Emin Gəray (krımtat. Emin Geray)(v. 1551) — Krım xanı I Sahib Gərayın oğlu və Krım kalqayı.
Emin Gəray | |
---|---|
krımtat. أمين كراى | |
1537 – 1551 | |
Əvvəlki | Əhməd Gəray |
Sonrakı | Bölük Gəray |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1551 |
Atası | I Sahib Gəray |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Həyatı
Doğum tarixi bilinmir. Krım xanı I Sahib Gərayın böyük oğlu olaraq ehtimal ki, Bağçasarayda dünyaya gəldi. Əmisi oğlu kalqay Əhməd Gərayın atasının əmriylə öldürülməsinin ardından 1537-ci ildə kalqay elan edildi. Bu vəzifədə ikən atasının rus torpaqlarına və Lehistan üzərinə tərtiblədiyi basqın və səfərlərə qatıldı. 1539-cu ilin oktyabrında tərtiblənən hücumda Emin Gərayın birlikləri Kaşira bölgəsini darmadağın elədi.
1541-ci ilin yayında atasının Moskva knyazlığı üzərinə tərtiblədiyi səfərə qatıldı. Zaraysk qalası mühasirəyə alınsa da, ələ keçirilə bilmədi və tatar birlikləri rus torpaqlarına doğru irəlilədi. Oka çayı sahilində tatar birliklərinin əsas hissəsi məğlub olub geri çəkilsə də, Emin Gərayın süvariləri Odoyev bölgəsinə hücum elədi. Ancaq bu hücum da uğursuzluqla nəticələndi. 1542-ci ilin martında və 1544-cü ilin dekabrında yenidən rus torpaqlarına hücum edildi. Son səfərdə xeyli qənimət və əsir ələ keçirildi.
1551-ci ildə Osmanlı padşahı Sultan Süleymanın əmriylə I Sahib Gəray və əmrindəki tatar süvariləri çərkəzlər üzərinə səfərə göndərildi. Ancaq məqsəd I Sahib Gərayı hakimiyyətdən devirmək idi. Belə ki, İstanbulda girov saxlanılan Dövlət Gəray yeniçərilərlə birlikdə Bağçasaraya göndərildi və xanın Krımda olmamasından istifadə edərək taxta çıxarıldı. Atası I Sahib Gəray və digər qardaşları Tamanda sui-qəsdlə qətlə yetirildi. Qaçaraq xilas olan Emin Gəray isə Alma çayı sahilində öz tərəfdarları tərəfindən öldürüldü. Ölümünün ardından Salaçıqda gizlədilən azyaşlı oğulları Cəfər (1541-1551) və Qutluq (1548-1551) da qətlə yetirildi.
İstinadlar
- Fisher, Alan, Kırım Tatarları, Çev: Eşref B. Özbilen, Selenge Yayınları, 2009
- Halim Giray Han, Gülbün-i Hanan, Osman Cudi Neşri, 1327
Mənbə
- Kırım Hanlığı’nda Kalgaylık ve Nureddinlik Üzerine Bir İnceleme. Furkan Cem Tosun. Yüksek Lisans Tezi. İzmir 2022
- Von Hammer Purgstall, Kırım Hanlığı Tarihi, İnsan Yayınlar, 3. Baskı, 2020
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Emin Geray krimtat Emin Geray v 1551 Krim xani I Sahib Gerayin oglu ve Krim kalqayi Emin Geraykrimtat أمين كراىKrim kalqayi1537 1551EvvelkiEhmed GeraySonrakiBoluk GeraySexsi melumatlarVefat tarixi 1551Atasi I Sahib GerayAilesi GeraylarDini sunni islamHeyatiDogum tarixi bilinmir Krim xani I Sahib Gerayin boyuk oglu olaraq ehtimal ki Bagcasarayda dunyaya geldi Emisi oglu kalqay Ehmed Gerayin atasinin emriyle oldurulmesinin ardindan 1537 ci ilde kalqay elan edildi Bu vezifede iken atasinin rus torpaqlarina ve Lehistan uzerine tertiblediyi basqin ve seferlere qatildi 1539 cu ilin oktyabrinda tertiblenen hucumda Emin Gerayin birlikleri Kasira bolgesini darmadagin eledi 1541 ci ilin yayinda atasinin Moskva knyazligi uzerine tertiblediyi sefere qatildi Zaraysk qalasi muhasireye alinsa da ele kecirile bilmedi ve tatar birlikleri rus torpaqlarina dogru ireliledi Oka cayi sahilinde tatar birliklerinin esas hissesi meglub olub geri cekilse de Emin Gerayin suvarileri Odoyev bolgesine hucum eledi Ancaq bu hucum da ugursuzluqla neticelendi 1542 ci ilin martinda ve 1544 cu ilin dekabrinda yeniden rus torpaqlarina hucum edildi Son seferde xeyli qenimet ve esir ele kecirildi 1551 ci ilde Osmanli padsahi Sultan Suleymanin emriyle I Sahib Geray ve emrindeki tatar suvarileri cerkezler uzerine sefere gonderildi Ancaq meqsed I Sahib Gerayi hakimiyyetden devirmek idi Bele ki Istanbulda girov saxlanilan Dovlet Geray yenicerilerle birlikde Bagcasaraya gonderildi ve xanin Krimda olmamasindan istifade ederek taxta cixarildi Atasi I Sahib Geray ve diger qardaslari Tamanda sui qesdle qetle yetirildi Qacaraq xilas olan Emin Geray ise Alma cayi sahilinde oz terefdarlari terefinden olduruldu Olumunun ardindan Salaciqda gizledilen azyasli ogullari Cefer 1541 1551 ve Qutluq 1548 1551 da qetle yetirildi IstinadlarFisher Alan Kirim Tatarlari Cev Esref B Ozbilen Selenge Yayinlari 2009 Halim Giray Han Gulbun i Hanan Osman Cudi Nesri 1327MenbeKirim Hanligi nda Kalgaylik ve Nureddinlik Uzerine Bir Inceleme Furkan Cem Tosun Yuksek Lisans Tezi Izmir 2022 Von Hammer Purgstall Kirim Hanligi Tarihi Insan Yayinlar 3 Baski 2020