Fəzlürrəhman Malik (21 sentyabr 1919 - 26 iyul 1988)—İslam alimi.
Həyatı
Yenilikçi, “tarixi təfsir” anlayışının qurucusu Fəzlürrəhman 1919-cu il sentyabr ayının 21-də bugünkü Pakistanın (o vaxt Hindistanın) tərkibində olan şəhərində dünyaya gəlib. Atası Mövlanə Şəhabəddin Diyabəndi cərəyanına mənsub alim idi. İlk təhsilini atasından alan Fəzlürrəhman 10 yaşında ikən Quranı əzbərlədikdən sonra təhsilini mədrəsədə davam etdirir.
1933-cü ildə ailəsi ilə birlikdə Lahor şəhərinə köçən Fəzlürrəhman Pəncab universitetində təhsil almağa başlayır. 1940-cı ildə sözügedən universitetdən məzun olan Fəzlürrəhman 2 il sonra magistratura təhsilini başa vuraraq, universitetdə assistent kimi fəaliyyətə başlayır.
Fəzlürrəhman 1946-49-cu illərdə Oksford universitetində doktorluq dissertasiyasını müdafiə edərkən İslam fəlsəfəsi ilə maraqlanmağa başlayır. Bu dövr gələcək alimin fikirlərinin formalaşmasında mühüm rol oynayır. Doktorluq işini müdafiə etdikdən sonra Oksford universitetində “Fars mədəniyyəti və İslam fəlsəfəsi” müəllimi kimi pedaqoji fəaliyyətinə başlayan Fəzlürrəhman daha sonra Durham və Kanadanın Mak Gill universitetlərində fəaliyyətini davam etdirir. Ali daha sonra Pakistanda hərbi çevrilişlə hakimiyyəti ələ keçirən Əyyub Xanın dəvətini qəbul edərək, Pakistana qayıdır və 1961-68-ci illərdə Əyyub Xanın müşaviri olmaqla yanaşı, İslam Araşdırmaları İnstitutunun müdiri vəzifəsini icra edir, iki jurnal təsis edir. Bir çox pakistanlı tələbə məhz Fəzlürrəhmanın sayəsində xaricdə təhsil almaq imkanı əldə edir.
Bu müddət ərzində Fəzlürrəhman qələmə aldığı kitab və məqalələrdə irəli sürdüyü bir sıra görüşlərə görə, Pakistan alimlərinin etirazları ilə qarşılaşır. Getdikcə artan etirazlar alimi ölkəni tərk etməyə məcbur edir və o, ABŞ-a üz tutur. 1969-cu ildən 1988-ci ilin iyul ayının 26-da vəfat edənədək ABŞ-nin Çikaqo universitetində pedoqoji fəaliyyətini davam etdirib.
Görüşləri
Fəzlürrəhman “İslam müasirliyi” adlandıra biləcəyimiz layihəsi çərçivəsində bu gün İslam adına əlimizdə olan bütün məsələlərin araşdırılıb yenilənməsi gərəkdiyi fikrini mənimsəyir. Fəzlürrəhmanın fikrincə, müasir dövtdə müsəlmanların mövcudluqlarını davam etdirə bilmələri üçün qarşılarında iki yol vardır: Ya tamamilə sekulyar Qərbə inteqrasiya etmək ya da İslamı yeni bir ictihad metodu (tarixi ictihad) ilə izah edərək, yenidən həyatın bütün sahələrinə daxil etmək, beləliklə də müasir dünyaya, layiq olmayan, ancaq islam ənənəsinə də olmayıb Quranın əxlaqi və sosial məqsədlərinə uyğun yeni qaydalara söykənən alternativ bir model yaratmaqdır.
