Kolanı yurdları — Kolanı tayfası ilə bağlı Şirvanda və Muğanda geniş yayılmış yer adları.
Haqqında
Tarixi Şirvan ərazisinin ən böyük tayfalarından biri olan Kolanılar barədə geniş araşdırmalar aparan tədqiqatçı Nurəddin Bəndəliyevin tədqiqatına əsasən Qarabağdan Şirvana köçürülən Kolanı elatının Şamaxı şəhəri yaxınlığındakı müasir Xilmilli və Qızmeydan kəndləri ərazisində yerləşdiyi müəyyənləşdirilmişdir. Tədqiqatçının mülahizələrinə əsasən Qarabağdan böyük bir Kolanı tayfasının Şirvana göndərilməsi 1795-ci ildə olsa da, Kolanıların Qarabağ və Naxçıvandan bu bölgəyə yerləşməsi bu tarixdən əvvələ, XVI əsrdən olmalıdır.
Girdə yaylağında Kolanıların məskunlaşmasından əvvəl digər tayfalar da olmuşdur, ancaq yaylaq ərazisində mövcud olmuş Dağ Kolanı kəndinin qəbiristanlığının tarixi, yerli sakinlərin fikrincə, 1600-cü illərədək qədimə aiddir. Onların Naxçıvan və Qarabağdan Şirvan ərazisinə 1600-cü illərdən də əvvəl köçməsi səbəbləri və faktlar barədə tarixi qaynaqlar vardır. Osmanlı hücumları, Şah Təhmasibin "yandırılmış torpaq" taktikası ilə köçürmə siyasəti bu tarixi yarım əsr də geriyə aparır. Kolanıların Şirvana məhz Qarabağ və Naxçıvandan, eləcə də XVI əsrdə gəlməsi onların Şirvanda ilk məskunlaşma tarixi kimi qəbul oluna bilməz. Məlum olduğu kimi, Şirvan ərazisində türk tayfalarının məskunlaşma tarixi qədim dövlərə gedib çıxır. Kolanı tayfasının bəzən Kolan olaraq da adlanmasına Şirvanda da rast gəlinmişdir. N. Bəndəliyev Kolanıların Goran, Qaraoğlanlı, Pirəvənd, Osallı, Türəni, Şadılı, Həzili, Ağsaqlı, Lolaylı və Alataxtalı kimi qollarının XVIII əsrdə Şirvanda məskunlaşdığını bildirir. XVIII əsrdə Quba xanlığının Şabran mahalında 60 həyətdən ibarət Kolanı və 130 həyətdən ibarət Osallı kəndləri olmuşdur ki, bu kəndlərin salınma tarixinin araşdırılmasına ehtiyac vardır. Quba xanı Fətəli xanın Qarabağa hücümları zamanı çoxlu sayda əhalini köçürüb aparması faktı da bu məsələ ilə əlaqədar ola bilər. Eyni zamanda 1796-cı il köçürməsi zamanı da bu əraziyə Kolanı tayfalarının köçməsi barədə mənbələrdə məlumat vardır. XIX əsrdə I Rus-İran müharibəsi zamanı (1804–1813) Şirvanın bəzi tayfaları Pirqulu xan Qacarlı tərəfindən Muğan-Talış bölgəsinə köçürülmüşdür. Şirvanlı Mustafa xanın apardığı danışıqlardan sonra bu tayfalardan geri qaytarılanlar olur. Köçürülən tayfalar içərisində Kolanıların da olması ehtimalı güclüdür. Biləsuvar rayonu ərazisində yaşayan Kolanılar, İranın Muğan bölgəsində Kolan kəndi bu köçürmə ilə bağlı ola bilər.
