Cavanşir Hacı Ağalar xan Qasım bəy oğlu (1758, Şuşa – 1834, Tehran) — Qarabağ bəyi, kapitan, Pənahəli xanın qardaşı nəvəsi.
Hacı Ağalar xan Cavanşir | |
---|---|
Hacı Ağalar xan Qasım bəy oğlu Cavanşir | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, Qacarlar dövləti |
Həyat yoldaşı | Məstan xanım |
Uşaqları | Qasım xan, Məhəmməd bəy adlı oğulları, Aftab bəyim, Xırda bəyim, Dürnisə bəyim, Şəhribanu bəyim adlı qızları |
Fəaliyyəti | hərbi lider[d] |
Həyatı
Qasım bəyin dördüncü oğlu Ağalar bəy 1758-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Böyüyüb özünü tanıyandan savaş sənəti ilə məşğul idi. Qardaşları Hacı Bəylər bəy və Rüstəm bəylə bərabər Mehdiqulu xana xidmət edirdi. Xan bu qardaşların xətrini çox istəyirdi. Onlara Qarabağ ərazisində bəs deyincə tiyul vermişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Ağalar bəy Zabux, Şəki, Qarakilsə, Əngələvüd, Daşkənd, Qubadlı, Yuxarı Hal kəndlərinin, Hacıağalarbəyli, Şükür-Muğanlı, Bərgüşadlı, Əliyanlı, Tatar, Tatarlı, Xocamusaqlı, Eyvazsərkarlı, Zodmanlı, Çullu obalarının yiyəsi idi.
Hacı Ağalar bəy 1810-cu il olaylarında atası Qasım bəylə bərabər Abbas mirzənin qoşunlarına qarşı göstərdiyi səylərə görə ruslar tərəfindən kapitan çini ilə ödüllənmişdi.
Hacı Ağalar bəy xanlıq dönəmində Sisyan, Tatev, Bərgüşad, Əcanan mahallarının naibi, Zəngəzur ellərinin kələntəri olmuşdu.
1822-ci ildə sonuncu Qarabağ hakimi Mehdiqulu xan Cavanşir İrana qaçandan sonra yaxınları gözdən salındı. Hacı Ağalar bəyi tutub, Rusiyanın dərinliklərinə sürgün etmək istədilər. Lakin bir təhər aradan çıxmağı bacardı.
1826-cı ildə Hacı Ağalar bəy Şuşada ruslara qarşı qiyam qaldırıb, İrana keçdi. Abbas mirzə ona xan ünvanı ikram edib, ordusunun bir dəstəsinə başçı tikdi. Hacı Ağalar xan ruslara qarşı can-başla mübarizəsini davam etdirdi.
Hacı Ağalar xan qacar ordusunda Qarabağ atlı dəstəsinin sərkərdəsi idi. K. N. Smirnov yazır: "İsmayıl mirzənin rusların üzərinə hücumu Gorusun şərqindən oldu. Naxçıvan alayının süvariləri Hacı Ağaların (Qarabağ atlılarının başçısı) başçılığı altında Naxçıvan yolu ilə irəliləyib, Xınzirək və Gorus arasında rusları mühasirə etdilər. Ruslardan 6 dağ topu və 1000 nəfər əsir götürdülər.
Hacı Ağalar xan başqa bir hücumda, Həkəri çayının yaxasında, rus qoşununa xeyli ziyan vurmuş və əsir götürmüşdü. Tarixçi Mir Mehdi Xəzani bu barədə yazırdı: "Kapitan Hacı Ağalar bəy ki, mütai-Qızılbaş idi, xəbərdar olub, neçə nəfər bəyzadələrin ittifaqı ilə əkradın süvarə və piyadələri ilə gəlib, çayın bu tərəfini kəsiblər. Bir heyət ilə, iki tərəfdən macal verməyib, soldatı aralığa alıb və bəzisini qılıncla öldürmüş və bəzilərini giriftari-kəməndi-üsar etmişdilər ki, onlardan bir nəfəri fəllahi olub fərar etməyə macal və məqdur olmamışdı.
Bu hadisə ilə bağlı tarixçi Mirzə Yusif Qarabaği yazır: "Hacı Ağalar Xudafərin körpüsü ətrafında dayanan Abbas mirzəyə xəbər verdi ki, qullarağası Qasım xan qoşundan bir dəstə tüfəngçi qulam və iki top götürüb, Qaradağ yolu ilə gəlib, Həkərə çayının yanında ruslara çatmış, hər iki tərəfdən qoşunlar arasında şiddətli vuruşmalar olmuşdur. Bir tərəfdən qızılbaşlar, digər tərəfdən Hacısamlının kürdləri və qeyri türklər, eləcə də günəşin istisi, yolların çətinliyi, əyri-üyrülüyü ruslara mane olduğu üçün qalaya gələ bilmədilər və batolyonu suya çatdıra bilməyib, dağıldılar. Bəziləri qətl olundu və bir hissəsi də əsir düşdü…".
Hacı Ağalar xan İran qoşunlarının xeyrinə bilgilər toplayırdı. Tarixçi Mirzə Yusif Qarabaği yazır: "O gecə bir nəfər ruslardan üz döndərib, qızılbaşlarla birləşən Hacı Ağalar bəy Qarabağlının yanından gəlib, rusların kənddən çıxıb harayasa naməlum bir tərəfə getdiklərini xəbər verdi. Bu xəbərdən qızılbaş qoşunlarının içərisinə qorxu və həyəcan düşdü. Qorxudan gecə qoşunun yerini dəyişdilər. O yerlərdə olan Pirsəng təpəsində səngər qazıb, vuruşu gözləyirdilər. Sübhə yaxın ayrı bir xəbər gəldi ki, ruslar öz qoşunları ilə birləşmək üçün Şuşa qalasına tərəf getdilər".
Abbas mirzə 1826-cı ildə Azərbaycanda yürüşdə olarkən, Bərgüşad mahalında Hacı Ağalar xangildə qonalqaya qalmışdı. Tarixçi Mirzə Yusif yazır: "Abbas mirzə bu şad xəbəri eşitdikdən bir sonra ordunu ordaca qoyub, Gorunruz (Qazıdərə-Ə. Ç,) kəndinə gəldi. Burda ölən və əsir düşən rusların başçıları ilə birlikdə sayı 300 nəfər idi.Əsirlərin içərisində pokovnik Nazımov və mayor Kovalenski də var idi. Abbas mirzə onları Gorunruz kəndinə Hacı Ağaların yanına qonaq gətirdi".
İran tarixçisi Əminə Pakrəvan Hacı Ağalar haqqında bilgi verir. Nədənsə onun adını qardaşının adıyla qarışıq salıb, Hacı Bəylər kimi qeyd edir. Cahangir mirzənin "Tarixi no" adlı əsərində Hacı Ağalar getdiyi halda Pakrəvan yanlışlığa yol vermişdir. O, yazır: "Şahzadənin ordusunun bulunduğu məkana yaxın bir yerdə Hacı Bəylər oturmaqda idi. Hacı Bəylər kiçik bir bölgənin xanı idi. Əslində onun sahib olduğu yer İbrahimxəlil xanın oğlu Mehdiqulu xana mənsub idi. Mehdiqulu xan Təbrizə mühacirət etdikdən sonra Hacı Bəylər oranı qəsb etmişdi. Rusların yenilməzliyinə güvənərək mühacir xanların ərazilərini ələ keçirib və ruslarla işbirliyi yapan bu xan Azərbaycan ordusunun qələbəsindən qorxuya düşmüşdü. Özəlliklə də Şeyxülmülkün xidmətində olan Mehdiqulu xan qardaşları ilə birlikdə öz torpaqlarına geri dönməkdəydilər. Rusların Qarabağdan uzaqlaşmasını görən Hacı Bəylər, Abbas mirzənin yanında bulunmaq amacı ilə neçə yüz süvarisini şahzadəyə təqdim etdi. Özəlliklə rus əsir əsgərlərinin Ərdəbilə göndərilməsini öz gözü ilə gördüyü üçün bütün ümidləri suya düşmüş kimi bir halı var idi. Hacı Bəylər, Mehdiqulu xanın qarşısında özünü qorumaq üçün biricik qurtuluş yolu kimi Abbas mirzəyə yaxınlaşmağı görürdü. Abbas mirzə də Azərbaycan ordusunun ona verə biləcəyi bilgilərə olan ehtiyacı nəzərə alaraq onunla sərt davranmadı".
