Dəmir Müseyib oğlu Qasımov və ya Dəmir Gədəbəyli (27 mart 1939, Ataxal, Gədəbəy rayonu – 6 may 2019, Bakı) — şair, filologiya elmləri doktoru.
Dəmir Gədəbəyli | |
---|---|
Dəmir Qasımov | |
Doğum tarixi | 27 mart 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 6 may 2019(80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Müseyib Qasımov |
Anası | Bafta Qasımova |
Elm sahələri | ədəbiyyat, filologiya |
Elmi dərəcəsi | |
Təhsili | |
Üzvlüyü |
Həyatı
1939-cu il mart ayının 9-da (şəxsiyyət vəsiqəsində 27 mart) Gədəbəy rayonunun Ataxal kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Orta təhsilini Böyük Qaramurad məktəbində almış, sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1961-ci ildə ADU-ni bitirmiş, elə həmin ildən 1991-ci ilə qədər , 30 il Azərbaycan Dövlət Televiziya və Radio verlişləri komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. "20 yanvar" qəzetinin baş redaktoru olmuşdur. Müstəqillik dövründə müxtəlif Universitetlərdə dərs demişdir (ABU, "Odlar Yurdu" ,"Təfəkkür"). 60-cı illərdən şeirləri çap olunmağa başlayıb. 1972-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının, 1988-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur.
1975-ci ildə görkəmli alim Mir Cəlal Paşayevin rəhbərliyi ilə "Azərbaycan poeziyasında qoşma" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1989-cu ildə isə "Azərbaycan dastanlarının poetikası" adlı doktorluq dissertasiyasını müdafiə edib.
Türkiyənin "Zaman" qəzetinin Bakı üzrə təmsilçisi olmuşdur. 50-dən çox kitabı çap olunub. Demək olar ki, çap olunmamış 60 kitablıq poema, dram və şeirləri var.
Ən məşhur bəstəkarlar 300-ə qədər sözünə mahnı bəstələyib və bu mahnılar tanınmış müğənnilərin ifasında səslənib.
Onun şeirləri alman, ingilis, rus, yunan, rumın, çex, bolqar, macar və s. dillərə tərcümə edilmişdir.
Dəmir Gədəbəyli 6 may 2019-cu ildə vəfat etmişdir.
Əsərləri
Onun şeirləri alman, ingilis, rus, yunan, rumın, çex, bolqar, macar və.s dillərə tərcümə edilmişdir. Şair "Ayrılıgın ilk günü", "Cavadxan", "Son güllə", "Ağaməhəmməd xan və ya qisasa qisas" və.b. mənzum dram əsələrinin müəllifidir. Dəmir Gədəbəyli 1990-cı ildə Mir Cəlal Paşayev haqqında "Yetimlər atası" poemasını qələmə alıb. 2008-ci ildə isə bu poema Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmovun, Doktor Cavad Heyətin, fəlsəfə elmləri doktoru, professor müqəddimələri ilə ayrıca kitab şəklində çap edilib. Şairin digər kitabları aşağıdakılardır:
- Sınaqlar. 1961
- Baba ocağı
- Daşlar, gözlər, məhəbbət.
- Ayrılığın əlində
- Abdaloğlu
- Qeyrət qalası
- Ellərin əziz qızı
- Xatirələrdə yaşayan illər
- Xalqın Heydər babası
- XX əsrin Nyutonu
- Tuğ harayı
- Türk qızı
- Atatürkün əsgəri
- Türk ana
- Türk generalı
- Acılı, ağrılı dünya. Bakı, Nurlan-2010. 208 səh.
- Oyun dünya. Bakı, Nurlan-2010.
- Ellər vurğunu. Bakı, Aspoliqraf-2010. 96 səh. +16 səh. şəkil.
Məqalələri
- "Şəmşiroğlu" (poemadan hissə), Dünya qəzeti. 25 dekabr 2009-cu il. № 30–31
Ailəsi
Dəmir Qasımov iki dəfə ailə qurub. O, 1961–1980-ci illərdə Zuleyxa Qasımova ilə ailəli olmuş, İlqar Qasımov (16.02.1962), Elçin Qasımov (27.07.1963) və Sevinc Qasımova (10.02.1970) adlı övladları olmuşdur. 1983-cü ildən isə Ruxsarə Novruzova ilə ailəli olmuş, Aysel Dəmir və Türkel Qasımov adlı övladları olmuşdur.
İstinadlar
- https://avropa.info/post/317494.
