Kiprli Anna (yun. Άννα της Κύπρου; it. Anna di Cipro) (24 sentyabr 1418, Nikosiya, Nikosiya rayonu[d] – 11 noyabr 1462, Cenevrə, Cenevrə kantonu) — Savoyya hersoqu Lüdovikin xanımı, Savoyya hersoqinası. Atası Kipr kralı , anası isə onun ikinci xanımı Burbonlu Şarlottadır.
Kiprli Anna | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 sentyabr 1418 |
Doğum yeri |
|
Vəfat tarixi | 11 noyabr 1462(44 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
9 avqust 1431-ci ildə bağlanan sazişlə Savoyya hersoqluğunun varisi Şahzadə Amadeusla nişanlansa da, cəmi 20 gün sonra vəliəhd anidən vəfat etdi. Ancaq tərəflər arasında əlaqələri qırmamaq üçün Anna 1 yanvar 1432-ci ildə bağlanan yeni sazişlə hersoqun ikinci oğlu və yeni varisi Lüdoviklə nişanlandı. Cütlüyün toy mərasimi 12 fevral 1434-cü ildə Şamberidə keçirildi və bir neçə ay sonra — 7 noyabrda hersoq oğlunu naib təyin edərək dövlət işlərindən uzaqlaşdığını elan etdi. Buna baxmayaraq V Feliks adını alıb antipapa seçildiyi tarixədək (1440) hersoqluğun idarəsindən rəsmi şəkildə əl çəkmədi.
Əri Savoyyalı Lüdovik isə ədəbiyyatla məşğul olur, hersoqluğun idarəsini xanımına həvalə etmişdi. Tez-tez əyləncələr tərtibləyən Annanın dəbdəbəli həyatı bir çox kəndlinin və əsilzadənin etirazına səbəb olmuşdu. Bütün bu məsrəflərin qarşılanması üçün Anna qızları üçün mühüm evlilik planları tərtiblədi. 1451-ci ildə 10 yaşlı qızı Şarlottanı Fransa taxtının vəliəhdi Lüdoviklə evləndirdi.
11 noyabr 1462-ci ildə Cenevrədə vəfat etdi.
Mənbə
İstinadlar
- Lundy D. R. Anne de Lusignan, Princess of Cyprus // The Peerage (ing.).
- Pas L. v. Anne de Lusignan // Genealogics (ing.). 2003.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer