Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) sənətinin tarixi qədim dövrlər aiddir.. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırmışdır. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi.
Aya Sofiya məbədinin tikintisində iştirak edən Bizans riyaziyyatçısı və arxitektoru Trallı Anfimiya (474–558) məbədin daxilindəki güzgülərin yerləşmə sxemini lahiyələşdirərkən kamera obskuranın iş metodundan istifadə etmişdi.
Optikanın "atası" hesab olunan və Avropada "Alhazen" kimi tanınan ibn-əl Heysəm Platon və Evkilindin işıq şüalarını gözlə əlaqəsi haqqında nəzəriyyənin səhv olduğunu sübut etmişdir.. Basralı ərəb fiziki və riyaziyyatçısı İbn əl-Heysəm günəş tutulması zamanı onun şüalarını incələmək üçün Kamera obskura (Qaranlıq qutu) adlı sistemdən istifadə etmiş və o, ilk dəfə kamera-obskuranın işləmə prinsipini izah etmişdi. Kamera-obskura zahirən bir tərəfində dəlik olan yeşiyə bənzəyirdi. Bu dəliyi hər hansı gur işıqlandırılmış cismə yönəltdikdə cihazın dəlikli tərəfindən əks tərəfdə cismin çevrilmiş və kiçildilmiş əksini almaq mümkün idi.
Qərb ölkələri ilk dəfə kamera obskura ilə XIII əsrdə Rocer Beykonun qədim ərəb yazılarından öyrəndiyi biliklərdən sonra tanış olmuşdu.
XIII əsrdə eynəyin ixtirası, optik cihazların icadı foto-obyektivin yaranmasına təkan verdi, lakin fotoaparatın yaranması, yəni əşyanın kağıza köçürülməsi kimya elminin inkişafını zəruri edirdi. Kimya elmində bu imkan XVIII əsrdə meydana çıxdı...
XVI əsrdə İtaliyalı kardinal Danillo Barbaro (8 fevral 1513–13 aprel 1570) kamera obskuranın işıq qəbul edən dəliyinə optik bir linza yerləşdirmiş və təsvirin keyfiyyəti aydın şəkildə artmışdır.
Ağ-qara fotoqrafiya
Fotoqrafiyanın ilk tarixi görünüşü ağ-qara fotoqrafiya olmuşdur. Optik cihaz vasitəsilə rəsmin kimyəvi prosesə çevrilməsində sonralar diplomat olmuş rus kimyaçısı A.P. Bestujev-Ryumin (1693–1766) və alman tibb alimi, cərrah İ.Q.Şulsenin (1687–1744) böyük xidmətləri olmuşdur. 1725-ci ildə Bestujev-Ryumin günəş işığında müxtəlif duz tərkibli məhlulların rəngini dəyişdiyini aşkara çıxardı. İki il sonra isə alman alimi İohann Henrix Şults brom duzunun işığa olan həssaslığını sübuta yetirdi. 1727-ci ildə İohann Henrix Şults gümüş duzlarının işığa tutulanda dəyişikliyə məruz qalmasının səbəbinin işıq olduğunu açıqladı.
1777-ci ildə Karl Vilhelm Şults mavi və bənövşəyi şüaların qırmızı şüalardan daha təsirli olduğunu sübut etdi. 1780-ci ildə Con Kaspar Lavater Silüet aparatını ixtira etdi.
XIX əsrin birinci yarısında dünyanın müxtəlif ölkələrindən alimlərin bu sahədə səylə çalışması bəhrəsini verdi. Fotoaparatın icad olunması sahəsində ən uğurlu işi fransız Yozef Nisefor Niyepsi (1765–1833), Lui-Jak Mande Daqer (1787–1851) və ingilis Uilyam Foks Henri Talbot (1800–1877) gördülər. Onlar fotoqrafiyanın yaradıcısı kimi tarixə düşdülər.
1813-cü ildə fransız alim Yozef Nisefor Niyepsi işığa həssas şüşə lövhə üzərində qalıcı təsvirlər əldə etməyi bacardı.
19 iyul 1822-ci ildə Yozef Nisefor Niyepsi ilk dəfə foto təsviri almışdır. Bu foto saxlanmadığından, fotoqrafiya sahəsində ilk şəkil onun tərəfindən 12 iyul 1826-cı ildə çəkilmiş ağ-qara foto "Pəncərədən La-Qrassın mənzərəsi" (View from the Window at Le Gras) adlı foto hesab olunur.. Şəkildə bir daxmanın üstündəki göyərçin yuvası əks olunmuşdu. İlk foto işıq və günəş şüalarının köməyi ilə çəkildiyi üçün Yozef Nisefor Niyepsi bu işə 8 saat vaxt sərf etmişdi, çünki, qatran işığın təsiri ilə çox gec dəyişirdi. Yozef Nisefor Niyepsi 8 dekabr 1827-ci ildə özünə "fotoqrafiyanın atası" adını verir. Lakin, həmin dövrlərdə fotoqrafiya anlayışı yox idi və Yozef Nisefor Niyepsi bu sənətə "helioqrafiya" adını verir. Bu ad indiki dövrümüzə fotoqrafiya kimi gəlib çıxmışdır, eyni anlayışı əks etdirir.
