Göl qurbağası (lat. Pelophylax ridibundus) — Suda-quruda yaşayanlar sinfindən olan qurbağa növdür.
Göl qurbağası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Göl qurbağası | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qurbağanın ilk növü
Daxili daban qabarı aşağıda yerləşir. Bel tərəfi müxtəlif çalarlı qonurumtul-yaşıl rəngdə olub, az və ya çox sayda tutqun xallara malikdir. Beli boyunca çox vaxt uzununa zolaq keçir. Qarnı çirkli ağ və ya sarımtıl olub, tutqun xallı və ya nöqtəlidir. Erkəklərdə ağızın künclərində boz rəngdə rezanatorlar yerləşir. Qurbağanın bədəni bel-qarın istiqamətdə basıq olub, qismən qısa və enlidir. Bədən baş, gövdə və ətraflardan təşkil olunmuşdur. Bədənə hərəkətsiz birləşən başın yanlarında bir cüt qabarıq göz yerləşir. Gözləri quru onurğalılarına xas olan alt və üst göz qapaqlarına malik olmaqla bərabər, həm də alt göz qapağının altında onun törəməsi kimi inkişaf edən üçüncü göz qapağı ilə örtülmüşdür. Nisbətən böyük ağızın üst çənəsinin üstündə bir cüt burun dəliyi yerləşir. Arxa ətraflar ön ətraflara nisbətən yaxşı inkişaf edərək, aralarında pərdəsi olan beş barmağa malikdir. Ön ətraf isə qısa və bütün hazırkı amfibilər üçün xarakterik olan dörd barmaqlıdır. Bədənin arxa ucunda kloaka yerləşir.
Dəri örtüyü
Dəri bədənə hər yerdən deyil, yalnız müəyyən nahiyələrdə birləşir. Bədənlə dəri örtüyü arasında böyük boşluqlar vardır. Bura limfa toplandığından, bu boşluqlara limfa kisələri və ya limfa boşluğu da deyilir. Dərinin epidermis qatı çoxhüceyrəli qədəhəbənzər vəzilərlə zəngin olduğundan, bədən həmişə yaş olur və onların suda rahat üzməsi üçün şərait yaradır.
Skeleti
Skelet üç hissəyə bölünür: kəllə qutusu, onurğa və ətrafların skeleti. Kəllə qutusu iki hissədən-ox və visseral kəllədən ibarətdir. Ox kəllə və ya kəllə qutusu əsasən qığırdaqdan və qismən sümüklərdən təşkil olunmuşdur. Kəllə qutusunun ənsə hissəsi iki yan ənsə sümüklərindən ibarət olub, alt və üst hissələri qığırdaqdır. Hər bir yan ənsə sümüyünün bir oynaq çıxıntısı vardır ki, məhz bu çıxıntı vasitəsilə kəllə birinci boyun fəqərəsinə qismən hərəkətli birləşir. Kəllədə iki ənsə çıxıntısının olması amfibilər üçün xarakterikdir. Eşitmə nahiyəsində balıqlardan fərqli olaraq, yalnız bir cüt ön eşitmə sümüyü qalır. Görmə nahiyəsinin önü dairəvi formalı paz-qoxu sümüyü ilə əhatə olunmuşdur. Kəllənin visseral hissəsində damaq-kvadrat qığırdağı qurbağanın bütün ömrü boyu qalır və özünün ön və arxa ucu ilə kəllə qutusuna birləşir. Bu cür kəllə tipi autostil kəllə adlanır. Damaq-kvadrat qığırdağın önündə yerləşən gözqabağı çıxıntının alt hissəsinə bir cüt çöpşəkilli damaq sümüyü birləşir. Damaq-kvadrat qığırdağın arxa hissəsi üstdən kvadrat-almacıq və pulcuq sümüklərilə, altdan qanadvari (pterygoideum) sümüklə örtülmüşdür. Çənə vəzifəsini isə iki ədəd cüt çənəarası (praemaxillare) və üst çənə (maxillare) sümükləri yerinə yetirir. Üst çənə sümüyünün arxasında kvadrat-almacıq (quadratoyugale) sümüyü yerləşir. Bu sümük ön ucu ilə üst çənə sümüyünə, arxa ucu ilə damaq-kvadrat qığırdağına birləşərək ağızın kənarlarında aşağı gicgah qövsü adlanan sümük körpücüyünü əmələ gətirir. Alt çənə, əsasən, mekkel qığırdağından əmələ gələrək, xaricdən diş (dentale) və künc (angulare) sümükləri ilə örtülmüşdür. Kəllə tipinin autostil olması ilə əlaqədar olaraq, qəlsəmə qapaqları tam reduksiya etmiş və dilaltı qövsün üst elementi (hyomandibulare) çox kiçik üzəngi (stapes) sümüyünə çevrilmişdir. Bu sümük orta qulaq boşluğuna keçib eşitmə sümüyü vəzi-fəsini icra edir. Dilaltı və qəlsəmə qövslərinin alt elementləri dilaltı skeletə çevrilmişdir. Ümumiyyətlə, amfibilərin kəlləsi ilə balıqların kəlləsi bir-biri ilə müqayisə edildikdə burada bir sıra xüsusiyyətlər aşkar edilir. Belə ki, ancaq suda-quruda yaşayanlar üçün xarakterik xüsusiyyətlərə aşağıda-kıları göstərmək olar: damaq-kvadrat qığırdağın kəllə qutusuna keçməsi, hiamandibularenin qəlsəmə qapaqlarının dayağı vəzifəsindən azad olub, qulaq sümüyünə-üzəngiyə çevrilməsi, qəlsəmə qövslərinin qismən atro-fiya etməsi və dilaltı skeletə çevrilməsi, iki ənsə çıxıntısının olması və ilk kəllənin (chondrocranium) çox hissəsinin qığırdaq olaraq qalmasıdır. Onurğa: 9 fəqərədən ibarət olan ox skeleti: 1 boyun, 7 gövdə, 1 oma və quyruq şöbələrinə bölünür. Quyruq hissəsi nisbətən uzun bir sümük olub, urostil (urostyl) adlanır. Fəqərələr ön tərəfdən basıq, arxa tərəfdən isə qabarıq olduğundan prosöl tipli fəqərə adlanır. Fəqərələrin bel və yan çıxıntıları vardır. Bel çıxıntılarının əhatəsində onurğa beyni yerləşir. Qabırğalar yoxdur. Ətraf skeleti-ön və arxa ətraf skeletindən ibarət olub, ayrı-ayrılıqda qurşaq və sərbəst ətraf skeletinə bölünür. Ön ətrafın çiyin qurşağına 3 element — kürək sümüyü (scapula), korakoid (coracoideum) və prokorakoid (procoracoideum) daxildir. Bu üç sümük bazu sümüyünün oynaq yerində bir-birilə birləşir. Qığırdaq formada olan prokorakoidin üzərində körpücük (clavicula) sümüyü yerləşir. Kürək sümüyünün distal ucuna enli kürəküstü qığırdaq yapışır. Çiyin qurşağının qarın tərəfini korakoid üstü qığırdaq, onun önündə isə döşqabağı sümük (episternum) yerləşir. Döşqabağı sümüyün arxasında qığırdaqla qurtaran döş sümüyü (sternum) yerləşir. Fəqərələrdə qabırğalar olmadığı üçün döş sümüyü onurğa ilə birləşmir. Döş qəfəsinin olmamasına görə, ön ətrafın qurşaq hissəsi döş elementləri ilə birlikdə əzələlər içərisində uzanan qövs əmələ gətirir. Çanaq qurşağı qalça, qasıq və oturaq sümüklərindən ibarətdir. Qalça (ilium) sümükləri qismən uzun sümüklər olub, proksimal ucları ilə oma fəqərəsinin köndələn 1,2 çıxıntısına, distal ucları isə bir-birilə birləşib, sirkə kasasının (acetabulum) əmələ gəlməsində iştirak edirlər. Bud sümüyünün oynaq başının daxil olduğu sirkə kasasının əmələ gəlməsində qalça (ilium), oturaq (ischium) və qasıq (pubis) sümükləri iştirak edir. Sərbəst ətraf skeleti. Həm ön, həm də arxa ətraf skeleti eyni sxemdə olub, onurğalıların ətraf skeletinə müəyyən qədər oxşasa da, bir sıra xüsusiyyətləri ilə onlardan fərqlənir. Belə ki, qurbağanın ön ətrafında mil və dirsək sümükləri öz aralarında birləşərək bir sümük əmələ gətirmişdir. Biləyin distal sırasında olan 3 sümük həm öz aralarında, həm də biləyin orta cərgəsindəki sümüklərlə birləşərək bir sümük yaratmışdır. Birinci barmaq tam inkişaf etməmiş və ancaq əl darağı sümüyü şəklində qalmışdır. Arxa ətrafda isə baldırda qamış və incik sümükləri bir-birilə birləşə-rək bir sümük əmələ gətirmişdir. Ayaq daraqarxasının proksimal cərgəsi qismən uzunsov olan iki sümükdən ibarətdir. Ayaq daraqarxasının distal və orta hissələri birləşmiş və 1-ci barmağın qabağında əlavə barmağın rudimenti qalmışdır.
Əzələ sistemi
Balıqlara nisbətən ətraf əzələlərin yaxşı inkişaf etməsi və çox differensiasiya etmiş əzələlərin olması ilə fərqlənir. Əzələlərin seqmentasiyası pozulmuş və yalnız qarın və bel əzələlərində nəzərə çarpır.
Həzm sistemi
Ümumi ağız-udlaq boşluğu qısa qida borusuna, o da öz növbəsində mədəyə açılır. Bağırsağın arxa qurtaracaq hissəsi nisbətən geniş olub, kloaka ilə qurtarır. Ağız-udlaq boşluğuna bir cüt xoanalar, orta qulaq 5 boşluğu olan yevstax dəliyi və qırtlaq yarığı açılır. Ağız-udlaq boşluğunun dibində əsl dil yerləşir. Dilin ön ucu ağız dibinin ön hissəsinə birləşmişdir. Dişlər xırda, eyni tipli, konusvari formada olub, çənəarası, üst çənə və xış sümükləri üzərində yerləşir. Onların əsas funksiyası qidanı çeynə-mək deyil, yalnız tutub saxlamaqdan ibarətdir. Həzm prosesində nisbətən yaxşı inkişaf etmiş qaraciyərin ifraz etdiyi ödün xüsusi rolu vardır.
Qan-damar sistemi
Balıqlardan fərqli olaraq, qurbağada ürək üçkameralı olub, iki qulaqcıqdan və bir mədəcikdən ibarətdir. Ürəyin bu əsas hissələrindən başqa arteriya konusu və sağ qulaqcıq üzərində yerləşən vena sinusu da vardır. Ürəkdə iki qulaqcığın mədəciyə açıldığı yerdə bir ümumi qulaqcıq-mədəcik (atrioventrikulyar) dəliyi vardır ki, mədəciyin daxili səthində uzun əzələ bağlarında bu dəliyi örtən iki qapağın kənarlarına birləşmişdir. Ürəkdə olan arteriya konusunun həm əsasında, həm də ucunda klapanlar vardır. Arteriya konusunun içərisində uzun spiralabənzər klapan vardır ki, məhz bu klapanın köməyi ilə mədəcikdə yerləşmiş müxtəlif qanların paylanması tənzim olunur. Bundan başqa qurbağada ilk dəfə olaraq iki qan dövranı meydana gəlir. Qurbağada qan-damar sistemi onurğalıların digər qruplarına nisbətən mürəkkəbdir. Bu mürəkkəblik bir tərəfdən iki cür tənəffüsün olması (ağciyər və dəri), digər tərəfdən isə qanın damarlara paylanması zamanı arteriya konusunun daxilində uzununa yerləşmiş spiralabənzər klapanın işləmə mexanizmi ilə əlaqədardır. Ürəyin iki qulaqcığı arasında arteriya konusu bir qədər mədəciyin sağ tərəfinə yaxın yerləşmişdir. Arteriya konusunun ümumi aortaya keçdiyi yer uzununa arakəsmə ilə qarın və bel hissələrə ayrılır. Məhz bu iki hissədən üç cüt arteriya qövsü başlanğıc götürür. Birinci cüt (öndən arxaya tərəf götürdükdə) balıqların birinci cüt qəlsəmə arteriyalarına müvafiq olub, başı arterial qanla təmin edən yuxu arteriyalarıdır (arteria corotis). Bu damarlar öz başlanğıcını arteriya konusunun qarın (alt) hissəsindən götürür. İkinci cüt balıqların II-cüt qəlsəmə arteriyalarına müvafiq olub, sağ və sol aorta qövsləridir. Bu qövslər də öz başlanğıcını arteriya konusunun qarın nahiyəsindən götürür. Sağ və sol aorta qövsləri özlərindən müvafiq tərəflərə körpücükaltı arteri-ya ayırdıqdan sonra yarımdairəvi forma alaraq, arxaya yönəlir və bel nahiyəsində bir-birilə birləşib bel aortasını əmələ gətirir. Bel aortası (aorta dorsalis) onurğanın altı ilə arxaya doğru getdikcə daxili orqanlara bir sıra şaxələr verir. Bel aortası çanağa çatdıqdan sonra arxa ətrafları qanla təmin edən iki qalça arteriyasına (arteria iliaca) ayrılır. Balıqların dördüncü cüt qəlsəmə arteriyalarına müvafiq olan üçüncü cüt damarlar ağciyər-dəri arteriyalarıdır və arteriya konusunun bel tərəfindən başlan-ğıc götürür. Ağciyər-dəri