloru və müxtəlif sahələrdə öz sözünü demiş görkəmli adamları haqqında danışılır. VI əsrdən başlayaraq bu günə kimi qəsəbənin inkişaf tarixi işıqlandırılır.
“Fələklər yandı ahimdən” romanı xalq rəssamı, əməkdar incəsənət xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı görkəmli rəssam Səttar Bəhlulzadənin maraqlı, yalnız çətin, keşməkeşli həyatından bəhs edir. Romanda Səttarın rənglər dünyası, onun iç dünyası, nakam sevgisi, ətraf mühitin ona olan qısqanclığı ilə bərabər doğulduğu Əmircan kəndinin tarixi, o dövrün mühiti və tanınmış ziyalıları haqqında məlumatlar, rəssamın sənət dostları ilə də bağlı maraqlı faktlar verilmişdir.
“Məhəmməd bəy Kavaler” romanı çoxlarının tanımadığı, çar rus rejiminə və erməni zülmünə qarşı vuruşan bir el qəhrəmanını üzə çıxarmaq və tanıtmaq məqsədi güdür. Əsər XIX yüzillikdən bəhs etsə də bu günün aktuallığından xəbər verir. Əsərdə Şuşanın tarixi verilir, Məhəmməd bəyin müasirləri oxucuya tanıdılır.
“Qızılgül ətri” romanında Lahıcda bir bəy ailəsinin başına gələn hadisələrdən danışılır, bu ailənin timsalında Azərbaycan xalqının gördüyü müsibətlər, bir-birinin ardınca dəyişən siyasi quruluşun altında əzilənlər əks olunur. Romanda bütün bu çirkinliklərlə yanaşı, əxlaqi dəyərlərimiz və mənəvi zənginliyimiz olan adət-ənənələrimiz və ülvi sevgi öz yerini tutur. Romanda eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin öndəri Məhəmməd Əmin Rəsulzadənin və onun məsləkdaşı Abbasqulu Kazımzadənin Lahıcda olduğu dövr, onların bolşeviklər tərəfindən həbsi ətraflı işıqlandırılır.
““Səadətdən qopan qorxu” romanı iri neft sahibkarı və mesenat Murtuza Muxtarovun həyatından, dillərə dastan olmuş sevgisindən bəhs edir. XIX yüzilliyin Bakısı, milli milyonçuların fəaliyyəti, onların tariximizdə və yaddaşımızda buraxdıqları izlər, H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayevin məzəli söhbətləri, xeyriyyə işləri və həyat hekayələri oxucuya çatdırılır. Həmçinin Əmircan kəndinin etnoqrafiyasından da söhbət açılır, orada yaşamış görkəmli şəxsiyyətlər haqqında məlumatlar verilir.
“Taclı Bəyim” romanı XVI əsrin fatehi, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin həyat və döyüş yolundan, sevimli ömür-gün yoldaşı Taclı Bəyimin fədakarlığından bəhs edir. Əsər bir çox qaranlıq məsələlərə aydınlıq gətirmək və şayiələrə son qoymaq, eləcə də xalqımızın igid və qəhrəman kişilərilə yanaşı, cəsarətli qadınlarımızı da tanıtdırmaq məqsədilə yazılmışdır.
“9 Sevdalı” romanı Qarabağ savaşında Aprel döyüşləri kimi yaddaşımıza həkk olunan dövrdə Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı doqquz igidinin erməni işğalçılarına qarşı apardığı mübarizəsindən bəhs edir. Bir çox həqiqətləri əks etdirən kitab döyüş, macəra janrında yazılmışdır.
“Tay sırğa” romanı XIX əsrin xanlıqlar dövrü, əsasən Kəngərlilər nəslinin idarə etdiyi Naxçıvan xanlığı və o dövrün qurbanlarından biri olan klassik şairəmiz Heyran xanım Kəngərlinin həyat və yaradıcılığı haqqındadır. Heyran xanımın keşməkeşli həyatı, şairənin iztirablarıyla yanaşı, ikiyə bölünmüş Vətənin acı taleyi və tariximizdə mühüm iz qoymuş xanlıqlar dövrü, xüsusilə Naxçıvan xanlığı, Rus-İran müharibələri altında əzilən insanlar və sürgünlər kitabda geniş işıqlandırılmışdır.
