Bu məqaləni lazımdır. |
Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Fəxrəddin Yadigar oğlu Veysəlli — filologiya elmləri doktoru, professor.
Fəxrəddin Veysəlli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Kürdəmir, Yenikənd |
veyselli.com/index.html |
Həyat yolu
Azərbaycanın görkəmli dilçisi, filologiya elmləri doktoru, professor Fəxrəddin Yadigar oğlu Veysəlli 1943-cü il mayın 11-də Kürdəmir rayonunun Yenikənd kəndində ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq illəri ağır və çətin şəraitdə keçən Fəxrəddin (beşinci sinifdən onuncu sinfədək oxuduğu kənd məktəbinin bütün təmizlik işlərini, odun-ocağını, bostan və bağını, gözətçiliyini sol qıçını müharibədə itirmiş atası Yadigar kişinin əvəzinə öz üzərinə götürməli olmuşdu) həmin kənddə orta məktəbi bitirib, 1960-cı ildə M.F.Axundov adına APDİ-nin Avropa dilləri fakültəsinin alman dili şöbəsinə qəbul olunur.
İnstitutu 1965-ci ildə əla qiymətlərlə bitirdiyindən doğma ali məktəbdə müəllim saxlanılır, ancaq hələ tələbə ikən təhsil aldığı institutda laborant vəzifəsində çalışmağa başlayır. Onun elmə və təhsilə olan marağını yüksək qiymətləndirən müəllimləri dosent T.R.Əhmədova və professor F.Ə.Seyidov yeni dərs ilindən onu müəllim ştatına işə götürürlər. Cəmi dörd ay işlədikdən sonra Fəxrəddin müəllim hərbi xidmətə çağırılır. Batumidə hərbi xidmətini başa vurduqdan sonra o, doğma instituta qayıdaraq müəllimlik fəaliyyətini davam etdirir.
Elmə gəlişi
Hələ tələbə ikən o, elmi-tədqiqat işlərinə olan dərin marağı ilə institut müəllimlərinin diqqətini özünə cəlb etmişdi. İnstitutun beşinci kursunda oxuyarkən o zaman ittifaqın müxtəlif bölgələrindən gənc tədqiqatçıların iştirak etdiyi Tbilisi konfransında onun "F.Şiller və Azərbaycan səhnəsi" mövzusunda alman dilində etdiyi məruzəsi konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdi. Elə həmin il institut rəhbərliyi təhsilini davam etdirmək üçün onu o zamankı ADR-ə göndərməyi qərara aldı. Moskvada isə onun gec gəldiyini bəhanə edərək ADR-ə getməsinə əngəl törətdilər. Moskvanın bu ədalətsiz qərarı oxumaq arzusu aşıb-daşan gənci mənən sındıra bilmədi.
Fəxrəddin müəllimin elmə olan marağını nəzərə alaraq institutun o zamankı elmi işlər üzrə prorektoru mərhum professor Nəzakət Ağazadə ona Sankt Peterburqda (keçmiş Leninqrad) aspiranturada oxumağı məsləhət gördü. Təklif çox cəlbedici idi, lakin erkən yaşlarından valideynlərini itirən Fəxrəddin müəllim (anasını iki aylığında, atasını isə 8-ci sinifdə oxuyarkən itirmişdi) maddi vəziyyətinin çətin olacağından bu təklifə tərəddüdlə yanaşırdı. Tələbəlik illərində maddi çətinliyin nə olduğunu yaxşı bilən Fəxrəddin müəllim aspiranturada oxumaq üçün Leninqrada getməyi qərara alır. O illəri xatırlayarkən ona düzgün elmi istiqamət seçməkdə öz mənəvi köməkliyini göstərmiş müəllimlərindən – mərhum professorlardan Nəzakət Ağazadəni, Hüseyn Bayramovu, F.Seyidovu, dosentlərdən Tamara Əhmədovanı, Qulam Bağırovu, İsfəndiyar Cabbarzadəni, Soltanpaşa Vəliyevi, Cəfər Cəfərovu, Əminə Əliyevanı, hazırda BDU-da çalışan professor Y.Seyidovu ayrıca qeyd etmək gərəkdir.
Tələbəlik illərində ona dərs demiş və onunla ünsiyyətdə olan görkəmli şairimiz B.Vahabzadəni, dilçilərdən AMEA-nın həqiqi üzvü A.Axundovu, AMEA-nın müxbir üzvü T.İ.Hacıyevi və onun formalaşmasına güclü təsir göstərmiş neçə-neçə başqa ziyalıları Fəxrəddin müəllim böyük minnətdarlıq hissilə daim yad edir.
Fəxrəddin müəllim Sankt Peterburqda aspiranturada oxuyarkən görkəmli alimlərdən akad. V.V.Vinaqradovun, V.M.Jirmunskinin, professorlardan Y.S.Maslovun, V.Q.Admoninin, M.İ.Matuseviçin və digərlərinin seminar və mühazirəiərində fəal iştirak edir, onlardan linqvistikanın incəliklərini öyrənir. O, dünya şöhrətli alim L.R.Zinderin rəhbərliyi altında "Alman dilində bitkinlik intonasiyası" mövzusunda namizədlik dissertasiyasını təcrübi-fonetik aspektdə tamamlayaraq müdafiəyə təqdim edir, ancaq institutun o zamankı rəhbərliyi müxtəlif bəhanələrlə ona maneçilik törədərək müdafiəyə getməsinə razılıq vermirdi.
