Honkonq Çin Universiteti (çin. 香港中文大學) — Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Ma-şuy Lyu, Şa Tin rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
Honkonq Çin Universiteti CUHK, 中大, 港中大 | |
---|---|
香港中文大學 | |
Əsası qoyulub | 1963 |
Tip | Dövlət |
Tələbə sayı | 28,688 (dekabr 2012) |
Şəhər | Honkonq, Yeni Sahə, Ma-şuy Lyu, Şa Tin rayonu |
Ölkə | |
Sayt | cuhk.edu.hk |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1957-ci ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri birgə Honkonq Çin Ali Təhsil Assosiasiyası yaradır və hökumət tərəfindən tanınır. 1959-cu ildən bu üç kollecin dövlət tərəfindən maliyyələşdirilməsinə başlanır. 1963-cü ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri Honkonq Çin Universiteti adı altında birləşdirilir. İki il sonra universitetdə Təhsil (Pedaqogika) Məktəbi açılır. 1976-cı ildə qərar qəbul edilir və bu qərara əsasən Honkonq Çin Universiteti kollegial universitet elan edilir, bir il sonra isə Tibb Məktəbi yaradılır. 1986-cı ildə bu ali məktəbdə Şo Kolleci, 1991-ci ildə Mühəndislik Məktəbi, 2005-ci ildə hüquq fakültəsi açılır. 2006-cı ildə universitetdə iki kollec (Morninqsayd və SH Ho), 2007-ci ildə isə daha üç kollec - CW Çu, Vu Yi Sun və Li Vu Sinq istifadəyə verilir. Hər kollecin ayrıca yataqxana, yeməkxana, idman zalı, kitabxana və digər obyektləri mövcuddur.
Honkonq Çin Universitetinin yaradıcıları Çin ilə Qərbi, qədim ənənələri və müasirliyi birləşdirə biləcək bir körpü qurmaq niyyətində idilər və bu gün onların öz məqsədlərinə nail olduqlarını əminliklə söyləmək olar.
Müasir vəziyyəti
Honkonq Çin Universitetinin kampusu Şa Tin rayonunda Tolo Harbor limanında meşələrlə örtülmüş dağlıq ərazidə yerləşir. Kampus ümumilikdə 173,3 hektar ərazini əhatə edir. Zəngin flora və faunaya malik bu ərazi gözəlliyi ilə hər kəsi cəlb edir. Kampusda Çin və Qərb memarlıq üslublarında inşa edilmiş 151 tikili var. Şəhərciyin ən məşhur yerləri Yeni Asiya Kollecində Konfutsi heykəli, Çunq Çi Kollecində Lion (aslan) pavilyonu, kitabxananın qarşısındakı memar Çju Min tərəfindən tuncdan hazırlanmış Müdriklik qapılarıdır. Universitetin kampusu Honkonqun mərkəzi, səs-küylü rayonlarından kənarda yerləşməsinə baxmayaraq, buraya asanlıqla gəlmək mümkündür. Kampusa yüksək sürətli qatarlar (MTR-İctimai dəmiryolu tranziti), çoxlu sayda avtobuslar işləyir.
Honkonq Çin Universitetinin nəzdində 9 kollec fəaliyyət göstərir: Çunq Çi, Yeni Asiya, Birləşmiş, Şo, CW Çu, Vu Yi Sun, Li Vu Sinq, Morninqsayd və SH Ho kollecləri. Kolleclərdə müxtəlif proqramlar, seminarlar, dil, texnologiya və idarəetmə üzrə layihələr, məktəbdənkənar tədbirlər həyata keçirilir. Burada daha çox tələbələr arasında kommunikabellik və mədəni anlaşma bacarığını, ictimai məsuliyyət hissini aşılayan qeyri-formal tədris növləri keçilir, tələbənin şəxsi keyfiyyətlərinin inkişafına xüsusi diqqət yetirilir. Universitetin tələbə təşkilatları kolleclərdə yerləşir. Hər kollecin ayrıca kampusu, yataqxanaları və s. obyektləri, xidmət mərkəzləri mövcuddur.
Honkonq Çin Universitetində bakalavr, magistr və doktorluq səviyyəsində təhsil verən 8 fakültə, eləcə də magistr və doktorantlar üçün bir ali məktəb var:
Humanitar və riyaziyyat elmləri fakültəsi Antropologiya (Çin icmaları antropologiyası, Mədəni antropologiya), Çin dili və ədəbiyyatı, Mədəni tədqiqatlar (Mədəniyyətlərarası tədqiqatlar, Mədəni menecment, Vizual Mədəniyyət tədqiqatları), İngilis dili (İngilis dilinin tətbiqi linqvistikası, Ədəbiyyatşünaslıq), Təsviri incəsənət (Çin incəsənəti tarixi), Tarix (Müqayisəli və ictimai tarix), Yaponşünaslıq (Yapon dili və tədrisi), Linqvistika (Çin dili və linqvistikası), Musiqi, Fəlsəfə, Dinşünaslıq, İlahiyyat (Xristianlıq tədqiqatları, İlahilik, Teoloji tədqiqatlar), Tərcüməçilik (Avtomatlaşdırılmış tərcümə) departamentlərindən ibarətdir. Bu fakültəni Çeunq Samuil, Devid Fora, Simon Haines, Syun Pinq-çen, Leo Li, Leunq Ki-çi, Pu Mu Çju, Cenni So, Ki-lonq Billi, Çjao Zenkay və s. kimi dünya üzrə məşhur alim və ədəbiyyatçılar bitiriblər.
Biznes idarəetmə fakültəsi Mühasibat, Otel (Mehmanxana) və Turizm İdarəetməsi məktəbləri, İdarəetmə iqtisadiyyatı, Maliyyə, Menecment, Marketinq departamentlərindən ibarətdir. Fakültənin MBA və EMBA proqramları dünyada ən yaxşılar arasındadır. Fakültənin məzunları arasında görkəmli biznesmenlər, iş adamları, hökumət nümayəndələri var.
Pedaqogika fakültəsi Tədris proqramları və təlimatları, Təhsil administrasiyası və siyasəti, Təhsil psixologiyası, İdman və fiziki tərbiyə departamentlərindən və Fiziki təhsil bölməsindən ibarətdir. Fakültə müəllim və təhsil üzrə mütəxəssis hazırlayır.
Mühəndislik fakültəsi Kompüter elmləri və texnologiya, Elektronika, İnformasiya mühəndisliyi, Mexanika və Avtomatlaşdırma mühəndisliyi, Sistemlər və menecment mühəndisliyi departamentlərindən ibarətdir. Burada yüksək səviyyədə ixtisaslaşmış mühəndislər, texnologiya sahəsi üzrə mütəxəssislər hazırlanır.
Hüquq fakültəsi Asiyanın ən aparıcı tədqiqat yönümlü fakültələrindən biridir. Fakültə ədalətin bərqərar olması, ətraf mühitin, ictimai sağlamlığın mühafizəsi, təhlükəsizliyin təmin edilməsi, biznes hüququ və s. sahələr üzrə tədqiqat aparır.
Tibb fakültəsi Tibbi Biologiya elmləri, Netersol tibb bacısı, Əczaçılıq, İctimai səhiyyə və İlkin tibbi yardım məktəblərindən, Anesteziya və intensiv terapiya, Anatomiya və hüceyrə patologiyası, Kimya patologiyası, Kliniki onkologiya, Müdaxiləçi radiologiya, Tibb və terapiya, Mikrobiologiya, Mamalıq və ginekologiya, Oftalmologiya və vizual elmlər, Ortopediya və travmatologiya, Otorinolarinqologiya, Baş və boyun cərrahiyyəsi, Pediatriya, Psixiatriya, Cərrahiyyə departamentlərindən, 30-dan çox tədqiqat mərkəzindən, 20-dən çox bölmədən, Honkonq Xərçəng, Ailə Təbabəti, Li Ka-şinq Sağlamlıq institutlarından ibarətdir. Fakültənin tələbələri universitet xəstəxanasında, Şahzadə Uels hospitalında təcrübə keçirlər.
Dəqiq elmlər fakültəsi universitetin ən böyük fakültələrindən biridir. Fakültənin iki əməkdaşı Nobel mükafatı laureatıdır. Fakültə Biokimya, Biologiya, Kimya, Riyaziyyat, Fizika, Statistika departamentlərindən ibarətdir. Bununla yanaşı, fakültənin nəzdində 5 institut (Çin təbabəti, Dəqiq mexanika, Optik elm və texnika, Nəzəri fizika, Elm və Texnologiya institutları), 20-yə yaxın mərkəz və laboratoriya fəaliyyət göstərir. Son zamanlar 7 ən yeni bakalavr fənlərarası proqramının inkişafına xüsusi diqqət göstərilir. Bunlar Ekologiya, Qida elmləri, Materialşünaslıq, Molekulyar biotexnologiya, Çin təbabəti, Risk idarəetmə elmləri, Tətbiqi kimya və menecment proqramlarıdır.
İctimai elmlər fakültəsi Memarlıq, Jurnalistika və Kommunikasiya məktəblərindən, İqtisadiyyat, Coğrafiya və resursların idarəolunması, Hökumət və dövlət administrasiyası, Jurnalistika və kommunikasiya, Psixologiya, İctimai fəaliyyət, Sosiologiya departamentlərindən ibarətdir.
Ali Məktəb magistr və doktorantların təhsilinin təşkili məqsədi ilə yaradılıb. Burada geniş spektrdə akademik sahələrin tədrisi təşkil olunur. Yuxarıda sadalanan bütün fakültələrin proqramları üzrə məktəbdə magistr və doktorantlar hazırlanır. 1965-ci ildən fəaliyyət göstərən məktəb ilk illər 5 proqram - Çin dili və ədəbiyyatı, işgüzar administrasiya, coğrafiya, tarix və fəlsəfə üzrə magistr hazırlayıb, həmin dövrdən isə sürətlə inkişaf etməyə başlayıb. 1980-ci ildən başlayaraq məktəb doktorluq dərəcəsi verir.
Bütün bunlarla yanaşı, Honkonq Çin Universitetində Çin dili Mərkəzi mövcuddur. 1963-cü ildə yaradılan mərkəz 1974-cü ildən universitetin bir hissəsinə çevrilib. Mərkəz 2 hissəli kurs təklif edir: Çin dilinin daşıyıcıları olan və Çin dilinin daşıyıcıları olmayan şəxslər üçün. Məktəbin proqramı üç hissədən ibarətdir: a) potonxua (Çin dili dialekti, Çin Xalq Respublikasının dili) - yerli tələbələr üçün, b) kanton dialekti - Honkonqdan deyil, qitədən olan çinli tələbələr üçün, c) potonxua və kanton dialektləri - əcnəbi tələbələr üçün.
Honkonq Çin Universitetinin kitabxana sistemi 1963-cü ildə yaradılıb. Sistemə 7 kitabxana daxildir:
- Əsas Universitet kitabxanası;
- Çunq Çi Kollecinin Elizabet Mur Lyusi kitabxanası;
- Yeni Asiya Kollecinin Çien Mu kitabxanası;
- Birləşmiş Kollecin Vu Çunq Multimedia kitabxanası;
- Şatin kliniki xəstəxana kompleksinin Li Pin Tibb kitabxanası;
- Memarlıq kitabxanası;
- Li Quo Vey Hüquq kitabxanası.
Bütün kitabxanalar əsas universitet kitabxanası tərəfindən idarə olunur.
Kitabxana ilə yanaşı, Honkonq Çin Universitetində Bədii muzey fəaliyyət göstərir. Muzeydə Çin tarixini və mədəniyyətini əks etdirən 12000-dən çox eksponat var (Sonq və Yuan dövrlərindən başlayaraq ən modern əşyalara qədər: arxeoloji tapıntılar, qədim yazılar, epiqrafika, kalliqrafiya, nəqqaşlıq, rəsm, heykəltəraşlıq nümunələri, keramika, tunc, nefrit, fil sümüyü, bambuk, ağac və digər materiallardan hazırlanmış əşyalar və s.). Muzey sistemli olaraq genişmiqyaslı sərgilər təşkil edir.
Honkonq Çin Universitetinin kansleri cənab Donald Tsanq, prezidenti və vitse-kansleri isə professor Jozef Senadır. Bu ali məktəbdə Universitet Şurası və Senatı fəaliyyət göstərir. Honkonq Çin Universitetində 6571 nəfər işçi çalışır. Onların 1462 nəfərini professor-müəllim heyəti, 1145 nəfərini tədqiqatçı, qalanlarını isə inzibati heyət təşkil edir. Universitetin əməkdaşları arasında 4 Nobel mükafatı laureatı, Çin Elmlər Akademiyasının 10 akademiki, eləcə də digər mükafatlarla təltif olunmuş şəxslər var. Honkonq Çin Universiteti Honkonqda Nobel mükafatı laureatlarına malik olan yeganə ali təhsil ocağıdır.
2009-2010-cu tədris ilində Honkonq Çin Universitetində tələbələrin ümumi sayı 14315 nəfər olub. Burada bakalavr pilləsində 11255, magistratura və doktorantura pillələrində isə 3060 tələbə oxuyub. Dünyanın digər ölkələri ilə tələbə mübadiləsi proqramı çərçivəsində universitetdə 1142 əcnəbi tələbə təhsil alıb, 1198 tələbə isə xarici ölkə universitetlərinə göndərilib.
Honkonq Çin Universitetinin tələbələrinin təxminən 40 faizi kampus ərazisində yaşayır. Kampusda 4 kollec arasında paylanmış 21 yataqxana var. Yerli tələbələr əcnəbi tələbələrlə bir nömrədə qalmaq arzusunda olduqları üçün yataqxanalarda yerli və əcnəbi tələbələr bir yerdə məskunlaşıblar. Bu onlar arasında mədəni mübadilənin yaranması, əcnəbi gəncin yerli həyata alışması üçün geniş imkan yaradır. Burada əcnəbi tələbəyə ayrıca otaq verilmir. Yataqxanalarda ümumi mətbəx, televizor, hamam otaqları, camaşırxanalar, İnternet, telefon və kondisioner ilə təchiz edilmiş otaqlar mövcuddur. Kampusda tələbələrin rahatlığını təmin etmək üçün banklar, xəstəxanalar, supermarketlər, bərbərxanalar, restoranlar, idman, konsert zalları və s. fəaliyyət göstərir.
