Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Konsul əlaqələri haqqında Vyana Konvensiyası — konsul münasibətləri sahəsində universal qaydaları müəyyən edən ilk beynəlxalq çoxtərəfli razılaşma. 24 aprel 1963-cü ildə qəbul edilmişdir.
Konsul əlaqələri haqqında Vyana Konvensiyası | |
---|---|
Hazırlanma tarixi | 22 aprel 1963 |
İmzalanma tarixi | 24 aprel 1963 |
İmzalanma yeri | Vyana |
Qüvvəyə minməsi | 19 mart 1967 |
İmzalayanlar | 60 |
Tərəflər | 191 (may 2016) |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Beynəlxalq əlaqələrin hərtərəfli inkişafı, konsul müəssisələrinin rolunun hədsiz artması konsul hüququnun universal səviyyədə məcəllələşdirilməsi zərurətini yaradırdı. Bununla əlaqədar olaraq BMT-nin Baş Assambleyası 1949-cu il dekabrın 6-da Konsul əlaqələri və immunitetləri haqqında konvensiya layihəsinin hazırlanması barədə qətnamə qəbul etmişdir. Baş Assambleyanın bu məsələ ilə bağlı çağırdığı konfransda Konsul əlaqələri haqqında Vyana Konvensiyası qəbul edilmişdir.
Müqavilənin müddəaları
Konsul əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası preambuladan, 5 hissədə birləşən 79 maddədən ibarətdir. 1961-ci il Vyana Konvensiyasında olduğu kimi, bu Konvensiyaya da iki əlavə protokol qəbul edilmişdir (Vətəndaşlığın əldə olunması haqqında fakultativ Protokol və Mübahisələrin məcburi həlli haqqında fakultativ Protokol).
Preambulada Konvensiyanın bağlanmasının məqsədləri açıqlanır. Konvensiyanın 1-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir, belə ki, burada konvensiyada yer alan “konsul müəssisələri”, “konsul dairəsi”, “konsul vəzifəli şəxsi”, “konsul əməkdaşı” və s. kimi terminlərin açıqlaması verilir. I fəsil konsul əlaqələrinin ümumi müddəalarına həsr olunmuşdur. O, iki bölmədən ibarətdir: birinci bölmədə konsul əlaqələrinin qurulması və həyata keçirilməsindən, ikinci bölmədə isə konsul funksiyalarının kəsilməsindən söz açılır. 2-ci maddədə müəyyən olunmuş normaya əsasən diplomatik münasibətlərin qurulmasına verilən razılıq, əgər başqa cür şərtlənməyibsə, həm də konsul əlaqələrinin qurulmasına razılıq deməkdir. Həmin maddənin 3-cü bəndində deyilir ki, diplomatik münasibətlərin kəsilməsi avtomatik olaraq konsul münasibətlərinin kəsilməsinə gətirib çıxarmır.
Vyana Konvensiyası 9-cu maddədə konsulluq müəssisələri başçılarının dörd dərəcəsini müəyyən edir. Konsul müəssisələrinin başçıları baş konsullara, konsullara, vitse-konsullara və konsul agentlərinə bölünürlər.
Konsul funksiyaları, immunitet və imtiyazları baxımından Konvensiyanın 17-ci maddəsi, xüsusilə diqqəti cəlb edir. Bu maddəyə uyğun olaraq, yerləşmə dövlətində akkreditiv dövlətin diplomatik nümayəndəliyi mövcud deyilsə, konsulluğun vəzifəli şəxsi, əgər o buna münasib qaydada səlahiyyətləndirilmişsə, diplomatik aktları da həyata keçirə bilər. Bu və ya digər səbəblərə görə diplomatik nümayəndəliklərdən daha çox konsulluqlara malik olan dövlətlər üçün bu maddə xüsusi əhəmiyyət daşıyır. Lakin bu cür aktları həyata keçirən zaman konsulluğun vəzifəli şəxsinə diplomatik immunitetlər verilmir.