Alimə görə, bu məsələdə yalnız Quran istisnadır. Alimin bu geniş əhatəli “yenilənmə və dəyişiklik” təklifini başlıqlar şəklində aşağıdakı kimi xülasələşdirmək mümkündür:
Quran: Alimin bu barədə görüşlərini daha yaxşı dərk etmək üçün onun “vəhy” fenomeninə necə yanaşdığı ilə tanış olmaq gərəkdir. Belə ki, İslam qaynaqlarında bildirildiyi və açıqlandığı kimi vəhyin həm məna, həm də ləfzi (morfoloji) baxımdan Peyğəmbərə (s) bir mələk vasitəsilə ötürüldüyü xüsusunda Fəzlürrəhmanın ciddi şübhələri vardır. Alimin fikrincə, vəhy Peyğəmbərin (s) “qəlb”inə gəldiyinə görə, vəhy “xarici bir varlıqdır” və onun Peyğəmbər (s) tərəfindən kəlmələr şəklində eşidildiyini söyləmək doğru yanaşma deyildir.
Habelə, alim “Qəranik” hadisəsinin də tarixən sabit olduğunu bildirərək, onun sübutunu qəbul etmənin Qurana uyğun olduğunu iddia etmiş və öz fikirlərini əsaslandırmağa çalışmışdır. Ancaq bir çox tədqiqatçılar bu məsələdə alimin iki xüsusu nəzərdən qaçırdığını və yanlış qənaət sahibi olduğunu qeyd etmişlər. Bunlardan ilki hədis, təfsir və tarix kitablarında müşriklərin bütlərinin tərifinə dair cümlələrin Quran ayəsi olduğu və sonradan başqa ayələrlə nəsx edilib dəyişdirildiyinə dair heç bir məlumata rast gəlinməməsi, ikinci xüsus isə məsələyə Quran nöqteyi-nəzərindən yanaşıldığı zaman belə bir hadisənin baş verdiyinə dair kiçik bir işarənin olmamasıdır.
Yenə, alimə görə, Quranın dəvətinin əsasını əxlaq təşkil edir ki, bu da müqəddəs kitabın ehtiva etdiyi hüquqi hökmlərin belə əxlaqi çərçivədə başa düşülməsinin zəruriliyini ifadə edir. Başqa cür desək, Quranın ehkamla bağlı ayələri bizim üçün bu gün konkret hökmlər deyildir və bu hökmlərin arxasında olan əxlaq prinsipləri əsas götürülməlidir.
Quranın tarixiliyi (ehtiva etdiyi hökmlərin yalnız Peyğəmbərin dövrünə aid olması və bu gün eynilə tətbiqinin qeyri-mümkünlüyü) tezisinin bünövrəsini təşkil edən bu anlayışı Fəzlürrəhman İslam müasirliyinin mənasının şəriətə aid bütün məsələlərin dəyişməsinin gərəkdiyini bildirir.
Fəzlürrəhmana görə, Quran VII əsr Ərəbistanında nazil olduğuna görə, ehtiva etdiyi konkret hökmlər də həmin dövrə aid olmalıdır. Alimin fikrincə, Quranın qanunvericiliklə bağlı konkret ayələri tarixidir və bu gün eynilə tətbiq oluna bilməz. Ayələrin nazil olma səbəblərinə dair rəvayətlər sonradan “formalaşdırılmışdır”, uydurulmamışdır (Alim “formalaşdırmanı “uydurma”dan fərqləndiyini bildirsə də, nəticə etibarilə hər iki anlayış arasında heç bir fərq yoxdur – mütərcim).
Sünnə: Fəzlürrəhman “sünnə” məfhumunu “nəbəvi” və “yaşayan” sünnət olmaqla iki hissəyə ayırır. Nəbəvi sünnət Peyğəmbərə (s) aid olduğu bilinən, konkret və ətraflı hökmlərdən daha çox ümumi prinsipləri ehtiva edir. Yaşayan sünnət isə Peyğəmbərin (s) vəfatından sonra islam cəmiyyətinin mənimsədiyi ictihadlar, adət-ənənə və sairdir. Nəbəvi sünnət sabit, yaşayan sünnət isə dəyişkəndir. Alimə görə, hər bir cəmiyyət öz yaşayan sünnətini formalaşdırmaq məcburiyyətindədir. Bu zaman əvvəlki dövrlərin yaşayan sünnələrindən faydalanmaq lazımdır.
Hədislər: Alim iddia edir ki, bir çox hədis Peyğəmbərin (s) vəfatından sonra “formalaşdırıldığına” görə, onların ləfzi baxımdan Allahın rəsuluna (s) aid edilməsi mümkün deyildir. O, Peyğəmbərə (s) aid olduğuna şübhə edilməyən hədislərin az olduğunu bildirmişdir. Alimin fikrincə, hədislərin böyük əksəriyyəti Peyğəmbərin (s) vəfatından sonra müsəlman alim, qazı və rəhbərlər tərəfindən “formalaşdırılmış”dır və bu “hədis uydurmaq” kimi başa düşülməməlidir.
Kəlam: İstər Əhli-sünnə, istərsə də əhli-bidətə daxil olan bütün kəlam cərəyanlarını müəyyən məqamlarda Qurandan uzaqlaşan hərəkatlar kimi xarakterizə edən Fəzlürrəhman İslam dininə uyğun bir Kəlamı yenidən formalaşdırmaq üçün ilk işin kəlam sahəsindəki baş verənləri elmi baxımdan tənqid etmək olduğunu deyib. Alim Əqaidə dair məqalələrində Əhli-sünnəni mötədil bir hərəkat kimi tövsif etməklə yanaşı, bir sıra məqamlarda kəskin tənqid etməkdən çəkinməyib. Habelə, alimin fikrincə, Əhli-sünnə Firqeyi-naciyədir (yeganə qurtulacaq firqə).
Təsəvvüf: Fəzlürrəhman təsəvvüfün bilavasitə xristianlığın təsirinə məruz qalan şiə qaynaqlarından təsirləndiyini irəli sürür. Sufilər isə öz dediklərini haqlı çıxartmaq üçün tarixi baxımdan tamamilə uydurma və öz xəyallarının məhsulu olan sözləri Peyğəmbərə (s) aid edir, onun söylədiyini iddia edirlər. Fəzlürrəhmana görə, təsəvvüf hicri III əsrdən etibarən ayrıca bir sistem şəklində dinin qarşısında olmuşdur. Alim sufiliyin əvvəllər cəmiyyət içərisində siyasi və məzhəb fonunda baş verən bəzi hadisələr qarşısında əxlaqi və mənəvi bir etiraz kimi ortaya çıxdığını, ancaq VI-VII əsrlərdən etibarən özünəməxsus adətləri ilə dini mahiyyətini itirdiyini bildirmişdir.
Bəzi əsərləri
Alim müəllifi olduğu 11 kitabının hamısını ingilis dilində qələmə alıb. Həmçinin o, 68 məqalə və 4 ensiklopediya maddəsinin də müəllifidir.
- Tarix boyu islam metodologiyasının problemi
- Ana mövzuları ilə Quran
- İslam və müasirlik
- İslam ənənəsində sağlamlıq və tibb və s.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Fezlurrehman Malik 21 sentyabr 1919 26 iyul 1988 Islam alimi HeyatiYenilikci tarixi tefsir anlayisinin qurucusu Fezlurrehman 1919 cu il sentyabr ayinin 21 de bugunku Pakistanin o vaxt Hindistanin terkibinde olan seherinde dunyaya gelib Atasi Movlane Sehabeddin Diyabendi cereyanina mensub alim idi Ilk tehsilini atasindan alan Fezlurrehman 10 yasinda iken Qurani ezberledikden sonra tehsilini medresede davam etdirir 1933 cu ilde ailesi ile birlikde Lahor seherine kocen Fezlurrehman Pencab universitetinde tehsil almaga baslayir 1940 ci ilde sozugeden universitetden mezun olan Fezlurrehman 2 il sonra magistratura tehsilini basa vuraraq universitetde assistent kimi fealiyyete baslayir Fezlurrehman 1946 49 cu illerde Oksford universitetinde doktorluq dissertasiyasini mudafie ederken Islam felsefesi ile maraqlanmaga baslayir Bu dovr gelecek alimin fikirlerinin formalasmasinda muhum rol oynayir Doktorluq isini mudafie etdikden sonra Oksford universitetinde Fars medeniyyeti ve Islam felsefesi muellimi kimi pedaqoji fealiyyetine baslayan Fezlurrehman daha sonra Durham ve Kanadanin Mak Gill