Bu məqaləni lazımdır. |
Fazil xan Şeyda (1783, Bicar, Kürdüstan ostanı – 1852, Təbriz) — şair, diplomat, pedaqoq.
Fazil xan Şeyda | |
---|---|
fars. فاضلخان شیدا | |
Doğum tarixi | 1783 |
Doğum yeri | |
Vəfat tarixi | 1852 |
Vəfat yeri | |
Fəaliyyəti | şair, katib[d] |
Fazil xan Şeyda Vikimənbədə |
Həyatı
Fazil xan 1783-cü ildə Təbrizdə mühəndis ailəsində doğulmuşdur. Əsl adı Molla Fətulladır, Təbrizdə mükəmməl ruhani təhsili almışdır. O əvvəlcə öz atası Məhəmmədhüseynin, sonra Təbrizin məşhur müctəhidi Mirzə Əhmədin yanında təhsil almışdır. İlahiyyat üzrə mükəmməl biliyə yiyələnmiş Fazil xan poeziyaya daha çox həvəs göstərmişdir.
1827-ci ildə Təbrizin rus qoşunları tərəfindən işğalı ilə bağlı bir sıra ruhanilərin və İran əyanlarının çoxunun Abbas mirzəyə xəyanət etmələri Fazil xanı qəzəbləndirmişdi. O, belələrinə həcv yazmışdır. Fazil xanın professor M. Mustafayevin qeyd etdiyimiz kitabına daxil edilmiş satirik şeirində riyakar ruhanilərin əmmaməsini "şeytan yuvasına", əbasını "riyakarlıq donuna", xınalı saqqalını "nəcasətə bulanmış ayaqyolu süpürgəsinə" oxşadan şair belələrini "qoca zinakar, nəfsin qulu və şərarət törəməsi" adlandırır və deyir ki, "bu həcvlərlə təbrizlilərin fəxr etmələri təəccüblü deyil. Ona görə ki, Təbrizdə sakin olan haramzadələri həcv etmək Təbriz əhalisi üçün fəxarət və nəcabət işi sayılır.
Onun həcvləri xalq arasında çox böyük uğur qazanmışsa da, müəllifinə qarşı düşmənlərinin hücumlarına səbəb olmuşdur. Buna görə də Fazil xan Təbrizdən qaçaraq Deh-Kirqana getmişdir. Bu vaxt İran vəliəhdi Abbas mirzə (1738–1833) orada knyaz Paskeviçlə sülh danışıqları aparırdı. Burada Fazil xan rus səfirliyinin təmsilçisi Qriboyedov və Abbasqulu Bakıxanovla tanış olmuş, knyaz Paskeviç tərəfindən səmimi qarşılanmışdır. O, sülh müqaviləsinin imzalanmasında iştirak etmişdir. Abbas Mirzə onun fars və ərəb ədəbiyyatına dair nadir biliklərini yüksək qiymətləndirmiş və şahzadə Xosrov mirzənin (1813–1875) müəllimi təyin etmişdir. Bundan sonra şair, ruhani qulluğundan imtina edərək özünün Molla Fətulla adını Fazil xan adı ilə dəyişmiş və Şeyda təxəllüsünü qəbul etmişdir.
Böyük rus yazıçısı və diplomatı Qriboyedovun 1829-cu il yanvar ayının 3-də Tehranda faciəli ölümü ilə bağlı Fətəli şahın xüsusi nümayəndəsi kimi 18 yaşlı nəvəsi Xosrov Mirzə Peterburqa I Nikolayınsarayına göndəriləndə onu müşayiət edən heyətə Fazil xan saray şairi kimi daxil edilmişdir.
Maraqlı haldır ki, bu səfər zamanı A. S. Puşkin təsadüfi olaraq Fazil xan Şeyda ilə görüşmüşdür. Bu görüş 1829-cu il mayın 24-də Gürcüstan torpağında Kazbek və Kobi kəndləri arasındakı yolda baş tutmuşdur. Nekroloqda deyilir ki, A. S. Puşkinin Ərzurum səfərinə dair gündəliyində həmin görüş belə təsvir edilmişdir: "İran şahzadəsini gözləyirdik. Kazbekdən bir qədər aralıda qarşımıza bir neçə kolyaska çıxdı, qoruyucu dəstəsinin zabiti bizə elan etdi ki, o, saray şairini yola salır. Mənim arzumla o məni Fazil xana təqdim etdi. Mən tərcüməçinin köməyi ilə onu təmtəraqlı Şərq qaydası ilə salamlamağa başlayanda çox utandım, çünki mənim yersiz və gülünc sözlərimin müqabilində Fazil xan çox sadə, ağıllı, abırlı adamlara xas olan nəzakətlə cavab verdi. O məni Peterburqda görəcəyinə ümid edir və bizim tanışlığımızın bu qədər qısa olacağına təəssüflənirdi. Mən utanaraq, zarafatyana danışıq ədasını bir kənara qoymağa məcbur oldum və adi Avropa ibarələrindən istifadə etməyə başladım. Biz ruslara xas olan məsxərəçilik mənə ibrət dərsi oldu. Bundan sonra insanın barəsində onun qoyun dərisindən tikilmiş papağına və rəng çəkilmiş dırnaqlarına görə fikir yürütmürəm".
Fazil xanın Puşkinlə görüşü onda xoş təəssürat oyatmışdı. Həmin görüşlə bağlı Puşkin 1829-cu il mayın 25-də Kobi kəndində aşağıdakı şeiri yazmışdır: "Bəh-bəh nə xeyirli gün, xoş saat, Qafqaz dağlarında, Tale bizi birləşdirdi bu vaxt". Puşkin digər 2 şeirində birbaşa Fazil xana müraciət edərək deyir:
Uğurlu olsun sənin yeni yolun, Bizim sərt şimala sənin səfərin. Burada baharın ömrü qısa olsa da, Hafiz, Sədinin adları tanışdır diyarımıza. Qısa gecəli diyarımızı gəzərkən, Qoy bir iz qalsın səndən. Şərqin əfsanələr güllərini, sən, Şimal qarılarına səpərsən.
İran nümayəndə heyətinin tərkibində (1829-cu il avqustun 4-dən oktyabrın 17-dək) Fazil xan Peterburqun qabaqcıl ictimaiyyəti və şərqşünasları ilə tanış olmağa çalışmışdır. O, şərq dilləri müəllimi kimi Rusiyada qalmaq arzusunu bildirmiş və bunu I Nikolaya təqdim etdiyi qəsidədə göstərmişdi. Bu qəsidənin tərcüməsi Peterburqda çıxan "Podsnejnik" almanaxında dərc edilmişdir. Qəsidədə şair taleyindən şikayətlənir: "Fazil hələ sənə heç bir xidmət göstərməmişdir, lakin sən lütfkarlıq göstər və onu öz qullarının sırasına qəbul et… O, taleyin etibarsızlığına etiraz edir. Ona imkan ver, öz taleyinə müqavimət göstərsin…".
Faktlardan məlum olur ki, Fazil xan öz görüşləri, söhbət və çıxışları ilə İranın istedadlı şairi və ədibi kimi Peterburq ictimaiyyətinin dərin rəğbətini qazanmışdır. Belə ki, onun Peterburqda olmasına şeirlər həsr edilmişdir. O cümlədən, 1829-cu il avqustun 8-də və 19-da qraf D. İ. Xvostovun (1757–1835) Fazil xanla görüşü barədə "Rus şairi ilə İran şairinin görüşü" və "Fazil xan Şeydaya" adlı şeirlərini qeyd etmək olar. Həmin şeirlər D. İ. Xvostovun 1830-cu ildə Peterburqda nəşr olunmuş əsərlərinin 5-ci cildinə daxil edilmişdir (səh. 117–119, 379). O. A. Prjetslavskinin (1799–1879) xatirələrindən məlum olur ki, Xosrov Mirzənin şərəfinə təşkil olunmuş bir ziyafətdə "…şair Peterburqun əhatə olunduğu aristokrat dairələrinə mənsub olan gözəl xanımlarına vurulmuş, onların albomlarında öz dilində şeirlər yazmışdır" ("Ruskaya starina", S.-Peterburq, 1883, avqust ayı, səh.405). Güman etmək olar ki, şair aşağıdakı şeirini məhz həmin ziyafətdən aldığı xoş təəssürat və şən əhval sayəsində yazmışdır:
Gər Fazil-i Şeyda xəbərin sorsalar söylə, Yorğunca köpək bir sürü ceyran arasında.
Abbas mirzənin ölümündən sonra Xosrov mirzənin gözlərini çıxartdırmış qardaşı Məhəmməd mirzə İran taxt-tacını əlinə keçirdikdə təqibə məruz qalmış Fazil xan 1838-ci ildə Qafqaza qaçmış və Tbilisidə, 1842-ci ildə rus təbəəliyini qəbul etmişdir. O, 1847-ci ildən etibarən Tbilisi şiə ruhani məktəbinə rəsmi müəllim təyin edilərək ilahiyyat, fars və ərəb dillərindən dərs deməklə yanaşı, N. Xanıkovun Qafqaz arxeologiyası üzrə, fars və ərəb epikqrafikasına aid məşğələlərində onun daimi köməkçisi olmuşdur.
Şeirlərində yüksək vəzifəli adamları tənqid etdiyinə görə dövlət məmurları və ruhanilərin təqiblərinə məruz qalmışdır. Buna görə 1838-ci ildə İranı tərk edərək Tiflisə gəlmiş və Rusiya təbəəliyinə keçmişdir. Fazil xan 1846-cı ildə Qafqaz canişinliyində dəftərxana müdiri, 1847-ci ildə isə Tiflisdə yeni açılmış şiə məktəbinə müəllim təyin edilmişdir. O, Tiflisdə yaşadığı zaman "Divani-hikmət" ədəbi məclisinin yığıncaqlarında iştirak etmişdir. Şair 1852-ci ildə Tiflisdə vəfat etmiş və şəhərin müsəlman qəbiristanlığında dəfn olunmuşdur.
Fazil xan Şeydanın həyat və fəaliyyəti ətraflı öyrənilmədiyi kimi əsərləri də tam halda əldə edilməmişdır.
Fazil xan və Abbasqulu ağa Bakıxanov
1827-ci ilin noyabrında İran Azərbaycanında (Dehxarqanda) Paskeviçin sədrliyi, Qriboyedovun katibliyi ilə Rusiya – İran dövlətləri arasında sülh məclisi açılır. Abbasqulu ağa Bakıxanov da həmin məclisdə Rusiya dövlətinin nümayəndəsi kimi iştirak edir. Dehxarqanda sülh danışıqları aparıldığı zaman Abbasqulu ağa Bakıxanov İran Azərbaycanı şairlərindən Fazil xan Şeyda ilə tanış olub, onu Paskeviçə təqdim edir.
Fazil xan Şeydanın İrandan Zaqafqaziyaya gəlməsində və burada müasir ruhda əsərlr yazmasında Abbasqulu ağa Bakıxanovun, şübhəsiz böyük rolu olmuşdur.
Vəfatı və Nikolay Xanıkov
"1852-ci il mart ayının 1-də axşam saat 8 radələrində, yoxsul bir mənzildə kədərli səhnənin şahidi idim. Kiçik bir otağın sağ küncündə yorğana bürünmüş bir insan uzanmışdı. Yanında qoca qardaşı, üç uşağı və çadralı gənc arvadı oturmuşdular. Hamı sükut və hüzn içərisində idi. Hündür şamdanda qoyulmuş piy şamının zəif işığında xəstənin solmuş üzü görünür və nəfəsinin xırıltısı eşidilirdi. Bu onun can üstə olmasını bildirən əlamət idi… O, başını qardaşına tərəf çətinliklə çevirməyə çalışır, nəsə demək istəyirdi. Titrək səslə ifadə etdiyi sözləri axıra çatdırmadan əbədi olaraq susub sakitləşdi. Eşidilən sözlər belə idi: "Mənim vəsiyyət etməyə heç nəyim yoxdur. Bir ürəyim var…" Beləliklə, olduqca gözəl bir insanın ömrü başa çatdı. Bu – Fazil xan Şeyda – İran şairi və alimidir".
Bu sözlər Fazil xan Şeydanın ölümü münasibətilə şərqşünas Nikolay Xanıkov tərəfindən "Qafqaz" qəzetinin 19 mart 1852-ci il tarixli, 19-cu sayında dərc edilmiş "Nekroloq"da yazılmışdır. N. Xanıkov XIX əsrin 40-cı illərindən etibarən Tiflisdə Fazil xan Şeyda ilə bir yerdə işləmiş məşhur şərqşünas alimdir.
Fazil xan Şeyda haqqında A. S. Puşkinin bir neçə kəlmədən ibarət olan sözləri, Peterburq mətbuatında dərc edilmiş bir qəsidəsinin tərcüməsi və barəsində yazılmış bir neçə qısa xatirə, N. Xanıkovun qeydləri, məlum olan iki-üç şeiri, mərhum Şıxəli Qurbanovun və Mustafa Mustafayevin şair haqqında qısa yazıları (Şıxəli Qurbanov. "Puşkin və Azərbaycan poeziyası". Bakı, 1956, səh.28,29) istisna olmaqla, onun həyat fəaliyyəti və yaradıcılığı bu günə qədər tədqiq edilməmiş, çoxsaylı şeirləri və elmi-pedaqoji əsərlərinin saxlandığı yer naməlum qalmışdır.
"XIX əsr Azərbaycan satirik şeir nümunələri" kitabının (Bakı, 1983) müəllifi professor M. Mustafayevin tədqiqatına görə, Fazil xan Şeydanın fəaliyyəti haqqında nə XIX əsrə dair məxəz və mənbələrdə, nə tərtib edilmiş təzkirə və məcmuələrdə, nə də ədəbiyyat tarixlərində məlumat var (göstərilən kitab, səh.31). Bu baxımdan vaxtilə Fazil xan Şeydanın həyatı, şəxsiyyəti, çoxsaylı şeirləri, eləcə də elmi fəaliyyəti və müəllifi olduğu bir sıra dərslik və dərs vəsaitlərinin canlı şahidi olmuş N. Xanıkovun yazdığı nekroloqda deyilənlərə şair haqqında yeganə sənədli məlumat və gərəkli elmi tədqiqat obyekti kimi yanaşmaq olar.
N. Xanıkov nekroloqda yazır: "Fazil xan əməksevərliyi ilə fərqlənən bir insan idi. O, fars, ərəb və türk dilləri üzrə mətnləri tam asanlıqla tərcümə edirdi. Müəllifi olduğu bir sıra dərslik və dərs vəsaitləri, o cümlədən, seçilmiş hədislər toplusu, Quranın çətin yerlərinin şərhi, ərəb dilinin əsasları, fars dilinin qrammatikası, türk və Azərbaycan dillərində şəriət kitabı şiə məktəblərində əsas rəhbər dərsliklər kimi qəbul edilmişdir".