İlk fotoaparatın meydana çıxması da Yozef Nisefor Niyepsinin 1826-cı ildə çəkdiyi "helioqrafiya" təsviri ilə əlaqədar olmuşdu..
Yozef Nisefor Niyepsi bu kəşfini daha da mükəmməlləşdirmək üçün təcrübələrini davam etdirdi. O, 1829-cu ildə bu sahə üzrə bəzi təcrübələr həyata keçirən Luis Cek Dager ilə birgə işləməyə başlayır. 1833-cü ildə Yozef Nisefor Niyepsi öz ixtirasını təkmilləşdirə bilmədən vəfat etdi.
Dager Niyepsinin ixtira etdiyi fotoaparatdan səmərəli istifadə, sürətli təsvirin əldə edilməsi və keyfiyyətli lövhə tapılması üzrə təcrubələrini davam etdirdi və fotoqrafik təsvirlərin daha da mohkəmləndirilməsi metodunu kəşf etdi. O, həmçinin Nyepsin 8 saata əldə etdiyi təsvirin müddətini yarım saatdan da az bir vaxta salmağı bacarmışdı.
1831-ci ildə Belçikalı alim Yozef Plateyu və Avstriyalı Simon von Stamfer tərəfindən ilk animasiya aləti, kino sənətinin ilkin pilləsi hesab olunan fenakistiskop kəşf edilmişdir. Fenakistiskop eyni bir hərəkətin təkrar olunması əsasında yaranan sürətli hərəkətverici cihaz olmuşdur. Fenakistiskop yunan dilindən göz aldatmaq mənasını verir. Cihaza bu adı Yozef Plateyu vermişdir. Sirklərdə və əyləncə məkanlarında böyük marağa səbəb olan alət, uzun illər Avropada öz məşhurluğunu qorumuşdur. Fenakistiskopun iş mexanizmi eyni bir təsvirin dairəvi şəkildə 10 dəfə çəkmək və onları qatlamaqdan ibarət idi. Bununla eyni təsvirlər bir — birinin arxasınca dəyişir və mexaniki hərəkət yaranırdı.
1835-ci ildə ingilis fiziki və kimyaçısı, ixtiraçı Uilyam Henri Foks Talbot gümüş nitrat və duzlu məhlulla qidalanmış kağızdan istifadə edərək foto təsvirin daşıyıcısı olan ilk neqativ yaratdı.
Fotoqrafiyanın tarixi 1839-cu il yanvarın 7-dən başlanır. Məhz həmin vaxt fransalı ixtiraçı Lui Dager (1787–1851) Paris Elmlər Akademiyasına fotoqrafiyanın alınması üsulunu təqdim edir. Amma bu proseslə əlaqəli ilk təcrübə digər bir fransız ixtiraçısı Yozef Nisefor Niyepsinin (1765–1833) adı ilə bağlıdır.
1839-cu il yanvarın 7-də Yozef Nisefor Niyepsi və Lui Dager dayanıqlı insan foto rəsmi çəkməyi bacardılar. Müasir fotodan fərqli olaraq çəkilmiş ilk foto neqativ deyildi, foto pozitiv idi. Onu isə yalnız düz günəş şüaları altında görmək olurdu. Həmçinin foto pozitivdən köçürmə (surətçıxarma) mümkün deyildi
Lui Dagerin Dagerotip adlandırdığı bu kəşfi 19 avqust 1839-cu ildə Fransa Elmlər Akademiyası tərəfindən rəsmiləşdirildi.
1844-cü ildə Böyük Britaniyalı fiziki və kimyaçısı, ixtiraçı Uilyam Henri Foks Talbot tərəfindən The Pencil of Nature adlı ilk foto illustrasiyalı kitab nəşr olunmuşdur..
Praktik cəhətdən ilk fotoqrafik görüntü əldə etmə üsulu Dagerotipiya (və ya dagerrotipiya; fr. Daguerréotype) adlanırdı. Dagerotipiya üsulu 1822-ci ildə fransız ixtiraçısı Yozef Nisefor Niyepsi tərəfindən yaradılmış və rəssam Lui Dager tərəfindən 7 yanvar 1839-cu ildə Fransa Elmlər Akademiyasına təqdim edilmişdir.
Dagerotipdə təsvirin keyfiyyəti, təbəqənin hamarlığı ilə düz mütənasib olmuşdur. Çətinliyi və bahalı olmasına görə geniş istifadə olunmamışdı. Dagerotipiya üsulu ilə fotoqrafik görüntü almaq üçün gümüş suyuna çəkilmiş və yaxşıca hamarlanmış mis lövhələr yod buxarına tutulurdu. Nəticədə lövhənin üzərində işığa həssas, nazik gümüş-yodid təbəqəsi əmələ gəlir. Lövhə kamera-obskura içində 15–30 dəqiqə gözlədilir və işığın təsiri ilə gümüş-yodid təbəqəsinin üzərində gizli təsvir formalaşırdı. Təsviri üzə çıxarmaq üçün civə buxarından istifadə edilirdi.
Studiyada bu texnika ilə foto çəkərkən, arxadan kürəyi və qolu sabit saxlamaq üçün xüsusi aparat tələb olunurdu. Buna görə də fotolardakı insanlar dimdik formada görünürdü.
1851-ci ildə yaş kollodion prosesinin kəşf olunması ilə çətin və təhlükəli olan dagerotipiyadan imtina edildi.
Rəngli fotoqrafiya
Rəngli fotoqrafiyanın tarixi XIX əsrin ortalarından başlamışdır. Onların çəkilməsi üçün üç fotokameradan istifadə edilirdi, bu fotokameralara rəng filtri (qırmızı, yaşıl və göy) quraşdırılırdı.
İlk rəngli fotoşəkil 1861-ci ildə nümayiş olunmuşdu. İstifadə olunan "rəngayırma" prinsipi fotonun qırmızı, yaşıl və göy filtrlə çəkilməsi, nümayiş etdirilmək üçün isə bu şəkillərin uyğun filtrlərlə üst-üstə proyeksiya olunmasını nəzərdə tuturdu. Əsas problemlərdən biri rəngləri ən yaxşı şəkildə ötürmək imkanı verən foto-emulsiyaların hazırlanması idi.
Fotoqrafiyanın inkişaf mərhələləri
1852-ci ildə Corc Eastman Kodak maşınlarında 10 poza çəkə bilən bromur qablı Jelatin rulolar olan Kodak fotoşəkil maşınlarını satışa çıxararaq çox böyük alətlər daşınması lazım olan fotoqrafa asan hərəkət imkanı təmin etdi. Foto çəkildikdən sonra maşın fabrikə göndərilir və jelatin film kağızdan ayrıldıqdan sonra bir şüşə üzərinə yerləşdirilir və sonra yenidən maşına film doldurularaq sahibinə qaytarılırdı.
1870-ci ildə Hermann Vogel emülsiyonları müxtəlif vannalara batıraraq həssaslıqlarını artırma yolunu tapdı. 1880-ci ildə qırmızıya qarşı həssaslığı çox məhdud olan ortokomatik filmin yanında, pankromatik filmlər ortaya çıxdı. Fotoşəkil XIX və XX əsrlərdə müxtəlif astigmat lupaların, sellüloza əslli filmlərin istifadə edilməsi, fotoaparat və film sənayesində inkişaflarla indiki vəziyyətinə gəldi.
"Fotoqrafiya" termini bir az gec – 1878-ci ildə qəbul edilmiş və ilk dəfə olaraq Fransa akademiyasının lüğətinə salınmışdı.
XIX əsrin sonu XX əsrin əvvəllərində fotoqrafiyada yeni üsul — piktorializm meydana çıxır. Bu, fotonu incəsənətə yaxınlaşdırdı. Piktorializm (ingilis dilindən pictorial — rəssamlıq) XIX əsrin sonu XX əsrin əvvəllərində Avropa və Amerika foto sənətində yaranmış cərəyandır. Rəssamlıq elementlərini fotoya gətirməklə onu sənətə yaxınlaşdırdılar. Bu effekti əldə etmək üçün fotoqraflar müxtəlif texniki üsullara əl atırdılar (yumşaldıcı obyektiv, filtrlərdən istifadə, pozitivin gümüş, duzlar və s. ilə işlənilməsi).
1886-cı ildə fransız–Lüksemburqlu fizik və ixtiraçı Qabriel Lipmanın (fr. Jonas Ferdinand Gabriel Lippmann 16 avqust 1845–13 iyul 1921) marağını fotolövhə üzərində günəş spektrında rəngləri aşkar etməyə imkan verən bir üsul çəkdi. 2 fevral 1891]-ci ildə o, bu üsulu Elmlər Akademiyasınca açıqladı: "Görüntüyə təsir etmədən fotolövhə üzərində rəng spektrının görüntüsünü almağa nail oldum". Qabriel Lipman şəklin rənglərini çoxaltmağa imkan verən yeni bir üsulun kəşfinə və dalğaların interferensiyasını əsaslandırdığına görə 1908-ci ildə Fizika üzrə Nobel mükafatı laureatı olmuşdur.
28 oktyabr 1914-cü ildə Kodak şirkəti rəngli fotoqrafiya üzərində işə başlamışdır.
Fotoqrafiya yaranan zaman estetikada belə bir fikir hökm sürürdü ki, yalnız əllə yaradılan əsərlər incəsənət nümunəsi hesab olunur. Yeri gəlmişkən, "texniki incəsənət növləri"nin hamısı eyni inqilabı yaşayıb: ilk dövrlərində onlar məzəli attraksionlar (kino), daha sonra informasiya ötürməyi bacaran texniki vasitələr (televiziya) kimi qəbul olunurdu. Yalnız yeni sənət növü yaratma zərurəti prosesində kommunikativ-sənətlər meydana çıxdı.
Foto yeni yaranan zaman fransız rəssamı Delaroş (1797–1856) onun imkanlarını analiz edərək demişdi: "Rəssamlıq bu gündən məhv oldu".
Fotoqrafiyanın bir sənət kimi yaradıcı tarixi bir neçə inkişaf mərhələsinə bölünür. Başlanğıcda fotoqraflar monumental, hərəkətsiz (dağlar, evlər) obyektləri çəkməyə üstünlük verirdilər. Portretlərə gəlincə, uğurlu işin alınması üçün modellər uzun müddət yerlərində donub qalmalı olurdular. Bu mərhələ 1939-cu ildən başlayaraq təxminən növbəti 10–15 ili əhatə etdi.
Növbəti mərhələ fototexnologiyanın inkişafı — "shutter"ın (işığa həssas hissəyə işığın təsir etməsini təyin edən vaxt intervalıdır) bir neçə dəqiqədən saniyəyə enməsi və geniş obyektivlərin yaranması ilə bağlı oldu.
Azərbaycanda fotoqrafiyanın tarixi
Azərbaycanda ilk fotolar XIX əsrin II yarısına, təxminən 1870-ci illərə aiddir. Bu illərdəki fotolar əcnəbi fotoqraflar tərəfindən çəkilirdi. Bu fotolar əsasən, Bakının həyat tərzini, neft sənayesini əks etdirirdi. İlk azərbaycanlı peşəkar fotoqraf Mircavad Axundzadə (1909–1996) hesab edilir.
Mənbə
- А. Г. Фотография // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907. — Т. XXXVI. — С. 404–418.
- Новая история фотографии / Под ред. Мишеля Фризо. Пер. с франц. — СПб.: Machina; Андрей Наследников, 2008.
- Краус Р. Переизобретение средства: История фотографии // Синий диван. — 2003. — № 3. — С.105–127.
- Евгенов С.В., Дагер, Ньепс, Тальбот. Популярный очерк об изобретателях фотографии, М., 1938;
- Документы по истории изобретения фотографии. Переписка Ж.Н. Ньепса, Ж.М. Дагера и др. лиц, М., 1949.
- Храмов Ю. А. Липпман Габриэль Ионас (Lippmann Gabriel Jonas) // Физики: Биографический справочник / Под ред. А. И. Ахиезера. — Изд. 2-е, испр. и дополн. — М.: Наука, 1983
Xarici keçidlər
- The Silver Canvas: Daguerreotype Masterpieces from the J. Paul Getty Museum Bates Lowry, Isabel Barrett Lowry 1998
- A History of Photography from its Beginnings Till the 1920s by Dr. Robert Leggat, now hosted by Dr Michael Prichard
- The First Photograph 2009-12-27 at the Wayback Machine at
- Photo Histories, the photographers' history of photography
- The Photo History Timeline Collection
- Niepce Museum
- Video (09:03) – notable historical still images – now colorized.
İstinadlar
- "Online Etymology Dictionary". 2017-07-02 tarixində . İstifadə tarixi: 2016-03-01.
- "Light Through the Ages" 2016-03-03 at the Wayback Machine.
- Robert E. Krebs. Groundbreaking Scientific Experiments, Inventions, and Discoveries of the Middle Ages and the Renaissance. Greenwood Publishing Group. 2004. ISBN .
- Alistair Cameron Crombie, Science, optics, and music in medieval and early modern thought, p. 205
- http://bakunews.az/din/4081-slam-dininin-elm-verdiyi-dyr-v-mslman-alimlr.html 2017-04-22 at the Wayback Machine. İslam dininin elmə verdiyi dəyər və müsəlman alimlər
- Wade, Kaitlyjj; Finger, Stanley. "The eye as an optical instrument: from camera obscura to Helmholtz's perspective". Perception. 30 (10). 2001: 1157–77. doi:10.1068/p3210. PMID 11721819.
- Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
- Краткий справочник фотолюбителя, 1985, с. 8
- История изобретения фотографии (рус.). "Фотография". Проверено 24 января 2016.
- . 2013-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-13.
- John F. W. Herschel (1839) "Note on the art of photography, or the application of the chemical rays of light to the purposes of pictorial representation," 2021-09-30 at the Wayback Machine Proceedings of the Royal Society of London, 4 : 131–133. On page 132 Herschel mentions the use of hyposulfites.
- . 2007-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-13.
- http://photodrom.com/book/history/talbotipiya/Talbolipiya[ölü keçid]
- Цветная фотография // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907. — Т. XXXVIIa. — С. 856–858..
- "Gabriel Lippmann". 2001-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-13.
- https://peshekar.wordpress.com/2010/12/19/ 2021-09-26 at the Wayback Machine Fotoqrafiyanin tarixi.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Fotoqrafiya yunan dilinde foto isiq qrafo yaziram cekirem demekdir senetinin tarixi qedim dovrler aiddir Xususi zehmet cekmeden ve tez zamanda istenilen resmi cekmek insanin menzerenin ve s eksini elde etmek hemise insanlari maraqlandirmisdir Hele uzun iller once insanlarin diqqetini ceken meqamlardan biri de kicik desikden qaranliq otaga suzulen gunes suasinin yaratdigi effekt bu isiqda esyalarin proporsiya ve reng baximindan eks olunmasi idi Isigin qaranliq otaqda yaratdigi bu effekt hele e e IV esrde yasamis qedim yunan alimi Aristotele melum idi Aya Sofiya mebedinin tikintisinde istirak eden Bizans riyaziyyatcisi ve arxitektoru Tralli Anfimiya 474 558 mebedin daxilindeki guzgulerin yerlesme sxemini lahiyelesdirerken kamera obskuranin is metodundan istifade etmisdi Optikanin atasi hesab olunan ve Avropada Alhazen kimi taninan ibn el Heysem Platon ve Evkilindin isiq sualarini gozle elaqesi haqqinda nezeriyyenin sehv oldugunu subut etmisdir Basrali ereb fiziki ve riyaziyyatcisi Ibn el Heysem gunes tutulmasi zamani onun sualarini incelemek ucun Kamera obskura Qaranliq qutu adli sistemden istifade etmis ve o ilk defe kamera obskuranin isleme prinsipini izah etmisdi Kamera obskura zahiren bir terefinde delik olan yesiye benzeyirdi Bu deliyi her hansi gur isiqlandirilmis cisme yoneltdikde cihazin delikli terefinden eks terefde cismin cevrilmis ve kicildilmis eksini almaq mumkun idi Qerb olkeleri ilk defe kamera obskura ile XIII esrde Rocer Beykonun qedim ereb yazilarindan oyrendiyi biliklerden sonra tanis olmusdu Kamera obskuranin sxemi XIII esrde eyneyin ixtirasi optik cihazlarin icadi foto obyektivin yaranmasina tekan verdi lakin fotoaparatin yaranmasi yeni esyanin kagiza kocurulmesi kimya elminin inkisafini zeruri edirdi Kimya elminde bu imkan XVIII esrde meydana cixdi XVI esrde Italiyali kardinal Danillo Barbaro 8 fevral 1513 13 aprel 1570 kamera obskuranin isiq qebul eden deliyine optik bir linza yerlesdirmis ve tesvirin keyfiyyeti aydin sekilde artmisdir Ag qara fotoqrafiyaFotoqrafiyanin ilk tarixi gorunusu ag qara fotoqrafiya olmusdur Optik cihaz vasitesile resmin kimyevi prosese cevrilmesinde sonralar diplomat olmus rus kimyacisi A P Bestujev Ryumin 1693 1766 ve alman tibb alimi cerrah I Q Sulsenin 1687 1744 boyuk xidmetleri olmusdur 1725 ci ilde Bestujev Ryumin gunes isiginda muxtelif duz terkibli mehlullarin rengini deyisdiyini askara cixardi Iki il sonra ise alman alimi Iohann Henrix Sults brom duzunun isiga olan hessasligini subuta yetirdi 1727 ci ilde Iohann Henrix Sults gumus duzlarinin isiga tutulanda deyisikliye meruz qalmasinin sebebinin isiq oldugunu aciqladi 1777 ci ilde Karl Vilhelm Sults mavi ve benovseyi sualarin qirmizi sualardan daha tesirli oldugunu subut etdi 1780 ci ilde Con Kaspar Lavater Siluet aparatini ixtira etdi XIX esrin birinci yarisinda dunyanin muxtelif olkelerinden alimlerin bu sahede seyle calismasi behresini verdi Fotoaparatin icad olunmasi sahesinde en ugurlu isi fransiz Yozef Nisefor Niyepsi 1765 1833 Lui Jak Mande Daqer 1787 1851 ve ingilis Uilyam Foks Henri Talbot 1800 1877 gorduler Onlar fotoqrafiyanin yaradicisi kimi tarixe dusduler Yozef Nisefor Niyepsi terefinden cekilmis ilk foto Pencereden La Qrassin menzeresi 1826 1813 cu ilde fransiz alim Yozef Nisefor Niyepsi isiga hessas suse lovhe uzerinde qalici tesvirler elde etmeyi bacardi 19 iyul 1822 ci ilde Yozef Nisefor Niyepsi ilk defe foto tesviri almisdir Bu foto saxlanmadigindan fotoqrafiya sahesinde ilk sekil onun terefinden 12 iyul 1826 ci ilde cekilmis ag qara foto Pencereden La