1971-ci ildə institutun yeni rektoru görkəmli dilçi alim, mərhum professor M.T.Tağıyevin işə qarışmasından sonra o, Leninqrada gedir və orada namizədlik dissertasiyasını uğurla müdafiə edərək germanistika üzrə elmlər namizədi elmi dərəcəsini (f.ü.f.d.) alır. Sankt Peterburqda qalıb işləmək təkliflərinin cəlbedici olduğunu başa düşsə də, gənc alim doğma instituta qayıtmağı üstün tutdu. İnstitutda müəllim, baş müəllim, dosent, kafedra müdiri və dekan vəzifələrində çalışmaqla respublikamızda xarici dillərin öyrədilməsini yeni elmi-nəzəri və metodiki zəmin üzərində qurmaq üçün geniş elmi-pedaqoji fəaliyyətə başlayır. Eləcə də o, doktorluq dissertasiyası üzərində işləyir. Nəzəri və tətbiqi dilçiliyin yeni istiqamətlərini dərindən mənimsəyən Fəxrəddin müəllim institutda linqvistikadan lektoriya təşkil edir və tezliklə respublikanın gənc müəllimləri bu lektoriyanın dinləyiciləri olurlar. Onlardan bu günə qədər 40 nəfəri Fəxrəddin müəllimin rəhbərliyi altında namizədlik dissertasiyaları müdafiə ediblər. Bu lektoriya sonralar yaranan və çox səmərəli fəaliyyət göstərən eksperimental fonetika laboratoriyasının özəyini təşkil etdi.
Elmdə yüksəlişi
1980-ci illərin ortaları və sonu Fəxrəddin müəllim üçün elmi yaradıcılıq baxımından çox uğurlu olub. O, əvvəlcə 6 ay müddətində Moskvada təkmilləşmədə olarkən məşhur germanistlər M.D.Stepanova, G.V.Kolşanski, Y.İ.Şendels, E.A.Quliqa və başqa alimlərlə səmərəli görüşlər keçirir, doktorluq dissertasiyası mövzusunun aktuallığını əsaslandırmağa çalışırdı, sonra isə bir il müddətinə Berlində Humboldt Universitetində təkmilləşmədə olarkən universitetin professoru Q.Lindnerin institutunda çağdaş tədqiqat üsullarını tətbiq etməklə "Alman dilində sait fonemlərin variativliyi (nəzəri problemlər və təcrübi nəticələr)" adlı doktorluq dissertasityasını tamamlayaraq onu Berlin Universitetində müdafiə etmək istəyir, lakin o zamankı partnomenklatura ona xasiyyətnamə verməkdən boyun qaçırır. Bu səbəbdən o, Almaniyada müdafiə edə bilmir, amma dilçi alim ruhdan düşmür. Almaniyada və keçmiş ittifaqın mərkəzi nəşriyyat orqanlarında bir-birinin ardınca öz tədqiqatlarının nəticələrini çap etdirir, beynəlxalq (Zeitschrift für Phonetik, allgemeine Sprachwissenschaft und Kommunikationsforschung), "Voprosı yazıkoznaniya" və başqa elmi-nəzəri jurnallarda çap etdirdiyi məqalələr ona şöhrət qazandırır.
1980-ci ildə "Alman dilinin fonetikası" kitabını Azərbaycan dilində çap etdirir. Artıq onun elmin yeni pilləsinə ucalması üçün heç bir maneə qalmırdı. Sankt-Peterburq Dövlət Universitetinin Umumi fonetika və metodika kafedrasında onun dissertasiyasına görkəmli dilçi alimlər L.R.Zinder, L.V.Bondarko, L.A.Verbitskaya, M.V.Qordina və başqaları yüksək qiymət verirlər və kafedra dissertasiya işinin müdafiəyə buraxılmasını qərara alır. SDU-nun filoloji fakültəsinin elmi şurasında doktorluq işinin müdafiəsinə dəvət olunan Fəxrəddin müəllimi o zamankı institut rəhbərliyi müxtəlif bəhanələr gətirərək buraxmaq istəmirdi. Uzun əzab-əziyyətdən sonra o, 1981-ci ildə yuxarıda adı çəkilən mövzuda doktorluq dissertasiyasını Sankt Peterburqda uğurla müdafiə edir və respublikamızda germanistika üzrə ilk filologiya elmləri doktoru elmi dərəcəsini alır.
Onun müdafiəsində filologiya elmləri doktorları, professorlar İ.P.İvanova (Sankt Peterburq), L.İ.Prokopova (Kiyev) və Q.Y.Pankrats (Minsk), habelə L.V.Zlatoustova (Moskva) opponent kimi çıxış etmişlər. Onlar Fəxrəddin müəllimin əsərini çox yüksək dəyərləndirmişdilər.
Yeri gəlmişkən, bu müdafiə ilə bağlı qəribə bir hadisə baş verir. Fəxrəddin müəllim müdafiədən sonra instituta – iş yerinə teleqram vuraraq xahiş edir ki, sənədlərin tərtibi üçün ona 10 günlük icazə versinlər. İnstitut rəhbərliyi isə onu öz hesabına məzuniyyətə çıxarır. Beləliklə, çətin iqtisadi durumda olan gənc alimin vəziyyəti bir az da ağırlaşır, çünki institut rəhbərliyi ona nəinki ezamiyyə xərcləri vermədi, üstəlik, onun 14 günlük maaşını da kəsdi. Bu, onun həyatda üzləşdiyi dördüncü ədalətsizlik idi. Həm namizədlik, həm də doktorluq üçün ona mükafat vermək (namizədlik dissertasiyasını vaxtından qabaq tamamlamışdı, qaydaya görə ona bir aylıq təqaüd miqdarında mükafat verilməliydi, ikinci halda institut tarixində ilk dəfə elmlər doktoru dissertasiyasını müdafiə etdiyi üçün mükafat almalı idi) əvəzinə onu cəzalandırmışdılar.
1983-cü ildən professor elmi adını alan Fəxrəddin müəllim fəal elmi yaradıcılığını davam etdirməklə yanaşı, ciddi şəkildə kadr hazırlığı ilə də məşğul olur. Onun yetirmələri indi respublikamızın müxtəlif ali məktəblərində elmi-pedaqoji fəaliyyətlərini davam etdirirlər.
Dünyada tanınması
Elmdə öz sözü və yolu olan görkəmli dilçi alim Fəxrəddin Veysəlli respublikamızda germanistikanın əsasını qoymuşdur desək, yanılmarıq. Dilçilikdə seqment və supraseqment vahidlərin variativliyi probleminin öyrənilməsində onun xidmətləri danılmazdır.