N. Xanıkovun yazdığı nekroloqda deyilir: "Fazil xanın təkcə elmi əsərləri və təhsili onun fitri istedadını, müstəsna poetik xüsusiyyətlərini əks etdirmir. Fazil xan şeirləri çox asanlıqla yazır və bədahətən söyləyirdi. Bu şeirlər çox məzmunlu və dəyərli idi". Fazil xan Şeydanın kəskin və qeyri-adi satirik dil məharəti ilə yazılmış həcvlərindən aldığı təəssüratı eyni ilə ifadə etməyə çalışan N. Xanıkov yazır: "Fazil xanın satiralarında əvvəldən axıra qədər nə isə qeyri-adi bir istehza, göz yaşları arasında gülüş, öz ağasının dəyənəyinin təsirindən saxta ezop barışığı hiss olunur və bizim zövqümüzün tələblərinə baxmayaraq, hətta avropalılara ciddi təsir göstərir. O, riyakar mollaları və mirzələri daha çox qamçılayır, həmişə və hər yerdə onları özünün şəxsi düşmənləri hesab edirdi. Şair qəlbinin çırpıntıları acı kupletlər şəklində bu molla və mirzələrin qırxıq başlarına yağış kimi yağır və çox vaxt onları təkəbbürlü başlarındakı çalmaların altında taqətsiz hala salırdı. Elə bir müqayisə və oxşatma, elə bir ritorik fiqur yox idi ki, Fazil xan onları öz "dost"larının boyuna biçməsin, lakin indi onlar rahat ola bilərlər, indi Fazil xan əbədi susmuşdur və onun mübariz şeirləri qəbrinin qara kərpicdən tikilmiş günbəzinin altından heç vaxt eşidilməyəcək". Şairə yazılmış nekroloq belə qəmli sözlərlə tamamlanmışdır.
Müasirlik və azadlıq vurğunu olan Fazil xanın kimliyi, həyat fəaliyyəti, onun Molla Fətullah dini adını Fazil xan dünyəvi adla dəyişməsi, "Şeyda" ("Dəli aşiq") təxəllüsünü qəbul etməsinin səbəbi, XIX əsrdə Rusiya – Azərbaycan mədəni əlaqələr tarixinin ilk səhifəsini açan simalardan olması, xüsusilə Fazil xan Şeydanın timsalında Azərbaycan poeziya xəzinəsinin naməlum qalmış daha bir nümayəndəsinin aşkarlanması məhz həmin nekroloqun sayəsində mümkün olmuşdur. Nə yaxşı ki Fazil xan Şeyda özünün yüksək əxlaqi keyfiyyətləri, elmi biliyi və istedadı sayəsində mühacir həyatında tənhalığa üstün gəlmiş, Nikolay Xanıkov kimi şöhrətli alimin hüsn-rəğbəti və səmimi dost vəfasından bəhrələnə bilmişdir.
Yazdığı nekroloqda Fazil xan Şeydanın barışmaz mübariz, görkəmli ədib və qüdrətli satirik şair simasını təsvir edən N. Xanıkov şairin Azərbaycan ədəbiyyat tarixində layiqli yer tutmasını müəyyənləşdirməyə imkan verən yeganə şəxsdir. Bu, xalqlararası dostluğun ən yaxşı nümunələrindən olaraq şərqşünas alimin Azərbaycan xalqına bəxş etdiyi dəyərli bir töhfədir.
Ədəbiyyat
- Персидский поэт XIX в. Фазил-хан Шайда: (К встрече Пушкина с миссией Хосров-мирзы и к русско-иранским культурным отношениям) // Средневековый Восток: История, культура, источниковедение. М., 1980. С. 226–230, 313–318
- Вейденбаум Е. Г. Примечания и объяснения к "Путешествию в Арзрум" и хронологическая канва к путешествию А. С. Пушкина на Кавказ в 1829 году // Кавказская поминка о Пушкине. Тифлис, 1899. С. 50–51;
- Попов А. В. Из кавказских встреч А. С. Пушкина: 1. Фазиль-хан Шейда // Пушкинский сборник. Ставрополь, 1949. С. 5–8 (Тр. Ставропольского гос. пед. ин-та. Вып. 4);
- Розенфельд А. З. 1) А. С. Пушкин в персидских переводах // Вестн. ЛГУ. 1949. № 6. С. 81–83; 2)
- Персидский поэт XIX в. Фазил-хан Шайда: (К встрече Пушкина с миссией Хосров-мирзы и к русско-иранским культурным отношениям) // Средневековый Восток: История, культура, источниковедение. М., 1980. С. 226–230, 313–318;
- Рафили М. М. Ф. Ахундов: Жизнь и творчество. Баку, 1957. С. 58–62;
- Белкин Д. И. 1) Встреча Пушкина с персидским стихотворцем Фазыл-ханом Шайда // Литературные связи и традиции: Межвуз. сб. Горький, 1974. Вып. 4. С. 179–186; 2) Пушкинские строки о Персии // Пушкин в странах зарубежного Востока: Сб. ст. М., 1979. С. 184–185;
- Кусов Г. И. Малоизвестные страницы Кавказского путешествия А. С. Пушкина. 2-е изд., доп. Орджоникидзе, 1987. С. 149–156;
- Шейман Л. А., Соронкулов Г. У. "…В горах Кавказа судьба соединила нас": (Пушкин и персидский поэт Фазиль-хан) // Шейман Л. А., Соронкулов Г. У. Пушкин и его современники: Восток — Запад: Очерки. Бишкек, 2000. С. 174–191
- "Благословен твой подвиг новый…": (Пушкин и Фазиль-хан) // Рус. яз. и лит. в школах Кыргызстана. 1998. № 1 (231). С. 115–129).
İstinadlar
- Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində (PDF). İstifadə tarixi: 2016-08-13.
- "Russkaya starina", 1883-cü il, avqust, səh.404–405
Həmçinin bax
Xarici keçidlər
- Фазил-Хан Шайда
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Fazil xan Seyda 1783 Bicar Kurdustan ostani 1852 Tebriz sair diplomat pedaqoq Fazil xan Seydafars فاضل خان شیدا Dogum tarixi 1783Dogum yeri Bicar Bicar sehristani Kurdustan ostani IranVefat tarixi 1852Vefat yeri Tebriz Tebriz sehristani Serqi Azerbaycan ostani IranFealiyyeti sair katib d Fazil xan Seyda VikimenbedeHeyatiFazil xan 1783 cu ilde Tebrizde muhendis ailesinde dogulmusdur Esl adi Molla Fetulladir Tebrizde mukemmel ruhani tehsili almisdir O evvelce oz atasi Mehemmedhuseynin sonra Tebrizin meshur muctehidi Mirze Ehmedin yaninda tehsil almisdir Ilahiyyat uzre mukemmel biliye yiyelenmis Fazil xan poeziyaya daha cox heves gostermisdir 1827 ci ilde Tebrizin rus qosunlari terefinden isgali ile bagli bir sira ruhanilerin ve Iran eyanlarinin coxunun Abbas mirzeye xeyanet etmeleri Fazil xani qezeblendirmisdi O belelerine hecv yazmisdir Fazil xanin professor M Mustafayevin qeyd etdiyimiz kitabina daxil edilmis satirik seirinde riyakar ruhanilerin emmamesini seytan yuvasina ebasini riyakarliq donuna xinali saqqalini necasete bulanmis ayaqyolu supurgesine oxsadan sair belelerini qoca zinakar nefsin qulu ve seraret toremesi adlandirir ve deyir ki bu hecvlerle tebrizlilerin fexr etmeleri teeccublu deyil Ona gore ki Tebrizde sakin olan haramzadeleri hecv etmek Tebriz ehalisi ucun fexaret ve necabet isi sayilir Onun hecvleri xalq arasinda cox boyuk ugur qazanmissa da muellifine qarsi dusmenlerinin hucumlarina sebeb olmusdur Buna gore de Fazil xan Tebrizden qacaraq Deh Kirqana getmisdir Bu vaxt Iran veliehdi Abbas mirze 1738 1833 orada knyaz Paskevicle sulh danisiqlari aparirdi Burada Fazil xan rus sefirliyinin temsilcisi Qriboyedov ve Abbasqulu Bakixanovla tanis olmus knyaz Paskevic terefinden semimi qarsilanmisdir O sulh muqavilesinin imzalanmasinda istirak etmisdir Abbas Mirze onun fars ve ereb edebiyyatina dair nadir biliklerini yuksek qiymetlendirmis ve sahzade Xosrov mirzenin 1813 1875 muellimi teyin etmisdir Bundan sonra sair ruhani qullugundan imtina ederek ozunun Molla Fetulla adini Fazil xan adi ile deyismis ve Seyda texellusunu qebul etmisdir Boyuk rus yazicisi ve diplomati Qriboyedovun 1829 cu il yanvar ayinin 3 de Tehranda facieli olumu ile bagli Feteli sahin xususi numayendesi kimi 18 yasli nevesi Xosrov Mirze Peterburqa I Nikolayinsarayina gonderilende onu musayiet eden heyete Fazil xan saray sairi kimi daxil edilmisdir Maraqli haldir ki bu sefer zamani A S Puskin tesadufi olaraq Fazil xan Seyda ile gorusmusdur Bu gorus 1829 cu il mayin 24 de Gurcustan torpaginda Kazbek ve Kobi kendleri arasindaki yolda bas tutmusdur Nekroloqda deyilir ki A S Puskinin Erzurum seferine dair gundeliyinde hemin gorus bele tesvir edilmisdir Iran sahzadesini gozleyirdik Kazbekden bir qeder aralida qarsimiza bir nece kolyaska cixdi qoruyucu destesinin zabiti bize elan etdi ki o saray sairini yola salir Menim arzumla o meni Fazil xana teqdim etdi Men tercumecinin komeyi ile onu temteraqli Serq qaydasi ile salamlamaga baslayanda cox utandim cunki menim yersiz ve gulunc sozlerimin muqabilinde Fazil xan cox sade agilli abirli adamlara xas olan nezaketle cavab verdi O meni Peterburqda goreceyine umid edir ve bizim tanisligimizin bu qeder qisa olacagina teessuflenirdi Men utanaraq zarafatyana danisiq edasini bir kenara qoymaga mecbur oldum ve adi Avropa ibarelerinden istifade etmeye basladim Biz ruslara xas olan mesxerecilik mene ibret