Honkonq Çin Universiteti Çin və Qərb ənənələrini, qədimliyi və müasirliyi özündə birləşdirən perspektiv elmi-tədqiqat mərkəzidir. Ali məktəbin emblemi Cənub Xan sülaləsinə aid olan mifik fenq quşudur. Bu quş alicənablıq, gözəllik, sədaqət və əzəmətlilik rəmzidir. Universitetin şüarı qədim Çin filosofu Konfutsinin məşhur kəlamıdır:
"Dünyagörüşünü genişləndir, nəzakətli davran". |
Honkonq Çin Universitetinin missiyası təhsilin, tədrisin, tədqiqatların inkişafını gücləndirmək, beynəlxalq səviyyədə birinci dərəcəli təhsil ocağına çevrilmək, Honkonqun, Çinin və ümumilikdə bütün bəşəriyyətin rifahını yüksəltməkdən ibarətdir.
Büdcəsi
2009-2010-cu tədris ilində Honkonq Çin Universitetinin illik gəliri 4413000000 Honkonq dolları dəyərində olub. Bu məbləğin 2916000000 Honkonq dolları dövlət qrantları, 1207000000 Honkonq dolları təhsil haqqı və digər ödənişlər, 279000000 Honkonq dolları ianə yardımları, 161000000 Honkonq dolları müxtəlif xidmətlər, qalanları isə digər vasitələr hesabına əldə olunan gəlirlərdir.
Həmin tədris ilində universitetin xərcləri 5073000000 Honkonq dolları olub. Xərclərin 3625000000 Honkonq dollarını təlim və tədqiqatların aparılması, 187000000 Honkonq dollarını kitabxana, 202000000 Honkonq dollarını idarəetmə, 539000000 Honkonq dollarını tikinti və təmir, 260000000 Honkonq dollarını müxtəlif xidmətlər, qalanlarını isə digər məsrəflər təşkil edib.
Təhsil haqqı
2010-2011-ci tədris ilində Honkonq Çin Universitetində əcnəbi tələbələrin təhsil haqqı orta hesabla 100000 Honkonq dolları (təxminən 12850 ABŞ dolları) təşkil edir. Onlayn ərizə formasının (application) qiyməti 300 Honkonq dolları (37 ABŞ dolları), kağız formasının qiyməti isə 400 Honkonq dolları (52 ABŞ dolları) dəyərindədir. Yataqxanalarda qiymət orta hesabla 8500 Honkonq dollarıdır, qidalanma, nəqliyyat, məktəb ləvazimatları və digər şəxsi xərclər üçün isə bir tələbəyə ildə 140000 Honkonq dolları lazımdır.
2010-2011-ci tədris ilində Honkonq Çin Universitetinə daxil olan əcnəbi tələbələrə bakalavr pilləsində veriləcək təqaüdün məbləği ildə 30000-125000 Honkonq dolları arasında dəyişir. Təhsil aldığı dövrdə yüksək nəticələr göstərən, istedadlı tələbələr ildə 125000 Honkonq dolları (16025 ABŞ dolları) təqaüd alacaqlar. Magistratura və doktorantura pillələrində oxuyanlara müxtəlif adda və məbləğdə təqaüdlər təklif olunur: Dan David mükafatı - 15000 ABŞ dolları, qız tələbələr üçün Honkonq Universitet Qadınları Assosiasiyası təqaüdü - 20000 Honkonq dolları, doktorantlar üçün Avrasiya-Sakit okean Birliyi təqaüdü - ayda 940 avro (6 ay müddətində verilir) və s.
Reytinqi
"QS Asian University Rankings" jurnalının 2010-cu ildə keçirdiyi reytinqə əsasən isə Honkonq Çin Universiteti Asiya ali təhsil ocaqları arasında 4-cü yerdə olmuşdur.
2011-2012-ci tədris ilinin yekununa əsasən Honkonq Çin Universiteti QS World University Rankings tərəfindən tərtib edilmiş "Dünyanın 50 gənc universitetinin reytinq cədvəli"ndə 1-ci pillədə olmuşdur.
2014/15 | 2013/14 | 2012/13 | 2011/12 | 2010/11 |
---|---|---|---|---|
45 | 39 | 40 | 37 | 42 |
Məşhur məzunları
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- – "Siemens AG" kampaniyasının baş direktoru;
- – fizika üzrə Nobel mükafatı laureatı;
- – fizika üzrə Nobel mükafatı laureatı;
- Ceyms Mirrlis – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- – Filds medalı laureatı (riyaziyyatçılara verilir);
- – Türinq mükafatı laureatı (kompüter elmləri üzrə);
- – bitki genini klonlaşdıran ilk alim;
- – yazıçı və bəstəkar;
- – bəstəkar;
- – rejissor və ssenarist.
Mənbə
- Lamiyə Əliyeva, Dünya universitetləri: Çin Honq Konq Universiteti 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 17.09.2010, № 36. (az.)
