Lizbirt yaşayış yeri — Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində Orta əsrlərə aid arxeoloji abidə.
Tarixi
Abidə Cəhri-Buzqov yolunun sol tərəfində, Cəhriçayın sağ sahilində, Lizbirt dərəsi adlanan ərazidə yerləşir. Yaşayış yerinin ərazisində dördkünc formalı binaların və su kanalının qalıqları qalmaqdadır. Burada kahaların yaxınlığındakı uzunsov təpənin üzərindən çəhrayı rəngli şirli və şirsiz qab qırıqları toplanmışdır. Bəzi yerlərdə dördkünc və dairəvi formalı daş düzümlərinə təsadüf olunur. Yaşayış yerinin yaxınlığında, bir neçə yerdə dağın altında qazılmış kahalar vardır. Kahalar dördkünc olub, yuxarısı tağşəkilli formada tamamlanır. Onların bəzisinin divarlarında his qalıqları, döşəmədə isə ocaq yerləri izlənilir. Şübhəsiz ki, Lizbirt yaşayış yeri və buradakı kahalar maldar tayfalar tərəfindən salınmışdır. Yaşayış yerinin keramika məmulatı forma verməyən qırıqlardan ibarətdir. Şirli qabların üzəri yaşıl, göy və firuzəyi rənglərlə nəbati və həndəsi ornamentlərlə naxışlanmışdır. Aşkar olunmuş materiallar Son orta əsrlər üçün xarakterikdir. Arxeoloji materiallara və kahaların qazılma texnikasına əsasən, yaşayış yerini xVI-xX əsrlərə aid etmək olar
İstinadlar
- Baxşəliyev, Vəli. Naxçıvanın arxeoloji abidələri (PDF) (az.). Bakı: "Elm". 2008. 301s. 2019-04-12 tarixində (PDF). İstifadə tarixi: 2019-04-12.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Lizbirt yasayis yeri Naxcivan Muxtar Respublikasi Babek rayonu erazisinde Orta esrlere aid arxeoloji abide TarixiAbide Cehri Buzqov yolunun sol terefinde Cehricayin sag sahilinde Lizbirt deresi adlanan erazide yerlesir Yasayis yerinin erazisinde dordkunc formali binalarin ve su kanalinin qaliqlari qalmaqdadir Burada kahalarin yaxinligindaki uzunsov tepenin uzerinden cehrayi rengli sirli ve sirsiz qab qiriqlari toplanmisdir Bezi yerlerde dordkunc ve dairevi formali das duzumlerine tesaduf olunur Yasayis yerinin yaxinliginda bir nece yerde dagin altinda qazilmis kahalar vardir Kahalar dordkunc olub yuxarisi tagsekilli formada tamamlanir Onlarin bezisinin divarlarinda his qaliqlari dosemede ise ocaq yerleri izlenilir Subhesiz ki Lizbirt yasayis yeri ve buradaki kahalar maldar tayfalar terefinden salinmisdir Yasayis yerinin keramika memulati forma vermeyen qiriqlardan ibaretdir Sirli qablarin uzeri yasil goy ve firuzeyi renglerle nebati ve hendesi ornamentlerle naxislanmisdir Askar olunmus materiallar Son orta esrler ucun xarakterikdir Arxeoloji materiallara ve kahalarin qazilma texnikasina esasen yasayis yerini xVI xX esrlere aid etmek olarIstinadlarBaxseliyev Veli Naxcivanin arxeoloji abideleri PDF az Baki Elm 2008 301s 2019 04 12 tarixinde PDF Istifade tarixi 2019 04 12