dersi oldu Bundan sonra insanin baresinde onun qoyun derisinden tikilmis papagina ve reng cekilmis dirnaqlarina gore fikir yurutmurem Fazil xanin Puskinle gorusu onda xos teessurat oyatmisdi Hemin gorusle bagli Puskin 1829 cu il mayin 25 de Kobi kendinde asagidaki seiri yazmisdir Beh beh ne xeyirli gun xos saat Qafqaz daglarinda Tale bizi birlesdirdi bu vaxt Puskin diger 2 seirinde birbasa Fazil xana muraciet ederek deyir Ugurlu olsun senin yeni yolun Bizim sert simala senin seferin Burada baharin omru qisa olsa da Hafiz Sedinin adlari tanisdir diyarimiza Qisa geceli diyarimizi gezerken Qoy bir iz qalsin senden Serqin efsaneler gullerini sen Simal qarilarina sepersen Iran numayende heyetinin terkibinde 1829 cu il avqustun 4 den oktyabrin 17 dek Fazil xan Peterburqun qabaqcil ictimaiyyeti ve serqsunaslari ile tanis olmaga calismisdir O serq dilleri muellimi kimi Rusiyada qalmaq arzusunu bildirmis ve bunu I Nikolaya teqdim etdiyi qesidede gostermisdi Bu qesidenin tercumesi Peterburqda cixan Podsnejnik almanaxinda derc edilmisdir Qesidede sair taleyinden sikayetlenir Fazil hele sene hec bir xidmet gostermemisdir lakin sen lutfkarliq goster ve onu oz qullarinin sirasina qebul et O taleyin etibarsizligina etiraz edir Ona imkan ver oz taleyine muqavimet gostersin Faktlardan melum olur ki Fazil xan oz gorusleri sohbet ve cixislari ile Iranin istedadli sairi ve edibi kimi Peterburq ictimaiyyetinin derin regbetini qazanmisdir Bele ki onun Peterburqda olmasina seirler hesr edilmisdir O cumleden 1829 cu il avqustun 8 de ve 19 da qraf D I Xvostovun 1757 1835 Fazil xanla gorusu barede Rus sairi ile Iran sairinin gorusu ve Fazil xan Seydaya adli seirlerini qeyd etmek olar Hemin seirler D I Xvostovun 1830 cu ilde Peterburqda nesr olunmus eserlerinin 5 ci cildine daxil edilmisdir seh 117 119 379 O A Prjetslavskinin 1799 1879 xatirelerinden melum olur ki Xosrov Mirzenin serefine teskil olunmus bir ziyafetde sair Peterburqun ehate olundugu aristokrat dairelerine mensub olan gozel xanimlarina vurulmus onlarin albomlarinda oz dilinde seirler yazmisdir Ruskaya starina S Peterburq 1883 avqust ayi seh 405 Guman etmek olar ki sair asagidaki seirini mehz hemin ziyafetden aldigi xos teessurat ve sen ehval sayesinde yazmisdir Ger Fazil i Seyda xeberin sorsalar soyle Yorgunca kopek bir suru ceyran arasinda Abbas mirzenin olumunden sonra Xosrov mirzenin gozlerini cixartdirmis qardasi Mehemmed mirze Iran taxt tacini eline kecirdikde teqibe meruz qalmis Fazil xan 1838 ci ilde Qafqaza qacmis ve Tbiliside 1842 ci ilde rus tebeeliyini qebul etmisdir O 1847 ci ilden etibaren Tbilisi sie ruhani mektebine resmi muellim teyin edilerek ilahiyyat fars ve ereb dillerinden ders demekle yanasi N Xanikovun Qafqaz arxeologiyasi uzre fars ve ereb epikqrafikasina aid mesgelelerinde onun daimi komekcisi olmusdur Seirlerinde yuksek vezifeli adamlari tenqid etdiyine gore dovlet memurlari ve ruhanilerin teqiblerine meruz qalmisdir Buna gore 1838 ci ilde Irani terk ederek Tiflise gelmis ve Rusiya tebeeliyine kecmisdir Fazil xan 1846 ci ilde Qafqaz canisinliyinde defterxana mudiri 1847 ci ilde ise Tiflisde yeni acilmis sie mektebine muellim teyin edilmisdir O Tiflisde yasadigi zaman Divani hikmet edebi meclisinin yigincaqlarinda istirak etmisdir Sair 1852 ci ilde Tiflisde vefat etmis ve seherin muselman qebiristanliginda defn olunmusdur Fazil xan Seydanin heyat ve fealiyyeti etrafli oyrenilmediyi kimi eserleri de tam halda elde edilmemisdir Fazil xan ve Abbasqulu aga Bakixanov1827 ci ilin noyabrinda Iran Azerbaycaninda Dehxarqanda Paskevicin sedrliyi Qriboyedovun katibliyi ile Rusiya Iran dovletleri arasinda sulh meclisi acilir Abbasqulu aga Bakixanov da hemin meclisde Rusiya dovletinin numayendesi kimi istirak edir Dehxarqanda sulh danisiqlari aparildigi zaman Abbasqulu aga Bakixanov Iran Azerbaycani sairlerinden Fazil xan Seyda ile tanis olub onu Paskevice teqdim edir Fazil xan Seydanin Irandan Zaqafqaziyaya gelmesinde ve burada muasir ruhda eserlr yazmasinda Abbasqulu aga Bakixanovun subhesiz boyuk rolu olmusdur Vefati ve Nikolay Xanikov 1852 ci il mart ayinin 1 de axsam saat 8 radelerinde yoxsul bir menzilde kederli sehnenin sahidi idim Kicik bir otagin sag kuncunde yorgana burunmus bir insan uzanmisdi Yaninda qoca qardasi uc usagi ve cadrali genc arvadi oturmusdular Hami sukut ve huzn icerisinde idi Hundur samdanda qoyulmus piy saminin zeif isiginda xestenin solmus uzu gorunur ve nefesinin xiriltisi esidilirdi Bu onun can uste olmasini bildiren elamet idi O basini qardasina teref cetinlikle cevirmeye calisir nese demek isteyirdi Titrek sesle ifade etdiyi sozleri axira catdirmadan ebedi olaraq susub sakitlesdi Esidilen sozler bele idi Menim vesiyyet etmeye hec neyim yoxdur Bir ureyim var Belelikle olduqca gozel bir insanin omru basa catdi Bu Fazil xan Seyda Iran sairi ve alimidir Bu sozler Fazil xan Seydanin olumu munasibetile serqsunas Nikolay Xanikov terefinden Qafqaz qezetinin 19 mart 1852 ci il tarixli 19 cu sayinda derc edilmis Nekroloq da yazilmisdir N Xanikov XIX esrin 40 ci illerinden etibaren Tiflisde Fazil xan Seyda ile bir yerde islemis meshur serqsunas alimdir Fazil xan Seyda haqqinda A S Puskinin bir nece kelmeden ibaret olan sozleri Peterburq metbuatinda derc edilmis bir qesidesinin tercumesi ve baresinde yazilmis bir nece qisa xatire N Xanikovun qeydleri melum olan iki uc seiri merhum Sixeli Qurbanovun ve Mustafa Mustafayevin sair haqqinda qisa yazilari Sixeli Qurbanov Puskin ve Azerbaycan poeziyasi Baki 1956 seh 28 29 istisna olmaqla onun heyat fealiyyeti ve yaradiciligi bu gune qeder tedqiq edilmemis coxsayli seirleri ve elmi pedaqoji eserlerinin saxlandigi yer namelum qalmisdir XIX esr Azerbaycan satirik seir numuneleri kitabinin Baki 1983 muellifi professor M Mustafayevin tedqiqatina gore Fazil xan Seydanin fealiyyeti haqqinda ne XIX esre dair mexez ve menbelerde ne tertib edilmis tezkire ve mecmuelerde ne de edebiyyat tarixlerinde melumat var gosterilen kitab seh 31 Bu baximdan vaxtile Fazil xan Seydanin heyati sexsiyyeti coxsayli seirleri elece de elmi fealiyyeti ve muellifi oldugu bir sira derslik ve ders vesaitlerinin canli sahidi olmus N Xanikovun yazdigi nekroloqda deyilenlere sair haqqinda yegane senedli melumat ve gerekli elmi tedqiqat obyekti kimi yanasmaq olar N Xanikov nekroloqda yazir Fazil xan emekseverliyi ile ferqlenen bir insan idi O fars ereb ve turk dilleri uzre metnleri tam asanliqla tercume edirdi Muellifi oldugu bir sira derslik ve ders vesaitleri o cumleden secilmis hedisler toplusu Quranin cetin yerlerinin serhi ereb dilinin esaslari fars dilinin qrammatikasi turk ve Azerbaycan dillerinde seriet kitabi sie mekteblerinde esas rehber derslikler kimi qebul edilmisdir N Xanikovun yazdigi nekroloqda deyilir Fazil xanin tekce elmi eserleri ve tehsili onun fitri istedadini mustesna poetik xususiyyetlerini eks etdirmir Fazil xan seirleri cox asanliqla yazir ve bedaheten soyleyirdi Bu seirler cox mezmunlu ve deyerli idi Fazil xan Seydanin keskin ve qeyri adi satirik dil mehareti ile yazilmis hecvlerinden aldigi teessurati eyni ile ifade etmeye calisan N Xanikov yazir Fazil xanin satiralarinda evvelden axira qeder ne ise qeyri adi bir istehza goz yaslari arasinda gulus oz agasinin deyeneyinin tesirinden saxta ezop barisigi hiss olunur ve bizim zovqumuzun