Küveytdə təhsil — Cənub-Qərbi Asiyada yerləşən Küveyt Dövlətində mövcud olan çoxşaxəli təhsil sistemi.
Tarixi
Küveyt tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar.
XX əsrin əvvəllərində bu ölkədə neft ehtiyatları kəşf olunmazdan əvvəl yalnız Əl-Katatib adlandırılan dini məktəblərdə təhsil almaq mümkün idi. Belə tədris ocaqlarında təhsil prosesi müqəddəs Qurani-Kərimin öyrədilməsi, yazı, oxu bacarıqlarının inkişaf etdirilməsi və riyazi biliklərin aşılanması ilə məhdudlaşırdı. Bu məktəblər, əsasən varlı şəxslər tərəfindən maliyyələşdirilirdi. İqtisadi və ictimai şərait təhsilin bundan artıq inkişaf etdirilməsinə imkan vermirdi.
XX əsrin birinci yarısında Küveytdə bir dənə də olsa, dövlət məktəbi yox idi.
Ticarətin inkişafı, bununla da iqtisadiyyatın yüksəlişi 1912-ci ildə Küveytdə ilk dünyəvi yönlü tədris ocağı olan Əl-Mübarkiyyə məktəbinin yaranmasına səbəb oldu. 1921-ci ildə isə Əl-Əhmədiyə məktəbi yarandı. Bu məktəblərdə ingilis dili kursları da tədris olunurdu.
1936-cı ildə daha mütəşəkkil təhsil sistemi formalaşdırmaq üçün Təhsil Şurası yaradıldı. 1939-cu ildə hökumət təhsili tam olaraq nəzarətə götürdü və 1945-ci ilə qədər 17 dövlət məktəbi fəaliyyətə başladı.
İkinci dünya müharibəsindən sonra neft sənayesi inkişaf etdikcə hökumət sosial-ictimai sahələrə böyük miqdarda investisiya qoymağa başladı. Təhsilin prioritet sahə kimi qəbul olunması bu sahədə yüksəlişə zəmin yaratdı. 1962-ci ildə qəbul olunmuş konstitusiyada təhsil xərclərinin dövlət tərəfindən təmin olunması və tədris müəssisələrinin tam olaraq dəstəklənməsi müddəası əksini tapdı. 1965-ci ildə ilk dəfə olaraq ölkədə icbari təhsil tətbiq edilməyə başladı. 1967-ci ildə isə hökumətin yardımı ilə özəl təhsil müəssisələrinin əsası qoyuldu.
Küveytdə məktəbəqədər təhsil 1 il, ibtidai təhsil 5 il, əsas təhsil 4 il və orta təhsil 3 il davam edir. Ölkə vətəndaşlarının 6 yaşdan 14 yaşa qədər ibtidai və əsas təhsil alması icbari hesab olunur.
Dövlət təhsilinin bütün pillələri, o cümlədən ali təhsil pulsuzdur. Küveyt məktəblərində şagirdlər II sinifdən ingilis dilini öyrənməyə başlayırlar.
Küveytdə 1145 məktəbəqədər və orta təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 664-ü dövlət, 481-i isə özəldir. Şagirdlərin (məktəbəqədər-orta təhsil pilləsi üzrə) üçdə iki hissəsi dövlət müəssisələrində təhsil alır. Hazırda Küveyt məktəblərində 591359 şagird təhsil alır ki, bu da ölkənin ümumi əhalisinin 20 faizini təşkil edir.
Küveytin təhsil müəssisələri statusuna görə üç yerə bölünür: dövlət, özəl və keyfiyyətyönümlü təhsil müəssisələri. Ölkədə məktəblərin əksəriyyəti dövlət tədris müəssisələridir. Bu məktəblərdə təhsil ərəb dilində aparılır.
Dövlət məktəblərində birinci sinifdən başlayaraq qızlar və oğlanlar ayrı oxusalar da, onlar eyni təhsil hüququna malikdirlər.
Özəl təhsil müəssisələri əsasən Küveytdə öz ailələri ilə yaşayan və bu ölkəyə işləmək üçün gəlmiş əcnəbilər üçün təsis olunub. Küveyt hökuməti özəl məktəblərə yardım məqsədilə hər il 5,6 milyon Küveyt dinarı həcmində vəsait ayırır.
Dövlət məktəblərindən fərqli olaraq özəl məktəblərdə qızlar və oğlanlar birlikdə təhsil alır. Özəl təhsil sisteminə aşağıda sadalanan məktəb kateqoriyaları aiddir:
- özəl ərəb məktəbləri;
- əcnəbi özəl məktəblər (Britaniya, Amerika, Hindistan və s.);
- mədəni institutlar (təlim, peşə və iş sahələri üzrə ixtisaslaşmış müəssisələr).
Keyfiyyətyönümlü təhsil sistemi dini təhsil, xüsusi təhsil, yaşlıların təhsili və peşə təhsili olmaqla 4 yerə bölünür. Dini təhsil əsas və orta təhsil pillələrini əhatə edir. Küveytdə 81 dini təhsil müəssisəsi fəaliyyət göstərir. Xüsusi təhsil fiziki qüsuru və təlim çətinlikləri olan uşaqlar üçün nəzərdə tutulub. Yaşlıların təhsili isə yaşlı nəslin savadsızlığının aradan qaldırılmasına xidmət edir. Peşə təhsilinin əsas məqsədi ölkə iqtisadiyyatının yerli texniki işçi qüvvəsinə olan ehtiyacının ödənilməsi, müxtəlif sahələr üzrə tələb olunan kadrlar hazırlanması, onların ixtisaslarının artırılmasından ibarətdir.
2005-ci ilin statistik məlumatlarına görə, Küveytdə savadlılıq səviyyəsi 93 faizdən yuxarı olub. YUNESKO-nun 2009-cu il üzrə müəyyənləşdirdiyi insan inkişafı indeksində Küveyt 31-ci yerdə qərarlaşıb. Dövlət xərclərinin 13 faizinin təhsilə sərf olunduğu Küveyt bununla bütün ərəb ölkələri arasında liderliyi ələ alıb.
Xüsusilə qeyd edilməlidir ki, Küveyt məktəblərində olduqca zəngin kitabxanalar fəaliyyət göstərir. Hər bir məktəb kitabxanasındakı kitabların sayı 230000-3000000 arasında dəyişir. Hökumət hər bir məktəbin və kitabxananın vahid elektron məlumat şəbəkəsinə qoşulmasını təmin etmək məqsədilə "Təhsil şəbəkəsi" layihəsini həyata keçirir.
Təhsilin idarə olunması
Küveytdə təhsilin idarə olumasında iki nazirlik iştirak edir. Təhsil Nazirliyi və Ali Təhsil Nazirliyi vahid strategiya əsasında ölkə təhsilinin inkişafı üçün həyata keçirilən tədbirlərin uğurla nəticələnməsi üçün cavabdehlik daşıyırlar.
1962-ci ildə yaradılmış Təhsil Nazirliyi Küveytin ən böyük dövlət qurumlarından biridir. Təhsil Nazirliyi məktəbəqədər, ibtidai, əsas və orta təhsil pillələrinin idarə olunmasını yerinə yetirir.
Məktəbəqədər təhsil
2005-2006-cı tədris ilindən yeni sistemin tətbiqi ilə əlaqədar Küveytdə uşaqlar 2 illik məktəbəqədər təhsilə cəlb olunurlar. Ölkədə məktəbəqədər təhsil pulsuzdur. Küveytdə həmçinin əcnəbi vətəndaşların 4-6 yaşlı uşaqları üçün nəzərdə tutulmuş çoxsaylı bağçalar da fəaliyyət göstərir.
Bütün bu təhsil müəssisələrində uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Odur ki, məktəbyaşlı uşaqların valideynləri övladlarının bağçalara verilməsinə ciddi maraq göstərirlər.
İbtidai təhsil
Küveytdə ibtidai təhsil 5 yaşdan başlayır və 5 il davam edir. İbtidai təhsil bütün Küveyt vətəndaşları üçün pulsuz və icbaridir. 2007-ci ildə uşaqların 98,5 faizi ibtidai təhsilə cəlb olunub. Dövlət ibtidai təhsil müəssisələrində yalnız yerli vətəndaşların övladları və əcnəbi ərəblər oxuya bilər. Uşaqlar ibtidai təhsil pilləsində özəl məktəblərdə də oxumaq imkanına malikdirlər. Özəl məktəblərdə cinsi ayrı-seçkiliyə yol verilmir, oğlanlarla qızlar birlikdə təhsil alırlar. Ölkə üzrə müvafiq yaş qrupundakı uşaqların demək olar ki, hamısı ibtidai və orta təhsilə cəlb olunub.
