Gənzə (əvvəlki adı: Kənzə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Kənzə kəndi Gənzə kəndi adlandırılmışdır.
Gənzə | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Gənzə kəndi Ordubad bölgəsinin qədim tarixə malik yaşayış məskənlərindən biridir. Rayon mərkəzindən 12 km şimal-şərqdə, yaşıllıqlar qoynunda yerləşir.
Toponimi – oykonomi
Tədqiqatçıların Gənzə toponimi – oykonomi haqqında müxtəlif fikirləri var. Bəzi alimlər onu ərəb-fars mənşəli sözlərlə əlaqələndirsələr də onların əksəriyyəti bu adın Gəncə şəhərinin adı ilə eyni kökdən olması qənaətindədirlər. M.Seyidov, Q.Qeybullayev, F.Rzayev və başqaları bu adların qədim türk tayfalarından biri lan sak tayfaları ilə əlaqədar yaranması fikrindədirlər. Kəndin adının ilk öncə Kanzak olduğunu qeyd edən filologiya elmləri namizədi F.Rzayevin fikrincə, "kan" qədim türk dillərində "ulu", "ata" mənasında işlənmiş, kəndin adındakı son kompanent "zə" (əslində "zək") isə sak tayfalarının adından götürülmüşdür. Deməli, oykonim ilk vaxtlar qaynaqlarda da qeyd olunduğu kimi Kənizək–Kənzək şəklində işlənmiş, zaman keçdikcə tədricən dəyişilərək sondakı "k" səsi düşmüş, Gənzə formasına düşmüşdür. Qeyd etmək yerinə düşər ki, türk dillərində söz sonunda "k" samitinin eleziyası (səsdüşümü) xarakterik haldır.
Türkoloq alim C.Cəfərov bu toponimin hunların ən qədim adından – "kun"un morfloji birləşməsi "kunçuk"dan törəmiş "Gəncək" türk tayfasının adından götürüldüyünü vurğulayır. Toponimika üzrə məşhur mütəxəssis Q.Qeybullayev orta əsr qaynaqlarına söykənərək oykonimi sakların içərisində olan "Gəncək" adlı tayfalar ilə bağlayır. Qeyd olunan fikirləri və sak tayfalarının Azərbaycanda yaşamasının şübhə doğurmadığı faktını, hətta bu ərazilərin tərkibinə daxil olmasını əsas götürərək demək olar ki, bu oykonimin ərəb-fars mənşəli ifadələrlə əlaqəsi yoxdur və Gənzə kəndinin adı sak tayfalarının bu ərazilərdə məskunlaşması ilə əlaqədar yaranmış, təxminən Kanzak-Kənizək-Kənzək şəklində inkişaf yolu keçərək indiki Gənzə şəklinə düşmüşdür.
Tarixi
İndiyədək kəndin ərazisində arxeloji tədqiqatlar aparılmadığı üçün onun tarixi haqqında elmi əsaslı fakir söyləmək mümkün deyildir. Ancaq kənddə indiyədək qalan bir neçə maddi mədəniyyət nümunəsi onun orta əsrlər zamanı bölgənin əhəmiyyətli və inkişaf etmiş yaşayış məskənlərindən olduğunu xəbər verir. Məlumdur ki, smanlılar 1724-cü ildə Naxçıvan bölgəsini tutduqdan sonra ərazi Osmanlı üsul idarəsinə daxil oldu və burada yeni inzibati ərazi bölgüsü – 14 nahiyədən ibarət Naxçıvan sancağı yaradıldı. Bölgədə idarə işlərini asanlaşdırmaq, vergi verəcək əhalidən vergilərin nizamlı şəkildə toplanmasını təşkil etmək üçün smanlılar bir sıra tədbirlər həyata keçirdilər. Belə tədbirlərdən biri əhalinin siyahıya alınması oldu. Həmin vaxt kişi cinsindən vergi verəcək adamların adları xüsusi dəftərlərdə qeyd olunurdu. Beləliklə, bu dəftərlərin əsasında 1727-ci ildə "Naxçıvan sancağının müfəssəl dəftəri" tərtib olundu. Dəftərlərdə qeyd olunduğuna görə smanlıların hakimiyyəti illərində Gənzə kəndində vergi yaşına çatmış, yəni 20 yaşdan yuxarı 21 nəfər kişi cinsindən adam yaşamış (çox təqdirəlayiq haldır ki, kənd sakini Hacı Əhrəman İmanov böyük əmək sərf etmiş, əsl tədqiqatçılıq qabilliyyəti nümayiş etdirərək həmin adamların bir neçəsinin nəsil şəcərəsini tərtib etmişdir. və kənd bütövlükdə 6216 ağca vergi ödəmişdir.
Əhalisi
Bölgənin Rusiyaya ilhaq edilməsindən (10 fevral 1828-ci il) az sonra Naxçıvanda olan rus məmuru İ.Şopenin məlumatından bəlli olur ki, XIX yüzilliyin 30-cu illərində Gənzədə 16 ailə (36 kişi, 24 qadın, cəmi 60 nəfər) yaşamışdır. Müəllifin məlumatından o da aydın olur ki,həmin vaxt Gənzədə bir nəfər də olsun qeyri azərbaycanlı, o cümlədən erməni yaşamamışdır. 12 dekabr 1926-cı ildə keçirilmiş siyahıya alınmaya görə kənddə 665 nəfər adam yaşamışdır. Hazırda kənddə 2005-ci ilin məlumatına görə 1380 nəfərə yaxın adam yaşayır. 2009-cu il əhalinin siyahıya alınmasına görə kənddə 1502 nəfər yaşayır.
Abidələri
Kəndin ərazisində zəmanəmizədək orta əsrlər dövrünə aid bir sıra maddi mədəniyyət nümunələri gəlib çatmışdır. Bu abidələr içərisində kəndin mərkəzində yerləşən məscid xüsusi yer tutur. Məscid Naxçıvan ərazisində indiyədək salamt qalan ən qədim məscid nümunələrindən biridir. Ancaq təəssüf ki, belə möhtəşəm bir memarlıq abidəsi indiyədək tədqiqatçıların diqqətindən kənarda qalmış, tədqiq olunmamışdır. Onun haqqında yalnız 1927-ci ildə Ordubadda olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin elmi katibi, rus alimi V.Sısoyev qısa məlumat vermiş, məscidin ölçüləri, quruluşu haqqında bir neçə cümlə ilə bəhs etmişdir.
Yerli əhali arasında olan fikrə görə məscid Hacı Hüsenqulu adlı mötəbər bir şəxs tərəfindən inşa edilmişdir. Ancaq məscidin üzərində memarlıq abidələri haqqında müfəssəl məlumatlar verən epiqrafik sənəd–kitabə olmadığı üçün onun inşa tarixi haqqında qəti fikir söyləmək çətindir. Hacı Hüseynqulu vəfat etdikdən sonra məscidin qarşısında cənub divarın yanında dəfn lunmuşdur. Son illərdə onun qəbrinin üstü düzəldilmiş, mərmər başdaşı qoyulmuşdur. Başdaşının üstündə ərəb əlifbası ilə, ərəb dilində "Mərhum Hacı Hüseynqulu. XVI əsr" sözləri yazılmışdır. Hacı Hüseynqulunun vəfat tarixinin XVI əsr kimi göstərilməsi heç bir tarixi fakta söykənmir və yaşlı sakinlərin söylədiyinə görə təxmini bir tarix olaraq orada həkk edilmişdir.
Məscid özünün memarlıq-konstruktiv quruluşu ilə diqqəti cəlb edir. İslamın müqəddəs kitabı Qurani-Kərimin "Tövbə" surəsinin 18-ci ayəsində məscidləri abadlaşdırmaq, bərpa və təmir etdirmək təqdir edildiyindən bütün orta əsrlər boyu ayrı-ayrı yaşayış məskənlərinin əhalisi və imkanlı şəxslər çoxlu məscidlər tikdirmiş və ya onları bərpa etdirərək abadlaşdırmışlar. Bu fikri Naxçıvan bölgəsində indiyədək gəlib çatan orta əsr məscidləri üzərində qalan kitabələr təsdiq etməkdədirlər. Bu ənənə indi də davam etdirilir. Azərbaycanın müstəqilliyi bərpa edildikdən və insanlara vicdan azadlığı verildikdən sonra Gənzə kəndinin əhalisi də belə bir xeyirxah iş görərək Hacı Hüseynqulu məscidini əsaslı təmir etdirmiş, kənd sakini hacı İsrafil Sadıqlı məscid üçün gözəl bir minarə tikdirmişdir. Minarənin üstündə ərəb və kiril əlifbası ilə belə bir kitabə qoyulmuşdur:
"Minarə 2000-ci ildə Hacı İsrafil Sadıqlı tərəfindən tikdirilmişdir. Memarlar Kərbəlayi Səid, Kərbəlayi Qurban".
"Məscidin minarəsi 2023-cü ildə Hacı Fərqan Sadiqov tərəfindən restavrasiya etdirilmişdir".
Hazırda məscid kənd əhalisinin istifadəsindədir.
Məscidin şimal-şərq tərəfində hamam binası vardır. Kənd ağsaqqallarının söylədiyinə görə bu hamamı da Hacı Hüseynqulu inşa etdirmişdir. Məscidlə müqayisədə hamam daha çox dağıntıya məruz qalsa da girişi, syunma və yuyunma salonları və dam örtüyü salamat vəziyyətdə bizim dövrə gəlib çatmışdır. Hamam son zamanlaradək əhalinin istifadəsində olmuşdur. Qeyd etmək yerinə düşər ki,bu hamamın oxşarı rayonun Nüsnüs kəndində qalmaqdadır. Bu iki hamam inşa edilərkən oxşar memarlıq ünsürlərindən istifadə olunmuşdur. Ona görə də ehtimal olar ki, bu hamamlar eyni memar tərəfindən bir dövrdə inşa edilmişdir.
Məsciddən və hamamdan təxminən 100 metr cənubda kənd qəbristanlığı yerləşir. Bu qəbristanlığın yerləşdiyi ərazini də Hacı Hüsüynqulu özünəməxsus torpaq sahəsindən ayırmışdır. Hazırda dəfn mərasimləri keçirilən qəbristanlıqda orta əsrlər dövrünə aid dörd başdaşı tipli xatirə abidəsi qalmışdır.
Bu abidələrin üzərində dəfn olunan mərhumların xatirəsinə yazılmış məzar kitabələri – epitafiyalar vardır. Həmin epitafiyaların verdiyi məlumatlar əsasında qəbristanlığın ərazisini əhaliyə bağışlayan Hacı Hüseynqulunun yaşadığı dövr, həmçinin onun inşa etdirdiyi məscid və hamamın inşa tarixi haqqında müəyyən fikir söyləmək mümkündür.
Ordubad rayonu üçün xarakterik olan boz daşdan (ölçüsü 70x42x7 sm) hazırlanmış bir başdaşı üzərindəki kitabə nisbətən salamat qalmışdır. Ərəb dilində 6 sətirdə həkk edilmiş kitabənin mətninin tərcüməsi belədir:
"Fanidir həyatı yer üzündə hamının.Təkcə cəlal yiyəsi,kərəm yiyəsi Rəbb-in qalandır.. Bu bağça (qəbir) bağışlanmış Harunun oğlu Möhsinin oğlu, mərhum, günahları bağışlanmış, xoşbəxt şəhid, uca Allahın rəhmətinə getmiş Əlinindir. Doqquz yüz qırx üçüncü il tarixdə".
Hicri-qəməri təqvimi ilə 943-cü il miladi təqvimi ilə 1536-cı ilə müvafiq gəlir.
Kitabənin məzmunundan aydın olur ki, Harunun oğlu Möhsinin oğlu Əli şəhidlik zirvəsinə yüksəlmiş, bu səbəbdən də mətndə "xoşbəxt şəhid" kimi təqdim olunmuşdur.
Başdaşının sol tərəfində boz rəngli daşdan hazırlanmış başqa bir başdaşı (57x39x7 sm) üzərində yaxılan kitabə güclü aşınmaya məruz qalmış, aşağı hissəsi tam ovulub tökülmüşdür. Kitabənin qalan hissəsinin mətni belədir: "Qurani-Kərim LV-26,27. ....Allaha qovuşmuş..."
Həmin başdaşının sağ tərəfində başqa bir bağdaşı (57x37x8 sm) da vardır. Boz daşdan hazırlanmış həmin başdaşının üzərindəki kitabə aşındığı və zaman keçdikcə üstünü mamır tutduğu üçün kitabənin oxunuşu çox çətinləşmişdir. Kitabədən ancaq əvvəldə yazılan Qurani-Kərimin "ər-Rəhman" surəsinin 26 və 27-ci ayələri (LV-26,27) və bir neçə sözü xumaq mümkün olmuşdur.