Tanınmış alim olaraq o, Daşkənd, Tbilisi və Bakıda ixtisaslaşmış elmi şuraların üzvü kimi fəaliyyət göstərmiş, onlarla namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmiş və ya rəy vermişdir. Qazax A.Cunusbəyov, özbək A.Avazbayevin, türkmən mərhum S.Kurenovun doktorluq dissertasiyalarının müdafiəsi onun opponentliyi ilə keçmişdir. O, Leninqradda, Moskvada, Tbilisidə və Bakıda onlarla namizədlik dissertasıyalarına opponentlik etmişdir.
F.Veysəllinin 1989-cu ildə alman dilində çap etdirdiyi "Lehrbuch der deutschen Phonetik" monoqrafiyası mütəxəssislər tərəfindən çox yüksək dəyərləndirildi. Bir qədər sonra o, öz dilimizdə "Fonetika və fonologiya məsələləri" adlı kitab çap etdirir, dünya şöhrətli alim R.O.Yakobsonun uşaq dili sahəsində şedevr sayılan kitabını ruscaya çevirib çap etdirdi. Fəxrəddin müəllim məşhur fonoloq N.S.Trubeskoyun dünya dilçilik elminin incisi sayılan "Fonologiyanın əsasları" kitabını Azərbaycan dilinə tərcümə edərək onu öz vəsaiti hesabına çap etdirməklə dilçiliyimizin inkişafına güclü təkan vermişdir.
F.Veysəlli öz qələmini bədii əsərlərin də tərcüməsində sınamışdır. Alman yazıçısı T.Ştormun "İmmen gölü" novellasının dilimizə, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsinin isə almancaya tərcüməsi buna misal ola bilər. Onun dilmanclıq fəaliyyəti, sinxron və ardıcıl tərcüməçiliyi də çoxşaxəli yaradıcılığının tərkib hissəsidir.
Fəxrəddin müəllim latın qrafikasına keçmək üçün Azərbaycan Respublikası Ali Sovetinin yaratdığı komissiyanın məsul katibi olmuş, əlifbamızın bərpası üçün mütəxəssis kimi əlindən gələni etmişdir. İlk variantda qəbul edilən layihədə («ə» saitinin «a» üstündə iki nöqtə ilə verilməsi) ilkin variantda onun təklifi bəyənilmişdi. Təəssüf ki, sonralar bu variantı təftiş edib, latın qrafikasında olmayan bir işarəni qəbul etdirdilər.
Müstəqilliyimizdə yeri
XX əsrin 90-cı illərində Azərbaycanda milli-azadlıq hərəkatı dalğaları yeni mərhələyə qədəm qoyanda, ölkənin müstəqilliyi uğrunda mübarizə başlayanda Fəxrəddin müəllim öz istedadı və bacarığı ilə bu işdə fəallıq göstərir, respublika radiosunun birinci proqramında "Ana dili" verilişinin müəllifi və aparıcısı kimi dilimizlə bağlı problemlərin həllinə öz töhfəsini vermişdir. Üç ildə 50 dəfə efirə çıxan bu veriliş, eləcə də televiziya, radio və mətbuatda dilimizlə bağlı çoxsaylı çıxışları, yazıları dinləyici, tamaşaçı və oxucuların çox böyük marağına səbəb olmuşdur.
F.Veysəlli 1989-cu ildə Moskvada müəllimlər qurultayında iştirakçı olarkən ermənilərin respublikamıza ərazi iddialarını rədd edir və diskusiyalarda haqq işimizi çəkinmədən müdafiə edir, SSRİ xalq artisti L.İmanovla MDU-da təhsil alan azərbaycanlı tələbələrin dəvətilə görüşə gedir və orada məclisin aparıcısı kimi respublikamızda yaranmış vəziyyətə dair geniş məruzə ilə çıxış edir. Üzdə olan aydınların çoxu o görüşə getməkdən boyun qaçırmışdı, onlar çağırılmayan yerə getmək istəmədiklərini deyirdilər. O zaman institut kollektivi adından Moskvaya «Moskovski novosti» qəzetinin iftira dolu yazısına cavab hazırlayan Fəxrəddin müəllim uzun müddət partiya funksionerlərinin qəzəbinə düçar oldu, onu sorğu-suala çəkdilər. Bütün hədə və qorxulara baxmayaraq, o erməni ideoloqlarına və xalqımızın düşmənlərinə layiqincə cavab verdi.
Görkəmli dilçinin geniş elmi-pedaqoji yaradıcılığını, fonetika və fonologiya sahəsindəki elmi axtarışlarını yüksək qiymətləndirən Beynəlxalq Fonetika Elmləri Cəmiyyəti onu öz sıralarına üzv qəbul etmişdir. Bu cəmiyyət xəttilə o, iki dəfə Beynəlxalq Fonetika Elmləri Konqresində (Tallin, Stokholm) çıxış etmişdir. Amerikanın «Dünyanın seçilən liderləri» nəşriyyatı onu 1998-ci ilin ən məşhur adamı kimi müəyyənləşdirmişdir.
1989-1990-cı illərdə respublikada baş qaldıran irtica azad düşünən adamların təqibinə girişmişdi. Elə bu təqibin nəticəsi olaraq Fəxrəddin müəllim doğma institutu tərk etmək məcburiyyəti qarşısında qalıb iş yerini dəyişməli olur. Az sonra, ölkəmiz müstəqillik qazandığı günlərdən Fəxrəddin müəllimin elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirən doğma institut kollektivi onun rektor kimi vəzifəyə gəlməsini təmin edir. Amma Türkiyədə ezamiyyətdə olarkən qanunsuz olaraq o, işdən çıxarılır. Belə haqsızlıqları çox görmüş Fəxrəddin müəllim hüquqlarını bərpa etmək üçün heç yerə şikayət etmədi, çünki o, əqidəsinə görə millətə xidməti vəzifədə deyil, konkret işləri həyata keçirməkdə görür.
