Dey, tarixi baxımdan Osmanlı dövründə 1671-ci ildən bəri seçilib təyin olunan Osmanlı Əlcəzairi, Osmanlı Tripolitaniyası və Osmanlı Tunisi rəhbərlərinə verilmiş olan tituldur .
1671-ci ildən Əlcəzairin sonuncu deyi olan Hüseyn ibn Hüseynin Fransa tərəfindən 1830-cu ildə vəzifəsindən uzaqlaşdırıldığı zamana qədər ümumilikdə 28 dey Osmanlı Əlcəzairində hökmranlıq sürmüşdür. Onlardan yarısı, yəni ki, 14-ü sələflərinin öldürülməsindən sonra hakimiyyət başına gəlmişdirlər.
Deyliyin yaranması və inkişafı
1591-ci ildə 40 dey ağa ilə birlikdə özlərindən birini ordu komandanı seçmişdirlər. Beləcə seçilən dey tezliklə hökumətin təkbaşına rəhbərinə çevrilir və onun nüfuzu Babı-Alinin nümayəndəsi (vəkil, müməssil) olan paşanın nüfuzunu kölgədə qoyur. Lakin XVII əsrin ikinci yarısından etibarən deyləri ordunun ikinci dərəcəli sərkərdələri olan bəylər əvəz etməyə başlamışdırlar. XVIII əsrin əvvəllərində İbrahim bəy dey titulu əldə edir; Bu titul daha sonrakı dövrlərdə, yəni 1705-ci ildə Hüseyn ibn Əli tərəfindən ləğv edilmişdir.
Əlcəzairdə yaranması
Deylik Əlcəzairdə bir inqilab nəticəsində meydana çıxmışdır. 1671-ci ildə ağaların özbaşına idarəçiliyindən bezmiş rəislər və ya pirat gəmilərinin kapitanları öz içlərindən bir nəfəri dey adı və qeydi-həyat şərtləri ilə ağaların yerinə təyin etmişdirlər. Əvvəllər rəislər tərəfindən seçilən deylər 1689-cu ildən etibarən yeniçəri zabitləri tərəfindən seçilirdilər.
Deylik üçün hər hansısa bir ixtisas və ya mənşə tələbləri yox idi. Hətta ən aciz və cahil yeniçəri belə bu vəzifəyə can ata bilərdi. Dey öz nazirlərini müəyyən edir, əyalət bəylərini istədiyi kimi təyin edir, ədaləti bərqərar edir və eyni zamanda da xarici dövlətlərlə danışıqlar aparırdı. Deylər yeniçərilərin aldıqları aylıq maaşdan başqa heç bir pul almırdılar (ayda 50 sağ sikkə və pay); Lakin onlar bəylərdən və digər vəzifəli şəxslərdən təvcih (yönləndirmək) haqqı ilə dəniz quldurlarının götürdükləri qənimətlərdən öz paylarını alırdılar, həmçinin də vəzifəyə yeni başlamış konsullardan və eyni zamanda da sülh müqavilələri imzalandıqda və ya yeniləndikdə xarici dövlətlərin başçılarından hədiyyələr qəbul edirdilər. Sonra müsəlman və yəhudi tacirlərə ilə şərik olub pul qazana bilirdilər. Deylərin dövlət xəzinəsindən ayrı olaraq özlərinin şəxsi xəzinələri var idi. Bir çox deylər böyük sərvət əldə etmişdilər; Lakin deylərə ölüm hökmü verilsəydi, onların bu sərvətləri dövlət xəzinəsinə keçirdi.
Həyatları
Deylər taxtdan salınmaq və öldürülmək qorxusu ilə daimi olaraq yeniçərilərin istədiklərini etmək məcburiyyətində qalırdılar. Onların şəxsi həyatları da çox sərt qaydalara tabe idi. Vəzifəyə qəbul edildikdən sonra onlar ailələrindən ayrılırdılar və rəsmi hallar istisna olmaqla, heç bir qadın onların saraylarına daxil ola bilməzdi. Onların yalnız cümə axşamı günortadan sonra və cümə günü evlərinə getmək hüquqları var idi.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Dey tarixi baximdan Osmanli dovrunde 1671 ci ilden beri secilib teyin olunan Osmanli Elcezairi Osmanli Tripolitaniyasi ve Osmanli Tunisi rehberlerine verilmis olan tituldur Amerikali komandir Uilyam Beynbric 1800 cu illerde bir deye hormet gostererken 1671 ci ilden Elcezairin sonuncu deyi olan Huseyn ibn Huseynin Fransa terefinden 1830 cu ilde vezifesinden uzaqlasdirildigi zamana qeder umumilikde 28 dey Osmanli Elcezairinde hokmranliq surmusdur Onlardan yarisi yeni ki 14 u seleflerinin oldurulmesinden sonra hakimiyyet basina gelmisdirler Deyliyin yaranmasi ve inkisafi1591 ci ilde 40 dey aga ile birlikde ozlerinden birini ordu komandani secmisdirler Belece secilen dey tezlikle hokumetin tekbasina rehberine cevrilir ve onun nufuzu Babi Alinin numayendesi vekil mumessil olan pasanin nufuzunu kolgede qoyur Lakin XVII esrin ikinci yarisindan etibaren deyleri ordunun ikinci dereceli serkerdeleri olan beyler evez etmeye baslamisdirlar XVIII esrin evvellerinde Ibrahim bey dey titulu elde edir Bu titul daha sonraki dovrlerde yeni 1705 ci ilde Huseyn ibn Eli terefinden legv edilmisdir Elcezairde yaranmasiDeylik Elcezairde bir inqilab neticesinde meydana cixmisdir 1671 ci ilde agalarin ozbasina idareciliyinden bezmis reisler ve ya pirat gemilerinin kapitanlari oz iclerinden bir neferi dey adi ve qeydi heyat sertleri ile agalarin yerine teyin etmisdirler Evveller reisler terefinden secilen deyler 1689 cu ilden etibaren yeniceri zabitleri terefinden secilirdiler Deylik ucun her hansisa bir ixtisas ve ya mense telebleri yox idi Hetta en aciz ve cahil yeniceri bele bu vezifeye can ata bilerdi Dey oz nazirlerini mueyyen edir eyalet beylerini istediyi kimi teyin edir edaleti berqerar edir ve eyni zamanda da xarici dovletlerle danisiqlar aparirdi Deyler yenicerilerin aldiqlari ayliq maasdan basqa hec bir pul almirdilar ayda 50 sag sikke ve pay Lakin onlar beylerden ve diger vezifeli sexslerden tevcih yonlendirmek haqqi ile deniz quldurlarinin goturdukleri qenimetlerden oz paylarini alirdilar hemcinin de vezifeye yeni baslamis konsullardan ve eyni zamanda da sulh muqavileleri imzalandiqda ve ya yenilendikde xarici dovletlerin bascilarindan hediyyeler qebul edirdiler Sonra muselman ve yehudi tacirlere ile serik olub pul qazana bilirdiler Deylerin dovlet xezinesinden ayri olaraq ozlerinin sexsi xezineleri var idi Bir cox deyler boyuk servet elde etmisdiler Lakin deylere olum hokmu verilseydi onlarin bu servetleri dovlet xezinesine kecirdi HeyatlariDeyler taxtdan salinmaq ve oldurulmek qorxusu ile daimi olaraq yenicerilerin istediklerini etmek mecburiyyetinde qalirdilar Onlarin sexsi heyatlari da cox sert qaydalara tabe idi Vezifeye qebul edildikden sonra onlar ailelerinden ayrilirdilar ve resmi hallar istisna olmaqla hec bir qadin onlarin saraylarina daxil ola bilmezdi Onlarin yalniz cume axsami gunortadan sonra ve cume gunu evlerine getmek huquqlari var idi