Fərman İsgəndər oğlu Eyvazov – şərqşünas alim, filosof
FƏRMAN EYVAZOV | |
---|---|
Fərman İsgəndər oğlu Eyvazov | |
Digər adı | Fərman Eyvazov |
Doğum tarixi | |
Doğum yeri | Astara |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Bakı |
Həyatı
Fərman İsgəndər oğlu Eyvazov 19 yanvar 1936-cı ildə Astarada anadan olmuşdur. 1943-1954 illərdə Astara rayonunda orta məktəbdə təhsil almışdır. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1960-cı ildə oranı bitirmişdir. Universiteti bitirdikdən sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) kiçik elmi işçi işləmişdir. 1963-1967 illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildən Fərman Eyvazov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətə başlamışdır.
1971-1973 illərdə İranda referent-tərcüməçi işləyən Fərman Eyvazov İranda çalışan sovet mütəxəssislərinin işini asanlaşdırmaq məqsədilə rusca-farsca texniki lüğət hazırlamış 1972-ci ildə orada çap etdirmişdir. İrandan qayıtdıqdan sonra yenə də müəllimlik fəaliyyətilə məşğul olmuş, 1977-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dosent kimi fəaliyyət göstərmişdir.
Fərman Eyvazov Respublika Təhsil Nazirliyi tərəfindən Əfqanıstana göndərilir. O, 1982-1988-ci illərdə bu ölkədə Nəqliyyat Nazirliyində referent-tərcüməçi, sonra keçmiş SSRİ səfirliyində müşavir işləməklə, Əfqanıstan İctimai Elmlər Akademiyasında mühazirələr oxumuşdur. Alim burada “Rusca-dəricə texniki terminlər lüğəti”ni (“Словарь технических терминов (русско-дари)”. Соста-ви¬тели: к.ф.н. Эйвазов Ф.И., Джунусова А.В. ( Афганистан – Кабул, 1985, Изд. в Минтрансе ДРА, 55 с.)) nəşr etdirmişdir. Əfqanıstandan qayıtdıqdan sonra yenidən müəllimlik fəaliyyətilə məşğul olmuşdur.
Fərman Eyvazov 9 yanvar 1996-cı ildə Bakıda vəfat etmişdir.
Elmi yaradıcılığı
Fərman Eyvazov 1969-cu ildə “Nəsirəddin Tusinin ictimai-siyasi və etik görüşləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Nəsirəddin Tusi irsinin tədqiqatçısı kimi Fərman Eyvazov 3 kitab və 50-dən çox məqalə çap etdirmişdir. Alimin Nəsirəddin Tusi irsi ilə əlaqədar çap etdirdiyi elmi əsərləri haqqında “Xacə Nəsirəddin Tusi. (biblioqrafiya)” (Bakı, 2004) kitabında məlumat verilir.
Fərman Eyvazov Əfqanıstanda işlədiyi illərdə orada yaşayan əfşar tayfaları, onların adət-ənənələri, folkloru ilə maraqlanmış, bu barədə “Əfqanıstanda yaşayan əfşarların atalar sözləri” məqaləsini (“Lənkəran” qəzeti, 26 aprel 1994-cü il; “Filologiya məsələləri. Nəzəriyyə və Metodika”. VIII buraxılış. Bakı, 1997. səh. 3-6) yazmışdır.
Əsas elmi əsərləri
- Nəsirəddin Tusinin etik görüşləri. Bakı, 1976
- Dahi alim və filosof. Bakı, 1981
- Nəsirəddin Tusi (fəlsəfə, ictimai-siyasi görüşləri). Bakı, 1981
İstinadlar
- "Tarixi günlər". 2021-08-12 tarixində . İstifadə tarixi: 2012-05-28.
В.Жямайтис.Этика. Библиографический справочник. Институт философии, социологии и права АН Литвы Отдел этики. Литовское общество этической культуру «Этос». Вильнюс, 1990. Эйвазов Фарман Искендер оглы. səh. 261
Xarici keçidlər
- Эволюционные взгляды Насиреддина Туси
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ferman Isgender oglu Eyvazov serqsunas alim filosofFERMAN EYVAZOVFerman Isgender oglu EyvazovDiger adi Ferman EyvazovDogum tarixi 19 yanvar 1936Dogum yeri AstaraVefat tarixi 9 yanvar 1996 59 yasinda Vefat yeri BakiHeyatiFerman Isgender oglu Eyvazov 19 yanvar 1936 ci ilde Astarada anadan olmusdur 1943 1954 illerde Astara rayonunda orta mektebde tehsil almisdir 1954 cu ilde Azerbaycan Dovlet Universitetinin indiki Baki Dovlet Universiteti Serqsunasliq fakultesine daxil olmus 1960 ci ilde orani bitirmisdir Universiteti bitirdikden sonra AMEA nin Felsefe ve Huquq Institutunda indiki Felsefe Sosiologiya ve Huquq Institutu kicik elmi isci islemisdir 1963 1967 illerde Efqanistanda tercumeci kimi fealiyyet gostermisdir 1969 cu ilden Ferman Eyvazov Azerbaycan Xalq Teserrufati Institutunda pedaqoji fealiyyete baslamisdir 1971 1973 illerde Iranda referent tercumeci isleyen Ferman Eyvazov Iranda calisan sovet mutexessislerinin isini asanlasdirmaq meqsedile rusca farsca texniki luget hazirlamis 1972 ci ilde orada cap etdirmisdir Irandan qayitdiqdan sonra yene de muellimlik fealiyyetile mesgul olmus 1977 ci ilden Azerbaycan Xalq Teserrufati Institutunda dosent kimi fealiyyet gostermisdir Ferman Eyvazov Respublika Tehsil Nazirliyi terefinden Efqanistana gonderilir O 1982 1988 ci illerde bu olkede Neqliyyat Nazirliyinde referent tercumeci sonra kecmis SSRI sefirliyinde musavir islemekle Efqanistan Ictimai Elmler Akademiyasinda muhazireler oxumusdur Alim burada Rusca derice texniki terminler lugeti ni Slovar tehnicheskih terminov russko dari Sosta vi teli k f n Ejvazov F I Dzhunusova A V Afganistan Kabul 1985 Izd v Mintranse DRA 55 s nesr etdirmisdir Efqanistandan qayitdiqdan sonra yeniden muellimlik fealiyyetile mesgul olmusdur Ferman Eyvazov 9 yanvar 1996 ci ilde Bakida vefat etmisdir Elmi yaradiciligiFerman Eyvazov 1969 cu ilde Nesireddin Tusinin ictimai siyasi ve etik gorusleri movzusunda namizedlik dissertasiyasini mudafie ederek felsefe elmleri namizedi alimlik derecesi almisdir Nesireddin Tusi irsinin tedqiqatcisi kimi Ferman Eyvazov 3 kitab ve 50 den cox meqale cap etdirmisdir Alimin Nesireddin Tusi irsi ile elaqedar cap etdirdiyi elmi eserleri haqqinda Xace Nesireddin Tusi biblioqrafiya Baki 2004 kitabinda melumat verilir Ferman Eyvazov Efqanistanda islediyi illerde orada yasayan efsar tayfalari onlarin adet eneneleri folkloru ile maraqlanmis bu barede Efqanistanda yasayan efsarlarin atalar sozleri meqalesini Lenkeran qezeti 26 aprel 1994 cu il Filologiya meseleleri Nezeriyye ve Metodika VIII buraxilis Baki 1997 seh 3 6 yazmisdir Esas elmi eserleriNesireddin Tusinin etik gorusleri Baki 1976 Dahi alim ve filosof Baki 1981 Nesireddin Tusi felsefe ictimai siyasi gorusleri Baki 1981Istinadlar Tarixi gunler 2021 08 12 tarixinde Istifade tarixi 2012 05 28 V Zhyamajtis Etika Bibliograficheskij spravochnik Institut filosofii sociologii i prava AN Litvy Otdel etiki Litovskoe obshestvo eticheskoj kulturu Etos Vilnyus 1990 Ejvazov Farman Iskender ogly seh 261Xarici kecidlerEvolyucionnye vzglyady Nasireddina Tusi