Qəbristanlıqda bu başdaşılardan təxminən 30-40 metr şimalda başqa bir başdaşı tipli xatirə abidəsi vardır. Qırmızımtıl rəngli daşdan hazırlanmış bu başdaşının (ölçüsü62x31x6 sm)üzərində də kitabə vardır. Ərəbcə yazılmış kitabənin mətni belədir: "Həqiqi, hörmətli alim, şəhid mərhum Əliqulunun – salam olsun – torpaq məzar mülkü. 1062-ci il"
Kitabədən göründüyü kimi 1651-ci ilə müvafiqdir.
Bu qəbirüstü abidələrin tarixinə əsasən həm qəbristanığın özünün, həm də kənddəki məscid və hamamın tarixi haqqında təxmini də olsa fikir söyləmək mümkündür. Belə ki, əvvəldə qeyd olunduğu kimi qəbristanlığın ərazisini Hacı Hüseynqulu bağışlamışdır. Buradakı məzar kitabələrindən birinin tarixi 1536-cı ilə aiddir. Şübhəsiz ki, bu başdaşını qəbristanlıqda dəfn olunan ilk mərhumun xatirəsinə hazırlanmış abidə hesab etmək olmaz. Bu kitabənin həkk olunduğu başdaşı qəbristanlığın cənub hissəsində, digər iki başdaşının rtasındadır. Deməli XVI yüzilliyin 36-cı ilində vəfat etmiş bu mərhumun sağında və solunda dəfn lunmuş adamlardan biri ondan əvvəl,digəri sonra dünyasını dəyişmişdir. Qəbristanlıqda vaxtilə bu abidələrdən əvvəlki dövrlərə aid məzar kitabələrinin olmasını, ancaq sonralar onların təbii qüvvələrin təsirindən aşınaraq sıradan çıxması faktının mümkünlüyünü də unutmaq olmaz. Bütün bu cəhətləri, məscidin və hamamın memarlıq – konstruktiv quruluşunu nəzərə alaraq və qəbristanlıqdakı ən qədim məzar kitabəsinin tarixini orta hədd kimi qəbul edərək adları qeyd olunan memarlıq abidələrinin (məscid və hamamın) XV yüzillikdə inşa etdirilməsini ehtimal etmək olar. Fikrimizcə, adı bu abidələrlə bağlı olan Hacı Hüseynqulu özü də XV yüzillikdə yaşamış və bu abidələri də həmin vaxt inşa etdirmişdir.
Bu kəndin tarixi-memarlıq abidələrinin əsaslı surətdə, sistemli şəkildə tədqiq olunmasına böyük ehtiyac vardır.
Mənbə
- Naxçıvan Dövlət Universitetinin Tarix elmləri doktoru HACIFƏXRƏDDİN SƏFƏRLİ 2010-09-26 at the Wayback Machine
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
- "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində . İstifadə tarixi: 2022-06-29.
- Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1989, s. 85-89
- Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1994, s. 153
- Rzayev F. Naxçıvan və onun ətraf bölgələrində qədim sak tayfaları Azərbaycanda elmin inkişafı və regional problemlər. Bakı, Nurlan, 2005, s. 234-235
- Naxçıvan sancağının müfəssəl dəftəri. Araşdırma, qeyd və şəhərlərin müəllifi Hüsaməddin Məmmədov. Tərcümə edənlər: Z.Bünyadov və H.Məmmədov. Bakı, Elm, 2001, s. 31, 245
- Babayev A. Dilçiliyə giriş. Bakı, 1992, s. 225-226
- Cəfərov C. Milli etnik yaddaşın izi ilə. Bakı, Səda, 2005, s. 43
- Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1994, s. 43
- Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1994, s. 150, 160
- Naxçıvan sancağının müfəssəl dəftəri. Araşdırma, qeyd və şəhərlərin müəllifi Hüsaməddin Məmmədov. Tərcümə edənlər: Z.Bünyadov və H.Məmmədov. Bakı, Elm, 2001
- Naxçıvan Ensiklopediyası. 2 cilddə, I cild, Naxçıvan, 2005, s. 24-41
- Naxçıvan Ensiklopediyası. 2 cilddə, I cild, Naxçıvan, 2005, s. 246
- Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Санкт-Петербург // Типография императорской АН,1852, s.623-626
- Naxçıvan Ensiklopediyası. 2 cilddə, I cild, Naxçıvan, 2005, s. 207
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010
- Сысоев В.М. Древности Нахичеванской ССР /Отдельный оттиск. Из 4-го выпуска Известий "Азкомстарис"а, Баку, 1928, s. 151
- Qurani-Kərim,LV-26,27
- Qurani-Kərim. Azərbaycan türkcəsində açıqlama Nəriman Qasımoğlunun qələmilə. Bakı: "Azərbaycan" nəşriyyatı, 1993, s. 272
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Genze Genze evvelki adi Kenze Azerbaycan Respublikasi Naxcivan Muxtar Respublikasinin Ordubad rayonunda kend Azerbaycan Respublikasi Milli Meclisinin 1 mart 2003 cu il tarixli 423 IIQ sayli Qerari ile Naxcivan Muxtar Respublikasinin Ordubad rayonunun Ordubad seher inzibati erazi vahidi terkibindeki Kenze kendi Genze kendi adlandirilmisdir Genze38 56 31 sm e 46 03 16 s u Olke AzerbaycanTarixi ve cografiyasiSaat qursagi UTC 04 00EhalisiEhalisi 1 502 nef 2009 Resmi dili Azerbaycan diliGenze Genze kendi Ordubad bolgesinin qedim tarixe malik yasayis meskenlerinden biridir Rayon merkezinden 12 km simal serqde yasilliqlar qoynunda yerlesir Toponimi oykonomiTedqiqatcilarin Genze toponimi oykonomi haqqinda muxtelif fikirleri var Bezi alimler onu ereb fars menseli sozlerle elaqelendirseler de onlarin ekseriyyeti bu adin Gence seherinin adi ile eyni kokden olmasi qenaetindedirler M Seyidov Q Qeybullayev F Rzayev ve basqalari bu adlarin qedim turk tayfalarindan biri lan sak tayfalari ile elaqedar yaranmasi fikrindedirler Kendin adinin ilk once Kanzak oldugunu qeyd eden filologiya elmleri namizedi F Rzayevin fikrince kan qedim turk dillerinde ulu ata menasinda islenmis kendin adindaki son kompanent ze eslinde zek ise sak tayfalarinin adindan goturulmusdur Demeli oykonim ilk vaxtlar qaynaqlarda da qeyd olundugu kimi Kenizek Kenzek seklinde islenmis zaman kecdikce tedricen deyisilerek sondaki k sesi dusmus Genze formasina dusmusdur Qeyd etmek yerine duser ki turk dillerinde soz sonunda k samitinin eleziyasi sesdusumu xarakterik haldir Turkoloq alim C Ceferov bu toponimin hunlarin en qedim adindan kun un morfloji birlesmesi kuncuk dan toremis Gencek turk tayfasinin adindan goturulduyunu vurgulayir Toponimika uzre meshur mutexessis Q Qeybullayev orta esr qaynaqlarina soykenerek oykonimi saklarin icerisinde olan Gencek adli tayfalar ile baglayir Qeyd olunan fikirleri ve sak tayfalarinin Azerbaycanda yasamasinin subhe dogurmadigi faktini hetta bu erazilerin terkibine daxil olmasini esas goturerek demek olar ki bu oykonimin ereb fars menseli ifadelerle elaqesi yoxdur ve Genze kendinin adi sak tayfalarinin bu erazilerde meskunlasmasi ile elaqedar yaranmis texminen Kanzak Kenizek Kenzek seklinde inkisaf yolu kecerek indiki Genze sekline dusmusdur TarixiIndiyedek kendin erazisinde arxeloji tedqiqatlar aparilmadigi ucun onun tarixi haqqinda elmi esasli fakir soylemek mumkun deyildir Ancaq kendde indiyedek qalan bir nece maddi medeniyyet numunesi onun orta esrler zamani bolgenin ehemiyyetli ve inkisaf etmis yasayis meskenlerinden oldugunu xeber verir Melumdur ki smanlilar 1724 cu ilde Naxcivan bolgesini tutduqdan sonra erazi Osmanli usul idaresine daxil oldu ve burada yeni inzibati erazi bolgusu 14 nahiyeden ibaret Naxcivan sancagi yaradildi Bolgede idare islerini asanlasdirmaq vergi verecek ehaliden vergilerin nizamli sekilde toplanmasini teskil etmek ucun smanlilar bir sira tedbirler heyata kecirdiler Bele tedbirlerden biri ehalinin siyahiya alinmasi oldu Hemin vaxt kisi cinsinden