Kəşfül-Həqayiq və ya tam adı ilə Kitabi-Kəşfül-Həqayiq ən-Nukətil-Ayəti vəd-Dəqayiq (ərəb. کتاب کشف الحقایق عن نکت الایات والدّقایق; azərb. Ayələrin məna və incəlikləriylə həqiqətlərinin açıqlanması) — Mirməhəmməd Kərim Bakuvinin yazdığı azərbaycanca ilk Quran təfsiri.
Kəşfül-Həqayiq | |
---|---|
Kitabi-Kəşfül-Həqayiq ən-Nukətil-Ayəti vəd-Dəqayiq | |
| |
Müəllif | Mirməhəmməd Kərim Bakuvi |
Janr | Təfsir |
Orijinalın dili | Ərəbcə və azərbaycanca |
Ölkələr | Çar Rusiyası Azərbaycan |
Orijinalın nəşr ili | 1904 2014 |
Nəşriyyat | 1904: 2014: |
Cild | 3 |
Səhifə | 1904: 2500 2014: 1776 (I: 552, II: 528, III: 696) |
ISBN |
Kitab 3 cilddə yazılmışdır.
Haqqında
Hicri-qəməri təqvimi ilə 15 Şaban 1322-ci (1905) ildə nəşr edilən və Azərbaycan türkcəsində yazılmış Bakuvi təfsirinin tam adı "Kitab Kəşf əl-Həqaiq ən-Nuqə əl-Ayət və əd-Dəqaiq"dir.
Təfsirin orijinal olaraq daşbasması halında və mikrofilm olaraq Bakı şəhərində Əlyazmaları İnstitutunda saxlanılır. Təfsirin daş basqısı üç cild olub I cildi adıkeçən kitabxanada XIV-9, 1858; II cildi XIV-3, 8543; III cildi isə XIV-7, 1864 nömrəli rəfdə yerləşir. Bu əsərin hər cildində bir müqəddimə var.
I cild (müqəddimə xaric) 745 səhifə olub "Fatihə-Tövbə" surələri arası surələri əhatə edir. Müəllif birinci cildin on səhifədən ibarət müqəddiməsində İslam dini, ehkamları və ümumi xüsusiyyətləri haqqında məlumat verir. Daha sonra İslam ümmətinin içində olduğu zülm, fəsad, təfriqə və separatçılığa işarə edərək bu acı tablonun səbəbinin din olmayıb, tamamilə bəşəri ünsürlərdən, millətlərin özlərindən, cəhalət və savadsızılığından qaynaqlandığını irəli sürür. Müsəlmanların başı üstünü bürüyən qara buludlardan və onların bölük-bölük olmasından son dərəcə təəssüf hissi keçirən müəllif bu problemin həllinin ancaq Quranın yetərincə başa düşülməsiylə mümkün olacağını və bunun üçün də hər bir müsəlmanın Quranı öz ana dilində başa düşməsinin lazım olduğunu ifadə edərək Azərbaycan dilində bir əsər yazmaq qərarına gəlir. Məhz bu əsər də bu duyğu və düşüncələrin nəticəsi olaraq ortaya çıxmışdır.
Yazılan əsərlərdə bir sıra uydurma hədis və əsli olmayan məlumatın yer almasının İslam ümmətini sıxıntıya düçar etdiyinə diqqət çəkən müəllif bu əsərini qələmə alarkən bir sıra tanınmış təfsir mənbələrinə (qaynaqlarına) müraciət etmişdir. Bunlardan bəzilərini özü bu şəkildə sıralamışdır:
- Təfsir əl-Kəşşaf, Cərullah Əllamə Zəməxşəri.
- Təfsir əl-Kəbir, İmam Fəxrəddin Razi.
- Təfsir əl-Fadıl, Əbu əl-Məsud Müfti Konstantiniyyə.
- Məcmə əl-Bəyan, Şeyx əl-Cəlil Təbərsi.
- Lübab ət-Təvil fi Məan ət-Tənzil, Qudvət əl-Əimmət əl-Müfəssirin Əla əd-Din əl-Bağdadi əl-Hazin, (Bu təfsir Təfsir əl-İmam əl-Alim əl-Kamil Əbu Məhəmməd əl-Bəğavi təfsirinin müxtəsər formasıdır.)
- Mədarik ət-Tənzil və Həqaiq ət-Təvil, əl-Alim əl-Cəlil Əbu əl-Bərəkat ən-Nəsəfi.
- Ənvar ət-Tənzil, əl-Alim əl-Fadıl əl-Qadı əl-Bəydavi.
- Ruh əl-Bəyan, Ümdət əl-Arifin Haqqı Əfəndi.
Müfəssir sadəcə bu təfsir qaynaqlarıyla (mənbələriylə) kifayətlənməmişdir. Yeri gəldikcə, müxtəlif sahələrdən, hədis və tarixi qaynaqlardan da istifadə etmişdir. O, hədis sahəsində Buxaridən Küleyniyə qədər şiə və sünni qaynaqlarından gələn rəvayətlərdən istifadə etmiş və hədislərin qaynağı kimi səhabəni adil (ədalətli) qəbul etmişdir. Təfsirdə bəsmələ (Bismilləhir-rahmənir-rahim demək) hər surənin bir ayəsi kimi götürülmüşdür. Müfəssir təfsir edərkən bir səhifəni üç yerə ayırmış, səhifənin iç tərəfində təfsirini etdiyi ayələri səhifə kənarında təfsirsiz bir şəkildə yazmış, ayrıca lazım bildiyi yerlərdə də səhifənin altında qeyd şəklində açıqlama vermişdir.
"Yunus-Ankəbut" surələri arası surələri əhatə edən II cild müqəddimə xaric olmaqla 791 səhifədən ibarətdir. Müəllif bu cildin 18 səhifədən ibarət müqəddiməsində ümumi olaraq insanın nə cür bir varlıq olduğu, qiyməti, ucalığı, digər varlıqlar arasındakı yeri və s. kimi məsələlərə yer vermişdir. Daha sonra elmə və onun əhəmiyyətinə işarə edən müfəssir onun insanın bir zinəti, bəzəyi olduğunu və onu öyrənməyin vacib olduğunu ifadə edir. Bu yerdə alimlərin də fəzilətindən bəhs edən müəllif elm haqqında "Qiyamət günü alimlərin mürəkkəbi şəhidlərin qanından ağır gələcək" və "Alimin ölümü aləmin ölümü kimidir" şəklində bəzi hədislərə də yer verərək elmin önəmi və alimlərin dəyərinə işarə edir.
"Rum-Nas" surələri arası surələri əhatə edən III cild müqəddimə xaric olmaqla 959 səhifədən ibarətdir. Burada da elmdən bəhs edən müəllif Quranın möcüzəli bir kitab olduğuna, Peyğəmbərə (s) bir elm-irfan qaynağı olaraq verildiyinə və beləliklə də insanların onu özünə uyğun bir şəkildə anlamalarının lüzumuna diqqət çəkir. Daha sonra yenə insandan və insan ünsüründən bəhs edən müəllif insanlar arasında bəzi problemlərin ola biləcəyini, ancaq, müsəlmanların işlərini mütləq məşvərət ilə həll etmələrinin lazım olduğunu bildirir. Xilafət və dörd xəlifə mövzusuna da toxunan müfəssir qətiyyən təfriqəyə yer verilməməsi və İslam ümmətinin birlikdə hərəkət etməsi düşüncəsini təkrar etmişdir. İslam ümməti arasındakı ilk ixtilaflara, Cəməl və Siffeyn müharibələrinə də toxunan müəllif müsəlmanların bundan dərslər almasının vacib olduğunu vurğulayır.
Nəticə etibarilə bütün problemlərin müsəlmanların Quranı yetərincə anlamamasından qaynaqlandığını və ilahi bilgilər çərçivəsində özünə uyğun bir Qurani anlayışın olacağı təqdirdə sıxıntıların qalxacağı, təfriqənin gedib yerini ümmətin vəhdətinin alacağı bildirilir.
Tədqiq
Mir Məhəmməd Kərim əl-Bakuvinin bu əsəri Ahmet Dolunay tərəfindən tədqiq edilərək, redaktə və əlavə şərhlərlə "Gerçeğin Doğuşu-Alevî Kuran Tefsiri" (Merkür yayınları, İstanbul 2000) adı altında iki cild halında Anadolu türkcəsinə uyğunlaşdırılaraq dərc olunmuşdur. Bundan başqa, İsmail Çalışkanın Cümhuriyyət Universiteti İlahiyyat fakültəsinin kitab sərgisindəki "Türkcə ilk şiə təfsiri" adlı tədqiqat əsəri də bu təfsir haqqında Türkiyədə həyata keçirilən araşdırmalar arasında yer alır.
Metodologiya
Fiqhi məsələlərdə bəzən məzhəblər arasında olan ortaq fikri təsdiq etdiyini bildirmiş, bəzən də ad çəkmədən bir sıra mövzuları tənqid etmişdir. Bəzi alimləri də səhv hökm çıxardıqları üçün məzəmmətləyən müəllif bəzən də öz məzhəbinə üstünlük vermiş, öz fikrini açıqlamışdır. Buna görə o, daşqalaq olunmanı (rəcm), ədalət şərtinə bağlı olaraq dörd evliliyi, dəstəmazda ayağa məsh çəkməyi, Qurana ancaq mənən təmiz olanların toxuna biləcəyini və nəsix-mənsux məsələsini qəbul etmişdir.
Müfəssir ayələrin izahı və nazil olma səbəbləri barəsində tarixi hadisə və mövzuya aid olan bəzi rəvayətləri nəql etmiş, bəzən də zəif hesab etdiyi rəvayətləri və bunları qeyd edən müfəssirləri tənqid etmişdir. Əlavə şərhlərdən də uzaq durmuşdur. Əqidə məsələlərində ümumi qəbul edilən prinsipləri qəbul etmişdir. İsanın cismən göyə yüksəlmədiyi, qiyamətdə sura üfürülməyəcəyi və ayın yarılmadığı kimi şəxsi fikirləri də vardır. Böyük günah məsələsində isə Zəməxşərinin fikrini dəstəkləyir.
Sosial və elmi məsələlərdə də o, Quran mesajının aktuallaşdığı bir təfsir metodu mənimsəmişdir. Elmi olan heç bir şeylə Quranın təzad təşkil etmədiyini bəyan etmiş və fərqli yozumlara da yer vermişdir. Məsələn, Şura surəsinin 29-cu ayəsini kainatda həyatın və daha başqa canlıların mövcud olduğu şəklində təfsir edir. Vətən və millət sevgisi, havanın insan həyatındakı əhəmiyyəti və kainat cisimlərinin də bir ömrünün olduğu kimi fərqli məsələlərə də yer ayırır.
Onu digər müfəssirlərdən fərqləndirən bəzi xüsusiyyətlər də vardır Onun fikrincə, Sad surəsinin 37-ci ayəsində olan "şəyatin" kəlməsi mahir usta, Fatir surəsinin 1-ci ayəsindəki "mələk" ağlın qüvvəti, mələklərin qanadları isə ağıldan meydana gələn qüvvət mənasını daşıyır. Bəqərə surəsinin 27-ci ayəsində olan "əhd" kəlməsi Allahın verdiyi kamil ağıldır. Adəm və Həvva Məkkə ilə Taif arasındakı bir torpaqdan yaradılmış, Həvva Adəmin qabırğa sümüyündən yaradılmamışdır. Məryəmin İsadan başqa da övladları vardır. İsra surəsinin 79-cu ayəsindəki "məqamı-mahmud" ilə Məkkənin fəthi nəzərdə tutulur. Quranda bəhs olunan "zülqərneyn" Makedoniyalı İsgəndərdir. Furqan surəsinin 38-ci ayəsindəki "rəss" Araz çayıdır. Nəml surəsinin 82-ci ayəsindəki Qiyamət günü peyda olacağı bildirilən "dabbə" heyvan deyil, insandır vəs.
Özünəməxsus xüsusiyyətləri olan Mir Məhəmməd Kərim təəssübkeşliyi, müsəlmanların birliyinə zərər verəcək düşmənlikləri, radikallığı və gördüyü xətaları hər fürsətdə tənqid edən bir xüsusiyyətə sahibdir. O, Quranın ölülərə deyil, dirilərə nazil olan bir kitab olduğunu sıx-sıx qeyd etmiş və məzhəblərin fövqündə bir anlayışla "İslam milləti"nin birliyini təsis etmək üçün səy göstərmişdir.
Nəşr
Kitab ilk dəfə 15 Şaban 1322 / 7 yanvar 1904-cü ildən - 22 Zülqadə 1323 / 1906-cı ilə qədər Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə Tiflisdə senzura icazəsi ilə Kaspi qəzetinin Buxariyyə mətbəəsində 3 cilddə və ümumilikdə 2500 səhifədə çap olunmuşdur.
Əsərin 2-ci-yeni nəşri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən, 3 cilddə və cəmi 1776 səhifədə 2014-cü ildə Bakıda edilmişdir.
Tənqid
Molla Nəsrəddin jurnalı H. Z. Tağıyevi belə bir əsəri nəşr etdirdiyinə görə qınamışdır.
Həmçinin bax
İstinadlar
- "QMİ "Qurani-Şərif"in Azərbaycan dilində təfsiri olan ilk əsəri təkrar nəşr etdirib - FOTO". Apa.az (az.). 2023-12-21 tarixində . İstifadə tarixi: 2023-12-21.
- ( (az.)). az.trend.az. 2014-04-01. 2015-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
- К.Орхан. "УМК переиздало первый комментарий Корана "Kəşfül-Həqayiq" на азербайджанском языке" ( (rus.)). salamnews.org/ru. 2014-04-01. 2015-03-07 tarixində . İstifadə tarixi: 2015-03-07.
- ( (az.)). science.az/az. 2014-04-07. 2015-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
- “Molla Nəsrəddin” jurnalı, 9 dekabr 1907, №46
- “Molla Nəsrəddin” jurnalı, 16 aprel 1911, № 14
- “Molla Nəsrəddin” jurnalı, 10 iyul 1911, №25
Mənbə
Ədəbiyyat
- əl-Bakuvi. Kəşfül-Həqayiq. I cild. Bakı. 2014. 552 səh.
- Mir Məhəmməd Kərim əl-Bakuvi və "Kəşfül-həqayiq" // Dövlət və din, №-1, Bakı, 2015, s.87-96.
- Mir Məhəmməd Kərim əl-Bakuvinin “Kəşfül-həqayiq” əsərində ədəbi, dini mövzular və rəmzi yanaşmalar // Journal of Qafqaz University, History, law and political sciences, 2015. Volume 3, Number 1, p. 59-72.
- Əli Rizvan oğlu Fərhadov. XIX əsrin sonu - XX əsrin əvvəllərində Şimali Azərbaycanda islami maarifçilik və islahatçılıq hərəkatı (Mir Məhəmməd Kərim Mircəfər əl-Bakuvinin "Kəşfül-Həqayiq" əsəri əsasında)[ölü keçid]. İxtisas: 5503.02 – “Vətən tarixi”. Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın Avtoreferatı. Bakı - 2016.
- "Kəşfül-Həqayiq" əsərinin yeni nəşri
Xarici keçidlər
- (RAR)
- Allahşükür Paşazadə: “QMİ-nin kitabxanasında və şəxsi kitabxanamda dəyəri milyon manatlarla ölçülən qiymətli əlyazmalar, kitablar var”
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kesful Heqayiq ve ya tam adi ile Kitabi Kesful Heqayiq en Nuketil Ayeti ved Deqayiq ereb کتاب کشف الحقایق عن نکت الایات والد قایق azerb Ayelerin mena ve incelikleriyle heqiqetlerinin aciqlanmasi Mirmehemmed Kerim Bakuvinin yazdigi azerbaycanca ilk Quran tefsiri Kesful HeqayiqKitabi Kesful Heqayiq en Nuketil Ayeti ved Deqayiq Kesful Heqayiq in ilk nesrinin 1 ci cildinin titul sehifesiMuellif Mirmehemmed Kerim BakuviJanr TefsirOrijinalin dili Erebce ve azerbaycancaOlkeler Car Rusiyasi AzerbaycanOrijinalin nesr ili 1904 2014Nesriyyat 1904 2014 Cild 3Sehife 1904 2500 2014 1776 I 552 II 528 III 696 ISBN ISBN 978 9952 82 21 9 9Kitab ve elektron variantinin oldugu diskKitabin yeni nesrinin cildleri Kitab 3 cildde yazilmisdir HaqqindaHicri qemeri teqvimi ile 15 Saban 1322 ci 1905 ilde nesr edilen ve Azerbaycan turkcesinde yazilmis Bakuvi tefsirinin tam adi Kitab Kesf el Heqaiq en Nuqe el Ayet ve ed Deqaiq dir Tefsirin orijinal olaraq dasbasmasi halinda ve mikrofilm olaraq Baki