David Melkumyan (29 oktyabr 1980, Stepanakert) — siyasətçi, deputat.
David Melkumyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 oktyabr 1980 (43 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
Uşağı | 1 |
Həyatı
Davit Melkumyan 29 oktyabr 1980-ci ildə Stepanakert şəhərində anadan olub.
2004-cü ildə İrəvan "Mesrop Maştots" Universitetinin Tarix və Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2006-cı ildə həmin universitetin hüquq fakültəsini bitirib, eyni zamanda universitetin tələbə şurasının prezidenti olub.
1998–2000-ci illərdə Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusunda müddətli həqiqi hərbi xidmətə daxil olub, artilleriya kəşfiyyatçısı olub.
2004-cü ildən Beynəlxalq Gənc Xristianlar Assosiasiyasının Artsax bölməsinin təşəbbüskarı və fəaliyyətini koordinasiya etmişdir. Qarabağın bir sıra yerlərində gənclər üçün müxtəlif tədbirlər təşkil edib.
2008-ci ildən Artsax qeyri-hökumət təşkilatlarının üzvüdür, 2010-cu ilin sentyabrından CMI (Böhran İdarəetmə Təşəbbüsü) beynəlxalq təşkilatının məsləhətçisidir.
O, Qarabağ münaqişəsinin həllinə yönəlmiş sivil proqramların koordinasiyası ilə məşğuldur.
Siyasi faliyyəti
2010-cu ildə "Rusiya Erməniləri İttifaqı" təşkilatının Artsax bölməsinin direktoru təyin edilib. 2005-ci ildə o, Artsax Demokratik Partiyasının sıralarına daxil olub.
3 may 2015-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikası Milli Məclisinə keçirilən seçkilərdə majoritar seçki sistemindən istifadə etməklə 1 saylı seçki dairəsindən deputat seçilib. 2015–2020-ci illərdə məclisdə Xarici əlaqələr daimi komissiyasının sədr müavini olub.
31 mart 2020-ci il parlament seçkilərində proporsional siyahı üzrə 7-ci çağırış assambleyanın deputatı seçilmişdir.
Ailəsi
Ailəlidir, bir oğlu var.
İstinadlar
- "ՄԵԼՔՈՒՄՅԱՆ ԴԱՎԻԹ ՀԱՅԿԻ". nankr.am (erməni). 2023-09-20 tarixində . İstifadə tarixi: 22 sentyabr 2023.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer