Keçəçilik — Qədim xalq sənəti növü
Keçənin yaranması
Xalq sənətinin ən geniş yayılmış növlərindən biri . Toxuculuğun tarixi isə bilavasitə keçənin yaranması və istifadəsi ilə bağlıdır. Çünki bəzi alimlər toxuculuq sahəsində apardıqları araşdırmalarda keçəçiliyin onun ilk rüşeymi olduğu qənaətinə gəlmişlər. Keçənin dəqiq nə vaxt və harada yaranıb istifadə olunduğu haqqında məlumat yoxdur. Araşdırmalar zamanı keçə sözünə ilk dəfə eramızdan əvvəl 1200–1100-cü illərdə aparılan Troya müharibələrindən bəhs edən Homerin "İlliada" əsərində rast gəlindiyi məlum olur. E.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodot sakların başda düz dayanan və keçədən tikilmiş ucu şiş papaq qoyduqları haqqında məlumat verir. Qeyd edək ki, ucu şiş keçə papağı azərbaycanlılar börk adlandırırdı.
Bu məqaləni lazımdır. |
Azərbaycanda keçəçiliyin tarixi
Keçədən Azərbaycanda ilk dəfə nə vaxtdan istifadə edilməsi haqqında dəqiq məlumat yoxdur. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı qədim dövrə aid keçə parçaları və onun hazırlanmasında işlədilən alətlər hələlik tapılmayıb. Amma ehtimal etmək olar ki, keçənin hazırlanması heyvanların əhilləşdirilməsi qədər qədimdir. Ancaq keçəçilik sənətinin təşəkkül tapmasında maldarlığın rolunu xüsusilə qeyd etmək lazımdır. Araşdırmalar göstərir ki, qədim dövrlərdə soyuq vaxtları insanlar isti olsun deyə adi yunu və ya yunlu dərini altlarına salıb üzərində oturardılar. Bu zaman yunun bir-birinə yapışdığını görüb keçə əldə etməyi öyrənmişlər. Mənbələrə əsaslanaraq qeyd edək ki, Midiyada yaşayan əhali başlarına uzun keçə papaq — "tiarı" qoyurdular. Ola bilsin ki, həmin dövrdə keçədən digər geyim dəstləri də hazırlanıb. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı e.ə. IV–III əsrlərə aid bir neçə tunc möhür tapılıb. Həmin möhürlərin üzərində olan insan rəsmlərindəki geyim nisbətən gödək keçə yapıncını xatırladır. Xüsusilə əlində çomaq, başında şiş papaq və gödək yapıncısı olan təsvir daha xarakterikdir. Keçəçilik Azərbaycanda kustar sənətkarlığın mühüm bir sahəsinə çevrilmişdir. Bu sahə dağ və dağətəyi ərazilərdə daha çox inkişaf etmişdir. Bu da belə yerlərdə qoyunçuluğun əsas məşğuliyyət sahəsinin olması bu sahənin inkişafına təkan verdiyini göstərir. Azərbaycan xalqının məişətində keçədən istifadə geniş yer tutmuşdur. Keçə məmulatlarından müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Əhali keçədən döşənəcək, at üçün tərlik, baş geyimi, yapınçı, ən əsası alaçıqların üstünü örtmək üçün istifadə etmişlər. Tədqiqatlar göstərir ki, lazım gələndə keçə türk döyüşçüsünün döyüş geyimi də olmuşdur.
Türk dünyasında keçəçilik sənəti
Qədim xalq sənəti olan keçəçilik təkcə Azərbaycan üçün deyil, bütün türk dünyasına xas olmuşdur. Altayda Pazırık kurqanlarında tapılmış keçə parçası buna bir daha subutdur. 1947–1948-ci illərdə Rudenko tərəfindən aparılan arxeoloji qazıntılar zamanı e.ə. IV–III əsrlərə — Hun imperiyası dövrünə aid edilən keçə yəhər örtüyü aşkar edilmişdir. Bu tapıntı keçəçilik sənətinin qədimliyini və türk dünyasına məxsusluğunu sübuta yetirir. Qazıntılar zamanı Hun kurqanlarından tapılmış keçədən hazırlanan uzunboğaz çəkmə və corablar, geyim nümunələri ondan məişətdə geniş istifadə olunduğunu göstərir. E.ə. V əsr mənbələrində qeyd edilir ki, saklar (türklər-A. O) keçədən tikilmiş ucu şiş papaqlar qoyardılar. Ucu şiş keçə papağı azərbaycanlılar börk adlandırırdılar. Keçədən məişətdə istifadə olunması haqqında "Kitabi-Dədə Qorqud" dastanında da məlumat var. Dastanda deyilir: "Kimin ki, oğlu-qızı yox, qara otağa qondurın, qara keçə altına döşəyin, qara qoyun yəxnisindən önünə gətirin".