Əminə Pakrəvanın yanlışlığı, diqqətsizliyi, hətta deyərdik ki, qərəzliyi hər cümlədə duyulur. Hacı Ağalar xan nə qəsbkar, nə qorxaq, nə satqın, nə də dönük idi. Hələ 1822-ci ildən ruslarla hər bağlantısını kəsən Hacı Ağalar xan meylini qacarlara salmışdı. O, torpaqlarının azad olunmasını istəyirdi. Inanırdı ki, Abbas mirzə Qarabağı ruslardan təmizləyib, xanlığı bərpa edəcək. Ümumiyyətlə, Hacı Ağalar xanın xətrini Abbas mirzə naibəssəltənə çox istəyirdi.
Cavanşir elinin Sarıcalı oymağının Behbudalılar tayfası həmişə Qarabağ xanlarını dəstəkləmişdilər. Mehdiqulu xanın ən inandığı adamlar bu tayfadan çıxmışdılar. Xan İranda olarkən qardaşlarından çox Hacı Ağalar xanın ruslar tərəfindən dustaq edilmiş kiçik qardaşı Rüstəm bəyi arzulamışdı. Çox yəqin ki, İran tarixçisi Hacı Ağalar xanla Mehdiqulu xanın qohumluq ilişkilərindən xəbərsiz idi. Qarabağın adlı-sanlı bəylərindən, İyirmidörd mahalının naibi, sərhədçibaşı, podporuçik, tarixçi Mirzə Adıgözəl bəy Abbas mirzənin əlində əsir olarkən həyatına qarşı Rüstəm bəyi zamin göstərmişdi. Hətta Mehdiqulu xana hədə dolu məktub da göndərmişdi. Məktubda yazılırdı: "…Xan, mən bu zəncirə düşəndən özümü ölmüş bilirəm. Lakin bu qədər var ki, mən burada ölən kimi, ruslar da Qalada dustaq olan bəyləri öldürəcəklər. İstəmirəm ki, mənə görə, o qədər bəylər ölsün. Xüsusilə Rüstəm bəy". Mehdiqulu xan bu məktubu alıb, oxuyandan sonra Hacı Ağalar xanı çağırtdırıb, Kərim xanla bir yerdə Naibəssəltənənin yanına yollamışdı. Abbas mirzə Hacı Ağalar xanı dinləyib, Mirzə Adıgözəl bəyi öldürməkdən vaz keçmişdi.
Mirzə Adıgözəl bəy qaçmaq fikrinə düşəndə onu dardan Hacı Ağalar bəy qurtarmışdı. Tarixçi yazır: "Səhərə bir saat qalmış (şahzadə) Xacə Ələskər xacəbaşını və Hacı Ağalar xanı göndərdi ki, məni burdan çıxarsınlar. Onlar aid içdikləri vaxt mən Hacı Ağalar xana dedim: "Sən nə üçün and içirsən, məgər bizim (bir-birinə) etibarımız yoxdu? Mənim sənə etibarım var". Onlar ilə (bəstdən) çıxıb, Hacı Ağalar xanın evinə getdik. Şorba gətirdilər içib, bir az istirahət etmək istədik. Haman saat fərraş gəlib, bizi apardı. Gördük ki, bizlərə bələdçilik edən sünni İbrahimi şaqqalamış və həbsxana məmurunun gözlərini çıxarmışlar. Bizləri hüzura çağırmaq münasibətilə də yüz min nəfərdən artıq Təbriz əhalisi tamaşaya çıxmışdı. Şahzadə meydananın (yuxarı) başında durmuşdu. Bizi görüncə qəzəblənib, mənə buyurdu: Ey kafir, rusun donuz supu ilə çaxırı yadına düşdüyü üçün qaçdın?" Mən ərz etdim: "Sən padşahsan, sənin bir saat ədalətin, min ilin ibadətindən artıqdır. Qarabağda da buyurdunuz ki, ruslarla şərab içib, belə olubsan. Halbuki mən ömrümdə onun dadını görməmişəm. Bir dəfə xəbər almadınız ki, doğrudur, ya yalandır".