vergi verecek adamlarin adlari xususi defterlerde qeyd olunurdu Belelikle bu defterlerin esasinda 1727 ci ilde Naxcivan sancaginin mufessel defteri tertib olundu Defterlerde qeyd olunduguna gore smanlilarin hakimiyyeti illerinde Genze kendinde vergi yasina catmis yeni 20 yasdan yuxari 21 nefer kisi cinsinden adam yasamis cox teqdirelayiq haldir ki kend sakini Haci Ehreman Imanov boyuk emek serf etmis esl tedqiqatciliq qabilliyyeti numayis etdirerek hemin adamlarin bir necesinin nesil seceresini tertib etmisdir ve kend butovlukde 6216 agca vergi odemisdir EhalisiBolgenin Rusiyaya ilhaq edilmesinden 10 fevral 1828 ci il az sonra Naxcivanda olan rus memuru I Sopenin melumatindan belli olur ki XIX yuzilliyin 30 cu illerinde Genzede 16 aile 36 kisi 24 qadin cemi 60 nefer yasamisdir Muellifin melumatindan o da aydin olur ki hemin vaxt Genzede bir nefer de olsun qeyri azerbaycanli o cumleden ermeni yasamamisdir 12 dekabr 1926 ci ilde kecirilmis siyahiya alinmaya gore kendde 665 nefer adam yasamisdir Hazirda kendde 2005 ci ilin melumatina gore 1380 nefere yaxin adam yasayir 2009 cu il ehalinin siyahiya alinmasina gore kendde 1502 nefer yasayir AbideleriKendin erazisinde zemanemizedek orta esrler dovrune aid bir sira maddi medeniyyet numuneleri gelib catmisdir Bu abideler icerisinde kendin merkezinde yerlesen mescid xususi yer tutur Mescid Naxcivan erazisinde indiyedek salamt qalan en qedim mescid numunelerinden biridir Ancaq teessuf ki bele mohtesem bir memarliq abidesi indiyedek tedqiqatcilarin diqqetinden kenarda qalmis tedqiq olunmamisdir Onun haqqinda yalniz 1927 ci ilde Ordubadda olan Azerbaycani Tedqiq ve Tetebbo Cemiyyetinin elmi katibi rus alimi V Sisoyev qisa melumat vermis mescidin olculeri qurulusu haqqinda bir nece cumle ile behs etmisdir Yerli ehali arasinda olan fikre gore mescid Haci Husenqulu adli moteber bir sexs terefinden insa edilmisdir Ancaq mescidin uzerinde memarliq abideleri haqqinda mufessel melumatlar veren epiqrafik sened kitabe olmadigi ucun onun insa tarixi haqqinda qeti fikir soylemek cetindir Haci Huseynqulu vefat etdikden sonra mescidin qarsisinda cenub divarin yaninda defn lunmusdur Son illerde onun qebrinin ustu duzeldilmis mermer basdasi qoyulmusdur Basdasinin ustunde ereb elifbasi ile ereb dilinde Merhum Haci Huseynqulu XVI esr sozleri yazilmisdir Haci Huseynqulunun vefat tarixinin XVI esr kimi gosterilmesi hec bir tarixi fakta soykenmir ve yasli sakinlerin soylediyine gore texmini bir tarix olaraq orada hekk edilmisdir Mescid ozunun memarliq konstruktiv qurulusu ile diqqeti celb edir Islamin muqeddes kitabi Qurani Kerimin Tovbe suresinin 18 ci ayesinde mescidleri abadlasdirmaq berpa ve temir etdirmek teqdir edildiyinden butun orta esrler boyu ayri ayri yasayis meskenlerinin ehalisi ve imkanli sexsler coxlu mescidler tikdirmis ve ya onlari berpa etdirerek abadlasdirmislar Bu fikri Naxcivan bolgesinde indiyedek gelib catan orta esr mescidleri uzerinde qalan kitabeler tesdiq etmekdedirler Bu enene indi de davam etdirilir Azerbaycanin musteqilliyi berpa edildikden ve insanlara vicdan azadligi verildikden sonra Genze kendinin ehalisi de bele bir xeyirxah is gorerek Haci Huseynqulu mescidini esasli temir etdirmis kend sakini haci Israfil Sadiqli mescid ucun gozel bir minare tikdirmisdir Minarenin ustunde ereb ve kiril elifbasi ile bele bir kitabe