O, 1999-cu ildə Ümumdünya Alman Dili Müəllimləri Cəmiyyətinin Frankfürt (Oder) şəhərində keçirilən X qurultayında Respublika alman dili müəllimlərinin bu cəmiyyətə daxil olmasına nail olur, həmin Cəmiyyətin Lusern (İsveçrə-2002) və Yena (Almaniya-2009) şəhərləində keçirilən XI və XII qurultaylarında məruzə ilə çıxış etmişdir. Fəxrəddin müəllimin elmi tədqiqatlarına yüksək dəyər verən Alman Mübadilə Xidməti ona dəfələrlə qrant ayırmış və bu qrantların hesabına AFR-in Frayburq, Boxum və Münxen universitetlərində araşdırmalar aparmış, öz həmkarları qarşısında maraqlı çıxışlar etmişdir. Vyanada Şərqşünaslıq İnstitutundakı məruzəsi, Avstriyanın Qras, Portuqaliyanın Kuimbra və Moskva şəhərlərində Avropada dil siyasətilə bağlı keçirilən seminar və müşavirələrdə fəal iştirak etmiş, maraqlı məruzələr oxumuşdur.
Fəxrəddin müəlllim yeddi ildən artıq (1994-2001) Azərbaycan Ali Atestassiya Komissiyasının Rəyasət Heyətinin üzvü olmuşdur. Hazırda o, Azərbaycan Dillər Universitetinin prfessorudur və AMEA-nın İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktor əvəzi vəzifəsində çalışır. O, uzun illər Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdindəki Avropa dilləri və ədəbiyyatı bölməsinin sədri kimi səmərəli fəaliyyət göstərmişdir.
Onun «German dilçiliyinə giriş» və “Struktur dilçiliyin əsasları” (V cilddə), “Dil” (2008), “Semiotika” və s. əsərlərini müəllifin elmi yaradıcılığının yeni mərhələsi saymaq olar.
F.Veysəlli görkəmli germanist-dilçi kimi nəinki respublikamızda, eləcə də onun hüdudlarından uzaqlarda da tanınır. O, öz axtarışlarını davam etdirir, ölkədə yüksək səviyyəli kadrların yetişməsində bilik-bacarığını əsirgəmir, yeni-yeni layihələr həyata keçirir. O, son 5 ildə Moskvada (2006), Tbilisidə (2007), Qazaxıstanda (2007) və Bakıda (ADU-da 2005, 2006, 2007, 2008 və BSU-da 2004, 2005, 2007, 2008, 2009, 2010, 2011, 2012) keçirilən beynəlxalq konfranslarda bölmələrə rəhbərlik edib, yaradıcılığı ilə elmi ictimaiyyətin diqqətini çəkmişdir.
Son 10 ildə onun rəhbərliyi altında 4 doktorluq dissertasiyası (D.Yunusov, F.Zeynalov, F.Aslanov və S.Zeynalova) müdafiə edilmişdir. Son beş ildə F.Veysəllinin ümumi elmi-pedaqoji-ictimai fəaliyyətini aşağıdakı istiqamətlərə ayırmaq olar: 1.Respublikamız üçün son dərəcə önəm daşıyan nəzəri dilçiliyin aktual problemlərinin həlli. Bu sahədə onun «Dilçilik ensiklopediyası»nı (I-2006, II-2008), beşcildli «Struktur dilçiliyin əsasları» (Studia Philologica, I, Bakı, 2005, II, Bakı 2008, III, Bakı, IV, 2009, Bakı, 2011, rus dilində) monoqrafiyasını, «Dil» adlı sanballı kitabını (Bakı, 2007) ayrıca qeyd etmək lazımdır. Onun dilçiliyin müxtəlif problemlərinə həsr etdiyi çoxsaylı məqalələri də ciddi maraq doğurur. ADU-da beynəlxalq konfransdakı məruzəsində Fəxrəddin müəllim Azərbaycan dilində söz vurğusunun olmaması və sözlərin fərqlənməsinin fonemdən deyil, ikizirvəlilikdən və prosodemdən asılılığının vacibliyini vurğulayır.
2.Dünya elmi-nəzəri dilçilik ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi. XX əsrin ən böyük dilçilərindən sayılan E.Koseriunun «Ümumi dilçiliyə giriş» əsərini almancadan tərcümə edib, ona «Giriş» məqaləsi yazıb və qeydlərlə çap etdirib (Bakı, 2005). F.Niçe kimi filosofun «Zərdüşt belə söylədi» (Bakı, 2007) əsərini almancadan Azərbaycan dilinə tərcümə edib (Bakı, 2008) və N.Xomskinin «Dil və təfəkkür» əsərini Azərbaycan türkcəsində redaktə edərək qeydlərlə çapa hazırlaması onun gərgin əməyinin nəticəsidir. O həmçinin alman xalqının məşhur eposu “Nibelunqlar nəğməsi”ni dilimizə çevirmiş, onu “Kitabi Dədə Qorqud” dastanı ilə müqayisə edərək Bakıda (2008) və Maynsda (AFR-2010) maraqlı məruzələr söyləmişdir. 3. Fəxrəddin müəllimin elmi-pedaqoji yaradıcılığında 3-cü istiqaməti onun ali və ümumtəhsil məktəbləri üçün yazdığı dərslik və dərs vəsaitləri təşkil edir. O, 6-cı (2006) və 7-ci (2007) , 8-ci (2009) və 9-cu (2011) siniflər üçün «Alman dili» dərsliyini yazıb çap etdirmişdir (prof. Z.Quliyevlə birlikdə) və ali məktəblərin alman dili ixtisas fakültələri üçün «Deutsch I, II» (əlyazması) dərsliyini yazıb çapa hazırlamışdır.
Görkəmli dilçi F.Veysəlli çoxlu dərslik, dərs vəsaitnin redaktoru, dilçiliyin ümdə problemlərinə həsr olunmuş məqalələrin müəllifidir. 4. Dördüncü istiqamət onun ictimai, pedaqoji fəaliyyətilə bağlıdır. Bu baxımdan, onun "Dilimiz, qeyrətimiz, qayğılarımız" (Bakı, 1993) və "Dil, cəmiyyət və siyasət" (Bakı, 2004), "Ana dili: Azərbaycan dili efirdə" kitabları xüsusi maraq doğurur. Tanınmış dilçinin elmi yaradıcılığına dünyada ciddi maraq göstərirlər. Belə ki, onun K.D.Uşinskinin «Ana dili» əsərini Azərbaycan dilinə çevirməsindən sonra həmin əsər 1999-cu ildə İsveçdə "Tribuna" dərgisində fars qrafikası ilə çap olunub.
Onun 1993-cü ildə Bakıda çap etdirdiyi "Fonetika və fonologiya məsələləri" adlı kitabı Ankarada prof. M.Musaoğlunun tərcüməsində "Azərbaycan türkcəsinin fonetiği" adı altında nəfis şəkildə çap olunmuşdur.
2007-ci ildən Fəxrəddin müəllim yeni bir layihənin gerçəkləşməsi üzərində səylə çalışır. Bu da onun rəhbərliyi və redaktorluğu ilə ərsəyə gələn, nəinki respublikamızda, hətta MDB ölkələrində Rusiyadan sonra reallaşan birinci nəşr orqanı "Azərbaycanda xarici dillər" jurnalıdır. Onun artıq 2007-ci ildən başlayaraq ildə 4 sayı işıq üzü görmüşdür. Jurnal özünə oxucu kütləsi cəlb edə bilmiş, Azərbaycanda ana dilinin və xarici dillərin araşdırılmasını, öyrədilməsini və yayılmasını həyata keçirən sanballı bir mətbuat orqanına çevrilə bilmişdir.
Mükafatları
- 1986 — ;
- 2001 — "Bilik" cəmiyyətinin V.Məmmədəliyev adına mükafatı.
Xarici keçidlər
- Fəxrəddin Veysəllinin şəxsi saytı
- Fəxrəddin Veysəlli - "Dil" monoqrafiyası 2021-04-17 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Fexreddin Yadigar oglu Veyselli filologiya elmleri doktoru professor Fexreddin VeyselliDogum tarixi 11 may 1943 81 yas Dogum yeri SSRI Azerbaycan SSR Kurdemir Yenikendveyselli com index html Heyat yolu Azerbaycanin gorkemli dilcisi filologiya elmleri doktoru professor Fexreddin Yadigar oglu Veyselli 1943 cu il mayin 11 de Kurdemir rayonunun Yenikend kendinde ziyali ailesinde anadan olmusdur Usaqliq illeri agir ve cetin seraitde kecen Fexreddin besinci sinifden onuncu sinfedek oxudugu kend mektebinin butun temizlik islerini odun ocagini bostan ve bagini gozetciliyini sol qicini muharibede itirmis atasi Yadigar kisinin evezine oz uzerine goturmeli olmusdu hemin kendde orta mektebi bitirib 1960 ci ilde M F Axundov adina APDI nin Avropa dilleri fakultesinin alman dili sobesine qebul olunur Institutu 1965 ci ilde ela qiymetlerle bitirdiyinden dogma ali mektebde muellim saxlanilir ancaq hele telebe iken tehsil aldigi institutda laborant vezifesinde calismaga baslayir Onun elme ve tehsile olan maragini yuksek qiymetlendiren muellimleri dosent T R Ehmedova ve professor F E Seyidov yeni ders ilinden onu muellim statina ise gotururler Cemi dord ay isledikden sonra Fexreddin muellim herbi xidmete cagirilir Batumide herbi xidmetini basa vurduqdan sonra o dogma instituta qayidaraq muellimlik fealiyyetini davam etdirir Elme gelisi Hele telebe iken o elmi tedqiqat islerine olan derin maragi ile institut muellimlerinin diqqetini ozune celb etmisdi Institutun besinci kursunda oxuyarken o zaman ittifaqin muxtelif bolgelerinden genc tedqiqatcilarin istirak etdiyi Tbilisi konfransinda onun F Siller ve Azerbaycan sehnesi movzusunda alman dilinde etdiyi meruzesi konfrans istirakcilari terefinden yuksek qiymetlendirilmisdi Ele hemin il institut rehberliyi tehsilini davam etdirmek ucun onu o zamanki ADR e gondermeyi qerara aldi Moskvada ise onun gec geldiyini behane ederek ADR e getmesine engel toretdiler Moskvanin bu edaletsiz qerari oxumaq arzusu asib dasan genci menen sindira bilmedi Fexreddin muellimin elme olan maragini nezere alaraq institutun o zamanki elmi isler uzre prorektoru merhum professor Nezaket Agazade ona Sankt Peterburqda kecmis Leninqrad aspiranturada oxumagi meslehet gordu Teklif cox celbedici idi lakin erken yaslarindan valideynlerini itiren Fexreddin muellim anasini iki ayliginda atasini ise 8 ci sinifde oxuyarken itirmisdi maddi veziyyetinin cetin olacagindan bu teklife tereddudle yanasirdi Telebelik illerinde maddi cetinliyin ne oldugunu yaxsi bilen Fexreddin muellim aspiranturada oxumaq ucun Leninqrada getmeyi qerara alir O illeri xatirlayarken ona duzgun elmi istiqamet secmekde oz menevi komekliyini gostermis muellimlerinden merhum professorlardan Nezaket Agazadeni Huseyn Bayramovu F Seyidovu dosentlerden Tamara Ehmedovani Qulam Bagirovu Isfendiyar Cabbarzadeni Soltanpasa Veliyevi Cefer Ceferovu Emine Eliyevani hazirda BDU da calisan professor Y Seyidovu ayrica qeyd etmek gerekdir Telebelik illerinde ona ders demis ve onunla unsiyyetde olan gorkemli sairimiz B Vahabzadeni dilcilerden AMEA nin heqiqi uzvu A Axundovu AMEA nin muxbir uzvu T I Haciyevi ve onun formalasmasina guclu tesir gostermis nece nece basqa ziyalilari Fexreddin muellim boyuk minnetdarliq hissile daim yad edir Fexreddin muellim Sankt Peterburqda aspiranturada oxuyarken gorkemli alimlerden akad V V Vinaqradovun V M Jirmunskinin professorlardan Y S Maslovun V Q Admoninin M I Matusevicin ve digerlerinin seminar ve muhazireierinde feal istirak edir onlardan linqvistikanin inceliklerini oyrenir O dunya sohretli alim L R Zinderin rehberliyi altinda Alman dilinde bitkinlik intonasiyasi movzusunda namizedlik dissertasiyasini tecrubi fonetik aspektde tamamlayaraq mudafieye teqdim edir ancaq institutun o zamanki rehberliyi muxtelif behanelerle ona manecilik torederek mudafieye getmesine raziliq vermirdi 