universitetlerinde fealiyyetini davam etdirir Ali daha sonra Pakistanda herbi cevrilisle hakimiyyeti ele keciren Eyyub Xanin devetini qebul ederek Pakistana qayidir ve 1961 68 ci illerde Eyyub Xanin musaviri olmaqla yanasi Islam Arasdirmalari Institutunun mudiri vezifesini icra edir iki jurnal tesis edir Bir cox pakistanli telebe mehz Fezlurrehmanin sayesinde xaricde tehsil almaq imkani elde edir Bu muddet erzinde Fezlurrehman qeleme aldigi kitab ve meqalelerde ireli surduyu bir sira goruslere gore Pakistan alimlerinin etirazlari ile qarsilasir Getdikce artan etirazlar alimi olkeni terk etmeye mecbur edir ve o ABS a uz tutur 1969 cu ilden 1988 ci ilin iyul ayinin 26 da vefat edenedek ABS nin Cikaqo universitetinde pedoqoji fealiyyetini davam etdirib Gorusleri Fezlurrehman Islam muasirliyi adlandira bileceyimiz layihesi cercivesinde bu gun Islam adina elimizde olan butun meselelerin arasdirilib yenilenmesi gerekdiyi fikrini menimseyir Fezlurrehmanin fikrince muasir dovtde muselmanlarin movcudluqlarini davam etdire bilmeleri ucun qarsilarinda iki yol vardir Ya tamamile sekulyar Qerbe inteqrasiya etmek ya da Islami yeni bir ictihad metodu tarixi ictihad ile izah ederek yeniden heyatin butun sahelerine daxil etmek belelikle de muasir dunyaya layiq olmayan ancaq islam enenesine de olmayib Quranin exlaqi ve sosial meqsedlerine uygun yeni qaydalara soykenen alternativ bir model yaratmaqdir Alime gore bu meselede yalniz Quran istisnadir Alimin bu genis ehateli yenilenme ve deyisiklik teklifini basliqlar seklinde asagidaki kimi xulaselesdirmek mumkundur Quran Alimin bu barede goruslerini daha yaxsi derk etmek ucun onun vehy fenomenine nece yanasdigi ile tanis olmaq gerekdir Bele ki Islam qaynaqlarinda bildirildiyi ve aciqlandigi kimi vehyin hem mena hem de lefzi morfoloji baximdan Peygembere s bir melek vasitesile oturulduyu xususunda Fezlurrehmanin ciddi subheleri vardir Alimin fikrince vehy Peygemberin s qelb ine geldiyine gore vehy xarici bir varliqdir ve onun Peygember s terefinden kelmeler seklinde esidildiyini soylemek dogru yanasma deyildir Habele alim Qeranik hadisesinin de tarixen sabit oldugunu bildirerek onun subutunu qebul etmenin Qurana uygun oldugunu iddia etmis ve oz fikirlerini esaslandirmaga calismisdir Ancaq bir cox tedqiqatcilar bu meselede alimin iki xususu nezerden qacirdigini ve yanlis qenaet sahibi oldugunu qeyd etmisler Bunlardan ilki hedis tefsir ve tarix kitablarinda musriklerin butlerinin terifine dair cumlelerin Quran ayesi oldugu ve sonradan basqa ayelerle nesx edilib deyisdirildiyine dair hec bir melumata rast gelinmemesi ikinci xusus ise meseleye Quran noqteyi nezerinden yanasildigi zaman bele bir hadisenin bas verdiyine dair kicik bir isarenin olmamasidir Yene alime gore Quranin devetinin esasini exlaq teskil edir ki bu da muqeddes kitabin ehtiva etdiyi huquqi hokmlerin bele exlaqi cercivede basa dusulmesinin zeruriliyini ifade edir Basqa cur desek Quranin ehkamla bagli ayeleri bizim ucun bu gun konkret hokmler deyildir ve bu hokmlerin arxasinda olan exlaq prinsipleri esas goturulmelidir Quranin tarixiliyi ehtiva etdiyi hokmlerin yalniz