Carkutan (özb. Jarqoʻton) – Özbəkistan Resppublikasının Surxandərya vilayətinin Tunc dövrünə aid arxeoloji kompleks (e.ə. 1900–1600-cü illər). 1973-cü ildə rus və özbək arxeoloqları (Ş.R. Pidayev, V.N. Pilipko, A.A. Əsgərov) tərəfindən aşkar edilmişdir. Sonradan özbək və özbək-alman ekspedisiyaları tərəfindən tədqiq olunmuşdur. Əsas tədqiqat işlərində əməyi böyük olmuşdur. Carkutan qədim sivilizasiya ərazisi olmuş Baktiriya bölgəsinə aiddir. Kompleks Termez şəhərinin 50 km-də yerləşir. Bu mədəniyyət nümunələrinə Türkmənistanın cənub-şərqində, Əfqanıstanın şimalında, Tacikistan və İran ərazilərində qeydə alınmış.
Ümumi məlumat
Ümumi sahəsi 100 hektar olan ərazidə şəhər yeri, (sahəsi 4 hektar) ona bitişik məskən və məzarlıqlar (20 hektar) bir neçə təpədə yerləşir. Yaşayış tikililəri massivi, şəhər yerindəki “od məbədi” (bürcləri olan düzbucaqlı divarlarla əhatələnmiş və mərkəzində mehrab yerləşən səki), saray və ona bitişik qala, 1500 dəfn yeri (meyitlər bükülü vəziyyətdə, daha sonrakı dövrlərə aid qəbirlərdə isə yumşaq toxumalardan ayrılmış sümüklər dəfn olunmuşdur) öyrənilmişdir. Bəzi yerlərdə katakomba formalı qəbrlərədə rast gəlinir. Tunc alətlər, bəzək əşyaları (o cümlədən başlıqları muflon, qoyun və s. formalarda olan sancaqlar); üzərində həndəsi naxışlar, yaxud heyvan təsvirləri olan tunc, daş, saxsı və gəcdən düzəldilmiş möhürlər; məbəddə antropomorf və zoomorf saxsı heykəlciklər, su quşları formasında qablar, qab qırıqları və səthində cızılmış təsvirlər (quş, qoç, uzunqulaq, ilan, qurbağa, qaban, qamışlıq pişiyi, əqrəb və s.) olan qab altlıqları aşkar olunmuşdur. Əsas binanın qərb hissəsində daha qədim yaşayış məskəninin izləri görsənir. Sadə planlı bu tikilinin ölçüləri 49 m² (7 m × 7 m)-dir. Əsas yaşayış məskənləri ölçüləri 55x29x9 sm olan kərpiclərlə tikilmiş. Otaqların divarları saman qatılmış palçıq suvaqla örtülmüş. Küçələr darısqaldır. Əsas küçə böyük məbədə doğru aparır.
Şəhər yerində e.ə. 2-ci minilliyin sonu – 1-ci minilliyin əvvəllərində sakinlərin şəhəri tərk etməsi dövrünə aid zibil çalaları var. Carkutan Şimali Bəlx sivilizasiyası ocaqlarından birinin (Daşlı mədəniyyətinə bənzər) mərkəzi idi. Məbəd, bəzi qəbirlər və tapıntılar “protozərdüşti” kultla əlaqələndirilir. Carkutanın materialları əsasında xronoloji cədvəl işlənib hazırlanmış və Özbəkistanın cənubunda Tunc dövrünün Carkutan mərhələsi müəyyən ləşdirilmişdir.
Mənbə
- Carkutan // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 191–192. ISBN .
- OʻzME. Birinchi jild. Toshkent, 2000-yil
İstinadlar
- "Джаркутан". 2019-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Carkutan ozb Jarqoʻton Ozbekistan Resppublikasinin Surxanderya vilayetinin Tunc dovrune aid arxeoloji kompleks e e 1900 1600 cu iller 1973 cu ilde rus ve ozbek arxeoloqlari S R Pidayev V N Pilipko A A Esgerov terefinden askar edilmisdir Sonradan ozbek ve ozbek alman ekspedisiyalari terefinden tedqiq olunmusdur Esas tedqiqat islerinde emeyi boyuk olmusdur Carkutan qedim sivilizasiya erazisi olmus Baktiriya bolgesine aiddir Kompleks Termez seherinin 50 km de yerlesir Bu medeniyyet numunelerine Turkmenistanin cenub serqinde Efqanistanin simalinda Tacikistan ve Iran erazilerinde qeyde alinmis Umumi melumatUmumi sahesi 100 hektar olan erazide seher yeri sahesi 4 hektar ona bitisik mesken ve mezarliqlar 20 hektar bir nece tepede yerlesir Yasayis tikilileri massivi seher yerindeki od mebedi burcleri olan duzbucaqli divarlarla ehatelenmis ve merkezinde mehrab yerlesen seki saray ve ona bitisik qala 1500 defn yeri meyitler bukulu veziyyetde daha sonraki dovrlere aid qebirlerde ise yumsaq toxumalardan ayrilmis sumukler defn olunmusdur oyrenilmisdir Bezi yerlerde katakomba formali qebrlerede rast gelinir Tunc aletler bezek esyalari o cumleden basliqlari muflon qoyun ve s formalarda olan sancaqlar uzerinde hendesi naxislar yaxud heyvan tesvirleri olan tunc das saxsi ve gecden duzeldilmis mohurler mebedde antropomorf ve zoomorf saxsi heykelcikler su quslari formasinda qablar qab qiriqlari ve sethinde cizilmis tesvirler qus qoc uzunqulaq ilan qurbaga qaban qamisliq pisiyi eqreb ve s olan qab altliqlari askar olunmusdur Esas binanin qerb hissesinde daha qedim yasayis meskeninin izleri gorsenir Sade planli bu tikilinin olculeri 49 m 7 m 7 m dir Esas yasayis meskenleri olculeri 55x29x9 sm olan kerpiclerle tikilmis Otaqlarin divarlari saman qatilmis palciq suvaqla ortulmus Kuceler darisqaldir Esas kuce boyuk mebede dogru aparir Seher yerinde e e 2 ci minilliyin sonu 1 ci minilliyin evvellerinde sakinlerin seheri terk etmesi dovrune aid zibil calalari var Carkutan Simali Belx sivilizasiyasi ocaqlarindan birinin Dasli medeniyyetine benzer merkezi idi Mebed bezi qebirler ve tapintilar protozerdusti kultla elaqelendirilir Carkutanin materiallari esasinda xronoloji cedvel islenib hazirlanmis ve Ozbekistanin cenubunda Tunc dovrunun Carkutan merhelesi mueyyen lesdirilmisdir MenbeCarkutan Azerbaycan Milli Ensiklopediyasi 25 cildde 5 ci cild Brussel Cimli podzol torpaqlar 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2014 seh 191 192 ISBN 978 9952 441 10 9 OʻzME Birinchi jild Toshkent 2000 yilIstinadlar Dzharkutan 2019 01 29 tarixinde arxivlesdirilib Istifade tarixi 2017 11 30