Dəbbətül-ərz (ərəb. دابة_الأرض) — İslamda Qiyamət gününün əsas əlamətlərindən biridir.Quranın Nəml surəsində, bu canlı günəş qərbdən çıxdığı zaman baş verəcək. Bu vaxt tövbə aradan götürüləcək; heç bir tövbə qəbul edilməyəcək, heç bir əməl qəbul edilməyəcək.
Canlıda Musanın əsası və olacaq.
Ümumi məlumat
Qiyamət əlamətlərindən biri hesab edilən əfsanəvi varlıq. Əhdi-ətiqdə əjdahaşəkilli bir varlıqdan müxtəlif adlarla (livyatan, rahav) bəhs edilir (Əyyub 3:8, 9:3, 26:12; Zəbur 74:13, 89:10, Yeşaya 30:7, 51:9-10). Əhdi-cədiddə şeytana bərabər tutulan bu varlığın və tərəfdarlarının Allaha qarşı çıxacağı, sonda isə məğlub olacağı göstərilir (Vəhy 12:13, 13:11-18, 16:13-14, 20:2-3, 7-10). Bu düşüncənin Babil mədəniyyətindən gəlməsi fikri mövcuddur. Dəccal (antixrist) anlayışının yaranmasında Dəbbətül-ərzin təsirinin olması qeyd edilir. Quranda “D.-əDəbbətül-ərz” ifadəsi “ağacqurdu” (34:14) və qiyamət günü yerdən çıxacaq varlıq (27:82) mənasında işlənmişdir. Təfsirlərdə görkəmcə bütün məlum canlılardan fərqlənən, danışa bilən bir varlıq, bəzən də insan obrazında təsvir edilmişdir.
İstinadlar
- "Qiyamətin əlamətləri". 2016-03-05 tarixində . İstifadə tarixi: 2015-02-20.
- "Evidence of the Hadith". 2021-10-18 tarixində . İstifadə tarixi: 2015-02-20.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer