Kərbəlayi Həmid Abdulla hamamı — Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi, hamam. 1806-cı ildə xeyriyyəçi Kərbəlayi Həmid Abdulla tərəfindən tikdirilib.
Kərbəlayi Həmid Abdulla hamamı | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Astara rayonu, Ərçivan qəsəbəsi |
Sifarişçi | Kərbəlayi Həmid Abdulla |
Tikilmə tarixi | 1806 |
İstinad nöm. | 4116 |
Kateqoriya | Hamam |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
Hamam 1806-cı ildə Kərbəlayı Həmid Abdulla tərəfindən Astara rayonunun Ərçivan qəsəbəsində tikilib. Hamamın üstündə səkkiz günbəz var. Yumurta sarısı və adi odun külünün qarışığı ilə tikilib. Hamamın suyu cəmi bir tiyanla qızdırılıb.
Sovet işğalından sonra hamam kolxozun tabeliyinə verilib. Hamamı sonuncu dəfə 1980-ci ildə təmir edilib və həmin ilin sonuna kimi yerli əhalinin istifadəsində olub.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə isə hamam yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Hamam illərdir istifadəsiz qaldığı üçün günbəzlərindən bir neçəsi dağılıb, binası yararsız hala düşüb. Əsaslı bərpaya ehtiyacı var.
İstinadlar
- Mistanlı, Aqşin. Cənub bölgəsinin abidələr ensiklopediyasi (az.). Bakı: Adiloğlu. 2020. 229. ISBN .
- Əliyev, Aqşin. Astara tarixi-memarlıq və arxeoloji abidələri (az.). Bakı. 2021. 127. ISBN . 2024-03-27 tarixində . İstifadə tarixi: 2024-03-27.
- "Astaranın qədim müalicəvi hamamı". Cənublu (az.). 2021-08-21. 2023-09-23 tarixində . İstifadə tarixi: 2024-03-27.
- "Ərçivan hamamının əsaslı təmir və bərpasına ehtiyac var". anl.az. 2020-10-22 tarixində . İstifadə tarixi: 2024-03-27.
- "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində (PDF). İstifadə tarixi: 2022-12-14.
- "Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi". masalli.mct.az. 2024-03-27 tarixində . İstifadə tarixi: 2024-03-27.
- "Astaranın qədim müalicəvi hamamının təmirə ehtiyacı var - VİDEO". Oxu.Az (az.). 2020-01-04. 2020-10-21 tarixində . İstifadə tarixi: 2024-03-27.
- "Astarada XIX əsrin yadigarı olan hamamın əsaslı təmirə ehtiyacı var". Azərtac. 2018-12-17. 2020-05-07 tarixində . İstifadə tarixi: 2024-03-27.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer