Cüttərkibli cümlələr — baş üzvlərin hər ikisinin iştirakı ilə qurulan sadə cümlələrə cüttərkibli cümlələr deyilir.
Ümumi məlumat
Cüttərkibli cümlələrdə adətən fikir predmeti mübtəda və ya mübtəda qrupu şəklində, fikir predmetinin hərəkət və əlaməti xəbər və ya xəbər qrupu şəklində ifadə olunur. Hər iki baş üzvün iştirakı ilə formalaşdığı üçün bu cür cümlələr cüttərkibli hesab olunur.Cüttərkibli cümlələrdə əksərən mübtəda məntiqi subyektə, xəbər məntiqi predikata uyğun gəlir. Cümlə genişlənmiş olduqda iki qütbə, iki zonaya — mübtəda və xəbər zonalarına ayrılır. Mübtəda ona aid olan üzvlə — təyinlə birlikdə mübtəda zonasını (və ya mübtəda qütbünü), xəbər ona aid olan üzvlərlə — tamamlıq, zərflik və təyinlə birlikdə xəbər zonasını (və ya xəbər qütbünü) əmələ gətirir. Cüttərkibli cümlələrdə mübtəda (və mübtəda zonası) adətən "verilən"i, xəbər (və xəbər zonası) "yeni"ni bildirir, yəni söhbətin predmeti mübtəda və mübtəda zonası vasitəsilə, yeni məlumat isə xəbər və xəbər zonası vasitəsilə ifadə olunur.Cüttərkibli cümlələr dildə ən çox işlənən cümlə növüdür, ona görə də bədii əsərlərin dilində böyük üstünlük təşkil edir.Cüttərkibli cümlələrin qurulma şərtləri aydındır: hər iki baş üzvün iştirakı vacibdir. Lakin bəzən təkrara yol verməmək, fikri sadə, səlis və yığcam ifadə etmək üçün cümlələrin mübtədası buraxılır, mübtəda bilavasitə cümlədə iştirak etmir. Belə cümlələr təktərkibli deyil, cüttərkibli hesab olunur, çünki bu cür cümlələrin buraxılmış mübtədasını mətnə əsasən asanlıqla bərpa etmək olur. Cüttərkibli cümlələr sadə cümlənin əsas xüsusiyyətlərini özündə cəmləşdirən cümlə tipidir. Bu cür cümlələr feili və ismi xəbərli, təsdiq və inkar ola bilir.
Quruluşca növləri
Müxtəsər cüttərkibli cümlələr
Cüttərkibli cümlələr quruluşca müxtəsər və geniş olur. Müxtəsər cüttərkibli cümlələr yalnız baş üzvlərdən ibarət olur. Bəzən müxtəsər cüttərkibli cümlənin baş üzvləri ismi və feili birləşmələrlə ifadə olunur, cümlənin həcmi böyüyür, cümlə zahirən geniş cümləyə oxşayır, lakin müxtəsər olaraq qalır.
Geniş cüttərkibli cümlələr
Geniş cüttərkibli cümlələrdə mübtəda və xəbərlə birlikdə ikinci dərəcəli üzvlər (vasitəsiz və ya vasitəli tamamlıq, təyin və zərfliyin hər bir növü) tək-tək işlənə bilər; eyni strukturda (mübtəda və xəbərin olması ilə) ikinci dərəcəli üzvlər iki-iki, üç-üç və daha çox sayda işlənə bilər və nəhayət, cüttərkibli geniş cümlələr bütün ikinci dərəcəli üzvlərin iştirakı ilə də qurula bilər.
İstinadlar
- Qəzənfər Kazımov.Müasir Azərbaycan dili.Sintaksis.Bakı,2000
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cutterkibli cumleler bas uzvlerin her ikisinin istiraki ile qurulan sade cumlelere cutterkibli cumleler deyilir Umumi melumatCutterkibli cumlelerde adeten fikir predmeti mubteda ve ya mubteda qrupu seklinde fikir predmetinin hereket ve elameti xeber ve ya xeber qrupu seklinde ifade olunur Her iki bas uzvun istiraki ile formalasdigi ucun bu cur cumleler cutterkibli hesab olunur Cutterkibli cumlelerde ekseren mubteda mentiqi subyekte xeber mentiqi predikata uygun gelir Cumle genislenmis olduqda iki qutbe iki zonaya mubteda ve xeber zonalarina ayrilir Mubteda ona aid olan uzvle teyinle birlikde mubteda zonasini ve ya mubteda qutbunu xeber ona aid olan uzvlerle tamamliq zerflik ve teyinle birlikde xeber zonasini ve ya xeber qutbunu emele getirir Cutterkibli cumlelerde mubteda ve mubteda zonasi adeten verilen i xeber ve xeber zonasi yeni ni bildirir yeni sohbetin predmeti mubteda ve mubteda zonasi vasitesile yeni melumat ise xeber ve xeber zonasi vasitesile ifade olunur Cutterkibli cumleler dilde en cox islenen cumle novudur ona gore de bedii eserlerin dilinde boyuk ustunluk teskil edir Cutterkibli cumlelerin qurulma sertleri aydindir her iki bas uzvun istiraki vacibdir Lakin bezen tekrara yol vermemek fikri sade selis ve yigcam ifade etmek ucun cumlelerin mubtedasi buraxilir mubteda bilavasite cumlede istirak etmir Bele cumleler tekterkibli deyil cutterkibli hesab olunur cunki bu cur cumlelerin buraxilmis mubtedasini metne esasen asanliqla berpa etmek olur Cutterkibli cumleler sade cumlenin esas xususiyyetlerini ozunde cemlesdiren cumle tipidir Bu cur cumleler feili ve ismi xeberli tesdiq ve inkar ola bilir Qurulusca novleriMuxteser cutterkibli cumleler Cutterkibli cumleler qurulusca muxteser ve genis olur Muxteser cutterkibli cumleler yalniz bas uzvlerden ibaret olur Bezen muxteser cutterkibli cumlenin bas uzvleri ismi ve feili birlesmelerle ifade olunur cumlenin hecmi boyuyur cumle zahiren genis cumleye oxsayir lakin muxteser olaraq qalir Genis cutterkibli cumleler Genis cutterkibli cumlelerde mubteda ve xeberle birlikde ikinci dereceli uzvler vasitesiz ve ya vasiteli tamamliq teyin ve zerfliyin her bir novu tek tek islene biler eyni strukturda mubteda ve xeberin olmasi ile ikinci dereceli uzvler iki iki uc uc ve daha cox sayda islene biler ve nehayet cutterkibli genis cumleler butun ikinci dereceli uzvlerin istiraki ile de qurula biler IstinadlarQezenfer Kazimov Muasir Azerbaycan dili Sintaksis Baki 2000Hemcinin baxCumle