Peygemberin dovrune aid olmasi ve bu gun eynile tetbiqinin qeyri mumkunluyu tezisinin bunovresini teskil eden bu anlayisi Fezlurrehman Islam muasirliyinin menasinin seriete aid butun meselelerin deyismesinin gerekdiyini bildirir Fezlurrehmana gore Quran VII esr Erebistaninda nazil olduguna gore ehtiva etdiyi konkret hokmler de hemin dovre aid olmalidir Alimin fikrince Quranin qanunvericilikle bagli konkret ayeleri tarixidir ve bu gun eynile tetbiq oluna bilmez Ayelerin nazil olma sebeblerine dair revayetler sonradan formalasdirilmisdir uydurulmamisdir Alim formalasdirmani uydurma dan ferqlendiyini bildirse de netice etibarile her iki anlayis arasinda hec bir ferq yoxdur mutercim Sunne Fezlurrehman sunne mefhumunu nebevi ve yasayan sunnet olmaqla iki hisseye ayirir Nebevi sunnet Peygembere s aid oldugu bilinen konkret ve etrafli hokmlerden daha cox umumi prinsipleri ehtiva edir Yasayan sunnet ise Peygemberin s vefatindan sonra islam cemiyyetinin menimsediyi ictihadlar adet enene ve sairdir Nebevi sunnet sabit yasayan sunnet ise deyiskendir Alime gore her bir cemiyyet oz yasayan sunnetini formalasdirmaq mecburiyyetindedir Bu zaman evvelki dovrlerin yasayan sunnelerinden faydalanmaq lazimdir Hedisler Alim iddia edir ki bir cox hedis Peygemberin s vefatindan sonra formalasdirildigina gore onlarin lefzi baximdan Allahin resuluna s aid edilmesi mumkun deyildir O Peygembere s aid olduguna subhe edilmeyen hedislerin az oldugunu bildirmisdir Alimin fikrince hedislerin boyuk ekseriyyeti Peygemberin s vefatindan sonra muselman alim qazi ve rehberler terefinden formalasdirilmis dir ve bu hedis uydurmaq kimi basa dusulmemelidir Kelam Ister Ehli sunne isterse de ehli bidete daxil olan butun kelam cereyanlarini mueyyen meqamlarda Qurandan uzaqlasan herekatlar kimi xarakterize eden Fezlurrehman Islam dinine uygun bir Kelami yeniden formalasdirmaq ucun ilk isin kelam sahesindeki bas verenleri elmi baximdan tenqid etmek oldugunu deyib Alim Eqaide dair meqalelerinde Ehli sunneni motedil bir herekat kimi tovsif etmekle yanasi bir sira meqamlarda keskin tenqid etmekden cekinmeyib Habele alimin fikrince Ehli sunne Firqeyi naciyedir yegane qurtulacaq firqe Tesevvuf Fezlurrehman tesevvufun bilavasite xristianligin tesirine meruz qalan sie qaynaqlarindan tesirlendiyini ireli surur Sufiler ise oz dediklerini haqli cixartmaq ucun tarixi baximdan tamamile uydurma ve oz xeyallarinin mehsulu olan sozleri Peygembere s aid edir onun soylediyini iddia edirler Fezlurrehmana gore tesevvuf hicri III esrden etibaren ayrica bir sistem seklinde dinin qarsisinda olmusdur Alim sufiliyin evveller cemiyyet icerisinde siyasi ve mezheb fonunda bas veren bezi hadiseler qarsisinda exlaqi ve menevi bir etiraz kimi ortaya cixdigini ancaq VI VII esrlerden etibaren ozunemexsus adetleri ile dini mahiyyetini itirdiyini bildirmisdir Bezi eserleriAlim muellifi oldugu 11 kitabinin hamisini ingilis dilinde qeleme alib Hemcinin o 68 meqale ve 4 ensiklopediya maddesinin de muellifidir Tarix boyu islam metodologiyasinin problemi Ana movzulari ile Quran Islam ve muasirlik Islam enenesinde saglamliq ve tibb ve s