1971 ci ilde institutun yeni rektoru gorkemli dilci alim merhum professor M T Tagiyevin ise qarismasindan sonra o Leninqrada gedir ve orada namizedlik dissertasiyasini ugurla mudafie ederek germanistika uzre elmler namizedi elmi derecesini f u f d alir Sankt Peterburqda qalib islemek tekliflerinin celbedici oldugunu basa dusse de genc alim dogma instituta qayitmagi ustun tutdu Institutda muellim bas muellim dosent kafedra mudiri ve dekan vezifelerinde calismaqla respublikamizda xarici dillerin oyredilmesini yeni elmi nezeri ve metodiki zemin uzerinde qurmaq ucun genis elmi pedaqoji fealiyyete baslayir Elece de o doktorluq dissertasiyasi uzerinde isleyir Nezeri ve tetbiqi dilciliyin yeni istiqametlerini derinden menimseyen Fexreddin muellim institutda linqvistikadan lektoriya teskil edir ve tezlikle respublikanin genc muellimleri bu lektoriyanin dinleyicileri olurlar Onlardan bu gune qeder 40 neferi Fexreddin muellimin rehberliyi altinda namizedlik dissertasiyalari mudafie edibler Bu lektoriya sonralar yaranan ve cox semereli fealiyyet gosteren eksperimental fonetika laboratoriyasinin ozeyini teskil etdi Elmde yukselisi 1980 ci illerin ortalari ve sonu Fexreddin muellim ucun elmi yaradiciliq baximindan cox ugurlu olub O evvelce 6 ay muddetinde Moskvada tekmillesmede olarken meshur germanistler M D Stepanova G V Kolsanski Y I Sendels E A Quliqa ve basqa alimlerle semereli gorusler kecirir doktorluq dissertasiyasi movzusunun aktualligini esaslandirmaga calisirdi sonra ise bir il muddetine Berlinde Humboldt Universitetinde tekmillesmede olarken universitetin professoru Q Lindnerin institutunda cagdas tedqiqat usullarini tetbiq etmekle Alman dilinde sait fonemlerin variativliyi nezeri problemler ve tecrubi neticeler adli doktorluq dissertasityasini tamamlayaraq onu Berlin Universitetinde mudafie etmek isteyir lakin o zamanki partnomenklatura ona xasiyyetname vermekden boyun qacirir Bu sebebden o Almaniyada mudafie ede bilmir amma dilci alim ruhdan dusmur Almaniyada ve kecmis ittifaqin merkezi nesriyyat orqanlarinda bir birinin ardinca oz tedqiqatlarinin neticelerini cap etdirir beynelxalq Zeitschrift fur Phonetik allgemeine Sprachwissenschaft und Kommunikationsforschung Voprosi yazikoznaniya ve basqa elmi nezeri jurnallarda cap etdirdiyi meqaleler ona sohret qazandirir 1980 ci ilde Alman dilinin fonetikasi kitabini Azerbaycan dilinde cap etdirir Artiq onun elmin yeni pillesine ucalmasi ucun hec bir manee qalmirdi Sankt Peterburq Dovlet Universitetinin Umumi fonetika ve metodika kafedrasinda onun dissertasiyasina gorkemli dilci alimler L R Zinder L V Bondarko L A Verbitskaya M V Qordina ve basqalari yuksek qiymet verirler ve kafedra dissertasiya isinin mudafieye buraxilmasini qerara alir SDU nun filoloji fakultesinin elmi surasinda doktorluq isinin mudafiesine devet olunan Fexreddin muellimi o zamanki institut rehberliyi muxtelif behaneler getirerek buraxmaq istemirdi Uzun ezab eziyyetden sonra o 1981 ci ilde yuxarida adi cekilen movzuda doktorluq dissertasiyasini Sankt Peterburqda ugurla mudafie edir ve respublikamizda germanistika uzre ilk filologiya elmleri doktoru elmi derecesini alir Onun mudafiesinde filologiya elmleri doktorlari professorlar I P Ivanova Sankt Peterburq L I Prokopova Kiyev ve Q Y Pankrats Minsk habele L V Zlatoustova Moskva opponent kimi cixis etmisler Onlar Fexreddin muellimin eserini cox yuksek deyerlendirmisdiler Yeri gelmisken bu mudafie ile bagli qeribe bir hadise bas verir Fexreddin muellim mudafieden sonra instituta is yerine teleqram vuraraq xahis edir ki senedlerin tertibi ucun ona 10 gunluk icaze versinler Institut rehberliyi ise onu oz hesabina mezuniyyete cixarir Belelikle cetin iqtisadi durumda olan genc alimin veziyyeti bir az da agirlasir cunki institut rehberliyi ona neinki ezamiyye xercleri vermedi ustelik onun 14 gunluk maasini da kesdi Bu onun heyatda uzlesdiyi dorduncu edaletsizlik idi Hem namizedlik hem de doktorluq ucun ona mukafat vermek namizedlik dissertasiyasini vaxtindan qabaq tamamlamisdi qaydaya gore ona bir ayliq teqaud miqdarinda mukafat verilmeliydi ikinci halda institut tarixinde ilk defe elmler doktoru dissertasiyasini mudafie etdiyi ucun mukafat almali idi evezine onu cezalandirmisdilar 1983 cu ilden professor elmi adini alan Fexreddin muellim feal elmi yaradiciligini davam etdirmekle yanasi ciddi sekilde kadr hazirligi ile de mesgul olur Onun yetirmeleri indi respublikamizin muxtelif ali mekteblerinde elmi pedaqoji fealiyyetlerini davam etdirirler Dunyada taninmasi Elmde oz sozu ve yolu olan gorkemli dilci alim Fexreddin Veyselli respublikamizda germanistikanin esasini qoymusdur desek yanilmariq Dilcilikde seqment ve supraseqment vahidlerin variativliyi probleminin oyrenilmesinde onun xidmetleri danilmazdir Taninmis alim olaraq o Daskend Tbilisi ve Bakida ixtisaslasmis elmi suralarin