Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani; 1931, Qum – 16 iyun 2007, London) — İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah.
Məhəmməd Fazil Lənkərani | |
---|---|
fars. محمد فاضل لنکرانی | |
Doğum tarixi | 1931 |
Doğum yeri |
|
Vəfat tarixi | 16 iyun 2007 |
Vəfat yeri | |
Milliyyəti | Azərbaycanlı |
lankarani.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əslən Azərbaycanlı olan Həzrət Ayətullah əl-Üzma Haci Şeyx Muhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Böyük din alimi, Ayətullah olmuşdur. Atası Qum elmi hövzəsinin böyük alim və ustadlarından olmuş mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir. Anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqqında buyurur: "Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi".
Təhsil
Muhəmməd ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub İslam dininin incəliklərini öyrənməyə başlayır. İstedadlı və bacarıqlı olduğu üçün müqəddimat və səth dərslərini 6 ildə oxuyub başa çatdırır. 19 yaşında ikən Ayətullah Bürucerdinin “İstidlali fiqh və üsul” dərslərinin xaricinə gedir. Yaşının az, ağıl və zəkasının kifayət olması ilə ustad və tələbələrin diqqətini cəlb edir. Onun səmimi dostu və elmi müzakirələrdəki yoldaşı, əvvəldə qeyd etdiyimiz kimi, İmam Xomeyninin oğlu şəhid Ayətullah Mustafa Xomeyni olmuşdur.
Cənab Muhəmməd Fazil Lənkərani özünün təhsil illərini bu cür xatırlayır: "Orta məktəbi qurtardıqdan sonra İslami elmləri öyrənməyə son dərəcə rəğbətlə başladım... Ərəb ədəbiyyatının orta və ali səviyyəsinin bütün dövrlərini (kurslarını) yüksək səviyyədə oxudum. “Yüksək səviyyədə” deməkdə məqsədim budur ki, mən hər kitabı dərslərin gedişatında iki dəfə oxuyurdum. Əvvəlcə müəllim dərsi sinifdə tədris edirdi, dərsdən sonra isə həmin kitablarla bağlı dostlarımla yenidən mübahisə edirdim. Elə buna görə də, dərslərimdə irəli getdim və ilk dövrənin dərslərini altı il ərzində başa vurdum. Dəqiq yadımdadır, 19 yaşım olanda Ayətullah Bürucerdinin xaric dərslərində iştirak edirdim. İlk təhsil günlərimdə elmi mübahisə etdiyim bir dostum var idi. Dərslərimi onunla bəhs edirdim. Qışın soyuq günlərində “mütəhhər hərəmin” eyvanında açıq havada mübahisə etməyə məcbur olurduq. Ayətullah Bürucerdi bir məclisə dəvət olunmuşdu. Mən də atamla birlikdə bu məclisdə idim. Ayətullah Bürucerdi “Mütəvvəl” kitabından bir şer oxudu və bu şer haqqında məndən soruşmağa başladı. Mən dərhal cavab verdim. Bundan sonra o mənə əlli tümən pul hədiyyə etdi. Bu məbləğ o günlərdə çox dəyərə malik idi. Belə bir böyük şəxsiyyətin hədiyyə verməsi məni daha da ruhlandırdı və bundan sonra öz dərslərimə və əməllərimə daha diqqətlə nəzarət etməyə başladım."
Muhəmməd Fazil Lənkərani 11 il Ayətullahül-üzma Bürucerdinin üsul və fiqhin xaric dərslərində, həmçinin 9 il Ayətullahül-üzma İmam Xomeyninin dərslərində iştirak etmiş, bu iki elm mənbəyindən son dərəcə bəhrələnmişdir.
O, 5 ilə qədər Əllamə Təbatəbainin fəlsəfə və təfsir dərslərində iştirak edərək Səbzəvarinin “Mənzumə” və Molla Sədranın “Əsfar” kitablarını öyrənmişdir. Bunlardan əlavə o müxtəlif ustadların əxlaq və ideoloji bəhslərə aid dərslərində də iştirak etmişdir. Lakin onun əsas ixtisası şiə fiqhi və üsul elmləridir.
19 yaşlı bu cavan oğlan mərhum Ayətullah Bürucerdinin ali fiqh dərslərində iştirak etməyə başlayır. Tələbələr təəccüblə bir-birinə baxır və onun bu sinfə təsadüfən gəldiyini düşünürlər. Lakin o, dərslərdə mütəmadi iştirak edir.
Fatimiyyə günləri (cəmadil-əvvəl ayının 13-dən cəmadis-sani ayının 3-ədək olan 20 gün) imiş. Onların evində əza məclisi qurulubmuş. Bir gün Ayətullah Bürucerdi onu göstərib atasından soruşur: “O da dərsdə iştirak edirmi?” Mərhum Fazil cavab verir: “Muhəmməd nəinki sizin dərsinizdə iştirak edir, hətta buyurduğunuz bütün mətləbləri ərəbcə yazır”. Ayətullah heyrətlənib, onun yazdıqlarını istəyir və yarım saat ərzində diqqətlə oxuyub deyir: “Güman etməzdim ki, o bu yaşında dərslərin bütün incəliklərindən xəbərdar olsun və onları gözəl ibarələrlə, özü də ərəbcə yazsın”.
Həmin yazıların 1957-ci ildə “Nəhayətüt-təqrir” adlı 1-ci cildi, bir neçə ildən sonra isə 2-ci cildi çapdan çıxdı. Bu kitabdan söhbət düşəndə mərhum Ayətullah Bürucerdi deyərmiş: “Cavan tələbə – cavan müctəhid! Mən dünyadan köçəcəyəm, məndən qalan isə bu kitab olacaq”.
Bir müddət sonra Ayətullah İmam Xomeyni üsul elminin ali dərslərinin tədrisinə başlayır və Muhəmməd Fazil Lənkərani 7 il bu dərslərdə də iştirak edir, uyğun elmin bütün sirlərinə yiyələnir. Özü bu barədə deyir: “Ayətullah Bürucerdi ömrünün son 7-8 ilində gündə yalnız bircə saat tədrislə kifayətlənirdi. Təbii ki, tələbə üçün bu çox azdır. Ona görə də mən əlavə dərs yeri axtarırdım. Bir dəfə eşitdim ki, İmam Xomeyni üsul dərslərinə başlayıb. Mən onun necə tədris etdiyini bilmirdim. Amma, çox keçmədi anladım ki, axtardığımı tapmışam.
İmam Xomeyni fəlsəfə, irfan və digər elmlərdə də ustad olduğundan mətləbləri elə bəyan edirdi ki, hər şey gün kimi aydın olurdu”.
İmam Xomeyninin tədris etdiyi dərsləri tələbəlik həyatının ən şirin xatirələri və özünün ən böyük iftixarı adlandıran alim daha sonra deyir: “İmam Xomeyninin dərslərində iştirak etdiyim vaxtlar bir tələbə kimi mənim ən şirinli günlərim sayılır. Onun dərsləri bəzən 90 dəqiqəyə qədər uzanırdı, amma nə özü yorulurdu, nə də tələbələr. O dərslərin şirin xatirəsi hələ də yadımdadır. Mən onlardan ləzzət alırdım. O günlər Allahın mənə bəxş etdiyi ən şərəfli anlar idi”.
Tədris
Muhəmməd Fazil Lənkərani hövzəyə daxil olduqdan bir neçə il sonra, 16 yaşında ikən təhsillə yanaşı tədrisə də başlamışdır. Uzun illər ərəb dili, məntiq, üsul, fiqh və s. dərsləri tədris etdikdən və yüzlərlə şagird yetişdirdikdən sonra Məkasib, Rəsail və Kifayə kitablarını tədris etməyə başlayır. Onun Kifayə dərslərində 600-700 tələbə iştirak edirdi. Bu dərslər hövzə tələbələri tərəfindən böyük rəğbətlə qarşılanır və hövzənin ən məşhur ustadlarından hesab olunurdu. Həyatının uyğun dövrünü xatırlayan Ayətullah deyir: “Şərhi-lümə” kitabının İrs bölməsini tədris etdiyim vaxt dərsdə təxminən 100 nəfər iştirak edirdi. Bir gün diqqət yetirib gördüm ki, onların hamısı yaşca məndən böyükdür.”
60-cı illərin sonlarında Muhəmməd Fazil Lənkərani, Kifayə dərsində iştirak edən tələbələrinin xahişi ilə ali (xaric) üsul dərsinin tədrisinə başlayır və beləliklə böyük alim və müctəhidlər arasında seçilir.
Nitqinin şirinliyi, şiə dünyasının məşhur fiqh və üsul alimlərinin elmi əsasları barədə dərin məlumatı, əhli-sünnə alimlərinin nəzərləri ilə tanışlığı, güclü tədqiqat və araşdırmaları, habelə, şagirdlərini elmi bəhslərdə yaxından iştirak etməyə çağırıb möhkəm dəlillər və tutarlı cavablarla onların iradlarını aradan qaldırması, elmi hövzənin bu yorulmaz ustadının məziyyətlərindən sayılır. Elə buna görə də səthi dərsləri başa vuran tələbələr onun dərslərinə can atırdılar. Bir müddətdən sonra tələbələrinin xahişi ilə o, ali (xaric) fiqh dərslərinin də tədrisinə başlayır. Bu dərslər də hövzənin ən rövnəqli dərslərinə çevrilir. Bu cür tədrisdən bəhrələnmiş tələbələr indi elmi hövzənin adlı-sanlı ustadlarından və İslam dünyasının sayılıb-seçilən elmi, ictimai və siyasi simalarından hesab olunurlar.
Ayətullahül-üzma Muhəmməd Fazil Lənkərani Qum Elmiyyə Hövzəsində bir müddət səth dərslərini tədris etmişdir. 30 ildən çox üsul və fiqh fənlərini tədris etmişdir.
Arzularından biri Qurana təfsir yazmaq olan Ayətullah Lənkərani, fiqhi bəhslərə görə buna vaxt tapmasa da, cümə axşamı və cümə günləri hövzədə istirahət günləri olmasından istifadə edib Quran təfsiri mövzusunda çıxışlar etmiş və bu çıxışlar “Mədxəlüt-təfsir” adlı kitab şəklində çapdan çıxmışdır.
Elmi hövzədə xidməti
İmam Xomeyni İslam inqilabının qələbəsindən sonra Qum elmi hövzəsinin idarəsini Ayətullah Muhəmməd Fazil Lənkəraniyə tapşırmışdı. O, hövzənin Müdərrislər Şurasına başçılıq edirdi. On il elmi hövzənin İdarə Heyətinin sədri və Feyziyyə mədrəsəsinin müdiri vəzifəsində çalışmış alim digər məsul şəxslərlə birgə tələbələrin həm elmi, mənəvi və həm də məişət məsələləri ilə ciddi maraqlanırdı.
Tələbələrin elmə yiyələnmələrini sürətləndirmək məqsədilə onları elmi dərəcələr üzrə qruplaşdırmaq, “Məhdiyyə” tələbə şəhərciyinin təsis edilməsi, Feyziyyə mədrəsəsinin böyük iclas zalının tikilməsi və bir çox başqa işlər onun təkliflərindəndir.
Onun tədris sistemində səmərələşdirici təkliflərindən biri də hövzənin ayrı-ayrı ixtisaslara bölünməsidir. Hövzəyə müdiriyyəti dövründə bununla bağlı çox zəhmət çəkmiş, mərceyi-təqlid olduğu zaman isə “Məsum imamlar“ fiqh mərkəzini yaratmışdı.
Əhli-beyt məhəbbəti onun Qum şəhərinin mühüm yerlərində camaat namazına imamlıq etməyə sövq edir. Ayətullah Mərəşi Nəcəfinin vəfatından sonra tələbələr və Qum camaatının təkidi ilə Həzrəti Məsumə ələyhassəlamın hərəmində camaat namazına imaməti öhdəsinə götürdü ki, minlərlə alim, tələbə və ziyarətə gələnlər onun arxasında namaz qılıblar.
İmam Xomeyninin vəfatından sonra hövzənin böyük ustadları Ayətullah Muhəmməd Fazil Lənkəraniyə müraciət etdilər ki, mərceyi-təqlid olsun. Lakin alim qətiyyətlə bildirdi ki, Ayətullah Gülpayqani və Ayətullah Əraki olan yerdə başqalarını, yəni onu önə çəkmək düzgün deyil. Onların hər ikisinin vəfatından sonra, (1994-cü ilin dekabr ayında) Ruhanilər cəmiyyəti və onun ardınca Qum elmi hövzəsinin Müdərrislər Şurası yeddi müctəhidi mərceyi-təqlid kimi elan etdi. Ayətullah Muhəmməd Fazil Lənkəraninin adı bu yeddi nəfərlik siyahının başında dururdu.
Əhli-beyt məhəbbəti
Ayətullah Muhəmməd Fazil Lənkərani peyğəmbərə və Əhli-beytə qurulan əza və bayram məclislərindən əlavə, hər həftə cümə günləri səhər çağı öz dəftərxanasında qurulan rövzə məclislərində də iştirak edir. Həmçinin, Fatimeyi-Zəhra (s.ə)-ın şəhadəti münasibətilə hər ilin 20 günlük Fatimiyyə əyyamında evlərində əza məclisləri təşkil olunur. Mərhum atasının başladığı bu iş 60 ildən artıqdır ki, davam edir.
Ayətullah əzadarlıq və bayram məclislərinin xurafatdan qorunmasına xüsusi diqqət göstərib, özünün bəyanatlarında və şəri suallara verdiyi cavablarda zəif rəvayətlərdən istifadə etməməyə və dinimizə yad olan ahəng və üslublardan çəkinməyə çağırmışdır.
Həyat tərzi
Ayətullah Fazil Lənkərani digər hövzə tələbələri kimi sadə yaşayış tərzi keçirmişdir. O, ailə həyatı qurduqdan xeyli sonra da, hətta, övladlarının sayı beşə çatdıqda belə ikiotaqlı ata evində yaşayırdı. Yalnız bundan sonra qayınatasının hədiyyə etdiyi yeni mənzilə köçdü. Yarıməsrlik tikili olmasına baxmayaraq, o indi də həmin evdə yaşayır.
O heç zaman şəxsi rifahı üçün çalışmamışdır. Hətta ailədə kimsə zəruri olmayan məişət əşyası almaq istədikdə, onun etirazı ilə üzləşməli olur. Oğlu Şeyx Muhəmməd Cavad Lənkərani deyir: “Bir gün anam təzə pərdə alıb, asmışdı. Atam onu görən kimi dedi: “Bu saat onu burdan aç!” Lakin, sonra anam məndən xahiş etdi ki, atamı razı salım, axı evdə pərdə lazımdır...”