- ""Cümlə qısa, fikri dərin…"". 2023-07-07 tarixində . İstifadə tarixi: 2019-05-06.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Demir Museyib oglu Qasimov ve ya Demir Gedebeyli 27 mart 1939 Ataxal Gedebey rayonu 6 may 2019 Baki sair filologiya elmleri doktoru Demir GedebeyliDemir QasimovDogum tarixi 27 mart 1939 1939 03 27 Dogum yeri Ataxal Gedebey rayonu Azerbaycan SSR SSRIVefat tarixi 6 may 2019 2019 05 06 80 yasinda Vefat yeri Baki AzerbaycanDefn yeri XirdalanAtasi Museyib QasimovAnasi Bafta QasimovaElm saheleri edebiyyat filologiyaElmi derecesi filologiya elmleri doktoruTehsili BDU Filologiya fakultesiUzvluyu Azerbaycan Yazicilar Birliyi SSRI Yazicilar Ittifaqi SSRI Jurnalistler IttifaqiHeyati1939 cu il mart ayinin 9 da sexsiyyet vesiqesinde 27 mart Gedebey rayonunun Ataxal kendinde muellim ailesinde dunyaya goz acmisdir Orta tehsilini Boyuk Qaramurad mektebinde almis sonra Azerbaycan Dovlet Universitetinin filologiya fakultesine daxil olmusdur 1961 ci ilde ADU ni bitirmis ele hemin ilden 1991 ci ile qeder 30 il Azerbaycan Dovlet Televiziya ve Radio verlisleri komitesinde muxtelif vezifelerde calismisdir 20 yanvar qezetinin bas redaktoru olmusdur Musteqillik dovrunde muxtelif Universitetlerde ders demisdir ABU Odlar Yurdu Tefekkur 60 ci illerden seirleri cap olunmaga baslayib 1972 ci ilden SSRI Jurnalistler Ittifaqinin 1981 ci ilden Azerbaycan Yazicilar Ittifaqinin 1988 ci ilden SSRI Yazicilar Ittifaqinin uzvu olmusdur 1975 ci ilde gorkemli alim Mir Celal Pasayevin rehberliyi ile Azerbaycan poeziyasinda qosma movzusunda namizedlik dissertasiyasi mudafie edib 1989 cu ilde ise Azerbaycan dastanlarinin poetikasi adli doktorluq dissertasiyasini mudafie edib Turkiyenin Zaman qezetinin Baki uzre temsilcisi olmusdur 50 den cox kitabi cap olunub Demek olar ki cap olunmamis 60 kitabliq poema dram ve seirleri var En meshur bestekarlar 300 e qeder sozune mahni besteleyib ve bu mahnilar taninmis mugennilerin ifasinda seslenib Onun seirleri alman ingilis rus yunan rumin cex bolqar macar ve s dillere tercume edilmisdir Demir Gedebeyli 6 may 2019 cu ilde vefat etmisdir EserleriOnun seirleri alman ingilis rus yunan rumin cex bolqar macar ve s dillere tercume edilmisdir Sair Ayriligin ilk gunu Cavadxan Son gulle Agamehemmed xan ve ya qisasa qisas ve b menzum dram eselerinin muellifidir Demir Gedebeyli 1990 ci ilde Mir Celal Pasayev haqqinda Yetimler atasi poemasini qeleme alib 2008 ci ilde ise bu poema Baki Dovlet Universitetinin sabiq rektoru akademik Abel Meherremovun Doktor Cavad Heyetin felsefe elmleri doktoru professor muqeddimeleri ile ayrica kitab seklinde cap edilib Sairin diger kitablari asagidakilardir Sinaqlar 1961 Baba ocagi Daslar gozler mehebbet Ayriligin elinde Abdaloglu Qeyret qalasi Ellerin eziz qizi Xatirelerde yasayan iller Xalqin Heyder babasi XX esrin Nyutonu Tug harayi Turk qizi Ataturkun esgeri Turk ana Turk generali Acili agrili dunya Baki Nurlan 2010 208 seh Oyun dunya Baki Nurlan 2010 Eller vurgunu Baki Aspoliqraf 2010 96 seh 16 seh sekil Meqaleleri Semsiroglu poemadan hisse Dunya qezeti 25 dekabr 2009 cu il 30 31AilesiDemir Qasimov iki defe aile qurub O 1961 1980 ci illerde Zuleyxa Qasimova ile aileli olmus Ilqar Qasimov 16 02 1962 Elcin Qasimov 27 07 1963 ve Sevinc Qasimova 10 02 1970 adli ovladlari olmusdur 1983 cu ilden ise Ruxsare Novruzova ile aileli olmus Aysel Demir ve Turkel Qasimov adli ovladlari olmusdur Istinadlarhttps avropa info post 317494 Cumle qisa fikri derin 2023 07 07 tarixinde Istifade tarixi 2019 05 06