Mən belə dedikdə, Hacı Ağalar xana buyurdu: "Bu nə deyir". Hacı Ağalar xan ərz etdi ki, sənin başın üçün doğru deyir. Ondan sonra bir saatdan artıq məni danışdırdı.
Hər nə buyurdu cavab verdim. Axırda Hacı Ağalar xan ərz etdi: " Siz buyurdunuz ki, Mirzəni qardaşın Rüstəm bəyin əvəzinə sənə mərhəmət edəyəcəyəm". Buyurdu: "Verdim".
Hacı Ağalar xan məni oradan öz evinə apardı. Əlimin yarasına məlhəm qoydu. Özümə paltar tikdirdi. Bir neçə gün bu qayda ilə yaşayırdım. Sonra Madatov Mişkin tərəfinə gəldi. Bu zaman Mustovfi Mirzə Məhəmmədəli demişdi ki, rus gəlir, mütləq mühasirəyə girmək lazım gələcəkdir. Bunun Təbrizdə olması məsləhət deyil, gərək Şahi dəryasının adasında saxlansın. Bu sözü Hacı Ağalar xan etmişdi, çox yalvarıb-yaxardı. Axırda məni Təbrizdən çıxarıb, Bənab kəndinə apardılar".
Hacı Ağalar xan 1834-cü ildə İranda vəfat etdi.
Hacı Ağalar xanın törəməsi Qarabaği soyadını daşıyır.
Ailəsi
Hacı Ağalar xan Məstan xanımla həyat qurmuşdu. Qasım xan, Məhəmməd bəy adlı oğulları, Aftab bəyim, Xırda bəyim, Dürnisə bəyim, Şəhribanu bəyim adlı qızları vardı.
İstinadlar
- К.Н.Смирнов. Материалы по истории и этнографии Нахичеванского края. Баку: Озан, 1999, стр.44.
- Qarabağnamələr. II kitab. Bakı: Yazıçı, 1991, səh.190.
- Qarabağnamələr. II kitab. Bakı: Yazıçı, 1991, səh.66.
- Qarabağnamələr. II kitab. Bakı: Yazıçı, 1991, səh.65.
- Ə. Pakrəvan. Abbas mirzə. Bakı: Qanun, 2007, səh. 103.
- Qarabağnamələr. I kitab. Bakı: Yazıçı, 1989, səh. 96-97.
- Qarabağnamələr. I kitab. Bakı: Yazıçı, 1989, səh. 99.
Mənbə
- Ənvər Çingizoğlu. Behbudovlar. Bakı: Mütərcim, 2008, 164 səh.
Xarici keçidlər
Джеваншир Хаджи-Агалар-бек Касимбекович
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cavansir Haci Agalar xan Qasim bey oglu 1758 Susa 1834 Tehran Qarabag beyi kapitan Penaheli xanin qardasi nevesi Haci Agalar xan CavansirHaci Agalar xan Qasim bey oglu CavansirDogum tarixi 1758Dogum yeri Susa Qarabag xanligiVefat tarixi 1834Vefat yeri Tehran Qacarlar dovletiHeyat yoldasi Mestan xanimUsaqlari Qasim xan Mehemmed bey adli ogullari Aftab beyim Xirda beyim Durnise beyim Sehribanu beyim adli qizlariFealiyyeti herbi lider d HeyatiQasim beyin dorduncu oglu Agalar bey 1758 ci ilde Susa seherinde anadan olmusdu Medrese tehsili almisdi Boyuyub ozunu taniyandan savas seneti ile mesgul idi Qardaslari Haci Beyler bey ve Rustem beyle beraber Mehdiqulu xana xidmet edirdi Xan bu qardaslarin xetrini cox isteyirdi Onlara Qarabag erazisinde bes deyince tiyul vermisdi Muqeddes Mekkeyi mukerremi ziyaret etmisdi Haci Agalar bey Zabux Seki Qarakilse Engelevud Daskend Qubadli Yuxari Hal kendlerinin Haciagalarbeyli Sukur Muganli Bergusadli Eliyanli Tatar Tatarli Xocamusaqli Eyvazserkarli Zodmanli Cullu obalarinin yiyesi idi Haci Agalar bey 1810 cu il olaylarinda atasi Qasim beyle beraber Abbas mirzenin qosunlarina qarsi gosterdiyi seylere gore ruslar terefinden kapitan cini ile odullenmisdi Haci Agalar bey xanliq doneminde Sisyan Tatev Bergusad Ecanan mahallarinin naibi Zengezur ellerinin kelenteri olmusdu 1822 ci ilde sonuncu Qarabag hakimi Mehdiqulu xan Cavansir Irana qacandan sonra yaxinlari gozden salindi Haci Agalar beyi tutub Rusiyanin derinliklerine surgun etmek istediler Lakin bir teher aradan cixmagi bacardi 1826 ci ilde Haci Agalar bey Susada ruslara qarsi qiyam qaldirib Irana kecdi Abbas mirze ona xan unvani ikram edib ordusunun bir destesine basci tikdi Haci Agalar xan ruslara qarsi can basla mubarizesini davam etdirdi Haci Agalar xan qacar ordusunda Qarabag atli destesinin serkerdesi idi K N Smirnov yazir Ismayil mirzenin ruslarin uzerine hucumu Gorusun serqinden oldu Naxcivan alayinin suvarileri Haci Agalarin Qarabag atlilarinin bascisi basciligi altinda Naxcivan yolu ile irelileyib Xinzirek ve Gorus arasinda ruslari muhasire etdiler Ruslardan 6 dag topu ve 1000 nefer esir goturduler Haci Agalar xan basqa bir hucumda Hekeri cayinin yaxasinda rus qosununa xeyli ziyan vurmus ve esir goturmusdu Tarixci Mir Mehdi Xezani bu barede yazirdi Kapitan Haci Agalar bey ki mutai Qizilbas idi xeberdar olub nece nefer beyzadelerin ittifaqi ile ekradin suvare ve piyadeleri ile gelib cayin bu terefini kesibler Bir heyet ile iki terefden macal vermeyib soldati araliga alib ve bezisini qilincla oldurmus ve bezilerini giriftari kemendi usar etmisdiler ki onlardan bir neferi fellahi olub ferar etmeye macal ve meqdur olmamisdi Bu hadise ile bagli tarixci Mirze Yusif Qarabagi yazir Haci Agalar Xudaferin korpusu etrafinda dayanan Abbas mirzeye xeber verdi ki qullaragasi Qasim xan qosundan bir deste tufengci qulam ve iki top goturub Qaradag yolu ile gelib Hekere cayinin yaninda ruslara catmis her iki terefden qosunlar arasinda siddetli vurusmalar olmusdur Bir terefden qizilbaslar diger terefden Hacisamlinin kurdleri ve qeyri turkler elece de gunesin istisi yollarin cetinliyi eyri uyruluyu ruslara mane oldugu ucun qalaya gele bilmediler ve