II fəsil konsul müəssisələrinin, ştatlı konsul vəzifəli şəxslərinin və konsul müəssisələrinin digər işçilərinin immunitet və imtiyaz məsələlərinə həsr olunmuşdur.
Konvensiyanın ən çox mübahisə yaradan maddələrindən biri də konsul binalarının toxunulmazlığını müəyyən edən 31-ci maddə olmuşdur. 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından fərqli olaraq, 1963-cü il Konvensiyası konsul binalarının mütləq toxunulmazlığını müəyyən etməmişdir. Bu maddəyə “yanğın qeyd-şərtinin” daxil edilməsi, konsulluq binasının toxunulmazlığı prinsipinin effektliliyini nəzərə çarpacaq dərəcədə azaltmışdır.
1963-cü il Konvensiyasının III fəslində fəxri konsul və konsulmüəssisələrinin hüquqi rejimi müəyyən olunur. Konvensiya açıq ifadə olunmuş şəkildə fəxri konsul institutunun fakultativ xarakterini müəyyən edir: “Hər bir dövlət, fəxri konsul və vəzifəli şəxslərinin təyin edilməsi məsələsini azad həll edir ”.
IV fəsil “Ümumi müddəalar” adlanır. Burada konsul agentliyi institutunun fakultativ xarakterindən (maddə 69), konvensiyanın digər beynəlxalq razılaşmalara münasibətindən (maddə 73 ) və s. söz açılır. 73-cü maddədə deyilir ki, “konvensiyanın müddəaları onda iştirak edən dövlətlər arasında qüvvədə olan digər beynəlxalq razılaşmalara təsir göstərmir”. Bu maddə mühüm əhəmiyyət daşıyır, belə ki, o, çoxtərəfli Vyana Konvensiyası ilə ikitərəfli konsul konvensiyaları və müqavilələri arasında qarşılıqlı nisbəti müəyyən edir.
Konvensiyanın V fəsli “Yekun müddəalar”ı əhatə edir.
Ədəbiyyat
- H.A.Qasımova. Xarici əlaqələr hüququ. Dərslik. Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, 480 səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin Konsul elaqeleri haqqinda Vyana Konvensiyasi konsul munasibetleri sahesinde universal qaydalari mueyyen eden ilk beynelxalq coxterefli razilasma 24 aprel 1963 cu ilde qebul edilmisdir Konsul elaqeleri haqqinda Vyana KonvensiyasiHazirlanma tarixi 22 aprel 1963Imzalanma tarixi 24 aprel 1963Imzalanma yeri VyanaQuvveye minmesi 19 mart 1967Imzalayanlar 60Terefler 191 may 2016 Vikianbarda elaqeli mediafayllarTarixiBeynelxalq elaqelerin herterefli inkisafi konsul muessiselerinin rolunun hedsiz artmasi konsul huququnun universal seviyyede mecellelesdirilmesi zeruretini yaradirdi Bununla elaqedar olaraq BMT nin Bas Assambleyasi 1949 cu il dekabrin 6 da Konsul elaqeleri ve immunitetleri haqqinda konvensiya layihesinin hazirlanmasi barede qetname qebul etmisdir Bas Assambleyanin bu mesele ile bagli cagirdigi konfransda Konsul elaqeleri haqqinda Vyana Konvensiyasi qebul edilmisdir Muqavilenin muddealariKonsul elaqeleri haqqinda 1963 cu il Vyana Konvensiyasi preambuladan 5 hissede birlesen 79 maddeden ibaretdir 1961 ci il Vyana Konvensiyasinda oldugu kimi bu Konvensiyaya da iki elave protokol qebul edilmisdir Vetendasligin elde olunmasi haqqinda fakultativ Protokol ve Mubahiselerin mecburi helli haqqinda fakultativ Protokol Preambulada Konvensiyanin baglanmasinin meqsedleri aciqlanir Konvensiyanin 1 ci maddesi xususi ehemiyyet kesb edir bele ki burada konvensiyada yer alan konsul muessiseleri konsul dairesi konsul vezifeli sexsi konsul emekdasi ve s kimi terminlerin aciqlamasi verilir I fesil konsul elaqelerinin umumi muddealarina hesr olunmusdur O iki bolmeden ibaretdir birinci bolmede konsul elaqelerinin qurulmasi ve heyata kecirilmesinden ikinci bolmede ise konsul funksiyalarinin kesilmesinden soz acilir 2 ci maddede mueyyen olunmus normaya esasen diplomatik munasibetlerin qurulmasina verilen raziliq eger basqa cur sertlenmeyibse hem de konsul elaqelerinin qurulmasina raziliq demekdir Hemin maddenin 3 cu bendinde deyilir ki diplomatik munasibetlerin kesilmesi avtomatik olaraq konsul munasibetlerinin kesilmesine getirib cixarmir Vyana Konvensiyasi 9 cu maddede konsulluq muessiseleri bascilarinin dord derecesini mueyyen edir Konsul muessiselerinin bascilari bas konsullara konsullara vitse konsullara ve konsul agentlerine bolunurler Konsul funksiyalari immunitet ve imtiyazlari baximindan Konvensiyanin 17 ci maddesi xususile diqqeti celb edir Bu maddeye uygun olaraq yerlesme dovletinde akkreditiv dovletin diplomatik numayendeliyi movcud deyilse konsullugun vezifeli sexsi eger o buna munasib qaydada selahiyyetlendirilmisse diplomatik aktlari da heyata kecire biler Bu ve ya diger sebeblere gore diplomatik numayendeliklerden daha cox konsulluqlara malik olan dovletler ucun bu madde xususi ehemiyyet dasiyir Lakin bu cur aktlari heyata keciren zaman konsullugun vezifeli sexsine diplomatik immunitetler verilmir II fesil konsul muessiselerinin statli konsul vezifeli sexslerinin ve konsul muessiselerinin diger iscilerinin immunitet ve imtiyaz meselelerine hesr olunmusdur Konvensiyanin en cox mubahise yaradan maddelerinden biri de konsul binalarinin toxunulmazligini mueyyen eden 31 ci madde olmusdur 1961 ci il Diplomatik elaqeler haqqinda Vyana Konvensiyasindan ferqli olaraq 1963 cu il Konvensiyasi konsul binalarinin mutleq toxunulmazligini mueyyen etmemisdir Bu maddeye yangin qeyd sertinin daxil edilmesi konsulluq binasinin toxunulmazligi prinsipinin effektliliyini nezere carpacaq derecede azaltmisdir 1963 cu il Konvensiyasinin III feslinde fexri konsul ve konsulmuessiselerinin huquqi rejimi mueyyen olunur Konvensiya aciq ifade olunmus sekilde fexri konsul institutunun fakultativ xarakterini mueyyen edir Her bir dovlet fexri konsul ve vezifeli sexslerinin teyin edilmesi meselesini azad hell edir IV fesil Umumi muddealar adlanir Burada konsul agentliyi institutunun fakultativ xarakterinden madde 69 konvensiyanin diger beynelxalq razilasmalara munasibetinden madde 73 ve s soz acilir 73 cu maddede deyilir ki konvensiyanin muddealari onda istirak eden dovletler arasinda quvvede olan diger beynelxalq razilasmalara tesir gostermir Bu madde muhum ehemiyyet dasiyir bele ki o coxterefli Vyana Konvensiyasi ile ikiterefli konsul konvensiyalari ve muqavileleri arasinda qarsiliqli nisbeti mueyyen edir Konvensiyanin V fesli Yekun muddealar i ehate edir EdebiyyatH A Qasimova Xarici elaqeler huququ Derslik Baki Baki Universiteti nesriyyati 2008 480 seh