Müşk — xoşqoxulu qırmızı-qonur maddədir. Onun qoxusunun 0,5–2 faizini muskon təşkil edir. Havada qoxusu birin milyarda nisbətində hiss edilir. Quru halda qoxu vermir. Yenidən nəmləndirdikdə ətri "bərpa olunur". Xalis müşk parçaya hopmamalıdır.
Hazırlanması
Maralın ayrıca növü olan "müşk maralı"dan əldə olunan müşk xüsusilə qiymətlidir. Marallarda xüsusi vəz olur ki, o, ətir ifraz edir. Vəzdəki ətir güclü olduğundan hətta uzaq məsafədən də hiss olunur. Qədimdə maralı ovlayandan sonra kəsir, emal edib ətirli maddəni alır və onu ətir kimi istifadə edirdilər.
Heyvanlardan müşkün daha ziyansız üsullarla alınması mümkündür. Mütəxəssislərin bildirdiyinə görə, heyvanların müşk vəzisi il ərzində bir neçə dəyişmə mərhələsindən keçir. Müşk heyvanın vəzində əvvəlcə süd rəngli maye şəklində olur. Sonra tədricən bərkiyərək, lobya toxumu boyda dənələrə çevrilir. Əgər quruyubsa, dənəni gümüş mala ilə vəzin xarici axarının ağzından ehtiyatla qaşıyaraq götürmək olar. Malanı 2,5 santimetrdən dərinə daxil etmək olmaz.
Bundan başqa, müşkü maye halında olduğu yaz və payız fəsillərində də əldə etmək mümkündür. Müasir şprislər bunu daha ziyansız formada etməyə imkan verir. Heyvanları ovlamaq yolu ilə müşk almaq isə brakonyerlərin vərdiş etdiyi vəhşi bir üsuldur.
Təbabətdə
Müşkdən qədim Şərq təbiblərinin müxtəlif xəstəlikləri sağaltmaq (daxili qanaxma, qanazlığı, əsəb pozuntusu, ürəkkeçmə) məqsədilə istifadə etmişlər. Bu maddədən qıcolma zamanı və ürək əzələsi tonusuna tez təsir göstərən dərman kimi də istifadə ediblər. Məsələn, müşkü az miqdarda içdikdə insanın ürəyində olan ciddi döyüntülər azalırdı. Məşhur həkim və filosof İbn Sina öz dövrünün əksər dərmanlarının hazırlanmasında müşkdən istifadə edildiyini yazır. Bir sözlə, qiymətli ətir və dərman kimi istifadə edilən bu maddə qızıla bərabər tutulurdu.
Müasir təbabətdə və ətriyyat sənayesində müşkdən istifadə edilir. Mütəxəssislərin dediyinə görə, ən bahalı fransız ətirlərinin tərkibində bu maddənin kiçik dozaları var. Müşkün bahalığı təkcə onun xoş ətrinə və tibbi keyfiyyətinə görə deyil. Deyilənlərə görə, bir kiloqram müşk əldə etmək üçün 200 erkək karqa (ən yaxşı müşk verən Hindistan maralı) ovlanır. 3,5 kiloqram müşkdən isə cəmi 30 qram muskon əldə etmək mümkündür.
Müşk maralı olmayan yerlərdə, bu maddəni almaq üçün qunduzlardan istifadə edirlər. Müşk maralı ilə müqayisədə qunduzdan alınan bu maddə o qədər də güclü deyil. Amma orta əsr müsəlman Şərqində ondan istifadə edirdilər və buna cünd deyirdilər. Bu maddə orta əsr apteklərində, əttar dükanlarında satılırdı. Bu gün Avropada hazırlanan bir sıra ətirlərin, hətta "Kristian Dior" kimi bahalı ətirlərin tərkibinə cünd qatırlar. Bu maddə tərkibinə görə kamforaya bənzəyir. Cündün hazırlanma texnologiyası da maraqlıdır. Onu tətbiq edəndə qurudur, sonra hisə verirdilər.
Azərbaycanda müşk
Azərbaycana gəlincə, Azərbaycanda müşk o qədər də geniş yayılmayıb. Çünki sovet hakimiyyəti qurulandan sonra xalq təbabətinə qarşı təzyiqlər artdığından Şərqdə istifadə olunan təbabətə aid maddələr yığışdırılaraq müasir dərman preparatları ilə əvəz edildi. Hətta təzyiqlər nəticəsində Şərq kosmetikası da öz yerini Qərb kosmetikasına verməli oldu. Amma ərəb ölkələrində, İranda, Pakistanda, Hindistanda, Çində bu gün də müşk tapmaq mümkündür.
Mütəxəssisin bildirdiyinə görə, heyvanların yaşından və növündən asılı olaraq onların müşkləri ətrinə, keyfiyyətinə görə fərqlənirlər. Müşkün iki cür təsir qüvvəsinə malikdir. Bunlardan biri, əsasən, kosmetika vasitəsidir. Amma müşkdən tibbdə də istifadə edirlər. Bu maddəni keçmişdə Azərbaycana və digər Şərq ölkələrinə Çindən, daha doğrusu, Çinin şimalında uyğurların yaşadığı Xotan və Uyğurustan vilayətlərindən gətirirdilər. Təsadüfi deyil ki, Şərq poeziyası nümunələrində "Xotan müşkü" ifadəsinə rast gəlmək olur.