Qrassin menzeresi View from the Window at Le Gras adli foto hesab olunur Sekilde bir daxmanin ustundeki goyercin yuvasi eks olunmusdu Ilk foto isiq ve gunes sualarinin komeyi ile cekildiyi ucun Yozef Nisefor Niyepsi bu ise 8 saat vaxt serf etmisdi cunki qatran isigin tesiri ile cox gec deyisirdi Yozef Nisefor Niyepsi 8 dekabr 1827 ci ilde ozune fotoqrafiyanin atasi adini verir Lakin hemin dovrlerde fotoqrafiya anlayisi yox idi ve Yozef Nisefor Niyepsi bu senete helioqrafiya adini verir Bu ad indiki dovrumuze fotoqrafiya kimi gelib cixmisdir eyni anlayisi eks etdirir Ilk fotoaparatin meydana cixmasi da Yozef Nisefor Niyepsinin 1826 ci ilde cekdiyi helioqrafiya tesviri ile elaqedar olmusdu Yozef Nisefor Niyepsi bu kesfini daha da mukemmellesdirmek ucun tecrubelerini davam etdirdi O 1829 cu ilde bu sahe uzre bezi tecrubeler heyata keciren Luis Cek Dager ile birge islemeye baslayir 1833 cu ilde Yozef Nisefor Niyepsi oz ixtirasini tekmillesdire bilmeden vefat etdi Yozef Nisefor Niyepsinin fotoaparati 1820 1830 cu iller Dager Niyepsinin ixtira etdiyi fotoaparatdan semereli istifade suretli tesvirin elde edilmesi ve keyfiyyetli lovhe tapilmasi uzre tecrubelerini davam etdirdi ve fotoqrafik tesvirlerin daha da mohkemlendirilmesi metodunu kesf etdi O hemcinin Nyepsin 8 saata elde etdiyi tesvirin muddetini yarim saatdan da az bir vaxta salmagi bacarmisdi 1831 ci ilde Belcikali alim Yozef Plateyu ve Avstriyali Simon von Stamfer terefinden ilk animasiya aleti kino senetinin ilkin pillesi hesab olunan fenakistiskop kesf edilmisdir Fenakistiskop eyni bir hereketin tekrar olunmasi esasinda yaranan suretli hereketverici cihaz olmusdur Fenakistiskop yunan dilinden goz aldatmaq menasini verir Cihaza bu adi Yozef Plateyu vermisdir Sirklerde ve eylence mekanlarinda boyuk maraga sebeb olan alet uzun iller Avropada oz meshurlugunu qorumusdur Fenakistiskopun is mexanizmi eyni bir tesvirin dairevi sekilde 10 defe cekmek ve onlari qatlamaqdan ibaret idi Bununla eyni tesvirler bir birinin arxasinca deyisir ve mexaniki hereket yaranirdi 1835 ci ilde ingilis fiziki ve kimyacisi ixtiraci Uilyam Henri Foks Talbot gumus nitrat ve duzlu mehlulla qidalanmis kagizdan istifade ederek foto tesvirin dasiyicisi olan ilk neqativ yaratdi Fotoqrafiyanin tarixi 1839 cu il yanvarin 7 den baslanir Mehz hemin vaxt fransali ixtiraci Lui Dager 1787 1851 Paris Elmler Akademiyasina fotoqrafiyanin alinmasi usulunu teqdim edir Amma bu prosesle elaqeli ilk tecrube diger bir fransiz ixtiracisi Yozef Nisefor Niyepsinin 1765 1833 adi ile baglidir Fotoqrafiyanin 150 illik yubileyine hesr olunmus poct markasi SSRI 1989 cu il 1839 cu il yanvarin 7 de Yozef Nisefor Niyepsi ve Lui Dager dayaniqli insan foto resmi cekmeyi bacardilar Muasir fotodan ferqli olaraq cekilmis ilk foto neqativ deyildi foto pozitiv idi Onu ise yalniz duz gunes sualari altinda gormek olurdu Hemcinin foto pozitivden kocurme suretcixarma mumkun deyildi Lui Dagerin Dagerotip adlandirdigi bu kesfi 19 avqust 1839 cu ilde Fransa Elmler Akademiyasi terefinden resmilesdirildi 1844 cu ilde Boyuk Britaniyali fiziki ve kimyacisi ixtiraci Uilyam Henri Foks Talbot terefinden The Pencil of Nature adli ilk foto illustrasiyali kitab nesr olunmusdur Praktik cehetden ilk fotoqrafik goruntu elde etme usulu Dagerotipiya ve ya dagerrotipiya fr Daguerreotype adlanirdi Dagerotipiya usulu 1822 ci ilde fransiz ixtiracisi Yozef Nisefor Niyepsi terefinden yaradilmis ve ressam Lui Dager terefinden 7 yanvar 1839 cu ilde Fransa Elmler Akademiyasina teqdim edilmisdir Dagerotipiya aparati Dagerotipde tesvirin keyfiyyeti tebeqenin hamarligi ile duz mutenasib olmusdur Cetinliyi ve bahali olmasina gore genis istifade olunmamisdi Dagerotipiya usulu ile fotoqrafik goruntu almaq ucun gumus suyuna cekilmis ve yaxsica hamarlanmis mis lovheler yod buxarina tutulurdu Neticede lovhenin uzerinde isiga hessas nazik gumus yodid tebeqesi emele gelir Lovhe kamera obskura icinde 15 30 deqiqe gozledilir ve isigin tesiri ile gumus yodid tebeqesinin uzerinde gizli tesvir formalasirdi Tesviri uze cixarmaq ucun cive buxarindan istifade edilirdi Studiyada bu texnika ile foto cekerken arxadan kureyi ve qolu sabit saxlamaq ucun xususi aparat teleb olunurdu Buna gore de fotolardaki insanlar dimdik formada gorunurdu 1851 ci ilde yas kollodion prosesinin kesf olunmasi ile cetin ve tehlukeli olan dagerotipiyadan imtina edildi Rengli fotoqrafiyaRengli fotoqrafiyanin tarixi XIX esrin ortalarindan baslamisdir Onlarin cekilmesi ucun uc fotokameradan istifade edilirdi bu fotokameralara reng filtri qirmizi yasil ve goy qurasdirilirdi Ilk rengli fotosekil 1861 ci ilde numayis olunmusdu Istifade olunan rengayirma prinsipi fotonun qirmizi yasil ve goy filtrle cekilmesi numayis etdirilmek ucun ise bu sekillerin uygun filtrlerle ust uste proyeksiya olunmasini nezerde tuturdu Esas problemlerden biri rengleri en yaxsi sekilde oturmek imkani veren foto emulsiyalarin hazirlanmasi idi Fotoqrafiyanin inkisaf merheleleri1852 ci ilde Corc Eastman Kodak masinlarinda 10 poza ceke bilen bromur qabli Jelatin rulolar olan Kodak fotosekil masinlarini satisa cixararaq cox boyuk aletler dasinmasi lazim olan fotoqrafa asan hereket imkani temin etdi Foto cekildikden sonra masin fabrike gonderilir ve jelatin film kagizdan ayrildiqdan sonra bir suse uzerine yerlesdirilir ve sonra yeniden masina film doldurularaq sahibine qaytarilirdi 1870 ci ilde Hermann Vogel emulsiyonlari muxtelif vannalara batiraraq hessasliqlarini artirma yolunu tapdi 1880 ci ilde qirmiziya qarsi hessasligi cox mehdud olan ortokomatik filmin yaninda pankromatik filmler ortaya cixdi Fotosekil XIX ve XX esrlerde muxtelif astigmat lupalarin selluloza eslli filmlerin istifade edilmesi fotoaparat ve film senayesinde inkisaflarla indiki veziyyetine geldi Fotoqrafiya termini bir az gec 1878 ci ilde qebul edilmis ve ilk defe olaraq Fransa akademiyasinin lugetine salinmisdi XIX esrin sonu XX esrin evvellerinde fotoqrafiyada yeni usul piktorializm meydana cixir Bu fotonu incesenete yaxinlasdirdi Piktorializm ingilis dilinden pictorial ressamliq XIX esrin sonu XX esrin evvellerinde Avropa ve Amerika foto senetinde yaranmis cereyandir Ressamliq elementlerini fotoya getirmekle onu senete yaxinlasdirdilar Bu effekti elde etmek ucun fotoqraflar muxtelif texniki usullara el atirdilar yumsaldici obyektiv filtrlerden istifade pozitivin gumus duzlar ve s ile islenilmesi 1886 ci ilde fransiz Luksemburqlu fizik ve ixtiraci Qabriel Lipmanin fr Jonas Ferdinand Gabriel Lippmann 16 avqust 1845 13 iyul 1921 maragini fotolovhe uzerinde gunes spektrinda rengleri askar etmeye imkan veren bir usul cekdi 2 fevral 1891 ci ilde o bu usulu Elmler Akademiyasinca aciqladi Goruntuye tesir etmeden fotolovhe uzerinde reng spektrinin goruntusunu almaga nail oldum Qabriel Lipman seklin renglerini coxaltmaga imkan veren yeni bir usulun kesfine ve dalgalarin interferensiyasini esaslandirdigina gore 1908 ci ilde Fizika uzre Nobel mukafati laureati olmusdur 28 oktyabr 1914 cu ilde Kodak sirketi rengli fotoqrafiya uzerinde ise baslamisdir Fotoqrafiya yaranan zaman estetikada bele bir fikir hokm sururdu ki yalniz elle yaradilan eserler incesenet numunesi hesab olunur Yeri gelmisken texniki incesenet novleri nin hamisi eyni inqilabi yasayib ilk dovrlerinde onlar mezeli attraksionlar kino daha sonra informasiya oturmeyi bacaran texniki vasiteler televiziya kimi qebul olunurdu Yalniz yeni senet novu yaratma zerureti prosesinde kommunikativ senetler meydana cixdi Foto yeni yaranan zaman fransiz ressami Delaros 1797 1856 onun imkanlarini analiz ederek demisdi Ressamliq bu gunden mehv