Şeyx Muhəmməd Cavad əlavə edərək deyir: “Atamın mərceyi-təqlid olduğu bu on iki ildən artıq dövrdə bir neçə günlük Məşhəd ziyarətini çıxmaq şərti ilə o, bütün yay tətillərini, havası olduqca isti və ağır olan Qum şəhərində keçirir. Halbuki, ətraf kəndlərdə ab-havası yaxşı olan yerlər çoxdur. Lakin o, tələbələrin zirzəmilərdə, dar və qaranlıq otaqlarda yaşadığını görəndə, öz rahatlığı barədə düşünə bilmir. Buna görə də geyindiyi paltarlar da çox sadədir. Son 20 ildə əksər vaxtını hövzə işlərinə sərf edir, hətta yay tətillərini də. Bir dəfə yayda xəstəliyinə görə Tehranda qalmalı oldu. Amma hövzə işlərilə bağlı 52 dəfə Quma gəldi və bəzən gecənin yarısına qədər uzanan iclaslarda iştirak etdi”.
Şahidlərin söylədiyinə görə, Ayətullah Fazil Lənkərani elmi dərəcəsi, alim nüfuzuna baxmayaraq, atasının qulluğunda həmişə bir xidmətçi kimi dururdu. Ayətullah Bocnurdi deyir: “O, ibadətə və misal üçün deyim ki, gecə namazına çox böyük diqqət göstərir. Amma daha çox elmi, savadı və əxlaqı ilə tanınır. Belə məsələləri heç yerdə bəyan etmir və bunu yalnız onun yaxın adamlar bilir. Onunla qohum olduğumdan mənə bəllidir ki, çox sadə həyat tərzi keçirir. Onun mərceyi-təqlid olmazdan qabaqkı və sonrakı yaşayışı arasında heç bir fərq yoxdur”.
Ayətullah Nurmüfidi deyir: “İnsan bəzi dahilərin yanında olanda, özü ilə onun arasında bir pərdə hiss edir, qəriblik duyur. Lakin, Ayətullah Lənkərani o qədər təvazökar insandır ki, onun yanında özünü çox rahat edirsən. Belələri indi çox azdır”.
Şeyx Muhəmməd Cavad: “O, mərceyi-təqlid olduğu vaxtdan bu günədək bir dəfə də soruşmayıb ki, filan yerdə mənə təqlid edənlər nə qədərdir? Və yaxud mənim risaləm çap olundu, ya yox? O, bir neçə il həzrət Məsumənin hərəmində imamlıq etmişdir. Dəfələrlə deyirdi ki, minlərlə tələbənin iqtida etdiyi bu namazla, əvvəllər kiçik məsciddə qıldığım namaz arasında heç bir fərq yoxdur”.
Siyasi səhnədə
İmam Xomeyni tağut Pəhləvi rejiminin törətdiyi zülm və fəsada qarşı mübarizəyə başlayanda, Ayətullah Fazil Lənkərani ən yaxın dost, sirdaş kimi onunla qədəm-qədəm hərəkət edir. İslam İnqilabının qələbəyə çatması üçün yorulmadan fəaliyyət göstərir, Qum Elmiyyə Hövzəsinin fəal üzvlərindən sayılırdı. Dəfələrlə dövlət məmurları tərəfindən tutularaq həbs edilmiş, axırda isə “Bəndəri Lənge”yə sürgün edilmişdir. Orada dörd ay qalandan sonra Yəzd şəhərinə sürgün olunur və iki il yarım orada qalır.
İmam Xomeyni öz hərakatını başlayan gündən Şeyx Muhəmməd Fazil həm bir sıravi vətəndaş və həm də Qum elmi hövzəsi Müdərrislər Şurasının üzvü kimi fəaliyyətə qoşulmuşdur. Həmin fəallıqlara görə dəfələrlə həbs olunmuş, işgəncəyə məruz qalmış və nəhayət, ab-havası yaxşı olmayan məntəqələrə sürgün edilmişdir. O ilk dəfə yayın qızmar çağında 4 ay müddətinə yandırıcı “Ləngə” limanına göndərilmişdir; elə bir 4 ay ki, öz təbirilə desək, 40 ilə bərabər zəhmət və məşəqqətlə keçmişdir. Onun ardınca isə, iki il yarım Yəzd şəhərində, düzənlik bir rayonda qalmağa məcbur edilmişdir. Oğlu Şeyx Muhəmməd Cavad Lənkərani bu barədə deyir: “Ləngə limanında sürgündə olduğu 4 ay ərzində bədəni xeyli zəiflədi. Hökumət adamları qorxuya düşüb, onu Yəzdə köçürtdülər. Atam, İmam Xomeyninin mərceyi-təqlid olduğunu elan edən 12 müctəhiddən biri idi və məhz buna görə sürgün edilmişdi”.
Onu da qeyd etmək lazımdır ki, İmam Xomeyninin tapşırığı ilə, vəfatından sonra onun ixtiyarında qalan şəri ödənişlər (xüms, zəkat və s.) məhz Ayətullah Fazil Lənkərani və Qum elmi hövzəsinin rəyasət heyəti tərəfindən elə buranın işlərinə xərclənmişdir.
İnsanlara və müsəlmanlara diqqət və qayğıkeşlik, onların problemlərinin həlli üçün səy göstərmək, görkəmli alimin həmişə diqqətdə saxladığı məsələlərdəndir. O, beynəlxalq münasibətləri və dünyada baş verən ictimai-siyasi prosesləri izləməklə İslam və bəşəriyyət düşmənlərinə qarşı həmişə barışmaz mövqe tutmuşdur.
Fələstin, Qarabağ, İraq, Əfqanıstan və digər müsəlmanları müdafiə, habelə, Salman Rüşdinin mürtəd elan edilməsi hökmünü himayə etməsi, bu qətiyyət və barışmazlığa əyani sübutdur.
Özünün sürgün həyatında “Təhrirül-vəsilə” kitabına şərh yazan Ayətullah Muhəmməd Fazil Lənkərani, öz elmi fəaliyyətindən əlavə, insanlara ictimai-siyasi məlumatlar vermiş, onları İslam hərəkatına kömək göstərməyə çağırmışdır.
İslam dininin hələ 1400 il əvvəl terrorizmə qarşı mübarizəyə başladığını bildirən Ayətullah, ABŞ-nin Əfqanıstan və İraqa hücumları ərəfəsində də etiraz bəyanatı ilə çıxış etmişdir.
Gənclərə tövsiyə
Ayətullah Muhəmməd Fazil Lənkəraninin Azərbaycan gənclərinə müraciəti
Azərbaycanın imanlı cavanları, mənim din qardaşlarım bir neçə kəlmə nəsihət istəmişlər. Təbərrük olaraq zikr edilməsini münasib bildiyim hədisdə məsum İmam buyurmuşdur ki, Allahın nəzərindən heç bir vaxt kənarda olmadığını bil. İnsan özünü həmişə Allahın hüzurunda hiss etməli, bütün əməl və rəftarlarını Allahın razılığını qazanmaq istiqamətində tənzimləməlidir. İnsanın oturuşu-duruşu, yuxusu və oyaqlığı, hərəkəti və sükutu, işarələri və hətta Bütün qəlbindən keçənlər Allahın hüzurundadır.
Əzizlərim, insanın ilahi ruhdan üfürülmüş nəfsi (canı) onun cismində Allahın əmanətidir. Dünyada həyat və varlıqdan üstün bir ne`mət yoxdur. Kamilliyin hər hansı bir mərtəbəsinə çatmaq istəsəniz, əvvəlcə özünüzü tanımalısınız. Nəfsi (özünü) tanımaq bilik qapılarının açılması üçün mühüm bir müqəddimədir. Çünki “özünü tanıyan Allahını tanıyar”. Təəssüf ki, insan gənclik dövrünü bu həqiqətdən xəbərsiz keçirir. Elə ki, qocalıq qapını döyür, insanın bütün diqqəti zəif və əzabkeş bədənini qorumağa yönəlir.
İnsan gənclikdə nəfsinin tərbiyə və təzkiyəsinə (gözəlləşdirilməsinə) qadir olur. Bu mühüm işdən ötrü əziz cavanlar həmişə Qur’ani-kərimə yaxın olmalı, susuzluqlarını bu ilahi çeşmədə yatırmalıdırlar. “Əllah, Əllah, fil-Qur`an” bütün övliyaların tövsiyəsidir. Qurandan faydalanmaq və bu sahilsiz ilahi okeanın bir guşəsinə çatmaq üçün əzəmətli və əvəzsiz Əhli-beyt maarifi ilə tanış olmaq lazımdır. Onların yolu, həyatı və ölümü kamillik istəyində olan insan üçün çox münasib bir nümunədir. İslam dininin mühüm üstünlüklərindən biri kamil insanların tərbiyəsidir. Bu məsələyə heç bir məktəbdə İslamdakı qədər diqqət yetirilmir. Məsumların öz bərəkətli ömürlərini hansı yolda sərf etdiklərini öyrənərək, həmin yolla səfərə çıxmalıyıq. Gənclərin diqqət yetirməli olduqları ən zəruri məsələlərdən biri məsum imamların həyatının öyrənilməsi və bu mövzuda düşünməkdir.
İbrətli hadisə
Allaha xalisanə tapınmağın nəticəsi
İyirmi ildən artıq Ayətullah Şeyx Məhəmməd Fazil Lənkəraninin mühafizəçisi olmuş cənab Ümidi belə nəql edir: Bir gün həddən artıq narahat idim. Maddi vəziyyətin ağırlığı və qarşıya çıxan bir sıra problemlər məni məngənə kimi sıxırdı. Həmin gün çox çalışsam da pərişanlığımı ağadan gizlədə bilmədim. Ayətullah Fazil bunun səbəbini soruşdu. Cavabdan yayınmaq istədim. Amma ağanın cavab gözləyən mənalı baxışları məni danışmağa vadar etdi. Əhvalatı olduğu kimi söylədim. Ağa təmkinlə qulaq asıb məni dua etdi, Allah-Təaladan müşküllərimin tezliklə həll olunmasını dilədi. Daha sonra təsəlli üçün öz başına gəlmiş bir hadisəni xatırladı və dərindən ah çəkib söhbətə başladı:
Şah rejimi dövründə mübariz inqilabçılara, alim və ruhanilərə yönəlmiş amansız rəftarlardan bizə də bir pay düşmüşdü. Məni İran körfəzi rayonlarından biri olan Ləngə limanına sürgün etmişdilər. Bu məntəqədə qışın orta aylarında belə istidən və rütubətdən nəfəs almaq olmur. Səhhətimə münasib olmayan bu ab-həva onsuz da zəif və xəstə cismimi taqətdən salmışdı. Yerləşdiyim daxmanın yaxınlığında kiçik bir çayxana vardı. Orada mömin bir kişi işləyirdi. Səhər, günorta və axşam yemək üçün oraya gedirdim. Həmin mömin kişi bu sadə və kiçik yerdə mənə xüsusi qayğı göstərməyə çalışırdı. Bir gün səhər yeməyi üçün yenə çayxanaya getmək istədim. Əlimi cibimə saldım. Cibimdə bir tümən də olsun pul qalmamışdı. Qayıdıb oturdum. Günorta və axşam da beləcə sovuşdu. Səhəri gün sübh namazından sonra bir tərəfdən havanın ağırlığı, bir tərəfdən xəstəlik və aclığın təsirindən halım pisləşdi. Üzüqibləyə oturub Allahla raz-niyaza məşğul oldum. Əllərimi İlahi dərgaha açıb belə ərz etdim: "İlahi, vücudumun Sənin dininə xeyri varsa, məni bəndələrin yanında xar etmə, ruzi yetir acından ölməyim. Yox, əgər həyatımın Sənin dininə bir faydası yoxdursa, canımı al. Mən kimsəyə əl açmayacaq, kimsədən borc və ya yardım istəməyəcəyəm".Allaha təvəkkül edib gözləməyə başladım. Həmin günü bir təhər yola saldım. Səhəri gün günortadan sonra təmiz hava almaq üçün körfəzin kənarında əyləşib mavi sulara tamaşa edirdim. Bu vaxt yaşlı bir kişinin sürətlə mənə tərəf gəldiyini gördüm. Əvvəlcə onun nəsə istəyəcəyini güman etdim. Özüm möhtac ikən ona nə verə bilərdim?! Xəcalət hissi keçirdim. Nəhayət, həmin şəxs əlində bir bağlama tövşüyə-tövşüyə yaxınlaşıb soruşdu: "Ağa Fazil sizsiniz?" Cavab verdim: "Bəli". "Bu əmanət sizə çatacaq" – deyə əlindəki bağlamanı mənə tərəf uzatdı. Bağlamanı almayıb onun nə olduğunu soruşdum. Cavab verdi: "Mən bir il idi ki, Həccə getməyə hazırlaşırdım. Özüm də balıqçıyam, kiçik bir gəmim var. Səfərə çıxmaq üçün nə lazım idisə tədarük görmüşdüm. Pasport, viza və yol xərcini hazırlamışdım. Bu gün səhər yola düşməli idim. Axşam qəribə bir yuxu gördüm. Həzrət Peyğəmbər yuxuda səfəri təxirə salmağımı əmr edib buyurdu ki, Həcc üçün topladığım pulu sizə verim. O Həzrət buyurdu ki, sənə Həccin savabı yazıldı və o pulları ağa Fazilə çatdır. Bu gün səhərdən sizi axtarıram. Çayçı kişi sizin sahildə olduğunuzu deyən kimi bir başa buraya gəlib sizi tapdım. Şükürlər olsun ki, Həzrət Peyğəmbərın əmrini yerinə yetirdim!"
Ayətullah Muhəmməd Fazil Lənkərani uzun sürən xəstəlikdən sonra 16 iyun 2007-ci il tarixində 76 yaşında İranın Qum şəhərində vəfat edib. Ayətullah Lənkəraninin dəfn mərasimi iyun ayının 18-i 2007-ci il tarixində müqəddəs Qum şəhərində keçirilib və mərhum alim 7-ci İmam Museyi-Kazımın qızı Həzrəti Məsumənın müqəddəs hərəmində dəfn edilib.
Əsərləri
Ayətullahül-üzma Şeyx Muhəmməd Fazil Lənkəraninin yalnız çap olunmuş əsərləri:
- “Nəhayətül-təqrir” (Ayətullah Bürucerdinin ali (xaric) dərsləri)
- “Mötəmədül-üsul” (İmam Xomeyninin ali üsul dərsləri)
- "Təfsilüş-şəriə" (Təhrirül-vəsilənin şərhi)
- “Tibyanul-üsul”
- Üsul dərsləri (16 cilddə)
- “Əl-Ürvətül-vüsqa” kitabına haşiyə
- “Misbahul-fəqih” kitabının təharət bölməsinə haşiyə
- “İzahul-Kifayə”
- “Mədxəlüt-təfsir”
- Fiqh qaydaları
- “Əl-İctihad vət-təqlid”
- Müdarat təqiyyəsi
- Fərag və təcavüz qaydalarına dair risalə
- Həcc hökmləri
- Həcc və ümrə risaləsi
- Həcc haqqında sual-cavablar
- “Əl-Əhkamul-vazihə”
- Oruc
- Qəzavət
- Şəriət hökmlərinin izahı
- Şəri suallara cavab (İstiftaat)
- Şübhəli paltarla namaz qılmağa dair risalə
- Yeni fiqhi məsələlər
- Mündəricatlar məcmuəsi (“Biharul-ənvar,” “Əl-Qədir” və “Təfsir-əl-mizan” kitablarının mündəricatı)
- Həmd surəsinin təfsiri
- Əhli-beyt və yaxud Təthir ayəsinin parlaq simaları
- Məsum imamlar və yaxud vəhy keşikçiləri
- Peyğəmbərlərin məsumluğu
- İmam Əli (ə)-ın nəzərində ölkə idarəsi (Həzrət Əli (ə)-ın Malik Əştərə yazdığı məktubun şərhi)
- “Təqriratul-üsul”
- “Mənasikul-Həcc”
İstinadlar
- Mohammad Fāzel Lankarāni // NUKAT. 2002.
Xarici keçidlər
- Ayətullah Lənkərani rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ayetullah Mehemmed Fazil Lenkerani Hezret Ayetullah el Uzma Haci Seyx Mehemmed Fazil Lenkerani 1931 Qum 16 iyun 2007 London Islam alimi Iran Islam Respublikasinin din xadimi muctehid boyuk ayetullah Mehemmed Fazil Lenkeranifars محمد فاضل لنکرانی Dogum tarixi 1931Dogum yeri Qum Merkez bexsi d Qum sehristani Qum ostani IranVefat tarixi 16 iyun 2007 2007 06 16 Vefat yeri London Boyuk London Ingiltere Birlesmis KralliqMilliyyeti Azerbaycanlilankarani com Vikianbarda elaqeli mediafayllarHeyatiEslen Azerbaycanli olan Hezret Ayetullah el Uzma Haci Seyx Muhemmed Fazil Lenkerani 1931 ci hicri semsi 1310 ilde Iranin Qum seherinde dindar bir ailede dunyaya goz acmisdir Boyuk din alimi Ayetullah olmusdur Atasi Qum elmi hovzesinin boyuk alim ve ustadlarindan olmus merhum Ayetullah Fazil Lenkerani 1920 ci ilde Azerbaycan Sovet hakimiyyeti terefinden zebt edildikden sonra Lenkeran mahalinin indiki Masalli rayonunun erazisinde yerlesen Erkivan kendinden Irana hicret edir Anasi ise taninmis ve hormetli seyyide bir qadin olmusdur Alim ozu ve valideynleri haqqinda buyurur Men bu ailemizin dorduncu ogluyam ve yalniz men ruhani oldum Hele orta mektebde muellim bize gelecekde ne olacaqsiniz adli insa movzusu verende men yazdim ki ruhani olmaq isteyirem Ozu de bu sozleri ele bir dovrde yazirdim ki o zamanlar ruhaniler bezilerinin nezerinde agilsiz ve yolunu azmis kimi qiymetlendirilirdi TehsilMuhemmed ibtidai tehsil aldiqdan sonra 13 yasinda Qum Elmiyye Hovzesine daxil olub Islam dininin inceliklerini oyrenmeye baslayir Istedadli ve bacariqli oldugu ucun muqeddimat ve seth derslerini 6 ilde oxuyub basa catdirir 19 yasinda iken Ayetullah Burucerdinin Istidlali fiqh ve usul derslerinin xaricine gedir Yasinin az agil ve zekasinin kifayet olmasi ile ustad ve telebelerin diqqetini celb edir Onun semimi dostu ve elmi muzakirelerdeki yoldasi evvelde qeyd etdiyimiz kimi Imam Xomeyninin oglu sehid Ayetullah Mustafa Xomeyni olmusdur Cenab Muhemmed Fazil Lenkerani ozunun tehsil illerini bu cur xatirlayir Orta mektebi qurtardiqdan sonra Islami elmleri oyrenmeye son derece regbetle basladim Ereb edebiyyatinin orta ve ali seviyyesinin butun dovrlerini kurslarini yuksek seviyyede oxudum Yuksek seviyyede demekde meqsedim budur ki men her kitabi derslerin gedisatinda iki defe oxuyurdum Evvelce muellim dersi sinifde tedris edirdi dersden sonra ise hemin kitablarla bagli dostlarimla yeniden mubahise edirdim Ele buna gore de derslerimde ireli getdim ve ilk dovrenin derslerini alti il erzinde basa vurdum Deqiq yadimdadir 19 yasim olanda Ayetullah Burucerdinin xaric derslerinde istirak edirdim Ilk tehsil gunlerimde elmi mubahise etdiyim bir dostum var idi Derslerimi onunla behs edirdim Qisin soyuq gunlerinde mutehher heremin eyvaninda aciq havada mubahise etmeye mecbur olurduq Ayetullah Burucerdi bir meclise devet olunmusdu Men de atamla birlikde bu meclisde idim Ayetullah Burucerdi Mutevvel kitabindan bir ser oxudu ve bu ser haqqinda menden sorusmaga basladi Men derhal cavab verdim Bundan sonra o mene elli tumen pul hediyye etdi Bu mebleg o gunlerde cox deyere malik idi Bele bir boyuk sexsiyyetin hediyye vermesi meni daha da ruhlandirdi ve bundan sonra oz derslerime ve emellerime daha diqqetle nezaret etmeye basladim Muhemmed Fazil Lenkerani 11 il Ayetullahul uzma Burucerdinin usul ve fiqhin xaric derslerinde hemcinin 9 il Ayetullahul uzma Imam Xomeyninin derslerinde istirak etmis bu iki elm menbeyinden son derece behrelenmisdir O 5 ile qeder Ellame Tebatebainin felsefe ve tefsir derslerinde istirak ederek Sebzevarinin Menzume ve Molla Sedranin Esfar kitablarini oyrenmisdir Bunlardan elave o muxtelif ustadlarin exlaq ve ideoloji behslere aid derslerinde de istirak etmisdir Lakin onun esas ixtisasi sie fiqhi ve usul elmleridir 19 yasli bu cavan oglan merhum Ayetullah Burucerdinin ali fiqh derslerinde istirak etmeye baslayir Telebeler teeccuble bir birine baxir ve onun bu sinfe tesadufen geldiyini dusunurler Lakin o derslerde mutemadi istirak edir Fatimiyye gunleri cemadil evvel ayinin 13 den cemadis sani ayinin 3 edek olan 20 gun imis Onlarin evinde eza meclisi qurulubmus Bir gun Ayetullah Burucerdi onu gosterib atasindan sorusur O da dersde istirak edirmi Merhum Fazil cavab verir Muhemmed neinki sizin dersinizde istirak edir hetta buyurdugunuz butun metlebleri erebce yazir Ayetullah heyretlenib onun yazdiqlarini isteyir ve yarim saat erzinde diqqetle oxuyub deyir Guman etmezdim ki o bu yasinda derslerin butun inceliklerinden xeberdar olsun ve