II Tupak Amaru, əsl adı Xose Qabriel Kondorkanki Nogera (isp. Túpac Amaru II, José Gabriel Condorcanqui Noguera; 10 mart 1738, Tinta[d] – 18 may 1781, Kusko[d]) – Latın Amerikası inqilabçısı, Peruda ispan müstəmləkəçi hakimiyyətlərinə qarşı yerli xalqların üsyanının təşkilatçısı və rəhbəri. Bu ad İnk İmperiyasının son hökmdarı Tupak Amarunun şərəfinə götürülüb. Üsyan uğursuz olsa da, II Tupak Amaru Perunun ispan hökmranlığından azad edilməsinin simvoluna çevrildi.
II Tupak Amaru | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | José Gabriel Condorcanqui Noguera |
Doğum tarixi | 10 mart 1738 |
Doğum yeri |
|
Vəfat tarixi | 18 may 1781(43 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | baş kəsmə |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, inqilabçı, üsyançı |
Atası | Migel Kondorkanki[d] |
Həyat yoldaşı |
|
Hərbi xidmət | |
Döyüşlər |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
II Tupak Amaru Kusko şəhəri yaxınlığında, Tinta əyalətindəki (korreximyento) Surimana kəndində anadan olub. Doğulanda ona ispan adı olan Xose Qabriel Kondorkanki adı qoyulub. Onun ata tərəfdən ulu babası sonuncu sapa-ink Tupak Amarunun qızının oğlu idi. Surimana kəndi digər iki yaşayış məntəqəsi (Pampamarka və Tunqasuka) ilə birlikdə Tupak Amaru ailəsinə miras qalmış əmlakın (kasikazqo) bir hissəsi idi. O, təhsilini hindi zadəganları və kasiklərin uşaqları üçün xüsusi Yezuit kollecində almışdır. Kolleci bitirəndə o, ispan və latın dillərini bilirdi. Özünü təkmilləşdirməyə olan böyük həvəsi onu öz dövrünün ən savadlı adamlarından birinə çevrilməyə imkan verdi və hətta düşmənləri də sonradan bunu etiraf edirdilər. Böyük qardaşının ölümündən sonra Xose Qabriel Kondorkanki titulun və ailə torpaqlarının varisi oldu. Kasikazqoya sahib olduqdan sonra o, ticarətlə məşğul olmağa və tez-tez Lima və Kuskoya getməyə başladı. Bu yolla o, Peru vitse-krallığı və La-Plata əhalisinin müxtəlif qrupları ilə əlaqələr yaratmışdı.
1758-ci ildə o, afro-hind əsilli perulu Mikaela Bastidas Puyukaua ilə evləndi.
Xose Qabriel Kondorkanki erkən yaşda valideynsiz qalmış, ona miras qalan qatır və at sürüsü ilə yük daşımalarına başlamışdı. Şəkər, şərab və bir çox başqa malları daşıyaraq var-dövlət əldə etmiş və cəmiyyətdə özünə müəyyən nüfuz qazanmışdı, lakin məşğuliyyətinə görə ispanlar onu saymazyana "çarvadar" adlandırırdılar.
Ölkəni gəzən Xose Qabriel Kondorkanki Perunun yerli xalqlarının məzlum vəziyyətinə get-gedə daha çox şahid olurdu, hər yerdə hindlilərin yoxsulluğunu və qanunsuzluğu görürdü. O, ispan müstəmləkə hakimiyyətinə qarşı mübarizə aparmağın zəruriliyinə getdikcə daha çox əmin olurdu. Əvvəlcə o, qanuni yollarla yerli əhali üçün bərabər hüquqlara nail olmağa çalışdı, lakin Limadakı səlahiyyətlilər ona öz torpaqlarına qayıtmağı və mərkəzdən qərar gözləməyi əmr etdilər. Sonra o, həqiqəti İspaniyada axtarmaq qərarına gəldi, lakin Peru hindliləri üçün ərizə ilə kral III Karlosu ziyarət edən, lakin Peruya qayıdarkən yolda itkin düşən əmisinin taleyini xatırlayan Kondorkanki bu fikrindən əl çəkdi.
Perunun yerli əhalisi arasında Xose Qabriel Kondorkankinin nüfuzu getdikcə artırdı, insanlar onda təkcə öz qəbilə üzvünü deyil, həm də mövcud vəziyyəti dəyişdirməyə qadir bir rəhbər görürdülər. Hindi rəhbərləri ona daim hörmət göstərir və bir çoxları onu Tupak Amarunun varisi kimi qəbul edirdilər. Bəzi tarixçilərin fikrincə, onun silahlı üsyan planı da məhz həmin dövrdə yetişmişdi.