batolyonu suya catdira bilmeyib dagildilar Bezileri qetl olundu ve bir hissesi de esir dusdu Haci Agalar xan Iran qosunlarinin xeyrine bilgiler toplayirdi Tarixci Mirze Yusif Qarabagi yazir O gece bir nefer ruslardan uz donderib qizilbaslarla birlesen Haci Agalar bey Qarabaglinin yanindan gelib ruslarin kendden cixib harayasa namelum bir terefe getdiklerini xeber verdi Bu xeberden qizilbas qosunlarinin icerisine qorxu ve heyecan dusdu Qorxudan gece qosunun yerini deyisdiler O yerlerde olan Pirseng tepesinde senger qazib vurusu gozleyirdiler Subhe yaxin ayri bir xeber geldi ki ruslar oz qosunlari ile birlesmek ucun Susa qalasina teref getdiler Abbas mirze 1826 ci ilde Azerbaycanda yurusde olarken Bergusad mahalinda Haci Agalar xangilde qonalqaya qalmisdi Tarixci Mirze Yusif yazir Abbas mirze bu sad xeberi esitdikden bir sonra ordunu ordaca qoyub Gorunruz Qazidere E C kendine geldi Burda olen ve esir dusen ruslarin bascilari ile birlikde sayi 300 nefer idi Esirlerin icerisinde pokovnik Nazimov ve mayor Kovalenski de var idi Abbas mirze onlari Gorunruz kendine Haci Agalarin yanina qonaq getirdi Iran tarixcisi Emine Pakrevan Haci Agalar haqqinda bilgi verir Nedense onun adini qardasinin adiyla qarisiq salib Haci Beyler kimi qeyd edir Cahangir mirzenin Tarixi no adli eserinde Haci Agalar getdiyi halda Pakrevan yanlisliga yol vermisdir O yazir Sahzadenin ordusunun bulundugu mekana yaxin bir yerde Haci Beyler oturmaqda idi Haci Beyler kicik bir bolgenin xani idi Eslinde onun sahib oldugu yer Ibrahimxelil xanin oglu Mehdiqulu xana mensub idi Mehdiqulu xan Tebrize muhaciret etdikden sonra Haci Beyler orani qesb etmisdi Ruslarin yenilmezliyine guvenerek muhacir xanlarin erazilerini ele kecirib ve ruslarla isbirliyi yapan bu xan Azerbaycan ordusunun qelebesinden qorxuya dusmusdu Ozellikle de Seyxulmulkun xidmetinde olan Mehdiqulu xan qardaslari ile birlikde oz torpaqlarina geri donmekdeydiler Ruslarin Qarabagdan uzaqlasmasini goren Haci Beyler Abbas mirzenin yaninda bulunmaq amaci ile nece yuz suvarisini sahzadeye teqdim etdi Ozellikle rus esir esgerlerinin Erdebile gonderilmesini oz gozu ile gorduyu ucun butun umidleri suya dusmus kimi bir hali var idi Haci Beyler Mehdiqulu xanin qarsisinda ozunu qorumaq ucun biricik qurtulus yolu kimi Abbas mirzeye yaxinlasmagi gorurdu Abbas mirze de Azerbaycan ordusunun ona vere bileceyi bilgilere olan ehtiyaci nezere alaraq onunla sert davranmadi Emine Pakrevanin yanlisligi diqqetsizliyi hetta deyerdik ki qerezliyi her cumlede duyulur Haci Agalar xan ne qesbkar ne qorxaq ne satqin ne de donuk idi Hele 1822 ci ilden ruslarla her baglantisini kesen Haci Agalar xan meylini qacarlara salmisdi O torpaqlarinin azad olunmasini isteyirdi Inanirdi ki Abbas mirze Qarabagi ruslardan temizleyib xanligi berpa edecek Umumiyyetle Haci Agalar xanin xetrini Abbas mirze naibesseltene cox isteyirdi Cavansir elinin Saricali oymaginin Behbudalilar tayfasi hemise Qarabag xanlarini desteklemisdiler Mehdiqulu xanin en inandigi adamlar bu tayfadan cixmisdilar Xan Iranda olarken qardaslarindan cox Haci Agalar xanin ruslar terefinden dustaq edilmis kicik qardasi Rustem beyi arzulamisdi Cox yeqin ki Iran tarixcisi Haci Agalar xanla Mehdiqulu xanin qohumluq iliskilerinden xebersiz idi Qarabagin adli sanli beylerinden Iyirmidord mahalinin naibi serhedcibasi podporucik tarixci Mirze Adigozel bey Abbas mirzenin elinde esir olarken heyatina qarsi Rustem beyi zamin gostermisdi Hetta Mehdiqulu xana hede dolu mektub da gondermisdi Mektubda yazilirdi Xan men bu zencire dusenden ozumu olmus bilirem Lakin bu qeder var ki men burada olen kimi ruslar da Qalada dustaq olan beyleri oldurecekler Istemirem ki mene gore o qeder beyler olsun Xususile Rustem bey Mehdiqulu xan bu mektubu alib oxuyandan sonra Haci Agalar xani cagirtdirib Kerim xanla bir yerde Naibesseltenenin yanina yollamisdi Abbas mirze Haci Agalar xani dinleyib Mirze Adigozel beyi oldurmekden vaz kecmisdi Mirze Adigozel bey qacmaq fikrine dusende onu dardan Haci Agalar bey qurtarmisdi Tarixci yazir Sehere bir saat qalmis sahzade Xace Elesker xacebasini ve Haci Agalar xani gonderdi ki meni burdan cixarsinlar Onlar aid icdikleri vaxt men Haci Agalar xana dedim Sen ne ucun and icirsen meger bizim bir birine etibarimiz yoxdu Menim sene etibarim var Onlar ile bestden cixib Haci Agalar xanin evine getdik Sorba getirdiler icib bir az istirahet etmek istedik Haman saat ferras gelib bizi apardi Gorduk ki bizlere beledcilik eden sunni Ibrahimi saqqalamis ve hebsxana memurunun gozlerini cixarmislar Bizleri huzura cagirmaq munasibetile de yuz min neferden artiq Tebriz ehalisi tamasaya cixmisdi Sahzade meydananin yuxari basinda durmusdu Bizi gorunce qezeblenib mene buyurdu Ey kafir rusun donuz supu ile caxiri yadina dusduyu ucun qacdin Men erz etdim Sen padsahsan senin bir saat edaletin min ilin ibadetinden artiqdir Qarabagda da buyurdunuz ki ruslarla serab icib bele olubsan Halbuki men omrumde onun dadini gormemisem Bir defe xeber almadiniz ki dogrudur ya yalandir Men bele dedikde Haci Agalar xana buyurdu Bu ne deyir Haci Agalar xan erz etdi ki senin basin ucun dogru deyir Ondan sonra bir saatdan artiq meni danisdirdi Her ne buyurdu cavab verdim Axirda Haci Agalar xan erz etdi Siz buyurdunuz ki Mirzeni qardasin Rustem beyin evezine sene merhemet edeyeceyem Buyurdu Verdim Haci Agalar xan meni oradan oz evine apardi Elimin yarasina melhem qoydu Ozume paltar tikdirdi Bir nece gun bu qayda ile yasayirdim Sonra Madatov Miskin terefine geldi Bu zaman Mustovfi Mirze Mehemmedeli demisdi ki rus gelir mutleq muhasireye girmek lazim gelecekdir Bunun Tebrizde olmasi meslehet deyil gerek Sahi deryasinin adasinda saxlansin Bu sozu Haci Agalar xan etmisdi cox yalvarib yaxardi Axirda meni Tebrizden cixarib Benab kendine apardilar Haci Agalar xan 1834 cu ilde Iranda vefat etdi Haci Agalar xanin toremesi Qarabagi soyadini dasiyir AilesiHaci Agalar xan Mestan xanimla heyat qurmusdu Qasim xan Mehemmed bey adli ogullari Aftab beyim Xirda beyim Durnise beyim Sehribanu beyim adli qizlari vardi IstinadlarK N Smirnov Materialy po istorii i etnografii Nahichevanskogo kraya Baku Ozan 1999 str 44 Qarabagnameler II kitab Baki Yazici 1991 seh 190 Qarabagnameler II kitab Baki Yazici 1991 seh 66 Qarabagnameler II kitab Baki Yazici 1991 seh 65 E Pakrevan Abbas mirze Baki Qanun 2007 seh 103 Qarabagnameler I kitab Baki Yazici 1989 seh 96 97 Qarabagnameler I kitab Baki Yazici 1989 seh 99 MenbeEnver Cingizoglu Behbudovlar Baki Mutercim 2008 164 seh Xarici kecidlerDzhevanshir Hadzhi Agalar bek KasimbekovichHemcinin baxCavansir eli Cavansirler Behbudovlar