seherinde Elyazmalari Institutunda saxlanilir Tefsirin das basqisi uc cild olub I cildi adikecen kitabxanada XIV 9 1858 II cildi XIV 3 8543 III cildi ise XIV 7 1864 nomreli refde yerlesir Bu eserin her cildinde bir muqeddime var I cild muqeddime xaric 745 sehife olub Fatihe Tovbe sureleri arasi sureleri ehate edir Muellif birinci cildin on sehifeden ibaret muqeddimesinde Islam dini ehkamlari ve umumi xususiyyetleri haqqinda melumat verir Daha sonra Islam ummetinin icinde oldugu zulm fesad tefriqe ve separatciliga isare ederek bu aci tablonun sebebinin din olmayib tamamile beseri unsurlerden milletlerin ozlerinden cehalet ve savadsiziligindan qaynaqlandigini ireli surur Muselmanlarin basi ustunu buruyen qara buludlardan ve onlarin boluk boluk olmasindan son derece teessuf hissi keciren muellif bu problemin hellinin ancaq Quranin yeterince basa dusulmesiyle mumkun olacagini ve bunun ucun de her bir muselmanin Qurani oz ana dilinde basa dusmesinin lazim oldugunu ifade ederek Azerbaycan dilinde bir eser yazmaq qerarina gelir Mehz bu eser de bu duygu ve dusuncelerin neticesi olaraq ortaya cixmisdir Yazilan eserlerde bir sira uydurma hedis ve esli olmayan melumatin yer almasinin Islam ummetini sixintiya ducar etdiyine diqqet ceken muellif bu eserini qeleme alarken bir sira taninmis tefsir menbelerine qaynaqlarina muraciet etmisdir Bunlardan bezilerini ozu bu sekilde siralamisdir Tefsir el Kessaf Cerullah Ellame Zemexseri Tefsir el Kebir Imam Fexreddin Razi Tefsir el Fadil Ebu el Mesud Mufti Konstantiniyye Mecme el Beyan Seyx el Celil Tebersi Lubab et Tevil fi Mean et Tenzil Qudvet el Eimmet el Mufessirin Ela ed Din el Bagdadi el Hazin Bu tefsir Tefsir el Imam el Alim el Kamil Ebu Mehemmed el Begavi tefsirinin muxteser formasidir Medarik et Tenzil ve Heqaiq et Tevil el Alim el Celil Ebu el Berekat en Nesefi Envar et Tenzil el Alim el Fadil el Qadi el Beydavi Ruh el Beyan Umdet el Arifin Haqqi Efendi Mufessir sadece bu tefsir qaynaqlariyla menbeleriyle kifayetlenmemisdir Yeri geldikce muxtelif sahelerden hedis ve tarixi qaynaqlardan da istifade etmisdir O hedis sahesinde Buxariden Kuleyniye qeder sie ve sunni qaynaqlarindan gelen revayetlerden istifade etmis ve hedislerin qaynagi kimi sehabeni adil edaletli qebul etmisdir Tefsirde besmele Bismillehir rahmenir rahim demek her surenin bir ayesi kimi goturulmusdur Mufessir tefsir ederken bir sehifeni uc yere ayirmis sehifenin ic terefinde tefsirini etdiyi ayeleri sehife kenarinda tefsirsiz bir sekilde yazmis ayrica lazim bildiyi yerlerde de sehifenin altinda qeyd seklinde aciqlama vermisdir Yunus Ankebut sureleri arasi sureleri ehate eden II cild muqeddime xaric olmaqla 791 sehifeden ibaretdir Muellif bu cildin 18 sehifeden ibaret muqeddimesinde umumi olaraq insanin ne cur bir varliq oldugu qiymeti ucaligi diger varliqlar arasindaki yeri ve s kimi meselelere yer vermisdir Daha sonra elme ve onun ehemiyyetine isare eden mufessir onun insanin bir zineti bezeyi oldugunu ve onu oyrenmeyin vacib oldugunu ifade edir Bu yerde alimlerin de feziletinden behs eden muellif elm haqqinda Qiyamet gunu alimlerin murekkebi sehidlerin qanindan agir gelecek ve Alimin olumu alemin olumu