Təfəkkür — cisim və hadisələr arasındakı qanunauyğun əlaqə va münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan mürəkkəb idrak prosesidir.
Təfəkkür başqa idrak proseslərindən fərqli olaraq cisim və hadisələrin daxili əlaqələrini, mahiyyətini əks etdirir. Bunsuz xarici aləmi dərk etmək, onun qanunauyğunluqlarından istifadə etmək mümkün olmazdı.
Hiss və duyğular vasitəsilə toplanan məlumatın beyində cəmlənməsi və istehsalı ′′′təfəkkür′′′ adlanır. Təfəkkür cism və hadisələrin mahiyyətinin onlar arasında asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inkasından ibarət idrak prosesidir. Şüur onun özəyi, duyğu və qavrayış isə mənbəyidir.
Təfəkkür anlayışı
Təfəkkür ali psixi fəaliyyətin insana məxsus bir forması olub, cisim və hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli (insana məxsus olan həyat təcrübəsi, bilik ehtiyatları) qabiliyyət təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin aktiv fəaliyyət forması da demək olar.
Duyğu, qavrama, təsəwür proseslərindən fərqli olaraq təfəkkür zamanı insan faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir, bunların əsasında mühakimə yürüdür. Təfəkkür prosesi zamanı biz, subyektiv hissiyyata əsaslanan faktlara deyil, hadisələrin daxili varlığından, mücərrəd keyfiyyətlərdən yaranan və onların əsl mahiyyətini aşkar edən, başqa sözlə, real varlıqdan yaranan faktlara əsaslanırıq. Məsələn, qanaxma ilə xəstəxanaya daxil olan xəstəni müayinə edərkən həkim nəinki qanaxmanın xarakterini, hansı damarların zədələnməsini, eyni zamanda qanaxmanın nəyin təsirindən baş verməsini, itirilən qanın miqdarını, gələcəkdə nə kimi ağırlaşmaların ola biləcəyini təsəvvür edir və bunlara əsasən tədbir görür.
Təfəkkür assosiativ təsəvvürlərin oxşarlığı, uyğunluğu, ahəngdarlığı və eyni zamanda meydana çıxması kimi proseslərə əsaslanır. Lakin təfəkkür assosiasiyalardan keyfiyyətcə fərqlənən daha mürəkkəb prosesdir. Belə ki, təfəkkür məlum faktlar əsasında yeni fikir və məzmun yaradır.
Təfəkkür prosesinə təsəvvür və anlayışların inteqrasiyası, təhlili əsasında müvəqqəti əlaqələrin yaranması kimi də baxmaq olar. Təfəkkürün dinamikası mərkəzi sinir sistemində optimal oyanmanın yaranması və in- duksiya qanununa əsasən lazımsız fikirlərin və assosiasiyaların ləngiməsinə (tormazlanmasma) əsaslanır. Başqa sözlə, təfəkkür məqsədəuyğun şəkildə müəyyən istiqamətə yönəlmiş proseslərin ardıcıl, müntəzəm fəaliyyəti və bu prosesə mane olan digər proseslərin ləngiməsi fonunda meydana çıxır.
Təfəkkürün normal fəaliyyəti yalnız düşüncə aydın olduğu halda mümkündür. Düşüncənin bu və ya başqa dərəcədə pozulması təfəkkürün yeknəsəkliyinə, əlaqəsizliyinə, bəzən isə avtomatik fəaliyyət göstərməsinə səbəb olur.
Təfəkkür insanın yaradıcı fəaliyyətinin əsasını təşkil edir. Ona əsaslanaraq biz maddi nemətlər istehsal edir, sənət əsərləri yaradır və fəaliyyətimizi idarə edirik. Təfəkkür prosesi zamanı biz faktları təhlil edir, ümumiləşdirir və yeni nəticələrə gəlirik: məsələn, həkimin xəstəni müayinəsi, diaqnoz və müalicə təyin etməsi.
Təfəkkür idrak prosesinin yüksək bir forması olmaqla özü də bir neçə mərhələdən ibarətdir:
- Təsəvvürlər- keçmişdə qavranılan və yaddaşımızda iz buraxmış hadisələrdir. Bunlar real varlığı əks etdirən faktlar olub konkret təfəkkürün əsasını təşkil edir.
- Abstraksiya formasıdır. Bunun vasitəsilə abstrakt təfəkkür meydana çıxır.
Təfəkkürün ifadə forması nitq və yazıdır
Nitq insan cəmiyyətinin inkişafının müəyyən mərhələsində meydana çıxmış və onu n tarixi inkişafının başlıca cəhətini təşkil edən bir vasitə olmaqla, insanlar arasında ünsiyyətin əsasmı təşkil edir.
Görkəmli fizioloq I. P. Pavlov ikinci siqnal sisteminə aid olan tədqiqatları ilə təfəkkürün əsasında duran bioloji proseslərin mahiyyətini aydınlaşdırdı. Məlum oldu ki, ikinci siqnal sistemi təfəkkürün fizioloji əsası olub, düşüncəli fəaliyyətin ən ali prosesidir.
Psixologiya təfəkkürü konkret subyektin real psixi fəaliyyəti kimi, təfəkkürün necə inkişaf etməsini, necə yaranmasını, onun strukturunu, digər fəaliyyət növləri ilə qarşılıqlı əlaqələrini öyrənir. Təfəkkürün təbiətini açan A. N. Leontyev qeyd edirdi ki, təfəkkürün quruluşu praktik fəaliyyətin quruluşuna yaxınlığı ilə prinsipial xarakter daşıyır. Təfəkkürün motivi tez-tez fəaliyyətin motivi ilə üst-üstə düşür. Fikri fəaliyyət praktik fəaliyyətdən fərqli olaraq özünün spesifik xüsusiyyətinə malikdir. O daxilidir, qısaldılmışdır və avtomatlaşmışdır. Təfəkkür insanın təlim, əmək, oyun fəaliyyətində və tinkişafında, şəxsiyyətə çevrilməsində xüsusi rol oynayır. Peşə fəaliyyətində əsas məzmun komponentini təfəkkür təşkil edir və o Bu iş tamamilə pedaqoji fəaliyyətə də aid edilir.
Təfəkkürün keyfiyyətləri
- Əqlin genişliyi
- Əqlin konkretliyi
- Əqlin dərinliyi
- Əqlin çevikliyi
- Əqlin itiliyi (fikrin sürəti)
- Əqlin tələskənliyi
- Fikrin məntiqliyi
- Təfəkkürün müstəqilliyi
- Təfəkkürün tənqidiliyi
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
- Təfəkkür anlayışı [ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tefekkur cisim ve hadiseler arasindaki qanunauygun elaqe va munasibetlerin umumilesmis ve vasiteli inikasindan ibaret olan murekkeb idrak prosesidir Tefekkur basqa idrak proseslerinden ferqli olaraq cisim ve hadiselerin daxili elaqelerini mahiyyetini eks etdirir Bunsuz xarici alemi derk etmek onun qanunauygunluqlarindan istifade etmek mumkun olmazdi Hiss ve duygular vasitesile toplanan melumatin beyinde cemlenmesi ve istehsali tefekkur adlanir Tefekkur cism ve hadiselerin mahiyyetinin onlar arasinda asililiqlarin insan suurunda umumilesmis ve vasiteli inkasindan ibaret idrak prosesidir Suur onun ozeyi duygu ve qavrayis ise menbeyidir Tefekkur anlayisiTefekkur ali psixi fealiyyetin insana mexsus bir formasi olub cisim ve hadiselerden onlar arasindaki elaqe ve qanunauygunluqlardan eqli netice cixarmaq qabiliyyetine deyilir Tefekkur prosesinin esasini eqli insana mexsus olan heyat tecrubesi bilik ehtiyatlari qabiliyyet teskil edir Basqa sozle tefekkure intellektin aktiv fealiyyet formasi da demek olar Duygu qavrama tesewur proseslerinden ferqli olaraq tefekkur zamani insan faktlari muqayise ve tehlil edir onlarin arasindaki elaqeleri qanunauygunluqlari ve diger munasibetleri nezerden kecirir bunlarin esasinda muhakime yurudur Tefekkur prosesi zamani biz subyektiv hissiyyata esaslanan faktlara deyil hadiselerin daxili varligindan mucerred keyfiyyetlerden yaranan ve onlarin esl mahiyyetini askar eden basqa sozle real varliqdan yaranan faktlara esaslaniriq Meselen qanaxma ile xestexanaya daxil olan xesteni muayine ederken hekim neinki qanaxmanin xarakterini hansi damarlarin zedelenmesini eyni zamanda qanaxmanin neyin tesirinden