İstinadlar
- . The Chinese University of Hong Kong. 7 April 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 April 2014.
- Dünyanın 50 gənc universitetinin reytinqi 2013-05-29 at the Wayback Machine. muallim.edu.az, 26.04.2013 (az.)
- Dünyanın 50 gənc universitetinin reytinq cədvəli[ölü keçid]. muallim.edu.az (az.)
- "QS World University Rankings (2014)". 2016-02-05 tarixində . İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2013)". 2016-10-21 tarixində . İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2012)". 2019-05-02 tarixində . İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2011)". 2012-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- . 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
Xarici keçidlər
- chuk.edu.hk — Honkonq Çin Universitetinin rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Honkonq Cin Universiteti cin 香港中文大學 Cin Xalq Respublikasinin xususi statuslu Honkonq bolgesinin Yeni Sahe adlanan erazisinde Ma suy Lyu Sa Tin rayonunda yerlesen ali tehsil muessisesi olkenin en aparici ali tehsil ocaqlarindan biridir Honkonq Cin Universiteti CUHK 中大 港中大香港中文大學22 25 11 sm e 114 12 24 s u Esasi qoyulub 1963Tip DovletTelebe sayi 28 688 dekabr 2012 Seher Honkonq Yeni Sahe Ma suy Lyu Sa Tin rayonuOlke CinSayt cuhk edu hk Vikianbarda elaqeli mediafayllarTarixi1957 ci ilde Yeni Asiya Birlesmis Cunq Ci kollecleri birge Honkonq Cin Ali Tehsil Assosiasiyasi yaradir ve hokumet terefinden taninir 1959 cu ilden bu uc kollecin dovlet terefinden maliyyelesdirilmesine baslanir 1963 cu ilde Yeni Asiya Birlesmis Cunq Ci kollecleri Honkonq Cin Universiteti adi altinda birlesdirilir Iki il sonra universitetde Tehsil Pedaqogika Mektebi acilir 1976 ci ilde qerar qebul edilir ve bu qerara esasen Honkonq Cin Universiteti kollegial universitet elan edilir bir il sonra ise Tibb Mektebi yaradilir 1986 ci ilde bu ali mektebde So Kolleci 1991 ci ilde Muhendislik Mektebi 2005 ci ilde huquq fakultesi acilir 2006 ci ilde universitetde iki kollec Morninqsayd ve SH Ho 2007 ci ilde ise daha uc kollec CW Cu Vu Yi Sun ve Li Vu Sinq istifadeye verilir Her kollecin ayrica yataqxana yemekxana idman zali kitabxana ve diger obyektleri movcuddur Honkonq Cin Universitetinin yaradicilari Cin ile Qerbi qedim eneneleri ve muasirliyi birlesdire bilecek bir korpu qurmaq niyyetinde idiler ve bu gun onlarin oz meqsedlerine nail olduqlarini eminlikle soylemek olar Muasir veziyyetiHonkonq Cin Universitetinin kampusu Sa Tin rayonunda Tolo Harbor limaninda meselerle ortulmus dagliq erazide yerlesir Kampus umumilikde 173 3 hektar erazini ehate edir Zengin flora ve faunaya malik bu erazi gozelliyi ile her kesi celb edir Kampusda Cin ve Qerb memarliq uslublarinda insa edilmis 151 tikili var Seherciyin en meshur yerleri Yeni Asiya Kollecinde Konfutsi heykeli Cunq Ci Kollecinde Lion aslan pavilyonu kitabxananin qarsisindaki memar Cju Min terefinden tuncdan hazirlanmis Mudriklik qapilaridir Universitetin kampusu Honkonqun merkezi ses kuylu rayonlarindan kenarda yerlesmesine baxmayaraq buraya asanliqla gelmek mumkundur Kampusa yuksek suretli qatarlar MTR Ictimai demiryolu tranziti coxlu sayda avtobuslar isleyir Honkonq Cin Universitetinin nezdinde 9 kollec fealiyyet gosterir Cunq Ci Yeni Asiya Birlesmis So CW Cu Vu Yi Sun Li Vu Sinq Morninqsayd ve SH Ho kollecleri Kolleclerde muxtelif proqramlar seminarlar dil texnologiya ve idareetme uzre layiheler mektebdenkenar tedbirler heyata kecirilir Burada daha cox telebeler arasinda kommunikabellik ve medeni anlasma bacarigini ictimai mesuliyyet hissini asilayan qeyri formal tedris novleri kecilir telebenin sexsi keyfiyyetlerinin inkisafina xususi diqqet yetirilir Universitetin telebe teskilatlari kolleclerde yerlesir Her kollecin ayrica kampusu yataqxanalari ve s obyektleri xidmet merkezleri movcuddur Honkonq Cin Universitetinde bakalavr magistr ve doktorluq seviyyesinde tehsil veren 8 fakulte elece de magistr ve doktorantlar ucun bir ali mekteb var Humanitar ve riyaziyyat elmleri fakultesi Antropologiya Cin icmalari antropologiyasi Medeni antropologiya Cin dili ve edebiyyati Medeni tedqiqatlar Medeniyyetlerarasi tedqiqatlar Medeni menecment Vizual Medeniyyet tedqiqatlari Ingilis dili Ingilis dilinin tetbiqi linqvistikasi Edebiyyatsunasliq Tesviri incesenet Cin inceseneti tarixi Tarix Muqayiseli ve ictimai tarix Yaponsunasliq Yapon dili ve tedrisi Linqvistika Cin dili ve linqvistikasi Musiqi Felsefe Dinsunasliq Ilahiyyat Xristianliq tedqiqatlari Ilahilik Teoloji tedqiqatlar Tercumecilik Avtomatlasdirilmis tercume departamentlerinden ibaretdir Bu fakulteni Ceunq Samuil Devid Fora Simon Haines Syun Pinq cen Leo Li Leunq Ki ci Pu Mu Cju Cenni So Ki lonq Billi Cjao Zenkay ve s kimi dunya uzre meshur alim ve edebiyyatcilar bitiribler Biznes idareetme fakultesi Muhasibat Otel Mehmanxana ve Turizm Idareetmesi mektebleri Idareetme iqtisadiyyati Maliyye Menecment Marketinq departamentlerinden ibaretdir Fakultenin MBA ve EMBA proqramlari dunyada en yaxsilar arasindadir Fakultenin mezunlari arasinda gorkemli biznesmenler is adamlari hokumet numayendeleri var Pedaqogika fakultesi Tedris proqramlari ve telimatlari Tehsil administrasiyasi ve siyaseti Tehsil psixologiyasi Idman ve fiziki terbiye departamentlerinden ve Fiziki tehsil bolmesinden ibaretdir Fakulte muellim ve tehsil uzre mutexessis hazirlayir Muhendislik fakultesi Komputer elmleri ve texnologiya Elektronika Informasiya muhendisliyi Mexanika ve Avtomatlasdirma muhendisliyi Sistemler ve menecment muhendisliyi departamentlerinden ibaretdir Burada yuksek seviyyede ixtisaslasmis muhendisler texnologiya sahesi uzre mutexessisler hazirlanir Huquq fakultesi Asiyanin en aparici tedqiqat yonumlu fakultelerinden biridir Fakulte edaletin berqerar olmasi etraf muhitin ictimai saglamligin muhafizesi tehlukesizliyin temin edilmesi biznes huququ ve s saheler uzre tedqiqat aparir Tibb fakultesi Tibbi Biologiya elmleri Netersol tibb bacisi Eczaciliq Ictimai sehiyye ve Ilkin tibbi yardim mekteblerinden Anesteziya ve intensiv terapiya Anatomiya ve huceyre patologiyasi Kimya patologiyasi Kliniki onkologiya Mudaxileci radiologiya Tibb ve terapiya Mikrobiologiya Mamaliq ve ginekologiya Oftalmologiya ve vizual elmler Ortopediya ve travmatologiya Otorinolarinqologiya Bas ve boyun cerrahiyyesi Pediatriya Psixiatriya Cerrahiyye departamentlerinden 30 dan cox tedqiqat merkezinden 20 den cox bolmeden Honkonq Xerceng Aile Tebabeti Li Ka sinq Saglamliq institutlarindan ibaretdir Fakultenin telebeleri universitet xestexanasinda Sahzade Uels hospitalinda tecrube kecirler Deqiq elmler fakultesi universitetin en boyuk fakultelerinden biridir Fakultenin iki emekdasi Nobel mukafati laureatidir Fakulte Biokimya Biologiya Kimya Riyaziyyat Fizika Statistika departamentlerinden ibaretdir Bununla yanasi fakultenin nezdinde 5 institut Cin tebabeti Deqiq mexanika Optik elm ve texnika Nezeri fizika Elm ve Texnologiya institutlari 20 ye yaxin merkez ve laboratoriya fealiyyet gosterir Son zamanlar 7 en yeni bakalavr fenlerarasi proqraminin inkisafina xususi diqqet gosterilir Bunlar Ekologiya Qida elmleri Materialsunasliq Molekulyar biotexnologiya Cin tebabeti Risk idareetme elmleri Tetbiqi kimya ve menecment proqramlaridir Ictimai elmler fakultesi Memarliq Jurnalistika ve Kommunikasiya mekteblerinden Iqtisadiyyat Cografiya ve resurslarin idareolunmasi Hokumet ve dovlet administrasiyasi Jurnalistika ve kommunikasiya Psixologiya Ictimai fealiyyet Sosiologiya departamentlerinden ibaretdir Ali Mekteb magistr ve doktorantlarin tehsilinin teskili meqsedi ile yaradilib Burada genis spektrde akademik sahelerin tedrisi teskil olunur Yuxarida sadalanan butun fakultelerin proqramlari uzre mektebde magistr ve doktorantlar hazirlanir 1965 ci ilden fealiyyet gosteren mekteb ilk iller 5 proqram Cin dili ve edebiyyati isguzar administrasiya cografiya tarix ve felsefe uzre magistr hazirlayib hemin dovrden ise suretle inkisaf etmeye baslayib 1980 ci ilden baslayaraq mekteb doktorluq derecesi verir Butun bunlarla yanasi Honkonq Cin Universitetinde Cin dili Merkezi movcuddur 1963 cu ilde yaradilan merkez 1974 cu ilden universitetin bir hissesine cevrilib Merkez 2 hisseli kurs teklif edir Cin dilinin dasiyicilari olan ve Cin dilinin dasiyicilari olmayan sexsler ucun Mektebin proqrami uc hisseden ibaretdir a potonxua Cin dili dialekti Cin Xalq Respublikasinin dili yerli telebeler ucun b kanton dialekti Honkonqdan deyil qiteden olan cinli telebeler ucun c potonxua ve kanton dialektleri ecnebi telebeler ucun Honkonq Cin Universitetinin kitabxana sistemi 1963 cu ilde yaradilib Sisteme 7 kitabxana daxildir Esas Universitet kitabxanasi Cunq Ci Kollecinin Elizabet Mur Lyusi kitabxanasi Yeni Asiya Kollecinin Cien Mu kitabxanasi Birlesmis Kollecin Vu Cunq Multimedia kitabxanasi Satin kliniki xestexana kompleksinin Li Pin Tibb kitabxanasi Memarliq kitabxanasi Li Quo Vey Huquq kitabxanasi Butun kitabxanalar esas universitet kitabxanasi terefinden idare olunur Kitabxana ile yanasi Honkonq Cin Universitetinde Bedii muzey fealiyyet gosterir Muzeyde Cin tarixini ve medeniyyetini eks etdiren 12000 den cox eksponat var Sonq ve Yuan dovrlerinden baslayaraq en modern esyalara qeder arxeoloji tapintilar qedim yazilar epiqrafika kalliqrafiya neqqasliq resm heykelterasliq numuneleri keramika tunc nefrit fil sumuyu bambuk agac ve diger materiallardan hazirlanmis esyalar ve s Muzey sistemli olaraq genismiqyasli sergiler teskil edir Honkonq Cin Universitetinin kansleri cenab Donald Tsanq prezidenti ve vitse kansleri ise professor Jozef Senadir Bu ali mektebde Universitet Surasi ve Senati fealiyyet gosterir Honkonq Cin Universitetinde 6571 nefer isci calisir Onlarin 1462 neferini professor muellim heyeti 1145 neferini tedqiqatci qalanlarini ise inzibati heyet teskil edir Universitetin emekdaslari arasinda 4 Nobel mukafati laureati Cin Elmler Akademiyasinin 10 akademiki elece de diger mukafatlarla teltif olunmus sexsler var Honkonq Cin Universiteti Honkonqda Nobel mukafati laureatlarina malik olan yegane ali tehsil ocagidir 2009 2010 cu tedris ilinde Honkonq Cin Universitetinde telebelerin umumi sayi 14315 nefer olub Burada bakalavr pillesinde 11255 magistratura ve doktorantura pillelerinde ise 3060 telebe oxuyub Dunyanin diger olkeleri ile telebe mubadilesi proqrami cercivesinde universitetde 1142 ecnebi telebe tehsil alib 1198 telebe ise xarici olke universitetlerine gonderilib Honkonq Cin Universitetinin telebelerinin texminen 40 faizi kampus erazisinde yasayir Kampusda 4 kollec arasinda paylanmis 21 yataqxana var Yerli telebeler ecnebi telebelerle bir nomrede qalmaq arzusunda olduqlari ucun yataqxanalarda yerli ve ecnebi telebeler bir yerde meskunlasiblar Bu onlar arasinda medeni mubadilenin yaranmasi ecnebi gencin yerli heyata alismasi ucun genis imkan yaradir Burada ecnebi telebeye ayrica otaq verilmir Yataqxanalarda umumi metbex televizor hamam otaqlari camasirxanalar Internet telefon ve kondisioner ile techiz edilmis otaqlar movcuddur Kampusda telebelerin rahatligini temin etmek ucun banklar xestexanalar supermarketler berberxanalar restoranlar idman konsert zallari ve s fealiyyet gosterir Honkonq Cin Universiteti Cin ve Qerb enenelerini qedimliyi ve muasirliyi ozunde birlesdiren perspektiv elmi tedqiqat merkezidir Ali mektebin emblemi Cenub Xan sulalesine aid olan mifik fenq qusudur Bu qus alicenabliq gozellik sedaqet ve ezemetlilik remzidir Universitetin suari qedim Cin filosofu Konfutsinin meshur kelamidir Dunyagorusunu genislendir nezaketli davran Honkonq Cin Universitetinin missiyasi tehsilin tedrisin tedqiqatlarin inkisafini guclendirmek beynelxalq seviyyede birinci dereceli tehsil ocagina cevrilmek Honkonqun Cinin ve umumilikde butun beseriyyetin rifahini yukseltmekden ibaretdir Budcesi2009 2010 cu tedris ilinde Honkonq Cin Universitetinin illik geliri 4413000000 Honkonq dollari deyerinde olub Bu meblegin 2916000000 Honkonq dollari dovlet qrantlari 1207000000 Honkonq dollari tehsil haqqi ve diger odenisler 279000000 Honkonq dollari iane yardimlari 161000000 Honkonq dollari muxtelif xidmetler qalanlari ise diger vasiteler hesabina elde olunan gelirlerdir Hemin tedris ilinde universitetin xercleri 5073000000 Honkonq dollari olub Xerclerin 3625000000 Honkonq dollarini telim ve tedqiqatlarin aparilmasi 187000000 Honkonq dollarini kitabxana 202000000 Honkonq dollarini idareetme 539000000 Honkonq dollarini tikinti ve temir 260000000 Honkonq dollarini muxtelif xidmetler qalanlarini ise diger mesrefler teskil edib Tehsil haqqi2010 2011 ci tedris ilinde Honkonq Cin Universitetinde ecnebi telebelerin tehsil haqqi orta hesabla 100000 Honkonq dollari texminen 12850 ABS dollari teskil edir Onlayn erize formasinin application qiymeti 300 Honkonq dollari 37 ABS dollari kagiz formasinin qiymeti ise 400 Honkonq dollari 52 ABS dollari deyerindedir Yataqxanalarda qiymet orta hesabla 8500 Honkonq dollaridir qidalanma neqliyyat mekteb levazimatlari ve diger sexsi xercler ucun ise bir telebeye ilde 140000 Honkonq dollari lazimdir 2010 2011 ci tedris ilinde Honkonq Cin Universitetine daxil olan ecnebi telebelere bakalavr pillesinde verilecek teqaudun meblegi ilde 30000 125000 Honkonq dollari arasinda deyisir Tehsil aldigi dovrde yuksek neticeler gosteren istedadli telebeler ilde 125000 Honkonq dollari 16025 ABS dollari teqaud alacaqlar Magistratura ve doktorantura pillelerinde oxuyanlara muxtelif adda ve meblegde teqaudler teklif olunur Dan David mukafati 15000 ABS dollari qiz telebeler ucun Honkonq Universitet Qadinlari Assosiasiyasi teqaudu 20000 Honkonq dollari doktorantlar ucun Avrasiya Sakit okean Birliyi teqaudu ayda 940 avro 6 ay muddetinde verilir ve s Reytinqi QS Asian University Rankings jurnalinin 2010 cu ilde kecirdiyi reytinqe esasen ise Honkonq Cin Universiteti Asiya ali tehsil ocaqlari arasinda 4 cu yerde olmusdur 2011 2012 ci tedris ilinin yekununa esasen Honkonq Cin Universiteti QS World University Rankings terefinden tertib edilmis Dunyanin 50 genc universitetinin reytinq cedveli nde 1 ci pillede olmusdur QS World University Rankings deki yeri 2014 15 2013 14 2012 13 2011 12 2010 1145 39 40 37 42Meshur mezunlariBuranin mezunu olan meshurlardan misal olaraq asagidakilarin adlarini cekmek olar Siemens AG kampaniyasinin bas direktoru fizika uzre Nobel mukafati laureati fizika uzre Nobel mukafati laureati Ceyms Mirrlis iqtisadiyyat uzre Nobel mukafati laureati iqtisadiyyat uzre Nobel mukafati laureati Filds medali laureati riyaziyyatcilara verilir Turinq mukafati laureati komputer elmleri uzre bitki genini klonlasdiran ilk alim yazici ve bestekar bestekar rejissor ve ssenarist MenbeLamiye Eliyeva Dunya universitetleri Cin Honq Konq Universiteti 2014 09 09 at the Wayback Machine Azerbaycan muellimi qezeti 17 09 2010 36 az Istinadlar The Chinese University of Hong Kong 7 April 2014 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2 April 2014 Dunyanin 50 genc universitetinin reytinqi 2013 05 29 at the Wayback Machine muallim edu az 26 04 2013 az Dunyanin 50 genc universitetinin reytinq cedveli olu kecid muallim edu az az QS World University Rankings 2014 2016 02 05 tarixinde Istifade tarixi 2015 04 11 QS World University Rankings 2013 2016 10 21 tarixinde Istifade tarixi 2015 04 11 QS World University Rankings 2012 2019 05 02 tarixinde Istifade tarixi 2015 04 11 QS World University Rankings 2011 2012 05 07 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 11 2011 04 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 11 Xarici kecidlerchuk edu hk Honkonq Cin Universitetinin resmi sayti