Məişətdə keçəçilik
Müəyyən tarixi mərhələdə alaçıqları keçəsiz təsvir etmək mümkün deyildi. Yaylaqda yaşayış evlərinin hansı etnosa aid olması (türk, kürd, ləzgi) uzaqdan bəlli olurdu. Belə ki, azərbaycanlılara məxsus olan alaçıqlar keçə ilə örtülmüş və bir-birindən fərqlənərək iki cür olmaqla alaçıq və dəyə adlanırdı. Yaylaqdakı çadırların nəinki hər hansı bir etnosa, hətta hansı tayfaya məxsusluğunu da çadırların formasından və rəngindən təyin etmək mümkün idi. Azərbaycanın bir çox bölgəsində olduğu kimi Naxçıvanda da sənətkarlığın bu növü geniş yayılmışdır. Bölgədən topladığımız etnoqrafik çöl materiallarına görə ərazidə bəzi kəndlərdə keçəçi məhəllələri də mövcuddur.
Keçəni salana keçəçi, həllac, həm də atıcı deyərlər. Atıcılıq alətini düzəltmək üçün 8–9 metr qoyun bağırsağını (acı bağırsaq) bir neçə qat bir yerdə eşib yay üçün kiriş düzəldilirdi. Acı bağırsaq quruyandan sonra qatıq və ya süddə yumşaldılırdı. Yay kirişinin uzunluğu bir metrdən artıq olur. Kiriş ağacdan düzəldilmiş yaya bağlanır. Yayın əltutan yerində dördkünc taxta kiriş vasitəsilə yaya bərkidilir. Atıcının yay kirişini vurmaq üçün 3–4 kq ağırlığnda toxmağı olur. Atıcı toxmağını yay kirişinə vurduqda kiriş yunu didir. Keçə salmaq üçün "güzəm" yunundan istifadə edilirdi. Keçəçi ustaların söylədiyinə görə, yaz yunundan (saçaqlı) keçə salmaq olmaz. Ona görə ki, saçaqlı yun uzun olduğu üçün bitmir, yəni bir-birinə yapışmır. 7–8 yunundan (12–15 kq yundan) bir keçə (yəni bir qəlib) hazırlanır. Alaçığın üstünü örtmək üçün bir neçə qəlibi bir-birinə tikirdilər. Alaçığın baş hissəsini tutmaq üçün baş qəlibdən, yanlarını örtmək üçün yan qəlibdən, qabağını örtmək üçün isə qənşər qəlibdən istifadə edirdilər. Bu da alaçığın ölçüsündən asılı olaraq hazırlanırdı.
Keçə hazırlanarkən həllaclar çalışırdılar ki, xüsusən qara yundan istifadə etsinlər. Keçə qara olduqda həm gec kirlənir, həm də qara keçədə hava keçirməmək xüsusiyyəti olduğu üçün soyuq havalarda alaçığın isti, yayda sərin olmasına imkan verir. Məişətdə keçədən döşəmə kimi də geniş istifadə edilmişdir. Naxçıvanda aparılan sorğular zamanı məlum olmuşdur ki, keçənin basılma prosesi aşağıdakı qaydada icra olunur. Yunu yay-kirişi ilə diddikdən sonra onu ağ parçanın (bezin) üstünə sərirlər. Bundan sonra hamarlanmış, yonulmuş, düz silindirik ağaca büküb hər iki tərəfindən bağlayırlar. Bu ağacın adına ox deyirlər. 5–6 nəfərin iştirakı ilə onu ayaqlayır, sonra ayaqları ilə vura-vura fırladırlar ki, yetişsin (hazırlansın). Hərdən bir salınmış yunun üzərinə ilıq su (bu su bəzən sabunlu da olur) səpirlər ki, yun bir-birinə tez yapışsın. Yun bitişib tam keçə halına gələnə qədər bu iş davam etdirilirdi. Yunun yapışması üçün küncləri toxmaqla döyülürdü. Hazırlanan məhsul "qəlib" adlanırdı. Keçəçiliklə bağlı müxtəlif deyimlər də mövcuddur.
Atıcıyam yayım var, Çaxmağım var, qovum var. Yunu yığın, gətirin, Burda mənim ovum var. Və ya Həllacın var dişləri, Qırılmaz kirişləri, Vurun-vurun keçəni, Tamam olsun işləri. Dəymə-dəymə qoy dursun, Həllac görsün qudursun, Toxmağı güclü vursun.
Keçələrin hazırlanması prosesi
Keçə hazırlanarkən yerinin hamarlığı, genişliyi və rahatlığı da nəzərə alınmalıdır. Keçəçilik sənətində həllaclar qohum-qonşunun qüvvəsindən də istifadə edərdilər, çünki keçənin basılması prosesində xeyli adamın iştirak etməsi tələb olunurdu.
Həllaclar bəzən keçələrin ortasına naxış da salırdılar. Bunun üçün müəyyən rəngə boyadılmış ipi keçənin üzərinə qoyub toxmaqla döyərdilər. Belə olduqda ip keçənin üzərinə həkk olunurdu. Keçələr yunun tərkibindən asılı olaraq ağ, qara və qəhvəyi rəngdə olurdu. Bunların içərisində isə ən qiymətlisi ağ rəngli yundan hazırlanmış keçələr sayılırdı. Bununla yanaşı, qırmızı, yaşıl, narıncı rənglərə boyanmış bəzəkli keçələr də hazırlanırdı. Belə keçələrə nəmənd deyərdilər. Nəmənd, heybə, yəhərüstü, tərlik və başqa keçələrin bəzəkləri əsasən zoomorf (dağ keçisi, ceyran, aslan, heyvanların döyüş səhnələri), həndəsi (romb, düzbucaq, üçbucaq), nəbati (budaq, gül-çiçək), kosmoqonik (ay, günəş, ulduz) ornamentlərindən, həmçinin "zəncir", "qoç buynuzu", "qaz ayağı", "ürək" və s. naxışlardan ibarət olurdu. Keçəçilik böyük gəlir gətirən sahədir. Xüsusən müasir dövrdə, turizmin inkişaf etdiyi bir vaxtda keçədən düzəldilmiş bəzəkli məişət əşyaları, baş geyimləri, gödəkcələr diqqəti daha çox cəlb edir. Digər tərəfdən hazırda Naxçıvanda qoyunçuluğun inkişafı bu sahənin və xalçaçılığın inkişafı üçün ciddi xammal bazasının olduğunu söyləməyə imkan verir.
Mənbə
- Abdulla B. Əmək nəğmələri // Azərbaycan ədəbiyyat tarixi, 6 ciliddə, I c., Bakı: Elm, s. 155–165
- Bünyadov T., Məhərrəmova S. Keçəçilik // Azərbaycan etnoqrafiyası, 3 cilddə, I c., Bakı: Şərq-Qərb, 2007, s. 463–469
- Kitabi-Dədə Qorqud. Bakı: Yazıçı, 1988, 265 s.
- Qədirzadə H. Q. Cəhriçay vadisi. Naxçıvan: Qızıl dağ, 2007, 160 s,
- Məhərrəmli S. Keçəçilik sənəti haqqında // Mədəni maarif, 2006, № 3, Qərənfil, s. 26–27
- http://www.kaspi.az/news/a-8684.html[ölü keçid]
- http://ekitap.kulturturizm.gov.tr/belge/1-17480/hunlar-doneminde-tepme-kececilik.html 2013-07-16 at the Wayback Machine
İstinadlar
- Homer. İlliada. Bakı: "Öndər nəşriyyatı", 204, 528 s. (tərcümə edəni Mikayıl Rzaquluzadə)
- Heredot. Tarix. Doqquz kitabda, Birinci hissə. Azərbaycan dilinə tərcümə edən Pənah Xəlilov. Bakı: Azərnəşr, 1998, 329 s.
- Bünyadov T., Məhərrəmova S. Keçəçilik // Azərbaycan etnoqrafiyası, 3 cilddə, I c., Bakı: Şərq-Qərb, 2007, s. 463–469
- . 2013-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.
- Qədirzadə H. Q. Cəhriçay vadisi. Naxçıvan: Qızıl dağ, 2007, 160 s
- Abdulla B. Əmək nəğmələri // Azərbaycan ədəbiyyat tarixi, 6 ciliddə, I c., Bakı: Elm, s. 155–165
- http://www.kaspi.az/news/a-8684.html[ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kececilik Qedim xalq seneti novu Kecenin yaranmasi Xalq senetinin en genis yayilmis novlerinden biri Toxuculugun tarixi ise bilavasite kecenin yaranmasi ve istifadesi ile baglidir Cunki bezi alimler toxuculuq sahesinde apardiqlari arasdirmalarda kececiliyin onun ilk ruseymi oldugu qenaetine gelmisler Kecenin deqiq ne vaxt ve harada yaranib istifade olundugu haqqinda melumat yoxdur Arasdirmalar zamani kece sozune ilk defe eramizdan evvel 1200 1100 cu illerde aparilan Troya muharibelerinden behs eden Homerin Illiada eserinde rast gelindiyi melum olur E e V esrde yasamis yunan tarixcisi Herodot saklarin basda duz dayanan ve keceden tikilmis ucu sis papaq qoyduqlari haqqinda melumat verir Qeyd edek ki ucu sis kece papagi azerbaycanlilar bork adlandirirdi Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Azerbaycanda kececiliyin tarixiKece Keceden Azerbaycanda ilk defe ne vaxtdan istifade edilmesi haqqinda deqiq melumat yoxdur Azerbaycanda aparilan arxeoloji qazintilar zamani qedim dovre aid kece parcalari ve onun hazirlanmasinda isledilen aletler helelik tapilmayib Amma ehtimal etmek olar ki kecenin hazirlanmasi heyvanlarin ehillesdirilmesi qeder qedimdir Ancaq kececilik senetinin tesekkul tapmasinda maldarligin rolunu xususile qeyd etmek lazimdir Arasdirmalar gosterir ki qedim dovrlerde soyuq vaxtlari insanlar isti olsun deye adi yunu ve ya yunlu derini altlarina salib uzerinde oturardilar Bu zaman yunun bir birine yapisdigini gorub kece elde etmeyi oyrenmisler Menbelere esaslanaraq qeyd edek ki Midiyada yasayan ehali baslarina uzun kece papaq tiari qoyurdular Ola bilsin ki hemin dovrde keceden diger geyim destleri de hazirlanib Mingecevir erazisinde aparilan arxeoloji qazintilar zamani e e IV III esrlere aid bir nece tunc mohur tapilib Hemin mohurlerin uzerinde olan insan resmlerindeki geyim nisbeten godek kece yapincini xatirladir Xususile elinde comaq basinda sis papaq ve godek yapincisi olan tesvir daha xarakterikdir Kececilik Azerbaycanda kustar senetkarligin muhum bir sahesine cevrilmisdir Bu sahe dag ve dageteyi erazilerde daha cox inkisaf etmisdir Bu da bele yerlerde qoyunculugun esas mesguliyyet sahesinin olmasi bu sahenin inkisafina tekan verdiyini gosterir Azerbaycan xalqinin meisetinde keceden istifade genis yer tutmusdur Kece memulatlarindan muxtelif meqsedler ucun istifade edilmisdir Ehali keceden dosenecek at ucun terlik bas geyimi yapinci en esasi alaciqlarin ustunu ortmek ucun istifade etmisler Tedqiqatlar gosterir ki lazim gelende kece turk doyuscusunun doyus geyimi de olmusdur Turk dunyasinda kececilik senetiQedim xalq seneti olan kececilik tekce Azerbaycan ucun deyil butun turk dunyasina xas olmusdur Altayda Pazirik kurqanlarinda