qoyulmusdur Minare 2000 ci ilde Haci Israfil Sadiqli terefinden tikdirilmisdir Memarlar Kerbelayi Seid Kerbelayi Qurban Mescidin minaresi 2023 cu ilde Haci Ferqan Sadiqov terefinden restavrasiya etdirilmisdir Hazirda mescid kend ehalisinin istifadesindedir Mescidin simal serq terefinde hamam binasi vardir Kend agsaqqallarinin soylediyine gore bu hamami da Haci Huseynqulu insa etdirmisdir Mescidle muqayisede hamam daha cox dagintiya meruz qalsa da girisi syunma ve yuyunma salonlari ve dam ortuyu salamat veziyyetde bizim dovre gelib catmisdir Hamam son zamanlaradek ehalinin istifadesinde olmusdur Qeyd etmek yerine duser ki bu hamamin oxsari rayonun Nusnus kendinde qalmaqdadir Bu iki hamam insa edilerken oxsar memarliq unsurlerinden istifade olunmusdur Ona gore de ehtimal olar ki bu hamamlar eyni memar terefinden bir dovrde insa edilmisdir Mescidden ve hamamdan texminen 100 metr cenubda kend qebristanligi yerlesir Bu qebristanligin yerlesdiyi erazini de Haci Husuynqulu ozunemexsus torpaq sahesinden ayirmisdir Hazirda defn merasimleri kecirilen qebristanliqda orta esrler dovrune aid dord basdasi tipli xatire abidesi qalmisdir Bu abidelerin uzerinde defn olunan merhumlarin xatiresine yazilmis mezar kitabeleri epitafiyalar vardir Hemin epitafiyalarin verdiyi melumatlar esasinda qebristanligin erazisini ehaliye bagislayan Haci Huseynqulunun yasadigi dovr hemcinin onun insa etdirdiyi mescid ve hamamin insa tarixi haqqinda mueyyen fikir soylemek mumkundur Ordubad rayonu ucun xarakterik olan boz dasdan olcusu 70x42x7 sm hazirlanmis bir basdasi uzerindeki kitabe nisbeten salamat qalmisdir Ereb dilinde 6 setirde hekk edilmis kitabenin metninin tercumesi beledir Fanidir heyati yer uzunde haminin Tekce celal yiyesi kerem yiyesi Rebb in qalandir Bu bagca qebir bagislanmis Harunun oglu Mohsinin oglu merhum gunahlari bagislanmis xosbext sehid uca Allahin rehmetine getmis Elinindir Doqquz yuz qirx ucuncu il tarixde Hicri qemeri teqvimi ile 943 cu il miladi teqvimi ile 1536 ci ile muvafiq gelir Kitabenin mezmunundan aydin olur ki Harunun oglu Mohsinin oglu Eli sehidlik zirvesine yukselmis bu sebebden de metnde xosbext sehid kimi teqdim olunmusdur Basdasinin sol terefinde boz rengli dasdan hazirlanmis basqa bir basdasi 57x39x7 sm uzerinde yaxilan kitabe guclu asinmaya meruz qalmis asagi hissesi tam ovulub tokulmusdur Kitabenin qalan hissesinin metni beledir Qurani Kerim LV 26 27 Allaha qovusmus Hemin basdasinin sag terefinde basqa bir bagdasi 57x37x8 sm da vardir Boz dasdan hazirlanmis hemin basdasinin uzerindeki kitabe asindigi ve zaman kecdikce ustunu mamir tutdugu ucun kitabenin oxunusu cox cetinlesmisdir Kitabeden ancaq evvelde yazilan Qurani Kerimin er Rehman suresinin 26 ve 27 ci ayeleri LV 26 27 ve bir nece sozu xumaq mumkun olmusdur Qebristanliqda bu basdasilardan texminen 30 40 metr simalda basqa bir basdasi tipli xatire abidesi vardir Qirmizimtil rengli dasdan hazirlanmis bu basdasinin olcusu62x31x6 sm uzerinde de kitabe vardir Erebce yazilmis kitabenin metni beledir Heqiqi hormetli alim sehid merhum Eliqulunun salam olsun torpaq mezar mulku 1062 ci il Kitabeden gorunduyu kimi 1651 ci ile muvafiqdir Bu qebirustu abidelerin tarixine esasen hem qebristanigin ozunun hem de kenddeki mescid ve hamamin tarixi haqqinda texmini de olsa fikir soylemek mumkundur Bele ki evvelde qeyd olundugu kimi qebristanligin erazisini Haci Huseynqulu bagislamisdir Buradaki mezar kitabelerinden birinin tarixi 1536 ci ile aiddir Subhesiz ki bu basdasini qebristanliqda defn olunan ilk merhumun xatiresine hazirlanmis abide hesab etmek olmaz Bu kitabenin hekk olundugu basdasi qebristanligin cenub hissesinde diger iki basdasinin rtasindadir Demeli XVI yuzilliyin 36 ci ilinde vefat etmis bu merhumun saginda ve solunda defn lunmus adamlardan biri ondan evvel digeri sonra dunyasini deyismisdir Qebristanliqda vaxtile bu abidelerden evvelki dovrlere aid mezar kitabelerinin olmasini ancaq sonralar onlarin tebii quvvelerin tesirinden asinaraq siradan cixmasi faktinin mumkunluyunu de unutmaq olmaz Butun bu cehetleri mescidin ve hamamin memarliq konstruktiv qurulusunu nezere alaraq ve qebristanliqdaki en qedim mezar kitabesinin tarixini orta hedd kimi qebul ederek adlari qeyd olunan memarliq abidelerinin mescid ve hamamin XV yuzillikde insa etdirilmesini ehtimal etmek olar Fikrimizce adi bu abidelerle bagli olan Haci Huseynqulu ozu de XV yuzillikde yasamis ve bu abideleri de hemin vaxt insa etdirmisdir Bu kendin tarixi memarliq abidelerinin esasli suretde sistemli sekilde tedqiq olunmasina boyuk ehtiyac vardir MenbeNaxcivan Dovlet Universitetinin Tarix elmleri doktoru HACIFEXREDDIN SEFERLI 2010 09 26 at the Wayback MachineHemcinin baxGenze qebristanligiIstinadlar Azerbaycan Respublikasinin inzibati erazi bolgusu Melumat toplusu Baki 2013 488 seh Naxcivan Muxtar Respublikasi seher ve rayonlarinin inzibati erazi bolgusunde qismen deyisiklikler edilmesi haqqinda Azerbaycan Respublikasi Milli Meclisinin 1 mart 2003 cu il tarixli 423 IIQ sayli Qerari 2022 03 26 tarixinde Istifade tarixi 2022 06 29 Seyidov M Azerbaycan xalqinin soykokunu dusunerken Baki Yazici 1989 s 85 89 Qeybullayev Q Azerbaycan turklerinin tesekkulu tarixinden Baki Azerbaycan Dovlet nesriyyati 1994 s 153 Rzayev F Naxcivan ve onun etraf bolgelerinde qedim sak tayfalari Azerbaycanda elmin inkisafi ve regional problemler Baki Nurlan 2005 s 234 235 Naxcivan sancaginin mufessel defteri Arasdirma qeyd ve seherlerin muellifi Husameddin Memmedov Tercume edenler Z Bunyadov ve H Memmedov Baki Elm 2001 s 31 245 Babayev A Dilciliye giris Baki 1992 s 225 226 Ceferov C Milli etnik yaddasin izi ile Baki Seda 2005 s 43 Qeybullayev Q Azerbaycan turklerinin tesekkulu tarixinden Baki Azerbaycan Dovlet nesriyyati 1994 s 43 Qeybullayev Q Azerbaycan turklerinin tesekkulu tarixinden Baki Azerbaycan Dovlet nesriyyati 1994 s 150 160 Naxcivan sancaginin mufessel defteri Arasdirma qeyd ve seherlerin muellifi Husameddin Memmedov Tercume edenler Z Bunyadov ve H Memmedov Baki Elm 2001 Naxcivan Ensiklopediyasi 2 cildde I cild Naxcivan 2005 s 24 41 Naxcivan Ensiklopediyasi 2 cildde I cild Naxcivan 2005 s 246 Shopen I Istoricheskij pamyatnik sostoyaniya Armyanskoj oblasti v epohu ee prisoedineniya k Rossijskoj imperii Sankt Peterburg Tipografiya imperatorskoj AN 1852 s 623 626 Naxcivan Ensiklopediyasi 2 cildde I cild Naxcivan 2005 s 207 Azerbaycan Respublikasi ehalisinin siyahiyaalinmasi 2009 cu il I cild Baki 2010 Sysoev V M Drevnosti Nahichevanskoj SSR Otdelnyj ottisk Iz 4 go vypuska Izvestij Azkomstaris a Baku 1928 s 151 Qurani Kerim LV 26 27 Qurani Kerim Azerbaycan turkcesinde aciqlama Neriman Qasimoglunun qelemile Baki Azerbaycan nesriyyati 1993 s 272