1840–1849-cu illərdə Şirvan ərazisində Kolanıların yaşadığı yerlərə rus koloniyaları yerləşdirildi və 1840-cı ildə əhalisi ruslardan ibarət olan Xilmilli, 1849-cu ildə isə Astraxanka (Qızmeydan) kəndləri yaradılır. Beləliklə, Kolanı elatı öz ərazilərindən çıxarıldı və bu illərdə Şamaxı şəhərinin şərq tərəfində, indiki Sabir qəsəbəsinin şimal-şərqində yerləşdirildi. 441 çadırdan ibarət olan tayfa bu ərazinin heyvandarlıq üçün əlverişsiz olması səbəbindən dağlıq bölgələr olan Girdə yaylasına köçür. Getdikcə böyüyərək Girdə yaylasına sığmayan tayfa maldarlıq və heyvandarlıqla əlaqədar aran bölgələr olan Kürqırağında qışlayır və zaman keçdikcə bu ərazilərdə məskunlaşaraq bir sıra yaşayış məntəqələrinin əsasını qoyurlar. Şamaxı bölgəsi Kolanıları XVIII əsrdə Dəvəçi və Quba bölgələrinə, XIX əsrin ortalarında indiki Siyəzən rayonunun Kolanı kəndinə, XIX əsrin axırlarında indiki Neftçala rayonunun Uzunbabalı kəndinə, 1914–1915-ci illərdə indiki Sabirabad rayonunun Kolanı kəndinə yerləşirlər. Hacıqabul rayonunda əsasən tayfanın Türəni qolundan olanlar məskunlaşmışdı. Sonradan Girdə yaylasında olan Kolanı kəndi ilə Kürqırağında olan Kolanı kəndini fərqləndirmək üçün Girdə ərazisində olan Kolanı kəndinin adına "Dağ" sözü əlavə olunmuşdur. Salyan rayonun Kolanı kəndi 1930–1945-ci illərdə Dağ Kolanı kəndindən köçən tayfa və tirələr tərəfindən yaradılmışdır. 1918-ci ildən ermənilərin hücumlarına qarşı Girdə yaylasında, Dağ Kolanıda yaşayan camaat özünümüdafiə dəstəsi yaradaraq mübarizə aparırlar. Hacı Rüstəm 1918-ci ildə Dağ Kolanı camaatının ermənilərə qarşı mübarizəsində böyük qəhrəmanlıqlar göstərmiş şəxsdir. Onun başçılığı ilə ermənilərlə mübarizə aparan Kolanılar Osmanlı ordusunun gəlişinə qədər uğurla mübarizəni davam etdirirlər. Osmanlı ordusu Hacı Rüstəmə qəhrəmanlığına görə medal verir. 1937-ci ilin repressiya illərində ermənilər silahla torpağından çıxara bilmədiyi Hacı Rüstəmi fitnə ilə yurdundan edərək Sibirə sürgün edirlər və bu yaşlı insan sürgündən qayıtmır. 1918-ci ildə Hamazaspın başçılığı ilə Quba bölgəsində 122 kəndi dağıdırlar ki, bu kəndlərdən birinin Kolanı kəndi olduğu o dövrün sənədlərində əks olunmuşdu.
1950-ci illərdə M. C. Bağırov tərəkəməliyin ləğv edilməsi barədə fərman verərək Şirvanın Dağ Kolanı kəndində yaşayan əhalinin dəvə və atlarının bir qismini müsadirə etdirir. Nəticədə Kolanılar yaylaq bölgələrindən aran rayonlara, daha çox Salyan və Sabirabada enməyə məcbur olur. M. C. Bağırovun bu addımının arxasında çox güman ki, hökumət nəzarətindən kənarda olan, böyük və güclü bir kütləyə çevrilən Kolanı camaatını dağıtmaq niyyəti vardı. Bağırov hələ 1920-ci illərdə olan məruzəsində Kolanıları Qarabağın ən narahat tayfası adlandırmışdı. Eyni zamanda Kolanıların qatıldığı 1930-cu illərin üsyanları da onun şahidi olduğu dövr idi. Qərardan sonrakı on il ərzində, yəni 1950–1960-cı illərdə Ağsu şəhərinə, Salyan, Hacıqabul, Şirvan, Mərəzə rayonlarının Poladlı, Qaraçala, Kərimbəyli, Xələc, Yolüstü, Varlı, Çadırlı, Yenikənd, Hacı Qəhrəmanlı və Muğanlı qəsəbələri, Düzənlik, Arxarası və başqa kəndlərə köçdülər. Bu köçlərin nəticəsi olaraq Şirvan Kolanılarının ana yurdu olan Dağ Kolanı kəndi tərk edilmiş, 1972-ci ildən yenidən bərpa edilmişdir, sonralar geri qayıdan bəzi ailələr də 2005-ci ildə kəndi tərk etmiş və beləliklə kənd ləğv olunmuşdur. Dağ Kolanı camaatının bir neçə rayona səpələnmələrinə baxmayaraq müasir dövrdə də xeyir və şərdə əlaqələri saxlayırlar. Dağ Kolanıya olan həsrət duyğusu N. Bəndəliyevin bir çox şerlərində, N. Hacıheydərlinin "Dağ Kolanı" dastanında və başqa əsərlərdə özünü göstərir.
Mənbə
- Bəndəliyev N. S. Dağlıq Şirvanın toponimləri. Bakı: Elm, 2009, 352 s.
- Kırzıoğlu F. Osmanlıların Qafqaz ellerini fethi (1451–1590). Ankara:Türk Tarih Kurumu Basımevi, 1993, 550 s.
- Qarabağnamələr. Bakı: Yazıçı, 1991, 450 s.
- Qəniyev S. Dağ Kolanı-elim mənim. Bakı: Nurlan, 2001, 316 s.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kolani yurdlari Kolani tayfasi ile bagli Sirvanda ve Muganda genis yayilmis yer adlari HaqqindaTarixi Sirvan erazisinin en boyuk tayfalarindan biri olan Kolanilar barede genis arasdirmalar aparan tedqiqatci Nureddin Bendeliyevin tedqiqatina esasen Qarabagdan Sirvana kocurulen Kolani elatinin Samaxi seheri yaxinligindaki muasir Xilmilli ve Qizmeydan kendleri erazisinde yerlesdiyi mueyyenlesdirilmisdir Tedqiqatcinin mulahizelerine esasen Qarabagdan boyuk bir Kolani tayfasinin Sirvana gonderilmesi 1795 ci ilde olsa da Kolanilarin Qarabag ve Naxcivandan bu bolgeye yerlesmesi bu tarixden evvele XVI esrden olmalidir Girde yaylaginda Kolanilarin meskunlasmasindan evvel diger tayfalar da olmusdur ancaq yaylaq erazisinde movcud olmus Dag Kolani kendinin qebiristanliginin tarixi yerli sakinlerin fikrince 1600 cu illeredek qedime aiddir Onlarin Naxcivan ve Qarabagdan Sirvan erazisine 1600 cu illerden de evvel kocmesi sebebleri ve faktlar barede tarixi qaynaqlar vardir Osmanli hucumlari Sah Tehmasibin yandirilmis torpaq taktikasi ile kocurme siyaseti bu tarixi yarim esr de geriye aparir Kolanilarin Sirvana mehz Qarabag ve Naxcivandan elece de XVI esrde gelmesi onlarin Sirvanda ilk meskunlasma tarixi kimi qebul oluna bilmez Melum oldugu kimi Sirvan erazisinde turk tayfalarinin meskunlasma tarixi qedim dovlere gedib cixir Kolani tayfasinin bezen Kolan olaraq da adlanmasina Sirvanda da rast gelinmisdir N Bendeliyev Kolanilarin Goran Qaraoglanli Pirevend Osalli Tureni Sadili Hezili Agsaqli Lolayli ve Alataxtali kimi qollarinin XVIII esrde Sirvanda meskunlasdigini bildirir XVIII esrde Quba xanliginin Sabran mahalinda 60 heyetden ibaret Kolani ve 130 heyetden ibaret Osalli kendleri olmusdur ki bu kendlerin salinma tarixinin arasdirilmasina ehtiyac vardir Quba xani Feteli xanin Qarabaga hucumlari zamani coxlu sayda ehalini kocurub aparmasi fakti da bu mesele ile elaqedar ola biler Eyni zamanda 1796 ci il kocurmesi zamani da bu eraziye Kolani tayfalarinin kocmesi barede menbelerde melumat vardir XIX esrde I Rus Iran muharibesi zamani 1804 1813 Sirvanin bezi tayfalari Pirqulu xan Qacarli terefinden Mugan Talis bolgesine kocurulmusdur Sirvanli Mustafa xanin apardigi danisiqlardan sonra bu tayfalardan geri qaytarilanlar olur Kocurulen tayfalar icerisinde Kolanilarin da olmasi ehtimali gucludur Bilesuvar rayonu erazisinde yasayan Kolanilar Iranin Mugan bolgesinde Kolan kendi bu kocurme ile bagli ola biler 1840 1849 cu illerde Sirvan erazisinde Kolanilarin yasadigi yerlere rus koloniyalari yerlesdirildi ve 1840 ci ilde ehalisi ruslardan ibaret olan Xilmilli 1849 cu ilde ise Astraxanka Qizmeydan kendleri yaradilir Belelikle Kolani elati oz erazilerinden cixarildi ve bu illerde Samaxi seherinin serq terefinde indiki Sabir qesebesinin simal serqinde yerlesdirildi 441 cadirdan ibaret olan tayfa bu erazinin heyvandarliq ucun elverissiz olmasi sebebinden dagliq bolgeler olan Girde yaylasina kocur Getdikce boyuyerek Girde yaylasina sigmayan tayfa maldarliq ve heyvandarliqla elaqedar aran bolgeler olan Kurqiraginda qislayir ve zaman kecdikce bu erazilerde meskunlasaraq bir sira yasayis menteqelerinin esasini qoyurlar Samaxi bolgesi Kolanilari XVIII esrde Deveci ve Quba bolgelerine XIX esrin ortalarinda indiki Siyezen rayonunun Kolani kendine XIX esrin axirlarinda indiki Neftcala rayonunun Uzunbabali kendine 1914 1915 ci illerde indiki Sabirabad rayonunun Kolani kendine yerlesirler Haciqabul rayonunda esasen tayfanin Tureni qolundan olanlar meskunlasmisdi Sonradan Girde yaylasinda olan Kolani kendi ile Kurqiraginda olan Kolani kendini ferqlendirmek ucun Girde erazisinde olan Kolani kendinin adina Dag sozu elave olunmusdur Salyan rayonun Kolani kendi 1930 1945 ci illerde Dag Kolani kendinden kocen tayfa ve tireler terefinden yaradilmisdir 1918 ci ilden ermenilerin hucumlarina qarsi Girde yaylasinda Dag Kolanida yasayan camaat ozunumudafie destesi yaradaraq mubarize aparirlar Haci Rustem 1918 ci ilde Dag Kolani camaatinin ermenilere qarsi mubarizesinde boyuk qehremanliqlar gostermis sexsdir Onun basciligi ile ermenilerle mubarize aparan Kolanilar Osmanli ordusunun gelisine qeder ugurla mubarizeni davam etdirirler Osmanli ordusu Haci Rusteme qehremanligina gore medal verir 1937 ci ilin repressiya illerinde ermeniler silahla torpagindan cixara bilmediyi Haci Rustemi fitne ile yurdundan ederek Sibire surgun edirler ve bu yasli insan surgunden qayitmir 1918 ci ilde Hamazaspin basciligi ile Quba bolgesinde 122 kendi dagidirlar ki bu kendlerden birinin Kolani kendi oldugu o dovrun senedlerinde eks olunmusdu 1950 ci illerde M C Bagirov terekemeliyin legv edilmesi barede ferman vererek Sirvanin Dag Kolani kendinde yasayan ehalinin deve ve atlarinin bir qismini musadire etdirir Neticede Kolanilar yaylaq bolgelerinden aran rayonlara daha cox Salyan ve Sabirabada enmeye mecbur olur M C Bagirovun bu addiminin arxasinda cox guman ki hokumet nezaretinden kenarda olan boyuk ve guclu bir kutleye cevrilen Kolani camaatini dagitmaq niyyeti vardi Bagirov hele 1920 ci illerde olan meruzesinde Kolanilari Qarabagin en narahat tayfasi adlandirmisdi Eyni zamanda Kolanilarin qatildigi 1930 cu illerin usyanlari da onun sahidi oldugu dovr idi Qerardan sonraki on il erzinde yeni 1950 1960 ci illerde Agsu seherine Salyan Haciqabul Sirvan Mereze rayonlarinin Poladli Qaracala Kerimbeyli Xelec Yolustu Varli Cadirli Yenikend Haci Qehremanli ve Muganli qesebeleri Duzenlik Arxarasi ve basqa kendlere kocduler Bu koclerin neticesi olaraq Sirvan Kolanilarinin ana yurdu olan Dag Kolani kendi terk edilmis 1972 ci ilden yeniden berpa edilmisdir sonralar geri qayidan bezi aileler de 2005 ci ilde kendi terk etmis ve belelikle kend legv olunmusdur Dag Kolani camaatinin bir nece rayona sepelenmelerine baxmayaraq muasir dovrde de xeyir ve serde elaqeleri saxlayirlar Dag Kolaniya olan hesret duygusu N Bendeliyevin bir cox serlerinde N Haciheyderlinin Dag Kolani dastaninda ve basqa eserlerde ozunu gosterir MenbeBendeliyev N S Dagliq Sirvanin toponimleri Baki Elm 2009 352 s Kirzioglu F Osmanlilarin Qafqaz ellerini fethi 1451 1590 Ankara Turk Tarih Kurumu Basimevi 1993 550 s Qarabagnameler Baki Yazici 1991 450 s Qeniyev S Dag Kolani elim menim Baki Nurlan 2001 316 s