Xıllı Cümə məscidi — Neftçala rayon Xıllı qəsəbəsində yerləşən abidə, rayonda tarixi-epiqrafik abidələr sırasında ən önəmli yerlərdən birini tutur. Məscidin əsası 1903-cü ildə Şeyx Əzizin oğlu Şeyx Ağababa Axundzadə tərəfindən qoyulmuşdur.
Xıllı Cümə məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Xıllı qəsəbəsi, Neftçala şəhəri |
Layihə müəllifi | Molla Ağababa Axundzadə |
Tikilmə tarixi | 1903-cü il |
Üslubu | Nəbati bəzək |
Vəziyyəti | fəaliyyətdədir |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Haqqında
Məscidin əsası Şeyx Əzizin oğlu Şeyx Ağababa Axundzadə tərəfindən qoyulmuş came-məscidi Məhəmməd peyğəmbərin qızı Həzrəti Fatimeyi Zəhra xanımın adını daşıyır. Məscidin ön tərəfindəki ərəbdilli kitabə (0,60x0,39m) deyilənləri bir daha sübut edir. Kitabə belədir:
Fatimeyi Zəhra məscid camesi 1321. |
1321 miladi təqvimlə 1903-cü ilə uyğundur.
Repressiya dövrü
Xıllı məscidi 30cu illərdə digər məbədlər kimi repressiyaya məruz qalmışdır. Bununla bağlı el arasında rəvayətə çevrilən əhvalatlar bu gün də yaddaşlardadır.
Məscidin tikintisi zamanı xeyriyyəçi kimi tanınan Mehmanovlar Molla Ağababanın yanına gəlib deyirlər ki, "binanın tikilməsinə nə qədər pul lazımdır verək. İstəyirik bu müqəddəs işdə bizim də əməyimiz olsun". Molla Ağababa deyir ki: "Sizin pullarınız alın təri ilə qazanılmış təmiz pullar deyil. Ona görə o natəmiz pulları bu müqəddəs binanın tikintisinə sərf etmək olmaz. Kömək etmək istəyirsinizsə, gəlin burada fəhləlik edin. Daş yonun, palçıq qarışdırın." |
Deyilənə görə, bu sözdən sonra Mehmanovlar məscidin tikintisində 10–15 gün fəhlə kimi işləyiblər.
Digər bir rəvayətə görə 30-cu illərdə Xıllı məscidinin sökülməsi üçün fərman verilibmiş. Binanın sökülməsini usta Ələkbərə tapşırıbmışlar. Əvvəlcə usta Ələkbər bu işdən boyun qaçırır. Məscidi sökdürməyə gələnlər ustanın bu hərəkətini görüb işi bir erməniyə həvalə edirlər. Ələkbər görür ki, erməni yuxarı çıxsa, məscidin minarəsini uçuracaq. O, erməninin məscidin damına çıxmasını heç cürə qəbul edə bilmir və "yaxşı, özüm sökərəm" deyib yuxarı çıxır. Deyilənlərə görə usta Ələkbər minarəni hissə-hissə söküb elə ehmalca yerə endirir ki, bir daş da uçulmur. Usta Ələkbər ümid edirdi ki, nə vaxtsa bu qərarı götürəcəklər. Lakin qərarın ləğvi çox uzun şəkir.Minarənin sökülmüş hissələri isə yağışın, günəşin altında qalıb məhv olur . |
70-ci illərin sonunda Sovet hökümətinin siyasəti nəticəsində xalqdan alınan məscidin pəncərələri sökülüb, daşla hörüldükdən sonra taxıl anbarı kimi istifadəyə verilib. Yalnız 1989-cu ildə məscid axund Əlqəmənin rəhbərliyi altında və qəsəbə camaatının yardımı ilə yenidən açılıb və 1989-cu ildə fəaliyyətə başlayıb.
Memarlıq xüsusiyyətləri
Xıllı Cümə məscidi memarlıq üslubuna görə başqalarından fərqlənir. Minbərin ətrafı xurma ləçəyinin ornamenti ilə bəzədilmişdir ki, məhz bu da dövrün memarlığında nəbati bəzək üslubundan istifadə edilməsindən xəbər verir. Çiy kərpicdən hazırlanmış məscidin giriş qapısının portalında ərəbcə kitabə yazılıb. Taxta qapı üzərində qabartma üsulu ilə həkk edilmiş kitabənin məzmunu belədir:
Allahın məğfurət sapından yapışın 1321. |
Məscidin ümumi uzunluğu (36m) pəncərələrin sayına, eni isə (18m) tənböləninə uyğundur. Bu cəhətdən də onu həndəsi formalı abidə hesab etmək olar. Məscidin içərisində ikinci mərtəbə hesab olunan şəbüstər (qadınlar üçün ibadət yeri) inşa edilmişdir. Məscidin sol tərəfindən minarə inşa olunmuşdur ki, bunun üçün 25.000 kərpicdən istifadə edilmişdir. Bu minarənin hündürlüyü 25 metrdir. Məscidin daxilində minbər və mehrab vardır. Minbərin üstündə iki sətirlik ərəbdilli kitabənin ərəbcə(0,32x0,18m) məzmunu belədir:
Əyləşməz burda məgər doğru olmayan şəxslər. |
Bunu da qeyd edək ki, Xıllı məscidi bundan da əvvəl kərpicdən tikilmiş köhnə məscidin yerində tikilmişdir. Məscid dini nöqteyi nəzərdən çox doğru tikilmişdir. Pəncərənin sayı gündəlik namazların rükətlərinin bildirir. Bu quruluş Axund Molla Ağababa Axundzadənin təklifi ilə tikilmişdir.