Ölkədə tədris ili sentyabrın ortalarında başlayır və iyunun ortalarında başa çatır. Tədris həftəsi şənbə günündən çərşənbə gününə qədər davam edir.
Əsas və orta təhsil
Küveytdə əsas təhsil pilləsi 4 il davam edir. Qeyd etdiyimiz kimi, ölkədə əsas təhsil də icbari və dövlət məktəblərində pulsuzdur.
Əsas təhsilini uğurla başa vurmuş şagirdlər daha sonra 3 il tam orta təhsil ala bilərlər. Ölkə üzrə özəl orta təhsil məktəblərində oxuyanlar 8-12 faiz təşkil edir. Orta məktəbləri bitirdikdən sonra şagirdlər müvafiq peşə ixtisaslarına yiyələnmək üçün peşə kollecində və ya ali məktəblərdə təhsillərini davam etdirə bilərlər.
Qeyd olunduğu kimi, Küveytdə məktəblərin əksəriyyəti dövlət tədris müəssisələridir. Bu məktəblərdə təhsil ərəb dilində aparılır.
Özəl təhsil müəssisələri əsasən əcnəbilər üçün təsis olunub. Dövlət məktəblərindən fərqli olaraq özəl orta məktəblərdə də qızlar və oğlanlar birlikdə təhsil alırlar.
Əcnəbi məktəblər də tədris prosesini ölkədə qəbul olunmuş fənn kurikulumlarına uyğun şəkildə qururlar. Nazirlik belə məktəblər qarşısında ərəb dili, İslam dini, tarix, coğrafiya və mədəniyyət sahələri üzrə kurslar təşkil etməyi vacib şərt kimi qoyur.
Əcnəbi ərəb uşaqları üçün özəl məktəblərə hökumət tərəfindən daha böyük dəstək verilir. Belə ki, onlar məktəb tikmək üçün torpaq sahəsi və pulsuz dərsliklərlə təmin olunur. Qeyri-ərəb məktəblərinə də hökumət tərəfindən köməklik göstərilsə də, bu məktəblərdə müvafiq əcnəbi ölkələrin kurikulumu əsasında tədris aparılır.
Küveyt vətəndaşlarının müəyyən bir hissəsi öz uşaqlarının özəl məktəblərdə təhsil almasında maraqlıdır. Çünki özəl məktəblərdə təhsilin keyfiyyəti dövlət məktəbləri ilə müqayisədə daha yüksəkdir. Küveytdə özəl məktəblərin əksəriyyəti xarici sponsorlar tərəfindən maliyyələşir. Ən nüfuzlu özəl məktəblər sırasına Bayan İkidilli Məktəbi, Amerika Beynəlxalq Məktəbi, Amerika-Küveyt Məktəbi və Fransız Məktəbi daxildir.
Texniki peşə təhsili
Küveytdə, əsasən XX əsrin ikinci yarısından peşə təhsili müəssisələrinə ehtiyac yaranıb. Neft ehtiyatlarının aşkara çıxarılması, neft emalı və ixracı ilə əlaqədar olaraq tətbiqi təhsilin əsası qoyulub. XX əsrin 50-ci illərində dövlət tərəfindən peşə təlimi mərkəzləri yaradılmağa və neft sənayesinə lazım olan işçi qüvvəsinin hazırlanması üçün proqramlar təşkil edilməyə başlandı. Daha sonra Təhsil Nazirliyi ixtisaslı kadrlara artmaqda olan ehtiyacın ödənilməsi üçün çoxsaylı ixtisaslaşmış müəssisələr təsis etdi. Digər nazirliklər tərəfindən də müvafiq təlim mərkəzləri və institutların əsası qoyuldu.
Belə müxtəlif profilli və çoxsaylı müəssisələrin fəaliyyətinə nəzarət etmək, onların işini əlaqələndirmək üçün 1972-ci ildə Texniki və peşə təhsili şöbəsi və Mərkəzi təlim şöbəsi (müxtəlif nazirliklərin təlim mərkəzlərinin, eləcə də institutların fəaliyyətini tənzimləyir) yaradıldı. Sonrakı illərdə bu qurumlar ləğv edilərək Tətbiqi Təhsil və Təlim üzrə Dövlət İdarəsi yaradıldı. Küveytdə texniki peşə təhsili bu qurum tərəfindən həyata keçirilir.
Küveytdə 2 il yarım davam edən peşə təhsilinin əsas məqsədi ölkə iqtisadiyyatının inkişafından irəli gələn yerli texniki işçi qüvvəsinə olan ehtiyacın aradan qaldırılması, tələb olunan kadrların hazırlanması, onların ixtisaslarının artırılması və ölkənin insan resurslarına olan ehtiyacının ödəməsindən ibarətdir. Maraqlıdır ki, son illərdə qadınların tələblərinə uyğun olan yeni peşə proqramlarının tətbiqi ilə əlaqədar müxtəlif ixtisaslara yiyələnən zərif cins nümayəndələrinin sayı nəzərəçarpacaq dərəcədə artıb.
Ali təhsil
Elmi tədqiqatlar
Küveytin inkişafında elm və texnologiyanın son nailiyyətlərinin tətbiqi, elmi tədqiqatların nəticələrinə qoyulmuş investisiyalar mühüm rol oynayıb. Bütün bunlar cəmiyyətin ümumi səviyyəsinin yüksəlməsinə, xüsusilə də gənclər üçün yeni imkanların yaradılmasına və onların potensialının genişləndirilməsinə səbəb olub. Ölkənin elm və texnologiya strategiyasının əsas inkişaf prinsipini dünyanın qabaqcıl təcrübəsindən uğurlu şəkildə yararlanmaq, inkişaf etmiş cəmiyyətin təşəkkülündə müasir elmi metodlardan istifadə təşkil edir.
Küveytdə bir sıra ixtisaslaşmış elmi qurumlar fəaliyyət göstərir. Onlar ölkənin elmi inkişaf istiqamətlərini müəyyənləşdirir və elmi tədqiqatlara verdikləri töhfələrə görə kifayət qədər tanınırlar. Bu sıraya Küveyt Elmin İnkişafı Fondu, Küveyt Elmi Tədqiqat İnstitutu və Elm Klubunu aid etmək olar.
Küveyt Elmi Tədqiqat İnstitutu elm və texnoloji tədqiqatlar, məsləhətləşmələr, elmin iqtisadi və ictimai inkişafa tətbiqi sahəsində mühüm rola malikdir. 1967-ci ildə təsis olunmuş Küveyt Elmi Tədqiqat İnstitutu müstəqil fəaliyyət göstərən hökumət qurumudur. Bu qurumun həyata keçirdiyi proqramlar, layihələr müsbət nəticələr verir və bir çox sahələrdə uğurla tətbiq olunur. Küveyt Elmi Tədqiqat İnstitutu yeyinti sənayesi, kənd təsərrüfatı, kimya, energetika sahələrində bir sıra uğurlu layihələrə imza atır.
Küveyt Elmin İnkişafı Fondu müvafiq sahədə Küveytin ən məşhur təşkilatlarından biri hesab edilir. Bu fondun təsis olunmasının təşəbbüskarı Əmir Şeyx Jaber Əl-Əhməd Əl-Sabah olub. Fonda Küveyt əmiri sədrlik edir. Küveyt Elmin İnkişafı Fondu müxtəlif elmi qurumların həyata keçirdiyi elmi tədqiqat layihələrinin maliyyələşməsində mühüm rol oynayır. Fond tərəfindən elmi tədqiqatların inkişafı üzrə Küveyt Mükafatı, Müəlliflər və Tərcüməçilər Mükafatı, Ali məktəbi fərqlənmə ilə bitirən tələbələrin stimullaşdırılması mükafatı təsis olunub.
Elm Klubu elmli, savadlı və tədqiqatyönümlü gənc nəslin formalaşmasında aparıcı rola malikdir. Bu qurum gənclərin gələcəyin alimlərinə çevrilməsi üçün stimul verir. Elm Klubu gənc alimlərin astronomiya elmi sahəsində hazırlanmasına böyük töhfələr verən rəsədxanaya malikdir. Elm Klubu Küveyt Elmin İnkişafı Fondu və Küveyt Elmi Tədqiqat İnstitutu tərəfindən maliyyələşdirilir.
Mənbə
- Bəşarət Məmmədov, Ramil Hüseynov, Küveytin təhsil sistemi 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Küveytin Təhsil və Ali Təhsil nazirliklərinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 16.09.2011, № 36. (az.)
Xarici keçidlər
- Gulf University for Science and Technology (GUST)
- Arab Open University (AOU)
- Australian College of Kuwait (ACK)
- American University of Kuwait (AUK)
- Kuwait-Maastricht Business School (KMBS) Arxivləşdirilib 2012-08-05 at Archive.today
- Box Hill College Kuwait (BHCK)
- American University of the Middle East (AUM) 2018-07-10 at the Wayback Machine
- American College of the Middle East (ACM)
- Kuwait International Law School (KILAW)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kuveytde tehsil Cenub Qerbi Asiyada yerlesen Kuveyt Dovletinde movcud olan coxsaxeli tehsil sistemi TarixiKuveyt tarixine nezer saldiqda burada tehsille bagli bir sira muhum hadiselere rast gelmek olar XX esrin evvellerinde bu olkede neft ehtiyatlari kesf olunmazdan evvel yalniz El Katatib adlandirilan dini mekteblerde tehsil almaq mumkun idi Bele tedris ocaqlarinda tehsil prosesi muqeddes Qurani Kerimin oyredilmesi yazi oxu bacariqlarinin inkisaf etdirilmesi ve riyazi biliklerin asilanmasi ile mehdudlasirdi Bu mektebler esasen varli sexsler terefinden maliyyelesdirilirdi Iqtisadi ve ictimai serait tehsilin bundan artiq inkisaf etdirilmesine imkan vermirdi XX esrin birinci yarisinda Kuveytde bir dene de olsa dovlet mektebi yox idi Ticaretin inkisafi bununla da iqtisadiyyatin yukselisi 1912 ci ilde Kuveytde ilk dunyevi yonlu tedris ocagi olan El Mubarkiyye mektebinin yaranmasina sebeb oldu 1921 ci ilde ise El Ehmediye mektebi yarandi Bu mekteblerde ingilis dili kurslari da tedris olunurdu 1936 ci ilde daha mutesekkil tehsil sistemi formalasdirmaq ucun Tehsil Surasi yaradildi 1939 cu ilde hokumet tehsili tam olaraq nezarete goturdu ve 1945 ci ile qeder 17 dovlet mektebi fealiyyete basladi Ikinci dunya muharibesinden sonra neft senayesi inkisaf etdikce hokumet sosial ictimai sahelere boyuk miqdarda investisiya qoymaga basladi Tehsilin prioritet sahe kimi qebul olunmasi bu sahede yukselise zemin yaratdi 1962 ci ilde qebul olunmus konstitusiyada tehsil xerclerinin dovlet terefinden temin olunmasi ve tedris muessiselerinin tam olaraq desteklenmesi muddeasi eksini tapdi 1965 ci ilde ilk defe olaraq olkede icbari tehsil tetbiq edilmeye basladi 1967 ci ilde ise hokumetin yardimi ile ozel tehsil muessiselerinin esasi qoyuldu Kuveytde mektebeqeder tehsil 1 il ibtidai tehsil 5 il esas tehsil 4 il ve orta tehsil 3 il davam edir Olke vetendaslarinin 6 yasdan 14 yasa qeder ibtidai ve esas tehsil almasi icbari hesab olunur Dovlet tehsilinin butun pilleleri o cumleden ali tehsil pulsuzdur Kuveyt mekteblerinde sagirdler II sinifden ingilis dilini oyrenmeye baslayirlar Kuveytde 1145 mektebeqeder ve orta tehsil muessisesi fealiyyet gosterir Bunlardan 664 u dovlet 481 i ise ozeldir Sagirdlerin mektebeqeder orta tehsil pillesi uzre ucde iki hissesi dovlet muessiselerinde tehsil alir Hazirda Kuveyt mekteblerinde 591359 sagird tehsil alir ki bu da olkenin umumi ehalisinin 20 faizini teskil edir Kuveytin tehsil muessiseleri statusuna gore uc yere bolunur dovlet ozel ve keyfiyyetyonumlu tehsil muessiseleri Olkede mekteblerin ekseriyyeti dovlet tedris muessiseleridir Bu mekteblerde tehsil ereb dilinde aparilir Dovlet mekteblerinde birinci sinifden baslayaraq qizlar ve oglanlar ayri oxusalar da onlar eyni tehsil huququna malikdirler Ozel tehsil muessiseleri esasen Kuveytde oz aileleri ile yasayan ve bu olkeye islemek ucun gelmis ecnebiler ucun tesis olunub Kuveyt hokumeti ozel mekteblere yardim meqsedile her il 5 6 milyon Kuveyt dinari hecminde vesait ayirir Dovlet mekteblerinden ferqli olaraq ozel mekteblerde qizlar ve oglanlar birlikde tehsil alir Ozel tehsil sistemine asagida sadalanan mekteb kateqoriyalari aiddir ozel ereb mektebleri ecnebi ozel mektebler Britaniya Amerika Hindistan ve s medeni institutlar telim pese ve is saheleri uzre ixtisaslasmis muessiseler Keyfiyyetyonumlu tehsil sistemi dini tehsil xususi tehsil yaslilarin tehsili ve pese tehsili olmaqla 4 yere bolunur Dini tehsil esas ve orta tehsil pillelerini ehate edir Kuveytde 81 dini tehsil muessisesi fealiyyet gosterir Xususi tehsil fiziki qusuru ve telim cetinlikleri olan usaqlar ucun nezerde tutulub Yaslilarin tehsili ise yasli neslin savadsizliginin aradan qaldirilmasina xidmet edir Pese tehsilinin esas meqsedi olke iqtisadiyyatinin yerli texniki isci quvvesine olan ehtiyacinin odenilmesi muxtelif saheler uzre teleb olunan kadrlar hazirlanmasi onlarin ixtisaslarinin artirilmasindan ibaretdir 2005 ci ilin statistik melumatlarina gore Kuveytde savadliliq seviyyesi 93 faizden yuxari olub YUNESKO nun 2009 cu il uzre mueyyenlesdirdiyi insan inkisafi indeksinde Kuveyt 31 ci yerde qerarlasib Dovlet xerclerinin 13 faizinin tehsile serf olundugu Kuveyt bununla butun ereb olkeleri arasinda liderliyi ele alib Xususile qeyd edilmelidir ki Kuveyt mekteblerinde olduqca zengin kitabxanalar fealiyyet gosterir Her bir mekteb kitabxanasindaki kitablarin sayi 230000 3000000 arasinda deyisir Hokumet her bir mektebin ve kitabxananin vahid elektron melumat sebekesine qosulmasini temin etmek meqsedile Tehsil sebekesi layihesini heyata kecirir Tehsilin idare olunmasiKuveytde tehsilin idare olumasinda iki nazirlik istirak edir Tehsil Nazirliyi ve Ali Tehsil Nazirliyi vahid strategiya esasinda olke tehsilinin inkisafi ucun heyata kecirilen tedbirlerin ugurla neticelenmesi ucun cavabdehlik dasiyirlar 1962 ci ilde yaradilmis Tehsil Nazirliyi Kuveytin en boyuk dovlet qurumlarindan biridir Tehsil Nazirliyi mektebeqeder ibtidai esas ve orta tehsil pillelerinin idare olunmasini yerine yetirir Mektebeqeder tehsil2005 2006 ci tedris ilinden yeni sistemin tetbiqi ile elaqedar Kuveytde usaqlar 2 illik mektebeqeder tehsile celb olunurlar Olkede mektebeqeder tehsil pulsuzdur Kuveytde hemcinin ecnebi vetendaslarin 4 6 yasli usaqlari ucun nezerde tutulmus coxsayli bagcalar da fealiyyet gosterir Butun bu tehsil muessiselerinde usaqlarin herterefli inkisafi ucun her cur serait yaradilib Odur ki mektebyasli usaqlarin valideynleri ovladlarinin bagcalara verilmesine ciddi maraq gosterirler Ibtidai tehsilKuveytde ibtidai tehsil 5 yasdan baslayir ve 5 il davam edir Ibtidai tehsil butun Kuveyt vetendaslari ucun pulsuz ve icbaridir 2007 ci ilde usaqlarin 98 5 faizi ibtidai tehsile celb olunub Dovlet ibtidai tehsil muessiselerinde yalniz yerli vetendaslarin ovladlari ve ecnebi erebler oxuya biler Usaqlar ibtidai tehsil pillesinde ozel mekteblerde de oxumaq imkanina malikdirler Ozel mekteblerde cinsi ayri seckiliye yol verilmir oglanlarla qizlar birlikde tehsil alirlar Olke uzre muvafiq yas qrupundaki