Üsyan
4 noyabr 1780-ci ildə II Tupak Amaru bir keşiş tərəfindən verilən şam yeməyində yüksək rütbəli müstəmləkə məmuru Antonio-de-Arixanın sərxoşluğundan istifadə edərək bir neçə köməkçisi ilə onu tutub Tunqasukudakı hindi rəhbərlərindən birinin evinə apardılar və orada onu bir sıra mühüm sənədləri, o cümlədən Tinta şəhərinin xəzinədarına yazılmış əmri imzalamağa məcbur etdilər. Xəzinədara yazılan əmrdə xəzinədəki bütün pulları, silahları və qatırları Tunqasukuya göndərmək tələb olunurdu. Son hadisələrdən xəbərsiz olan xəzinədar bunun quldurların hücumu ilə əlaqədar olduğunu düşünərək üsyançılara silah və pul göndərdi.
Noyabrın 10-da mərkəzi meydanda İspaniya kralının adından oxunan saxta sənədə görə Antonio-de-Arixa Perunun yerli əhalisinə uzun illər zülm etdiyinə görə cinayətkar elan edildi və meydanda asıldı. Həmçinin, İspaniya kralının adından yerli əhaliyə tətbiq edilən bütün vergi və rüsumları ləğv edən saxta fərman oxundu. Tezliklə üsyançılar daha bir neçə qonşu şəhəri ələ keçirdilər, burada da kralın adından saxta fərmanlar oxundu. Üsyançı ordunun sayı artıq 6 min əsgərə yaxın idi. Üsyanın ilk dövrlərində II Tupak Amaru getdiyi hər yerdə İspaniya kralı III Karlosun adından çıxış edir və kralı aldadaraq Perunun yerli əhalisinə qarşı ədalətsiz siyasət yürüdən müstəmləkə hakimiyyətinə qarşı hərəkət etdiyini bəyan edirdi.
Kuskoda üsyanın miqyasını görən ispan hakimiyyəti təlaşa düşdü və tələsik ordu yığmağa başladı. İspanlar, arasında krala sadiq hindilər də olan 1300-ə yaxın əsgər topladılar və üsyançılara qarşı göndərdilər. Döyüş 18 noyabr 1780-ci ildə Sanqarara şəhəri yaxınlığında baş verdi və II Tupak Amarunun başçılıq etdiyi üsyançıların inamlı qələbəsi ilə başa çatdı. Döyüşdə 578 ispan həlak oldu, ölən hindilərin sayı məlum olmasa da, üsyançılar arasında da ağır itkilər oldu. Döyüş göstərdi ki, Tupak Amaru əsir götürülmüş ispanlara vəhşicəsinə işgəncələr verən və edam edən, bununla da uzun illər davam edən işğal siyasətinin qisasını aldığını düşünən hindilərə tam nəzarət edə bilmir. Bu döyüşdən sonra o, Perunun kreol əhalisi arasında dəstək axtarmağa başladı. Lakin hindilər getdikcə daha çox Tupak Amarunun nəzarətindən çıxırdılar və istər ağ, istər metis, istərsə də zənci olsun, bütün hindi olmayanları öldürürdülər. Əvvəlcə II Tupak Amaruya dəstək verən Kusko şəhərinin kreolları da fikirlərini dəyişdilər və ispanlarla birlikdə şəhərin müdafiəsinə hazırlaşmağa başladılar.
II Tupak Amaru Kuskonu mühasirəyə aldı, lakin güclü müdafiə sayəsində şəhəri ilk hücumdan ala bilmədi və Limadan gələn əlavə qüvvələrdən qorxaraq Tintaya çəkildi. Bu manevrlə o, təşəbbüsü itirdi və Limadan gələn əlavə qüvvələr Kuskonun tutulma ehtimalını aradan qaldırdı. Bir neçə məğlubiyyətdən sonra o, Tinta və Sanqarara şəhərləri arasında mühasirəyə alındı və özünün iki yüksək rütbəli zabiti, polkovnik Ventura Landaeta və kapitan Fransisko Kruzun xəyanəti nəticəsində o və qalan tərəfdarları əsir düşdü.
Edamı
II Tupak Amarunun edamı çox qəddarcasına icra edildi. İspaniya məhkəməsinin hökmünə görə, əvvəlcə onu edam yerinədək ata bağlayıb sürüklədilər. Onu öldürməzdən əvvəl gözləri qarşısında böyük oğlu İpolitonu, həyat yoldaşı Mikaela Bastidas Puyukaxuanı, əmisi Fransisko Tupa Amaro, qaynı Antonio Bastidas və bəzi komandirlərini əvvəlcə dillərini kəsib ardınca asmışdılar. II Tupak Amarunun 12 yaşlı oğlu Fernando da edam cəzasına məhkum edilmişdi və valideynlərinin öldürülməsinə şahidlik etmişdi, lakin onun cəzası həbslə dəyişdirildi və o, həyatının qalan hissəsini İspaniyada həbsxanada keçirdi. Nəhayət, əcdadı I Tupak Amarunun iki yüz ildən çox əvvəl edam edildiyi Kusko şəhərinin baş meydanında II Tupak Amaru da edam edildi. Əvvəlcə onun dilini kəsdilər, sonra onu atlara bağlayaraq bədənini parçalamağa cəhd etsələr də, bu uğursuz oldu. Bundan sonra onun başı kəsildi və yalnız sonra atları 4 tərəfə çapmaqla onun cəsədi parçalandı.
Məhkəmənin qərarına görə, onun gövdəsi şəhərə baxan təpədə tonqalda yandırılmalı idi. Onun başı 3 gün şəhərin edam meydanında nümayiş etdirilmək üçün Tintaya göndərilməli və sonra şəhərin əsas girişində nizəyə taxılıb nümayiş etdirilməli idi. Onun qollarından biri kasik olduğu Tunqasukaya, digər qolu isə həmin yerlərdə eyni şəkildə nümayiş etdirilmək üçün paytaxt Karabaya əyalətinə göndərilməli idi. Onun ayaqları müvafiq olaraq Çumbivilkas və Lampa əyalətlərindəki Livitika və Santa-Rozasa göndərilməli idi.
Numizmatikada
II Tupak Amaru 1971–1983-cü illərdə buraxılan Peru qəpiklərində təsvir edilmişdir.
Həmçinin bax
- İnk imperiyası
- Tupak Amaru İnqilab Hərəkatı
- Tupak Amaru Şakur — Tupak Amarunun şərəfinə adlandırılıb
İstinadlar
- José Gabriel. Tupac Amaru II Condorcanqui // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
- Tupac Amaru II // Encyclopædia Britannica (ing.).
- Catalog of the German National Library (alm.).
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
II Tupak Amaru esl adi Xose Qabriel Kondorkanki Nogera isp Tupac Amaru II Jose Gabriel Condorcanqui Noguera 10 mart 1738 Tinta d 18 may 1781 Kusko d Latin Amerikasi inqilabcisi Peruda ispan mustemlekeci hakimiyyetlerine qarsi yerli xalqlarin usyaninin teskilatcisi ve rehberi Bu ad Ink Imperiyasinin son hokmdari Tupak Amarunun serefine goturulub Usyan ugursuz olsa da II Tupak Amaru Perunun ispan hokmranligindan azad edilmesinin simvoluna cevrildi II Tupak AmaruSexsi melumatlarDogum adi Jose Gabriel Condorcanqui NogueraDogum tarixi 10 mart 1738 1738 03 10 Dogum yeri Tinta d PeruVefat tarixi 18 may 1781 1781 05 18 43 yasinda Vefat yeri Kusko d Vefat sebebi bas kesmeTehsili San Fransisko Borja Kolleci d San Marcos UniversitetiFealiyyeti siyasetci inqilabci usyanciAtasi Migel Kondorkanki d Heyat yoldasi Mikaela Bastidas d 1758 Herbi xidmetDoyusler II Tupak Amaru usyani d Vikianbarda elaqeli mediafayllarHeyatiII Tupak Amaru Kusko seheri yaxinliginda Tinta eyaletindeki korreximyento Surimana kendinde anadan olub Dogulanda ona ispan adi olan Xose Qabriel Kondorkanki adi qoyulub Onun ata terefden ulu babasi sonuncu sapa ink Tupak Amarunun qizinin oglu idi Surimana kendi diger iki yasayis menteqesi Pampamarka ve Tunqasuka ile birlikde Tupak Amaru ailesine miras qalmis emlakin kasikazqo bir hissesi idi O tehsilini hindi zadeganlari ve kasiklerin usaqlari ucun xususi Yezuit kollecinde almisdir Kolleci bitirende o