teleblerine baxmayaraq hetta avropalilara ciddi tesir gosterir O riyakar mollalari ve mirzeleri daha cox qamcilayir hemise ve her yerde onlari ozunun sexsi dusmenleri hesab edirdi Sair qelbinin cirpintilari aci kupletler seklinde bu molla ve mirzelerin qirxiq baslarina yagis kimi yagir ve cox vaxt onlari tekebburlu baslarindaki calmalarin altinda taqetsiz hala salirdi Ele bir muqayise ve oxsatma ele bir ritorik fiqur yox idi ki Fazil xan onlari oz dost larinin boyuna bicmesin lakin indi onlar rahat ola bilerler indi Fazil xan ebedi susmusdur ve onun mubariz seirleri qebrinin qara kerpicden tikilmis gunbezinin altindan hec vaxt esidilmeyecek Saire yazilmis nekroloq bele qemli sozlerle tamamlanmisdir Muasirlik ve azadliq vurgunu olan Fazil xanin kimliyi heyat fealiyyeti onun Molla Fetullah dini adini Fazil xan dunyevi adla deyismesi Seyda Deli asiq texellusunu qebul etmesinin sebebi XIX esrde Rusiya Azerbaycan medeni elaqeler tarixinin ilk sehifesini acan simalardan olmasi xususile Fazil xan Seydanin timsalinda Azerbaycan poeziya xezinesinin namelum qalmis daha bir numayendesinin askarlanmasi mehz hemin nekroloqun sayesinde mumkun olmusdur Ne yaxsi ki Fazil xan Seyda ozunun yuksek exlaqi keyfiyyetleri elmi biliyi ve istedadi sayesinde muhacir heyatinda tenhaliga ustun gelmis Nikolay Xanikov kimi sohretli alimin husn regbeti ve semimi dost vefasindan behrelene bilmisdir Yazdigi nekroloqda Fazil xan Seydanin barismaz mubariz gorkemli edib ve qudretli satirik sair simasini tesvir eden N Xanikov sairin Azerbaycan edebiyyat tarixinde layiqli yer tutmasini mueyyenlesdirmeye imkan veren yegane sexsdir Bu xalqlararasi dostlugun en yaxsi numunelerinden olaraq serqsunas alimin Azerbaycan xalqina bexs etdiyi deyerli bir tohfedir EdebiyyatPersidskij poet XIX v Fazil han Shajda K vstreche Pushkina s missiej Hosrov mirzy i k russko iranskim kulturnym otnosheniyam Srednevekovyj Vostok Istoriya kultura istochnikovedenie M 1980 S 226 230 313 318 Vejdenbaum E G Primechaniya i obyasneniya k Puteshestviyu v Arzrum i hronologicheskaya kanva k puteshestviyu A S Pushkina na Kavkaz v 1829 godu Kavkazskaya pominka o Pushkine Tiflis 1899 S 50 51 Popov A V Iz kavkazskih vstrech A S Pushkina 1 Fazil han Shejda Pushkinskij sbornik Stavropol 1949 S 5 8 Tr Stavropolskogo gos ped in ta Vyp 4 Rozenfeld A Z 1 A S Pushkin v persidskih perevodah Vestn LGU 1949 6 S 81 83 2 Persidskij poet XIX v Fazil han Shajda K vstreche Pushkina s missiej Hosrov mirzy i k russko iranskim kulturnym otnosheniyam Srednevekovyj Vostok Istoriya kultura istochnikovedenie M 1980 S 226 230 313 318 Rafili M M F Ahundov Zhizn i tvorchestvo Baku 1957 S 58 62 Belkin D I 1 Vstrecha Pushkina s persidskim stihotvorcem Fazyl hanom Shajda Literaturnye svyazi i tradicii Mezhvuz sb Gorkij 1974 Vyp 4 S 179 186 2 Pushkinskie stroki o Persii Pushkin v stranah zarubezhnogo Vostoka Sb st M 1979 S 184 185 Kusov G I Maloizvestnye stranicy Kavkazskogo puteshestviya A S Pushkina 2 e izd dop Ordzhonikidze 1987 S 149 156 Shejman L A Soronkulov G U V gorah Kavkaza sudba soedinila nas Pushkin i persidskij poet Fazil han Shejman L A Soronkulov G U Pushkin i ego sovremenniki Vostok Zapad Ocherki Bishkek 2000 S 174 191 Blagosloven tvoj podvig novyj Pushkin i Fazil han Rus yaz i lit v shkolah Kyrgyzstana 1998 1 231 S 115 129 IstinadlarTertib edeni Zaman Esgerli XIX esr Azerbaycan seiri antologiyasi PDF Milli Kitabxana az Serq Qerb 2005 2016 03 05 tarixinde PDF Istifade tarixi 2016 08 13 Russkaya starina 1883 cu il avqust seh 404 405Hemcinin baxVikimenbede Muellif Fazil xan Seyda ile elaqeli melumatlar var Azerbaycan edebiyyatiXarici kecidlerFazil Han Shajda