arteriyaları ürəkdən çıxdıqdan sonra ağciyər və böyük dəri arteriyalarını (arteria cutanae magna) əmələ gətirir. Böyük dəri arteriyası dəri tənəffüsünün əsas gətirici qan damarı olub, amfibilər üçün olduqca xarakterikdir. Venoz qan bədənin arxa hissəsindən və arxa ətraflalar-dan bud (v.femoralis) və oturaq (v.ischiadica) venalara töküldükdən son-ra cüt qalça və ya böyrəyin qapı venasında (v.portae renalis) toplanır. Böyrəyin qapı venası böyrəyə daxil olduqdan sonra kapillyar sistemi əmələ gətirir. Sağ və sol bud venalarının hər birindən bir vena çıxır və birləşərək tək qarın venasını (v. abdominalis) əmələ gətirir. Qarın venası qarın divarı ilə gedərək qaraciyərə daxil olub, kapillyar sistemi əmələ gətirir. Bundan başqa, bağırsağın bütün şöbələrindən və mədədən venoz qanın hamısı bir yerə toplanaraq qaraciyərin qapı venasını (v. portae hepatis) əmələ gətirir ki, bu, qaraciyərə daxil olub, kapilyar sistem əmələ gətirir. (Bütün suda-quruda yaşayanlarda qaraciyərin qapı sistemi, yəni kapillyar sistemi qarın və qapı venalardan əmələ gəlir). Böyrək kapillyarları çoxsaylı çıxarıcı venaları əmələ gətirir, onlar da bir-ləşib tək arxa boş venaya (v. cava posterior) açılır. Arxa boş venaya cinsi vəzilərin venaları açılır. Arxa boş vena qaraciyərdən keçir, lakin burada kapilyar şəbəkə əmələ gətirmir, yəni ondakı qan qaraciyər toxumalarına daxil olmur. Bu vena qaraciyərdən qanı çıxaran qısa qaraciyər venalarını özünə birləş-dirib vena sinusuna açılır. Bədənin ön tərəfində venoz qanın toplanması isə aşağıdakı kimidir. Dəridə oksigenlə zənginləşən venoz qan arterial qana çevrilərək böyük dəri venasına (v.cutanea magna) toplanır. Böyük dəri venası bazu venası ilə birlikdə körpücükaltı venaya (v.subclavia) açılır. Körpücükaltı vena hər iki tərəfdən daxili və xarici vidaci venalarla (v.jugularis externa et interna) birlikdə cüt ön boş venalara (v.cava anterior dextra et sinistra), o da öz növbəsində vena sinusuna açılır. Vena sinusuna açılmış tək arxa boş vena (içərisində təmiz venoz qan) və cüt ön boş venalar vasitəsilə gələn qan (içərilərində qarışıq qan) vena sinusuna keçdikdən sonra sağ qulaqcığa, oradan da qismən hər iki qulaqcıq üçün ümumi olan atrioventrikulyar dəliklə mədəciyin sağ tərəfinə tökülür. Ağciyərlərdə qazlar mübadiləsi zamanı əmələ gəlmiş arterial qan ağciyər venaları vasitəsilə sol qulaqcığa və oradan da hər iki qulaqcıq üçün ümumi olan atrioventrikulyar dəliklə mədəciyin sol tərəfinə keçmiş olur. Beləliklə, qurbağa ürəyinin mədəciyinin sağ tərəfində venoz qan olsa da (qismən qarışmış qan), ortasında iki dəfə qarışmış qan, sol tərəfində isə təmiz arterial qan olur. Qanın ürəkdə və mühüm qan damarlarında paylanması. Arteriya konusu ilə mədəcik arasındakı atrioventrikulyar dəlik mədəciyin sağ tərəfində yerləşdiyindən mədəciyin yığılması zamanı arteriya konusuna venoz qan daxil olur. Bu zaman spiralabənzər klapanın köməyi ilə konusa daxil olmuş venoz qan arteriya konusunun bel tərəfi ilə iki ağciyər-dəri arteriyasına daxil olur (arteriapulmocutanea). Bu arteriyaların hər biri iki şaxəyə ayrılaraq ağciyər arteriyasını (arteria pulmonalis) və böyük dəri arteriyasını (arteria cutanea magna) əmələ gətirir. Mədəciyin yığılması və ya sistolası davam etdiyindən qarışıq qan arteriya konusuna daxil olarkən konusda təzyiq artır və spiralabənzər klapan öz yerini dəyişərək ağciyər arteriyalarına gedən yolları bağlayır, konusun qarın nahiyəsində yerləşmiş aorta qövslərinin dəlikləri açılır və onlara qarışıq qan daxil olur. Sağ və sol aorta qövsləri hələ bel nahiyəsində bir-birilə birləşib bel aorta-sını əmələ gətirməmiş hər biri özündən bir şaxə ayıraraq körpücükaltı arteriyaları (arteriasub clavicularis) əmələ gətirir. Öz ardıcıllığına görə üçüncü növbədə mədəciyin sol tərəfində yerləş-miş təmiz arterial qan arteriya konusuna daxil olan anda ağciyər arteriya-ları və aorta qövsləri qanla dolu olur. Nəticədə, arterial qan onlara daxil ola bilmir və arteriya konusunun qarın tərəfilə hərəkət edərək cüt yuxu arteriyalarına keçir. Ümumi yuxu arteriyasından başa doğru hər iki tərəf-dən daxili və xarici yuxu arteriyaları ayrılır. Beləliklə, qurbağa ürəyinin mədəciyində yerləşmiş üç cür qandan venoz qan ağciyərlərə və dəriyə gedərək ağciyər və dəri tənəffüsünü təmin etmiş olur. Mədəciyin ortasında yerləşmiş qarışıq qan başdan başqa ön ətraflara, gövdədə yerləşmiş bütün orqanlara və arxa ətraflara gedərək onları oksigenlə təmin edir. Təmiz arterial qan isə bilavasitə beyni qidalandırır. Burada mədəciyin orta və sol hissəsindən qarışıq və təmiz arterial qanın bütün bədənə gedib, onun orqan və toxumalarını oksigenlə təmin etdikdən sonra tək arxa və cüt ön boş venalar vasitəsilə sağ qulaqcığa qədər keçdiyi yol böyük qan dövranı adlanır. Mədəciyin sağ hissəsindən venoz qanın iki böyük ağciyər arteriyaları vasitəsilə ağciyərlərə gedib, orada oksigenlə zənginləşəndən sonra ağciyər venaları vasitəsilə sol qulaqcığa qədər keçdiyi yola kiçik qan dövranı deyilir.