usaqlarin demek olar ki hamisi ibtidai ve orta tehsile celb olunub Olkede tedris ili sentyabrin ortalarinda baslayir ve iyunun ortalarinda basa catir Tedris heftesi senbe gununden cersenbe gunune qeder davam edir Esas ve orta tehsilKuveytde esas tehsil pillesi 4 il davam edir Qeyd etdiyimiz kimi olkede esas tehsil de icbari ve dovlet mekteblerinde pulsuzdur Esas tehsilini ugurla basa vurmus sagirdler daha sonra 3 il tam orta tehsil ala bilerler Olke uzre ozel orta tehsil mekteblerinde oxuyanlar 8 12 faiz teskil edir Orta mektebleri bitirdikden sonra sagirdler muvafiq pese ixtisaslarina yiyelenmek ucun pese kollecinde ve ya ali mekteblerde tehsillerini davam etdire bilerler Qeyd olundugu kimi Kuveytde mekteblerin ekseriyyeti dovlet tedris muessiseleridir Bu mekteblerde tehsil ereb dilinde aparilir Ozel tehsil muessiseleri esasen ecnebiler ucun tesis olunub Dovlet mekteblerinden ferqli olaraq ozel orta mekteblerde de qizlar ve oglanlar birlikde tehsil alirlar Ecnebi mektebler de tedris prosesini olkede qebul olunmus fenn kurikulumlarina uygun sekilde qururlar Nazirlik bele mektebler qarsisinda ereb dili Islam dini tarix cografiya ve medeniyyet saheleri uzre kurslar teskil etmeyi vacib sert kimi qoyur Ecnebi ereb usaqlari ucun ozel mekteblere hokumet terefinden daha boyuk destek verilir Bele ki onlar mekteb tikmek ucun torpaq sahesi ve pulsuz dersliklerle temin olunur Qeyri ereb mekteblerine de hokumet terefinden komeklik gosterilse de bu mekteblerde muvafiq ecnebi olkelerin kurikulumu esasinda tedris aparilir Kuveyt vetendaslarinin mueyyen bir hissesi oz usaqlarinin ozel mekteblerde tehsil almasinda maraqlidir Cunki ozel mekteblerde tehsilin keyfiyyeti dovlet mektebleri ile muqayisede daha yuksekdir Kuveytde ozel mekteblerin ekseriyyeti xarici sponsorlar terefinden maliyyelesir En nufuzlu ozel mektebler sirasina Bayan Ikidilli Mektebi Amerika Beynelxalq Mektebi Amerika Kuveyt Mektebi ve Fransiz Mektebi daxildir Texniki pese tehsiliKuveytde esasen XX esrin ikinci yarisindan pese tehsili muessiselerine ehtiyac yaranib Neft ehtiyatlarinin askara cixarilmasi neft emali ve ixraci ile elaqedar olaraq tetbiqi tehsilin esasi qoyulub XX esrin 50 ci illerinde dovlet terefinden pese telimi merkezleri yaradilmaga ve neft senayesine lazim olan isci quvvesinin hazirlanmasi ucun proqramlar teskil edilmeye baslandi Daha sonra Tehsil Nazirliyi ixtisasli kadrlara artmaqda olan ehtiyacin odenilmesi ucun coxsayli ixtisaslasmis muessiseler tesis etdi Diger nazirlikler terefinden de muvafiq telim merkezleri ve institutlarin esasi qoyuldu Bele muxtelif profilli ve coxsayli muessiselerin fealiyyetine nezaret etmek onlarin isini elaqelendirmek ucun 1972 ci ilde Texniki ve pese tehsili sobesi ve Merkezi telim sobesi muxtelif nazirliklerin telim merkezlerinin elece de institutlarin fealiyyetini tenzimleyir yaradildi Sonraki illerde bu qurumlar legv edilerek Tetbiqi Tehsil ve Telim uzre Dovlet Idaresi yaradildi Kuveytde texniki pese tehsili bu qurum terefinden heyata kecirilir Kuveytde 2 il yarim davam eden pese tehsilinin esas meqsedi olke iqtisadiyyatinin inkisafindan ireli gelen yerli texniki isci quvvesine olan ehtiyacin aradan qaldirilmasi teleb olunan kadrlarin hazirlanmasi onlarin ixtisaslarinin artirilmasi ve olkenin insan resurslarina olan ehtiyacinin odemesinden ibaretdir Maraqlidir ki son illerde qadinlarin teleblerine uygun olan yeni pese proqramlarinin tetbiqi ile elaqedar muxtelif ixtisaslara yiyelenen zerif cins numayendelerinin sayi nezerecarpacaq derecede artib Ali tehsilEsas meqale Kuveytde ali tehsilElmi tedqiqatlarKuveytin inkisafinda elm ve texnologiyanin son nailiyyetlerinin tetbiqi elmi tedqiqatlarin neticelerine qoyulmus investisiyalar muhum rol oynayib Butun bunlar cemiyyetin umumi seviyyesinin yukselmesine xususile de gencler ucun yeni imkanlarin yaradilmasina ve onlarin potensialinin genislendirilmesine sebeb olub Olkenin elm ve texnologiya strategiyasinin esas inkisaf prinsipini dunyanin qabaqcil tecrubesinden ugurlu sekilde yararlanmaq inkisaf etmis cemiyyetin tesekkulunde muasir elmi metodlardan istifade teskil edir Kuveytde bir sira ixtisaslasmis elmi qurumlar fealiyyet gosterir Onlar olkenin elmi inkisaf istiqametlerini mueyyenlesdirir ve elmi tedqiqatlara verdikleri tohfelere gore kifayet qeder taninirlar Bu siraya Kuveyt Elmin Inkisafi Fondu Kuveyt Elmi Tedqiqat Institutu ve Elm Klubunu aid etmek olar Kuveyt Elmi Tedqiqat Institutu elm ve texnoloji tedqiqatlar meslehetlesmeler elmin iqtisadi ve ictimai inkisafa tetbiqi sahesinde muhum rola malikdir 1967 ci ilde tesis olunmus Kuveyt Elmi Tedqiqat Institutu musteqil fealiyyet gosteren hokumet qurumudur Bu qurumun heyata kecirdiyi proqramlar layiheler musbet neticeler verir ve bir cox sahelerde ugurla tetbiq olunur Kuveyt Elmi Tedqiqat Institutu yeyinti senayesi kend teserrufati kimya energetika sahelerinde bir sira ugurlu layihelere imza atir Kuveyt Elmin Inkisafi Fondu muvafiq sahede Kuveytin en meshur teskilatlarindan biri hesab edilir Bu fondun tesis olunmasinin tesebbuskari Emir Seyx Jaber El Ehmed El Sabah olub Fonda Kuveyt emiri sedrlik edir Kuveyt Elmin Inkisafi Fondu muxtelif elmi qurumlarin heyata kecirdiyi elmi tedqiqat layihelerinin maliyyelesmesinde muhum rol oynayir Fond terefinden elmi tedqiqatlarin inkisafi uzre Kuveyt Mukafati Muellifler ve Tercumeciler Mukafati Ali mektebi ferqlenme ile bitiren telebelerin stimullasdirilmasi mukafati tesis olunub Elm Klubu elmli savadli ve tedqiqatyonumlu genc neslin formalasmasinda aparici rola malikdir Bu qurum genclerin geleceyin alimlerine cevrilmesi ucun stimul verir Elm Klubu genc alimlerin astronomiya elmi sahesinde hazirlanmasina boyuk tohfeler veren resedxanaya malikdir Elm Klubu Kuveyt Elmin Inkisafi Fondu ve Kuveyt Elmi Tedqiqat Institutu terefinden maliyyelesdirilir MenbeBesaret Memmedov Ramil Huseynov Kuveytin tehsil sistemi 2014 09 09 at the Wayback Machine Yazinin hazirlanmasinda Kuveytin Tehsil ve Ali Tehsil nazirliklerinin resmi materiallarindan istifade olunub Azerbaycan muellimi qezeti 16 09 2011 36 az Xarici kecidlerVikianbarda Kuveytde tehsil ile elaqeli mediafayllar var Gulf University for Science and Technology GUST Arab Open University AOU Australian College of Kuwait ACK American University of Kuwait AUK Kuwait Maastricht Business School KMBS Arxivlesdirilib 2012 08 05 at Archive today Box Hill College Kuwait BHCK American University of the Middle East AUM 2018 07 10 at the Wayback Machine American College of the Middle East ACM Kuwait International Law School KILAW