tapilmis kece parcasi buna bir daha subutdur 1947 1948 ci illerde Rudenko terefinden aparilan arxeoloji qazintilar zamani e e IV III esrlere Hun imperiyasi dovrune aid edilen kece yeher ortuyu askar edilmisdir Bu tapinti kececilik senetinin qedimliyini ve turk dunyasina mexsuslugunu subuta yetirir Qazintilar zamani Hun kurqanlarindan tapilmis keceden hazirlanan uzunbogaz cekme ve corablar geyim numuneleri ondan meisetde genis istifade olundugunu gosterir E e V esr menbelerinde qeyd edilir ki saklar turkler A O keceden tikilmis ucu sis papaqlar qoyardilar Ucu sis kece papagi azerbaycanlilar bork adlandirirdilar Keceden meisetde istifade olunmasi haqqinda Kitabi Dede Qorqud dastaninda da melumat var Dastanda deyilir Kimin ki oglu qizi yox qara otaga qondurin qara kece altina doseyin qara qoyun yexnisinden onune getirin Meisetde kececilikMueyyen tarixi merhelede alaciqlari kecesiz tesvir etmek mumkun deyildi Yaylaqda yasayis evlerinin hansi etnosa aid olmasi turk kurd lezgi uzaqdan belli olurdu Bele ki azerbaycanlilara mexsus olan alaciqlar kece ile ortulmus ve bir birinden ferqlenerek iki cur olmaqla alaciq ve deye adlanirdi Yaylaqdaki cadirlarin neinki her hansi bir etnosa hetta hansi tayfaya mexsuslugunu da cadirlarin formasindan ve renginden teyin etmek mumkun idi Azerbaycanin bir cox bolgesinde oldugu kimi Naxcivanda da senetkarligin bu novu genis yayilmisdir Bolgeden topladigimiz etnoqrafik col materiallarina gore erazide bezi kendlerde kececi mehelleleri de movcuddur Keceni salana kececi hellac hem de atici deyerler Aticiliq aletini duzeltmek ucun 8 9 metr qoyun bagirsagini aci bagirsaq bir nece qat bir yerde esib yay ucun kiris duzeldilirdi Aci bagirsaq quruyandan sonra qatiq ve ya sudde yumsaldilirdi Yay kirisinin uzunlugu bir metrden artiq olur Kiris agacdan duzeldilmis yaya baglanir Yayin eltutan yerinde dordkunc taxta kiris vasitesile yaya berkidilir Aticinin yay kirisini vurmaq ucun 3 4 kq agirlignda toxmagi olur Atici toxmagini yay kirisine vurduqda kiris yunu didir Kece salmaq ucun guzem yunundan istifade edilirdi Kececi ustalarin soylediyine gore yaz yunundan sacaqli kece salmaq olmaz Ona gore ki sacaqli yun uzun oldugu ucun bitmir yeni bir birine yapismir 7 8 yunundan 12 15 kq yundan bir kece yeni bir qelib hazirlanir Alacigin ustunu ortmek ucun bir nece qelibi bir birine tikirdiler Alacigin bas hissesini tutmaq ucun bas qelibden yanlarini ortmek ucun yan qelibden qabagini ortmek ucun ise qenser qelibden istifade edirdiler Bu da alacigin olcusunden asili olaraq hazirlanirdi Kece hazirlanarken hellaclar calisirdilar ki xususen qara yundan istifade etsinler Kece qara olduqda hem gec kirlenir hem de qara kecede hava kecirmemek xususiyyeti oldugu ucun soyuq havalarda alacigin isti yayda serin olmasina imkan verir Meisetde keceden doseme kimi de genis istifade edilmisdir Naxcivanda aparilan sorgular zamani melum olmusdur ki kecenin basilma prosesi asagidaki qaydada icra olunur Yunu yay kirisi ile diddikden sonra onu ag parcanin bezin ustune serirler Bundan sonra hamarlanmis yonulmus duz silindirik agaca bukub her iki terefinden baglayirlar Bu agacin adina ox deyirler 