onlari gozel ibarelerle ozu de erebce yazsin Hemin yazilarin 1957 ci ilde Nehayetut teqrir adli 1 ci cildi bir nece ilden sonra ise 2 ci cildi capdan cixdi Bu kitabdan sohbet dusende merhum Ayetullah Burucerdi deyermis Cavan telebe cavan muctehid Men dunyadan koceceyem menden qalan ise bu kitab olacaq Bir muddet sonra Ayetullah Imam Xomeyni usul elminin ali derslerinin tedrisine baslayir ve Muhemmed Fazil Lenkerani 7 il bu derslerde de istirak edir uygun elmin butun sirlerine yiyelenir Ozu bu barede deyir Ayetullah Burucerdi omrunun son 7 8 ilinde gunde yalniz birce saat tedrisle kifayetlenirdi Tebii ki telebe ucun bu cox azdir Ona gore de men elave ders yeri axtarirdim Bir defe esitdim ki Imam Xomeyni usul derslerine baslayib Men onun nece tedris etdiyini bilmirdim Amma cox kecmedi anladim ki axtardigimi tapmisam Imam Xomeyni felsefe irfan ve diger elmlerde de ustad oldugundan metlebleri ele beyan edirdi ki her sey gun kimi aydin olurdu Imam Xomeyninin tedris etdiyi dersleri telebelik heyatinin en sirin xatireleri ve ozunun en boyuk iftixari adlandiran alim daha sonra deyir Imam Xomeyninin derslerinde istirak etdiyim vaxtlar bir telebe kimi menim en sirinli gunlerim sayilir Onun dersleri bezen 90 deqiqeye qeder uzanirdi amma ne ozu yorulurdu ne de telebeler O derslerin sirin xatiresi hele de yadimdadir Men onlardan lezzet alirdim O gunler Allahin mene bexs etdiyi en serefli anlar idi TedrisMuhemmed Fazil Lenkerani hovzeye daxil olduqdan bir nece il sonra 16 yasinda iken tehsille yanasi tedrise de baslamisdir Uzun iller ereb dili mentiq usul fiqh ve s dersleri tedris etdikden ve yuzlerle sagird yetisdirdikden sonra Mekasib Resail ve Kifaye kitablarini tedris etmeye baslayir Onun Kifaye derslerinde 600 700 telebe istirak edirdi Bu dersler hovze telebeleri terefinden boyuk regbetle qarsilanir ve hovzenin en meshur ustadlarindan hesab olunurdu Heyatinin uygun dovrunu xatirlayan Ayetullah deyir Serhi lume kitabinin Irs bolmesini tedris etdiyim vaxt dersde texminen 100 nefer istirak edirdi Bir gun diqqet yetirib gordum ki onlarin hamisi yasca menden boyukdur 60 ci illerin sonlarinda Muhemmed Fazil Lenkerani Kifaye dersinde istirak eden telebelerinin xahisi ile ali xaric usul dersinin tedrisine baslayir ve belelikle boyuk alim ve muctehidler arasinda secilir Nitqinin sirinliyi sie dunyasinin meshur fiqh ve usul alimlerinin elmi esaslari barede derin melumati ehli sunne alimlerinin nezerleri ile tanisligi guclu tedqiqat ve arasdirmalari habele sagirdlerini elmi behslerde yaxindan istirak etmeye cagirib mohkem deliller ve tutarli cavablarla onlarin iradlarini aradan qaldirmasi elmi hovzenin bu yorulmaz ustadinin meziyyetlerinden sayilir Ele buna gore de sethi dersleri basa vuran telebeler onun derslerine can atirdilar Bir muddetden sonra telebelerinin xahisi ile o ali xaric fiqh derslerinin de tedrisine baslayir Bu dersler de hovzenin en rovneqli derslerine cevrilir Bu cur tedrisden behrelenmis telebeler indi elmi hovzenin adli sanli ustadlarindan ve Islam dunyasinin sayilib secilen elmi ictimai ve siyasi simalarindan hesab olunurlar Ayetullahul uzma Muhemmed Fazil Lenkerani Qum Elmiyye Hovzesinde bir muddet seth derslerini tedris etmisdir 30 ilden cox usul ve fiqh fenlerini tedris etmisdir Arzularindan biri Qurana tefsir yazmaq olan Ayetullah Lenkerani fiqhi behslere gore buna vaxt tapmasa da cume axsami ve cume gunleri hovzede istirahet gunleri olmasindan istifade edib Quran tefsiri movzusunda cixislar etmis ve bu cixislar Medxelut tefsir adli kitab seklinde capdan cixmisdir Elmi hovzede xidmetiImam Xomeyni Islam inqilabinin qelebesinden sonra Qum elmi hovzesinin idaresini Ayetullah Muhemmed Fazil Lenkeraniye tapsirmisdi O hovzenin Muderrisler Surasina basciliq edirdi On il elmi hovzenin Idare Heyetinin sedri ve Feyziyye medresesinin mudiri vezifesinde calismis alim diger mesul sexslerle birge telebelerin hem elmi menevi ve hem de meiset meseleleri ile ciddi maraqlanirdi Telebelerin elme yiyelenmelerini suretlendirmek meqsedile onlari elmi dereceler uzre qruplasdirmaq Mehdiyye telebe seherciyinin tesis edilmesi Feyziyye medresesinin boyuk iclas zalinin tikilmesi ve bir cox basqa isler onun tekliflerindendir Onun tedris sisteminde semerelesdirici tekliflerinden biri de hovzenin ayri ayri ixtisaslara bolunmesidir Hovzeye mudiriyyeti dovrunde bununla bagli cox zehmet cekmis merceyi teqlid oldugu zaman ise Mesum imamlar fiqh merkezini yaratmisdi Ehli beyt mehebbeti onun Qum seherinin muhum yerlerinde camaat namazina imamliq etmeye sovq edir Ayetullah Meresi Necefinin vefatindan sonra telebeler ve Qum camaatinin tekidi ile Hezreti Mesume eleyhasselamin hereminde camaat namazina imameti ohdesine goturdu ki minlerle alim telebe ve ziyarete gelenler onun arxasinda namaz qiliblar Imam Xomeyninin vefatindan sonra hovzenin boyuk ustadlari Ayetullah Muhemmed Fazil Lenkeraniye muraciet etdiler ki merceyi teqlid olsun Lakin alim qetiyyetle bildirdi ki Ayetullah Gulpayqani ve Ayetullah Eraki olan yerde basqalarini yeni onu one cekmek duzgun deyil Onlarin her ikisinin vefatindan sonra 1994 cu ilin dekabr ayinda Ruhaniler cemiyyeti ve onun ardinca Qum elmi hovzesinin Muderrisler Surasi yeddi muctehidi merceyi teqlid kimi elan etdi Ayetullah Muhemmed Fazil Lenkeraninin adi bu yeddi neferlik siyahinin basinda dururdu Ehli beyt mehebbetiAyetullah Muhemmed Fazil Lenkerani peygembere ve Ehli beyte qurulan eza ve bayram meclislerinden elave her hefte cume gunleri seher cagi oz defterxanasinda qurulan rovze meclislerinde de istirak edir Hemcinin Fatimeyi Zehra s e in sehadeti munasibetile her ilin 20 gunluk Fatimiyye eyyaminda evlerinde eza meclisleri teskil olunur Merhum atasinin basladigi bu is 60 ilden artiqdir ki davam edir Ayetullah ezadarliq ve bayram meclislerinin xurafatdan qorunmasina xususi diqqet