İfrazat sistemi
Suda-quruda yaşayanlar metamorfoz inkişafa malik olduqlarından onların sürfələrində pronefros, yetkin formalarda isə bir cüt mezonefros (gövdə) böyrəklərdən və Volf kanalına uyğun cüt sidik axarlarından ibarətdir. Qurbağanın böyrəyi balıqların böyrəyindən fərqli olaraq, yastılaşmış kompakt cisim olub, onurğanın oma fəqərələri nahiyəsinin sağ və sol tərəflərində yerləşir. Sidik axarları və cinsiyyət vəzilərinin axarları kloakaya açılır. Böyrəklərin üzərində yerləşmiş böyrəküstü vəzi mühüm daxili sekresiya vəzisi hesab edilir.
Görmə orqanı
Görmə orqanı qismən quruluşca quru onurğalıların görmə orqanına oxşasa da, yalnız yaxın məsafədə görməni təmin edir. Hərəkətli göz qapaqlarının olması gözün qurumamasını təmin edir.
Eşitmə orqanı
Amfibilərdə balıqlardan fərqli olaraq, daxili qulaqdan başqa orta qulaq və orta qulağın xarici dəliyini örtən təbil pərdəsi vardır. Artıq dərəcədə kiçilmiş hiomandibulare orta qulağa keçmiş və üzəngini (stapes) əmələ gətirir. Autostil kəllə tipinin meydana gəlməsi və qəlsəmə qapaqlarının reduksiyası hiomandibulareni çənənin asılmasından və qəlsəmə qapaqlarına dayaq olmasından azad edir. Üzənginin bir ucu təbil pərdəsinə, digər ucu isə oval pəncərəyə söykənir. Pərdəli labirint olan daxili qulaqda endolimfa mayesi vardır ki, bu maye içərisində xırda həcmli kristallar (otolitlər) yerləşir. Burada üç iri qulaq daşı vardır. Onlardan biri iri, ikisi isə nisbətən kiçikdir. Bu üç qulaq daşları amfibilərin yaşından asılı olaraq həcmcə artmış olur. Onların kəsiyində olan konsentrik dairələrlə amfibilərin yaşını da təyin etmək olar. Digər hiss orqanlarından mikroskopik həcmdə olan dad tumurcuqları, yan xətt orqanı (sürfə mərhələsində) və su onurğalıları üçün xarakterik olan bir cüt kisəşəkilli qoxu orqanı vardır. İlk dəfə ambifilərdə təbil pərdəsi üzə çıxıb. Rezenatorlar səsi 20 dəfəyə qədər artırırlar. Qurbağada rezenatorlara baxmaqla onun cinsini müəyyən etmək olar. Çünki rezenatorlar yanlız erkək qurbağalarda olur.
Sinir sistemi
Su mühitindən quru mühitinə keçid prosesi qurbağada sinir sisteminin müəyyən qədər mürəkkəbləşməsinə səbəb olmuşdur. Belə ki, amfibilərin baş beyninin yarımkürələrə ayrılması və balıqlara nisbətən yaxşı inkişaf etməsi, eyni tipli hərəkətlərlə əlaqədar olaraq beyinciyin zəif inkişaf etməsi özünü aydın göstərir. Amfibilərdə ilk beyin tağı-arxipallium meydana çıxmışdır. Ön beyin nisbətən yaxşı inkişaf etmiş və tam iki yarımkürəyə ayrılmışdır. Hər bir yarımkürədə ayrıca boşluq kimi beynin yan mədəcikləri əmələ gəlir. Ara beyin akuladakına nisbətən kiçikdir və ön beyindən hələ tam ayrılmamışdır. Orta beyin digər hissələrə nisbətən yaxşı inkişaf etmişdir. Beyincik kiçik olub, orta beyindən arxada, dördüncü beyin mədəciyi boşluğu nahiyəsində yerləşir (şəkil 298). Baş beyindən, sümüklü balıqlarda olduğu kimi, 10 cüt sinir çıxır (I–X). Belə ki, XI cüt (əlavə sinir) sinir ümumiyyətlə inkişaf etməmiş, XII cüt sinir (dilaltı sinir) kəllə qutusunun xaricindən çıxır. Qurbağada onurğa beyni sinirlərinin sayı da 10 cütdür. Bunlardan birinci 3 cütü bazu kələfinin əmələ gəlməsində iştirak edərək, ön ətraflarının innervasiyasını təmin edir, sonrakı yeddi cüt bel-oma kələfinin əmələ gəlməsində iştirak edir.
Yayılması
Şimali Afrikada, Ön və Orta Asiyada, Qafqazda, Krımda, Cənubi və Mərkəzi Avropada yayılmışdır.
Yaşayış yerləri
Göl qurbağası çox saylı olub, yarımsəhra və ya çöl zonasından başlayaraq, yüksək dağlıq çəmənliyiklərə qədər yayılıb. Ömrü boyu suda olan göl qurbağası müxtəlif tipli su hövzələrində məskən salmaqla, həmin yerdən 15–20 m-dən artıq uzaqlaşmırlar.
Həyat tərzi
Gün ərzində fəal olur. Əsasən quruda qidalanır, su hövzəsi isə onun istirahət və düşməndən gizlənmək üçün etibarlı sığınacaq yeridir. Bu qurbağanın əsas qidasını onurğasızlar, xüsusilə də cücülər təşkil edir. Uzağa tullanmaq və sıçrayışla çölə atılan yapışqanlı dilinin hesabına uçan cücüləri asanlıqla tutur. Mart ayında yaz oyanışından dərhal sonra çoxalmağa başlayırlar. Bu dövrdə erkəklər çox fəal olub, dişini cəlb etmək üçün bərkdən "oxuyur". Cütləşmə vaxtı erkək dişinin ön ətrafının arxa nahiyəsindən yapışaraq, sanki onu "qucaqlayır". Bu cütləşmənin mühüm bioloji əhəmiyyəti var. Belə ki, eyni zamanda həm kürünün, həm də spermotozoidlərin suya tökülməsini stimullaşdırır. Kürü kütlə halında tökülür. 7–10 gündən sonra çömçəquyruqlar artıq kürüdən çıxır. Metomorfoz 80–100 gün davam edir. Ekstremal şəraitdə, yəni soyuqlar tez düşdükdə və soyuq çay hövzələrində çömçəquyruqlar metamorfoz mərhələsini başa vura bilmir və inkişafının bu mərhələsində qışı keçirir. Göl qurbağasının sürfə mərhələsi su hövzəsində keçir. Burada onlar adətən birhüceyrəli yosunlarla qidalanır. Çömçəquyruq mərhələsində suda yaşayır və qidalanır, cavan, yetkin və yaşlı fərdləri isə suda yaşayır, əsasən quruda, həm də suda qidalanırlar. Beləliklə, qurbağanın trofik və sahə mövqeyi, həyatının müxtəlif dövrlərində tam ayrılmış olur ki, bu da cavan və yetkin fərdlər arasındakı rəqabəti aradan götürür.
Ədəbiyyat
- Azərbaycan heyvanlar aləmi, III Onurğalılar, Bakı: Elm, 2004, 619 s.
- Алекперов А.М. Земноводные и пресмыкающиеся Азербайджана. Изд-во "Элм". Баку, 1978, 264 с.
- Гасымова Г.Х., Ганиев Ф.Р. Современная систематика амфибий Азербайджана, Труды Института Зоологии, XXIX том, Баку: Элм, 2011, стр. 358–362
- Джафарова С.К. Фауна, экология и охрана пресмыкающихся Малого Кавказа в пределах Азербайджана. Автореферат на соиск. уч. ст. канд. наук. Баку, 1984, 22 стр.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2009.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Gol qurbagasi lat Pelophylax ridibundus Suda quruda yasayanlar sinfinden olan qurbaga novdur Gol qurbagasiElmi tesnifatXETA parent ve rang parametrlerini doldurmaq lazimdir Gol qurbagasiBeynelxalq elmi adiPelophylax ridibundus Pall 1771Sekil axtarisiITIS 775195NCBI 8406EOL 320013Qurbaganin ilk novuDaxili daban qabari asagida yerlesir Bel terefi muxtelif calarli qonurumtul yasil rengde olub az ve ya cox sayda tutqun xallara malikdir Beli boyunca cox vaxt uzununa zolaq kecir Qarni cirkli ag ve ya sarimtil olub tutqun xalli ve ya noqtelidir Erkeklerde agizin kunclerinde boz rengde rezanatorlar yerlesir Qurbaganin bedeni bel qarin istiqametde basiq olub qismen qisa ve enlidir Beden bas govde ve etraflardan teskil olunmusdur Bedene hereketsiz birlesen basin yanlarinda bir cut qabariq goz yerlesir Gozleri quru onurgalilarina xas olan alt ve ust goz qapaqlarina malik olmaqla beraber hem de alt goz qapaginin altinda onun toremesi kimi inkisaf eden ucuncu goz qapagi ile ortulmusdur Nisbeten boyuk agizin ust cenesinin ustunde bir cut burun deliyi yerlesir Arxa etraflar on etraflara nisbeten yaxsi inkisaf ederek aralarinda perdesi olan bes barmaga malikdir On etraf ise qisa ve butun hazirki amfibiler ucun xarakterik olan dord barmaqlidir Bedenin arxa ucunda kloaka yerlesir Deri ortuyuDeri bedene her yerden deyil yalniz mueyyen nahiyelerde birlesir Bedenle deri ortuyu arasinda boyuk bosluqlar vardir Bura limfa toplandigindan bu bosluqlara limfa kiseleri ve ya limfa boslugu da deyilir Derinin epidermis qati coxhuceyreli qedehebenzer vezilerle zengin oldugundan beden hemise yas olur ve onlarin suda rahat uzmesi ucun serait yaradir SkeletiSkelet uc hisseye bolunur kelle qutusu onurga ve etraflarin skeleti Kelle qutusu iki hisseden ox ve visseral kelleden ibaretdir Ox kelle ve ya kelle qutusu esasen qigirdaqdan ve qismen sumuklerden teskil olunmusdur Kelle qutusunun ense hissesi iki yan ense sumuklerinden ibaret olub alt ve ust hisseleri qigirdaqdir Her bir yan ense sumuyunun bir oynaq cixintisi vardir ki mehz bu cixinti vasitesile kelle birinci boyun feqeresine qismen hereketli birlesir Kellede iki ense cixintisinin olmasi amfibiler ucun xarakterikdir Esitme nahiyesinde baliqlardan ferqli olaraq yalniz bir cut on esitme sumuyu qalir Gorme nahiyesinin onu dairevi formali paz qoxu sumuyu ile ehate olunmusdur Kellenin visseral hissesinde damaq kvadrat qigirdagi qurbaganin butun omru boyu qalir ve ozunun on ve arxa ucu ile kelle qutusuna birlesir Bu cur kelle tipi autostil kelle adlanir Damaq kvadrat qigirdagin onunde yerlesen gozqabagi cixintinin alt hissesine bir cut copsekilli damaq sumuyu birlesir Damaq kvadrat qigirdagin arxa hissesi ustden kvadrat almaciq ve pulcuq sumuklerile altdan qanadvari pterygoideum sumukle ortulmusdur Cene vezifesini ise iki eded cut cenearasi praemaxillare ve ust cene maxillare sumukleri yerine yetirir Ust cene sumuyunun arxasinda kvadrat almaciq quadratoyugale sumuyu yerlesir Bu sumuk on ucu ile ust cene sumuyune arxa ucu ile damaq kvadrat qigirdagina birleserek agizin kenarlarinda asagi gicgah qovsu adlanan sumuk korpucuyunu emele getirir Alt cene esasen mekkel qigirdagindan emele gelerek xaricden dis dentale ve kunc angulare sumukleri ile ortulmusdur Kelle tipinin autostil olmasi ile elaqedar olaraq qelseme qapaqlari tam reduksiya etmis ve dilalti qovsun ust elementi hyomandibulare cox kicik uzengi stapes sumuyune cevrilmisdir Bu sumuk orta qulaq bosluguna kecib esitme sumuyu vezi fesini icra edir Dilalti ve qelseme qovslerinin alt elementleri dilalti skelete cevrilmisdir Umumiyyetle amfibilerin kellesi ile baliqlarin kellesi bir biri ile muqayise edildikde burada bir sira xususiyyetler askar edilir Bele ki ancaq suda quruda yasayanlar ucun xarakterik xususiyyetlere asagida kilari gostermek olar damaq kvadrat qigirdagin kelle qutusuna kecmesi hiamandibularenin qelseme qapaqlarinin dayagi vezifesinden azad olub qulaq sumuyune uzengiye cevrilmesi qelseme qovslerinin qismen atro fiya etmesi ve dilalti skelete cevrilmesi iki ense cixintisinin olmasi ve ilk kellenin chondrocranium cox hissesinin qigirdaq olaraq qalmasidir Onurga 9 feqereden ibaret olan ox skeleti 1 boyun 7 govde 1 oma ve quyruq sobelerine bolunur Quyruq hissesi nisbeten uzun bir sumuk olub urostil urostyl adlanir Feqereler on terefden basiq arxa terefden ise qabariq oldugundan prosol tipli feqere adlanir Feqerelerin bel ve yan cixintilari vardir Bel cixintilarinin ehatesinde onurga beyni yerlesir Qabirgalar yoxdur Etraf skeleti on ve arxa etraf skeletinden ibaret olub