ispan ve latin dillerini bilirdi Ozunu tekmillesdirmeye olan boyuk hevesi onu oz dovrunun en savadli adamlarindan birine cevrilmeye imkan verdi ve hetta dusmenleri de sonradan bunu etiraf edirdiler Boyuk qardasinin olumunden sonra Xose Qabriel Kondorkanki titulun ve aile torpaqlarinin varisi oldu Kasikazqoya sahib olduqdan sonra o ticaretle mesgul olmaga ve tez tez Lima ve Kuskoya getmeye basladi Bu yolla o Peru vitse kralligi ve La Plata ehalisinin muxtelif qruplari ile elaqeler yaratmisdi 1758 ci ilde o afro hind esilli perulu Mikaela Bastidas Puyukaua ile evlendi Xose Qabriel Kondorkanki erken yasda valideynsiz qalmis ona miras qalan qatir ve at surusu ile yuk dasimalarina baslamisdi Seker serab ve bir cox basqa mallari dasiyaraq var dovlet elde etmis ve cemiyyetde ozune mueyyen nufuz qazanmisdi lakin mesguliyyetine gore ispanlar onu saymazyana carvadar adlandirirdilar Olkeni gezen Xose Qabriel Kondorkanki Perunun yerli xalqlarinin mezlum veziyyetine get gede daha cox sahid olurdu her yerde hindlilerin yoxsullugunu ve qanunsuzlugu gorurdu O ispan mustemleke hakimiyyetine qarsi mubarize aparmagin zeruriliyine getdikce daha cox emin olurdu Evvelce o qanuni yollarla yerli ehali ucun beraber huquqlara nail olmaga calisdi lakin Limadaki selahiyyetliler ona oz torpaqlarina qayitmagi ve merkezden qerar gozlemeyi emr etdiler Sonra o heqiqeti Ispaniyada axtarmaq qerarina geldi lakin Peru hindlileri ucun erize ile kral III Karlosu ziyaret eden lakin Peruya qayidarken yolda itkin dusen emisinin taleyini xatirlayan Kondorkanki bu fikrinden el cekdi Perunun yerli ehalisi arasinda Xose Qabriel Kondorkankinin nufuzu getdikce artirdi insanlar onda tekce oz qebile uzvunu deyil hem de movcud veziyyeti deyisdirmeye qadir bir rehber gorurduler Hindi rehberleri ona daim hormet gosterir ve bir coxlari onu Tupak Amarunun varisi kimi qebul edirdiler Bezi tarixcilerin fikrince onun silahli usyan plani da mehz hemin dovrde yetismisdi Usyan4 noyabr 1780 ci ilde II Tupak Amaru bir kesis terefinden verilen sam yemeyinde yuksek rutbeli mustemleke memuru Antonio de Arixanin serxoslugundan istifade ederek bir nece komekcisi ile onu tutub Tunqasukudaki hindi rehberlerinden birinin evine apardilar ve orada onu bir sira muhum senedleri o cumleden Tinta seherinin xezinedarina yazilmis emri imzalamaga mecbur etdiler Xezinedara yazilan emrde xezinedeki butun pullari silahlari ve qatirlari Tunqasukuya gondermek teleb olunurdu Son hadiselerden xebersiz olan xezinedar bunun quldurlarin hucumu ile elaqedar oldugunu dusunerek usyancilara silah ve pul gonderdi Noyabrin 10 da merkezi meydanda Ispaniya kralinin adindan oxunan saxta senede gore Antonio de Arixa Perunun yerli ehalisine uzun iller zulm etdiyine gore cinayetkar elan edildi ve meydanda asildi Hemcinin Ispaniya kralinin adindan yerli ehaliye tetbiq edilen butun vergi ve rusumlari legv eden saxta ferman oxundu Tezlikle usyancilar daha bir nece qonsu seheri ele kecirdiler burada da kralin adindan saxta fermanlar oxundu Usyanci ordunun sayi artiq 6 min esgere yaxin idi Usyanin ilk dovrlerinde II Tupak Amaru getdiyi her yerde Ispaniya krali III Karlosun adindan cixis edir ve krali aldadaraq Perunun yerli ehalisine qarsi edaletsiz siyaset yuruden mustemleke hakimiyyetine qarsi hereket etdiyini beyan edirdi Kuskoda usyanin miqyasini goren ispan hakimiyyeti telasa dusdu ve telesik ordu yigmaga