uzvu kimi fealiyyet gostermis onlarla namizedlik ve doktorluq dissertasiyalarina opponentlik etmis ve ya rey vermisdir Qazax A Cunusbeyov ozbek A Avazbayevin turkmen merhum S Kurenovun doktorluq dissertasiyalarinin mudafiesi onun opponentliyi ile kecmisdir O Leninqradda Moskvada Tbiliside ve Bakida onlarla namizedlik dissertasiyalarina opponentlik etmisdir F Veysellinin 1989 cu ilde alman dilinde cap etdirdiyi Lehrbuch der deutschen Phonetik monoqrafiyasi mutexessisler terefinden cox yuksek deyerlendirildi Bir qeder sonra o oz dilimizde Fonetika ve fonologiya meseleleri adli kitab cap etdirir dunya sohretli alim R O Yakobsonun usaq dili sahesinde sedevr sayilan kitabini ruscaya cevirib cap etdirdi Fexreddin muellim meshur fonoloq N S Trubeskoyun dunya dilcilik elminin incisi sayilan Fonologiyanin esaslari kitabini Azerbaycan diline tercume ederek onu oz vesaiti hesabina cap etdirmekle dilciliyimizin inkisafina guclu tekan vermisdir F Veyselli oz qelemini bedii eserlerin de tercumesinde sinamisdir Alman yazicisi T Stormun Immen golu novellasinin dilimize Celil Memmedquluzadenin Poct qutusu hekayesinin ise almancaya tercumesi buna misal ola biler Onun dilmancliq fealiyyeti sinxron ve ardicil tercumeciliyi de coxsaxeli yaradiciliginin terkib hissesidir Fexreddin muellim latin qrafikasina kecmek ucun Azerbaycan Respublikasi Ali Sovetinin yaratdigi komissiyanin mesul katibi olmus elifbamizin berpasi ucun mutexessis kimi elinden geleni etmisdir Ilk variantda qebul edilen layihede e saitinin a ustunde iki noqte ile verilmesi ilkin variantda onun teklifi beyenilmisdi Teessuf ki sonralar bu varianti teftis edib latin qrafikasinda olmayan bir isareni qebul etdirdiler Musteqilliyimizde yeri XX esrin 90 ci illerinde Azerbaycanda milli azadliq herekati dalgalari yeni merheleye qedem qoyanda olkenin musteqilliyi ugrunda mubarize baslayanda Fexreddin muellim oz istedadi ve bacarigi ile bu isde fealliq gosterir respublika radiosunun birinci proqraminda Ana dili verilisinin muellifi ve aparicisi kimi dilimizle bagli problemlerin helline oz tohfesini vermisdir Uc ilde 50 defe efire cixan bu verilis elece de televiziya radio ve metbuatda dilimizle bagli coxsayli cixislari yazilari dinleyici tamasaci ve oxucularin cox boyuk maragina sebeb olmusdur F Veyselli 1989 cu ilde Moskvada muellimler qurultayinda istirakci olarken ermenilerin respublikamiza erazi iddialarini redd edir ve diskusiyalarda haqq isimizi cekinmeden mudafie edir SSRI xalq artisti L Imanovla MDU da tehsil alan azerbaycanli telebelerin devetile goruse gedir ve orada meclisin aparicisi kimi respublikamizda yaranmis veziyyete dair genis meruze ile cixis edir Uzde olan aydinlarin coxu o goruse getmekden boyun qacirmisdi onlar cagirilmayan yere getmek istemediklerini deyirdiler O zaman institut kollektivi adindan Moskvaya Moskovski novosti qezetinin iftira dolu yazisina cavab hazirlayan Fexreddin muellim uzun muddet partiya funksionerlerinin qezebine ducar oldu onu sorgu suala cekdiler Butun hede ve qorxulara baxmayaraq o ermeni ideoloqlarina ve xalqimizin dusmenlerine layiqince cavab verdi Gorkemli dilcinin genis elmi pedaqoji yaradiciligini fonetika ve fonologiya sahesindeki elmi axtarislarini yuksek qiymetlendiren Beynelxalq Fonetika Elmleri Cemiyyeti onu oz siralarina uzv qebul etmisdir Bu cemiyyet xettile o iki defe Beynelxalq Fonetika Elmleri Konqresinde Tallin Stokholm cixis etmisdir Amerikanin Dunyanin secilen liderleri nesriyyati onu 1998 ci ilin en meshur adami kimi mueyyenlesdirmisdir 1989 1990 ci illerde respublikada bas qaldiran irtica azad dusunen adamlarin teqibine girismisdi Ele bu teqibin neticesi olaraq Fexreddin muellim dogma institutu terk etmek mecburiyyeti qarsisinda qalib is yerini deyismeli olur Az sonra olkemiz musteqillik qazandigi gunlerden Fexreddin muellimin elmi pedaqoji fealiyyetini yuksek qiymetlendiren dogma institut kollektivi onun rektor kimi vezifeye gelmesini temin edir Amma Turkiyede ezamiyyetde olarken qanunsuz olaraq o isden cixarilir Bele haqsizliqlari cox gormus Fexreddin muellim huquqlarini berpa etmek ucun hec yere sikayet etmedi cunki o eqidesine gore millete xidmeti vezifede deyil konkret isleri heyata kecirmekde gorur O 1999 cu ilde Umumdunya Alman Dili Muellimleri Cemiyyetinin Frankfurt Oder seherinde kecirilen X qurultayinda Respublika alman dili muellimlerinin bu cemiyyete daxil olmasina nail olur hemin Cemiyyetin Lusern Isvecre 2002 ve Yena Almaniya 2009 seherleinde kecirilen XI ve XII qurultaylarinda meruze ile cixis etmisdir Fexreddin muellimin elmi tedqiqatlarina yuksek deyer veren Alman Mubadile Xidmeti ona defelerle qrant ayirmis ve bu qrantlarin hesabina AFR in Frayburq Boxum ve Munxen universitetlerinde arasdirmalar aparmis oz hemkarlari qarsisinda maraqli cixislar etmisdir Vyanada Serqsunasliq Institutundaki meruzesi Avstriyanin Qras