bas vermesini itirilen qanin miqdarini gelecekde ne kimi agirlasmalarin ola bileceyini tesevvur edir ve bunlara esasen tedbir gorur Tefekkur assosiativ tesevvurlerin oxsarligi uygunlugu ahengdarligi ve eyni zamanda meydana cixmasi kimi proseslere esaslanir Lakin tefekkur assosiasiyalardan keyfiyyetce ferqlenen daha murekkeb prosesdir Bele ki tefekkur melum faktlar esasinda yeni fikir ve mezmun yaradir Tefekkur prosesine tesevvur ve anlayislarin inteqrasiyasi tehlili esasinda muveqqeti elaqelerin yaranmasi kimi de baxmaq olar Tefekkurun dinamikasi merkezi sinir sisteminde optimal oyanmanin yaranmasi ve in duksiya qanununa esasen lazimsiz fikirlerin ve assosiasiyalarin lengimesine tormazlanmasma esaslanir Basqa sozle tefekkur meqsedeuygun sekilde mueyyen istiqamete yonelmis proseslerin ardicil muntezem fealiyyeti ve bu prosese mane olan diger proseslerin lengimesi fonunda meydana cixir Tefekkurun normal fealiyyeti yalniz dusunce aydin oldugu halda mumkundur Dusuncenin bu ve ya basqa derecede pozulmasi tefekkurun yeknesekliyine elaqesizliyine bezen ise avtomatik fealiyyet gostermesine sebeb olur Tefekkur insanin yaradici fealiyyetinin esasini teskil edir Ona esaslanaraq biz maddi nemetler istehsal edir senet eserleri yaradir ve fealiyyetimizi idare edirik Tefekkur prosesi zamani biz faktlari tehlil edir umumilesdirir ve yeni neticelere gelirik meselen hekimin xesteni muayinesi diaqnoz ve mualice teyin etmesi Tefekkur idrak prosesinin yuksek bir formasi olmaqla ozu de bir nece merheleden ibaretdir Tesevvurler kecmisde qavranilan ve yaddasimizda iz buraxmis hadiselerdir Bunlar real varligi eks etdiren faktlar olub konkret tefekkurun esasini teskil edir Abstraksiya formasidir Bunun vasitesile abstrakt tefekkur meydana cixir Tefekkurun ifade formasi nitq ve yazidir Nitq insan cemiyyetinin inkisafinin mueyyen merhelesinde meydana cixmis ve onu n tarixi inkisafinin baslica cehetini teskil eden bir vasite olmaqla insanlar arasinda unsiyyetin esasmi teskil edir Gorkemli fizioloq I P Pavlov ikinci siqnal sistemine aid olan tedqiqatlari ile tefekkurun esasinda duran bioloji proseslerin mahiyyetini aydinlasdirdi Melum oldu ki ikinci siqnal sistemi tefekkurun fizioloji esasi olub dusunceli fealiyyetin en ali prosesidir Psixologiya tefekkuru konkret subyektin real psixi fealiyyeti kimi tefekkurun nece inkisaf etmesini nece yaranmasini onun strukturunu diger fealiyyet novleri ile qarsiliqli elaqelerini oyrenir Tefekkurun tebietini acan A N Leontyev qeyd edirdi ki tefekkurun qurulusu praktik fealiyyetin qurulusuna yaxinligi ile prinsipial xarakter dasiyir Tefekkurun motivi tez tez fealiyyetin motivi ile ust uste dusur Fikri fealiyyet praktik fealiyyetden ferqli olaraq ozunun spesifik xususiyyetine malikdir O daxilidir qisaldilmisdir ve avtomatlasmisdir Tefekkur insanin telim emek oyun fealiyyetinde ve tinkisafinda sexsiyyete cevrilmesinde xususi rol oynayir Pese fealiyyetinde esas mezmun komponentini tefekkur teskil edir ve o Bu is tamamile pedaqoji fealiyyete de aid edilir Tefekkurun keyfiyyetleriEqlin genisliyi Eqlin konkretliyi Eqlin derinliyi Eqlin cevikliyi Eqlin itiliyi fikrin sureti Eqlin teleskenliyi Fikrin mentiqliyi Tefekkurun musteqilliyi Tefekkurun tenqidiliyiHemcinin baxAlogizmIstinadlarXarici kecidlerTefekkur anlayisi olu kecid