Fatma Şəbsəfa Sultan (ərəb. فاطمہ شب صفا قادین) (d. 1766 - ö. 1805) — 27. Osmanlı sultanı I Əbdülhəmidin xanımlarından.
Fatma Şəbsəfa Sultan | |
---|---|
فاطمہ شب صفا قادین | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Dəfn yeri | |
Fəaliyyəti | qul[d] |
Həyat yoldaşı | I Əbdülhəmid |
Uşaqları | Şahzadə Mehmed Nüsrət Aləmşah Sultan Əminə Sultan Hibətullah Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Həyatı
Doğum tarixi tam olaraq bilinməsə də, təxminən 1766-cı il olaraq qəbul edilir. Əsli və saray hərəminə necə alınması barədə yetərli məlumat yoxdur. 20 sentyabr 1782-ci ildə ilk övladı Şahzadə Mehmed Nüsrəti, daha sonra 11 oktyabr 1784-cü ildə Aləmşah Sultanı, 4 fevral 1788-ci ildə Əminə Sultanı, 16 mart 1789-cu ildə isə sonuncu övladı Hibətullah Sultanı dünyaya gətirdi.
Ancaq yeganə oğlu Mehmed Nüsrəti və ilk qızı Aləmşah Sultanı hələ Sultan Əbdülhəmidin səltənəti davam edərkən uşaq yaşlarında itirdi. Sonuncu övladı Hibətullah Sultanın doğumundan 20 gün sonra isə əri Sultan Əbdülhəmid keçirdiyi ani iflicin ardından vəfat etdi. Saray ənənələrinə uyğun olaraq, mərhum sultanın bütün hərəmi kimi Şəbsəfa Sultan da 2 qızıyla birlikdə Köhnə saraya göndərildi. Bundan sonrakı həyatı ilə bağlı məlumat olduqca azdır. Köhnə sarayda ikən 1791-ci ildə böyük qızı Əminə Sultanı da itirən Şəbsəfa Sultan ömrünü geridə qalan yeganə övladı Hibətullah Sultanın yetişdirilməsinə sərf etdi.
Saray xəzinəsindən aldığı dul təqaüdüylə yanaşı, Saloniki yaxınlığında geniş torpaq mülkləri də olan Şəbsəfa Sultan 1798-ci ildə Aydındakı Cahanzadə Hüseyn bəyin təsərrüfatını satın aldı və beləcə, şəxsi gəlirlərini artırdı. Yeganə qızı Hibətullah Sultanı hələ 15 yaşında ikən 3 fevral 1804-cü ildə Xədicə Sultanın əri Seyid Əhməd Paşanın ilk evliliyindən olan oğlu Ələddin Paşayla evləndirdi.
Şəbsəfa Sultan hələ əri Sultan Əbdülhəmid səltənəti davam edərkən 1787-ci ildə öz adını daşıyan və vəfat edən oğlu Mehmed Nüsrətin şərəfinə bir külliyə inşa etdirdi. Məscid, sübyan məktəbi (yetimlər məktəbi), 2 çeşmə və dükanlardan ibarət olan külliyənin 1805 tarixli bir sənədində, sübyan məktəbində qız uşaqlarına da təhsil verdiyi qeyd olunmuş, bu isə Osmanlıda qadınların təhsil alma hüququ baxımından mühüm bir addım olaraq qəbul edilmişdir.
Qızını evləndirdikdən bir il sonra - 1805-ci ildə Şəbsəfa Sultan vəfat etdi və cənazəsi öz adına inşa etdirdiyi məscidin həyətinə dəfn olundu. Ölümünün ardından bütün mal-mülkü və şəxsi xəzinəsi qızı Hibətullah Sultana qaldı.
Övladları
- Şahzadə Mehmed Nüsrət (d. 20 sentyabr 1782 - ö. 23 oktyabr 1785)
- Aləmşah Sultan (d. 11 oktyabr 1784 - ö. 10 mart 1786)
- Əminə Sultan (d. 4 fevral 1788 - ö. 9 mart 1791)
- Hibətullah Sultan (d. 16 mart 1789 - ö. 18 sentyabr 1841)
Mənbə
- Bosworth, Clifford Edmund (1997). The Encyclopaedia of Islam, Volume 9. Brill. p. 412.
- Sakaoğlu, Necdet (2008). Bu Mülkün Kadın Sultanları: Vâlide Sultanlar, Hâtunlar, Hasekiler, Kandınefendiler, Sultanefendiler. Oğlak Yayıncılık.
- Sarıcaoğlu, Fikret (1997). Hatt-ı Humayunlarına göre Bir Padişah'ın Portresi: Sultan I. Abdülhamid (1774-1789)
- Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken.
İstinadlar
- Leslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. 198 Madison Avenue, New York, New York 10016-4314: Oxford University Press. p. 312.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Fatma Sebsefa Sultan ereb فاطمہ شب صفا قادین d 1766 o 1805 27 Osmanli sultani I Ebdulhemidin xanimlarindan Fatma Sebsefa Sultanفاطمہ شب صفا قادینSexsi melumatlarDogum tarixi 1766Vefat tarixi 1805Defn yeriFealiyyeti qul d Heyat yoldasi I EbdulhemidUsaqlari Sahzade Mehmed Nusret Alemsah Sultan Emine Sultan Hibetullah SultanAilesi Osmanli xanedaniDini Sunni IslamHeyatiDogum tarixi tam olaraq bilinmese de texminen 1766 ci il olaraq qebul edilir Esli ve saray heremine nece alinmasi barede yeterli melumat yoxdur 20 sentyabr 1782 ci ilde ilk ovladi Sahzade Mehmed Nusreti daha sonra 11 oktyabr 1784 cu ilde Alemsah Sultani 4 fevral 1788 ci ilde Emine Sultani 16 mart 1789 cu ilde ise sonuncu ovladi Hibetullah Sultani dunyaya getirdi Ancaq yegane oglu Mehmed Nusreti ve ilk qizi Alemsah Sultani hele Sultan Ebdulhemidin selteneti davam ederken usaq yaslarinda itirdi Sonuncu ovladi Hibetullah Sultanin dogumundan 20 gun sonra ise eri Sultan Ebdulhemid kecirdiyi ani iflicin ardindan vefat etdi Saray enenelerine uygun olaraq merhum sultanin butun heremi kimi Sebsefa Sultan da 2 qiziyla birlikde Kohne saraya gonderildi Bundan sonraki heyati ile bagli melumat olduqca azdir Kohne sarayda iken 1791 ci ilde boyuk qizi Emine Sultani da itiren Sebsefa Sultan omrunu geride qalan yegane ovladi Hibetullah Sultanin yetisdirilmesine serf etdi Saray xezinesinden aldigi dul teqauduyle yanasi Saloniki yaxinliginda genis torpaq mulkleri de olan Sebsefa Sultan 1798 ci ilde Aydindaki Cahanzade Huseyn beyin teserrufatini satin aldi ve belece sexsi gelirlerini artirdi Yegane qizi Hibetullah Sultani hele 15 yasinda iken 3 fevral 1804 cu ilde Xedice Sultanin eri Seyid Ehmed Pasanin ilk evliliyinden olan oglu Eleddin Pasayla evlendirdi Sebsefa Sultan hele eri Sultan Ebdulhemid selteneti davam ederken 1787 ci ilde oz adini dasiyan ve vefat eden oglu Mehmed Nusretin serefine bir kulliye insa etdirdi Mescid subyan mektebi yetimler mektebi 2 cesme ve dukanlardan ibaret olan kulliyenin 1805 tarixli bir senedinde subyan mektebinde qiz usaqlarina da tehsil verdiyi qeyd olunmus bu ise Osmanlida qadinlarin tehsil alma huququ baximindan muhum bir addim olaraq qebul edilmisdir Qizini evlendirdikden bir il sonra 1805 ci ilde Sebsefa Sultan vefat etdi ve cenazesi oz adina insa etdirdiyi mescidin heyetine defn olundu Olumunun ardindan butun mal mulku ve sexsi xezinesi qizi Hibetullah Sultana qaldi OvladlariSahzade Mehmed Nusret d 20 sentyabr 1782 o 23 oktyabr 1785 Alemsah Sultan d 11 oktyabr 1784 o 10 mart 1786 Emine Sultan d 4 fevral 1788 o 9 mart 1791 Hibetullah Sultan d 16 mart 1789 o 18 sentyabr 1841 MenbeBosworth Clifford Edmund 1997 The Encyclopaedia of Islam Volume 9 Brill p 412 ISBN 978 9 004 10422 8 Sakaoglu Necdet 2008 Bu Mulkun Kadin Sultanlari Valide Sultanlar Hatunlar Hasekiler Kandinefendiler Sultanefendiler Oglak Yayincilik ISBN 978 6 051 71079 2 Saricaoglu Fikret 1997 Hatt i Humayunlarina gore Bir Padisah in Portresi Sultan I Abdulhamid 1774 1789 Ulucay M Cagatay 2011 Padisahlarin kadinlari ve kizlari Otuken ISBN 978 9 754 37840 5IstinadlarLeslie P Peirce 1993 The Imperial Harem Women and Sovereignty in the Ottoman Empire 198 Madison Avenue New York New York 10016 4314 Oxford University Press p 312