ayri ayriliqda qursaq ve serbest etraf skeletine bolunur On etrafin ciyin qursagina 3 element kurek sumuyu scapula korakoid coracoideum ve prokorakoid procoracoideum daxildir Bu uc sumuk bazu sumuyunun oynaq yerinde bir birile birlesir Qigirdaq formada olan prokorakoidin uzerinde korpucuk clavicula sumuyu yerlesir Kurek sumuyunun distal ucuna enli kurekustu qigirdaq yapisir Ciyin qursaginin qarin terefini korakoid ustu qigirdaq onun onunde ise dosqabagi sumuk episternum yerlesir Dosqabagi sumuyun arxasinda qigirdaqla qurtaran dos sumuyu sternum yerlesir Feqerelerde qabirgalar olmadigi ucun dos sumuyu onurga ile birlesmir Dos qefesinin olmamasina gore on etrafin qursaq hissesi dos elementleri ile birlikde ezeleler icerisinde uzanan qovs emele getirir Canaq qursagi qalca qasiq ve oturaq sumuklerinden ibaretdir Qalca ilium sumukleri qismen uzun sumukler olub proksimal uclari ile oma feqeresinin kondelen 1 2 cixintisina distal uclari ise bir birile birlesib sirke kasasinin acetabulum emele gelmesinde istirak edirler Bud sumuyunun oynaq basinin daxil oldugu sirke kasasinin emele gelmesinde qalca ilium oturaq ischium ve qasiq pubis sumukleri istirak edir Serbest etraf skeleti Hem on hem de arxa etraf skeleti eyni sxemde olub onurgalilarin etraf skeletine mueyyen qeder oxsasa da bir sira xususiyyetleri ile onlardan ferqlenir Bele ki qurbaganin on etrafinda mil ve dirsek sumukleri oz aralarinda birleserek bir sumuk emele getirmisdir Bileyin distal sirasinda olan 3 sumuk hem oz aralarinda hem de bileyin orta cergesindeki sumuklerle birleserek bir sumuk yaratmisdir Birinci barmaq tam inkisaf etmemis ve ancaq el daragi sumuyu seklinde qalmisdir Arxa etrafda ise baldirda qamis ve incik sumukleri bir birile birlese rek bir sumuk emele getirmisdir Ayaq daraqarxasinin proksimal cergesi qismen uzunsov olan iki sumukden ibaretdir Ayaq daraqarxasinin distal ve orta hisseleri birlesmis ve 1 ci barmagin qabaginda elave barmagin rudimenti qalmisdir Ezele sistemiBaliqlara nisbeten etraf ezelelerin yaxsi inkisaf etmesi ve cox differensiasiya etmis ezelelerin olmasi ile ferqlenir Ezelelerin seqmentasiyasi pozulmus ve yalniz qarin ve bel ezelelerinde nezere carpir Hezm sistemiUmumi agiz udlaq boslugu qisa qida borusuna o da oz novbesinde medeye acilir Bagirsagin arxa qurtaracaq hissesi nisbeten genis olub kloaka ile qurtarir Agiz udlaq bosluguna bir cut xoanalar orta qulaq 5 boslugu olan yevstax deliyi ve qirtlaq yarigi acilir Agiz udlaq boslugunun dibinde esl dil yerlesir Dilin on ucu agiz dibinin on hissesine birlesmisdir Disler xirda eyni tipli konusvari formada olub cenearasi ust cene ve xis sumukleri uzerinde yerlesir Onlarin esas funksiyasi qidani ceyne mek deyil yalniz tutub saxlamaqdan ibaretdir Hezm prosesinde nisbeten yaxsi inkisaf etmis qaraciyerin ifraz etdiyi odun xususi rolu vardir Qan damar sistemiBaliqlardan ferqli olaraq qurbagada urek uckamerali olub iki qulaqciqdan ve bir medecikden ibaretdir Ureyin bu esas hisselerinden basqa arteriya konusu ve sag qulaqciq uzerinde yerlesen vena sinusu da vardir Urekde iki qulaqcigin medeciye acildigi yerde bir umumi qulaqciq medecik atrioventrikulyar deliyi vardir ki medeciyin daxili sethinde uzun ezele baglarinda bu deliyi orten iki qapagin kenarlarina birlesmisdir Urekde olan arteriya konusunun hem esasinda hem de ucunda klapanlar vardir Arteriya konusunun icerisinde uzun spiralabenzer klapan vardir ki mehz bu klapanin komeyi ile medecikde yerlesmis muxtelif qanlarin paylanmasi tenzim olunur Bundan basqa qurbagada ilk defe olaraq iki qan dovrani meydana gelir Qurbagada qan damar sistemi onurgalilarin diger qruplarina nisbeten murekkebdir Bu murekkeblik bir terefden iki cur teneffusun olmasi agciyer ve deri diger terefden ise qanin damarlara paylanmasi zamani arteriya konusunun daxilinde uzununa yerlesmis spiralabenzer klapanin isleme mexanizmi ile elaqedardir Ureyin iki qulaqcigi arasinda arteriya konusu bir qeder medeciyin sag terefine yaxin yerlesmisdir Arteriya konusunun umumi aortaya kecdiyi yer uzununa arakesme ile qarin ve bel hisselere ayrilir Mehz bu iki hisseden uc cut arteriya qovsu baslangic goturur Birinci cut onden arxaya teref goturdukde baliqlarin birinci cut qelseme arteriyalarina muvafiq olub basi arterial qanla temin eden yuxu arteriyalaridir arteria corotis Bu damarlar oz baslangicini arteriya konusunun qarin alt hissesinden goturur Ikinci cut baliqlarin II cut qelseme arteriyalarina muvafiq olub sag ve sol aorta qovsleridir Bu qovsler de oz baslangicini arteriya konusunun qarin nahiyesinden goturur Sag ve sol aorta qovsleri ozlerinden muvafiq tereflere korpucukalti arteri ya ayirdiqdan sonra yarimdairevi forma alaraq arxaya yonelir ve bel nahiyesinde bir birile birlesib bel aortasini emele getirir Bel aortasi aorta dorsalis onurganin alti ile arxaya dogru getdikce daxili orqanlara bir sira saxeler verir Bel aortasi canaga catdiqdan sonra arxa etraflari qanla temin eden iki qalca arteriyasina arteria iliaca ayrilir Baliqlarin dorduncu cut qelseme arteriyalarina muvafiq olan ucuncu cut damarlar agciyer deri arteriyalaridir ve arteriya konusunun bel terefinden baslan