basladi Ispanlar arasinda krala sadiq hindiler de olan 1300 e yaxin esger topladilar ve usyancilara qarsi gonderdiler Doyus 18 noyabr 1780 ci ilde Sanqarara seheri yaxinliginda bas verdi ve II Tupak Amarunun basciliq etdiyi usyancilarin inamli qelebesi ile basa catdi Doyusde 578 ispan helak oldu olen hindilerin sayi melum olmasa da usyancilar arasinda da agir itkiler oldu Doyus gosterdi ki Tupak Amaru esir goturulmus ispanlara vehsicesine isgenceler veren ve edam eden bununla da uzun iller davam eden isgal siyasetinin qisasini aldigini dusunen hindilere tam nezaret ede bilmir Bu doyusden sonra o Perunun kreol ehalisi arasinda destek axtarmaga basladi Lakin hindiler getdikce daha cox Tupak Amarunun nezaretinden cixirdilar ve ister ag ister metis isterse de zenci olsun butun hindi olmayanlari oldururduler Evvelce II Tupak Amaruya destek veren Kusko seherinin kreollari da fikirlerini deyisdiler ve ispanlarla birlikde seherin mudafiesine hazirlasmaga basladilar II Tupak Amaru Kuskonu muhasireye aldi lakin guclu mudafie sayesinde seheri ilk hucumdan ala bilmedi ve Limadan gelen elave quvvelerden qorxaraq Tintaya cekildi Bu manevrle o tesebbusu itirdi ve Limadan gelen elave quvveler Kuskonun tutulma ehtimalini aradan qaldirdi Bir nece meglubiyyetden sonra o Tinta ve Sanqarara seherleri arasinda muhasireye alindi ve ozunun iki yuksek rutbeli zabiti polkovnik Ventura Landaeta ve kapitan Fransisko Kruzun xeyaneti neticesinde o ve qalan terefdarlari esir dusdu II Tupak Amarunu parcalamaq cehdiEdamiII Tupak Amarunun edami cox qeddarcasina icra edildi Ispaniya mehkemesinin hokmune gore evvelce onu edam yerinedek ata baglayib suruklediler Onu oldurmezden evvel gozleri qarsisinda boyuk oglu Ipolitonu heyat yoldasi Mikaela Bastidas Puyukaxuani emisi Fransisko Tupa Amaro qayni Antonio Bastidas ve bezi komandirlerini evvelce dillerini kesib ardinca asmisdilar II Tupak Amarunun 12 yasli oglu Fernando da edam cezasina mehkum edilmisdi ve valideynlerinin oldurulmesine sahidlik etmisdi lakin onun cezasi hebsle deyisdirildi ve o heyatinin qalan hissesini Ispaniyada hebsxanada kecirdi Nehayet ecdadi I Tupak Amarunun iki yuz ilden cox evvel edam edildiyi Kusko seherinin bas meydaninda II Tupak Amaru da edam edildi Evvelce onun dilini kesdiler sonra onu atlara baglayaraq bedenini parcalamaga cehd etseler de bu ugursuz oldu Bundan sonra onun basi kesildi ve yalniz sonra atlari 4 terefe capmaqla onun cesedi parcalandi Mehkemenin qerarina gore onun govdesi sehere baxan tepede tonqalda yandirilmali idi Onun basi 3 gun seherin edam meydaninda numayis etdirilmek ucun Tintaya gonderilmeli ve sonra seherin esas girisinde nizeye taxilib numayis etdirilmeli idi Onun qollarindan biri kasik oldugu Tunqasukaya diger qolu ise hemin yerlerde eyni sekilde numayis etdirilmek ucun paytaxt Karabaya eyaletine gonderilmeli idi Onun ayaqlari muvafiq olaraq Cumbivilkas ve Lampa eyaletlerindeki Livitika ve Santa Rozasa gonderilmeli idi NumizmatikadaII Tupak Amaru 1971 1983 cu illerde buraxilan Peru qepiklerinde tesvir edilmisdir Hemcinin baxInk imperiyasi Tupak Amaru Inqilab Herekati Tupak Amaru Sakur Tupak Amarunun serefine adlandirilibIstinadlarJose Gabriel Tupac Amaru II Condorcanqui Diccionario biografico espanol isp Real Academia de la Historia 2011 Tupac Amaru II Encyclopaedia Britannica ing Catalog of the German National Library alm Xarici kecidler