Fosforit müharibəsi (est. Fosforiidisõda) — Estoniya SSR-da 1980-ci ildə başlamış genişmiqyaslı ekoloji etirazlar. Etirazlara səbəb ölkənin şimal şərqində olan fosforit yataqlarının işlənməsi ilə bağlı planlar idi. Etirazlar uğur qazanmaqla yanaşı həm də, Estoniyanın azadlığı uğrunda hərəkatın inkişaf etməsinə də təsir etdi. Etirazçılar ekoloji tarazlığın pozulmasından qorxduqları qədər həm də digər sovet respublikalarından bura işçilərin gətirilməsindən və nəticədə demoqrafik balansın pozulmasından da narahat idilər. Etirazların uğur qazanması siyasi tələbli etirazların da inkişafına və sovet hökumətinin də nüfuzunun düşməsinə səbəb oldu.
![image](https://www.wikimedia.az-az.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraW1lZGlhLmF6LWF6Lm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTltTDJabUwwVnpkRzl1YVdGdVgzQm9iM053YUc5eWFYUmxYMlJsY0c5emFYUnpMbk4yWnk4ek1EQndlQzFGYzNSdmJtbGhibDl3YUc5emNHaHZjbWwwWlY5a1pYQnZjMmwwY3k1emRtY3VjRzVuLnBuZw==.png)
Ümumi məlumat və başlanğıc
Fosforit yataqların Estoniyanın şimalında müxtəlif ərazilərdə tapılmışdı. O cümlədən də Avropada ən böyük fosforit yatağı da Lyaene-Virumaa bölgəsinin Rakvere rayonunda tapılmışdı. Estoniyada fosforit yatağının işlənməsinə 1924-cü ildə Maardu yaxınlığında başlanılır. Digər mədənlərin də kəşfiyyatı və işlənməsi 1991-ci ilə qədər davam edib. Bu isə bölgədə ekoloji problemlərə yol açıb. E.Kozlovskiy. Baltikyanı fosforit hövzəsi / Прибалтийский фосфоритоносный бассейн. Moskva. ISBN .
1970-ci illərdə SSRİ rəhbərliyi Lyaene-Virumaa bölgəsində yataqların işlənməsinə maraq göstərdi. Əvvəlcə Toolse yataqlarının işlənməsinə maraq göstərilsə də sonradan Rakveredə olan yataqlara diqqət göstərilir. Yataqların işlənməsi ilə bağlı planları ictimaiyyətə xəbər verməsələr belə ilk mərhələlərdən bu yataqların işlənməsi ilə bağlı müzakirələrdə iştirak edən eston alim və ekoloqlar ətraf mühitin çirklənməsi ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. Onların arasında Estoniya Elmlər Akademiyasının üzvü Endel Lippmaa da var idi.
Əsas hadisələr
Fosforit yataqlarının istifadə olunacağı ilə bağlı xəbərlər geniş kütləyə 25 fevral 1987-ci ildə əyan oldu. Məhz bu günü Fosforit müharibəsinin başladığı gün kimi qəbul edirlər. Bu tarixdə Estoniyanın şimalında yerləşən yataqların işlənməsi ilə bağlı eston televiziyası tərəfindən xəbər verilir. Estoniyanın kommunist partiyası son qərarın estonlardan asılı olduğunu desə də, yataqların işlənməsi ilə bağlı planlar artıq hökumət tərəfindən təsdiqlənmişdi.
Yeni yataqların işlənməsinə qarşı imzalar toplandı etirazlar edildi. Etirazların ən böyüyü 1987-ci ilin yazında baş verdi. Əmək günü münasibətilə keçirilən ənənəvi nümayişdə Tartu universitetinin tələbələri üzərində etiraz yazıları olan sarı köynəklərlə meydana çıxmış və fosforit yataqlarının işlənməsinə qarşı şüarlar səsləndirmişlər.
8 may tarixində Priyt Payarn Sirp ja Vasar ("Oraq və çəkic") qəzetində "Ancaq peyin" adlı karikaturanı çap etdirdi. Bu karikaturada kəndli öz torpağına Estoniyanın coğrafi ərazisi formasında peyin atır. Karikatura tez tez müzakirə edilirdi və Estoniya tarixində nəşr edilmiş ən tanınmış karikaturalardan birinə çevrildi. Yataqların işlənməsinə qarşı mübarizə qələbə ilə nəticələndi və 18 sentyabr 1987-ci ildə sovet hökuməti bu planlarından vaz keçdi. Fosforit müharibəsinin rəsmi sonu bəlli deyil lakin bu hərəkat növbəti 1988-ci il ərzində sakitləşdi.
Nəticələr
Müharibənin gözlənilməz nəticələri ölkənin həyatında böyük rol oynadı. Fosforit müharibəsi xalq kütlələrini və birlikdə hərəkət etməyin mümkünlüyü hissini oyatdı, rejim qarşısında qorxunun yox olmasında əsas rol oynadı. Ümumilikdə bu müharibə Estoniyada sovet hökumətinin sabitliyinin pozulmasının əsas səbəblərindən biri oldu.
Bölgədə fosforit çıxarılması mövzusu bu müharibədən sonra bir daha qaldırılmayıb. Şirkətlərin təkliflərinə isə hökumət yox cavabı verib. Ancaq 2016-cı ildə Estoniyanın Ətraf Mühit Nazirliyi xəbər verdi ki, bir çox faydalı qazıntıların o cümlədən də fosforitin tapılması və çıxarılması ilə bağlı işlər aparıla bilər.
İstinadlar
- Jean-Jacques Subrenat, redaktorEstonia: identity and independence. New York: Rodopi. 2004. ISBN .
- Vogt, Henri. Between Utopia and disillusionment : a narrative of the political transformation in Eastern Europe. New York; Oxford: Berghahn Books. 2005. 333. ISBN . 2022-07-28 tarixində . İstifadə tarixi: 2020-01-14.
- Vyaçeslav Vişnevskiy / Вячеслав Вишневский. "SSRİ tabutuna ilk mismarı vurmaq Estoniyaya nəsib olub / Первый гвоздь в гроб СССР удалось забить Эстонии". "Baxış" qəzeti / Деловая газета "Взгляд" (rus). vz.ru. 25 fevral 2017. 2021-10-28 tarixində . İstifadə tarixi: 17 yanvar 2020.
- Toivo Miljan. Historical dictionary of Estonia. Oksford: Rowman & Littlefield. 2004. səh. 558. ISBN .
- Anto Raukas, Aada Teedumäe. . Tallin: Estonian Academy Publishers. 1997. səh. 436.
Ədəbiyyat
- A.Potapov "Фосфоритная проблема" в Эстонии как форма политизации масс в годы перестройки / Estoniyada "Fosforit problemi" yenidənqurma dövründə kütlənin siyasiləşməsi forması kimi 2018-11-23 at the Wayback Machine// Наука XXI века: опыт прошлого – взгляд в будущее : Материалы международной научно-практической конференции / XXI əsr elmi: keçmişin təcrübəsi - gələcəyə baxış : Beynəlxalq elmi-praktiki konfransın materialları. - 2015 - Səh. 478-481
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Fosforit muharibesi est Fosforiidisoda Estoniya SSR da 1980 ci ilde baslamis genismiqyasli ekoloji etirazlar Etirazlara sebeb olkenin simal serqinde olan fosforit yataqlarinin islenmesi ile bagli planlar idi Etirazlar ugur qazanmaqla yanasi hem de Estoniyanin azadligi ugrunda herekatin inkisaf etmesine de tesir etdi Etirazcilar ekoloji tarazligin pozulmasindan qorxduqlari qeder hem de diger sovet respublikalarindan bura iscilerin getirilmesinden ve neticede demoqrafik balansin pozulmasindan da narahat idiler Etirazlarin ugur qazanmasi siyasi telebli etirazlarin da inkisafina ve sovet hokumetinin de nufuzunun dusmesine sebeb oldu Estoniyanin fosforit yataqlariUmumi melumat ve baslangicFosforit yataqlarin Estoniyanin simalinda muxtelif erazilerde tapilmisdi O cumleden de Avropada en boyuk fosforit yatagi da Lyaene Virumaa bolgesinin Rakvere rayonunda tapilmisdi Estoniyada fosforit yataginin islenmesine 1924 cu ilde Maardu yaxinliginda baslanilir Diger medenlerin de kesfiyyati ve islenmesi 1991 ci ile qeder davam edib Bu ise bolgede ekoloji problemlere yol acib E Kozlovskiy Baltikyani fosforit hovzesi Pribaltijskij fosforitonosnyj bassejn Moskva ISBN 5 85270 007 X 1970 ci illerde SSRI rehberliyi Lyaene Virumaa bolgesinde yataqlarin islenmesine maraq gosterdi Evvelce Toolse yataqlarinin islenmesine maraq gosterilse de sonradan Rakverede olan yataqlara diqqet gosterilir Yataqlarin islenmesi ile bagli planlari ictimaiyyete xeber vermeseler bele ilk merhelelerden bu yataqlarin islenmesi ile bagli muzakirelerde istirak eden eston alim ve ekoloqlar etraf muhitin cirklenmesi ile bagli narahatliqlarini ifade etmisdiler Onlarin arasinda Estoniya Elmler Akademiyasinin uzvu Endel Lippmaa da var idi Esas hadiselerFosforit yataqlarinin istifade olunacagi ile bagli xeberler genis kutleye 25 fevral 1987 ci ilde eyan oldu Mehz bu gunu Fosforit muharibesinin basladigi gun kimi qebul edirler Bu tarixde Estoniyanin simalinda yerlesen yataqlarin islenmesi ile bagli eston televiziyasi terefinden xeber verilir Estoniyanin kommunist partiyasi son qerarin estonlardan asili oldugunu dese de yataqlarin islenmesi ile bagli planlar artiq hokumet terefinden tesdiqlenmisdi Yeni yataqlarin islenmesine qarsi imzalar toplandi etirazlar edildi Etirazlarin en boyuyu 1987 ci ilin yazinda bas verdi Emek gunu munasibetile kecirilen enenevi numayisde Tartu universitetinin telebeleri uzerinde etiraz yazilari olan sari koyneklerle meydana cixmis ve fosforit yataqlarinin islenmesine qarsi suarlar seslendirmisler 8 may tarixinde Priyt Payarn Sirp ja Vasar Oraq ve cekic qezetinde Ancaq peyin adli karikaturani cap etdirdi Bu karikaturada kendli oz torpagina Estoniyanin cografi erazisi formasinda peyin atir Karikatura tez tez muzakire edilirdi ve Estoniya tarixinde nesr edilmis en taninmis karikaturalardan birine cevrildi Yataqlarin islenmesine qarsi mubarize qelebe ile neticelendi ve 18 sentyabr 1987 ci ilde sovet hokumeti bu planlarindan vaz kecdi Fosforit muharibesinin resmi sonu belli deyil lakin bu herekat novbeti 1988 ci il erzinde sakitlesdi NeticelerMuharibenin gozlenilmez neticeleri olkenin heyatinda boyuk rol oynadi Fosforit muharibesi xalq kutlelerini ve birlikde hereket etmeyin mumkunluyu hissini oyatdi rejim qarsisinda qorxunun yox olmasinda esas rol oynadi Umumilikde bu muharibe Estoniyada sovet hokumetinin sabitliyinin pozulmasinin esas sebeblerinden biri oldu Bolgede fosforit cixarilmasi movzusu bu muharibeden sonra bir daha qaldirilmayib Sirketlerin tekliflerine ise hokumet yox cavabi verib Ancaq 2016 ci ilde Estoniyanin Etraf Muhit Nazirliyi xeber verdi ki bir cox faydali qazintilarin o cumleden de fosforitin tapilmasi ve cixarilmasi ile bagli isler aparila biler IstinadlarJean Jacques Subrenat redaktorEstonia identity and independence New York Rodopi 2004 ISBN 90 420 0890 3 Vogt Henri Between Utopia and disillusionment a narrative of the political transformation in Eastern Europe New York Oxford Berghahn Books 2005 333 ISBN 1 57181 895 2 2022 07 28 tarixinde Istifade tarixi 2020 01 14 Vyaceslav Visnevskiy Vyacheslav Vishnevskij SSRI tabutuna ilk mismari vurmaq Estoniyaya nesib olub Pervyj gvozd v grob SSSR udalos zabit Estonii Baxis qezeti Delovaya gazeta Vzglyad rus vz ru 25 fevral 2017 2021 10 28 tarixinde Istifade tarixi 17 yanvar 2020 Toivo Miljan Historical dictionary of Estonia Oksford Rowman amp Littlefield 2004 seh 558 ISBN 978 0810849044 Anto Raukas Aada Teedumae Tallin Estonian Academy Publishers 1997 seh 436 EdebiyyatA Potapov Fosforitnaya problema v Estonii kak forma politizacii mass v gody perestrojki Estoniyada Fosforit problemi yenidenqurma dovrunde kutlenin siyasilesmesi formasi kimi 2018 11 23 at the Wayback Machine Nauka XXI veka opyt proshlogo vzglyad v budushee Materialy mezhdunarodnoj nauchno prakticheskoj konferencii XXI esr elmi kecmisin tecrubesi geleceye baxis Beynelxalq elmi praktiki konfransin materiallari 2015 Seh 478 481