gosterib ozunun beyanatlarinda ve seri suallara verdiyi cavablarda zeif revayetlerden istifade etmemeye ve dinimize yad olan aheng ve uslublardan cekinmeye cagirmisdir Heyat terziAyetullah Fazil Lenkerani diger hovze telebeleri kimi sade yasayis terzi kecirmisdir O aile heyati qurduqdan xeyli sonra da hetta ovladlarinin sayi bese catdiqda bele ikiotaqli ata evinde yasayirdi Yalniz bundan sonra qayinatasinin hediyye etdiyi yeni menzile kocdu Yarimesrlik tikili olmasina baxmayaraq o indi de hemin evde yasayir O hec zaman sexsi rifahi ucun calismamisdir Hetta ailede kimse zeruri olmayan meiset esyasi almaq istedikde onun etirazi ile uzlesmeli olur Oglu Seyx Muhemmed Cavad Lenkerani deyir Bir gun anam teze perde alib asmisdi Atam onu goren kimi dedi Bu saat onu burdan ac Lakin sonra anam menden xahis etdi ki atami razi salim axi evde perde lazimdir Seyx Muhemmed Cavad elave ederek deyir Atamin merceyi teqlid oldugu bu on iki ilden artiq dovrde bir nece gunluk Meshed ziyaretini cixmaq serti ile o butun yay tetillerini havasi olduqca isti ve agir olan Qum seherinde kecirir Halbuki etraf kendlerde ab havasi yaxsi olan yerler coxdur Lakin o telebelerin zirzemilerde dar ve qaranliq otaqlarda yasadigini gorende oz rahatligi barede dusune bilmir Buna gore de geyindiyi paltarlar da cox sadedir Son 20 ilde ekser vaxtini hovze islerine serf edir hetta yay tetillerini de Bir defe yayda xesteliyine gore Tehranda qalmali oldu Amma hovze islerile bagli 52 defe Quma geldi ve bezen gecenin yarisina qeder uzanan iclaslarda istirak etdi Sahidlerin soylediyine gore Ayetullah Fazil Lenkerani elmi derecesi alim nufuzuna baxmayaraq atasinin qullugunda hemise bir xidmetci kimi dururdu Ayetullah Bocnurdi deyir O ibadete ve misal ucun deyim ki gece namazina cox boyuk diqqet gosterir Amma daha cox elmi savadi ve exlaqi ile taninir Bele meseleleri hec yerde beyan etmir ve bunu yalniz onun yaxin adamlar bilir Onunla qohum oldugumdan mene bellidir ki cox sade heyat terzi kecirir Onun merceyi teqlid olmazdan qabaqki ve sonraki yasayisi arasinda hec bir ferq yoxdur Ayetullah Nurmufidi deyir Insan bezi dahilerin yaninda olanda ozu ile onun arasinda bir perde hiss edir qeriblik duyur Lakin Ayetullah Lenkerani o qeder tevazokar insandir ki onun yaninda ozunu cox rahat edirsen Beleleri indi cox azdir Seyx Muhemmed Cavad O merceyi teqlid oldugu vaxtdan bu gunedek bir defe de sorusmayib ki filan yerde mene teqlid edenler ne qederdir Ve yaxud menim risalem cap olundu ya yox O bir nece il hezret Mesumenin hereminde imamliq etmisdir Defelerle deyirdi ki minlerle telebenin iqtida etdiyi bu namazla evveller kicik mescidde qildigim namaz arasinda hec bir ferq yoxdur Siyasi sehnedeImam Xomeyni tagut Pehlevi rejiminin toretdiyi zulm ve fesada qarsi mubarizeye baslayanda Ayetullah Fazil Lenkerani en yaxin dost sirdas kimi onunla qedem qedem hereket edir Islam Inqilabinin qelebeye catmasi ucun yorulmadan fealiyyet gosterir Qum Elmiyye Hovzesinin feal uzvlerinden sayilirdi Defelerle dovlet memurlari terefinden tutularaq hebs edilmis axirda ise Benderi Lenge ye surgun edilmisdir Orada dord ay qalandan sonra Yezd seherine surgun olunur ve iki il yarim orada qalir Imam Xomeyni oz herakatini baslayan gunden Seyx Muhemmed Fazil hem bir siravi vetendas ve hem de Qum elmi hovzesi Muderrisler Surasinin uzvu kimi fealiyyete qosulmusdur Hemin fealliqlara gore defelerle hebs olunmus isgenceye meruz qalmis ve nehayet ab havasi yaxsi olmayan menteqelere surgun edilmisdir O ilk defe yayin qizmar caginda 4 ay muddetine yandirici Lenge limanina gonderilmisdir ele bir 4 ay ki oz tebirile desek 40 ile beraber zehmet ve meseqqetle kecmisdir Onun ardinca ise iki il yarim Yezd seherinde duzenlik bir rayonda qalmaga mecbur edilmisdir Oglu Seyx Muhemmed Cavad Lenkerani bu barede deyir Lenge limaninda surgunde oldugu 4 ay erzinde bedeni xeyli zeifledi Hokumet adamlari qorxuya dusub onu Yezde kocurtduler Atam Imam Xomeyninin merceyi teqlid oldugunu elan eden 12 muctehidden biri idi ve mehz buna gore surgun edilmisdi Onu da qeyd etmek lazimdir ki Imam Xomeyninin tapsirigi ile vefatindan sonra onun ixtiyarinda qalan seri odenisler xums zekat ve s mehz Ayetullah Fazil Lenkerani ve Qum elmi hovzesinin reyaset heyeti terefinden ele buranin islerine xerclenmisdir Insanlara ve muselmanlara diqqet ve qaygikeslik onlarin problemlerinin helli ucun sey gostermek gorkemli alimin hemise diqqetde saxladigi meselelerdendir O beynelxalq munasibetleri ve dunyada bas veren ictimai siyasi prosesleri izlemekle Islam ve beseriyyet dusmenlerine qarsi hemise barismaz movqe tutmusdur Felestin Qarabag Iraq Efqanistan ve diger muselmanlari mudafie habele Salman Rusdinin murted elan edilmesi hokmunu himaye etmesi bu qetiyyet ve barismazliga eyani subutdur Ozunun surgun heyatinda Tehrirul vesile kitabina serh yazan Ayetullah Muhemmed Fazil Lenkerani oz elmi fealiyyetinden elave insanlara ictimai siyasi melumatlar vermis onlari Islam herekatina komek gostermeye cagirmisdir Islam dininin hele 1400 il evvel terrorizme qarsi mubarizeye basladigini bildiren Ayetullah ABS nin Efqanistan ve Iraqa hucumlari erefesinde de etiraz beyanati ile cixis etmisdir Genclere tovsiyeAyetullah Muhemmed Fazil Lenkeraninin Azerbaycan genclerine muracieti Azerbaycanin imanli cavanlari menim din qardaslarim bir nece kelme nesihet istemisler Teberruk olaraq zikr edilmesini munasib bildiyim hedisde mesum Imam buyurmusdur ki Allahin nezerinden hec bir vaxt kenarda olmadigini bil Insan ozunu hemise Allahin huzurunda hiss etmeli butun emel ve reftarlarini Allahin raziligini qazanmaq istiqametinde tenzimlemelidir Insanin oturusu durusu yuxusu ve oyaqligi hereketi ve sukutu isareleri ve hetta Butun qelbinden kecenler Allahin huzurundadir Ezizlerim insanin ilahi ruhdan ufurulmus nefsi cani onun cisminde Allahin emanetidir