Portuqaliyanin Kuimbra ve Moskva seherlerinde Avropada dil siyasetile bagli kecirilen seminar ve musavirelerde feal istirak etmis maraqli meruzeler oxumusdur Fexreddin muelllim yeddi ilden artiq 1994 2001 Azerbaycan Ali Atestassiya Komissiyasinin Reyaset Heyetinin uzvu olmusdur Hazirda o Azerbaycan Diller Universitetinin prfessorudur ve AMEA nin Imadeddin Nesimi adina Dilcilik Institutunun direktor evezi vezifesinde calisir O uzun iller Azerbaycan Respublikasi Tehsil Nazirliyi nezdindeki Avropa dilleri ve edebiyyati bolmesinin sedri kimi semereli fealiyyet gostermisdir Onun German dilciliyine giris ve Struktur dilciliyin esaslari V cildde Dil 2008 Semiotika ve s eserlerini muellifin elmi yaradiciliginin yeni merhelesi saymaq olar F Veyselli gorkemli germanist dilci kimi neinki respublikamizda elece de onun hududlarindan uzaqlarda da taninir O oz axtarislarini davam etdirir olkede yuksek seviyyeli kadrlarin yetismesinde bilik bacarigini esirgemir yeni yeni layiheler heyata kecirir O son 5 ilde Moskvada 2006 Tbiliside 2007 Qazaxistanda 2007 ve Bakida ADU da 2005 2006 2007 2008 ve BSU da 2004 2005 2007 2008 2009 2010 2011 2012 kecirilen beynelxalq konfranslarda bolmelere rehberlik edib yaradiciligi ile elmi ictimaiyyetin diqqetini cekmisdir Son 10 ilde onun rehberliyi altinda 4 doktorluq dissertasiyasi D Yunusov F Zeynalov F Aslanov ve S Zeynalova mudafie edilmisdir Son bes ilde F Veysellinin umumi elmi pedaqoji ictimai fealiyyetini asagidaki istiqametlere ayirmaq olar 1 Respublikamiz ucun son derece onem dasiyan nezeri dilciliyin aktual problemlerinin helli Bu sahede onun Dilcilik ensiklopediyasi ni I 2006 II 2008 bescildli Struktur dilciliyin esaslari Studia Philologica I Baki 2005 II Baki 2008 III Baki IV 2009 Baki 2011 rus dilinde monoqrafiyasini Dil adli sanballi kitabini Baki 2007 ayrica qeyd etmek lazimdir Onun dilciliyin muxtelif problemlerine hesr etdiyi coxsayli meqaleleri de ciddi maraq dogurur ADU da beynelxalq konfransdaki meruzesinde Fexreddin muellim Azerbaycan dilinde soz vurgusunun olmamasi ve sozlerin ferqlenmesinin fonemden deyil ikizirvelilikden ve prosodemden asililiginin vacibliyini vurgulayir 2 Dunya elmi nezeri dilcilik edebiyyatinin Azerbaycan diline tercumesi XX esrin en boyuk dilcilerinden sayilan E Koseriunun Umumi dilciliye giris eserini almancadan tercume edib ona Giris meqalesi yazib ve qeydlerle cap etdirib Baki 2005 F Nice kimi filosofun Zerdust bele soyledi Baki 2007 eserini almancadan Azerbaycan diline tercume edib Baki 2008 ve N Xomskinin Dil ve tefekkur eserini Azerbaycan turkcesinde redakte ederek qeydlerle capa hazirlamasi onun gergin emeyinin neticesidir O hemcinin alman xalqinin meshur eposu Nibelunqlar negmesi ni dilimize cevirmis onu Kitabi Dede Qorqud dastani ile muqayise ederek Bakida 2008 ve Maynsda AFR 2010 maraqli meruzeler soylemisdir 3 Fexreddin muellimin elmi pedaqoji yaradiciliginda 3 cu istiqameti onun ali ve umumtehsil mektebleri ucun yazdigi derslik ve ders vesaitleri teskil edir O 6 ci 2006 ve 7 ci 2007 8 ci 2009 ve 9 cu 2011 sinifler ucun Alman dili dersliyini yazib cap etdirmisdir prof Z Quliyevle birlikde ve ali mekteblerin alman dili ixtisas fakulteleri ucun Deutsch I II elyazmasi dersliyini yazib capa hazirlamisdir Gorkemli dilci F Veyselli coxlu derslik ders vesaitnin redaktoru dilciliyin umde problemlerine hesr olunmus meqalelerin muellifidir 4 Dorduncu istiqamet onun ictimai pedaqoji fealiyyetile baglidir Bu baximdan onun Dilimiz qeyretimiz qaygilarimiz Baki 1993 ve Dil cemiyyet ve siyaset Baki 2004 Ana dili Azerbaycan dili efirde kitablari xususi maraq dogurur Taninmis dilcinin elmi yaradiciligina dunyada ciddi maraq gosterirler Bele ki onun K D Usinskinin Ana dili eserini Azerbaycan diline cevirmesinden sonra hemin eser 1999 cu ilde Isvecde Tribuna dergisinde fars qrafikasi ile cap olunub Onun 1993 cu ilde Bakida cap etdirdiyi Fonetika ve fonologiya meseleleri adli kitabi Ankarada prof M Musaoglunun tercumesinde Azerbaycan turkcesinin fonetigi adi altinda nefis sekilde cap olunmusdur 2007 ci ilden Fexreddin muellim yeni bir layihenin gerceklesmesi uzerinde seyle calisir Bu da onun rehberliyi ve redaktorlugu ile erseye gelen neinki respublikamizda hetta MDB olkelerinde Rusiyadan sonra reallasan birinci nesr orqani Azerbaycanda xarici diller jurnalidir Onun artiq 2007 ci ilden baslayaraq ilde 4 sayi isiq uzu gormusdur Jurnal ozune oxucu kutlesi celb ede bilmis Azerbaycanda ana dilinin ve xarici dillerin arasdirilmasini oyredilmesini ve yayilmasini heyata keciren sanballi bir metbuat orqanina cevrile bilmisdir Mukafatlari1986 Seref nisani ordeni 2001 Bilik cemiyyetinin V Memmedeliyev adina mukafati Xarici kecidlerFexreddin Veysellinin sexsi sayti Fexreddin Veyselli Dil monoqrafiyasi 2021 04 17 at the Wayback Machine Elm xadimi ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin