Korporativ şəbəkə (KŞ) - korporasiyanın hesablama, kommunikasiya və informasiya resurslarının birləşdirilməsi və elektron verilənlərin (məsələn, elektron sənədlərin, səsin, video görüntünün və s.) ötürülməsi üçün nəzərdə tutulmuş xüsusi şəbəkədir. Ümumi halda, KŞ korporasiyada istifadə olunan müxtəlif tətbiqi proqramlar arasında informasiya mübadiləsini təmin edən sistemdir. KŞ sistem və tətbiqi proqram təminatları, şəbəkə adapterləri, konsentratorlar, komutatorlar və marşrutlayıcılar, kabel sistemi kimi müxtəlif komponentlərdən ibarətdir.
İngilis dilli ədəbiyyatda KŞ "enterprise-wide networks" adlandırılır və tərcüməsinə uyğun olaraq müəssisə miqyaslı şəbəkə kimi adlandırılır. Bu termin özündə birləşmə mənasını daşıyır, yəni KŞ bir qayda olaraq bir neçə qeyri-bircinsli şəbəkələrin (bir müəssisəyə – firmaya məxsus olan) birləşməsi nəticəsində əmələ gəlir (məsələn, kampus şəbəkəsinin, lokal şəbəkələrin (LŞ), territorial şəbəkələrin, İnternet və digərlərinin).
Korporativ şəbəkənin xidmətləri
Müasir KŞ müxtəlif növ xidmətləri təmin edir. Bu xidmətlərə verilənlərin ənənəvi ötürülməsi, İP-telefoniya, video və audio konfranslar və videoyayımlar, mihafizə və videonəzarət aiddir. KŞ-nin müəssisədə istifadəsi aşağıdakıları təmin edir:
- kompüter istifadəçilərinin birgə effektiv işləməsini;
- kompüterlərin, periferiya qurğularının və proqram təminatlarının maksimum səmərəli istifadəsini;
- ümumi istifadə olunan verilənlərə daxilolmalarlarin sadəliyini və rahatlığını;
- və. s.
Korporativ şəbəkənin yaradılmasında məqsəd
KŞ-nin məqsədi müəssisə çərçivəsində vahid informasiya fəzasının yaradılmasıdır, yəni müxtəlif qovşaqlarda yerləşən sistem tətbiqi proqramlarının qarşılıqlı əlaqəsini və onlara, uzaqda yerləşən istifadəçilərin daxil olmasını təmin etməkdir. Müəssisənin Korporativ informasiya fəzasına (KİF) həmçinin fayl sistemi vasitəsi ilə informasiya mübadiləsi, təhlükəsiz elektron poçt, çoxlu sayda funksiyaları olan telefonlaşdırma, selektor məşvərətləri, videokonfransları və s. kimi xidmətlər də daxildir. KŞ-də başlıca və ən yüksək prioritetli xidmət əməkdaşların müəssisənin korporativ idarəetmə sistemində səmərəli işləməsinin təmin olunmasıdır.
Korporativ şəbəkələrin əsasları
KŞ-nin tarixi lokal şəbəkə və qlobal şəbəkələrin yaranma tarixi ilə sıx bağlıdır. Lokal və qlobal şəbəkələrin yaranması, kompüter istifadəçilərinə, operativ informasiya mübadiləsinə yeni imkanlar açdı. Əvvəlcə müəssisələrdə ümumi məsələnin, məsələn, mühasibat və yaxud marketinq məsələlərinin həlli üçün nəzərdə tutulmuş, ancaq müəyyən qrup əməkdaşlar tərəfindən istifadə olunan, şöbə və yaxud qrup LŞ yaradılırdı. Sonra bu şəbəkələr müəssisə və kampus şəbəkələrinə qədər böyüdülər.
Korporativ şəbəkələrin xüsusiyyətləri
Korporativ şəbəkənin ən mühüm xüsusiyyətləri aşağıdakılardır:
- genişmiqyaslı olması – KŞ-lər bir-biri ilə mürəkkəb şəkildə əlaqələnmiş çoxlu sayda kompüterləri böyük ərazidə birləşdirir;
- qeyri-bircinsliliyi – avadanlıqların, protokolların, əməliyyat sistemlərinin, tətbiqi proqramların qeyri-bircinsliyi;
- qlobal əlaqənin istifadə olunması – KŞ-ləri qurarkən uzaqda yerləşən ayrı-ayrı kompüterləri və LŞ-ləri birləşdirmək üçün bütün növ qlobal əlaqə kanallarından (QƏK), o cümlədən, telefon kanallarından, radiokanallarından, peyk rabitəsindən, kanal və paket komutasiyalı şəbəkədən istifadə edilir;
- interqrasiyalılığı – KŞ-lərin qeyri-bircins hissələri və altşəbəkələri istifadəçilərə bütün lazımi resurslara mümkün qədər şəffaf müraciət imkanı verərək, birlikdə işləməlidirlər;
- etibarlılığa yüksək tələb – KŞ-lərdə müəssisə üçün strateji əhəmiyyətli tətbiqi proqramlar istifadə olunur və əhəmiyyətli verilənlər saxlanılır. Ona görə də belə şəbəkələrdə istifadə olunan texniki və proqram təminatlarının etibarlılığına yüksək tələb qoyulmalıdır;
- şəbəkənin idarə olunmasına yüksək tələb – KŞ-nin genişmiqyaslı olması onu idarə etmək üçün çoxfunksiyalı vasitə tələb edir. Əks halda KŞ-ni istismar edən çoxlu sayda mütəxəssislərə çəkilən xərclər gəlirdən çox olar. KŞ-nin inzibatçılarının baş verən imtinalara operativ reaksiya verən sistemə yox, imtinalar haqqında əvvəlcədən xəbər verən sistemə ehtiyacı olur;
- həll olunan məsələlərin universal xarakterli olması – LŞ-nin bir qayda olaraq ixtisaslaşdığı halda KŞ üçün müxtəlif məsələlərin olması adi haldır, bunlardan karguzarlıq, texnoloji proseslərin avtomatlaşdırılması, təcrübi proqramların yaradılması, informasiya axtarışı və s.;
- əhatə olunan texniki problemlərin genişliyi – KŞ-nin lahiyələndirilməsi zamanı çoxsaylı texniki məsələlər (fərdi kompüterlərin, əməliyyat sistemlərinin, tətbiqi proqramların, LŞ-lərin kabel sisteminin, qlobal rabitə növünün seçilməsi, müxtəlif şəbəkə arxitekturlarının uzlaşdırılması, müxtəlif kommunikasiya avadanlığının əsasında şəbəkənin strukturlaşdırılması məsələləri) meydana çıxır.
Mənbə
- Korporativ şəbəkələr və sistemlər, R.H. ŞIXƏLİYEV, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu
Ədəbiyyat
- Компьютерные сети. Принципы, технологии, протоколы / В. Г. Олифер, Н. А. Олифер. – СПб: Питер. 2001. – 672 с.
- Осовецкий Л.Г., Немолочнов О.Ф., Твердый Л.В., Беляков Д.А. Основы корпоративной теории информации. СПб: СПбГУ ИТМО, 2004
- Биячуев Т.А. / под ред. Л.Г. Осовецкого Безопасность корпоративных сетей. – СПб: СПб ГУ ИТМО, 2004.- 161 с.
- Косарев, Ерёмин "Компьютерные системы и сети", Финансы и статистика, 1999 г.
- М. Шестаков "Принципы построения корпоративных сетей передачи данных" – "Компьютерра", № 256, 1997 г.
Həmçinin bax
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Korporativ sebeke KS korporasiyanin hesablama kommunikasiya ve informasiya resurslarinin birlesdirilmesi ve elektron verilenlerin meselen elektron senedlerin sesin video goruntunun ve s oturulmesi ucun nezerde tutulmus xususi sebekedir Umumi halda KS korporasiyada istifade olunan muxtelif tetbiqi proqramlar arasinda informasiya mubadilesini temin eden sistemdir KS sistem ve tetbiqi proqram teminatlari sebeke adapterleri konsentratorlar komutatorlar ve marsrutlayicilar kabel sistemi kimi muxtelif komponentlerden ibaretdir Ingilis dilli edebiyyatda KS enterprise wide networks adlandirilir ve tercumesine uygun olaraq muessise miqyasli sebeke kimi adlandirilir Bu termin ozunde birlesme menasini dasiyir yeni KS bir qayda olaraq bir nece qeyri bircinsli sebekelerin bir muessiseye firmaya mexsus olan birlesmesi neticesinde emele gelir meselen kampus sebekesinin lokal sebekelerin LS territorial sebekelerin Internet ve digerlerinin Korporativ sebekenin xidmetleriMuasir KS muxtelif nov xidmetleri temin edir Bu xidmetlere verilenlerin enenevi oturulmesi IP telefoniya video ve audio konfranslar ve videoyayimlar mihafize ve videonezaret aiddir KS nin muessisede istifadesi asagidakilari temin edir komputer istifadecilerinin birge effektiv islemesini komputerlerin periferiya qurgularinin ve proqram teminatlarinin maksimum semereli istifadesini umumi istifade olunan verilenlere daxilolmalarlarin sadeliyini ve rahatligini ve s Korporativ sebekenin yaradilmasinda meqsedKS nin meqsedi muessise cercivesinde vahid informasiya fezasinin yaradilmasidir yeni muxtelif qovsaqlarda yerlesen sistem tetbiqi proqramlarinin qarsiliqli elaqesini ve onlara uzaqda yerlesen istifadecilerin daxil olmasini temin etmekdir Muessisenin Korporativ informasiya fezasina KIF hemcinin fayl sistemi vasitesi ile informasiya mubadilesi tehlukesiz elektron poct coxlu sayda funksiyalari olan telefonlasdirma selektor mesveretleri videokonfranslari ve s kimi xidmetler de daxildir KS de baslica ve en yuksek prioritetli xidmet emekdaslarin muessisenin korporativ idareetme sisteminde semereli islemesinin temin olunmasidir Korporativ sebekelerin esaslariKS nin tarixi lokal sebeke ve qlobal sebekelerin yaranma tarixi ile six baglidir Lokal ve qlobal sebekelerin yaranmasi komputer istifadecilerine operativ informasiya mubadilesine yeni imkanlar acdi Evvelce muessiselerde umumi meselenin meselen muhasibat ve yaxud marketinq meselelerinin helli ucun nezerde tutulmus ancaq mueyyen qrup emekdaslar terefinden istifade olunan sobe ve yaxud qrup LS yaradilirdi Sonra bu sebekeler muessise ve kampus sebekelerine qeder boyuduler Korporativ sebekelerin xususiyyetleriKorporativ sebekenin en muhum xususiyyetleri asagidakilardir genismiqyasli olmasi KS ler bir biri ile murekkeb sekilde elaqelenmis coxlu sayda komputerleri boyuk erazide birlesdirir qeyri bircinsliliyi avadanliqlarin protokollarin emeliyyat sistemlerinin tetbiqi proqramlarin qeyri bircinsliyi qlobal elaqenin istifade olunmasi KS leri qurarken uzaqda yerlesen ayri ayri komputerleri ve LS leri birlesdirmek ucun butun nov qlobal elaqe kanallarindan QEK o cumleden telefon kanallarindan radiokanallarindan peyk rabitesinden kanal ve paket komutasiyali sebekeden istifade edilir interqrasiyaliligi KS lerin qeyri bircins hisseleri ve altsebekeleri istifadecilere butun lazimi resurslara mumkun qeder seffaf muraciet imkani vererek birlikde islemelidirler etibarliliga yuksek teleb KS lerde muessise ucun strateji ehemiyyetli tetbiqi proqramlar istifade olunur ve ehemiyyetli verilenler saxlanilir Ona gore de bele sebekelerde istifade olunan texniki ve proqram teminatlarinin etibarliligina yuksek teleb qoyulmalidir sebekenin idare olunmasina yuksek teleb KS nin genismiqyasli olmasi onu idare etmek ucun coxfunksiyali vasite teleb edir Eks halda KS ni istismar eden coxlu sayda mutexessislere cekilen xercler gelirden cox olar KS nin inzibatcilarinin bas veren imtinalara operativ reaksiya veren sisteme yox imtinalar haqqinda evvelceden xeber veren sisteme ehtiyaci olur hell olunan meselelerin universal xarakterli olmasi LS nin bir qayda olaraq ixtisaslasdigi halda KS ucun muxtelif meselelerin olmasi adi haldir bunlardan karguzarliq texnoloji proseslerin avtomatlasdirilmasi tecrubi proqramlarin yaradilmasi informasiya axtarisi ve s ehate olunan texniki problemlerin genisliyi KS nin lahiyelendirilmesi zamani coxsayli texniki meseleler ferdi komputerlerin emeliyyat sistemlerinin tetbiqi proqramlarin LS lerin kabel sisteminin qlobal rabite novunun secilmesi muxtelif sebeke arxitekturlarinin uzlasdirilmasi muxtelif kommunikasiya avadanliginin esasinda sebekenin strukturlasdirilmasi meseleleri meydana cixir MenbeKorporativ sebekeler ve sistemler R H SIXELIYEV t e n AMEA Informasiya Texnologiyalari InstitutuEdebiyyatKompyuternye seti Principy tehnologii protokoly V G Olifer N A Olifer SPb Piter 2001 672 s Osoveckij L G Nemolochnov O F Tverdyj L V Belyakov D A Osnovy korporativnoj teorii informacii SPb SPbGU ITMO 2004 Biyachuev T A pod red L G Osoveckogo Bezopasnost korporativnyh setej SPb SPb GU ITMO 2004 161 s Kosarev Eryomin Kompyuternye sistemy i seti Finansy i statistika 1999 g M Shestakov Principy postroeniya korporativnyh setej peredachi dannyh Kompyuterra 256 1997 g Hemcinin baxQlobal sebeke Internet Korporasiya InformasiyaXarici kecidlerhttp abc informbureau com html eidiidaoess html