kimidir seklinde bezi hedislere de yer vererek elmin onemi ve alimlerin deyerine isare edir Rum Nas sureleri arasi sureleri ehate eden III cild muqeddime xaric olmaqla 959 sehifeden ibaretdir Burada da elmden behs eden muellif Quranin mocuzeli bir kitab olduguna Peygembere s bir elm irfan qaynagi olaraq verildiyine ve belelikle de insanlarin onu ozune uygun bir sekilde anlamalarinin luzumuna diqqet cekir Daha sonra yene insandan ve insan unsurunden behs eden muellif insanlar arasinda bezi problemlerin ola bileceyini ancaq muselmanlarin islerini mutleq mesveret ile hell etmelerinin lazim oldugunu bildirir Xilafet ve dord xelife movzusuna da toxunan mufessir qetiyyen tefriqeye yer verilmemesi ve Islam ummetinin birlikde hereket etmesi dusuncesini tekrar etmisdir Islam ummeti arasindaki ilk ixtilaflara Cemel ve Siffeyn muharibelerine de toxunan muellif muselmanlarin bundan dersler almasinin vacib oldugunu vurgulayir Netice etibarile butun problemlerin muselmanlarin Qurani yeterince anlamamasindan qaynaqlandigini ve ilahi bilgiler cercivesinde ozune uygun bir Qurani anlayisin olacagi teqdirde sixintilarin qalxacagi tefriqenin gedib yerini ummetin vehdetinin alacagi bildirilir TedqiqMir Mehemmed Kerim el Bakuvinin bu eseri Ahmet Dolunay terefinden tedqiq edilerek redakte ve elave serhlerle Gercegin Dogusu Alevi Kuran Tefsiri Merkur yayinlari Istanbul 2000 adi altinda iki cild halinda Anadolu turkcesine uygunlasdirilaraq derc olunmusdur Bundan basqa Ismail Caliskanin Cumhuriyyet Universiteti Ilahiyyat fakultesinin kitab sergisindeki Turkce ilk sie tefsiri adli tedqiqat eseri de bu tefsir haqqinda Turkiyede heyata kecirilen arasdirmalar arasinda yer alir MetodologiyaFiqhi meselelerde bezen mezhebler arasinda olan ortaq fikri tesdiq etdiyini bildirmis bezen de ad cekmeden bir sira movzulari tenqid etmisdir Bezi alimleri de sehv hokm cixardiqlari ucun mezemmetleyen muellif bezen de oz mezhebine ustunluk vermis oz fikrini aciqlamisdir Buna gore o dasqalaq olunmani recm edalet sertine bagli olaraq dord evliliyi destemazda ayaga mesh cekmeyi Qurana ancaq menen temiz olanlarin toxuna bileceyini ve nesix mensux meselesini qebul etmisdir Mufessir ayelerin izahi ve nazil olma sebebleri baresinde tarixi hadise ve movzuya aid olan bezi revayetleri neql etmis bezen de zeif hesab etdiyi revayetleri ve bunlari qeyd eden mufessirleri tenqid etmisdir Elave serhlerden de uzaq durmusdur Eqide meselelerinde umumi qebul edilen prinsipleri qebul etmisdir Isanin cismen goye yukselmediyi qiyametde sura ufurulmeyeceyi ve ayin yarilmadigi kimi sexsi fikirleri de vardir Boyuk gunah meselesinde ise Zemexserinin fikrini destekleyir Sosial ve elmi meselelerde de o Quran mesajinin aktuallasdigi bir tefsir metodu menimsemisdir Elmi olan hec bir seyle Quranin tezad teskil etmediyini beyan etmis ve ferqli yozumlara da yer vermisdir Meselen Sura suresinin 29 cu ayesini kainatda heyatin ve daha basqa canlilarin movcud oldugu seklinde tefsir edir Veten ve millet sevgisi havanin insan heyatindaki ehemiyyeti ve kainat cisimlerinin de bir omrunun oldugu kimi ferqli meselelere de yer ayirir Onu diger mufessirlerden ferqlendiren bezi xususiyyetler de vardir