5 6 neferin istiraki ile onu ayaqlayir sonra ayaqlari ile vura vura firladirlar ki yetissin hazirlansin Herden bir salinmis yunun uzerine iliq su bu su bezen sabunlu da olur sepirler ki yun bir birine tez yapissin Yun bitisib tam kece halina gelene qeder bu is davam etdirilirdi Yunun yapismasi ucun kuncleri toxmaqla doyulurdu Hazirlanan mehsul qelib adlanirdi Kececilikle bagli muxtelif deyimler de movcuddur Aticiyam yayim var Caxmagim var qovum var Yunu yigin getirin Burda menim ovum var Ve ya Hellacin var disleri Qirilmaz kirisleri Vurun vurun keceni Tamam olsun isleri Deyme deyme qoy dursun Hellac gorsun qudursun Toxmagi guclu vursun Kecelerin hazirlanmasi prosesiKece hazirlanarken yerinin hamarligi genisliyi ve rahatligi da nezere alinmalidir Kececilik senetinde hellaclar qohum qonsunun quvvesinden de istifade ederdiler cunki kecenin basilmasi prosesinde xeyli adamin istirak etmesi teleb olunurdu Kece numunesi Hellaclar bezen kecelerin ortasina naxis da salirdilar Bunun ucun mueyyen renge boyadilmis ipi kecenin uzerine qoyub toxmaqla doyerdiler Bele olduqda ip kecenin uzerine hekk olunurdu Keceler yunun terkibinden asili olaraq ag qara ve qehveyi rengde olurdu Bunlarin icerisinde ise en qiymetlisi ag rengli yundan hazirlanmis keceler sayilirdi Bununla yanasi qirmizi yasil narinci renglere boyanmis bezekli keceler de hazirlanirdi Bele kecelere nemend deyerdiler Nemend heybe yeherustu terlik ve basqa kecelerin bezekleri esasen zoomorf dag kecisi ceyran aslan heyvanlarin doyus sehneleri hendesi romb duzbucaq ucbucaq nebati budaq gul cicek kosmoqonik ay gunes ulduz ornamentlerinden hemcinin zencir qoc buynuzu qaz ayagi urek ve s naxislardan ibaret olurdu Kececilik boyuk gelir getiren sahedir Xususen muasir dovrde turizmin inkisaf etdiyi bir vaxtda keceden duzeldilmis bezekli meiset esyalari bas geyimleri godekceler diqqeti daha cox celb edir Diger terefden hazirda Naxcivanda qoyunculugun inkisafi bu sahenin ve xalcaciligin inkisafi ucun ciddi xammal bazasinin oldugunu soylemeye imkan verir MenbeAbdulla B Emek negmeleri Azerbaycan edebiyyat tarixi 6 cilidde I c Baki Elm s 155 165 Bunyadov T Meherremova S Kececilik Azerbaycan etnoqrafiyasi 3 cildde I c Baki Serq Qerb 2007 s 463 469 Kitabi Dede Qorqud Baki Yazici 1988 265 s Qedirzade H Q Cehricay vadisi Naxcivan Qizil dag 2007 160 s Meherremli S Kececilik seneti haqqinda Medeni maarif 2006 3 Qerenfil s 26 27 http www kaspi az news a 8684 html olu kecid http ekitap kulturturizm gov tr belge 1 17480 hunlar doneminde tepme kececilik html 2013 07 16 at the Wayback MachineIstinadlarHomer Illiada Baki Onder nesriyyati 204 528 s tercume edeni Mikayil Rzaquluzade Heredot Tarix Doqquz kitabda Birinci hisse Azerbaycan diline tercume eden Penah Xelilov Baki Azernesr 1998 329 s Bunyadov T Meherremova S Kececilik Azerbaycan etnoqrafiyasi 3 cildde I c Baki Serq Qerb 2007 s 463 469 2013 07 16 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2017 06 01 Qedirzade H Q Cehricay vadisi Naxcivan Qizil dag 2007 160 s Abdulla B Emek negmeleri Azerbaycan edebiyyat tarixi 6 cilidde I c Baki Elm s 155 165 http www kaspi az news a 8684 html olu kecid