gic goturur Agciyer deri arteriyalari urekden cixdiqdan sonra agciyer ve boyuk deri arteriyalarini arteria cutanae magna emele getirir Boyuk deri arteriyasi deri teneffusunun esas getirici qan damari olub amfibiler ucun olduqca xarakterikdir Venoz qan bedenin arxa hissesinden ve arxa etraflalar dan bud v femoralis ve oturaq v ischiadica venalara tokuldukden son ra cut qalca ve ya boyreyin qapi venasinda v portae renalis toplanir Boyreyin qapi venasi boyreye daxil olduqdan sonra kapillyar sistemi emele getirir Sag ve sol bud venalarinin her birinden bir vena cixir ve birleserek tek qarin venasini v abdominalis emele getirir Qarin venasi qarin divari ile gederek qaraciyere daxil olub kapillyar sistemi emele getirir Bundan basqa bagirsagin butun sobelerinden ve mededen venoz qanin hamisi bir yere toplanaraq qaraciyerin qapi venasini v portae hepatis emele getirir ki bu qaraciyere daxil olub kapilyar sistem emele getirir Butun suda quruda yasayanlarda qaraciyerin qapi sistemi yeni kapillyar sistemi qarin ve qapi venalardan emele gelir Boyrek kapillyarlari coxsayli cixarici venalari emele getirir onlar da bir lesib tek arxa bos venaya v cava posterior acilir Arxa bos venaya cinsi vezilerin venalari acilir Arxa bos vena qaraciyerden kecir lakin burada kapilyar sebeke emele getirmir yeni ondaki qan qaraciyer toxumalarina daxil olmur Bu vena qaraciyerden qani cixaran qisa qaraciyer venalarini ozune birles dirib vena sinusuna acilir Bedenin on terefinde venoz qanin toplanmasi ise asagidaki kimidir Deride oksigenle zenginlesen venoz qan arterial qana cevrilerek boyuk deri venasina v cutanea magna toplanir Boyuk deri venasi bazu venasi ile birlikde korpucukalti venaya v subclavia acilir Korpucukalti vena her iki terefden daxili ve xarici vidaci venalarla v jugularis externa et interna birlikde cut on bos venalara v cava anterior dextra et sinistra o da oz novbesinde vena sinusuna acilir Vena sinusuna acilmis tek arxa bos vena icerisinde temiz venoz qan ve cut on bos venalar vasitesile gelen qan icerilerinde qarisiq qan vena sinusuna kecdikden sonra sag qulaqciga oradan da qismen her iki qulaqciq ucun umumi olan atrioventrikulyar delikle medeciyin sag terefine tokulur Agciyerlerde qazlar mubadilesi zamani emele gelmis arterial qan agciyer venalari vasitesile sol qulaqciga ve oradan da her iki qulaqciq ucun umumi olan atrioventrikulyar delikle medeciyin sol terefine kecmis olur Belelikle qurbaga ureyinin medeciyinin sag terefinde venoz qan olsa da qismen qarismis qan ortasinda iki defe qarismis qan sol terefinde ise temiz arterial qan olur Qanin urekde ve muhum qan damarlarinda paylanmasi Arteriya konusu ile medecik arasindaki atrioventrikulyar delik medeciyin sag terefinde yerlesdiyinden medeciyin yigilmasi zamani arteriya konusuna venoz qan daxil olur Bu zaman spiralabenzer klapanin komeyi ile konusa daxil olmus venoz qan arteriya konusunun bel terefi ile iki agciyer deri arteriyasina daxil olur arteriapulmocutanea Bu arteriyalarin her biri iki saxeye ayrilaraq agciyer arteriyasini arteria pulmonalis ve boyuk deri arteriyasini arteria cutanea magna emele getirir Medeciyin yigilmasi ve ya sistolasi davam etdiyinden qarisiq qan arteriya konusuna daxil olarken konusda tezyiq artir ve spiralabenzer klapan oz yerini deyiserek agciyer arteriyalarina geden yollari baglayir konusun qarin nahiyesinde yerlesmis aorta qovslerinin delikleri acilir ve onlara qarisiq qan daxil olur Sag ve sol aorta qovsleri hele bel nahiyesinde bir birile birlesib bel aorta sini emele getirmemis her biri ozunden bir saxe ayiraraq korpucukalti arteriyalari arteriasub clavicularis emele getirir Oz ardicilligina gore ucuncu novbede medeciyin sol terefinde yerles mis temiz arterial qan arteriya konusuna daxil olan anda agciyer arteriya lari ve aorta qovsleri qanla dolu olur Neticede arterial qan onlara daxil ola bilmir ve arteriya konusunun qarin terefile hereket ederek cut yuxu arteriyalarina kecir Umumi yuxu arteriyasindan basa dogru her iki teref den daxili ve xarici yuxu arteriyalari ayrilir Belelikle qurbaga ureyinin medeciyinde yerlesmis uc cur qandan venoz qan agciyerlere ve deriye gederek agciyer ve deri teneffusunu temin etmis olur Medeciyin ortasinda yerlesmis qarisiq qan basdan basqa on etraflara govdede yerlesmis butun orqanlara ve arxa etraflara gederek onlari oksigenle temin edir Temiz arterial qan ise bilavasite beyni qidalandirir Burada medeciyin orta ve sol hissesinden qarisiq ve temiz arterial qanin butun bedene gedib onun orqan ve toxumalarini oksigenle temin etdikden sonra tek arxa ve cut on bos venalar vasitesile sag qulaqciga qeder kecdiyi yol boyuk qan dovrani adlanir Medeciyin sag hissesinden venoz qanin iki boyuk agciyer arteriyalari vasitesile agciyerlere gedib orada oksigenle zenginlesenden sonra agciyer venalari vasitesile sol qulaqciga qeder kecdiyi yola kicik qan dovrani deyilir Ifrazat sistemiSuda quruda yasayanlar metamorfoz inkisafa malik olduqlarindan onlarin surfelerinde pronefros yetkin formalarda ise bir cut mezonefros govde boyreklerden ve Volf kanalina uygun cut sidik axarlarindan ibaretdir Qurbaganin boyreyi baliqlarin boyreyinden ferqli olaraq yastilasmis kompakt cisim olub onurganin oma feqereleri nahiyesinin sag ve sol tereflerinde yerlesir Sidik axarlari ve cinsiyyet vezilerinin axarlari kloakaya acilir Boyreklerin uzerinde yerlesmis boyrekustu vezi muhum daxili sekresiya vezisi hesab edilir Gorme orqaniGorme orqani qismen qurulusca quru onurgalilarin gorme orqanina oxsasa da yalniz yaxin mesafede gormeni temin edir Hereketli goz qapaqlarinin olmasi gozun qurumamasini temin edir Esitme orqaniAmfibilerde baliqlardan ferqli olaraq daxili qulaqdan basqa orta qulaq ve orta qulagin xarici deliyini orten tebil perdesi vardir Artiq derecede kicilmis hiomandibulare orta qulaga kecmis ve uzengini stapes emele getirir Autostil kelle tipinin meydana gelmesi ve qelseme qapaqlarinin reduksiyasi hiomandibulareni cenenin asilmasindan ve qelseme qapaqlarina dayaq olmasindan azad edir Uzenginin bir ucu tebil perdesine diger ucu ise oval pencereye soykenir Perdeli labirint olan daxili qulaqda endolimfa mayesi vardir ki bu maye icerisinde xirda hecmli kristallar otolitler yerlesir Burada uc iri qulaq dasi vardir Onlardan biri iri ikisi ise nisbeten kicikdir Bu uc qulaq daslari amfibilerin yasindan asili olaraq hecmce artmis olur Onlarin kesiyinde olan konsentrik dairelerle amfibilerin yasini da teyin etmek olar Diger hiss orqanlarindan mikroskopik hecmde olan dad tumurcuqlari yan xett orqani surfe merhelesinde ve su onurgalilari ucun xarakterik olan bir cut kisesekilli qoxu orqani vardir Ilk defe ambifilerde tebil perdesi uze cixib Rezenatorlar sesi 20 defeye qeder artirirlar Qurbagada rezenatorlara baxmaqla onun cinsini mueyyen etmek olar Cunki rezenatorlar yanliz erkek qurbagalarda olur Sinir sistemiSu muhitinden quru muhitine kecid prosesi qurbagada sinir sisteminin mueyyen qeder murekkeblesmesine sebeb olmusdur Bele ki amfibilerin bas beyninin yarimkurelere ayrilmasi ve baliqlara nisbeten yaxsi inkisaf etmesi eyni tipli hereketlerle elaqedar olaraq beyinciyin zeif inkisaf etmesi ozunu aydin gosterir Amfibilerde ilk beyin tagi arxipallium meydana cixmisdir On beyin nisbeten yaxsi inkisaf etmis ve tam iki yarimkureye ayrilmisdir Her bir yarimkurede ayrica bosluq kimi beynin yan medecikleri emele gelir Ara beyin akuladakina nisbeten kicikdir ve on beyinden hele tam ayrilmamisdir Orta beyin diger hisselere nisbeten yaxsi inkisaf etmisdir Beyincik kicik olub orta beyinden arxada dorduncu beyin medeciyi boslugu nahiyesinde yerlesir sekil 298 Bas beyinden sumuklu baliqlarda oldugu kimi 10 cut sinir cixir I X Bele ki XI cut elave sinir sinir umumiyyetle inkisaf etmemis XII cut sinir dilalti sinir kelle qutusunun xaricinden cixir Qurbagada onurga beyni sinirlerinin sayi da 10 cutdur Bunlardan birinci 3 cutu bazu kelefinin emele gelmesinde istirak ederek on etraflarinin innervasiyasini temin edir sonraki yeddi cut bel oma kelefinin emele gelmesinde istirak edir YayilmasiSimali Afrikada On ve Orta Asiyada Qafqazda Krimda Cenubi ve Merkezi Avropada yayilmisdir Yasayis yerleriGol qurbagasi cox sayli olub yarimsehra ve ya col zonasindan baslayaraq yuksek dagliq cemenliyiklere qeder yayilib Omru boyu suda olan gol qurbagasi muxtelif tipli su hovzelerinde mesken salmaqla hemin yerden 15 20 m den artiq uzaqlasmirlar Heyat terziGun erzinde feal olur Esasen quruda qidalanir su hovzesi ise onun istirahet ve dusmenden gizlenmek ucun etibarli siginacaq yeridir Bu qurbaganin esas qidasini onurgasizlar xususile de cuculer teskil edir Uzaga tullanmaq ve sicrayisla cole atilan yapisqanli dilinin hesabina ucan cuculeri asanliqla tutur Mart ayinda yaz oyanisindan derhal sonra coxalmaga baslayirlar Bu dovrde erkekler cox feal olub disini celb etmek ucun berkden oxuyur Cutlesme vaxti erkek disinin on etrafinin arxa nahiyesinden yapisaraq sanki onu qucaqlayir Bu cutlesmenin muhum bioloji ehemiyyeti var Bele ki eyni zamanda hem kurunun hem de spermotozoidlerin suya tokulmesini stimullasdirir Kuru kutle halinda tokulur 7 10 gunden sonra comcequyruqlar artiq kuruden cixir Metomorfoz 80 100 gun davam edir Ekstremal seraitde yeni soyuqlar tez dusdukde ve soyuq cay hovzelerinde comcequyruqlar metamorfoz merhelesini basa vura bilmir ve inkisafinin bu merhelesinde qisi kecirir Gol qurbagasinin surfe merhelesi su hovzesinde kecir Burada onlar adeten birhuceyreli yosunlarla qidalanir Comcequyruq merhelesinde suda yasayir ve qidalanir cavan yetkin ve yasli ferdleri ise suda yasayir esasen quruda hem de suda qidalanirlar Belelikle qurbaganin trofik ve sahe movqeyi heyatinin muxtelif dovrlerinde tam ayrilmis olur ki bu da cavan ve yetkin ferdler arasindaki reqabeti aradan goturur EdebiyyatAzerbaycan heyvanlar alemi III Onurgalilar Baki Elm 2004 619 s Alekperov A M Zemnovodnye i presmykayushiesya Azerbajdzhana Izd vo Elm Baku 1978 264 s Gasymova G H Ganiev F R Sovremennaya sistematika amfibij Azerbajdzhana Trudy Instituta Zoologii XXIX tom Baku Elm 2011 str 358 362 Dzhafarova S K Fauna ekologiya i ohrana presmykayushihsya Malogo Kavkaza v predelah Azerbajdzhana Avtoreferat na soisk uch st kand nauk Baku 1984 22 str IstinadlarIntegrated Taxonomic Information System ing 2009 Xarici kecidler