“Son mükafat” romanı Azərbaycan tarixinə maarifpərvər, Azərbaycan tarixşünaslığının elmi əsaslarını qoymuş şəxs, filosof, alim, jurnalist, filoloq və şair kimi daxil olmuş Abbasqulu Ağa Bakıxanov haqqındadır. Müəllif bu romanında rus mənbələrinə söykənərək A.Bakıxanovun adını bir çox təzadlı tarixi şəxsiyyətlərimizin siyahısına salanlara, onun çar Rusiyasında xidməti, general rütbəsinə qədər irəliləməsi, ən yüksək mükafatlara layiq olması, xüsusilə də üzdənirəq 1813-cü ilin “Gülüstan” və 1828-ci ilin “Türkmənçay” müqavilələrinin bağlanmasında tərcümanlığı, eləcə də ermənipərəst rus çinovniklərilə dostluğunu önə çəkənlərə cavab olaraq Abbasqulu Ağa Bakıxanovun fəaliyyətinə fərqli bir baxış bucağından baxaraq onun öz dininə, dilinə və xalqına olan sədaqətini göstərməyə çalışmışdır. Romanda məhz iki zidd xüsusiyyətlər bir-birinə qarşı qoyulmuşdur: Rus imperiyasının yüksək çinli hərbçisi, Avropa mədəniyyətini yaxından tanıyan, müxtəlif millətlərin ziyalıları ilə dostluq edən və ayaqlar altında qalan öz torpağının, keçmişinin, dininin, adət-ənənəsinin təəssübünü çəkən Bakı xanı II Mirzə Məhəmməd xan Saninin oğlu Abbasqulu Ağa Bakıxanov.
"Zöhrə ulduzum" romanı 44 günlük Vətən müharibəsində şəhid olmuş leytenant Fərmin Əliyevin döyüş şücaətindən bəhs edir.
3 cilddən ibarət olan "Dövlətin açarı" romanı 3 gənc elmi işçinin Azərbaycan ərazisində mövcud olmuş 5 min illik dövlətçilik tariximizin axtarışına çıxaraq eramızdan əvvəldən ta Qacarlar dövlətinin süqutuna qədərki tədqiqatlarından bəhs edir. Roman macəra janrında yazılsa da tarixi mənbələrə əsaslanıb.
Əsərləri
- Lahıc nağıllı dünyam. Bakı, “Kövsər” nəşriyyatı, 2013
- Fələklər yandı ahimdən. Bakı, 2014
- Məhəmməd bəy Kavaler. Bakı, “Uni-Print” nəşriyyatı, 2015
- Qızılgül ətri. İstanbul, “Post Yayın” nəşriyyatı, 2016
- “Səadət”dən qopan qorxu. Bakı, “SkyE” nəşriyyatı, 2017
- Taclı Bəyim. Bakı, “Günəş” MMC nəşriyyatı, 2017
- 9 Sevdalı. Bakı, “Günəş” MMC nəşriyyatı, 2018
- Tay sırğa.Teas press nəşriyyatı (2019)
- Son mükafat . Günəş MMC nəşriyyatı (2019)
- Zöhrə ulduzum.Əcəmi nəşriyyat (2021)
Dövlətin açarı 3 cild. İstanbul Post Yayın evi (2023)
İstinadlar
http://www.gumilev-center.az/lahic-nagilli-dunyam/ 2017-07-21 at the Wayback Machine http://ismayilli-xeberleri.info/2209-lah305c-na287305ll305-d252nyam.html https://azertag.az/xeber/Gorkemli_ressamin_heyat_yolu_ve_yaradiciligi_yeni_eserde-818159 https://www.azertag.gov.az/xeber/911871[ölü keçid]https://www.baku.ru/blg-list.php?blg_id=3&id=106614&cmm_id=989&usp_id=0 https://news.day.az/azerinews/992614.html
Şəkillər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mehbube Haciyeva 17 iyul 1958 Baki yazici Mehbube HaciyevaDogum tarixi 17 iyul 1958 1958 07 17 65 yas Dogum yeri Baki Azerbaycan SSR SSRIHeyatiHaciyeva Mehbube Cefer qizi 1958 ci il iyul ayinin 17 de Bakinin Bulbule qesebesinde anadan olmusdur 1975 ci ilde Suraxani rayonundaki 226 sayli orta mektebi bitirmis ele hemin il SSRI nin 50 illiyi adina Azerbaycan Dovlet Pedaqoji Xarici Diller Institutunun indiki Azerbaycan Diller Universiteti fransiz dili fakultesine qebul olmusdur 1984 2008 ci illerde Bakinin 79 sayli orta mektebinde fransiz dili muellimi sonra telim terbiye isleri uzre direktor muavini ve ders hisse mudiri vezifelerinde islemisdir 1998 2001 ci illerde Belcikanin