İstinadlar
- Anar Ağalarzadə. Kürqırağı Abidələri. Bakı: Avropa Nəşriyyatı. 2005. səh. 64.
- İslam Türkay. Xıllı. Bakı,Gənclik: qrif. 2000. səh. 264.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xilli Cume mescidi Neftcala rayon Xilli qesebesinde yerlesen abide rayonda tarixi epiqrafik abideler sirasinda en onemli yerlerden birini tutur Mescidin esasi 1903 cu ilde Seyx Ezizin oglu Seyx Agababa Axundzade terefinden qoyulmusdur Xilli Cume mescidiOlke AzerbaycanYerlesir Xilli qesebesi Neftcala seheriLayihe muellifi Molla Agababa AxundzadeTikilme tarixi 1903 cu ilUslubu Nebati bezekVeziyyeti fealiyyetdedirKateqoriyaMescidEhemiyyetiOlke ehemiyyetliHaqqindaMescidin esasi Seyx Ezizin oglu Seyx Agababa Axundzade terefinden qoyulmus came mescidi Mehemmed peygemberin qizi Hezreti Fatimeyi Zehra xanimin adini dasiyir Mescidin on terefindeki erebdilli kitabe 0 60x0 39m deyilenleri bir daha subut edir Kitabe beledir Fatimeyi Zehra mescid camesi 1321 1321 miladi teqvimle 1903 cu ile uygundur Repressiya dovruXilli mescidi 30cu illerde diger mebedler kimi repressiyaya meruz qalmisdir Bununla bagli el arasinda revayete cevrilen ehvalatlar bu gun de yaddaslardadir Mescidin tikintisi zamani xeyriyyeci kimi taninan Mehmanovlar Molla Agababanin yanina gelib deyirler ki binanin tikilmesine ne qeder pul lazimdir verek Isteyirik bu muqeddes isde bizim de emeyimiz olsun Molla Agababa deyir ki Sizin pullariniz alin teri ile qazanilmis temiz pullar deyil Ona gore o natemiz pullari bu muqeddes binanin tikintisine serf etmek olmaz Komek etmek isteyirsinizse gelin burada fehlelik edin Das yonun palciq qarisdirin Deyilene gore bu sozden sonra Mehmanovlar mescidin tikintisinde 10 15 gun fehle kimi isleyibler Diger bir revayete gore 30 cu illerde Xilli mescidinin sokulmesi ucun ferman verilibmis Binanin sokulmesini usta Elekbere tapsiribmislar Evvelce usta Elekber bu isden boyun qacirir Mescidi sokdurmeye gelenler ustanin bu hereketini gorub isi bir ermeniye hevale edirler Elekber gorur ki ermeni yuxari cixsa mescidin minaresini ucuracaq O ermeninin mescidin damina cixmasini hec cure qebul ede bilmir ve yaxsi ozum sokerem deyib yuxari cixir Deyilenlere gore usta Elekber minareni hisse hisse sokub ele ehmalca yere endirir ki bir das da uculmur Usta Elekber umid edirdi ki ne vaxtsa bu qerari goturecekler Lakin qerarin legvi cox uzun sekir Minarenin sokulmus hisseleri ise yagisin gunesin altinda qalib mehv olur 70 ci illerin sonunda Sovet hokumetinin siyaseti neticesinde xalqdan alinan mescidin pencereleri sokulub dasla horuldukden sonra taxil anbari kimi istifadeye verilib Yalniz 1989 cu ilde mescid axund Elqemenin rehberliyi altinda ve qesebe camaatinin yardimi ile yeniden acilib ve 1989 cu ilde fealiyyete baslayib Memarliq xususiyyetleriXilli Cume mescidi memarliq uslubuna gore basqalarindan ferqlenir Minberin etrafi xurma leceyinin ornamenti ile bezedilmisdir ki mehz bu da dovrun memarliginda nebati bezek uslubundan istifade edilmesinden xeber verir Ciy kerpicden hazirlanmis mescidin giris qapisinin portalinda erebce kitabe yazilib Taxta qapi uzerinde qabartma usulu ile hekk edilmis kitabenin mezmunu beledir Allahin megfuret sapindan yapisin 1321 Mescidin umumi uzunlugu 36m pencerelerin sayina eni ise 18m tenbolenine uygundur Bu cehetden de onu hendesi formali abide hesab etmek olar Mescidin icerisinde ikinci mertebe hesab olunan sebuster qadinlar ucun ibadet yeri insa edilmisdir Mescidin sol terefinden minare insa olunmusdur ki bunun ucun 25 000 kerpicden istifade edilmisdir Bu minarenin hundurluyu 25 metrdir Mescidin daxilinde minber ve mehrab vardir Minberin ustunde iki setirlik erebdilli kitabenin erebce 0 32x0 18m mezmunu beledir Eylesmez burda meger dogru olmayan sexsler Bunu da qeyd edek ki Xilli mescidi bundan da evvel kerpicden tikilmis kohne mescidin yerinde tikilmisdir Mescid dini noqteyi nezerden cox dogru tikilmisdir Pencerenin sayi gundelik namazlarin ruketlerinin bildirir Bu qurulus Axund Molla Agababa Axundzadenin teklifi ile tikilmisdir IstinadlarAnar Agalarzade Kurqiragi Abideleri Baki Avropa Nesriyyati 2005 seh 64 Islam Turkay Xilli Baki Genclik qrif 2000 seh 264