Onun fikrince Sad suresinin 37 ci ayesinde olan seyatin kelmesi mahir usta Fatir suresinin 1 ci ayesindeki melek aglin quvveti meleklerin qanadlari ise agildan meydana gelen quvvet menasini dasiyir Beqere suresinin 27 ci ayesinde olan ehd kelmesi Allahin verdiyi kamil agildir Adem ve Hevva Mekke ile Taif arasindaki bir torpaqdan yaradilmis Hevva Ademin qabirga sumuyunden yaradilmamisdir Meryemin Isadan basqa da ovladlari vardir Isra suresinin 79 cu ayesindeki meqami mahmud ile Mekkenin fethi nezerde tutulur Quranda behs olunan zulqerneyn Makedoniyali Isgenderdir Furqan suresinin 38 ci ayesindeki ress Araz cayidir Neml suresinin 82 ci ayesindeki Qiyamet gunu peyda olacagi bildirilen dabbe heyvan deyil insandir ves Ozunemexsus xususiyyetleri olan Mir Mehemmed Kerim teessubkesliyi muselmanlarin birliyine zerer verecek dusmenlikleri radikalligi ve gorduyu xetalari her fursetde tenqid eden bir xususiyyete sahibdir O Quranin olulere deyil dirilere nazil olan bir kitab oldugunu six six qeyd etmis ve mezheblerin fovqunde bir anlayisla Islam milleti nin birliyini tesis etmek ucun sey gostermisdir NesrKitab ilk defe 15 Saban 1322 7 yanvar 1904 cu ilden 22 Zulqade 1323 1906 ci ile qeder Haci Zeynalabdin Tagiyevin maddi desteyi ile Tiflisde senzura icazesi ile Kaspi qezetinin Buxariyye metbeesinde 3 cildde ve umumilikde 2500 sehifede cap olunmusdur Eserin 2 ci yeni nesri Qafqaz Muselmanlari Idaresi terefinden 3 cildde ve cemi 1776 sehifede 2014 cu ilde Bakida edilmisdir TenqidMolla Nesreddin jurnali H Z Tagiyevi bele bir eseri nesr etdirdiyine gore qinamisdir Hemcinin baxVikimenbede Kesful Heqayiq ile elaqeli melumatlar var Istinadlar QMI Qurani Serif in Azerbaycan dilinde tefsiri olan ilk eseri tekrar nesr etdirib FOTO Apa az az 2023 12 21 tarixinde Istifade tarixi 2023 12 21 az az trend az 2014 04 01 2015 03 07 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 03 07 K Orhan UMK pereizdalo pervyj kommentarij Korana Kesful Heqayiq na azerbajdzhanskom yazyke rus salamnews org ru 2014 04 01 2015 03 07 tarixinde Istifade tarixi 2015 03 07 az science az az 2014 04 07 2015 03 07 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 03 07 Molla Nesreddin jurnali 9 dekabr 1907 46 Molla Nesreddin jurnali 16 aprel 1911 14 Molla Nesreddin jurnali 10 iyul 1911 25MenbeEdebiyyatel Bakuvi Kesful Heqayiq I cild Baki 2014 552 seh ISBN 978 9952 82 21 9 9 Mir Mehemmed Kerim el Bakuvi ve Kesful heqayiq Dovlet ve din 1 Baki 2015 s 87 96 Mir Mehemmed Kerim el Bakuvinin Kesful heqayiq eserinde edebi dini movzular ve remzi yanasmalar Journal of Qafqaz University History law and political sciences 2015 Volume 3 Number 1 p 59 72 Eli Rizvan oglu Ferhadov XIX esrin sonu XX esrin evvellerinde Simali Azerbaycanda islami maarifcilik ve islahatciliq herekati Mir Mehemmed Kerim Mircefer el Bakuvinin Kesful Heqayiq eseri esasinda olu kecid Ixtisas 5503 02 Veten tarixi Tarix uzre felsefe doktoru elmi derecesi almaq ucun teqdim edilmis dissertasiyanin Avtoreferati Baki 2016 Kesful Heqayiq eserinin yeni nesriXarici kecidler RAR Allahsukur Pasazade QMI nin kitabxanasinda ve sexsi kitabxanamda deyeri milyon manatlarla olculen qiymetli elyazmalar kitablar var