Serhedsiz Hekimler beynelxalq humanitar teskilatinda calismisdir Mekteb illerinde taninmis sair publisist Teyyub Qurbanin teskil etdiyi Nonparel Genc jurnalistler derneyinde feal istirak etmisdir Edebiyyat ve Incesenet qezetinde muntezem hekaye ve publisistik meqaleleri derc olunmus bundan elave Azerbaycan Dovlet Radio ve Televiziya verilislerinin Incesenet redaksiyasinin statdankenar muxbiri kimi calismisdir Radionun meshur Bulaq verilisinde defelerle bayatilari seslendirilib ve radionun Qizil fond unda indiyedek qorunub saxlanilir Ailelidir iki ovladi var YaradiciligiMehbube Haciyeva Lahic nagilli dunyam etnoqrafik kitabin Felekler yandi ahimden Mehemmed bey Kavaler Qizilgul etri Seadet den qopan qorxu Tacli Beyim 9 Sevdali Tay sirga Son mukafat Zohre ulduzum ve 3 cildlik Dovletin acari romanlarinin muellifidir Lahic nagilli dunyam kitabi Ismayilli rayonunda yerlesen qedim tarixe ve medeniyyete malik Lahic qesebesinin etnoqrafiyasindan behs edir Kitabda qesebenin tarixi cografiyasi dili senetkarligi zengin tebieti flora faunasi folkloru ve muxtelif sahelerde oz sozunu demis gorkemli adamlari haqqinda danisilir VI esrden baslayaraq bu gune kimi qesebenin inkisaf tarixi isiqlandirilir Felekler yandi ahimden romani xalq ressami emekdar incesenet xadimi Azerbaycan SSR Dovlet mukafati laureati gorkemli ressam Settar Behlulzadenin maraqli yalniz cetin kesmekesli heyatindan behs edir Romanda Settarin rengler dunyasi onun ic dunyasi nakam sevgisi etraf muhitin ona olan qisqancligi ile beraber doguldugu Emircan kendinin tarixi o dovrun muhiti ve taninmis ziyalilari haqqinda melumatlar ressamin senet dostlari ile de bagli maraqli faktlar verilmisdir Mehemmed bey Kavaler romani coxlarinin tanimadigi car rus rejimine ve ermeni zulmune qarsi vurusan bir el qehremanini uze cixarmaq ve tanitmaq meqsedi gudur Eser XIX yuzillikden behs etse de bu gunun aktualligindan xeber verir Eserde Susanin tarixi verilir Mehemmed beyin muasirleri oxucuya tanidilir Qizilgul etri romaninda Lahicda bir bey ailesinin basina gelen hadiselerden danisilir bu ailenin timsalinda Azerbaycan xalqinin gorduyu musibetler bir birinin ardinca deyisen siyasi qurulusun altinda ezilenler eks olunur Romanda butun bu cirkinliklerle yanasi exlaqi deyerlerimiz ve menevi zenginliyimiz olan adet enenelerimiz ve ulvi sevgi oz yerini tutur Romanda elece de Azerbaycan Xalq Cumhuriyyetinin onderi Mehemmed Emin Resulzadenin ve onun meslekdasi Abbasqulu Kazimzadenin Lahicda oldugu dovr onlarin bolsevikler terefinden hebsi etrafli isiqlandirilir Seadetden qopan qorxu romani iri neft sahibkari ve mesenat Murtuza Muxtarovun heyatindan dillere dastan olmus sevgisinden behs edir XIX yuzilliyin Bakisi milli milyoncularin fealiyyeti onlarin tariximizde ve yaddasimizda buraxdiqlari izler H Z Tagiyev M Nagiyev S Esedullayevin mezeli sohbetleri xeyriyye isleri ve heyat hekayeleri oxucuya catdirilir Hemcinin Emircan kendinin etnoqrafiyasindan da sohbet acilir orada yasamis gorkemli sexsiyyetler haqqinda melumatlar verilir Tacli Beyim romani XVI esrin fatehi Sefeviler dovletinin banisi Sah Ismayil Xetainin heyat ve doyus yolundan sevimli omur gun yoldasi Tacli Beyimin fedakarligindan behs edir Eser bir cox qaranliq meselelere aydinliq getirmek ve sayielere son qoymaq elece de xalqimizin igid ve qehreman kisilerile yanasi cesaretli qadinlarimizi da tanitdirmaq meqsedile yazilmisdir 9 Sevdali romani Qarabag savasinda Aprel doyusleri kimi yaddasimiza hekk olunan dovrde Azerbaycan Silahli Quvvelerinin Xususi Teyinatli doqquz igidinin ermeni isgalcilarina qarsi apardigi mubarizesinden behs edir Bir cox heqiqetleri eks etdiren kitab doyus macera janrinda yazilmisdir Tay sirga romani XIX esrin xanliqlar dovru esasen Kengerliler neslinin idare etdiyi Naxcivan xanligi ve o dovrun qurbanlarindan biri olan klassik sairemiz Heyran xanim Kengerlinin heyat ve yaradiciligi haqqindadir Heyran xanimin kesmekesli heyati sairenin iztirablariyla yanasi ikiye bolunmus Vetenin aci taleyi ve tariximizde muhum iz qoymus xanliqlar dovru xususile Naxcivan xanligi Rus Iran muharibeleri altinda ezilen insanlar ve surgunler kitabda genis isiqlandirilmisdir Son mukafat romani Azerbaycan tarixine maarifperver Azerbaycan tarixsunasliginin elmi esaslarini qoymus sexs filosof alim jurnalist filoloq ve sair kimi daxil olmus Abbasqulu Aga Bakixanov haqqindadir Muellif bu romaninda rus menbelerine soykenerek A Bakixanovun adini bir cox tezadli tarixi sexsiyyetlerimizin siyahisina salanlara onun car Rusiyasinda xidmeti general rutbesine qeder irelilemesi en yuksek mukafatlara layiq olmasi xususile de uzdenireq 1813 cu ilin Gulustan ve 1828 ci ilin Turkmencay muqavilelerinin baglanmasinda tercumanligi elece de ermeniperest rus cinovniklerile dostlugunu one cekenlere cavab olaraq Abbasqulu Aga Bakixanovun fealiyyetine ferqli bir baxis bucagindan baxaraq onun oz dinine diline ve xalqina olan sedaqetini gostermeye calismisdir Romanda mehz iki zidd xususiyyetler bir birine qarsi qoyulmusdur Rus imperiyasinin yuksek cinli herbcisi Avropa medeniyyetini yaxindan taniyan muxtelif milletlerin ziyalilari ile dostluq eden ve ayaqlar altinda qalan oz torpaginin kecmisinin dininin adet enenesinin teessubunu ceken Baki xani II Mirze Mehemmed xan Saninin oglu Abbasqulu Aga Bakixanov Zohre ulduzum romani 44 gunluk Veten muharibesinde sehid olmus leytenant Fermin Eliyevin doyus sucaetinden behs edir 3 cildden ibaret olan Dovletin acari romani 3 genc elmi iscinin Azerbaycan erazisinde movcud olmus 5 min illik dovletcilik tariximizin axtarisina cixaraq eramizdan evvelden ta Qacarlar dovletinin suqutuna qederki tedqiqatlarindan behs edir Roman macera janrinda yazilsa da tarixi menbelere esaslanib EserleriLahic nagilli dunyam Baki Kovser nesriyyati 2013 Felekler yandi ahimden Baki 2014 Mehemmed bey Kavaler Baki Uni Print nesriyyati 2015 Qizilgul etri Istanbul Post Yayin nesriyyati 2016 Seadet den qopan qorxu Baki SkyE nesriyyati 2017 Tacli Beyim Baki Gunes MMC nesriyyati 2017 9 Sevdali Baki Gunes MMC nesriyyati 2018 Tay sirga Teas press nesriyyati 2019 Son mukafat Gunes MMC nesriyyati 2019 Zohre ulduzum Ecemi nesriyyat 2021 Dovletin acari 3 cild Istanbul Post Yayin evi 2023 Istinadlarhttp www gumilev center az lahic nagilli dunyam 2017 07 21 at the Wayback Machine http ismayilli xeberleri info 2209 lah305c na287305ll305 d252nyam html https azertag az xeber Gorkemli ressamin heyat yolu ve yaradiciligi yeni eserde 818159 https www azertag gov az xeber 911871 olu kecid https www baku ru blg list php blg id 3 amp id 106614 amp cmm id 989 amp usp id 0 https news day az azerinews 992614 htmlSekiller