Həmçinin bax
İstinadlar
- . 2010-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-20.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Musk xosqoxulu qirmizi qonur maddedir Onun qoxusunun 0 5 2 faizini muskon teskil edir Havada qoxusu birin milyarda nisbetinde hiss edilir Quru halda qoxu vermir Yeniden nemlendirdikde etri berpa olunur Xalis musk parcaya hopmamalidir Moschus moschiferus Musk marali HazirlanmasiMaralin ayrica novu olan musk marali dan elde olunan musk xususile qiymetlidir Marallarda xususi vez olur ki o etir ifraz edir Vezdeki etir guclu oldugundan hetta uzaq mesafeden de hiss olunur Qedimde marali ovlayandan sonra kesir emal edib etirli maddeni alir ve onu etir kimi istifade edirdiler Heyvanlardan muskun daha ziyansiz usullarla alinmasi mumkundur Mutexessislerin bildirdiyine gore heyvanlarin musk vezisi il erzinde bir nece deyisme merhelesinden kecir Musk heyvanin vezinde evvelce sud rengli maye seklinde olur Sonra tedricen berkiyerek lobya toxumu boyda denelere cevrilir Eger quruyubsa deneni gumus mala ile vezin xarici axarinin agzindan ehtiyatla qasiyaraq goturmek olar Malani 2 5 santimetrden derine daxil etmek olmaz Bundan basqa musku maye halinda oldugu yaz ve payiz fesillerinde de elde etmek mumkundur Muasir sprisler bunu daha ziyansiz formada etmeye imkan verir Heyvanlari ovlamaq yolu ile musk almaq ise brakonyerlerin verdis etdiyi vehsi bir usuldur TebabetdeMuskden qedim Serq tebiblerinin muxtelif xestelikleri sagaltmaq daxili qanaxma qanazligi eseb pozuntusu urekkecme meqsedile istifade etmisler Bu maddeden qicolma zamani ve urek ezelesi tonusuna tez tesir gosteren derman kimi de istifade edibler Meselen musku az miqdarda icdikde insanin ureyinde olan ciddi doyuntuler azalirdi Meshur hekim ve filosof Ibn Sina oz dovrunun ekser dermanlarinin hazirlanmasinda muskden istifade edildiyini yazir Bir sozle qiymetli etir ve derman kimi istifade edilen bu madde qizila beraber tutulurdu Muasir tebabetde ve etriyyat senayesinde muskden istifade edilir Mutexessislerin dediyine gore en bahali fransiz etirlerinin terkibinde bu maddenin kicik dozalari var Muskun bahaligi tekce onun xos etrine ve tibbi keyfiyyetine gore deyil Deyilenlere gore bir kiloqram musk elde etmek ucun 200 erkek karqa en yaxsi musk veren Hindistan marali ovlanir 3 5 kiloqram muskden ise cemi 30 qram muskon elde etmek mumkundur Musk marali olmayan yerlerde bu maddeni almaq ucun qunduzlardan istifade edirler Musk marali ile muqayisede qunduzdan alinan bu madde o qeder de guclu deyil Amma orta esr muselman Serqinde ondan istifade edirdiler ve buna cund deyirdiler Bu madde orta esr apteklerinde ettar dukanlarinda satilirdi Bu gun Avropada hazirlanan bir sira etirlerin hetta Kristian Dior kimi bahali etirlerin terkibine cund qatirlar Bu madde terkibine gore kamforaya benzeyir Cundun hazirlanma texnologiyasi da maraqlidir Onu tetbiq edende qurudur sonra hise verirdiler Azerbaycanda muskAzerbaycana gelince Azerbaycanda musk o qeder de genis yayilmayib Cunki sovet hakimiyyeti qurulandan sonra xalq tebabetine qarsi tezyiqler artdigindan Serqde istifade olunan tebabete aid maddeler yigisdirilaraq muasir derman preparatlari ile evez edildi Hetta tezyiqler neticesinde Serq kosmetikasi da oz yerini Qerb kosmetikasina vermeli oldu Amma ereb olkelerinde Iranda Pakistanda Hindistanda Cinde bu gun de musk tapmaq mumkundur Mutexessisin bildirdiyine gore heyvanlarin yasindan ve novunden asili olaraq onlarin muskleri etrine keyfiyyetine gore ferqlenirler Muskun iki cur tesir quvvesine malikdir Bunlardan biri esasen kosmetika vasitesidir Amma muskden tibbde de istifade edirler Bu maddeni kecmisde Azerbaycana ve diger Serq olkelerine Cinden daha dogrusu Cinin simalinda uygurlarin yasadigi Xotan ve Uygurustan vilayetlerinden getirirdiler Tesadufi deyil ki Serq poeziyasi numunelerinde Xotan musku ifadesine rast gelmek olur Hemcinin baxEnberIstinadlar 2010 12 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2010 10 20