oldu Fotoqrafiyanin bir senet kimi yaradici tarixi bir nece inkisaf merhelesine bolunur Baslangicda fotoqraflar monumental hereketsiz daglar evler obyektleri cekmeye ustunluk verirdiler Portretlere gelince ugurlu isin alinmasi ucun modeller uzun muddet yerlerinde donub qalmali olurdular Bu merhele 1939 cu ilden baslayaraq texminen novbeti 10 15 ili ehate etdi Novbeti merhele fototexnologiyanin inkisafi shutter in isiga hessas hisseye isigin tesir etmesini teyin eden vaxt intervalidir bir nece deqiqeden saniyeye enmesi ve genis obyektivlerin yaranmasi ile bagli oldu Azerbaycanda fotoqrafiyanin tarixiAzerbaycanda ilk fotolar XIX esrin II yarisina texminen 1870 ci illere aiddir Bu illerdeki fotolar ecnebi fotoqraflar terefinden cekilirdi Bu fotolar esasen Bakinin heyat terzini neft senayesini eks etdirirdi Ilk azerbaycanli pesekar fotoqraf Mircavad Axundzade 1909 1996 hesab edilir MenbeA G Fotografiya Enciklopedicheskij slovar Brokgauza i Efrona v 86 t 82 t i 4 dop SPb 1890 1907 T XXXVI S 404 418 Novaya istoriya fotografii Pod red Mishelya Frizo Per s franc SPb Machina Andrej Naslednikov 2008 Kraus R Pereizobretenie sredstva Istoriya fotografii Sinij divan 2003 3 S 105 127 Evgenov S V Dager Neps Talbot Populyarnyj ocherk ob izobretatelyah fotografii M 1938 Dokumenty po istorii izobreteniya fotografii Perepiska Zh N Nepsa Zh M Dagera i dr lic M 1949 Hramov Yu A Lippman Gabriel Ionas Lippmann Gabriel Jonas Fiziki Biograficheskij spravochnik Pod red A I Ahiezera Izd 2 e ispr i dopoln M Nauka 1983Xarici kecidlerThe Silver Canvas Daguerreotype Masterpieces from the J Paul Getty Museum Bates Lowry Isabel Barrett Lowry 1998 A History of Photography from its Beginnings Till the 1920s by Dr Robert Leggat now hosted by Dr Michael Prichard The First Photograph 2009 12 27 at the Wayback Machine at Photo Histories the photographers history of photography The Photo History Timeline Collection Niepce Museum Video 09 03 notable historical still images now colorized Istinadlar Online Etymology Dictionary 2017 07 02 tarixinde Istifade tarixi 2016 03 01 Light Through the Ages 2016 03 03 at the Wayback Machine Robert E Krebs Groundbreaking Scientific Experiments Inventions and Discoveries of the Middle Ages and the Renaissance Greenwood Publishing Group 2004 ISBN 0 313 32433 6 Alistair Cameron Crombie Science optics and music in medieval and early modern thought p 205 http bakunews az din 4081 slam dininin elm verdiyi dyr v mslman alimlr html 2017 04 22 at the Wayback Machine Islam dininin elme verdiyi deyer ve muselman alimler Wade Kaitlyjj Finger Stanley The eye as an optical instrument from camera obscura to Helmholtz s perspective Perception 30 10 2001 1157 77 doi 10 1068 p3210 PMID 11721819 Eliquliyev R M Salmanova P M Informasiya cemiyyeti maraqli xronoloji faktlar Baki Informasiya Texnologiyalari nesriyyati 2013 169 seh Kratkij spravochnik fotolyubitelya 1985 s 8 Istoriya izobreteniya fotografii rus Fotografiya Provereno 24 yanvarya 2016 2013 11 13 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2016 03 13 John F W Herschel 1839 Note on the art of photography or the application of the chemical rays of light to the purposes of pictorial representation 2021 09 30 at the Wayback Machine Proceedings of the Royal Society of London 4 131 133 On page 132 Herschel mentions the use of hyposulfites 2007 12 25 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2016 03 13 http photodrom com book history talbotipiya Talbolipiya olu kecid Cvetnaya fotografiya Enciklopedicheskij slovar Brokgauza i Efrona v 86 t 82 t i 4 dop SPb 1890 1907 T XXXVIIa S 856 858 Gabriel Lippmann 2001 07 27 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 03 13 https peshekar wordpress com 2010 12 19 2021 09 26 at the Wayback Machine Fotoqrafiyanin tarixi