Keçəli qoz gənəsi (lat. Aceria erinea (Nalepa, 1891)) — ancaq qoz ağaclarına ziyan vuran gənə növü. İlk dəfə A.Nalepa tərəfindən qeyd edilən bu növün klassik təsvirini Q.Kifer (Keifer 1938, 1952) vermişdir.
Keçəli qoz gənəsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Keçəli qoz gənəsi | ||||||||
Beynəlxalq elmi adı | ||||||||
| ||||||||
|
Sorucu ağız aparatına malik olan sarımtıl rəngli keçəli qoz gənəsi sorucu ağız aparatı vasitəsilə yarpaqların hüceyrə şirəsini sorur və nəticədə həmin yerdə yarpaqların üst səthində qalın divarlı, iri, girdə qabarıqlar və ya şişkinliklər əmələ gəlir. Yarpaqların alt səthində isə həmin qabarıqlara uyğun müxtəlif ölçülü çökəkliklər yaranır. Çökəkliklərin daxili divarı isə sarımtıl rəngli sıx tükcüklərlə (erineum) örtülmüş olur. Bu mənzərə keçəni xatırladır (adı da buradan götürülüb) və gənələr orada açıq halda yaşayır. Tükcuk və ya keçə ilə əhatə olunmuş ərazinin ölçüsü 0,25 – 4,50 mikrometr təşkil edir. Keçəli qoz gənəsinin biologiyası bir çox cəhətdən ziyilli qoz gənəsi (lat. Aceria tristriata) ilə oxşardır. Bu növ də öz inkişafını yumurta – nimfa I – nimfa II – yetkin fərd mərhələsində başa vurur. Dişilər cavan zoğlarda, tumurcuğun əsasında, catlarda və s. bu kimi yerlərdə qışlayır. Aprel ayından başlayan və təxminən 15-20 gün davam edən yaz miqrasiyası tumurcuqların açılmasına təsadüf edir. May ayının ortalarında dişilər yumurta qoymağa başlayır. Keçəli qoz gənəsinin nəslinin inkişafı 1 ay çəkir və iyun ayının axırında bitir. Ancaq sonrakı nəsillər daha tez inkişaf edir. Gənə generasiya zamanı 4 nəslə başlanğıc verir. Bu növün əmələ gətirdiyi keçələrin daxilindəki gənələrin sayı o qədər də çox olmur. Bunu belə izah etmək olar ki, keçəli gənələr açıq yaşayan növlər olub, fır əmələ gətirmirlər. Burada yırtıcı gənələr də az olmur və onların fəaliyyətinin nəticəsində qeyd edilən 4 ayaqlı gənənin sayı da az olur. Onların sayı ən çox iyul ayında artır. Yazda əmələ gələn keçələr yarpaqları möhkəm deformasiya edərək, onların inkişafını ləngidir.
Avropa növü olan bu gənə az rütubətli yerlərdə bitən qoz ağaclarını yoluxdurmaqla zoğların əsasında yerləşən yarpaq və zoğlara ciddi ziyan vurur. Nəticədə həmin zoğ və yarpaqlar böyümədən qalaraq məhv olur. Çox maraqlıdır ki, ziyilli qoz gənəsi və keçəli qoz gənəsi növləri heç vaxt eyni yarpağı yoluxdurmurlar. Ancaq kütləvi çoxalma zamanı hərdən belə hallara rast gəlmək olar. Holarktik növdür.
Azərbaycanda rast gəlinməsi
Azərbaycanda Ağstafa rayonunun Poylu kəndində becərilən və meşədə rast gəlinən qoz ağaclarının yarpaqlarından yığılmışdır. Azərbaycan faunası üçün xarakterik növ deyildir.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Keceli qoz genesi lat Aceria erinea Nalepa 1891 ancaq qoz agaclarina ziyan vuran gene novu Ilk defe A Nalepa terefinden qeyd edilen bu novun klassik tesvirini Q Kifer Keifer 1938 1952 vermisdir Keceli qoz genesiElmi tesnifatXETA parent ve rang parametrlerini doldurmaq lazimdir Keceli qoz genesiBeynelxalq elmi adiAceria erinea Alfred Nalepa 1891Sekil axtarisiNCBI 2798759EOL 3200487 Sorucu agiz aparatina malik olan sarimtil rengli keceli qoz genesi sorucu agiz aparati vasitesile yarpaqlarin huceyre siresini sorur ve neticede hemin yerde yarpaqlarin ust sethinde qalin divarli iri girde qabariqlar ve ya siskinlikler emele gelir Yarpaqlarin alt sethinde ise hemin qabariqlara uygun muxtelif olculu cokeklikler yaranir Cokekliklerin daxili divari ise sarimtil rengli six tukcuklerle erineum ortulmus olur Bu menzere keceni xatirladir adi da buradan goturulub ve geneler orada aciq halda yasayir Tukcuk ve ya kece ile ehate olunmus erazinin olcusu 0 25 4 50 mikrometr teskil edir Keceli qoz genesinin biologiyasi bir cox cehetden ziyilli qoz genesi lat Aceria tristriata ile oxsardir Bu nov de oz inkisafini yumurta nimfa I nimfa II yetkin ferd merhelesinde basa vurur Disiler cavan zoglarda tumurcugun esasinda catlarda ve s bu kimi yerlerde qislayir Aprel ayindan baslayan ve texminen 15 20 gun davam eden yaz miqrasiyasi tumurcuqlarin acilmasina tesaduf edir May ayinin ortalarinda disiler yumurta qoymaga baslayir Keceli qoz genesinin neslinin inkisafi 1 ay cekir ve iyun ayinin axirinda bitir Ancaq sonraki nesiller daha tez inkisaf edir Gene generasiya zamani 4 nesle baslangic verir Bu novun emele getirdiyi kecelerin daxilindeki genelerin sayi o qeder de cox olmur Bunu bele izah etmek olar ki keceli geneler aciq yasayan novler olub fir emele getirmirler Burada yirtici geneler de az olmur ve onlarin fealiyyetinin neticesinde qeyd edilen 4 ayaqli genenin sayi da az olur Onlarin sayi en cox iyul ayinda artir Yazda emele gelen keceler yarpaqlari mohkem deformasiya ederek onlarin inkisafini lengidir Avropa novu olan bu gene az rutubetli yerlerde biten qoz agaclarini yoluxdurmaqla zoglarin esasinda yerlesen yarpaq ve zoglara ciddi ziyan vurur Neticede hemin zog ve yarpaqlar boyumeden qalaraq mehv olur Cox maraqlidir ki ziyilli qoz genesi ve keceli qoz genesi novleri hec vaxt eyni yarpagi yoluxdurmurlar Ancaq kutlevi coxalma zamani herden bele hallara rast gelmek olar Holarktik novdur Azerbaycanda rast gelinmesiAzerbaycanda Agstafa rayonunun Poylu kendinde becerilen ve mesede rast gelinen qoz agaclarinin yarpaqlarindan yigilmisdir Azerbaycan faunasi ucun xarakterik nov deyildir