Dunyada heyat ve varliqdan ustun bir ne met yoxdur Kamilliyin her hansi bir mertebesine catmaq isteseniz evvelce ozunuzu tanimalisiniz Nefsi ozunu tanimaq bilik qapilarinin acilmasi ucun muhum bir muqeddimedir Cunki ozunu taniyan Allahini taniyar Teessuf ki insan genclik dovrunu bu heqiqetden xebersiz kecirir Ele ki qocaliq qapini doyur insanin butun diqqeti zeif ve ezabkes bedenini qorumaga yonelir Insan genclikde nefsinin terbiye ve tezkiyesine gozellesdirilmesine qadir olur Bu muhum isden otru eziz cavanlar hemise Qur ani kerime yaxin olmali susuzluqlarini bu ilahi cesmede yatirmalidirlar Ellah Ellah fil Qur an butun ovliyalarin tovsiyesidir Qurandan faydalanmaq ve bu sahilsiz ilahi okeanin bir gusesine catmaq ucun ezemetli ve evezsiz Ehli beyt maarifi ile tanis olmaq lazimdir Onlarin yolu heyati ve olumu kamillik isteyinde olan insan ucun cox munasib bir numunedir Islam dininin muhum ustunluklerinden biri kamil insanlarin terbiyesidir Bu meseleye hec bir mektebde Islamdaki qeder diqqet yetirilmir Mesumlarin oz bereketli omurlerini hansi yolda serf etdiklerini oyrenerek hemin yolla sefere cixmaliyiq Genclerin diqqet yetirmeli olduqlari en zeruri meselelerden biri mesum imamlarin heyatinin oyrenilmesi ve bu movzuda dusunmekdir Ibretli hadiseAllaha xalisane tapinmagin neticesi Iyirmi ilden artiq Ayetullah Seyx Mehemmed Fazil Lenkeraninin muhafizecisi olmus cenab Umidi bele neql edir Bir gun hedden artiq narahat idim Maddi veziyyetin agirligi ve qarsiya cixan bir sira problemler meni mengene kimi sixirdi Hemin gun cox calissam da perisanligimi agadan gizlede bilmedim Ayetullah Fazil bunun sebebini sorusdu Cavabdan yayinmaq istedim Amma aganin cavab gozleyen menali baxislari meni danismaga vadar etdi Ehvalati oldugu kimi soyledim Aga temkinle qulaq asib meni dua etdi Allah Tealadan muskullerimin tezlikle hell olunmasini diledi Daha sonra teselli ucun oz basina gelmis bir hadiseni xatirladi ve derinden ah cekib sohbete basladi Sah rejimi dovrunde mubariz inqilabcilara alim ve ruhanilere yonelmis amansiz reftarlardan bize de bir pay dusmusdu Meni Iran korfezi rayonlarindan biri olan Lenge limanina surgun etmisdiler Bu menteqede qisin orta aylarinda bele istiden ve rutubetden nefes almaq olmur Sehhetime munasib olmayan bu ab heva onsuz da zeif ve xeste cismimi taqetden salmisdi Yerlesdiyim daxmanin yaxinliginda kicik bir cayxana vardi Orada momin bir kisi isleyirdi Seher gunorta ve axsam yemek ucun oraya gedirdim Hemin momin kisi bu sade ve kicik yerde mene xususi qaygi gostermeye calisirdi Bir gun seher yemeyi ucun yene cayxanaya getmek istedim Elimi cibime saldim Cibimde bir tumen de olsun pul qalmamisdi Qayidib oturdum Gunorta ve axsam da belece sovusdu Seheri gun subh namazindan sonra bir terefden havanin agirligi bir terefden xestelik ve acligin tesirinden halim pislesdi Uzuqibleye oturub Allahla raz niyaza mesgul oldum Ellerimi Ilahi dergaha acib bele erz etdim Ilahi vucudumun Senin dinine xeyri varsa meni bendelerin yaninda xar etme ruzi yetir acindan olmeyim Yox eger heyatimin Senin dinine bir faydasi yoxdursa canimi al Men kimseye el acmayacaq kimseden borc ve ya yardim istemeyeceyem Allaha tevekkul edib gozlemeye basladim Hemin gunu bir teher yola saldim Seheri gun gunortadan sonra temiz hava almaq ucun korfezin kenarinda eylesib mavi sulara tamasa edirdim Bu vaxt yasli bir kisinin suretle mene teref geldiyini gordum Evvelce onun nese isteyeceyini guman etdim Ozum mohtac iken ona ne vere bilerdim Xecalet hissi kecirdim Nehayet hemin sexs elinde bir baglama tovsuye tovsuye yaxinlasib sorusdu Aga Fazil sizsiniz Cavab verdim Beli Bu emanet size catacaq deye elindeki baglamani mene teref uzatdi Baglamani almayib onun ne oldugunu sorusdum Cavab verdi Men bir il idi ki Hecce getmeye hazirlasirdim Ozum de baliqciyam kicik bir gemim var Sefere cixmaq ucun ne lazim idise tedaruk gormusdum Pasport viza ve yol xercini hazirlamisdim Bu gun seher yola dusmeli idim Axsam qeribe bir yuxu gordum Hezret Peygember yuxuda seferi texire salmagimi emr edib buyurdu ki Hecc ucun topladigim pulu size verim O Hezret buyurdu ki sene Heccin savabi yazildi ve o pullari aga Fazile catdir Bu gun seherden sizi axtariram Cayci kisi sizin sahilde oldugunuzu deyen kimi bir basa buraya gelib sizi tapdim Sukurler olsun ki Hezret Peygemberin emrini yerine yetirdim Ayetullah Muhemmed Fazil Lenkerani uzun suren xestelikden sonra 16 iyun 2007 ci il tarixinde 76 yasinda Iranin Qum seherinde vefat edib Ayetullah Lenkeraninin defn merasimi iyun ayinin 18 i 2007 ci il tarixinde muqeddes Qum seherinde kecirilib ve merhum alim 7 ci Imam Museyi Kazimin qizi Hezreti Mesumenin muqeddes hereminde defn edilib EserleriAyetullahul uzma Seyx Muhemmed Fazil Lenkeraninin yalniz cap olunmus eserleri Nehayetul teqrir Ayetullah Burucerdinin ali xaric dersleri Motemedul usul Imam Xomeyninin ali usul dersleri Tefsilus serie Tehrirul vesilenin serhi Tibyanul usul Usul dersleri 16 cildde El Urvetul vusqa kitabina hasiye Misbahul feqih kitabinin teharet bolmesine hasiye Izahul Kifaye Medxelut tefsir Fiqh qaydalari El Ictihad vet teqlid Mudarat teqiyyesi Ferag ve tecavuz qaydalarina dair risale Hecc hokmleri Hecc ve umre risalesi Hecc haqqinda sual cavablar El Ehkamul vazihe Oruc Qezavet Seriet hokmlerinin izahi Seri suallara cavab Istiftaat Subheli paltarla namaz qilmaga dair risale Yeni fiqhi meseleler Mundericatlar mecmuesi Biharul envar El Qedir ve Tefsir el mizan kitablarinin mundericati Hemd suresinin tefsiri Ehli beyt ve yaxud Tethir ayesinin parlaq simalari Mesum imamlar ve yaxud vehy kesikcileri Peygemberlerin mesumlugu Imam Eli e in nezerinde olke idaresi Hezret Eli e in Malik Estere yazdigi mektubun serhi Teqriratul usul Menasikul Hecc IstinadlarMohammad Fazel Lankarani NUKAT 2002 Xarici kecidlerAyetullah Lenkerani resmi sayti