Lev Bordukov (13 mart 1913 – 1967) — Aktyor.
Lev Bordukov | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | (54 yaşında) |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1932-1968 |
Mükafatları | |
IMDb | ID0096264 |
Həyatı
Lev Bordukov 1913-cü ildə Moskvada dünyaya gəlib. O, ilkin yaradıcılığa 16 yaşından başlayıb. 1929-1932-ci illərdə Moskvada Fəhlə Teatrının aktyoru olub. İlk dəfə 1933-cü ildə Almaniyada fəhlələrin ağır vəziyyətindən, kommunistlərin kapitalistlərə qarşı mübarizəsindən bəhs edən "Günəş Qərbdə çıxır" filminə çəkilib. 1933-cü ildə Moskva İncəsənət Teatrına aktyor kimi qəbul olunub. Buradakı fəaliyyəti 1941-ci ildə İkinci Dünya müharibəsinə çağırılana qədər davam edib. 43-cü ilə qədər Böyük Vətən müharibəsində iştirak edir, ancaq qəfil dəyən güllədən ağır yaralanır və orduya yararsız biri kimi tərxis olunur. Müharibədən qayıdandan sonra Mərkəzi Nəqliyyat Teatrının və Teatr Studiyasının səhnəsində çıxış etməyə başlayır. Levin çılğın xarakteri, yüksək ədalət hissi müharibədən sonra onu ölkədə baş verən daxili çəkişmələrin içərisinə doğru çəkir. Qısa müddətdə o, həbs olunur və antisovet təbliğatı ilə məşğul olduğu üçün Sibirə Norilski islah əmək düşərgəsinə sürgün edilir. Norilsk isə “sümüklər üzərində şəhər” adlanırdı. İkinci Dünya müharibəsində burada 7500-dən çox insan vəfat etmişdi. Onlar əvvəl kütləvi məzarlıqda basdırılsa da, sonralar xüsusi yaradılmış ocaqlarda yandırılırdı. Lev Bordukov 1947-1952-ci illərdə bu düşərgədə xidmət edir. O, burada da aktyorluq fəaliyyətini unutmur, Daxili İşlər Nazirliyinin nəzdindəki İTK-nın ansamblında və məhbuslardan ibarət yaradılmış Norilsk Teatrında çıxış etməyə başlayır. Ancaq bu beş il Lev Bordukova baha başa gəlir, səhhətində ciddi problemlər yaranır. Azadlığa çıxandan sonra üç il Çelyabinsk Dram Teatrının, Tambov Dram Teatrının aktyoru olur. Sonra Lunaçarski, Kiyev Rus Dram Teatrı və nəhayət Vladimir Mayakovski adına teatrda fəaliyyət göstərir. BU teatr Levin sonuncu dayanacağı olur. Aktyor 1955-ci ildən 1967-ci ilə qədər burada işləyir. Bilavasitə filmlərə də çəkilir. Lev Bordukov 1956-cı ildə Böyük Vətən Müharibəsinin naməlum qəhrəmanların və beynəlmiləlçilərin faşizmə qarşı mübarizəsindən bəhs edən "İtkin düşmüş" filmində fransız partizan roluna çəkilir. Bu filmlə Lev sovet kinoprokatının liderlərindən birinə çevrilir. Filmi izləyən 35 milyondan çox tamaşaçı aktyorun vurğununa çevrilirlər. Bu filmdən sonra Tofiq Tağızadə aktyoru “Uzaq sahillərdə” filmində Karranti roluna dəvət edir. Paralel olaraq aktyor “Kiyev” filmində də rol alır. “Uzaq sahillərdə” filminin çəkilişləri Bakıda, Soçidə, Baltikyanı ölkələrdə, final səhnələri isə Ağsu rayonunun kəndlərində aparılır. Təəssüf ki, çəkilişlər zamanı aktyor tez-tez içki içir, bununla da sanki o, həbsdə olduğu müddətdə gördüklərinin və yaşadıqlarının ağrısını boğmağa çalışır. Bir dəfə isə xəstəliyini əsas gətirərək çəkilişə belə gəlmir. Həmin illərdə çəkilişlər ciddi plan üzrə aparılırdı, hər gün və hətta metrlərlə lentə alınan lentlər üçün rejissorlar yuxarı orqanlara hesabat verirdilər. Filmdə Mixaylo xəyanətinə görə Karranti ilə görüşəndə çox vacib bir epizod çəkilməli idi. Tofiq Tağızadə belə bir ekstremal vəziyyətdə təcili olaraq ikinci rejissor Rüfət Şabanova makiyaj edərək onu arxadan və profildən çəkir. Lev çəkilişə gələndən sonra isə onunla yaxın planlar lentə alınır. Alkoqola aludəliyi aktyoru bir neççə dəfə həbsə doğru aparır. Bu yenə də “Uzaq sahillərdə” filminin çəkilişi zamanı baş verir. Belə ki, filmin çəkilişləri vaxtı aktyorlara gündəlik xərclik üçün pul verilmir. Bordukov isə "zarafat" etmək qərarına gəlir. O, poçt işçisini aldadaraq, filmin rejissoru Teymur Hüseynova bu məzmunda teleqram göndərir: “Əgər aktyorlara pul verməsən, “Qara pişik” bandası məsələyə qarışacaq”. Müharibədən sonrakı illərdə “Qara pişik” dəstəsi cəsarətli basqınları ilə xalq arasında əfsanəyə çevrilmişdi. 1953-cü ildə bu bandanın bir çox üzvləri həbs olunur, bəziləri isə yoxa çıxır. Lakin sonralar bu dəstənin eyni adlı ardıcılları meydana çıxır. Bu teleqramdan sonra Teymur Hüseynov polisə gedir, poçt işçisi saxlanılır. O, nə qədər and-aman etsə də ki, bu xahişi ondan filan aktyor edib, ona inanmırlar. Onun növbəti məcarası isə Soçidə yerləşən KQB idarəsi ilə olur. Şəhər gəzintisi zamanı idarənin girişinə yaxınlaşaraq cibindən filmdə istifadə etdiyi əks-kəşfiyyat xidmətinin rəhbəri Vilhelm Kanarisin fotosunu çıxarıb göstərərək deyir: “Bu gecə bir türk gəmisi sahilə çıxıb bizi buradan aparacaq!". Onu saxlayıb sorğu-sual etməyə başlayanda o deyir: “Mən Amerika kəşfiyyatçısıyam”. Təbii ki, onu həbs edirlər və dərhal Moskvaya çağırırlar, deyirlər, Amerika kəşfiyyatçısı tutulub. Əmr səslənir: “Səhər, təyyarə ilə, Moskvaya çatdırın”. Səhəri gün ayıldıqdan sonra Bordukov and içməyə başlayır ki, o, sadəcə aktyordur və filmdə rol alır. Yaradıcı qrupun qaldığı mehmanxanaya zəng edib bunun doğru olduğunu öyrənsələr də, qaydanı pozanı buraxmırlar. Nəticədə onlar Bordukovu xırda xuliqanlığa görə cəzalandırmaq qərarına gəliblər və ona 15 sutka cəza verirlər. Qaydalara görə, o, keçəl edilərək əmək islah düşərgəsinə göndərilməli idi. Ancaq filmin rejissoru aktyorun saçının kəsilməsinin çəkilişi üçün ciddi maneə yaradacağını bildirir. Nəticədə, Bordukov hər gün istintaq orqanlarının adamları tərəfindən çəkiliş meydançasına gətirilir, çəkiliş bitəndən sonra isə geri qaytarılır. Bu hadisədən sonra Bordukova üç il filmə çəkilmək qadağası qoyulur. Bundan sonra onun kino karyerası tənəzzülə uğrayır. Filmlərdə üç kiçik rol oynayan, teatr səhnəsində çıxışını davam etdirən Bordukov 1966-cı ildə Əlisəttar Atakişiyevin “İstintaq davam edir” filminə dəvət alır. Film sovet əks-kəşfiyyatçılarının sovet sirlərini ovlayan casuslarla mübarizəsindən bəhs edir. Bordukov Amerika casusu Houk kimi reinkarnasiya olunan KQB mayoru Martınovu canlandırır. Bordukovun son rolu 1967-ci ildə Rauf Kazımovskinin "Poçt qutusu" filmində məhkəmə sədri olur. Elə həmin il, mayın 18-də, 54 yaşında Lev Bordukov vəfat edir.
Filmoqrafiya
İstinadlar
- “"Uzaq sahillərdə" ekranda” [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
Mənbə
- Ağamirov, A. “Uzaq sahillərdə” //Kommunist.- 1958.- 19 avqust.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Lev Bordukov 13 mart 1913 1967 Aktyor Lev BordukovFayl Lev Bordukov jpgDogum tarixi 3 mart 1913Vefat tarixi 18 may 1967 54 yasinda Fealiyyeti AktyorFealiyyet illeri 1932 1968Mukafatlari Veten Muharibesi OrdeniIMDb ID0096264HeyatiLev Bordukov 1913 cu ilde Moskvada dunyaya gelib O ilkin yaradiciliga 16 yasindan baslayib 1929 1932 ci illerde Moskvada Fehle Teatrinin aktyoru olub Ilk defe 1933 cu ilde Almaniyada fehlelerin agir veziyyetinden kommunistlerin kapitalistlere qarsi mubarizesinden behs eden Gunes Qerbde cixir filmine cekilib 1933 cu ilde Moskva Incesenet Teatrina aktyor kimi qebul olunub Buradaki fealiyyeti 1941 ci ilde Ikinci Dunya muharibesine cagirilana qeder davam edib 43 cu ile qeder Boyuk Veten muharibesinde istirak edir ancaq qefil deyen gulleden agir yaralanir ve orduya yararsiz biri kimi terxis olunur Muharibeden qayidandan sonra Merkezi Neqliyyat Teatrinin ve Teatr Studiyasinin sehnesinde cixis etmeye baslayir Levin cilgin xarakteri yuksek edalet hissi muharibeden sonra onu olkede bas veren daxili cekismelerin icerisine dogru cekir Qisa muddetde o hebs olunur ve antisovet tebligati ile mesgul oldugu ucun Sibire Norilski islah emek dusergesine surgun edilir Norilsk ise sumukler uzerinde seher adlanirdi Ikinci Dunya muharibesinde burada 7500 den cox insan vefat etmisdi Onlar evvel kutlevi mezarliqda basdirilsa da sonralar xususi yaradilmis ocaqlarda yandirilirdi Lev Bordukov 1947 1952 ci illerde bu dusergede xidmet edir O burada da aktyorluq fealiyyetini unutmur Daxili Isler Nazirliyinin nezdindeki ITK nin ansamblinda ve mehbuslardan ibaret yaradilmis Norilsk Teatrinda cixis etmeye baslayir Ancaq bu bes il Lev Bordukova baha basa gelir sehhetinde ciddi problemler yaranir Azadliga cixandan sonra uc il Celyabinsk Dram Teatrinin Tambov Dram Teatrinin aktyoru olur Sonra Lunacarski Kiyev Rus Dram Teatri ve nehayet Vladimir Mayakovski adina teatrda fealiyyet gosterir BU teatr Levin sonuncu dayanacagi olur Aktyor 1955 ci ilden 1967 ci ile qeder burada isleyir Bilavasite filmlere de cekilir Lev Bordukov 1956 ci ilde Boyuk Veten Muharibesinin namelum qehremanlarin ve beynelmilelcilerin fasizme qarsi mubarizesinden behs eden Itkin dusmus filminde fransiz partizan roluna cekilir Bu filmle Lev sovet kinoprokatinin liderlerinden birine cevrilir Filmi izleyen 35 milyondan cox tamasaci aktyorun vurgununa cevrilirler Bu filmden sonra Tofiq Tagizade aktyoru Uzaq sahillerde filminde Karranti roluna devet edir Paralel olaraq aktyor Kiyev filminde de rol alir Uzaq sahillerde filminin cekilisleri Bakida Socide Baltikyani olkelerde final sehneleri ise Agsu rayonunun kendlerinde aparilir Teessuf ki cekilisler zamani aktyor tez tez icki icir bununla da sanki o hebsde oldugu muddetde gorduklerinin ve yasadiqlarinin agrisini bogmaga calisir Bir defe ise xesteliyini esas getirerek cekilise bele gelmir Hemin illerde cekilisler ciddi plan uzre aparilirdi her gun ve hetta metrlerle lente alinan lentler ucun rejissorlar yuxari orqanlara hesabat verirdiler Filmde Mixaylo xeyanetine gore Karranti ile gorusende cox vacib bir epizod cekilmeli idi Tofiq Tagizade bele bir ekstremal veziyyetde tecili olaraq ikinci rejissor Rufet Sabanova makiyaj ederek onu arxadan ve profilden cekir Lev cekilise gelenden sonra ise onunla yaxin planlar lente alinir Alkoqola aludeliyi aktyoru bir necce defe hebse dogru aparir Bu yene de Uzaq sahillerde filminin cekilisi zamani bas verir Bele ki filmin cekilisleri vaxti aktyorlara gundelik xerclik ucun pul verilmir Bordukov ise zarafat etmek qerarina gelir O poct iscisini aldadaraq filmin rejissoru Teymur Huseynova bu mezmunda teleqram gonderir Eger aktyorlara pul vermesen Qara pisik bandasi meseleye qarisacaq Muharibeden sonraki illerde Qara pisik destesi cesaretli basqinlari ile xalq arasinda efsaneye cevrilmisdi 1953 cu ilde bu bandanin bir cox uzvleri hebs olunur bezileri ise yoxa cixir Lakin sonralar bu destenin eyni adli ardicillari meydana cixir Bu teleqramdan sonra Teymur Huseynov polise gedir poct iscisi saxlanilir O ne qeder and aman etse de ki bu xahisi ondan filan aktyor edib ona inanmirlar Onun novbeti mecarasi ise Socide yerlesen KQB idaresi ile olur Seher gezintisi zamani idarenin girisine yaxinlasaraq cibinden filmde istifade etdiyi eks kesfiyyat xidmetinin rehberi Vilhelm Kanarisin fotosunu cixarib gostererek deyir Bu gece bir turk gemisi sahile cixib bizi buradan aparacaq Onu saxlayib sorgu sual etmeye baslayanda o deyir Men Amerika kesfiyyatcisiyam Tebii ki onu hebs edirler ve derhal Moskvaya cagirirlar deyirler Amerika kesfiyyatcisi tutulub Emr seslenir Seher teyyare ile Moskvaya catdirin Seheri gun ayildiqdan sonra Bordukov and icmeye baslayir ki o sadece aktyordur ve filmde rol alir Yaradici qrupun qaldigi mehmanxanaya zeng edib bunun dogru oldugunu oyrenseler de qaydani pozani buraxmirlar Neticede onlar Bordukovu xirda xuliqanliga gore cezalandirmaq qerarina gelibler ve ona 15 sutka ceza verirler Qaydalara gore o kecel edilerek emek islah dusergesine gonderilmeli idi Ancaq filmin rejissoru aktyorun sacinin kesilmesinin cekilisi ucun ciddi manee yaradacagini bildirir Neticede Bordukov her gun istintaq orqanlarinin adamlari terefinden cekilis meydancasina getirilir cekilis bitenden sonra ise geri qaytarilir Bu hadiseden sonra Bordukova uc il filme cekilmek qadagasi qoyulur Bundan sonra onun kino karyerasi tenezzule ugrayir Filmlerde uc kicik rol oynayan teatr sehnesinde cixisini davam etdiren Bordukov 1966 ci ilde Elisettar Atakisiyevin Istintaq davam edir filmine devet alir Film sovet eks kesfiyyatcilarinin sovet sirlerini ovlayan casuslarla mubarizesinden behs edir Bordukov Amerika casusu Houk kimi reinkarnasiya olunan KQB mayoru Martinovu canlandirir Bordukovun son rolu 1967 ci ilde Rauf Kazimovskinin Poct qutusu filminde mehkeme sedri olur Ele hemin il mayin 18 de 54 yasinda Lev Bordukov vefat edir FilmoqrafiyaUzaq sahillerde film 1958 Istintaq davam edir film 1966 Poct qutusu film 1967 Istinadlar Uzaq sahillerde ekranda Filmin quruluscu rejissoru Tofiq Tagizade yoldasla muxbirimizin musahibesi Kommunist 1958 13 avqust MenbeAgamirov A Uzaq sahillerde Kommunist 1958 19 avqust